8.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
görülən konsulluq əməliyyatları müqabilində Azərbaycan Res-
publikasının konsulluq rüsumları tərəfinə uyğun olaraq yerləşdiyi
dövlətin valyutası ilə konsulluq rüsumu tutur.
9.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə qarşılıqlı əlaqədə qəbul edən dövlətin
müvafiq hava və dəniz limanlarında, ərazi və daxili sularında
və ya öz konsulluq dairəsinin hüdudlarındakı digər
məntəqələrdə qəbul edən dövlətin qanunvericiliyinə və
Azərbaycan Respublikası ilə qəbul edən dövlətin iştirak etdiyi
beynəlxalq müqavilələrə, yerli adətlərə uyğun olaraq,
Azərbaycan Respublikasının dəniz və hava gəmilərinə kömək
və konsulluq yardımı göstərir, onlara tam həcmdə hüquq və
immunitetlər verilməsinə nəzarət edir.
Konsulluq rüsumları Azərbaycan Respublikasının büdcəsinə
keçirilir.
8.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu ilə razılaşdırmaqla özünün yerinə yetirdiyi konsulluq
əməliyyatlarının aparılması ilə bağlı faktiki xərclərin ödənilməsi
üçün haqq almalıdır. Alınan pul vəsaiti ştatdankənar (fəxri)
konsulun sərəncamına daxil olur.
8.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu olduğu
konsulluq rüsumları barədə tabe olduğu diplomatik
nümayəndəliyə və ya konsulluğa, yaxud da bilavasitə
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hesabat
verir.
9.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
məntəqənin sanitariya vəziyyəti, limanın və hava limanının
qaydaları, gəmi komandiri, kapitanı və ya heyət üzvləri
tərəfindən icrası məcburi sayılan liman qaydaları, yerli
qanunlar və adətlər haqqında, habelə gəmi kapitanına və ya
komandirinə yerli hakimiyyət orqanları ilə əlaqəyə girmək
üçün zəruri olan məlumat verir.
8.4. Ərizələrində göstərilən səbəblər üzürlü sayılarsa, Azərbaycan
Respublikasının ştatdankənar (fəxri) konsuluna ayrı-ayrı
şəxslərdən konsulluq rüsumlarının azaldılması və ya heç
tutulmaması hüququ verilir.
9.3. O, Azərbaycan Respublikasından gələn Azərbaycan
Respublikası gəmisinə baş çəkə, zəruri olduqda isə qəbul edən
dövlətin vəzifəli şəxslərinin yanına gedərkən gəmi kapitanını
(komandirləri) müşayiət edə bilər.
8.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
aşağıdakı hallarda konsulluq rüsumu tutmur:
a) konsulluq rüsumlarının qarşılıqlı surətdə tutulması haqqında
Azərbaycan Respublikası ilə qəbul edən dövlətin iştirak etdiyi
beynəlxalq müqavilə olduqda;
9.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının gəmi kapitanlarına və
komandirlərinə Azərbaycan Respublikasının müvafiq
diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə əlaqə
yaradılmasına yardım edir. O, dəniz və ya hava gəmilərinin
qəbul edən dövlətin dəniz və ya hava limanlarına gəldiyini
kapitanın, yaxud komandirin ona bildirməsinə nəzarət edir və
bu barədə Azərbaycan Respublikasının qəbul edən dövlətdəki
diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da
bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
məlumat verir.
b) Azərbaycan Respublikasının vətəndaşlarının vətənə qaytarılmasına
aid işlərdə;
c) vətəndaşların əmək stajına, sosial təminatına, aliment işlərinə aid
sənədlər leqallaşdırıldıqda və ya tələb edildikdə və Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda.
Dostları ilə paylaş: