Tabelilik əlaqəsi
Tabelilik əlaqəsi söz birləşmələrindəki sözlər arasında, sadə cümlədəki üzvlər arasında, tabeli mürəkkəb cümlələrin tərəfləri arasında özünü göstərir. Tabelilik əlaqəsində tərəflərdən biri əsas, yəni tabe edən (müstəqil), digəri isə asılı, yəni tabe olan adlanır. Tabelilik əlaqəsi göstərildikdə ox asılı tərəfdən əsas tərəfə istiqamətləndirilir(→ və ya ← ). Həyat (←) gözəldir.
Tabelilik əlaqəsində asılılıq, adətən, ismin hal, mənsubiyyət, xəbərlik şəkilçiləri vasitəsilə yaranır. Tabelilik əlaqəsi predikativ və qeyri-predikativ birləşmələrdə də özünü göstərir. Bu əlaqənin üç növü var:
yanaşma
uzlaşma
idarə
Dostları ilə paylaş: |