Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


 Metrologiyanın normativ - hüquqi əsasları



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   45
Azf-295386


 

6.2. Metrologiyanın normativ - hüquqi əsasları 

 

Ö



lçmənin və ölçmə məlumatlarının vacibliyi və əhəmiyyəti qa-

nunvericilik 

qaydasında bir sıra kopleks hüquqi-normativ aktların və 

müddəaların müəyyənləşdirilməsini tələb edir (şəkil 6.2.). 

 


240 

 

 



Şəkil 6.1. Metroloji təminatın əsasları 

241 

 

Metrologiya məsələləri üzrə 



Konstitusiyada nəzərdə tutulmuş 

normalar 

“Ö

lçmələrin vahidliyinin təmin edilməsi” və Texniki 



N

izamlanması haqqında qanunlar 

Metrologiya sahəsində müxtəlif məsələlər üzrə Azərbaycan 

Respublikasının qərarları 

Azərbaycan Respublikasının “Standartlaşdırma, Metrologiya və 

Patent üzrə Dövlət Komitəsi”nin  normativ texniki sənədləri 

Azərbaycan Respublikasının müxtəlif elmi-texniki mərkəzlərinin 

metrologiya sahəsində məsləhətləri 

Şəkil 6.2. Ölçmənin  vahidliyinin təmin edilməsinin 

normativ bazası 

 

 

Metrologiya sahəsində fəaliyyət Azərbaycan Respublikasının 



qanunları əsasında həyata keçirilir. 

“Ö

lçmənin  vahidliyinin  təmin  edilməsi”  haqqında  qanunun 



əsas məqsədləri aşağıdakılardır: 

  ö


lçmənin  vahidliyinin  təmin  edilməsinin  hüquqi  əsaslarını 

əyyənləşdirmək; 



 ö

lçmə vasitələrinin hazırlanması, satılması, xaricə  çıxarılma-

sı, istehsalı, istismarı və təmiri məsələlərində dövlət orqanları ilə hü-

quqi və fiziki şəxslər arasındakı münasibətləri nizamlamaq; 

 

vətəndaşların  hüquqlarını  və  qanuni  maraqlarını,  təyin  edil-



miş qaydaları və ölkənin iqtisadiyyatını qeyri dəqiq ölçmələrin mənfi 

nəticələrindən qorumaq; 

 

fiziki kəmiyyətlərin dövlət etalonlarını yaratmaq, ölkənin in-



kişafına kömək etmək

 ö


lkənin ölçmə sistemini dünya təcrübəsi ilə hormonikləşdir-

mək. 


Qanun  metrologiyanın  bir  sıra  əsas  anlayışlarını  möhkəmlən-

dirir. Ən əsas anlayışlardan biri ölçmənin vahidliyidir. 

Ölç

mənin  vahidliyi  kimi,  ölçmənin  nəticələrinin  kəmiyyətlərin 



qanun

laşdırılmış vahidlərdə ifadə edilməsi və ölçmənin xətasının ve-

rilmiş  ehtimalla  təyin  edilmiş  sənədlərdən  kənara  çıxmaması  başa 


242 

 

düşülür. Bundan başqa qanunda ölçmə vasitələri, kəmiyyət vahidinin  



etalonu,  metroloji  xidmət,  metroloji  nəzarət,  ölçmə  vasitələrinin 

yoxlanması və kalibrlənməsi, ölçmə vasitəsinin tipinin təsdiq edilməsi 

sertifikatı,  ölçmə  vasitəsinin  yoxlanmasına  hüquq  vermə 

akkreditasiyası, ölçmə vasitəsinin hazırlanmasına (təmirinə,  satışına, 

kirayəyə verilməsinə)  lisenzi-ya verilməsi, kalibirləmə üçün sertifikat 

anlayışlarının  tərifləri  verilmişdir.  Göstərilən  təriflər  Beynəlxalq 

Qanunverici M

etrologiya təşkilatının rəsmi terminlərinə uyğundur. 

Azərbaycan  Respublikasında  Beynəlxalq  vahidlər  sisteminin 

fiziki kəmiyyətlərinin  vahidlərinin tətbiq edilməsinə icazə verilir. Bu 

fiziki  kəmiyyət  vahidləri  Beynəlxalq  Qanunverici  Metrologiya 

T

əşkilatının məsləhəti ilə  ölçü və çəki üzrə Baş Konfrans tərəfindən 



qəbul edilmişdir. 

Ö

lçmələrin  vahidliyinin  təmin  edilməsinin  Dövlət  sistemi 



özün

də bir sıra normativ sənədləri cəmləyir. 

Ö

lçmələrin vahidliyinin təmin edilməsi sisteminin əsas obyekt-



ləri aşağıdakılardır: 

 

fiziki kəmiyyət vahidləri; 



 dö

vlət etalonları və yoxlama sxemləri; 

 ö

lçmə vasitələrinin nomenklaturası və metroloji xarakteristi-



kalarının   normalaşdırılması üsulları; 

 ö


lçmənin dəqiqliyinin normaları; 

  ö


lçmənin  dəqiqliyinin  göstəricilərinin  və  nəticələrin  təqdim 

edilməsinin  formalarının ifadə edilməsi üsulları; 

 ö

lçmələrin yerinə yetirilməsi metodikaları; 



 

maddələrin və materialların xassələri haqqında  məlumatların 

doğruluğunun qiymətləndirilməsi və təqdim edilməsi metodikaları; 

 

maddələrin və materialların xassələrinin standart nümunələ-



rinə təlabatlar; 

 

metrologiya sahəsində terminlər və anlayışlar; 



  ö

lçmə  vasitələrinin  dövlət  sınağının  təşkili  və  keçirilməsi 

qay

daları,  ölçmə  vasitələrinin  və  sınaq  avadanlıqlarının  yoxlanması 



və metroloji attestasiya, ölçmə vasitələrinin kalibirlənməsi, normativ-

texniki,  layihə,  konstruktor  və  texnoloji  sənədlərin  metroloji  eks-

pertizası,  materialların  və  maddələrin  xassələri  haqqında  məlumat-

ların ekspertizası. 



243 

 

Cari  metroloji  fəaliyyət  Azərbaycan  Respulikasının  hökuməti 



tərəfindən reqlamentləşdirilir. 

Azərbaycan  Respublikasının    ərazisində  və  ondan  kənarda  

is

tifadə  edilən  standartların  bir-birinə  uyğunlaşdırılması,  yəni 



hormonikləşdirilməsi tələb edilir. Standartların  hormonikləşdirilməsi 

kimi,  onların  məzmununun  digər  standartlara  uyğunlaşdırılması 

(birinci nö

vbədə    beynəlxalq  standartlarla),  standartlarda  verilmiş 

sınaqların  nəticələrinin  və  məlumatların  qarşılıqlı  başa  düşülməsi, 

standarta gö

rə buraxılan məhsulun (xidmətin) qarşılıqlı əvəzolunması 

başa düşülür. 



Standartlaşdırma, metrologiya, sertifikasiya, akkreditasiya 

qaydaları  normativ  sənəd  olub,  təşkilati-texniki, yaxud ümumi 

texniki  müddəaların,  qaydaların,  işlərin  yerinə  yetirilməsi  metod-

larının  yuxarıda  göstərilən  sahələrdə  mütləq  şəkildə  həyata 

keçirilməsini müəyyənləşdirir.  



Standartlaşdırma, metrologiya, 

sertifikatlaşdırma,                

akkre

ditasiya  üzrə  məsləhətlər,  o  cümlədən  dövlətlərarası        

məsləhətlər  normativ  sənəd  olub,  təşkilati-texniki yaxud ümumi-

texniki  müddəaların,  qaydaların,  işlərin  yerinə  yetirilməsi 

metodlarının və qaydalarının könüllü yerinə yetirilməsini xarakterizə 

edir. 


Metodiki  təlimatlar  və  rəhbər  sənədlər  normativ-metodiki 

məzmunlu  sənədlər  olub,  Azərbaycan  Respublikası  Metrologiya, 

Standartlaşdırma  və  Patent  üzrə  Dövlət  Komitəsinin  tabeçiliyində 

olan təşkilatlar tərəfindən işlənir. 

 

6.3. Metroloji xidmətlər və təşkilatlar 



 

6.3.1. Azərbaycan Respublikası Standartlaşdırma, 

Metrologiy

a və Patent üzrə Dövlət Komitəsi 

Azərbaycan  Respublikasında  ölçmələrin  vahidliyinin  təmin 

edil

məsi ilə əlaqədar bütün məsələlər Azərbaycan Respublikası Met-



rologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən 

həyata keçirilir “Azərbaycan Respublikası Standartlaşdırma, Metro-

logiya və Patent üzrə Dövlət Komitəsinin metrologiya sahəsində əsas 

məsələləri aşağıdakılardır: 



244 

 

 



metrologiya  sahəsində  dövlət  siyasətini  həyata  keçirmək,  

standart


ların, etalonların və fiziki kəmiyyətlərin müəyyənləşdirilməsi 

və istifadə edilməsi; 

 

istehlakçıların  və  dövlətin  maraqlarını,  məhsullara  (işlərə, 



xidmətlərə)  verilən  təhlükəsizlik  tələblərini  gözləməklə  təmin  edil-

məsi; 


 

standartlaşdırma sisteminin fəaliyyətinin və inkişafının   tə-

m

in  edilməsi, ölçmənin vahidliyinin, sertifikatlaşdırmanın, akkredi-



tasiyanın və bu sahədə elmi texniki məlumatın təmin edilməsi, onları 

beynəlxalq və xarici ölkə sistemləri ilə harmonikləşdirilməsi; 

 dö

vlət standartlarının tələblərini, sertifikatlaşdırılan   məhsul 



üçün sertifikatlaşdırma qaydalarını, həmçinin dövlət metroloji nəza-

rətin  gözlənilməsi  ilə  bağlı  dövlət  nəzarətinin  təşkili  və  həyata 

keçirilməsi; 

 

metroloji  sistemin  məlumat  resurslarının  və  infrasturuk-



turunun  akkreditasiya

sının, texniki-iqtisadi məlumatların keyfiyyəti-

nin və təsnifatının formalaşdırılması. 

Yuxarıda  göstərilən  məsələləri  həyata  keçirmək  üçün 

Azərbaycan Resbublikasınin Metrologiya, Standartlaşdırma və Patent 

üzrə Dövlət Komitəsi bir sira elmi, huquqi, texniki-təşkilati, metodiki, 

maliyyə və məlumatlandirma işlərini yerinə  yetirir. 

 

6.3.2. Beynəlxalq metrologiya təşkilatları 

1875-

ci ildə on yeddi dövlət Metrik konvensiyanı imzaladılar. 



Hal-haz

ırda  bu  konvensiyaya  əlliyə  yaxin  dövlət  qoşulmuşdur. Bu 

konvensiy

a,  onu  imzalamış  dövlətlərin  beynəlxalq  əlaqələrini 

müəyyənləşdirir. Bu məqsəd üçün Ölçülərin və Çəkilərin Beynəlxalq 

rosu (Bureau İnternational des Poids et Mesures) yaradıldı. Büro 



Paris  yaxınlığındakı  Sevr  şəhərində  yerləşmişdir.  Büronun  məqsədi 

ö

lçmələrin  beynəlxalq  eynicinsliyini  və  onların  Beynəlxalq 



Simmetriya  sisteminə  uyğunluğunu  təmin  etməkdir.  Bu  məqsədlə 

bütün  ö


lkələr  üçün  Simmetriya  sisteminin  fiziki  kəmiyyətlərinin 

vahidlərinin ölçülərinin ötürülməsi sistemi yaradılmışdır. Bu məsələ-

lər çox şaxəlidir. Onların həllini etalonların birbaşa yayılması (məsə-

lən:  kütlə  üçün),  yaxud  milli  etalonların  beynalxalq  muqayisəsinin 



245 

 

koordinasiya  edilməsi  (məsələn:  uzunluq, elektirik, radiyometriya) 



yolu ilə həyata keçirirlər. 

Büro  ö


lçmə  ilə  əlaqəli  tədqiqatları  yerinə  yetirir,  milli 

etalonların  beynalxalq  müqayisəsini  təşkil  edir,  üzv  ölkələr  üçün 

kalibrləməni  yerinə  yetirir.  Ölçülərin  və  Çəkilərin  Beynəlxalq 

bürosunda (Ö

ÇBB) bir sıra ölçülərin prototipləri, fiziki kəmiyyətlərin 

v

ahidlərinin  etalonları  saxlanılır.  ÖÇBB-nin  fəaliyyəti  metrik 



konvensiyanın üzvü olan ölkələr tərəfindən maliyyələşdirilir. 

Konvensiyaya  uyğun  olaraq  ÖÇBB-nin  fəaliyyətinə  rəhbərlik 

etmək  üçün  Ölçü  və  Çəkilərin  Beynəlxalq  Komitəsi  (ÖÇBK) 

(Comitee  İnternational  des  Poids  et  Mesures)  yaradılmışdır.  Bu 

komitə  Ölçü  və  Çəkilərin  Baş  Konfransı  (Conference Generate des 

poids  et  Mesures)  qarşısında  hesabat  verir.  Baş  Konfrans  hər  dörd 

ildən  bir,  üzv  dövlətlərin  hökümətlərinin  nümayəndələrinin  iştiraki 

ilə,  ÖÇBK-nın  üzvlərini  seçir.  Hal  hazırda  ÖÇBK-nın  nəzdində 

yeddi  məsləhət  komitəsi  fəaliyyət  göstərir.  Bunlar  uzunluq,  kütlə, 

vaxt, elekt

rik  kəmiyyətləri  vahidlərini,  fotometriya  və  radiometriya 

vahidlərini, şualanma ionlaşdırılması vahidlərini və kimyəvi kəmiy-

yətlərin ölçülməsi üçün vahidləri müəyyənləşdirən komitələrdir. 

Qeyd  etmək  lazimdır  ki,  ÖÇBB  və  ÖÇBK  beynəlxalq 

metrologiya  təşkilatları  ilə  sıx  əməkdaşlıq  şəraitində  işləyirlər. 

Xüsusilə  yaxın  əlaqələr  Qanunverici  Metrologiyanın  Beynəlxalq 

T

əşkilatı  ilə  (QMBT)  və  standartlaşdırma  sahəsində  beynəlxalq 



təşkilatlarladır  (İSO).  İSO-nun  texniki  komitəsi  İSO/TS12 

“Kəmiyyətlər, vahidlər, işarələr və koçürmə vuruqlar” texniki komi-

təsinin bu məsələlərdə xususi rolu vardir. Bundan başqa Beynəlxalq 

Elektrotexnika  Komiss

iyasi  (BEK)  və  bir  sira  digər  beynəlxalq 

təşkilatlarlarla  qarşılıqlı  əlaqələr  həyata keçirilir. ÖÇBB  üzvləri, 

müxtəlif  komitələrin  üzvləri  vasitəsi  ilə  beynəlxalq  təşkilatların 

işində  iştirak  edirlər.  OÇBB  üzvləri  çoxlu  sayda  beynəlxalq 

rüşlərdə  və  konfranslarda  iştirak  etməklə,  beynəlxalq  ölçmələrin 



koordinasiyasında mühüm rol oynayırlar. 

OÇBB,  beynəlxalq  təşkilatlarla  birlikdə  “Ölçmələrin  qeyri 

müəyyənliyini ifadə etmək üçün rəhbər sənəd, əsas və ümumi metro-

loji terminlərin beynəlxalq lüğəti”ni işləmiş və çap etmişlər. 



246 

 

Beynəlxalq  Qanunverici  Metrologiya  təşkilatı  (BQMT) 



(İnternational Orqanization of Leqal Metrology) 1955-ci  ildə 

yarad


ılmışdır.  Bu  təşkilatın  məqsədi  metralogiyanın qanunvericilik 

qaydalarının  ümumi  harmonikliyini    təmin  etmək  və  metrik 

konvensiya üzvi olan dö

vlətlərdə  yerinə  yetirilən  ölçülərin 

dəqiqliyinə qarşılıqlı inamın müəyyən edilməsidir. Bu dövlətlərarası 

təşkilatdır. Bu təşkilata onun işində aktiv iştirak edən üzv dövlətlər 

və  muşahidəçi  kimi  iştirak  edən  müxbir  üzv  dövlətlər  daxildirlər. 

Hal-hazirda BQMT 80 dö

vləti  birləşdirir.  BQMT-nin  ali  orqanı 

Qanunverici Metrologiyan

ın Beynəlxalq Konfransıdır. Bu konfrans 4 

ildən bir çağrılır. BQMT-nin qərarları məsləhət xarakteri daşıyır və 

onların  yerinə  yetirilməsi  konkret  dövlətin  istəyindən  asılıdır.  Bu 

təşkilat  özünün  işçi  orqanları  üçün  beynəlxalq  sənədlər  və  üzv 

ö

lkələrə  ünvanlanmış  məsləhətlər  nəşr  edir.  Beynəlxalq 



standartlaşdırma  təşkilatı  (İSO)  (İnternational  Organizavion  for 

Standardization) 1946-

cı  ildə,  25  milli  standartlaşdırma  təşkilati 

tərəfindən  yaradılmışdır.  İSO-nun    üzvləri  dünya  ölkələrinin  milli 

standarlaşdırma təşkilatlarıdır. 2000-ci ildə 135 dövlət İSO-nun üzvü 

idi. 


 

İSO-nun  fəaliyyəti  elektrotexnika  və  elektronikadan  başqa 

bütün  sahələri  əhatə  edir.  Elektrotexnika  və  elektronika  sahəsində 

s

tandartlaşdirma məsələləri ilə Beynəlxalq Elektrotexnika  Komissi-



yasi  (BEK)  məşğul  olur.  Bəzi  sahələrdə  bu  iki  təşkilat  birlikdə 

fəaliyyət göstərir.                                                                          

İSO-nun  əsas  məqsədi  aşağıda  göstərilən  məsələləri  həll 

etməkdir: 

 

malların  və  xidmətlərin  beynəlxalq  mübadiləsini  təmin    et-



mək məqsədi ilə standarlaşdırmanın, metrologiyanın və sertifikatlaş-

dırmanın inkişafına kömək etmək; 

  intellektual, elimi-

texniki  və  iqtisadi  sahələrdə  əməkdaşlığı 

hkəmləndirmək. 



İSO stantartlarından dünyada geniş isdifadə edilir. Onların sayı 

hal-


hazırda  12  mini  keçir.  Bundan  başqa  hər  il  minə  qədər  yeni 

standartlar  qəbul  edilir  və  yaxud  onlara  baxılır.  Onlardan  İSO-nun 

üzvləri olan ölkələrin istifadə etməsi məcburi deyil. Bununla bərabər 


247 

 

İSO standartlarının Azərbaycan Resbublikasında tədbiq edilməsi ilə 



bağlı məqsədyönlü işlər görülür. 

Beynəlxalq  Elektrotexnika  Komissiyasi  (BEK)  (İnternational 

Elektrotechnikal Commission) 1906-

cı  ildə  yaradılmışdir.  İkinci 

Dünya müharibəsindən sonra BEK İSO nun tərkibində muxtariyyatı 

olan bir təşkilat kimi fəaliyyət göstərir. BEK-in yaradılmasının əsas 

m

əqsədi  İSO-nun  yaradılması  ilə  eynidir  -  elektrotexnika  və  radio-



tex

nika sahəsində beynəlxalq standartların işlənməsi yolu ilə standat-

laşdırma,  metrologiya  və  sertifikatlaşdırma  üzrə  beynəlxalq  əmək-

daşlığı inkişaf etdirməyə kömək etmək. 

BEK-

in  üzvlərinin  əksəriyyəti,  burada  özlərinin  milli 



standatlaşdırma təşkilatları ilə təmsil olunurlar. İSO ilə BEK arasında 

sınaq laboratoriyalarının standartlaşdırılması, sertifikatlaşdırılması və 

akkreditasiyası  ilə  bağlı  aktual  məsələlər  həll  olunur,  İSO/BEK 

stərişləri  və  direktivləri  nəşr  olunur.  BEK  tərəfindən  2  mindən 



artıq beynəlxalq standartlar qəbul edilmişdir. 

Metrologiyanın  ayrı-ayrı  məsələləri  ilə    ölçmə  texnikası  və 

cihazqayırma  üzrə  Beynəlxalq  konferensiya  (İMEKO),  Radiorabitə 

üzrə Beynəlxalq Məsləhətləşmə Komissiyası (RRBMK), Beynəlxalq 

mülki aviasi

ya  təşkilat  (BMAT),  Beynəlxalq  Telekomunikasiya 

İttifaqı (BTİ), Beynəlxalq Astronomiya İttifaqı (BAİ), Coğrafiya və 

Geodeziya üzrə Beynəlxalq İttifaq (CGBİ) və s. məşğul olur. 

MDB  çərçivəsində  standartlaşdırma,  sertifikatlaşdırma  və 

metrologiya  məsələləri  dövlətlərarası  Razılaşma  sənədi  əsasında 

həyata  keçirilir  (1992).  Onun  əsasında MDB-nin  standartlaşdırma, 

Metrologiya  və  Standartlaşdırma  üzrə  Dövlətlərarası  İttifaqı 

yaradılmışdır. Burada bu ölkələrin standartlaşdırma, metrologiya və 

sertifikatlaşdırma  üzrə  milli  təşkilatları  təmsil  olunmuşlar.  Bu 

təşkilatlar  İSO  tərəfindən  regional  təşkilat  kimi  tanınmışdır.  İtiffaq 

standartlaşdırma  və  sertifikatlaşdırma  sahəsində  böyük  iş  görür. 

Onlar  tərəfindən  işlənmiş  standartlar  və  normativ  sənədlər  MDB 

ö

lkələrində  yayılır.  Bu  proses  PMQ-04-94    və  PMQ-05-94    



qaydalarına uyğun həyata keçirilir. 

 

 



 

248 

 

6.4. Dö



vlət metroloji nəzarəti və yoxlaması 

 

6.4.1. Nəzarət və yoxlama haqqında anlayışlar 

Metroloji nəzarət və yoxlama təyin edilmiş metroloji qayda-

ların  və  normaların  gözlənilməsinin  hüquqi  şəxs,  yaxud  dövlət  or-

qanları tərəfindən yoxlanmasının həyata keçirilməsidir. 

Metroloji  nəzarət  və  yoxlama  aşağıdakı  yollarla  həyata 

keçirilir: 

 ö


lçmə vasitələrinin kalibirlənməsi ilə; 

 attestasiyadan keçmi

ş ölçmə vasitələrinin vəziyyətinə, ölçmə 

vahidlərinin  kalibrlənməsi  üçün  istifadə  edilən  fiziki  kəmiyyət 

vahidləri  etalonlarına,  metroloji  qaydaların  və  normaların  gözlə-

nilməsinə,  ölçmənin  vahidliyini  təmin  edən  normativ  sənədlərə 

nəzarət etməklə; 

 

metroloji qayda və normaların pozulmasının qarşısını  alma-



ğa, yaxud  aradan qaldırmağa istiqamətlənmiş məcburi  göstərişlərin 

verilməsi. 

• Ö

lçmə vasitəsinin vaxtında tipinin təsdiq edilməsi məqsədi ilə 



sınağa, yoxlamaya və kalibrləməyə təqdim edilməsinin yoxlanılması. 

vlət metroloji xidməti aşağıdakıları özündə cəmləyir: 



 ö

lçmə vasitələrinin tipinin təyin edilməsi; 

 ö

lçmə vasitələrinin, o cümlədən etalonların yoxlanılması; 



  ö

lçmə  vasitələrinin  hazırlanması,  təmiri,  satılması  və 

kirayəyə  verilməsi  üçün hüquqi və fiziki şəxslərin fəaliyyətinin li-

senziya


laşdırılması.  

vlət metroloji nəzarəti aşağıdakı  fəaliyyəti həyata keçirir: 



 

attestasiyadan  keçmiş  ölçmə  vasitələrinin  buraxılışı 

vəziyyətinə  və  tətbiqinə,  kəmiyyətlərin  vahidləri  etalonlarına, 

müəssisələrdə  metroloji  qaydaların  və  normaların  gözlənilməsinə 

nəzarəti; 

 

ticarət  əməliyyatlarını  apararkən  özgələşdirilmiş  malların 



sayına nəzarəti;  

Bu nö


v  nəzarət  malların  sayını  xarakterizə  edən  kütlə,  həcm, 

sərfiyyat və  digər kəmiyyətləri təyin etmək üçün keçirilir. 

 

qablaşdırılmış  malların  müxtəlif  növlərinin  boşaldılması  və 



satışı  zamanı  onların  sayına  nəzarəti;  Bu  nəzarət  o  zaman  həyata 

249 

 

keçirilir ki, qabların içərisindəki malları qablar açılmadan və ya de-



for

masiya olunmadan dəyişmək mümkün olmasın. Bu halda qablarda 

yerləşdirilmiş malların sayını göstərən kütlə, həcm, uzunluq sahə və 

digər kəmiyyətlər, qabların üzərində göstərilməlidir. 

Nəzarətin  əsas  vəzifələri  buraxılan  ölçmə  vasitələrinin  təsdiq 

edilmiş  tipə  uyğun  olmasını,  ölçmə  vasitələrinin  vəziyyəti  və  onun 

düzgün  tətbiq  edilməsini,  metroloji  kəmiyyətlərin  doğruluğunu, 

həmçinin  metroloji  qaydaların  və  normaların  normativ  sənədlərə 

uyğun olmasını müəyyənləşdirməkdir. 

Hər  bir  yoxlamanın  nəticəsi  uyğun  aktla  sənədləşdirilir.  Yox-

lama aktı müəssisənin rəhbərliyinə,  surəti isə Dövlət metroloji xid-

mətinə  təqdim  edilir.  Yoxlanılan  müəssisənin  rəhbəri  aşkar  edilmiş 

qsanları aradan qaldırmaq üçün təşkilati-texniki tədbirlərin planını 



təsdiq edir. 

Yoxlamaları  Azərbaycan  Respublikasının  Metrologiya,  Stan-

dartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları həyata 

keçirir.  Azərbaycan  Respublikasının  Metrologiya  Standatrlaşdırma 

və  Patent  üzrə  Dövlət  Komitəsinin  əməkdaşları  təyin  edilmiş 

qaydalar  əsasında  maneəsiz  olaraq  aşağıdakıları  həyata  keçirmək 

səlahiyyətinə malikdirlər: 

 

tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ölç-



mə  vasitəsinin  istismarı,  istehsalı,  təmiri,  satışı,  saxlanması  və  qo-

r

unması ilə məşğul olan obyektlərə daxil olmaq; 



 

tətbiqinə  icazə  verilən  kəmiyyət  vahidlərinin  uyğunluğunu 

yoxlamaq; 

  ö


lçmə  vasitələrinin  vəziyyətini,  tətbiq  şəraitini  və  təsdiq 

edilmiş tipə uyğunluğunu yoxlamaq; 

 

attestasiyadan  keçmiş  ölçmənin  aparılması  metodikasını 



(ÖAM),  ö

lçmə  vasitələrinin  yoxlanması  üçün  istifadə  edilən  eta-

lonların vəziyyətini yoxlamaq; 

 

ticarət  əməliyyatlarını  apararkən  özgələşdirilmiş  malların 



sayını yoxlamaq; 

 

nəzarəti  həyata  keçirmək  üçün  malların  və  məhsulların 



nümunələrini,  həmçinin  istənilən  növ  qablaşdırılmış  malları  götür-

mək; 


250 

 

  dö



vlət  metroloji  nəzarətinə  və  yoxlanmasına  uğradılan 

obyektin  texniki  vasitələrindən  istifadə  etmək  və  obyektin  işlərini 

yoxlamağa cəlb etmək. 

Metroloji qaydaların və normaların gözlənilməsində nöqsanlar 

olduqda Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və 

Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının aşağıdakı hüquqları 

vardır: 

 

təsdiq  edilmiş,  yaxud  təsdiq  edilməmiş tiplərə  uyğun  olma-



yan,  həmçinin  yoxlanılmamış ölçmə vasitələrinin tətbiq edilməsini 

və istehsalını qadağan etmək; 

 

əgər  ölçmə  vasitəsi  düzgün  olmayan  göstəricilər  verərsə, 



yaxud nö

vbəti yoxlamanın vaxtı gecikibsə, yoxlama damğalarını və 

yoxlama haqqında şəhadətnaməni ləğv etmək; 

 vacib olduqda ö

lçmə vasitələrini istismardan çıxartmaq; 

 

əgər ölçmə vasitələrinin hazırlanmasında, təmirində, satışında 



və  kirayəyə  verilməsində  nöqsanlar  aşkar  olunubsa,  göstərilən 

fəaliyyətlərə lisenziyanın ləğv olunması üçün təklif vermək; 

 

məcburedici  göstərişlər vermək, metrologiya qaydalarının və 



normalarının  pozulmasının  aradan  qaldırılması  üçün  vaxt  təyin 

etmək; 


 

metroloji  qaydaların və normaların pozulması haqqında akt 

tərtib etmək. 

Azərbaycan Respublikasının Metrologiya, Standartlaşdırma və 

Patent  üzrə  Dövlət  Komitəsinin  səlahiyyətli    əməkdaşı  Azərbaycan 

Respublikasının  qanunlarını və dövlət ölçmə sisteminin normalarını 

zləməlidir. 



 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin