Ə. A.ƏLBƏndov



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə15/62
tarix31.01.2017
ölçüsü6,87 Mb.
#6788
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

Real qazlar. 

Temperaturun azalması və təzyiqin artması nə-

ticəsi  olaraq  qaz  molekulları  bir-birinə  kifayət  qədər  yaxınlaş-

dıqda  onlar  arasında  molekullararası  cazibə  qüvvələri  (vander-

vaals qüvvələri)  meydana çıxır. Digər tərəfdən qaz molekulları 

bir-birinə kifayət qədər  yaxın olduğundan molekullararası qüv-

vələrlə  yanaşı,  qazın  tutduğu  həcmi  nəzərə  almaq  lazım  gəlir. 

Göstərilən  amillərlə  əlaqədar  olaraq,  qaz  ideal  qaz  qanunlarına 

tabe olmur. Odur ki, real qazlara keçdikdə (4.1) tənliyinə mole-

kullararası vandervaalş qüvvələrini (/ V

2

) və molekulların həc-



mini (a) nəzərə alan düzəliş əmsalları daxil edilir. Bu əmsalları 

nəzərə alan tənlik vandervaals tənliyi adlanıb aşağıdakı kimi ifa-

də edilir:  

 

          

p + a / V 

) (V  - b )  =  nRT                             4.12 

 

                          

 

4.3.  MADDƏNĐN  MAYE  HALI 

 

Mayelərdə molekullararası qarşılıqlı cazibə qüvvələri (van-

dervaals  qüvvələrı,  hidrogen  rabitəsi)  bir  tərəfdən  molekulların 

nizamsız hərəkətlərinin qarşısını aldığı halda, digər tərəfdən bu 

molekulların bir-birinə nəzərən sərbəst yer dəyişmələrini dayan-

dırmağa kifayət etmir. 

Bərk  maddələrə  oxşar  olaraq  mayelər  də  müəyyən  nizamlı 

quruluşa  malik  olurlar.  Molekullararası  vandervaals  qüvvələri, 

hidrogen rabitəsı molekulları bir-birinin ətrafında saxlayaraq on-

ların müəyyən nizamlılığına səbəb olan qruplaşmalar əmələ gə-

tirməsinə  səbəb  olur.  Molekullararası  qüvvələr  hesabına  mole-

kulların belə qruplaşmları   k l a s t e r l ə r,  molekullar  eyni  tə-

biətli  olarlarsa  a  s  s  o  s  i  a  t  l  a  r  adlanır.  Hissəciklərin  belə 

nizamlılığı  nisbətən  az  sayda  molekulyar  qruplaşmalar  səviy-

yəsində  baş  verdiyindən  mayelərdə  nizamlılıq  yerli  və  ya  mə-


 

144


həlli  xarakter  daşıyır.  Məsələn,  maye  suyun  quruluşu  kristal 

quruluşa malik buzun quruluşuna oxşardır. Suda da əksər mole-

kullar  hidrogen  rabitəsi  hesabına  dörd  qonşu  su  molekullarının 

tetraedrik əhatəsində olur. Lakin buzdan fərqli olaraq maye suda 

hidrogen rabitələrinin əyilməsi və dartılması hesabına tetraedrik 

komplekslərin  bir-birinə  nəzərən  yerləşməşi  nizamsız  xarakter 

daşıyır.  Digər  tərəfdən  su  molekullarının  sərbəst  yerdəyişməsi 

hidrogen  rabitələrinin  bir  hissəsinin  qırılması  hesabına  göstə-

rilən  molekulyar  qruplaşmaların  tərkibcə  daim  dəyişilməsinə 

səbəb  olur.  Bu  baxımdan  mayelər  quruluşlarına  görə  olduqca 

nizamlı  quruluşa  malik olan  kristal  maddələrlə,  nizamsız  quru-

luşla xarakterizə olunan qazlar arasında aralıq mövqe tutan yerli 

və ya məhəlli nizamlılığa malik olan sistemlərdir. Bununla əla-

qədar mayelər bir tərəfdən müəyyən həcm tutmaq xassəsinə ma-

lik  olmaları  ılə  yanaşı,  digər  tərəfdən  müəyyən  formaya  malik 

olmamaları ilə xarakterizə olunurlar. Birinci xassə mayeləri bərk 

maddələrə  yaxınlaşdırdığı  halda,  ikinci  xassə  onları  qazlara 

oxşar edir. 

Mayelərin quruluşu və fiziki xassələri onları təşkil edən his-

səciklərin  kimyəvi  təbiəti  ilə  yanaşı,  bu  hissəciklər  arasında 

meydana çıxan qarşılıqlı təsir qüvvələrinin intensivliyindən ası-

lıdır.  Məsələn,  suda  molekulların  komplekslərə  assosiasiya  et-

məsində əsas rol oynayan qüvvə hidrogen rabitəsi olduğu halda, 

qeyri-polyar  molekullardan  ibarət  mayelərdə  isə  molekulların 

assosiasiyası  dispersiya  qüvvələri  ilə  bağlı  olur.  Dispersiya 

qüvvələri doymamış və istiqamətlənməmiş olduqlarından qeyri-

polyar  molekullu  mayelərdə  molekullar  yüksək  koordinasiya 

ədədləri ilə xarakterizə olunurlar.   

Mayelərdə  sərbəst  həcm  olduqca  kicik  olduğundan  onlar   

cüzi sıxılmaq qabiliyyətinə malik olurlar. Molekulların bir-biri-

nə nəzərən sərbəst və nizamsız yer dəyişməsi ilə əlaqədar maye-

lər axıcılıq xassəsi ilə yanaşı, həmçinin izotropluğa, yəni  bütün 

nöqtələrdə  və  bütün  istiqamətlərdə  xassələrin  eyniliyinə  malik 

olurlar. 



 

145


Maye  kristallar. 

Müəyyən mayelər kristallara oxşar olaraq 

yüksək  nizamlılıqla  xarakterizə  olunurlar.  Belə  maddələr  maye 

kristallar  adlanırlar.  Maye  kristalları  əmələ  gətirən  sapaoxşar 

molekullar  bir-birinə  nəzərən  sərbəst  yerdəyişmələrinə  baxma-

yaraq öz oriyentasiyalarını saxlamış olurlar. Bəzi mayelərdə isə 

bu tip hissəciklər bir-birinə paralel olan maye təbəqələrində eyni 

istiqamətdə  hərəkət  etdiyi  halda,  təbəqələrarası  oblastlarda  ni-

zamsız hərəkətdə olurlar. Birinci tip maye kristallar nematik  və 

ya sapabənzər,

 ikinci tip maye kristallar isə smektik (smeqa-sa-



bun)

 maye kristallar adlanırlar. 

Xolesterin asetatı, kalium və ammonium oleatları, müxtəlıf 

lipidləri və digər bir qayda olaraq sapabənzər molekullara malik 

üzvi birləsmələri suda həll etməklə maye kristallar almaq olar. 

Temperaturun, elektrik və maqnit sahələrinin, mexaniki gər-

ginliyin və s. təsirindən maye kristallar quruluşunu asanlıqla də-

yişir. Odur ki, zəif xarici təsirlərin vasitəsi ilə maye kristalların 

fiziki xassələrini idarə etmək mümkündür.  

Maye kristallardan rənglı displeylərdə, termometrlərdə, saat-

ların sferblatında, məlumatların saxlanılmasında və  yazılmasın-

da,  tibbı ölçü cihazlarında və s. istifadə edilir. 

       

 

4.4. MADDƏNĐN  BƏRK HALI 



 

Mayeni soyutduqda hissəciklərin kinetik enerjisinin azalması 

baş  verir  və  müəyyən  temperaturda  maye  bərk  hala  keçir.  Bu 

zaman hissəciklər öz vəziyyəti ətrafinda rəqsi hərəkətlərinı saxla-

maqla irəliləmə hərəkətlərini praktiki itirmiş olur. Qazlardan fərq-

li olaraq maddənin xassələrinin daşıyıcısı rolunu molekullar deyil 

faza oynayır. Bərk maddə amorf və kristal şəklində ola bilər. 

Naddənin amorf halı.

 Maddə amorf halda nizamlı quruluşa 

malik  olmur.  Mayelərə  oxşar  olaraq  amorf  maddələr  də  aşağı  

tərtibli nizamlılığa malik olurlar. Odur ki, amorf maddələri  ano-

mal yüksək özüllüyə malik ifrat soyudulmuş mayelər də adlan-

dırırlar. Bəzi amorf maddələr çox zəif axıcılığa malik olur. Mə-



 

146


sələn, uzun müddət pəncərə kimi xidmət edən şuşənın alt hissə-

sinin qalınlığı üst hissəsinə nisbətən çox olur. Amorf maddələr 

içəricində  ən  xarakter  olanı  şüşədir.  Bununla  əlaqədar  amorf 

maddələri şüşəyəbənzər maddələr də adlandırırlar. Bir çox poli-

merlər, qətranlar, bəsit maddələr (Se, Si, Ag, Au və s.), mürək-

kəb  maddələr  (SiO

2

,  GeO


2

,  B


2

O

3



  və  s.),  sulfatlar,  karbonatlar, 

sulfidlər,  həllolmayan  turşular  və  hidroksidlər  amorf  şəklində 

ola bilər. 

Amorf maddələr izotropluğa, yəni bütün istiqamətlərdə xas-

sələrin eyniliyinə malıkdir.  

Amorf maddələr sabit ərimə və qaynama temperaturuna ma-

lik olmurlar. 

Maddənın  kristal  halı. 

  Bərk  maddələr  içərisində  ən  çox 

rast gəlinən hal hissəciklərinin bir-birinə nəzərən nizamlı oriyen-

tasiyaları ilə xarakterizə olunan kristal haldır. Hissəciklərin bərk 

maddə daxilində üçölçulü fəzada nizamlı düzülüşü kristalın xa-

rici formasını müəyyən edir. Đdeal halda kristal nöqtəvi zirvələr-

də  və  düzxətli  tillərdə  görüşən  müstəvi  tərəflərlə  sərhədlənmiş 

olur.  Təbiətdə  monokristal  adlanan  tək  kristallara  təsadüf  olu-

nur. Belə kristalları çoxlu miqdarda süni yolla alırlar. Monokris-

talların  xarakterik  xüsusiyyəti  onların  qruluşundan  irəli  gələn 



anizotropiya, 

yəni müxtəlif istiqamətlərdə xassələrin: mexaniki, 

elektrik  və  s.  müxtəlif  olmasıdır.  Əksər  hallarda  kristal  maddə 

müxtəlif  oriyentasiyalı  düzgün  olmayan  xarici  formaya  malik 

çoxlu miqdarda kiçik kristallardan təşkil olur. Belə kristal mad-

dələr polikristal maddələr adlanır. 

Kristal maddələr amorf maddələrdən fərqli olaraq sabit əri-

mə və qaynama temperaturuna

 malik olurlar. 

Kristalların  mühüm  xarakteristikalarına  qəfəsin  koordinasi-

ya ədədi 

və qəfəs enerjisi daxildir. Kristalda hissəciyin öz ətra-

finda  koordinasiya  etdirdiyi  (qruplaşdırdığı)  hissəciklərin  sayı 

qəfəsin koordinasiya ədədi adlanır.  



Bir  mol  kristal  maddənin  qazvari  hissəciklərdən  (molekul, 

atom,  ion)  əmələ  gəlməsi  zamanı  ayrılan  və  ya  bir-birindən 

 

147


Şəkil 4.2. NaCl-in  

elementar (ştrixlənmiş 

hissə) və kristal qəfəsi 

 

sonsuz məsafədə aralı yerləşən hissəciklərə parçalandıqda udu-



lan enerji  kristal qəfəs enerjisi adlanır. 

Kristal  quruluşlar. 

Kristalın 

simmetriyasının  bütün    xassələrini  

daşıyan  ən  kiçik  quruluş  vahidi 



elementar qəfəs

 adlanır. Elementar 

qəfəsi üç itiqamətdə çox sayda tək-

rarlamaqla  kristal  qəfəsi  alırlar 

(şək.4.2). Kristalların forması hən-

dəsi  kristalloqrafiya  əsasında  

müəyyən  olunur.

 

Bunun  üçün  üç 

kristalloqrafik oxdan istifadə edilir.  

Adi koordinat oxlarından fərqli 

olaraq  bu  oxlar  sonlu  a,  b  və  c    parçalardan  ibarət  olmaqla 

yanaşı onlar arasında qalan bucaqlar düz və kor bucaq ola bilər 

(şək.4.3). Həndəsi formalarından asılı olaraq kristallar kub, tet-

raqonal,  ortorombik,  heksaqonal,  monoklinik,  triklinik 

  rom-



boedrik 

sistemlərə  təsnif  olunur.  Bu  sistemlərin  həndəsi  xarak-

teristikaları  cədvəl  4.1  və  şəkil  4.4-də 

verilmişdir.     

Kristalın  xarici  forması  onun  daxili 

quruluşunun  simmetriyasını,  yəni  bu  və 

ya  digər  fəza  qəfəsinin  qovşaqlarında 

yerləşən  hissəciklərin  düzgün  dövri  tək-

rarlanmasını  əks  etdirir.  Kristal  qəfəsin 

tipi qəfəsi əmələ gətirən hissəciklərin tə-

biətindən və ölçüsündən, onlar arasında-

kı rabitənin növündən, temperaturdan və 

digər  amillərdən  asılıdır.  Hissəciklər  qəfəsdə  elə  yerləsirlər  ki, 

sistemin enerjisi minimum olsun. Sferik formalı hissəciklər üçün 

bu  prinsip  maksimal  koordinasiya  ədədinə  nail  olmaqla  həyata 

keçir (şək.4.5). 



           

                   

Şəkil 4.3.

 

Kristalloqrafik 



oxlar sistemi

 

 


 

148


Cədvəl 4.1.  Kristal sistemlərin həndəsi xarakteristikası 

 

       


      Sistem 

 

Oxların uzunluğu 



 

Oxlar arasında qalan        

      bucaqlar 

        


   Kub           

   Tetraqonal 

   Ortorombik               

   Monoklin 

   Triklin           

   Heksaqonal         

   Romboedr 

  

       a=b=c 

       a=b





       a



b





       a



b





       a=b



c      



       a=b





        a=b=c 

 

  

   α=β=γ=90



   α=β=γ=90



   α=β=γ=90



   α=γ=90

0

,  β



90





   α



β



γ



90





   α



β=90



0

, γ =120

0

  

   α=β=γ



90





 

 

Kimyəvi  təbiət  etibarilə  oxşar  bir  sıra  maddələr  eyni  quru-



luşlu kristallar əmələ gətirirlər. Bu hadisə izomorfizm, əmələ gə-

lən  kristallar  isə  izomorf  kristallar  adlanır.  Belə  kristallarda 

hissəciklər,  məsələn,  Ca

2

SiO



4

  və  Mg


2

SiO


4

-də  Mg


2+

  və  Ca


2+

KAl(SO



4

)

2



  və  KCr(SO

4

)



2

–də  isə  Al

3+

  və  Cr


3+

  ionları  kristal 

qəfəsi pozmadan bir-birini əvəz edə bilərlər. 

 Bir  çox maddələr iki və daha çox kristal quruluşlar əmələ 

gətirmə xassəsinə malikdir. Eyni bir maddənin müxtəlif quruluş-

lu  kristallar  əmələ  gətirməsi  polimorfizm  adlanir.  Əmələ  gələn 

kristallar isə polimorf kristallar adlanır. Məsələn, SiO

2

-yə təbiət-



də heksaqonal kvarsrombik tridimit və kub kristobalit şəklində 

rast gəlinir.             

Polimorf  kristal  modifikasiyalar  əksər  bəsit  maddələr  üçün 

xarakterikdir.  Bəsit  maddələr  uçün  adətən  polimorfizm  allo-



tropiya

, polimorf modifikasiyalar isə allotropik şəkildəyişmələr 

adlandırılır.  Misal  olaraq  karbonun  allotropik  şəkildəyişmələri 

olan almazı, qrafiti, karbin və fullereni göstərə bilərik.   

Kristal  qəfəsin  qovşaqlarında  yerləşən  hissəciklər  arasın-

dakı rabitənin təbiətinə görə kristal maddələri molekulyar, atom-

kovalent, ion və metal qəfəsli maddələrə təsnif edirlər. 

 


 

149


 

Şəkil 4.4. Kristalların əsas sistemləri

 

 



Molekulyar  qəfəs. 

Qəfəsin  qovşaqlarında  molekullar  yer-

ləşir.  Molekullar  bir-birilə  aşağı  enerji  ilə  xarakterizə  olunan 

van-dervaals qüvvələri ilə əlaqələnirlər. Bu da molekulyar kris-

talların xassələrini müəyyən etmiş olur. Bu qüvvələr doymamış 

və  istiqamətlənməmiş  olduqlarından  sferik  və  hantel  quruluşlu  

molekullardan təşkil olunmuş molekulyar qəfəsli maddələr yük-

sək koordinasiya ədədi ilə xarakterizə olunurlar .    



 

150


 

 

 



 

Şəkil 4.5. Şarların yerləşməsinin üçölçülü təsviri 

a-heksaqonal; b-tərəfləri mərkəzləşmiş kub; 

c

-

həcmi mərkəzləşmiş kub 

          

 

Polyar  molekullu  kristallar 



qeyri-polyar  molekullu  kristallara 

nisbətən  daha  davamlı  olur.  Tər-

kibində F-H, O-H, N-H  qurupları 

olan  maddələrin  kristal  quruluşu-

nu hidrogen rabitəsi müəyyən edir. 

Məsələn,  buzda  hər  su  molekulu 

tetraedrik olaraq dörd su moleku-

lu ilə əlaqələnmiş olur (şək. 4.6). 

Müstəvi  təsvirdə  bu  quruluşu 

aşağıdakı  kimi  göstərə  bilərik. 

Molekulyar qəfəsli maddələrə kristallık  yodu, kükürdü, ağ  fos-

foru,  bərk  halda  qazları,  bir  çox  üzvi  birləşmələri  və  s.  misal  

göstərə bilərik. 

Şəkil 4.6.Buzun quruluşu

 

 



 

151


Atom-kovalent  qəfəs. 

Kristal 


qəfəsin  düyünlərində  bir-birilə  ko-

valent rabitə ilə əlaqələnmiş atom-

lar  yerləşir. Bununla əlaqədar belə 

maddələr  yüksək  qəfəs  enerjisinə 

və  buna  müvafiq  fiziki  xassələrə 

malik olurlar.  

Kovalent  rabitənin  istiqamətli-

liyi ilə əlaqədar



 

olaraq atom-kova-

lent  tipli  kristal  maddələr  aşağı 

koordinasiya ədədləri ilə xarakterizə olunurlar. Məsələn, almaz-

da karbon atomları sp

3

hibridləşmədə olduğundan qəfəsin koor-

dinasiya ədədi 4-dür (Şək.4.7).

 

 

 



a)  

 

  

 

 

b)

 

 

Şəkil 4.7. Almazın quruluşu. a) qəfəsi,   

b) istiqamətlənmiş rabitənin sxemi 

                                                               

 

Metal qəfəs. 

Dövri sistemdəki elementlərin əksəriyyəti me-

tallara aiddir. Qəfəsin qovşaqlarında metal rabitəsı ilə əlaqələn-

miş metal atomları yerləşir. Bu rabitə yüksək dərəcədə delokal-

lıqla xarakterizə olunduğundan metal kristallar yüksək koordina-

siya ədədinə malik olurlar. Bu tip kristallar üçün tərəfləri mər-

kəzləşmiş kub

 (məs. Cu), heksaqonal (məs. Mq) və həcmi mər-

kəzləşmiş kub qəfəs (məş. Fe) daha xarakterikdir. 


 

152


Đon qəfəs. 

Qəfəsin qovşaqlarında müxtəlif işarəli ionlar ye-

rləşir. Đonlar bəsit (KCl) və  mürəkkəb (NH

4

NO



3

) ola bilər.  

Đon rabitəsi doymamış və istiqamətlənməmiş olduğundan ion 

qəfəsli  maddələr  yüksək  koordinasiya  ədədinə  malik  olurlar. 

Məsələn, NaCl-də qəfəsin koordinasiya ədədi 6-dır (şək.4.8). 

 

  



Şəkil 4.8. N.aCl-in kristal 

quruluşu və sferik ionların 

yerləşməsi: böyük  şarlar Cl

-



kiçik şarlar isə Na

+

 -  

ionlarını ğöstərir 

 

 



 

Kristallarda hissəciklərarası rabitənin müxtəlifliyi onların fi-

ziki və kimyəvi xassələrində əsaslı fərqlərin meydana çıxmasına 

səbəb olur. Məsələn, atom-kovalent tipli maddələr yüksək bərk-

liklə, atom-metal qəfəsli maddələr isə yüksək plastikliklə xarak-

terizə olunurlar. Đon qəfəsli, xüsüsən atom-kovalent qəfəsli mad-

dələr qeyri-uçucu olmaqla yanaşı yüksək ərimə temperaturlarına 

malık olurlar. Molekullararası qüvvələr zəif olduqlarından mole-

kulyar  qəfəsli  maddələr  aşağı  ərimə  və  qaynama  temperaturla-

rına və bərkliyə malik olurlar.  



Müxtəlif  rabitəli  kristallar.

  Tərkibində  ancaq  bir  növ  ra-

bitə olan kristallara nadir hallarda rast gəlinir. Əslində isə kris-

talı  təşkil  edən  hissəciklərarası  qarşılıqlı  təsir  daha  mürəkkəb 

olub iki və ya daha çox rabitə növlərini əhatə edir. 

Məsələn,  hidrogen  rabitəsı  iştirak  edən  molekulyar  kristal-

larda (bərk H

2

O, H



2

O

2



, HF və s.) vandervaals qüvvələri ilə ya-

naşı  hidrogen  rabitəsi  də  iştirak  edir  ki,  bu,  kristalın  davamlı-

lığını daha da artırmış olur. 

Təmiz ion rabitəsi olmadığından ion qəfəsli kristallarda ion 

rabitəsi hissəciklərin elektromənfilikləri arasındakı fərqdən asılı 

olaraq  müəyyən  dərəcədə  kovalent  xarakter  daşıyır.  Məsələn, 



 

153


KCl-də  K və Cl-un effektiv yükü +0,97 və -0,97 təşkil edir. Bu 

o  deməkdir  ki,  kristalda  göstərilən  ionlararası  rabitənın  97%-i 

ion, 3%-i isə kovalent rabitədən ibarətdir. 

 d

  və  f-keçid  metallarında  delokallaşmış  rabitəylə  yanaşı  d 

və  f-səviyyəsində  olan  açıq  spinli  elektronlar  hesabına  qonşu 

atomlar  arasında  həmçinin  lokallaşmış  kovalent  rabitələr  də 

əmələ  gəlir.  Bunun  nəticəsi  olaraq  metalların  kristal  qəfəs 

enerjisi, ərimə temperaturu və möhkəmliyi artmış olur. 

 Atom kristallarda kovalent rabitə ilə yanaşı metal rabitə və 

vandervaals  qüvvələri  də  iştirak  edə  bilər.  Məsələn,  qrafitin 

əmələ  gəlməsində  karbon    atomlarının  sp

–  hibridləşməsi  baş 

verir ki, bu da dövri təkrarlanan müstəvi heksaqonal quruluşun 

meydana  çıxmasına  səbəb  olur.  Bu  quruluşda  karbonun  sp-

hibridləşməsinə  müvafiq  olaraq    ∠ CCC  =  120

0

,    C-C 



rabitəsinin  uzunluğu  isə  0,142  nm  təşkil  edir.  Hər  karbon 

atomundan hibridləşmədə iştirak etməyən 

bir  p-elektron  buludu 

π

-qapanma  əmələ 



qətirərək  kristalın  bütün  həcmi  boyu 

paralel  müstəvilərdə  yerləşən  karbon 

atomları  arasında  qrafitin  elektron 

keçiriciliyini  meydana  çıxaran  yüksək 

dərəcədə  delokallaşmış 

π

-rabitə  (metal 



rabitə payı) əmələ qətirir. 

Paralel müstəvilərdə yerləşən karbon 

atomları  arasında  isə  vandervaals 

qüvvələri  hesabına  yaranan  rabitənin 

uzunluğu 0,34 nm təşkil edir (şək.4.9). 

Qrafitdə  kovalent  rabitələr  onun  yüksək  ərimə  temperatu-

runa  və  kimyəvi  davamlılığına  səbəb  olduğu  halda,

π

-rabitə 



elektronlarının hərəkiliyi isə onun elektrik və istilik keçiriciliyi-

nə  səbəb  olur.  Paralel  müstəvilərdə  yerləşən  karbon  atomları 

arasında təsir göstərən vandervaals qüvvələrinin zəifliyi ilə əla-

qədar qrafit həmçinin laylanma və ya pulcuqlanma xassəsinə də 

malikdir.  Sürtkü  yağlarının  və  karandaşların  hazırlanmasında 

qrafitin tətbiqi onun sonuncu xassəsinə əsaslanır.   



Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin