Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə3/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   443
TƏRBİYƏ NƏZƏRİYYƏSİ,

Tarİxİ və METODİKASI

I fəsil
Tərbİyə, ONUN meydana gəlməsİ

və İnkİşaf dövrlərİ
Əhatə olunan məsələlər:
1.1. Tərbiyə.

1.2. İbtidai icma quruluşunda tərbiyə.

1.3. Antik yunan fəlsəfəsində tərbiyə.

1.3.1. Sparta tərbiyə sistemi.

1.3.2. Afina tərbiyə sistemi.

1.1. Tərbiyə
Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökün­dən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol gös­tər­mək; “Rəbi”- bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “ri­ba”-çoxaltmaq.

Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sö­zün­dən sonra ən çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”, “nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ər­sə­yə çatdırma” deməkdir. “Mürəbbi” sözü də “rəbb” kəlməsindən əmələ gəlmişdir.

Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi haq­qında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya sal­maq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yi­yə­lənmək səviyyəsinə çatdırmaq mənası başa düşülür.

Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında digər amillərlə ya­naşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu vardır. Pey­ğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) buyururdu ki, “tərbiyə valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”.

Hər bir şəxs-istər uşaq, cavan, istərsə də yaşlı olsun daim tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk göstə­rirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır.

Tərbiyənin əsas qayəsi geniş, mütərəqqi dünyagörüşlü, xe­yir­xah, mədəni, humanist insanlar yetişdirməkdir.

Pedaqoji anlayış kimi tərbiyənin məzmununun üç əlaməti gö­s­tərilir: birinci, məqsədyönlülük; ikinci, bəşəriyyətin tarixi inki­şa­fı­nın nailiyyətləri olan sosial-mədəni dəyərlərə müvafiqlik; üçün­cü, təş­kil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu.

Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəхsiyyətin fоrmalaşması, inkişafı, davranışı prоsesidir”.

Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrü­bə­nin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə gənc nəslə aşılan­ma­sıdır”


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin