Damazlıq heyvandarlıq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun Azərbaycan Respublikasında heyvandarlıqda damazlıq işinin təşkilinin və idarə
edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.
I
fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. damazlıq heyvandarlıq
-
kənd təsərrüfatı heyvanlarının damazlıq məqsədilə yetişdirilməsi,
təkrar istehsalı, saxlanması və
istifadəsi ilə bağlı fəaliyyət sahəsi;
1.0.2. damazlıq işi
-
kənd təsərrüfatı heyvanlarının genetik potensialının yüksəldilməsi, mövcud
heyvan növləri və cinslərinin təkmilləşdirilməsi və yeni cinslərin yaradılması, damazlıq
heyvanların sayının artırılması üçün həyata keçirilən kompleks təşkilati
-
təsərrüfat tədbirləri;
1.0.3. damazlıq heyvan
-
mənşəyi məlum olan, dövlət damazlıq kitabında qeydə alınmış və
damazlıq pasportu (şəhadətnaməsi) verilmiş, yüksək məhsuldar, təkrar istehsala yararlı və
yaxşılaşdırıcı cins heyvan;
1.0.4. heyvan cinsləri
-
eyni mənşəyə və seleksiya strukturuna malik, öz morfoloji və təsərrüfat
əhəmiyyətli xüsusiyyətləri ilə başqalarından fərqlənən heyvan qrupu;
1.0.5. damazlıq ehtiyatı (məhsulu, materialı)
-
damazlıq heyvanlar, onların toxumları, yumurtaları,
sürfələri, rüşeymləri və embrionları;
1.0.6. cins heyvanların damazlıq özəyi
-
heyvan cinslərinin damazlıq təsərrüfatlarda qiymətli
genotipə və yüksək məhsuldarlığa malik, seçilmiş yaxşılaşdırıcı damazlıq heyvanlar qrupu;
1.0.7. d
amazlıq heyvanların bonitirəsi
-
heyvanların damazlıq keyfiyyətlərinin və istifadə təyinatının
müəyyən edilməsi məqsədi ilə kompleks əlamətlər üzrə qiymətləndirilməsi;
1.0.8. damazlıq heyvanların təmiz cinsli yetişdirilməsi
-
eyni cinsdən olan heyvanların müsbət
xüsusiyyətlərini saxlamaq, təkmilləşdirmək və nəsildən
-
nəslə ötürmək məqsədi ilə yetişdirilməsi;
1.0.9. damazlıq heyvandarlıq təsərrüfatları
-
damazlıq heyvanların yetişdirilməsi və saxlanması,
onların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, satışı, sınağı, habelə
heyvanların süni mayalandırılması və embrionların transplantasiyası ilə məşğul olan hüquqi və
fiziki şəxslər;
1.0.10. dövlət damazlıq kitabı
-
damazlıq heyvanların mənşəyinin, eksteryer, döllük və
məhsuldarlıq keyfiyyətlərinin, digər seleksiya əhəmiyyətli əlamətlərinin heyvan cinsləri üzrə
qeydiyyatı sənədi;
1.0.11. damazlıq heyvanların dövlət reyestri
-
damazlıq heyvan cinslərinin və cinsdaxili qruplarının
heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemi;
1
.0.12. damazlıq heyvanların identikləşdirilməsi
-
müxtəlif vasitələrlə (damğalama, dərialtı mikroçip
yerləşdirmə, genetik ekspertiza və s.) cins heyvanların fərqləndirilməsi və kompleks fərdi
əlamətləri üzrə tanınması sistemi.
Maddə 2. Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi "Seleksiya
nailiyyətləri haqqında" və "Atçılıq haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu
qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Kənd təsərrüfatı heyvanları hesab edilməyən vəhşi və ev heyvanlarının saxlanması,
yetişdirilməsi və istifadəsi sahəsində münasibətlər Azərbaycan
Respublikasının müvafiq
qanunvericiliyi ilə tənzimlənir.
Maddə 3. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin məqsədi
Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin məqsədi kənd təsərrüfatı heyvanlarının
məhsuldarlığını artırmaq, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldar cins
heyvanlar yetişdirmək, onların təkrar istehsalını və səmərəli dövriyyəsini təşkil etmək, yerli
heyvan cinslərinin, azsaylı və nəsli kəsilmək təhlükəsi olan digər cinslərin və biomüxtəlifliyin
qorunub saxlan
masını təmin etmək və ölkədə heyvandarlığın inkişafına nail olmaqdır.
Maddə 4. Damazlıq heyvandarlığın obyektləri və subyektləri
4.1. Damazlıq heyvandarlığın obyektlərinə kənd təsərrüfatı heyvanlarının əsas zooloji qrupları və
onlara aid olan heyvanların
yetişdirilməsi və saxlanması üçün lazım olan tövlələr, binalar,
qurğular, maşınlar, alət və avadanlıqlar, torpaq sahələri, örüş və otlaqlar, digər təsərrüfat
obyektləri və vasitələri aiddir.
4.2. Damazlıq heyvandarlığın subyektlərinə damazlıq təsərrüfatları, damazlıq işində iştirak edən
istehsal və xidmət təşkilatları, habelə ictimai birliklər aiddir.
II fəsil
Damazlıq işinin dövlət tənzimlənməsi
Maddə 5. Damazlıq heyvandarlıq sahəsində dövlətin vəzifələri
5.0. Damazlıq heyvandarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
5.0.1. damazlıq heyvandarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək və
həyata keçirmək;
5.0.2. damazlıq heyvandarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;
5.0.3. damazlıq heyvandarlığın prioritet
sahələrini maliyyələşdirmək, damazlıq subyektlərinin
maddi-
texniki bazasının yaxşılaşdırılmasına kömək göstərmək;
5.0.4. damazlıq heyvandarlıq sahəsində dövlət nəzarətini həyata keçirmək;
5.0.5. damazlıq heyvanların dövlət qeydiyyatının aparılmasını və damazlıq ehtiyatlarının
sertifikatlaşdırılmasını təşkil etmək;
5.0.6. damazlıq heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar seleksiya
-
damazlıq proqramları
hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;
5.0.7. damazlıq təsərrüfatların torpaq sahələrinə, örüş və otlaqlara olan tələbatını ödəmək üçün
müvafiq tədbirlər görmək;
5.0.8. qanunvericilikdə nəzərdə tutulmuş qaydada damazlıq heyvandarlıq sahəsində beynəlxalq
əməkdaşlığı həyata keçirmək, bu fəaliyyətlə əlaqədar istifadə olunan sənədlərin beynəlxalq
normalara uyğunlaşdırılmasını təmin etmək;
5.0.9. damazlıq heyvandarlıq sahəsində elmi tədqiqat işlərinin əlaqələndirilməsini, bu sahədə kadr
hazırlığının təşkilini və həyata keçirilməsini təmin etmək;
5.0.10. qanunvericiliklə müəyyən edilmiş digər
vəzifələri həyata keçirmək.
Maddə 6. Damazlıq heyvandarlığa dövlət nəzarətinin həyata keçirilməsi
6.1. Damazlıq heyvandarlığa dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
6.2. Damazlıq heyvandarlığa dövlət nəzarəti aşağıdakıları əhatə edir:
6.2.1. damazlıq heyvandarlıq sahəsində vahid elmi
-
texniki siyasəti formalaşdırmaq və həyata
keçirmək;
6.2.2. damazlıq heyvandarlıq üzrə proqramların, o cümlədən müvafiq heyvan növləri və cinsləri,
həmçinin damazlıq heyvandarlıq təsərrüfatları üzrə
seleksiya-
damazlıq proqramlarının işlənib
hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
6.2.3. damazlıq ehtiyatlarının sınağını və ekspertizasını aparmaq;
6.2.4. damazlıq heyvandarlıq sahəsində standartları və normaları müvafiq dövlət orqanları ilə
birlikdə hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək;
6.2.5. damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlar əsasında heyvanların hər bir növü
və cinsi üzrə dövlət reyestrini və dövlət damazlıq kitablarını tərtib etmək, təsərrüfatların uçotunu
aparmaq;
6.2.6. damazlıq ehtiyatlarının məhsuldarlıq və damazlıq keyfiyyətlərini təsdiq edən pasportu
(şəhadətnaməni) və sertifikatı tərtib etmək, onların hazırlanmasına, saxlanmasına, uçotuna və
verilməsinə nəzarət etmək;
6.2.7. damaz
lıq heyvandarlıq sahəsində sığorta müqaviləsinin qüvvədə olduğu müddəti və ərazi
biotexnoloji üsulların tətbiqi şərtlərini müəyyən etmək;
6.2.8. ölkədən kənara çıxarılmasına məhdudiyyət qoyulan nadir genotipə aid damazlıq heyvanların
siyahısını müəyyən etmək və təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim
etmək;
6.2.9. damazlıq heyvandarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək;
6.2.10. damazlıq heyvandarlığın dövlət tərəfindən dəstəklənməsi, dövlət büdcəsindən
maliyyələşən damazlıq işləri və tədbirləri haqqında təkliflər hazırlamaq və müvafiq icra hakimiyyəti
orqanına təqdim etmək;
6.2.11. azsaylı və nəsli kəsilmək təhlükəsi olan yerli heyvan cinslərinin qorunub saxlanması üzrə
tədbirlər işləyib hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;
6.2.12. damazlıq heyvandarlıq sahəsində beynəlxalq tədbirlərdə iştirak etmək;
6.2.13. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 7. Damazlıq heyvandarlıq sahəsində dövlət müfəttişləri
7.1. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxslər baş
dövlət damazlıq müfəttişi və dövlət damazlıq müfəttişləri hesab edilirlər.
7.2. Dövlət damazlıq müfəttişlərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən
edilir.
Maddə 8. Damazlıq heyvanların və heyvan qruplarının dövlət qeydiyyatı
8.1. Damazlıq heyvanların və heyvan qruplarının identikləşdirilməsini aparmaq, mənşəyini,
təsərrüfat əhəmiyyətini və istifadə təyinatını müəyyən etmək üçün onların dövlət qeydiyyatı
aparılır.
8.2. Dövlət damazlıq kitabında müəyyən cinsə aid yüksək məhsuldar və damazlıq pasportu
(şəhadətnaməsi) olan hər bir damazlıq heyvan haqqında məcmu məlumatlar əks olunur.
8.3. Damazlıq heyvanların dövlət reyestrinə heyvan növləri üzrə mövcud
cinslərin və cinsdaxili
qrupların, həmçinin seleksiya nailiyyəti hesab edilən damazlıq ehtiyatının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən məlumatları daxil edilir.
8.4. Damazlıq heyvanların dövlət reyestri və dövlət damazlıq kitabı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən aparılır.
8.5. Damazlıq heyvanların dövlət reyestri və dövlət damazlıq kitabının tərtibi üçün tələb olunan
məlumatların damazlıq heyvandarlıq subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanına
təqdim edilməsi mə
cburidir.
8.6. Damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və
aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.7. Seleksiya nailiyyətləri hesab edilən damazlıq ehtiyatlarının patent mühafizəsi qaydası
seleksiya nailiyyətləri haqqında qanunvericiliklə tənzimlənir.
Maddə 9. Cins heyvanların damazlıq pasportu (şəhadətnaməsi) və damazlıq ehtiyatlarının
sertifikatlaşdırılması
9.1. Cins heyvanların damazlıq pasportu (şəhadətnaməsi) heyvanların mənşəyini, məhsuldarlığını,
təkrar istehsala yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən və identikləşdirmə
zamanı istifadə olunan əsas sənəddir.
9.2. Damazlıq pasportu (şəhadətnaməsi) cins heyvanların məhsuldarlıq və damazlıq
keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi və dövlət qeydiyyatına alınması
əsasında verilir.
9.3. Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi qaydası
və ona daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
9.4. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması damazlıq məhsulun, materialın müəyyən edilmiş
normativlərə uyğun və genetik cəhətdən qüsursuz olmasının sənədli təsdiqi üçün həyata keçirilir.
Sertifikatlaşdırmanın
nəticələri barədə hazırlanan uyğunluq sertifikatı dövriyyəyə cəlb edilən cins
heyvanın və digər damazlıq ehtiyatının damazlıq obyekti kimi tanınmasına, təkrar istehsala
yararlılığına və ondan yaxşılaşdırıcı kimi istifadə edilməsinə təminat verir.
9.5. Dam
azlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.6. Damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı Azərbaycan və ingilis dillərində beynəlxalq
standar
tların tələblərinə uyğun tərtib edilir.
Maddə 10. Cins heyvanların uçotu
10.1. Damazlıq işinin səmərəli təşkili və damazlıq heyvandarlığın inkişaf etdirilməsi məqsədilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hər on ildə bir dəfə Azərba
ycan
Respublikasında yetişdirilən heyvanların cins tərkibini müəyyən etmək, habelə damazlıq pasportu
(şəhadətnaməsi) olan cins heyvanların sayı və damazlıq keyfiyyəti haqqında məlumatları
dəqiqləşdirmək üçün bütün cins heyvanların uçotu aparılır.
10.2. Cin
s heyvanların uçotunun nəticələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir
və ondan ayrı
-
ayrı təsərrüfatlarda, regionlarda və ölkədə damazlıq işinin qurulmasında və
təkmilləşdirilməsində,
seleksiya
-
damazlıq
proqramlarının
hazırlanmasında
və
həyata
keçirilməsində istifadə olunur.
III fəsil
Damazlıq işinin təşkili
Maddə 11. Seleksiya
-
damazlıq proqramları
11.1. Azərbaycan Respublikasında yetişdirilən bütün heyvan cinslərinin məhsuldarlıq və damazlıq
keyfiyyətlərinin təkmilləşdirilməsi, yeni
heyvan cinslərinin, tiplərinin, ailə, kross və xətlərinin
yaradılması müvafiq seleksiya
-
damazlıq proqramları əsasında həyata keçirilir.
11.2. Seleksiya-
damazlıq proqramlarının hazırlanması və həyata keçirilməsi haqqında təlimat
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.3. Mülkiyyət və təşkilati
-
hüquqi formasından asılı olmayaraq, bütün damazlıq heyvandarlıq
subyektləri öz səlahiyyətləri daxilində seleksiya
-
damazlıq proqramlarının tərtib edilməsində və
həyata keçirilməsində iştirak edirlər.
11.4. Seleksiya-
damazlıq proqramlarında elmin və təcrübənin ən son nailiyyətləri nəzərə alınmaqla
yerli və idxal olunan damazlıq ehtiyatlardan səmərəli istifadə olunması, müasir texnologiyaların
tətbiqinin genişləndirilməsi, damazlıq heyvanların saxlanması və yemləndirilməsi şəraitinin
yaxşılaşdırılması, mövcud cinslərin təkmilləşdirilməsi, yeni cins və cinsdaxili qrupların
yaradılması üçün nəzərdə tutulan seçmə və taylaşdırma üsulları, bu işlərin nəticəsində əldə
olunacaq iqtisadi səmərəliliyin proqnozlaşdırılması öz əksini tapmalıdır.
Maddə 12. Damazlıq heyvanların yetişdirilməsi və bonitirəsi
12.1. Damazlıq heyvanların yetişdirilməsi müvafiq seleksiya
-
damazlıq proqramına uyğun olaraq
həyata keçirilir.
12.2. Damazlıq təsərrüfatlarda yetişdirilən cins
heyvanlar müvafiq qaydada təsdiq edilmiş
normativlər əsasında bonitirə olunurlar.
12.3. Damazlıq heyvanların bonitirəsi kənd təsərrüfatı heyvanlarının növ və cinsləri, cinsdaxili
qrupları üzrə müvafiq damazlıq subyektlərində bonitirəçi mütəxəssislər tərəfindən aparılır.
Damazlıq heyvanların bonitirəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi təlimatlara
əsasən həyata keçirilir.
12.4. Bonitirənin nəticələri müvafiq sənədlərdə əks olunur və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən ümumiləşdirilərək
damazlıq heyvanlardan təyinatı üzrə və səmərəli istifadə olunması
məqsədilə damazlıq heyvandarlıq subyektlərinə və digər maraqlı tərəflərə müvafiq tövsiyələr
verilir.
Maddə 13. Damazlıq heyvandan reproduksiya məqsədi ilə istifadə edilməsi
13.0.
Damazlıq heyvandan reproduksiya məqsədilə aşağıdakı şərtlərə əməl edilməklə istifadə
olunur:
13.0.1. damazlıq heyvanın reproduksiya üçün yararlılığını və yaxşılaşdırıcı olmasını təsdiq edən
müvafiq damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı olduqda;
13.0.2. damazlıq heyvan müvafiq qaydada dövlət qeydiyyatına alındıqda;
13.0.3. damazlıq heyvan vahid identikləşdirmə sisteminə daxil olan metodlarla nişanlandıqda.
Maddə 14. Damazlıq törədici heyvanların toxumundan reproduksiya məqsədi ilə istifadə olunması
14.0. Damazlıq törədici heyvanlardan alınmış toxum aşağıdakı hallarda reproduksiya məqsədi ilə
istifadə olunur:
14.0.1. toxum müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış və törəməsinin keyfiyyətinə
görə sınaqdan keçirilmiş yüksək məhsuldar
və yaxşılaşdırıcı damazlıq törədici heyvandan
alındıqda;
14.0.2. toxumun mənşəyini və təkrar istehsala yararlılığını təsdiq edən damazlıq pasportu
(şəhadətnaməsi) və uyğunluq sertifikatı olduqda.
Maddə 15. Damazlıq heyvanların embrionlarından reproduksiya məqsədilə istifadə olunması
15.1. Damazlıq heyvanların embrionlarından reproduksiya məqsədi ilə aşağıdakı şərtlər daxilində
istifadə olunur:
15.1.1. embrionlar bu sahədə ixtisaslaşmış və müvafiq qaydada dövlət qeydiyyatından keçmiş
damazlıq heyvandarlıq
subyektlərindən əldə edildikdə;
15.1.2. embrionlar müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüksək məhsuldar
damazlıq heyvanlardan götürüldükdə;
15.1.3. embrionların damazlıq pasportu (şəhadətnaməsi) və uyğunluq sertifikatı olduqda.
15.2. Damaz
lıq heyvanların embrionları yalnız damazlıq heyvandarlıq subyektlərinə satıla və verilə
bilər. Embrionların satılması və istifadəsi onların transplantasiyası üzrə ixtisaslaşmış subyektlərin
müstəsna səlahiyyətidir və müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir.
Maddə 16. Damazlıq törədici heyvanların qiymətləndirilməsi
16.1. Cinsin təkrar istehsalı və damazlıq keyfiyyətinin yüksəldilməsi məqsədilə seçilmiş damazlıq
törədici heyvanlar fərdi xüsusiyyətlərinə və verdikləri nəslin keyfiyyətinə görə yoxlanılaraq
qiymətləndirilirlər.
16.2. Damazlıq törədici heyvanların yoxlanması və qiymətləndirilməsi damazlıq təsərrüfatlarında
həyata keçirilir. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq törədicilərin istifadə istiqamətləri
müəyyən edil
ir, onlar seleksiya-
damazlıq proqramlarına və layihələrinə uyğun müvafiq damazlıq
təsərrüfatlarında istifadə olunur.
16.3. Damazlıq törədici heyvanların yoxlanması və qiymətləndirilməsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş təlimata uyğun olaraq aparılır.
Maddə 17. Yerli heyvan cinslərinin tanınması, patentləşdirilməsi və damazlıq özəklərinin
qorunması
17.1. Azərbaycan Respublikasında yetişdirilən Qarabağ və Dilbaz at cinsləri, Azərbaycan qonuru
və Qırmızı Qazax qaramal cinsləri, Azərbaycan camışı, Azərbaycan zebusu, Qarabağ, Qaradolaq,
Qala, Azərbaycan dağ merinosu, Balbas və Bozax qoyun cinsləri, Azərbaycan dəvəsi, Azərbaycan
ovçarkası (qoyun iti), Qabaqtəpə arıları, cins kimi formalaşmaqda olan Quba yorğası, Şirvan və
Kiçik Qafqaz atları, Gödək, Şirvan, Ləzgi, Herik və Caro qoyunları, yerli keçilər, ev quşları,
Lənkəran boz arı populyasiyası, habelə dünyada geniş yayılmış heyvan cinslərinin yerli tipləri,
Azad Azərbaycan, Şəki
-
1 və Şəki
-
2 tut ipəkqurdu cinsləri və digər zooloji qruplar
yerli heyvan
genofondunun nümunələri kimi tanınır.
17.2. Azərbaycan Respublikasında yeni yaradılan heyvan cinsləri və digər zooloji qruplar müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada seleksiya nailiyyəti kimi qanunvericiliyə uyğun
olaraq qey
də alınır və patentləşdirilir. Bu qrup heyvanların sınağının aparılması qaydaları,
seleksiya nailiyyətinə olan tələblər və digər şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
17.3. Yeni heyvan cinsləri və zooloji qruplar rayonlaşdırılır, dövlət damazlıq reyestrinə daxil edilir
və onların ayrılıqda uçotu aparılır.
17.4. Azərbaycan Respublikasında yetişdirilən heyvan cinslərinin və dünyada geniş yayılmış
cinslərin yerli tiplərinin damazlıq özəklərinə mənsub olan nümunələri qanunvericiliyə
uyğun
olaraq dövlət tərəfindən qorunur. Bu heyvanların səbəbsiz ölümündə və qeyri
-qanuni formada
çıxdaş edilməsində təqsirli olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
IV fəsil
Damazlıq heyvandarlıq təsərrüfatları və onların fəaliyyətinin əsas istiqamətləri
Maddə 18. Damazlıq heyvandarlıq təsərrüfatlarının növləri və fəaliyyət prinsipləri
18.1. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, əcnəbilərin, vətəndaşlığı olmayan
və xarici hüquqi şəxslərin damazlıq heyvandarlıq təsərrüfatları, o cümlədən damazlıq işi ilə
məşğul olan istehsal və xidmət təşkilatları yaratmaq hüququ vardır.
18.2. Damazlıq heyvandarlıq təsərrüfatları hər bir cins üzrə qanunvericilikdə nəzərdə tutulmuş
qaydada təsdiq edilmiş seleksiya
-
damazlıq proqramına uyğun fəaliyyət göstərir və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada attestasiyadan keçirilərək onun damazlıq təsərrüfat
növü müəyyən edilir.
18.3. Damazlıq heyvandarlıq təsərrüfatlarının əsas növlərinə damazlıq zavodları, reproduktorları,
fermaları və sınaq müəssisələri, süni mayalandırma və embrionların transplantasiyası mərkəzləri,
genobanklar, immunogenetik ekspertiza və seleksiya məqsədi ilə heyvandarlıq məhsullarının
ekspertizası laboratoriyaları daxildir.
18.4. Da
mazlıq heyvandarlıq təsərrüfatlarının hər hansı bir fəaliyyət növünə aid edilməsi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq, hər bir heyvan növü və cinsi
üzrə təsdiq edilmiş normalar, tələblər və şərtlər əsasında həyata keçir
ilir.
18.5. Damazlıq heyvandarlıq təsərrüfatları fəaliyyətlərini aşağıdakı prinsiplər əsasında qururlar:
18.5.1. cinslərin təmizlikdə yetişdirilməsinə üstünlük verməklə onların təkmilləşdirilməsinin, yerli
və dünyada geniş yayılmış heyvan cinslərinin genofonduna aid olan damazlıq heyvanların
qorunub saxlanmasının təmin olunması;
18.5.2. damazlıq ehtiyatından təyinatı üzrə və səmərəli istifadə edilməsi;
18.5.3. yüksək məhsuldar və yerli şəraitə davamlı cins heyvanların sayının artırılması və daha
geniş yayılması;
18.5.4. biomüxtəlifliyin elmi əsaslarla təmin olunması və qorunması;
18.5.5. cinslərin rayonlaşdırılması prinsipinə əməl edilməsi.
18.6. Damazlıq heyvandarlıq təsərrüfatları müxtəlif mülkiyyət növündə ola bilərlər.
18.7. Damazlıq heyvandarlıq təsərrüfatları zootexniki normalara uyğun torpaq, örüş və otlaq
sahələrinə, su obyektlərinə, tövlə və köməkçi binalara, maşın, avadanlıq və qurğulara, digər
təsərrüfat obyektlərinə və vasitələrinə malik olmalıdırlar.
18.8. Mülkiyyət və təşkilati
-
hüquqi formasından asılı olmayaraq, bütün damazlıq heyvandarlıq
təsərrüfatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınırlar.
Maddə 19. Damazlıq zavodları
19.1. Damazlıq zavodları məqsədyönlü seleksiya
-
damazlıq proqramları əsasında yüksək genetik
potensiala
malik cins heyvanların təmiz cinsli yetişdirilməsi və damazlıq keyfiyyətlərinin
təkmilləşdirilməsi ilə məşğul olan ən yüksək kateqoriyalı ixtisaslaşdırılmış damazlıq heyvandarlıq
təsərrüfatlarıdır.
19.2. Damazlıq zavodları fəaliyyətini cinsin genetik potensialının təkmilləşdirilməsi və damazlıq
keyfiyyətlərinin yaxşılaşdırılması, yeni cinslərin, tiplərin, ailə, kross və xətlərin yaradılması, habelə
özündə yetişdirdiyi yüksək məhsuldar damazlıq ehtiyatlarla damazlıq reproduktor və fermaların
təmin edilməsi üzərində qurur.
19.3. Damazlıq zavodlarında reproduksiya üçün istifadə olunan damazlıq törədici heyvanlar cinsin
tanınan xətt və ailəsinə mənsub olan, verdiyi nəslə görə qiymətləndirilmiş yüksək məhsuldar
heyvanlardan təşkil edilməli, naxırın (sürünün, ilxının) davamlı reproduksiyası və dövriyyəsi təmin
olunmalıdır.
19.4. Seleksiya-
damazlıq proqramlarında heyvanların yeni cinsləri, tipləri, ailə, kross və xətlərin
yaradılması nəzərdə tutulduğu hallarda damazlıq zavodlarında təmizqanlı müəyyən qrup
heyvanların başqa cinsdən olan heyvanlarla çarpazlaşdırılmasına, hibridləşdirilməsinə və embrion
köçürülməsinə qismən yol verilə bilər.
Maddə 20. Damazlıq reproduktorlar və fermalar
20.1. Damazlıq reproduktorlar damazlıq zavodları tərəfindən damazlıq heyvanlarla təmin edilən,
seleksiya-
damazlıq
proqramı
əsasında
cins
heyvanların
damazlıq
keyfiyyətlərinin
yaxşılaşdırılması, təkrar istehsalı və sayının artırılması ilə məşğul olan, ilk növbədə, əmtəəlik
fermaların damazlıq heyvanlarla təmin edilməsi üzərində öz fəaliyyətini quran damazlıq
heyvandarlıq təsərrüfatıdır.
20.2. Damazlıq fermalar damazlıq ehtiyatlarını ilk növbədə damazlıq zavodlarından və
reproduktorlardan götürən, azsaylı və nəsli kəsilmək təhlükəsi olan yerli heyvan cinslərinin və
cinsdaxili qrupların yetişdirilməsi üzrə öz fəaliyyətini quran damazlıq heyvandarlıq təsərrüfatıdır.
Maddə 21. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və embrionların transplantasiyası
ilə məşğul olan təsərrüfatlar və genobanklar
21.1. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması ilə məşğul olan təsərrüfatlar xüsusi
texnologiya və avadanlıqlarla təchiz olunmuş, sanitar
-
gigiyenik, zoobaytar və digər tələblərə riayət
edilməklə, ixtisaslı mütəxəssislər tərəfindən heyvanların süni yolla çoxaldılması ilə məşğul olan
hüquqi və fiziki şəxslərdir.
21.2. Kənd təsərrüfatı heyvanlarının embrionlarının transplantasiyası ilə məşğul olan təsərrüfatlar
damazlıq işinin səmərəliliyinin artırılması və yüksək məhsuldar damazlıq törədici heyvanlardan
daha çox sayda bala əldə edilməsi məqsədilə xüsusi biotexnologiya əsasında embrionların
köçürülməsi yolu ilə onların təkrar istehsalını həyata keçirən hüquqi və fiziki şəxslərdir.
21.3. Süni mayalandırma və embrionların transplantasiyası üzrə ixtisaslaşmış təsərrüfatlar ö
z
fəaliyyətini aşağıdakı istiqamətdə qururlar:
21.3.1. reproduksiya məqsədilə istifadə edilən damazlıq törədici heyvanların, onların toxumlarının
və embrionlarının əldə edilməsi, saxlanması, istifadəsi;
21.3.2. damazlıq törədici heyvanların verdikləri nəslin keyfiyyətinə görə yoxlanması və
qiymətləndirilməsi;
21.3.3. yaxşılaşdırıcı kimi müəyyən olunmuş damazlıq törədici heyvanların toxumlarının satışı;
21.3.4. toxumların və embrionların istifadə edilməsi üzrə nəticələrin uçota alınmasının və
genofond mübadiləsinin təşkili.
21.4. Süni mayalandırma və embrionların transplantasiyası üzrə ixtisaslaşmış təsərrüfatlarda
yalnız damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı olan heyvanlar, onların toxumları və
embrionları istifadə oluna bilər.
21.5. Azsaylı və nəsli kəsilmək təhlükəsi olan yerli heyvan cinslərinin, habelə dünyada geniş
yayılmış cinslərə aid qiymətli damazlıq heyvanların qorunmasını və gələcəkdə uzun müddət
istifadəsini təmin etmək məqsədilə onların toxumlarının saxlanması üçün xüsusi texnologiyala
r
əsasında fəaliyyət göstərən genobanklar yaradılır. Genobankların təşkili müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
21.6. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və embrionların transplantasiyası
müvafiq icra
hakimiyyəti orqanının icazəsi əsasında həyata keçirilə bilər.
Maddə 22. Damazlıq ehtiyatlarının sınağı və ekspertizası subyektləri
22.1. Damazlıq heyvanların sayının artırılması, onların daha geniş və səmərəli istifadə olunmasını
təmin etmək məqsədi ilə
damazlıq ehtiyatlarının sınağı və ekspertizası keçirilir.
22.2. Damazlıq ehtiyatlarının sınağı və ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydalar əsasında hüquqi şəxs statusunda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalar,
ipp
odromlar, digər sınaq və ekspertiza subyektləri tərəfindən həyata keçirilir.
22.3. Damazlıq ehtiyatlarının sınağını və ekspertizasını həyata keçirən subyektlərin fəaliyyəti
onların daxili nizamnamələri ilə tənzimlənir.
22.4. Damazlıq ehtiyatlarının sınağının və ekspertizasının nəticələri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq təhlil edilir və heyvanların istifadə təyinatı
müəyyən olunur.
22.5. Damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verən şəxslər
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 23. Damazlıq heyvandarlıqla məşğul olan digər subyektlər
23.1. Damazlıq heyvandarlıqla məşğul olan digər subyektlərə heyvandarlıq sahəsində elmi
-texniki
nailiyyətlərin istehsalatda tətbiqi, sərgilər və hərraclar keçirilməsi, damazlıq işi üzrə xidmətlər,
təlim, tədris, maarifləndirmə, kadrların hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstərən
subyektlər, habelə sahənin müxtəlif problemləri ilə məşğul olan klublar, assosiasiyalar və başqa
ictimai birliklər aid edilir.
23.2. Damazlıq heyvandarlıqla məşğul olan digər subyektlərin yaradılması və fəaliyyəti
Azərbaycan Respublikasının Mülki Məcəlləsi və subyektlərin daxili nizamnaməsi ilə tənzimlənir.
23.3. Damazlıq heyvandarlıq subyektləri, o cümlədən ictimai birliklər dövlət orqanlarının
səlahiyyətlərinə aid olan nəzarət və tənzimləyici funksiyaları yerinə yetirə bilməzlər.
Maddə 24. Damazlıq heyvandarlıq təsərrüfatlarının vəzifələri və hüquqları
24.1. Damazlıq heyvandarlıq təsərrüfatlarının əsas vəzifələri aşağıdakılardır:
24.1.1. damazlıq heyvandarlığa dair Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək;
24.1.2. damazlıq heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş qaydada uçota
durmaq;
24.1.3. istehsal
etdikləri damazlıq ehtiyatları dövriyyəyə cəlb edildikdə onların təkrar istehsala
yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən pasport (şəhadətnamə) və sertifikat
təqdim etmək;
24.1.4. baytarlıq
-
sanitariya tələblərinə riayət etmək;
24.1.5.
müəyyən edilmiş qaydada damazlıq uçotu aparmaq və müvafiq icra hakimiyyəti orqanına
tələb olunan məlumatları təqdim etmək;
24.1.6. damazlıq heyvanların saxlanması, yemləndirilməsi və yetişdirilməsi qaydalarına əməl
etmək, onların əsaslı səbəb olmadan çıxdaş edilməsinə yol verməmək;
24.1.7. damazlıq heyvandarlıq sahəsində nəzarətin həyata keçirilməsi üçün şərait yaratmaq və
dövlət damazlıq müfəttişlərinin verdiyi rəsmi göstərişlərə vaxtında əməl etmək;
24.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
24.2. Damazlıq heyvandarlıq təsərrüfatları qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı
hüquqlara malikdirlər:
24.2.1. damazlıq işi sahəsində proqramların, layihələrin hazırlanmasında və icrasında iştirak
etmək, digər damazlıq subyektləri ilə ortaq problemlərin həllini həyata keçirmək məqsədilə ictimai
birliklər yaratmaq;
24.2.2. cins heyvanlardan və digər damazlıq ehtiyatlarından, yeni yaradılmış seleksiya
nailiyyətlərindən istifadə etmək, müvafiq qanunvericiliyə əsasən onların alqı
-
satqısını, icarəyə
verilməsini və ekspertizasını həyata keçirmək;
24.2.3. damazlıq heyvandarlıq üzrə keçirilən hərrac, sərgi və baxışlarda, elmi simpoziumlarda,
sınaq, yarış və müsabiqələrdə iştirak etmək;
24.2.4. damazlıq heyvanların yetişdirilməsi və saxlanması üçün yüksək keyfiyyətli və məhsuldar
torpaq sahələri ilə ilk növbədə təmin olunmaq, örüş və otlaqlardan, habelə su mənbələrindən
istifadə üçün servitutlar əldə etmək;
24.2.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
V fəsil
Damazlıq heyvandarlığın maliyyələşdirilməsi, kadr və elmi təminatı
Maddə 25. Damazlıq heyvandarlığın maliyyə təminatı
25.1. Damazlıq heyvandarlığın maliyyə təminatı bu fəaliyyətdən əldə olunan vəsaitlər, dövlət
büdcəsindən ayırmalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr və
digər mənbələr hesabına formalaşır.
25.2. Damazlıq heyvandarlığın dövlət büdcəsi hesabına maliyyələşdirilməsi Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
25.
3. Damazlıq heyvandarlığın inkişafına investisiyaların cəlb edilməsinə, dünyada geniş yayılmış
cinslərə aid məhsuldar damazlıq heyvanların seleksiya məqsədilə idxal edilməsinə, elmi
nailiyyətlərin və mütərəqqi texnologiyaların heyvandarlıqda tətbiqinə dövlət tərəfindən əlverişli
iqtisadi və hüquqi mühit yaradılır.
Maddə 26. Damazlıq heyvandarlığın kadr və elmi təminatı
26.1. Damazlıq heyvandarlıq sahəsində çalışan mütəxəssislərin hazırlanması və
əlavə
təhsili
müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında qanunvericiliyə uyğun olaraq
planlaşdırılır və müəyyən edilmiş qaydada həyata keçirilir.
[1]
26.2. Damazlıq heyvandarlıq sahəsində elmi tədqiqatlar Azərbaycan Respublikasında müvafiq elmi
tədqiqat müəssisələri, tədqiqatçı alimlər və mütəxəssislər tərəfindən aparılır.
26.3.
Elmi-
tədqiqat müəssisələri damazlıq heyvandarlıq sahəsində seleksiya
-
damazlıq
proqramlarının, mövcud cinslərin təkmilləşdirilməsi, yeni cinslərin və cinsdaxili tiplərin
yaradılmasının metod və üsullarının hazırlanması və həyata keçirilməsi, digər elmi
-texniki
tədqiqatların aparılması ilə məşğul olurlar.
Maddə 27. Damazlıq ehtiyatlarının idxalı və ixracı
27.1. Damazlıq ehtiyatlarının idxalı və ixracı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi
ilə tənzimlənir.
27.2. Damazlıq ehtiyatlarının ixracı zamanı Azərbaycan Respublikasında yetişdirilən nadir
genotipə malik heyvan nümunələrinin ölkədən çıxarılmasına məhdudiyyət qoyula bilər. Ölkədən
kənara çıxarılmasına məhdudiyyət qoyulan damazlıq heyvanların və digər damazlıq ehtiyatlarının
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
VI fəsil
Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq, mübahisələrin həlli və məsuliyyət
Maddə 28. Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq
Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qoşulduğu
beynəlxalq konvensiyalar, xarici dövlətlərlə bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər
beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.
Maddə 29. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Bu qanunun pozulmasına görə təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə
u
yğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 30. Mübahisələrin həlli
Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması ilə əlaqədar mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
Maddə 31. Qanunun qüvvəyə minməsi
31.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
31.2. Bu qanun qüvvəyə mindiyi gündən "Damazlıq işi haqqında" Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997
-
ci il, №1, maddə 24; 2001
-ci il,
№12, maddə 736; 20
02-
ci il, №5, maddə 241; 2007
-
ci il, №10, maddə 938) qüvvədən düşmüş hesab
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2007
-ci il
№ 516
-IIIQ
Dostları ilə paylaş: |