Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

                       
 
 
 
 
 

 190
V.3. Proqram materialının məzmunu və keçirilməsi 
 
3.1.Gimnastika dərslərinin təşkili və öyrədilməsi üsulları 
              Bədən tərbiyəsi dərsinin keçirilməsindən ötrü müəllim  şagirdlərə  bəzi qaydaları öyrətməlidir. 
Bura ilk növbədə,  şagirdlərin hər hansı bir dərsdən bədən tərbiyəsi dərsinə getmək qaydalarına riayət 
olunması qaydalarını bilmələri daxildir. Bunun üçün də  şagirdlər dərsarası fasilədə növbəti dərsə, yəni 
bədən tərbiyəsi dərsinə hazırlaşmalıdır. Onlar sıraya düzülür, müəllimin nəzarəti və müşahidəsi ilə sıra ilə 
idman formasını geyinmək üçün ayrılmış otağa gedirlər. Şagirdlər idman geyimində olduqda, onlar zala 
və ya meydançaya dəvət olunurlar. Şagirdlər sıra ilə zala (və yaxudda meydançaya) gəlir və müəllimlə 
üz-üzə durur, onun göstərişlərini gözləyirlər. Həmin qaydalar  ilk dərslərdən başlayaraq öyrədilir. Bu o 
vaxta kimi izah olunur və icra edilir ki, artıq şagirdlərə mənimsədilən qaydalar vərdişə çevrilmiş olsun. 
Bundan sonra dərs adəti üzrə hazırlanır. Dərs müəllim tərəfindən tutulmuş icmal üzrə keçirilir. Dərsin 
keçirilməsində  uşaqların  əhval-ruhiyyəsini, yorğunluğunu və s. amilləri nəzərə almaq lazımdır.  Əgər 
şagirdlər dərsə yorğun və ya pis əhval-ruhiyyədə  gəlmişlərsə, bu zaman müəllim sadə  hərəkətlərdən, 
idman fəallığını artıran və  əhvalı yüksəldən müxtəlif növ hərəkət və  əyləncəli oyunlardan istifadə 
etməlidir. Yarış, oyun və tapşırıq tipli oyunlara üstünlük vermək daha məqsədəuyğundur. Bu zaman 
müəllim  öz şəxsi nüfuzundan istifadə etməli,  şagirdlərə qarşı diqqətli və qayğıkeş olmalı, baş verə 
biləcək hər bir hadisəni dərhal hiss etməlidir. Bütün bunlarda hərəkətlərin keçirilməsində  həlledici 
əhəmiyyətə malikdir. 
              İnsan həyatı üçün zəruri olan müxtəlif növ istər təbii və istərsə  də gimnastika hərəkətlərinin 
öyrədilməsi bu sahədə müvafiq bilik, bacarıq və vərdişlərin aşılanması əsasən məktəbdə bədən tərbiyəsi 
dərslərində həyata keçirilir. Həmin hərəkətlər təlim prosesində hissə-hissə və ya bütövlükdə öyrədilir. 
              Hərəkətlərin hissə-hissə öyrədilməsi. Fiziki tərbiyə  təlim-tərbiyə proqramında elə  hərəkətlər 
vardır ki, onları yalnız hissə-hissə öyrətmək faydalıdır. Xüsusən, mürəkkəb və kombinasiyalı gimnastika 
hərəkətlərini hissələrə bölür, onları ayrı-ayrılıqda mükəmməl mənimsətdikdən sonra birləşdirilir. Bu 
zaman ardıcıllıq pozulmamalı, hərəkətin icrasında hissələr arasında fasilə  və dayanma halları 
olmamalıdır. Təcrübədən aydın olur ki, hərəkətlərin hissə-hissə öyrədilməsi ibtidai sinif şagirdləri üçün 
nə qədər xarakterik və əlverişli olsa da, bu üsulun bəzi çatışmaz cəhətləri də mövcuddur. Bu hərəkətlər 
hissə-hissə öyrədilərkən onun elementlərinin arasındakı əlaqənin  pozulması, eləcə də əlaqələrin bərpası 
ilə sıx əlaqədardır. Bəzən müəllimə çox vaxt lazım gəlir ki, həmin qüsurları aradan qaldıra bilsin. Yaxşı 
olardı ki, hərəkətlər hissə-hissə öyrədilərkən  əvvəlcə onu bütövlükdə göstərməli,  sonra isə 
məqsədəuyğun  şəkildə hissələrə bölüb öyrətmək lazımdır. Hərəkətlər bütöv halda göstərilərkən onun 
dəqiq icrasına o qədər də fikir verilməməli, yerinə yetirilməsi və ümumi forması nümayiş etdirilməlidir. 
              Hərəkətlərin bütövlükdə öyrədilməsi. Ümumiyyətlə, hərəkətlərin bütövlükdə öyrədilməsi yuxari 
sinif  şagirdləri üçün daha səciyyəvidir. Lakin  elə  hərəkətlər vardır ki, onları ibtidai siniflərdə  də 
bütövlükdə öyrətmək mümkündür. Bütövlükdə, öyrətmənin özündə də nöqsanlı cəhətlər yox deyildir. Bu 
zaman bəzən hərəkət elementləri arasında əlaqə pozulur, hərəkətlərin icra olunma quruluşunun ardıcıllığı 
kifayət qədər təmin olunmur. Hərəkətin ümumi formasının göstərilməsi onun texniki cəhətdən icra edilmə 
dəqiqliyini də azaldır. Ümumi təsəvvür yaranır ki, hərəkət çətindir. O, hərəkəti yerinə yetirmək 
iqtidarında deyildir. Məktəbli psixoloji hal keçirərək hərəkətlərdən qorxur və onu icra etməkdən imtina 
edir. Burada müəllimin rolu əvəzedilməzdir. Müəllim şagirdi ruhlandırmalı, onun bu hərəkəti icra etmək 
qabiliyyətində olduğunu başa salmalı və inandırmalıdır. 
              Müəllim hərəkətlərin sadə  və mürəkkəb olub-olmamasını qabaqcadan dəqiqləşdirməli, bundan 
sonra onun hansı üsulla mənimsədilməsini müəyyənləşdirməlidir. 
              Bütövlükldə, öyrətmənin özünəməxsus müsbət cəhətləri vardır. Bura uşaqların hərəkəti 
bütövlükdə icra etdikdə  ondan xüsusi zövq alması, əhval-ruhiyyəni, idman fəallığını və hərəkətlərə olan 
marağının artırılması daxildir. Bütövlükdə, öyrətmədə nizam-intizam nisbətən yüksək (hissə-hissə 
öyrətmə ilə müqayisədə) olur, boşdayanma halları aradan qaldırılır, dərsdə fizioloji yük alma normal 
qaydada olur. Beləliklə, dərsin sıxlığı artır, təlim cəlbedici və istənilən nəticə ilə yekunlaşır. 
 
 
 

 191
1.1..Gimnastika dərslərində zədələnmələrin  
yaranma səbəbləri 
              Əhalinin müxtəlif təbəqələrindən asılı olmayaraq gimnastika ilə  məşğul olanlardan müvafiq 
texniki və fiziki hazırlıq tələb olunur. Hərəkətlərin düzgün və  dəqiq icra edilməməsi səbəblərindən 
uşaqların hərəkət aparatında, yuxarı və aşağı ətraflarında müxtəlif zədələnmə halları baş verir. 
              Döşəmə üzərində hər hansı bir gimnastika hərəkətinin icrası bu zaman təhlükəsizlik texnikasına 
riayət olunmaması  uşaqlarda zədələnmə ilə müşahidə oluna bilər. Bunun üçün də  məşğələ zamanı 
uşaqların hərəkətlərinə diqqət yetirilməli, müəllimin mühafizəsi olmadan hərəkətlər yerinə 
yetirilməməlidir. Zədələnmələr həm gimnastika döşəklərinin olmaması, yaxud onun düzgün qoyulmaması 
səbəbindən mümkündür. 
              Gimnastika məşğələlərində baş verən zədələnmələrə əsas səbəb aşağıdakılardır: 
1.
 
Məşğələnin təşkil olunma qaydalarına düzgün əməl edilməməsi; 
2.
 
Metodiki qaydalara və təlim prinsiplərinə riayət edilməməsi; 
3.
 
Dərsdə mütəşəkilliyin və intizamın olmaması; 
4.
 
Alət və avadanlıqların vaxtında yoxlanılmaması; 
5.
 
Sanitariya-gigiyena qaydalarının pozulması; 
6.
 
Müntəzəm olaraq həkim nəzarətinin və özünə nəzarətin olmaması; 
7.
 
Uşaqlar hərəkəti icra edərkən onların düzgün mühafizə olunmaması  və yaxud mühafizə 
edilməməsidir. 
              Şagirdlərin zədə almaması üçün zalın müvafiq standartlara uyğun olması, alətlərin bir-birindən 
müəyyən məsafədə yerləşdirilməsi də babşlıca  şərtdir. Xüsusən hoppanmalar da bu məsələyə diqqəti 
artırmalıdır. 
              Şagirdlərin orqanizminin dərsin hazırlıq hissəsində lazımınca «qızışdırılmaması» da 
zədələnməyə səbə ola bilər. Buna görə bədən müxtəlif hərəkətlərlə əsas hissədə icra olunacaq fiziki yükə 
hazırlanmalıdır. Dərsdə qarşıya qoyulmuş vəzifələrə uyğun xüsusi hərəkətlər də yerinə yetirilməlidir. Bu 
hərəkət zamanı  fəaliyyətdə olacaq oynaq və bağları,  əzələləri həmin fəaliyyətə hazırlayır. Beləliklə  də, 
zədələnmənin qarşısı alınır. 
 
1.2.Dərs zamanı zədələnmələrin qarşısının alınması 
              Zədələnmələrin qarşısını almaq məqsədilə, bütün  məşğul olanlar üçün xüsusi qaydalar 
mövcuddur. Bu hər şeydən əvvəl dərslərin düzgün təşkili, yüksək intizamlılıq, təhlükəsizlik qaydalarına 
əməl olunması ilə  sıx  əlaqədardır. Sağlamlığa müsbət təsir göstərən amillərdən biri də  məşğələ üçün 
normal şəraitin olmasıdır. Zala şagirdlər müəllimin rəhbərliyi ilə, mütəşəkkil surətdə daxil olurlar. Onlar 
zalda elə yerləşdirilir ki, bir-birinə mane olmasınlar. Alətlər də şagirdlərin diqqətini özünə cəlb etməməli 
və təhlükə törətməməlidir. Uşaqlar zalda müəllimin komandası ilə yerləşdirilməlidirlər. Tapşırıqlar icazə 
ilə yerinə yetirilməlidir. 
 
                              
1.3 Gimnastika hərəkətlərinin öyrədilməsi metodikası 
I   s i n i f 
              Sıra təlimi.  Şagirdlər birinci sinifdən etibarən sıra və  cərgələrdə öz yerini tanımalı, müəllimin 
verdiyi komanda ilə hərəkətlərin icrasına başlamağı və qurtarmağı, qollararası yanlara seyrəlmələri, sadə 
düzəlmələri bilməlidir. 
              Tək cərgəyə düzülmək. (Şəkil 1 a).                                                       
Şagirdlərin bir xətt üzrə yan-yana düzülməsinə  cərgə deyilir. Cərgədə  də  şagirdlər boy üzrə 
düzülməlidirlər. Müəllim şagirdləri 
 
 
 
              
 
 

 192
 
Şəkil1. 
idman zalına (meydançaya) gətirir və üzünü onlara tutaraq deyir: «Uşaqlar, biz indii boy üzrə  cərgəyə 
düzülməyi öyrənəcəyik». Bundan sonra o, şagirdləri özü cərgəyə düzləndirməlidir.  Şagirdləri cərgəyə 
düzləndirməzdən əvvəl müəllim  təbaşirlə bir düz xətt çəkir. Əvvəlcə ya qızları və ya oğlanları boy üzrə 
həmin xətt arxasında cərgəyə düzləndirir. Cərgəyə düzülməni şagirdlər o zaman tez və yaxşı yerinə yetirə 
bilər ki, onların hər biri kimdən sonra durduğunu yadda saxlaya bilsin və düzlənəndə bu qaydaya riayət 
etsin. Cərgəyə düzülmələrdə şagirdlər üzü müəllimə tərəf dururlar. Cərgədə duran şagirdlərin arasındakı 
məsafəni müəyyənləşdirmək üçün əllər belə qoyulur. Bu zaman dirsəklər sağdakı  və soldakı yoldaşın 
dirsəyinə toxunmamalıdır. Şagirdlərin cərgəyə düzgün düzülməsini müəllim diqqətlə yoxlamalıdır. Belə 
düzülmələrdə  şagirdlər bir-birinə toxunmamalı, müəyyən qədər məsafə saxlamalı,  əllərini yanlara – 
budlara sıxmalı və bədənlərini şux tutmalıdırlar. Bu vaxt pəncələr müəyyən qədər aralı, dabanlar bir yerdə 
olmalıdır. Bir-iki dərsdən sonra isə  şagirdlərə komanda ilə bir cərgədə düzülməyi öyrətmək lazımdır. 
Bunun üçün müəllim zalın (meydançanın) münasib tərəfində durur və sağ (sol) qolunu yana qaldıraraq 
«Sinif, bir cərgəyə düzül!» komandası verir. Şagirdlər müəllimin göstərdiyi istiqamətdə boy nəzərə 
alınmaqla cərgəyə düzülürlər. 
              «Dağıl!» komandasında şagirdlər dağılıb sərbəst gəzişirlər. Müəllim «Sinif, düzül!» konmandası 
verdikdə onlar yenə  də  əvvəlki kimi çiyin-çiyinə  cərgəyə düzülürlər. Cərgəyə düzülmə zalın 
(meydançanın) müxtəlif yerlərində yerinə yetirilməlidir. Cərgəyə daha tez düzülməni aşılamaq üçün ayrı-
ayrı yarımqruplar arasında buna aid oyun-yarışlar keçirilməlidir. 
              Tək sıraya düzəlmək. (Şəkil 1, b). 
             Şagirdlərin bir-birinin ardınca (boyunardı) bir düz xətt üzrə düzülmələrinə  sıra deyilir. Sırada 
öndə duran istiqamətçi, axırda duran şagird isə axırıncı (tamamlayıcı) adlanır. Sıra zamanı şagirdlər bir-
biri ilə müəyyən məsafədə dayanmalıdırlar. Şagirdlərin arasındakı həmin məsafə ya qollar irəli, ya da bir 
addım olmaqla saxlanılmalıdır. 
              Müəllim ilk dərsdə boyunardı bir sıraya düzülməyi öyrədərkən zalın uzununa və onun sağ 
tərəfində ən hündürboylu şagirdi birinci olaraq sıraya düzləndirir, sonra üzünü şagirdlərə çevirərək deyir: 
«Bir-birinin boyun ardına baxaraq boy sırası ilə düzlənin, sağ əlinizi qarşıda dayanan yoldaşınızın çiyninə 
qoyun». Bu vaxt şagirdlər qarşıdakı yoldaşın boyunardına baxır, bir addım məsafədə saxlamaqla (bu 
zaman istiqamətçi yerindən tərpənmir, uşaqlar arxaya seyrəlirlər) düzülürlər. Bundan sonra müəllim 
«Sinif, bir sıraya düzül!» komandasını öyrətməyə başlayır. Müəllim hərəkət ediləcək tərəfə üzü olmaqla 
«Farağat!» vəziyyətində durur və  şagirdlərə «Sinif, bir sıraya düzül!» komandası verir. Şagirdlər onun 
arxasında bir sıraya düzülürlər. 
              Tək sırada yeriş.(Şəkil 2,a). 
               Yeriş zamanı bu cür komandalar verilir: «Sinif, sağa (sola) dön!», «Zal (meydança) ətrafı, 
addımla marş!». Uşaqlar bir sayda sol, iki sayda isə sağ ayaqla addımlamalıdırlar. Sinfi dayandırdıqda 
«Sinif,dur!» komandasından istifadə edilir. Həmin komanda sol ayaq irəlidə olduqda verilir. 
              Cərgədə əl-ələ tutaraq dairə təşkil etmək. (Şəkil 2 b) 
              Həmin hərəkət «Sinif, əl-ələ tutaraq dairə təşkil et!» komandası üzrə icra olunur. Bu iki üsulla 
icra edilir. 
              1.  Şagirdlər  əl-ələ tuturlar. Müəllim sağ  və sol cinahda onların  əlindən tutaraq birlikdə dairə 
təşkil edirlər. 
              2.  Müəllim cərgənin ortasına yaxın bir neçə addım məsafədə  şagirdlərin qarşısında durur. 
Cinahlarda duran şagirdlər onun komandası ilə dairə əmələ gətirirlər. 
 
 
 
 
 
 
 
 

 193
Şəkil 2  
   Cərgədə qollar yana seyrəlmə. (Şəkil 3 a).       
   Bu  cür  seyrəlmə,  şagirdlər cərgədə düzüldüyü zaman yerinə yetirilir. Müəllim «Qollararası seyrəl!» 
komandası verir. Sağ cinahdakından başqa bütün uşaqlar sol tərəfə qolları yanlara qaldırmaqla seyrəlirlər. 
Seyrəlmə iki, üç, dörd cərgə düzülmə zamanı da bu cür yerinə yetirilir. «Sinif, sağa sıxlaş!» komandası ilə 
onlar əvvəlki yerlərinə qayıdırlar. 
              Sırada qollar irəli seyrəlmə. (Şəkil 3 b). 
             Müəllimin «Sinif, qollar irəli seyrəl!» komandasından sonra şagirdlər qollarını irəli açıb, arxaya 
addım ata-ata qollararası  məsafə saxlamaqla seyrəlirlər.  Şagirdlər iki, üç, dörd sırada da seyrəlməni bu 
qayda ilə yerinə yetirirlər. 
              Yerində hoppanmaqla sağa (sola) dönmək. Bu hərəkətləri öyrənmək üçün hər  şeydən  əvvəl 
şagirdlər yerində sağa və sola dönmələri bacarmalıdırlar.  Əgər  şagirdlər zalın sağ  tərəfində  sırada 
durmuşsa, müəllim onların sol tərəfində dayanır, üzünü uşaqlara tutaraq deyir: «Uşaqlar, soldan 
dönməklə, üzünüzü mənə  tərəf çevirin!». Həmin tapşırıq  şagirdlər tərəfindən düzgün icra olunduqdan 
sonra müəllim bildirir ki, bu cür dönməyə sola dönmə deyilir. Sağa dönmək isə belə öyrədilir: şagirdlər 
sırada olarkən onlara «Sağ əlinizi yuxarı qaldırın!» komandası verilir. Komanda  
 
 
 
 
 
 
 
 
Şəkil 3.  
 icra edildikdə onlara bildirilir ki, bu «sağ  tərəfdir». «Uşaqlar, indii də sağ  tərəfə dönün!» komandası 
verilir.  Şagirdlər bu vaxt sağa dönəcəklər. Yerində hoppanmaqla sağa və sola dönmələr: «Sağa dön!», 
«Sola dön!» komandası ilə yerinə yetirilir. Hoppanaraq sağa və sola dönmələr zamanı hərəkətlər say ilə 
yerinə yetirilir. Məsələn, «Sola (sağa)dön!» komandasından sonra müəllimin ritmik sayı  eşidilir. «Bir 
…iki!». I sinifdə ayaqlar üzərində tullanmalar da öyrədilir. (Şəkil 4, a,b,v,). 
    Bir  sıradan üç (dörd) sıraya düzülmək. Ümuminkişaf hərəkətlərinin icrası, müxtəlif estafet və 
oyunların keçirilməsi zamanı şagirdlər bir, iki, üç, bəzən də dörd sırada düzülməli olurlar. Buna görə də 
müəllim şagirdləri qabaqcadan müəyyən edilmiş yerə gətirir və onları boyunardı müvafiq sıraya düzür. 
Şagirdlər üç (dörd) sıraya düzülməni öyrənib öz yerini tanıdıqdan sonra müəllim onları komanda ilə 
sıralara düzləndirməyə başlayır. Komanda belə verilir: «Sinif, üç (dörd) sıra düzlən!».      
              Qolların, ayaqların, gövdənin başın əsas vəziyyətləri və hərəkətləri. Əsas duruş «Düzlən!» və 
ya «Farağat!» komandasından sonra icra olunur. Əsas duruş vəziyyətində (Şəkil 5, a)  bədən düz tutulur, 
gərginləşdirilmir, dabanlar bir yerdə, pəncələr aralı olur, diz bükülmür; baş, düz, çiyinlər bir qədər arxada 
olmaqla sərbəst tutulur, qollar gövdəyə sıxılır, əl barmaqları yarım bükülür və baş  
 
 
 
 
 
 
 
        
 
 
Şəkil 4. 
barmaq budun ortasında (yanlarda) saxlanılır. O, hətta çiyin bərabərində aralı, əllər beldə dizlər üzərində 
çöməlməklə də yerinə yetirilir. (Şəkil 5, b,v). 

 194
  
Birinci 
sinif 
şagirdləri uzun müddət «Farağat!» dura bilmirlər. Ona görə də yubanmadan «Sağa 
dön», «Sola dön», «Addımla marş!» komandası verilir. «Azad» komandasında  şagirdlər sıradan 
(cərgədən) çıxmamaq şərti ilə öz yerində bədənin ağırlığını sol (sağ) qıçın üzərinə sala bilər. Digər qıç bu 
zaman dizdən bükülməklə boşalır və dincəlir. Üstünə  ağırlıq düşən qıç yorulduqda digər qıça istinad 
edilməlidir. 
              Qolların vəziyyəti: (Şəkil 6, a, b, v, q, ğ, d,e). Qeyd etmək lazımdır ki, müxtəlif növ fiziki 
hərəkətlər yerinə yetirilərkən qollarında müxtəlif vəziyyətlərdə olması  hərəkətlərin asanlıqla və 
məqsədəuyğun icrasını təmin edir. Qolların vəziyyətləri bunlardır: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5. 
əllər beldə, arxada, boyun arxasında və başın üzərində, qollar yanda, qabaqda, əllər beldə pəncələr üzərinə 
qalxmaq (bu zaman «Əllər boyun ardında» «Əllər beldə», «Əllər baş üzərində», «Qollar yanda», «qollar 
irəlidə» və sair komandalar işlədilir). Qollar aşağıda, irəlidə və yuxarıda olarkən ovuclar bir-birinə baxır. 
Qollar yanlarda olanda isə ovuclar aşağı baxır. Bu zaman qollar düz tutulmalı, çiyinlərə paralel olmalı və 
barmaqlar bükülməməlidir. 
           
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 6. 
 
    Ayaqların vəziyyəti. (Şəkil 7, a,b,v, q, ğ, d). Dayaqlı çöməlmədə ayaqlar bir yerdə olur, dizlər nisbətən 
yanlara açılır. Pəncə-daban və pəncələr üstündə çöməlmək olar. Bu zaman bədən şux tutulmalıdır. Qollar 
müxtəlif vəziyyətlərdə ola bilər (Şəkil 8). 
    Gövdənin əyilməsi. (Şəkil 9). Başın əyilməsi. (Şəkil 10). 
Əyilmə  hərəkətlərinin icrasına, ayaqlar çiyin bərabərində aralı,  əllər beldə  vəziyyətindən başlamaq 
məqsədəuyğundur. 
     Hoppanmalar yerində hər iki ayaq üzərində (ayaqlar bir yerdə) bir ayaq (sağ, sol) üzərində icra olunur, 
hoppanma 90 o dönməklə  də yerinə yetirilir. Öyrənilmiş  hərəkətlərdən sadə kompleks hərəkətlər tərtib 
edilir. 
     Böyük  toplarla  hərəkətlər (voleybol, basketbol, futbol və s.) Topun aşağıdan, döş qarşısından, baş 
arxasından irəli, baş üzərindən arxaya ötürülməsi. 
      Bir sırada topu baş üzərindən arxadakına ötürmək. (Şəkil 11,a). 
 

 195
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 7 
  
Bu 
hərəkətləri qollar tam açılmaqla və topa baxılmaqla yerinə yetirilir. Topu arxada qəbul edənin 
bir əli aşağıda, digəri isə yuxarıda olmalıdır. 
              Dairədə topun bir-birinə ötürülməsi. (Şəkil 11,v). 
 
 
 
 
 
 
             
Şəkil 8. 
 
 
 
 
 
 
 
 
 
Şəkil 9. 
  Ötürülən top yan tərəfdə iki əldə tutulur. Bu zaman barmaqlar geniş açılmalıdır. Top soldan sağa 
ötürülürsə, onda ötürən oyunçunun sol əli yuxarıda, sağ  əli aşağıda olmalıdır. Qəbul edənin  əlləri isə 
müvafiq olaraq əksinə olmalıdır. Top sağdan sola ötürülərkən əllərin vəziyyəti əksinə olmalıdır. 
              Topu bir-birinə diyirlətmək. (Şəkil 11,v). Həmin hərəkətlər dairədə və iki cərgə üz-üzə durmaqla 
(3-4 addım aralı) icra edilir. Topu diyirlədən tələsməməli, həm də bir-birinə düz istiqamətdə 
diyirlətməlidir. Topu həm iki, həm də bir əllə diyirlətmək olar. Topu diyirlədərkən onu vurmaq və atmaq 
olmaz. 
            Topu yuxarı atıb-tutmaq. (Şəkil 11, q).  
 
 
 
 
              
Şəkil 10. 

 196
 Bir qədər çöməldikdən sonra qıçlar düzəldilir və top 1- 1,5 m hündürlükdə yuxarıya atılır. Qayıdan top 
baş səviyyəsində tutulur.   
              Kiçik toplarla hərəkətlər. (Şəkil 12, a,b,v).  Bu iki və ya bir əllə yerinə yetirilir. Bu zaman top 
bir əllə atılır, digəri ilə tutulur.  
 
 
 
 
 
 
 
 
 
Şəkil 11. 
      Topu  yerə vurmaq (Şəkil 12, q, ğ,d) hərəkətinin öyrədilməsində müvafiq çıxış  vəziyyəti almaq 
lazımdır. Yəni hərəkətdə sol ayaq azca irəlidə, sağ  əl topla başın üzərində  çıxış  vəziyyətində olur. Əl 
irəlidə – aşağıda olmaqla top, şaquli olaraq yerə vurulur. Top nə  qədər qüvvətli vurulursa, o qədər də 
hündürə sıçrayır. 
              Topu divara vurmaq üçün (Şəkil 13, a,b, v) 
 
 
 
 
 
 
 
 
 
Şəkil 12. 
oyunçu divarla üz-üzə dayanmalı, topu başın arxasında iki əldə saxlamalıdır. Topun divara vurulma 
nöqtəsi müxtəlif hündürlükdə ola bilər. Hərəkət əvvəlcə böyük, sonra kiçik toplarla öyrədilir.  
              Qamətin düzgün inkişafı üçün hərəkətlər. Birinci sinif şagirdlərinin qamətini düzgün inkişaf 
etdirmək üçün aşağıdakı hərəkətlərdən istifadə olunur (Şəkil 14, a,b,v,q,ğ,d) 
 
            Qamətin düzgün saxlanılmasında başın düzgün tutulması da mühüm əhəmiyyət kəsb edir. Başa 
kiçik əşyalar qoymaqla gəzməyin qamətin inkişafına müsbət təsiri vardır (Şəkil 14,b e,ə,j). 
     Pəncənin (ayaqtağının) inkişafı üçün hərəkətlər. (Şəkil 15). 
           1.  Pəncə üzərində yerimək. Bu zaman, imkan daxilində  pəncə üzərində daha yuxarı qalxmalı  və 
dizləri düz tutmaq lazımdır. 
              2. Döşəməyə qoyulmuş kəndir üzərində yerimək (Şəkil 15, a, b, v, ğ). 
    3. Döşəməyə qoyulmuş kəndir və gimnastika ağacı üzərinə ayağın ovuc hissəsini köndələn qoymaqla 
dayanmaq və bədənin ağırlığını gah pəncə, gah da daban üzərinə salmaq. 
    4. Topun pəncə-dabanla irəli və geri diyirlədilməsi (Şəkil 15,d). 
       Akrobatika hərəkətləri. Bədənin bükülməsi. Bədənin belə vəziyyətində qıçlar dizdən bükülür, eyni 
zamanda onları əllərlə  
 
 
 
 
 
 
 

 197
Şəkil 13. 
tutub döşə sıxmaq lazımdır (diz, pəncə, daban bir qədər aralı qoyulur). Bu zaman kürək yuvarlaq vəziyyət 
alır, gövdə irəli əyilir, dirsəklər bədənə möhkəm sıxılır. Bədəni oturmaqla, (Şəkil 16,a) 
 
 arxasıüstə uzanmaqla,(Şəkil 16, b), yarımoturuşla da (Şəkil 16, v) büküb - saxlamaq olar. 
              Aşmaq.  Əlləri yerə dayaq verib çöməlməklə yuvarlanıb arxası üstə uzanmaqla geriyə  (Şəkil 
16,q), irəliyə, sağa, sola aşmaq olar (aşmaq hərəkətləri başın üzərindən edilməməlidir). Yuvarlanmaqla 
aşmaq hərəkətləri aşağıdakı ardıcıllıqla öyrədilir: 
              1. Yuvarlaq oturmaq vəziyyətindən arxaya aşmaq. Bel, kürək yerə toxunmaqla başı qabağa əyib 
ləngimədən irəliyə aşmaq. 
              2.  Dabanları yarımoturuşdan bədənin yuvarlaq vəziyyətində bel-kürək yerə toxunmaqla geriyə 
aşmaq, sonra çiyin və başın köməyi ilə irəliyə,  əvvəlki yarımoturuş  vəziyyətinə qayıtmaq. Çıxış 
vəziyyətinə qayıdarkən bədən yığcam – yuvarlaq olmalıdır. 
              Rəqs hərəkətləri. I sinifdən başlayaraq  şagirdlərə gözəl çevikliyə malik hərəkətlər 
öyrədilməlidir. Bu hərəkətlər müəllimin sayı, musiqinin və ya şagirdlərin oxuduqları mahnının müşayiəti 
ilə öyrədilir. Hərəkətlər əsasən pəncələr üzərində müxtəlif yerişlərdən,  
 
 
 
 
 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin