Gigiyena ixtisası üzrə nümuməvi test sualları siyahısına əlavələr və dəyişikliklər edilmişdir


) Nüvə bölünməsi prosesi hansıdır?



Yüklə 1,61 Mb.
səhifə10/16
tarix14.04.2017
ölçüsü1,61 Mb.
#14196
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

629) Nüvə bölünməsi prosesi hansıdır?
A) Böyük atom çəkisinə malik radioaktiv element atomları nüvəsinin yavaşıdılmış protonları udması prosesi

B) Böyük atom çəkisinə malik radioaktiv element atomları nüvələrinin yavaşıdılmış neytronları udması prosesi

C) Atom nüvəsini təşkil edən nuklonların sıxlığının və cazibə qüvvəsinin dəyişməsi nəticəsində yaranan bölünmə prosesi

D) Böyük atom çəkisinə malik radioaktiv element atomları nüvəsinin yavaşıdılmış pozitronları udması prosesi

E) Atom nüvəsini təşkil edən proton və neytronların yükdaşıma xüsusiyyətlərinin (mənfi, yaxud müsbət) dəyişməsindən yaranan bölünmə prosesi
Ədəbiyyat: Ədəbiyyat: M. A. Kazımov, A. M. Məmmədov. “Radiasiya gigiyenası” 2009, səh 26
630) Enerji səviyyəsinə görə neytronlar şərti olaraq neçə qrupa bölünür?
A) 6

B) 4


C) 2

D) 5


E) 3
Ədəbiyyat: Ədəbiyyat: M. A. Kazımov, A. M. Məmmədov. “Radiasiya gigiyenası” 2009, səh 36
631) İonlaşdırıcı şüaların tərifi hansıdır?
A) Xarakteristik və tormozlanma şüalarının cəmi olub, fotonlarının enerji diapozonu 10 Ke V - dan 1 Me V - a qədər olan hər hansı növ şüalar

B) Atomun energetik vəziyyətinin dəyişməsi zamanı yaranan diskret spektrli foton şüaları

C) Maddə ilə qarşılıqlı təsirdə olduqda mənfi və müsbət yüklü ionlar əmələ gətirən hər hansı növ şüalar

D) Nüvə çevrilmələri və ya radioaktiv hissəciklərin assimilyasiyası zamanı yaranan diskret spektrli elektromaqnit - foton şüaları

E) Tərkibi d - , B - , proton, neytron və s. hissəciklərindən ibarət olan şüalar
Ədəbiyyat: Ədəbiyyat: M. A. Kazımov, A. M. Məmmədov. “Radiasiya gigiyenası” 2009, səh 38
632) İonlaşdırıcı şüaların insan orqanizminə təsirinin bioloji effektlərini və ağırlaşmalarını hansı siniflərə bölünməsi qəbul olunmuşdur?
A) Müvəqqəti və daimi

B) Qısamüddətli və uzunmüddətli

C) Kəskin və xroniki

D) Müalicəvi və patoloji

E) Determinə edilmiş və stoxastik
Ədəbiyyat: Ədəbiyyat: M. A. Kazımov, A. M. Məmmədov. “Radiasiya gigiyenası” 2009, səh 70
633) Açıq radioaktiv maddələr potensial daxili şüalanma mənbəyi kimi iş yerlərində aktivliyin səviyyəsinə və radiasiya təhlükəliliyinə görə neçə qrupa bölünür?
A) 3

B) 6


C) 5

D) 2


E) 4
Ədəbiyyat: Ədəbiyyat: M. A. Kazımov, A. M. Məmmədov. “Radiasiya gigiyenası” 2009, səh 362

634) Orqanizmdə qida maddələrinin oksidləşməsi zamanı 1q zülaldan, 1q yağdan, 1q karbohidratdan müvafiq olaraq nə qədər enerji ayrılır?

A) 5:6:10 kkal

B) 4:9:4 k kal

C) 6:12:6 k kal

D) 5:6:7 kkal

E) 5:10:5 k kal


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
635) Unun növü nəyə əsasən müəyyən olunur?

A) Rənginə və iyinə görə

B) Üyüdülmə və çıxış faizinə görə

C) Mikroskopik və orqanoleptik göstəricilərinə görə

D) Heç birinə

E) Tərkibində metal qırıntılarının miqdarına görə


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
636) Unun orqanoleptik müayinəsi zamanı hansı göstəricilər təyin olunur ?

A) Heç birinə

B) Dadı, dişlərin altında xırçıltı, metal qarışıqların olması

C) Unun və dənin xarici görünüşü, kleykovinanın, turşuluğunun

D) Rəng, əl ilə yoxlayaraq, alaq otları ilə çirklənməsi

E) Rəngi, iyi, dadı, kənar qarışıqlarla və ziyanvericilərlə çirklənməsi


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
637) Çörəyin keyfiyyəti onun bişirildiyi unun tərkibindəki olan kleykovinanın miqdarı və keyfiyyəti nədən asılıdır?

A) Karbohidratların qarışığı

B) Suda həll olmayan zülal maddəsi

C) Polidoymamış yağ turşuları

D) Heç biri

E) Vitamin kompleksi


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
638) Kleykovina xəmirə hansı xüsusiyyətini verir?

A) Möhkəmlik, elastiklik

B) Yaxşı rəng, iyi və dad verir

C) Yapışqanlıq, nişastanın olması, məsaməlilik

D) Yüngüllük, tez bişirilməsi

E) Heç birini


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
639) Unun təzə və köhnəliyini müəyyən etmək üçün adı çəkilən hansı göstəricilər təyin edilir?

A) Kleykovinanın miqdarı

B) Heç biri

C) Rəngi və nəmliyi

D) Həşaratların sayı

E) Turşuluqa və ammonyak sınağı


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
640) Çörəyin keyfiyyəti hansı göstəricilərdən asılıdır?

A) Unun növündən, əlavələrdən və bişirilmə texnologiyasından

B) Heç birindən

C) Hamsından

D) Bişirilmə üsuldan və bişirilmə temperaturdan

E) Unun kleykovinasının keyfiyyətindən, nəmliyindən və əlavələrdən


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
641) Çörəyin xarici görünüşünün müayinə zamanı, qabığın qalınlığı 0,5 sm az və çox olması nəyi göstərir?

A) Bişirilmə temperaturun qaydada olmaması

B) Keyfiyyətsiz unu

C) Bütün bişirilmə prosesinin pozulması

D) Unun və çörəyin düzgün saxlamaması

E) Heç birini


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
642) Hazır süd xörəklərində “C” vitamininin təyini üçün ən geniş istifadə olunan reaktiv hansıdır?

A) Heç biri

B) Nesslər reaktivi

C) Tilmans reaktivi

D) Rozol aqarı

E) Natrium qələvisi məhlulu


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
643) Südün orqanoleptik müayinəsi zamanı hansı göstəricilər təyin olunur?

A) Rənd, təmizliyi, saxlama müddəti, sıxlığ

B) Temperatur, iy, təbiiliyi və tamlığı, mühitin-PH

C) Xarici görünüşü, qarışıqlar, dad

D) Heç biri

E) Xarici görünüşü rəng, iy, dad, konsistensiyası


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
644) Südün sıxlığının azalması və artırması müvafiq olaraq nəyi göstərir?

A) Heç birini

B) Suyun qarışmasını və üzünün yığılmasını

C) Laktobakteriyaların olması və olmaması

D) Çay sodası və nişastanın qatılması

E) Temperaturun artması və azalması


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
645) Buğda və çovdar növ çörəklərin məsaməliliyi müvafiq olaraq neçə faizdən az olmamalıdır?

A) 80-85 % və 55-68 %

B) 45-55 % və 20-25 %

C) 55-75 % və 45-55 %

D) 20-45 % və 30-35 %

E) 45-55 % və 40-45 %


Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
646) Məktəbəqədər uşaq müəssisələrinin lahiyələşdirmə və yenidən qurma işlərində vacib prinsip hansıdır?

A) Kölgəlik meydançaları yerləşmə prinsipi

B) Heç biri

C) Ümumi giriş və çıxış prinsipi

D) Qrup meydançalarının yerləşməsi prinsipi

E) Qrupların təcrid edilmə prinsipi


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
647) Uşaq bağçalarının körpələr qrupuna aid hansı otaqlar daxildir?

A) Soyunub geyinmə otağı, tədris otağı, ayaqyolu, bufet

B) Həkim otağı, oyun otağı, paylama otağı, ayaqyolu

C) Həkim otağı, oyun otağı, paylama otağı, ayaqyolu, bufet

D) İzolyator, musiqi məşqələləri üçün otaq, ayaqyolu, yataq otağı, bufet

E) Qəbul otağı, oyun otağı, qrupun yeməkxana və ya bufeti, ayaqyolu, yataq otağı (şüşəbənd və ya yataq otağı)


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
648) Siniflərdə (tədris otaqlarında) təbii işıqlanma göstəricilərinin (işıq əmsalı, düşmə və dəlik bucaqları, təbii işıqlanma əmsalı) normativləri hansılardır?

A) Dörddə bir hissəsi-beşdə bir hissəsi, 20º, º, 1%

B) Dörddə bir hissəsi-beşdə bir hissəsi, 27º, 5º, 1,5%

C) Səkkizdə bir hissəsi-doqquzda bir hissəsi, 27º, 3º, 0,75%

D) Heç biri

E) Səkkizdə bir hissəsi-doqquzda bir hissəsi, 15º, 3º, 0,25%


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
649) Məktəbin idman zalında mikroiqlim göstəricilərin normativləri hansılardır?

A) Havanın temperaturu -16ºC,havanın rütubəti 30-60%, hava mübadiləsinin tezliyi-saatda 3 dəfə

B) Hava temperaturu -25ºC, hava rütubəti 60-80%, atmosfer təzyiqi-760mm c.s.

C) Hava temperaturu -22ºC, hava rütubəti 60-80%, hava mübadiləsini tezliyi-saatda 1,0-1,5 dəfə

D) Heç biri

E) Hava temperaturu-25ºC, rütubət 40-60%, hava cərəyanın sürəti-0,2-0,3m/san


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
650) Məktəblinin fiziki inkişafının qiymətləndirilməsi hansı göstəricilər ilə təyin olunur?

A) Bədənin çəkisi və uzunluğu

B) Ağ ciyərlərin həyat tutumu, ürək döyüntülərinin tezliyi

C) Heç biri

D) Bədən qurluşu və qarın nahiyəsinin piy qatı

E) Arterial təzyiq, ürək döyüntülərinin tezliyi


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
651) Adı çəkilən göstəricilərdən hansı demoqrafik göstəricisi sayılır?

A) Fiziki inkişaf

B) Peşə xəstəlikləri

C) Yoluxucu xəstəliklər

D) Əlillik

E) Doğuş
Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008


652) Yuxarı sinif şagirdlərinin bioloji yaşını hansı meyarlarla təyin olunur?

A) Psixomotor inkişafı

B) Daimi dişlərin sayı

C) Bədənin uzunluğu və çəkisi, ikincili cinsi əlamətlərinin inkişaf dərəcəsi

D) Bacarıq və vərdişlər

E) Sinir-psixoloji inkişafın səviyyəsi


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
653) Məktəbəqədər yaşlı uşaqların bioloji yaşı hansı meyarla təyin olunur?

A) Bacarıq və vərdişlər

B) Daimi dişlərin sayına görə

C) Arterial təzyiqi

D) Ürək döyüntülərinin tezliyi

E) Ağ ciyərlərin həyat tutumu


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
654) Uşaq anadan olduqda bioloji riskin ən vacib amili ananın neçə yaşı olmasıdır?

A) 15 yaşına qədər

B) 20-25

C) 16-20


D) 30-dan artıq

E) 25-30
Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008


655) Uşaq anadan olduqda bioloji riskin ən vacib amili ananın neçə yaşı olmasıdır?

A) 17-22


B) 23-28

C) 35-39


D) 29-34

E) 40 yaşından artıq


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
656) Adı çəkilən göstəricilərdən məktəblilərin bioloji yaşının meyarı hansıdır?

A) Orqanizmin davamlığı

B) İkincili cinsiyyət əlamətləri

C) Arterial təzyiq

D) Psixomotor inkişaf

E) Bacarıq və vərdişlər


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
657) Fiziki iş qabiliyətinə orqanizmin hansı sisteminin vəziyyətinə görə qiymət verilir?

A) Sinir sistemi

B) Kardio-respirator sistemi

C) Endokrin sistemi

D) Həzm etmə sistemi

E) Dayaq-hərəkət aparatı


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
658) Qida toksikoinfeksiyalarını törədən bağırsaq çöpünün rezervuarı nədir?

A) Torpaq

B) İnsan və heyvanların bağırsağı

C) Su


D) İnsanın bağırsağı

E) İnsanın dəri örtüyü və selikli qişası


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
659) Mikotoksikozlar hansı ərzaqların istifadəsindən sonra meydana çıxırlar?

A) Balıq məhsulları

B) Ət məhsulları

C) Göbələklər

D) Süd məhsulları

E) Dənəvari və paxlalılar


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
660) Botulizm toksinin ən güclü təsiri orqanizmin hansı sisteminə düşür?

A) Mərkəzi sinir sisteminə

B) Ürək damar sisteminə

C) Mədə-bağırsaq traktına

D) Periferik sinir sisteminə

E) Böyrəklərə


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
661) Adı çəkilən xəstəliklərdən hansı qida zəhərlənmələrinə aid deyil?

A) Botulizm

B) Qidada civə qalıqlarının olması

C) Stafilokokk intoksikasiyaları

D) Salmonellyoz

E) Mikotoksinlər


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
662) Məktəblilər arasında həyata keçirilən sağlam həyat tədbirlərindən hansı birinci dərəcədə sayılır?

A) Məktəbdənkənar fəaliyyət

B) Televiziya proqramlarına baxış

C) İnformatika sahəsində biliklərin mənimsənilməsi

D) İdman və bədən tərbiyəsi

E) Tədris


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
663) Körpə ölümü nə deməkdir?

A) Uşaq ölüm hadisələrinin 1 aya qədər sayı

B) Uşaq ölüm hadisələrinin 1 yaşına qədər sayı

C) Bətn daxili ölüm

D) Uşaq ölüm hadisələrinin 10 yaşa qədər sayı

E) Perinatal ölüm


Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
664) İçməli suyun mikrob ədədinin ən yüksək göstəricisi nə qədərdir?

A) 100


B) 150

C) 200


D) 50

E) 300
Ədəbiyyat: M.A.Kazımov.Ümumi gigiyena. Bakı 1999


665) Kol–titr nəyə deyilir?

A) 1,0 litr suda olan bağırsaq çöplərinin miqdarına

B) 1,0 litr suda həll olmuş oksigenin miqdarına

C) 1,0 litr suda olan bakteriyaların miqdarına

D) 1,0 litr suda olan üzvi maddələrin miqdarına

E) 1 bağırsaq çöpü tapılan suyun ən az miqdarına


Ədəbiyyat: M.A.Kazımov.Ümumi gigiyena. Bakı ,1999
666) Koli–indeks nəyə deyilir?

A) 1 bağırsaq çöpü tapılan suyun ən az miqdarına

B) 1,0 litr suda həll olmuş oksigenin miqdarına

C) 1,0 litr suda olan bağırsaq çöplərinin miqdarına

D) 1,0 litr suda olan üzvi maddələrin miqdarına

E) 1,0 litr suda olan bakteriyaların miqdarına


Ədəbiyyat: M.A.Kazımov.Ümumi gigiyena. Bakı ,1999
667) İçməli suyun Koli- indeksi nə qədər olmalıdır?

A) 3


B) 6

C) 4


D) 7

E) 5
Ədəbiyyat: M.A.Kazımov.Ümumi gigiyena. Bakı, 1999


668) 3,0 litr suda 20 bağırsaq çöpü tapılıbsa , bu suyun Koli–indeksi neçədir?

A) 7


B) 8

C) 10


D) 3

E) 5
Ədəbiyyat: M.A.Kazımov.Ümumi gigiyena. Bakı ,1999


669) Koli–indeksi 5 olan suyun Koli- titri nə qədərdir?

A) 300 ml

B) 400 ml

C) 500 ml

D) 200 ml

E) 100 ml


Ədəbiyyat: M.A.Kazımov.Ümumi gigiyena. Bakı, 1999
670) Torpaqda sporəmələgətirici mikroorqanizmlər hansılardır ?
A) Qara yara, botulizm, səpgili yatalaq

B) Botulizm, tetanus, qarın yatalağı

C) Tetanus, botulizm, səpgili yatalaq

D) Qara yara, tetanus, səpgili yatalaq

E) Qara yara, tetanus, botulizm
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Pyмянцев, 2001
671) Torpağın çirklənmə dərəcəsinin ən vacib göstəricilərindən biri hansıdır?
A) Xlebnikov ədədi

B) Koli faqlar

C) Hidrogen göstəricisi

D) Sulfitreduksiyaedici klostridilərin sporaları

E) Lyambliya yumurtaları
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Pyмянцев, 2001
672) Su - duz tərkibinin xüsusiyyətinə görə hansı xəstəliklərin yaranması üçün risk faktoru ola bilər?
A) Böyrəkdaşı xəstəliyi, hepatit A

B) Hipertoniya, böyrəkdaşı xəstəliyi

C) Böyrəkdaşı xəstəliyi, diabet

D) Hipertoniya, hepatit A

E) Hipertoniya, diabet
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Pyмянцев, 2001
673) Suyun zərərsizləşdirmə üsuluna hansılar aid deyil?
A) Gümüş ionları ilə zərərsizləşdirmə, koaqulyasiya

B) Xlorlaşdırma, koaqulyasiya

C) Koaqulyasiya, ftorlaşdırma

D) Ozonlaşdırma, ftorlaşdırma

E) Ultrabənövşəyi şüalarla işlənmə, xlorlaşdırma
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Pyмянцев, 2001
674) Suyun mineral tərkibi aşağıda göstərilənlərdən hansıların əsas səbəbi ola bilər?
A) Flüoroz, karies

B) Hipertoniya, diabet

C) Flüoroz, su qızdırması

D) Karies, hipertoniya

E) Flüoroz, diabet
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Pyмянцев, 2001
675) Xəstəxana palatasının mikroiqlim göstəricisinə hansı aid deyil?
A) Havanın temperaturu

B) Göstərilənlərin heç biri

C) Təbii işıqlanma

D) Nisbi rütubət

E) Havanın hərəkətliliyi
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Pyмянцев, 2001
676) Xəstəxananın terapevtik palatasında optimal mikroiqlim göstəriciləri hansılardır?
A) Havanın hərarəti 180 C, nisbi rütubət 75 %, havanın hərəkətliliyi 0, 4 metr/san

B) Havanın hərarəti 250 C, nisbi rütubət 25 %, havanın hərəkətliliyi 0, 5 metr/san

C) Havanın hərarəti 180 C, nisbi rütubət 45 %, havanın hərəkətliliyi 0, 2 metr/san

D) Havanın hərarəti 240 C, nisbi rütubət 75 %, havanın hərəkətliliyi 0, 4 metr/san

E) Havanın hərarəti 180 C, nisbi rütubət 80 %, havanın hərəkətliliyi 0, 1 metr/san
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Pyмянцев, 2001
677) Xəstəxana palatalarının havasının antropogen (biogen) çirklənməsinin əsas göstəricisi hansıdır?
A) Karbon qazı

B) Hidrogen

C) Ammonyak

D) İndol


E) Fenol
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Pyмянцев, 2001
678) Tibb işçiləri üçün hansı infeksion mənşəli peşə xəstəliyi səciyyəvi deyil?
A) Kəskin respirator virus infeksiyası

B) Brüselyoz

C) Sifilis

D) Hepatit A

E) Vərəm
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Pyмянцев, 2001


679) Hansı şüalanma növünün yükü yoxdur, amma hissəcikləri kütləyə malikdir?
A) Neytron

B) γ


C) α

D) β


E) Proton
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
680) Hansı şüalanmanın daha çox xətti ionlaşma sıxlığı vardır?
A) γ

B) Neytron

C) Proton

D) β


E) α
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
681) İonlaşmış şüalanmanın müxtəlif növlərinin insan orqanizminə bioloji effektivliyini bilməkdən ötrü hansı göstəricidən istifadə olunur?
A) İonlaşmanın xətti sıxlığı

B) Çəkilmiş əmsal

C) Qamma-şüalanma sabiti

D) Parcalanma sabiti

E) Enerjinin xətti ötürülməsi
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
682) Səthi yerlərin radioaktiv cirklənməsi nə ilə ölçülür?
A) MkRentgen/saat

B) Ki


C) Tezl/sm²/dəq

D) Bk/sm²

E) Zivert
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
683) Xüsusi radioaktivliyi təyin etmək ücün nədən istifadə olunur?
A) Qrup şəklində dozimetriya üçün dozimetr

B) Dozimetrik siqnal-ölçü qurğusu

C) Fərdi dozimetr

D) Radiometr

E) İndikator
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
684) Termolyuminesent dozimetriya nə ücün istifadə olunur?
A) Qida məhsullarının radionuklidlərlə çirklənməsi

B) Fərdi müdafiə vasitələrinin çirklənmə indikasiyası

C) Dəri qatının çirklənmə indukasiyası

D) Qrup dozimetriyası

E) Fərdi dozimetrik nəzarət
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
685) İonlaşmış şüalanmanın doza gücünü ölçən cihazlar hansı radioloji cihazlar qrupuna aiddirlər?
A) Qrup dozimetriyası üçün dozimetrlər

B) Fərdi dozimetrlər

C) Radiometrlər

D) Heç birinə

E) İndikatorlar
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
686) Orqanizmdə radionuklidlərin aktivliyinin 2 dəfə azalma müddəti necə adlanır?
A) Effektiv dövr

B) Yarımparçalanma dövrü

C) Parçalanma sabiti

D) Yarım ixracat dövrü

E) Zaman vahidində parçalanmanın sayı
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
687) “Sərtliklə gediş“ adlanan cihaz göstəricisi nədən asıllığını bildirir?
A) Sayğacın “ölü vaxtı”ndan

B) Şüalanma enerjisindən

C) İonlaşma kamerasının həcmindən

D) Şüalanma növündən

E) Cihazın həssaslığından
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009 Ильин Л.И «Радиационная гигиена», Москва 2010
688) Izotopun aktivliyinin iki dəfə azalma müddəti necə adlanır?
A) Parçalanma sabiti

B) Yarım ixracat dövrü

C) Zaman vahidində parçalanmanın sayı

D) Effektiv dövr

E) Yarımparçalanma dövrü
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
689) Radiobiologiyada müxtəlif şüalanma növlərinin bioloji təsirini müqayisə etmək üçün hansı anlayısdan istifadə olunur?
A) Keyfiyyət əmsalı

B) Dolma əmsalı

C) Çəkilmiş əmsal

D) Nisbi bioloji effektivlik

E) Diskriminasiya əmsalı
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
690) Müəyyən şüalanma növü üçün orqan və ya toxuma tərəfindən udulmuş doza çəkilmiş əmsala vurulduqda necə adlanır?
A) Ekspozisiya dozası

B) Effektiv doza

C) Dozanın gücü

D) Udulmuş doza

E) Ekvivalent doza
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
691) A qrupunun personalı üçün əsas hədd dozası neçə mzv təşkil edir?
A) 5

B) 100


C) 50

D) 40


E) 20
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009 -Методические указания МУ 2,6,1,2118,06 «Организация и проведение нидивидуального дозиметрического контроля» Москва 2006
692) Şüalanmış şəxslərin hər bir kateqoriyası üçün radiasiya təsirinin normativləri necə adlanır?
A) Əsas doza həddi, yol verilən həddi və nəzarət həddi

B) Əsas doza həddi

C) Əsas doza həddi və yol verilən həddi

D) Tövsiyyəolunan həddi

E) Əsas doza həddi, yol verilən həddi, nəzarət həddi və tövsiyyəolunan həddi
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009 Ильин Л.И «Радиационная гигиена», Москва 2010
693) Аçıq ionlaşma mənbələri ilə bütün işlər neçə sinfə bölünür?
A) 7

B) 5


C) 2

D) 4


E) 3
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009 Ильин Л.И «Радиационная гигиена», Москва 2010
694) Növbəti il ücün personalın şüalanma dozasının planlaşdırılması zamanı nəzarət dozaları necə olmalıdır?
A) Azalmamalıdır

B) Dəyişməlidir

C) Artmamalıdır

D) Azalmalıdır

E) Əhəmiyyəti yoxdur
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
695) Açıq şüalanma mənbələrinə nə aiddir?
A) Teleqammaquraşdırıcılar üçün şüalanma mənbəyi kimi istifadə olunan, metal silindirdə yerləşən stronsium-90 tozu

B) Polad muncuqda lehimlənmiş kobalt-60

C) Seyfin içində qurğuşun konteynerdə yerləşən qızıl-198 məhlulu ilə şüşə ampula

D) Lehimlənmiş metal kapsulada radium-226

E) Şiş hüceyrəsinə yerləşdirilən, məftil formasında olan qızıl-198
Ədəbiyyat: Ильин Л.И «Радиационная гигиена», Москва 2010
696) Əhalinin kütləvi şüalanma yükünə ən az təsir edən müayinə üsulu hansıdır?
A) Flüoroqrafiya

B) Radionuklid diaqnostika

C) Rentgendiaqnostika

D) Rentgenterapiya

E) Radioterapiya
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
697) İonlaşmış şüalanmanın təsiri altında insanda əmələ gələn bəd xassəli şiş hansı effektə aiddir?
A) Stoxastik

B) Somatik

C) Erkən

D) Xronik

E) Kəskin
Ədəbiyyat: M.A.Kazımov. “Radiasiya gigiyenası”. Bakı., 2009
698) AR Səhiyyə Nazirlıyinin 13 saylı əmrinə əsasən radioaktiv maddələr və ionlaşdirici şüalanma mənbələri ilə təmasda olan işçilər dövrü tibbi müayinə zamanı hansı müayinələrdən keçməlidirlər?
A) Leykoformulanın analizi

B) Qanın ümümi analizi

C) Terapevt, nevropatoloq

D) Terapevt, mama-ginekoloq

E) Terapevt, nevropatoloq, mama-ginekoloq, dermato-vineroloq, otolarinqoloq, qan analizi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 №-li 23.01.1989-cu il tarixli əmri


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin