Nəhayət, bu mövzu çərçivəsində daha bir məqamı da qeyd etmək istəyirik. Beynəlxalq hüquq elmində və habelə praktikada «müasir beynəlxalq hüquq» ifadəsinə tez-tez rast gəlmək olar. Bu ifadə təkcə zaman mənasında deyil, daha çox keyfiyyət baxımından işlədilir. Bu gün qüvvədə olan beynəlxalq hüquq klassik beynəlxalq hüquqdan keyfiyyətcə kəskin surətdə fərqlənir. Müasir beynəlxalq hüququn səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir: a) bu gün beynəlxalq hüquq təkcə sivil və xristian dövlətlərin deyil, bütün dünya birliyinin ümumi mənafeyini əks etdirən və beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün xüsusi mexanizmi olan normativ sistemə çevrilmişdir; b) müharibə və istənilən güc tətbiqi birmənalı şəkildə qadağan edilmişdir; c) əsas insan hüquq və azadlıqlanmn təmin edilməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir və bununla bağlı olaraq fərd müəyyən dərəcədə beynəlxalq-hüquqi subyektliyə yiyələnmişdir; ç) beynəlxalq normativ sistemdə jus cogens normalannm və erga omnes öhdəliklərinin (yəni bütün beynəlxalq birliyə qarşı olan öhdəliklərin) olması hamılıqla qəbul edilmişdir; d) beynəlxalq cinayətlərə (təcavüz, soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və b.) görə fiziki şəxslərin beynəlxalq məsuliyyəti institutu yaranmışdır.
FƏSIL
Dostları ilə paylaş: |