Ədəbiyyat siyahisi


Ədəbiyyatı təbliğ еtmək üçün “Disput”un keçirilməsi də məqsədəuyğundur



Yüklə 68,25 Kb.
səhifə29/36
tarix25.12.2016
ölçüsü68,25 Kb.
#3076
1   ...   25   26   27   28   29   30   31   32   ...   36
Ədəbiyyatı təbliğ еtmək üçün “Disput”un keçirilməsi də məqsədəuyğundur.

Disputun aparıcısı mövzunu dərindən bilməli, məsələni kəskin və maraqlı qоymağı bacar-malıdır. Mövzu ətrafında 4-6 sualla kifayətlənmək оlar. Suallar mövzunun əsas məsələlərini əhatə еtməli, məntiqi ardıcıllıqla düzülməlidir ki, müzakirə də həmin ardıcıllıqla gеtsin. Disputun suallarını müəyyən еtmək aparıcının (kitabxanaçının) vəzifəsidir.



Uşaq Kitabxanalarında “Kitabxanaya uşaqların cəlbi”:

Mütaliə haqqında düşüncələr”, “Uşaq və məktəb kitabxanalarında mütaliə problemləri”,“Mütaliə bilik və informasiya cəmiyyətində”, “Mütaliənin müasir forma və metodları”, “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda elmi konfransların təşkil olunmasında məqsəd uşaq və məktəb kitabxanalarında monitorinqlərin keçirilməsi uşaqların mütaliəyə cəlb olunması ilə bağlı qarşıda duran problem məsələlərin aradan qaldırılması və həlli istiqamətində mütəxəssis rəylərinin bir araya gəlməsidir.

Məsələn: M.Cəlal Paşayev şifahi xalq ədəbiyyatı və klassik irsimizin ənənələri əsasında yetişərək böyük ədəbiyyatda öz sözünü deyib, şərəfli imzasını qoyub. Kitabxanalarda Mir Cəlal Paşayevin yubileyinin rəsmi qeyd olunması haqqında YUNESKO qərarına əsasən “Qızıl qələm” mükafatının laureatı, yazıçı tədqiqatçı Ramiz Dənizin “Qəlblərdə yaşayan Mir Cəlal” kitabının təqdimatını keçirmək məsləhətdir. Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatında, tariximizdə, xalqımızın yaddaşında və qəlbində həmişə 30 yaşlı çılğın bir gənc olan bir şairimizdir. Ömrümüzün hər çağında onun nəğmələrini dinləyəcək, şeirlərini xatırlayacaq, harayını eşidəcəyik.Şairimizin yubileyi ilə əlaqədar uşaq kitabxanasına Respublika elmi pedaqoji kitabxananın əməkdaşlarını, məktəbin dil ədəbiyyat müəllimlərini, psixoloq və başqa qonaqları dəvət etmək olar. Tədbirdə M.Müşfiqə həsr olunmuş sənədli filminin nümayişi məqsədəuyğundur. Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə dəyirmi masa keçirmək, “Azadlıq günəşimizin ziyası“ adlı rəsm və “İstiqlal bütün xalqın əsəridir” mövzusunda inşa, “Azərbaycan deyiləndə ayağa dur ki...” şeir müsabiqələri təşkil etmək olar. Uşaq kitabxanalarında “Kitabxanaya uşaqların cəlbi: Mütaliə haqqında düşüncələr” mövzusunda keçirilən elmi konfranslar təşkil etmək məqsədəuyğundur.


Yüklə 68,25 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin