Püfləmək – ocağı alışdırmaq üçün püfləmək- gizlin işin
aşkara çıxacağına işarədi.
232
Saat – yuxuda saat görmək – təzə bir xəbər almaq, saat
zəngi eşitmək – bir çağırış almaqdır. İşlək saat çalışqanlıq, yat-
mış saat durğunluq nişanəsidi.
Saç – yuxuda saç var-dövlət və uzun ömrə yozulur. Ar-
vadın yuxuda saç hörməyi xeyrə yozulur. Kişi yuxuda saçın
uzanmasını görsə – boylu arvadı oğlan doğacaq. Yuxuda saçını
kəsmək, ya saç kəsdirmək yaxın günlərdə görüləcək işin təh-
lükəli olmasını bildirir. Saçın tez ağardığı – çalışqanlığa, saq-
qalın bir başa ağardığı – yoxsulluğa yozulur.
Saqqa (su paylayan) – yuxuda saqqa olub, xalqa su pay-
lamaq xeyirxahlıq deməkdir. Saqqa kimi öz evinə su daşımaq
pul birikdirmək, suyu başqa evlərə daşımaq – əlində olan pulu
özgələrə bağışlamaq, camaatdan su istədiyini soruşduğunu görən
– xalqı doğruluğa yönəltmək kimi yozulur.
Saman – yuxuda saman, ya samanlıq görmək – asan qa-
zanca çatmaqla yozulur. Samanlıqda ot, ya saman yığmaq –
varlanmaq deməkdi.
Saqqız – yuxuda saqqız – zəhmətlə ələ gələn mal hök-
mündədir. Saqqız çeynəmək – dedi-qoduya işarədir. Saqqız al-
maq zəhmətlə qazanc, saqqız oda atmaq – dünya malından sarı
başını qovğaya salmaq anlamındadır.
Sel – şiddətli yağışdan yaranan sel – ağır xəstəlik, ya üzün-
tüyə bir səfər deməkdir. Selin dərələri, düzləri, kənd və şəhərləri
basması insanlar haqqında işlədilən haqsızlıq və zülm kimi
yozulur.
Səccadə – namaz səccadəsi yuxuda əsləhə kimidi: satmağı
uğursuz, almağı uğurlu olur. Özünü səccadədə oturmuş görən –
özgələrə yaxşılıq edər. Yun, ya pambıq səccadə riyakarlıq və
camaatı aldatmaq nişanəsidi.
233
Salam vermək – yuxuda özündən kiçik adama salam
vermək, axirətdə savab qazanmaq, camaat arasında hörmət
tapmaq kimi yozulur. Küsülü adama salam vermək o adamın
üstün gələcəyinə nişanədi. Bir düşmənlə salamlaşıb qucaqlaş-
maq – barışıq, kin və küdurətin ortadan qalxması kimi yozulur.
Səs – yuxuda gözlənilməz səs eşitmək, lakin onun nədən və
haradan gəldiyini başa düşməmək – ayıqlıqda bir para şayiələr
eşidəcağıza işarədi.
Soğan – yuxuda soğan görmək,
-
234
Süd – yuxuda sud almaq, sud içmək – xoş yaşamaq, qa-
zanc, sağlamlıq nişanəsidir. Süd bişirdiyini görən – xeyirli bir
işə əl qoyacaq. Südün bişirilərkən çürüyüb, ya calanması –
başlanılan işin boş olacağına yozulur.
Süfrə salmaq – yuxuda süfrə ömrün uzunluğuna işarədi.
Yeməklərlə dolu süfrə görmək nemət bolluğuna, boş süfrə ka-
sıblığa yozulur. Ağ və geniş süfrə – yaxınlarda bir süfrədə otur-
mağa işarədi.
Sünbül – yuxuda sünbül tarlası görmək – şad xəbər eşit-
mək, dərilmiş sünbül qəm və kədər, yaxınlardan birinə sünbül
qoparıb vermək, ondan ayrı düşmək, fəslindən qıraq sünbül gör-
mək vəsvəsə nişanəsidir.
Sürgün – yuxuda sürgün edilmək, ya yurd-yuvasından zo-
rakı qürbətçiliyə düşmək – çıxılmazlığa uğramaq və həbsə alın-
mağa işarədi.
Sürmə – yuxuda sürmə satmaq, almaq, yaxmaq – həmişə
xeyrə yozulur. Gözü ağrıyan adamın yuxuda sürmə çəkməsi –
gözlərinin sağalmasına, bir qızın, ya bir dul arvadın gözünə
sürmə çəkməsi onun yaxında evlənməsinə işarədir.
Sürü – yuxuda dördayaqlı sürünü görmək – qabaqda
sevincli günlərin olacağına işarədi.
Sütun – sütun yuxuda, hər sütun olur-olsun, bir ev və
avadanlıq sahibi olmağa işarədi.
Tabut – yuxuda tabut görmək – dövlət, qazanc, şərəf və etibar
sayılır. Bir tanış adamı tabut içində görmək yaxın günlərdə onun
sağ-salamat xəbərini almaqdır. Tabutda yad adam görmək irəli
günlərdə yaxın dostluq və tanışlıq sahibi olmağa yozulur.
235
Tacir – yuxuda tacir görmək – xalq arasında hörmətli
sayılan bir adamla tanışmaq deməkdi. Özünün tacir olduğunu
görən – böyük hörmət və etibar qazanacaqdı.
Tava – tavada yemək bişirdiyini görən – rahat yaşar. Ba-
zardan tava aldığını görənin ürək yandıran arvadı, ya xidmətçisi
olur.
Taxt – yuxuda özünü taxt üstə oturmuş görən əgər bacarıqlı
və əhli-adamsa yüksək məqam tapır, əgər bacarıqsız və naəhlsə
müsibətə uğrar.
Tər, tərləmək – yuxuda tər içində olduğunu görənin hacəti
rəva olur. Alnından tər axdığını görən çalışmaqla məqsədə çatar.
Adi halda tərləmək varlı üçün varın artması, yoxsul üçün
varlanmaq, xəstə üçün sağalmaq, kasıb üçün qazanc nişanəsidi.
Təndir – evində təndir düzəltdiyini görən, hər sinifdən olursa-
olsun, yaşayışda istədiyinə çatar. Qışda təndirdə qızışdığını görən –
rahatlıq tapar, yayda təndirdə qızışan naxoş olar. İçində kül, ya
yanacaq olmayan təndir görmək xeyrə yozulmaz.
Təvaf – yuxuda Kəbəni təvaf elədiyini görən əsir olsa azad
olar, fasiq olsa tövbə edər, subay olsa evlənər, tacir olsa qazancı
artar, fəqir olsa dolanışığı düzələr.
Tısbağa – bir yerdə, bir yol üstə tısbağa görmək – oraya
yaxın bir yerdə bir qədri-qiyməti bilinməyən Allah adamı
yaşadığına işarədir.
Tif – yuxuda tif kimi yoluxucu naxoşluqlardan birinə
bulandığını görmək qəm, kədər və sıxıntı kimi yozulur. Bu kimi
naxoşluq tutana yardım etmək – bir çətinlikdə çırpınana yardım
236
deməkdi. Özünün tif tutub kimsənin ona əlac etdiyini görən hər
yandan yardım görəcək.
Toxum – yuxuda toxum səpmək bol ruzu nişanəsidi.
Torba – yuxuda torba görmək, torba tikmək, torba almaq –
subay adam üçün evlənmək, evli adam üçün xeyir-bərəkət kimi
yozulur.
Torpaq – yuxuda torpaq qazmaq – varlanmaq kimi yozu-
lur. Sarı torpaq, qızıl, ağ torpaq – gümüş, qırmızı torpaq – mis,
boz və qara torpaq – pul deməkdi. Üst-başını torpaqlı görənin
əlinə pul gələr. Yelin toz-torpağı bir yerdən başqa yerə sovurma-
sı bu yerdə yaşayan xalqın ədalətsizliyə uğrayacağına yozulur.
Toyuq – yuxuda çoxlu toyuğu olduğunu görən – camaata
başçı olur. Toyuq başı kəsmək əyaldan ayrılmaq kimi yozulur.
Toz – yuxuda üstünə, başına, üzünə-gözünə toz qonduğunu
görənin əlinə haradansa pul keçəcək. Tozun yel ilə havalandığını
görmək – nə isə baş verəcəyi ilə yozulur.
Tövbə – yuxuda tövbə və istiğfar etdiyini görənin ruzi və
gəliri çoxalır.
Tülkü – yuxuda tülkü görən hiyləgər, kələkbaz (düzənçi),
yalançı bir kişi, ya bir arvadla üz-üzə gələcək. Tülkü ilə dostluq
edən yalançıya aldanır. Bir tülkü tutduğunu görən bir düzənçi ilə
münasibətdə olacaq. Tülkü dərisi əldə etmək hiylə ilə qazanca
çatmaq deməkdi.
Tüfəng – dostlar və qohumlar arasında ziddiyyət və çəkiş-
mə baş verəcək kimi yozulur. Yuxuda tüfəng səsi gözlənilməz
xəbərdir.
237
Ürpənmək (tükləri biz-biz durmaq) – yuxuda vücudunun
ürpəndiyini görmək – Allahdan qorxmaq və ürəyi yumşaqlıq
nişanəsidi. Qorxulu bir şeydən tükləri ürpənən adam sıxıntı və
darlıqdan qurtarar.
Ürkmək - yuxuda ürkmək və çəkinmək xeyrə yozulur.
Düşmənindən ürkən ona basılır, şeytandan ürkən ona aldanır,
gördüyü işin cəzasından ürkən cəzalandırılır.
Üşütmə - yuxuda üşüdüyünü görən adam əlindən çıxan
xətanı özgədən yox, özündən görməlidir. Başqa bir anlama görə,
yuxuda üşüdüyünü görən qabağa çıxan xətanı sovacaqdır.
Ülgüc – yuxuda ədavət, yaman söz və acı dil anlamındadı.
Ülgüclə bir şeyi kəsmək başlanılmış işin yarımçıq qalacağını
bildirir. Ülgüclə ət doğramaq camaatı özündən incik salmaq
deməkdi.
Ütmək (tüklərini odda yandırmaq, qursalamaq): yuxuda
tülkü dərisini, ya bir heyvanın kəlləpaçasının tüklərini ütən bir
adam borc, çətinlik, töhmət və qəmdən qurtulur.
Ütüləmək – yuxuda qırışıq bir parça, ya paltarı ütülədiyini
görən adam qatma- qarışıq işlərini ağıl və tədbir ilə avanda salır.
Yuxuda dağ ütü zəkavətə, soyuq ütü tədbirə dəlalət edir.
Yaba (şana): yuxuda yaba görmək düzəlməz sıxıntıya uğra-
maq kimi yozulur.
Yatmaq – yuxuda xoşbəxt ailə qurmaq və şən yaşamaq
anlamında olur. Yataqları yanbayan salmaq evə qonaq gələcəyi-
nə nişanədi. Yataqda rahatca yatıb yuxulamaq sıxıntıdan qurtul-
maq deməkdi.
238
Yarış (müsabiqə) – yuxuda bir yarışa (müsabiqəyə) qoşul-
maq və o yarışı udmaq – yaşayışda uğur qazanmaq, yarışı uduz-
maq – peşmançılıq kimi yozulur.
Yaralanmaq – yuxuda yaralanmaq, ya birini yaralamaq,
vuranın vurulana yaxşılıq edəcəyi kimi yozulur.
Yastıq – yuxuda ümumiyyətlə, yastıq xeyrə yozulur və bir
çox hallarda xeyirxah xidmətçi anlamında olur. Cavan adamın
yumşaq yastığa söykənməsi onun bolluğa çatacağına, yaşlı
adamların isə xoş rahatlığa çatacağına işarədir. Divar yastığı
yuxuda zənginlik, şərəf və etibar sayılır.
Yasəmən – yuxuda yasəmən ağacını çiçəkləyəndə görmək
– şadlıq və fərəh doğurur. Birinin sənə, ya sənin birinə yasəmən
gülü verməsi – onunla tez, ya gec dalaşacağından xəbər verər.
Yasəmən vaxtında gül açanda – bərəkət, vaxtından qıraq açanda
– fənadır.
Yabancı (yad kimsə) – yuxuda bir yad (yabancı ) adamla
görüşmək yəni bir iş görmək, ya imkana çatmaq kimi yozulur.
Yaxa – paltarın yaxasının təmiz olması qazanc, çirkli
olması ziyana işarədi.
Yaxşılıq – yuxuda birinin haqqında yaxşılıq etmək, ya
möhtac bir adamın əlindən tutmaq – şad xəbər eşitmək, şadlığa
uğramaq kimi yozulur.
Yazı yazmaq – yuxuda savadsız bir adamın özünü yaz-
maqda görməsi, onun camaat işlərində bacarığına işarədi. Sa-
vadlı adamın yazı yazması vəfaya, bolluğa çatmaq kimi yozulur.
Öz yazdığını oxuya bilmədiyini görən günahlarından tövbə edir.
239
Kitab yazdığını görən, lakin onu tamamlaya bilməyənin işləri
yarımçıq qalar.
Yaşmaq – yuxuda yaşmaq görmək xoş xəbər eşitməyi ifadə
edir. Yuxuda yaşmaqlı qadın görən oğlan, ya qız xoşbəxt ailə
quracaq.
Yaşıllıq – yuxuda göz işləyən yaşıllıq görmək uzun ömür
və böyüklük nişanəsidi. Yuxusunda yaşıllıq görən, ya yaşıl pal-
tar geyən qız tanıdığı və sevdiyi oğlanla evlənib bəxtiyar yaşa-
yacaq.
Yağ – yuxuda hər cür yağ, can yağı, quyruq yağı, kərə yağı
görmək səadət, xoş günə doğru addımlamaq kimi yozulur.
Yağma, yağmalamaq – yuxuda hər hansı bir şeyin yağ-
malandığını görmək, o şeyin çox bol olmasına dəlalət edir. Bir
dükanın yağmalanması o dükan sahibinin yaxşı bazarlıq etməsi,
bir evin yağmalanması o evin varlanması və bir şəhər, ya ölkə-
nin yağmalanması o şəhər, ya ölkənin rifahlanması kimi yo-
zulur.
Yağış - yağmur – yuxuda vaxtlı-vaxtında yağan yağış bə-
rəkət və rəhm, vaxtsız yağış ziyan və fəlakət deməkdi. Bir bölgə,
ya bir ölkəyə asta yağan yağış – bolluq və rifah, şiddətli yağış –
gözlənilmz bəla və naxoşluq əlamətidi.
Yaqut – yuxuda yaqut bolluq və yaşayış deməkdi.
Yaltaq – yuxuda yaltaq adamla üzbəüz gəlmək, ya onun
yaltaqlığından xoşlanmaq yaramaz adamlardan çəkinmək kimi
yozulur.
Yanaq – yanaq yuxuda açıq, tutqun olduğuna görə fərqli
halda yozulur. Qırmızı və şad yanaq çətinliklərdən qurtulub, se-
240
vincə çatmaq; solmuş
v -
/
uş
241
Yumurta – yuxuda toyuğun yumurtasını görən adamın uşağı
olacaq. Yuxuda çiy yumurta yemək sıxıntı və riyakarlığa işarədi.
Pişmiş yumurta yemək rahat qazanca çatmaq deməkdi. Yuxuda
yumurtanı qabıqlı yeyən adam örtülü məsələnin üstünü açar.
Yun (pəşm) – yun yuxuda xeyrə yozulur. Əyrilmiş yun
dövlətdi. Bir yastığa, yatağa yun doldurmaq evlənməyə işarədi.
Yuxu yozan – röyada yuxu yozan görmək- qəmli olsa,
sevinir, şad olsa- qəmli olur. Dilək və istəkləri olanlar murada
çatar, itkin gedənlərdən xəbər çıxar.
Yuva – yuxuda quş yuvası görmək ailənin səadət və rifaha
çatması ilə yozulur.
Yuyunmaq – yuxuda saf və təmiz su ilə yuyunduğunu
görən sıxıntı və qəm- qüssədən qurtarar. Naxoş olsa sağalar.
Bulaşıq su ilə yuyunan sıxıntı çəkər, borclu düşər və xəstələnər.
Yük – yuxuda dalında şələ, yük götürdüyünü görən böyük
rütbəyə çatacaq, yuxuda səfər əsbabı yığılmış heybə, xurcun,
məfrəş kimi şeylər təmiz və təzə olursa xoş və xeyirli, köhnə və
çirkli olursa səfər sıxıntılı keçəcəkdi.
Zahı (ikicanlı arvad) – yuxuda zahı görən kişi uğurlu işlərə
çatır. Yuxuda arvadın özünü doğum yatağında görməsi yüngül
naxoşluq, yatağından qalxmış görməsi sağlamlıq nişanəsidi.
Zanbaq – yuxuda xoş arzular kimi yozulur.
Zeytun – yuxuda zeytun ağacı əkmək xeyirli bir işə əl
qoymaq, zeytun ağacına çıxmaq, ya ağacdan zeytun dərmək,
bol- bol qazanca çatmaq, zeytun dənəsi, ya zeytun yağı yemək
sağlamlıq və sevinc ilə yozulur.
242
Zəhər (səm) – yuxuda özünü zəhərlənmiş görən adam çox
yaşar. Zəhər düzəltmək, ya zəhər satmaq- haramdan mal qazan-
maq, birinin əlindən zəhər içmək, ya birinə zəhər içirtmək ona
xeyir-bərəkət yetirmək kimi yozulur.
Zəlzələ – yuxuda görülən zəlzələ yüngül (asta) olursa
fəlakət, ağır (viranedici) olursa yoluxucu xəstəlik, ümumi bəla
nişanəsidi.
Zənbil – yuxuda bolluq və xoş yaşayış nişanəsidi.
Zəncir – yuxuda əlini, ayağını, özünü zəncirlə bağlı gör-
mək zərər, sıxıntı, naxoşluq, kədər, bağlandığı zəncirin qırıldığı-
nı görmək darlıqdan, sıxıntıdan, kədərdən qurtarmaq kimi yo-
zulur.
Zindan – yuxuda dəmirçi, ya başmaqçı zindanı görmək bir
rəvayətə görə – qüdrət və bir rəvayətə görə dövlətlə yozulur. Bir
zindana yiyələnən qüdrətli və zəngin olur. Zindan itirənin gücü
və dövləti azalar.
Zindan (məhbəs) – yuxuda zindana düşdüyünü görən qəm
və kədərə uğrar, zindandan buraxıldığını görən sevinc və
sağlamlığa uğrayacaq.
Zınqırov (zəng) – yuxuda zınqırov səsi, ümumiyyətlə, xey-
rə yozulur. Cavan oğlan, ya qız üçün xoşbəxt ailə qurmaq, yaşlı
kişilər və arvadlar üçün yaşayışlarında xoş dəyişikliklər olaca-
ğına işarədi.
Zibil, zibillik – yuxuda zibil və zibillik görmək çoxlu mal-
dövlətə çatmaq və yoxsulluqdan qurtarmaq kimi yozulur.
Zirə – yuxuda zirə görmək xeyrə yozulur. Zirə həm də sa-
ğalmaz xəstəliyə işarədi.
244
X. UŞAQ FOLKLORU
LAYLALAR
Bir gül əkdim boyunca,
Əyilmədim doyunca.
Ömrüm, günüm uzansın,
Öz balamın toyunca.
Balam laylay, a laylay,
Quzum laylay, a laylay.
Laylay dedim yatınca,
Gözlərəm ay batınca.
Zara-zinhara gəldim,
Sən hasilə çatınca.
Balam laylay, a laylay,
Nazım laylay, a laylay.
Quşlar uçur havada,
Balası var yuvada.
Gözüm boy atmağında.
Dilim sənə duada.
Balam laylay, a laylay,
Gözüm laylay, a laylay.
Balam gəlir yatmağa,
Böyüyüb boy atmağa.
Səhər yuxusu şirin,
Qıymıram oyatmağa.
Balam laylay, a laylay,
Gözüm laylay, a laylay.
Laylay, əməyim bala,
Duzum, çörəyim bala.
Tanrıdan əhdim budu,
Görüm köməyin, bala.
Laylası dərin bala,
Yuxusu şirin bala.
Tanrıdan əhdim budu,
Toyunu görüm, bala.
Laylay quzum ağlama,
Ürəyimi dağlama.
Böyü bir qoç igid ol,
Mənə ümid bağlama.
Laylay dedim adına,
Həqq yetişsin dadına.
Boya-başa çatanda,
Məni də sal yadına.
Dağların laylasına,
Gözlərin qarasına.
Atalar qurban olsun,
Öz körpə balasına.
Qalalar, ay qalalar,
Laçın orda balalar.
Ana balasın verməz,
Məgər zorla alalar.
245
Şan bağlayan arılar,
Qonar gülə sarılar.
Balama qurban olsun,
Yaşı ötmüş qarılar.
Qapımızda var çinar,
Yarpağı dinar-dinar.
Mənim bir tək balamı,
Saxlasın pərvərdigar.
Dağ başında qalam var,
Ürəyimdə nalam var.
Xəlqin dövləti, malı,
Mənim də bir balam var.
İgid qalasın istər,
Dağın lalasın istər.
Mən balamı istərəm,
Balam balasın istər.
Bağda bülbül oxuyur,
Saça sünbül toxuyur.
Balamı iyləyirəm,
Elə bil gül qoxuyur.
Ətiri güldən gəlir,
Güldən, sünbüldən gəlir.
Balamın gül beşikdə,
Yuxusu birdən gəlir.
Boya, buxuna dol, gəz,
Boynuma dola qol, gəz.
Cavanlar sırasında,
Sən də bir igid ol, gəz.
Mənim gül-butam, oğlum,
Ətrinə batam, oğlum.
Bir arzum var ürəkdə,
Toyunu tutam, oğlum.
Laylay balam, can balam,
Mən sənə qurban balam.
Ağlayıban göylümi,
Gəl, eləmə qan, balam.
Uyu balam, yat balam,
Qızılgülə bat, balam.
Qundağını bağlayım,
Şirin-şirin yat, balam.
Laylay balam, gül balam,
Gül balam, sünbül balam.
Laylayımla yatgilən,
Oyatsın bülbül balam.
Yaylığı kirli balam,
Qəlbi fikirli balam.
Tay-tuşların içində,
Mənim şəkilli balam.
Yol üstə bulaq ollam,
Yatmaram oyaq ollam.
Sən mənim öz balamsan,
Özüm göz-qullaq ollam.
Balam, bir söyün, görüm,
Sərv təki boyun görüm.
Tanrıdan arzum budu,
Balamın toyun görum.
246
Balama can demişəm,
Ağlasa can demişəm.
Balam dil açan gündə,
Quzu qurban demişəm.
Laylay dedim, yat dedim,
Yastığa baş at dedim.
Bala nazın mən çəkim,
Boya-başa çat dedim.
Laylay mənim bəbəyim,
Həm arzum, həm diləyim.
Dar gündə, dar ayaqda,
Sənsən mənim köməyim.
Mən aşiq quzu qurban,
Qoç qurban, quzu qurban.
Hər səhər boyun görsəm,
Kəsərəm quzu qurban.
Laylayım, sözüm qurban,
Ağlasın gözüm qurban.
Böyü, boya-başa çat,
Boyuna özüm qurban.
Laylay dedim ucadan,
Səsim çıxmır bacadan.
Allah səni saxlasın,
Çiçəkdən, qızılcadan.
Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.
Laylay dedim yatasan,
Dərdi, qəmi atasan.
Qzılgül bağın olsun,
Gül-çiçəyə batasan.
Oğul sən yarağımsan,
Güzgüsən, darağımsan.
Hər gün lazım olmasan,
Dar gündə dayağımsan.
Bir səs gəlir ellərdən,
Şirin-şirin dillərdən.
Tanrı, balamı saxla,
Ağır aylar, illərdən.
Dağlarda lalam sənsən,
Alınmaz qalam sənsən.
Kimim, kimsənəm yox,
Bir şirin balam sənsən.
Məni oyaq qoyan sən,
Qızılgülə boyan sən.
Öpüm şəhla gözündən,
Yatdın bəsdir, oyan sən.
Balamsan sən, nəyim sən,
Arxamsan, köməyimsən.
Mən sənin əziz anan,
Sən mənim diləyimsən.
Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən.
Qurban olum o günə,
Ayaq tutub gəzəsən.
247
Laylay dedim biləsən,
Düşməyəsən dilə sən.
Boya-buxuna çatıb,
Oynayasan, güləsən.
Balamı tanıram mən,
Hər sözün qanıram mən.
Yuxuda ah çəkəndə,
Od tutub yanıram mən.
Laylay dedim gündə mən,
Kölgədə sən, gündə mən.
İldə qurban bir olsa,
Sənə qurban gündə mən.
Bala, ömrün çox olsun,
Göylün gözün tox olsun.
Sənə laylay çağırım,
Düşmanların yox olsun.
Bağçamızda bar olsun,
Heyva olsun, nar olsun.
Sən ayaq aç, gəz dolan,
Düşmanların xar olsun.
Dağlar gül-çiçək olsun,
Yarpağı ləçək olsun.
Bir bala görsədin ki,
Balamdan göyçək olsun.
Qızılgül bağın olsun,
Bağlar oylağın olsun.
Tanrıdan arzum budu,
Sevimli çağın olsun.
Qurbanın quzi olsun,
Quzunun yuzi olsun.
Quzudan qurban olmaz,
Qoy anan özi olsun.
Bağçalar bağa dönsün,
Bağım yaylağa dönsün.
Bircə kəlmə din, danış,
Ürəyim dağa dönsün.
Balam oynur, yatmayın,
Sözünə söz qatmayın.
Laylay çalın balama,
Yatanı oyatmayın.
Balam yatır beşikdə,
Bülbül oxur eşikdə.
Sən yat, yuxun alginən,
Mən durmuşam keşikdə.
Evində, eşigində,
Yat, quzum, beşigində.
Bir mən, bir dan ulduzu,
Durmuşuq beşigində.
Anan tel düzər sənə,
Bacın gül düzər sənə.
Tanrıdan əhdim budu,
Dəgməsin nəzər sənə.
Laylay, a balam laylay,
Alınmaz qalam laylay.
Sənə kəc baxanları,
Yandırsın nalam, laylay.
248
Laylay, bülbülüm, laylay,
Sarı sünbülüm, laylay.
Bağçalarda gül çoxdu,
Bir qızılgülüm laylay.
A, laylay, quzum laylay,
Ayım, ulduzum laylay.
Sən hasilə çatınca,
Hər dərdə dözüm laylay.
A laylay, gülüm laylay,
Gülüm, bülbülüm laylay.
Böyü, sənin sayəndə,
Mən də bir gülüm, laylay.
Laylay, maralım laylay,
Gəlmir qaralım laylay.
Böyü, bir qoç igid ol,
Sənə yar alım laylay.
Nərgizi üzüm, laylay,
Yaxana düzüm laylay.
Səni övləndirəndə,
Toyunda süzüm, laylay.
A laylay, butam laylay,
Qardaşım, atam laylay.
Gözləyirəm yatasan,
Mən də bir yatam, laylay.
A laylay, nənə laylay,
Can deyim sənə laylay.
Sənə gələn dərd-bəla,
Qoy gəlsin mənə, laylay.
Bala dadi, bal dadi,
Bala adam aldadi.
Yaxşısına can qurban,
Pisi verər bal dadi.
Ay doğdi, yana döndü,
Ulduzlar sana döndü.
Bala dərdi çəkməkdən,
Ürəyim qana döndü.
Laylayın bir quş idi,
Hasara qonmuş idi.
Əl uzatdım tutmağa,
Mələklər tutmuş idi.
Oxşasın dilim səni,
Böyütsün elim səni.
Meydanda at oynadan,
Bir igid bilim səni.
Atıban tutdum səni,
Əcəb ovutdum səni.
Can qoydum, cəfa çəkdim,
Şükür, böyütdüm səni.
Atım, tutum balamı,
Şəkərə qatım balamı.
Atası evə gələndə,
Qabağa tutum balamı.
|