Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir



Yüklə 0,94 Mb.
səhifə6/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19
Avadanlıqlar

Azhəcmli (azyağlı) açarlar.
Belə açarlarda yağ yalnız qaz generasiya edən maddə rolunu oynayır. Cərəyandaşıyıcı hissələri izolə etmək üçün farfor, şüşəplastik, tekstolit və digər bərk izolyasiya materiallarından istifadə edilir. Azhəcmli yağ açarlarının çən açarlarına nisbətən ölçüləri və kütləsi azdır. Yağın nisbətən az olması onun qulluğunu və təmirini yüngülləşdirir və partlayış təhlükəsini azaldır.
Ən çox tətbiqin tapmış 6-10 kV asma tipli BMП seriyalı açarlardır. Bu açarlarda hər üç qütb üçün korpus izolyatorlarda ümumi çərçivəyə bərkidilir. Hər qütbdə bir kontakt aralığı və qövssöndürücü kamera nəzərdə tutulur.
Yay və ya elektromaqnit intiqalla quraşdırılan açarlar (ВМПП, ВМПЭ tipli) son vaxtlara qədər 6-10 kV komplekt və bağlı paylayıcı qurğularda geniş istifadə olunurdu. Bu seriyalı açarlar 3200 A nominal cərəyana və 31,5 kA açılma cərəyanına hesablanmışlar.
Bütün seriya açarlar üçün qütbün daxili quruluşü (şəkil 3.1) eynidir. Açarın qütbü möhkəm nəmliyədavamlı isolyasıya silindrindən 5 ibarətdir. Onun alın hissəslərinə metal flanslar bərkidilmişdir. İzolyasiya silindrinin yuxarı flansı üzərində alüminium xəlitəsindən korpus bərkidilir, onun daxilində: intiqallı düzləndirici mexanizm, hərəkətli kontakt çubuq, rolikli cərəyanqəbuledən qurğu və yağayırıcı yerəşir. Aşağı silumin flans qapaqla örtülür, onun daxilində rozet kontaktı, xaricində yağın boşalması üçün tıxac vardır. Silindrin daxilində rozet kontakt üzərində söndürücü kamera yerləşir.O fiqurlu dəlikləri olan izolyasiya lövhələrindən yığılır. Lövhələrin yığımı ilə üç yan kanal və yağ ciblər yaradılır. Qoşulu vəziyyətdə kontakt çubuq rozet kontaktda olur (şəkil 3.1,b). Açıldıqda intiqal açarın çərçivəsindəki açıcı yayı buraxır və onun gücü ilə açarın valı 6 dönür, hərəkət izolyasiya dartıcısına , oradan isə intiqal mexanizminə 10 (şəkil 3.1) və kontakt çubuğuna verilir, o yuxarı hərəkət edir. Kontaktlar aralandıqda qövs yaranır, o yağı kimyəvi parçalayır və buxarlandırır. İlk anlarda kontakt çubuq qövssöndürücü kameranın yan kanallarını bağlayır, ona görə təzyiq kəskin artır, yağın bir hissəsi bufer həcmi doldurur, orada havanı sıxır. Çubuq birinci yan kanalı açan kimi yandan qaz və yağ buxarının üfürülməsi yaranır. Cərəyan sıfırdan keçdikdə qaz qabarcığında təzyiq azalır və bufer həcminin sıxılmış havası porşen kimi təsir edərək yağı qövs sahəsinə verir.

Şəkil 3.1. BMП-1 açarının qütbünün kəsiyi


a) “açılma” vəziyyəti; 1 – aşağı çıxış və açarın qapağı; 2 – tərpənməz kontakt; 3 – hava yastığı; 4 – söndürücü kamera; 5 – izolyasiya silindri; 6 – yuxarı çıxış; 7 – rolikli cərəyanqəbuledici kontakt; 8 – yağayırıcı qurğu; 9 – qapaq; 10 – intiqallı düzləndirici mexanizm; 11 – istiqamətləndirici çubuq; 12 – hərəkət edən kontakt; 13 – yağ göstəricisi;
b) söndürücü kameranın “qoşulma” vəziyyəti;
c) söndürücü kameranın “açılma” vəziyyəti;
Böyük qiymətli cərəyan açıldıqda enerjili yan üfürülmə yaranır və kameranın aşağı hissəsində qövs sönür. Kiçik qiymətli cərəyan açıldıqda qövs çubuğun ardınca dartılır və kameranın yuxarı hissəsində yağ ciblərdə buxarlanır, qarşılıqlı –radial üfürmə yaradır, sonra isə çübuq kameradan çıxdıqda – yan üfürmə yaradır. Böyük və kiçik qiymətli cərəyanların açılmasında qövsün sönmə müddəti 0,015-0,025 san –dən çox olmur.
Kontakların elektrik qövsünə davamlığı artırmaq və iş müddətini uzatmaq üçün
hərəkət edən kontaktın çıxa bilən sonluğy və tərpənməz kontaktın lamellərinin yuxarı hissələri qövsədavamlı metallokeramika ilə örtülür. Qövs söndükdən sonra buxar və qazlar korpusun yuxarı hissəsinə keçir, burada yağın buxarı kondensə olunur, qaz isə qapağın dəliyindən kənara çıxır. Kamera yağ ilə dolduqda açar növbəti əməliyyata hazır olur. Bu açılmalar üçün cərəyansız pauza (avtomatik təkrarqoşulma iilə -AПВ ilə) çoxdur – 0,5 san.
BMП açarında cəmi 4,5 kq yağ olur. Cilindrdə yağın səviyyəsinə yağ göstəricisi ilə nəzarət edilir. Yağın keyfiyyəti izolyasiya yağlarına olan adi tələblərə cavab verməlidir. Əgər yağ çox çirklənibsə və kameranın kanalları kömürləşibsə, onda açarın açıq vəziyyətində kontaktlar arasında qapanma ola bilər.
Yağ açarlarının üstünlükləri bunlardır: yağın az olması; kütləsinin kiçik olması; qövssöndürücü kontaktlara girişin olması; unifikasiyalı hissələrdən istifadə etməklə müxtəlif gərginliklər üçün seriyalı açarların yaradıla bilinməsi.
Yağ açarlarının nöqsanları bunlardır: yanğın və partlayış təhlükəsi, baxmayaraq ki çənli açarlardan azdır; avtomatik təkrarqoşulmanın (AПВ) tezsürətliliyin mümkün olmaması; qövssöndürücü çəlləkdə yağın periodik nəzarəti, yağın tez-tez dəyişdirilməsi, cərəyan transformatorunun quraşdırılmasının çətinliyi; nisbətən kiçik açma qabiliyyəti.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin