Buraxili ş İ Ş İ



Yüklə 28,14 Kb.
səhifə6/6
tarix13.05.2022
ölçüsü28,14 Kb.
#57801
növüDərs
1   2   3   4   5   6
diplom işi kopyası

Fənnüstü inteqrasiya - öyrənmənin həyatla əlaqələndirilməsidir. Öyrənmə yalnız məktəbdə formalaşan bir hal deyil, hər an hər yerdə baş verə bilir. Fənnüstü inteqrasiya şagirdin dərs zamanı və dərsdənkənar fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsidir. Məsələn IV sinif hayat bilgisi fənnində 4.2.4 Nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir altstandartını reallaşdırarkən şagirdin bu təhlükəsizlik qaydalarını bilməklə yanaşı, həyatına da tətbiq etməsini öyrətmək lazımdır. Müxtəlif layihələrin hazırlanması fənnüstü inteqrasiyanın ən bariz nümunələrindəndir.

================================



İnteqrativ təlimə iki və daha artıq fənn üzrə kurrikulum planları ilə rəhbərlik edilir. İnteqrativ təlim tədris prosesini daha canlı cdir və müəllimlərə müasir dövrün tələblərini ödəməyə kömək edir. İnteqrativ kurrikulum tərəfdarları belə bir fikirdədirlər ki, məktəblər təhsilə müxtəlif fənnlərin öyrədilməsi kimi deyil, iyirmi birinci əsrdə həyatın tələb etdiyi zəruri qabiliyyətlərin inkişaf etməsi prosesi kimi baxmalıdırlar. İnteqrativ kurrikuluma aid olan bütün izahatlar, şərhlər aşağıdakıları özündə birləşdirir: Fənnlərin birləşməsi bu məsələ belə bir fikri ifadə edir ki, tədris proscsi hər hansı bir fənnin müəyyən çərçivəsi ilə məhdudlaşmayıb, onu aşır və fənnlərarası əlaqə yaranır. Məsələn, müəllim hər hansı bir fiziki və ya kimyəvi hadisəni izah edərkən təbii ki, riyazi düsturlardan istifadə etmiş olur və istər-istəməz fizika ila riyaziyyatın və ya kimya ilə riyaziyyatın əlaqələri təmin edilir. Xarici dil dərslərində hər hansı bir tarixi gün, tarixi bayram tədris edilərkən həmin ölkənin tarixi və ya ədəbiyyatı ilə və hətta bəzən coğrafiyası ilə əlaqələndirilmə prosesi gedir. İngilis dilində hər hansı bir qrammatik qaydanı izah edərkən mütləq həmin qaydanı ana dilindəki oxşar qaydalarla müqayisə etmək zəruri haldır. Məsǝlən ingilis dilində sifətin dərəcələrini öyrənərkən azərbaycan dilində də sifətin dərəcələrinin oxşar və fərqli cǝhətlərini tələbələrin diqqətinə çatdırmaq vacibdir. Beləliklə, tədris olunan fənnlər arasında eləsini tapmaq mümkün deyildir ki, onun izahatı ancaq həmin fənn çərçivəsində baş versin. Orta məktəblərdə ingilis dili tədris edilərkən müəllim və şagirdlər dilin fonetik və qrammatik sistemini ana dili ilə müqayisə cdir və tədris prosesi bir qədər asanlaşır. Layihələrə diqqət verilməsi istənilən fənnin tədrisi zamanı əldə olunan biliklərin həyatda müxtəlif layihələrdə tətbiqi mümkündür. Məsələn, iqtisadiyyat fənni tədris edilərkən, müəssisələr və onların növləri müəssisələrin təşkili və ya biznesin təşkili və idarəedilməsi kimi mövzuların tədrisindən sonra müəllim və ya tələbələr müəyyən layihələr hazırlayıb, tətbiq edə bilərlər. Məsələn, "Work and jobs", "ways of working" mətnlərinin tədrisində həm müəllim, həm də tələbələr "Work" və "job" anlayışlarının fərqinə, həm də işləmə üsullarının fərqinə diqqət yetirməlidirlər. Bu zaman bir sıra söz və ifadələrin öyrənilməsi vacibdir: responsibility, to work under somebody, in charge of, to be responsible for coordination, to work with managers, full-time job, part- time job, permanent job, temporary job, office worker, working hours, to clock on, to clock off. to work in shifts, day shift, night shift, to change shifts, to commute, working from home, teleworking, telecommuting, satisfying, stimulating, fascinating, exciting, dull, boring, uninteresting, unstimulating, repetitive, routine, tiring, tough, hard, demanding və sair. Tarixi hadisələr və bayramların tədrisindən sonra həmin hadisələr haqqında müəyyən layihələr hazırlamaq mümkündür. Bir nəfər müəllim səkkizinci sinifdə fizika dərsində planetləri, onların xassələrini, onun yer hadisələrinə təsirini və sair məsələləri araşdırmaq üçün şagirdləri hər biri beş nəfərdən ibarət olan doqquz qrupa ayırdı və yuxarıda sadalanan məsǝlələri öyrənmək üçün onlara tapşırıqlar verdi. Bir həftədən sonra şagirdlər öyrəndiklərini sinif yoldaşları ilə bölüşdülər. Şagirdlərlə öyrənilən məsələlər müzakirə etdildikdən sonra məktəb üçün sərgi təşkil edildi və valideynlər bu sərgiyə dəvət edildi və sərgi çox maraqlı alındı. Bu cür misalların sayını artırmaq da olar. Dərsliklərdən kənar mənbələr - fənnlərin tədrisi təkcə dərsliklər əsasında həyata keçirilsə, həmin fənnin tədrisi cansıxıcı olar və tədrisdə uğurlar qazanmaq o qədər də inandırıcı olmaz. Məsələn, ingilis dilinin tədrisi zamanı müəyyən qrammatik qaydaların və yeni sözlərin şagird və tələbələrin yaddaşında daha da möhkəmlənməsi üçün əlavə oxu kitablarından istifadə olunması vacib amillərdən biridir. Bu zaman əlavə oxu kitablarının öyrəncilərin bilik səviyyəsinə uyğun secilməsi əsas məsələlərdən biridir. Bundan başqa imkan daxilində tələbələrin dilin daşıyıcıları ilə tez-tez ünsiyyətə girməsi onların nitqlərinin əsaslı şəkildə inkişaf etməsinə şərait yarada bilər, öyrənmə prosesini daha maraqlı və cəlbedici edə bilər. Konsepsiyalar arasında qarşılıqlı əlaqələr - müxtəlif fənnlərin tədrisi zamanı öyrənilən konsepsiyalar həm fənn daxilində, həm dǝ ayrı-ayrı fənlər arasında əlaqələndirilməlidir. Mövzuların uğurlu ardıcıllıqla öyrənilməsi tədrisin müvəffəqiyyətli təşkilində əsas amillərdən biridir.

Müasir dövrdə Azərbaycan təhsil sisteminin modernləşdirilməsinin əsas stra teji İstiqamətlərindən biri olan təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni yanaşma ların, fəal təlim metodlarınin tətbiqi və înlardan səmərəli istifadənin təşkili təhsil sistemində ən vacib bir problem kimi dəyərləndirilir. Hazırda Azərbaycanın təhsil sistemi dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindǝn istifadə etməklə təkmilləşdirilir, məzmun struktur dəyişiklikləri aparılır, insanın həyati baca rıqlara malik bir şəxsiyyət kimi formalaşma si istiqamətində səmərəli fəaliyyət göstərilir. Müxtəlif inkişaf tendensiyalarını, strategiya, yenilikləri özündə birləşdirən, onun poten sialıni, imkanını nəzərə alan təhsilin ən qlo bal məqsədi şəxsiyyətin hərtərəfli inkişafı nın təmin olunmasıdır və bununla bağlı da təhsil modelində dəyişikliklər baş verir. Əgər ənənəvi təhsil modeli biliklərin (məlumatlar və alqoritmlər) toplanması idisə, inkişafetdirici modellərdə konkret biliklər, ilk növbədə, dünyagörüşü və dün yanı anlama sisteminin formalaşdırılmasıvasitəsi və insanın intellektual potensialının realizəsidir. Təhsilin modernləşdirilməsinin məqsədləri təhsil sisteminin davamlı inkişaf mexanizminin yaradılmasından ibarət oldu ğundan, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra məsələlərlə bərabər, təhsilin yuxarı pillələri kimi məktəbəqədər təhsilin də müasir tələblərə cavab verən keyfiyyətlərə çatdırılması vacibdir.


Təhsildə əsas dəyər uşaqdır. Mək təbəqədər uşaqlıq isə təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür ki, bu dövrdə insanda bütün mənəvi dəyərlərin təməli qoyulur. Odur ki, məktəbəqədər təhsilin yeniləşdirilməsi XXI əsrin tələbləri və sosial sifariş nəzərə alın maqla aparılmalıdır. Məktəbəqədər təhsil sisteminin təkmilləşdirilməsi uşağın məktə bəqədər müəssisələrdə psixoloji rahatlığı üçün bir sıra şərtlərin reallaşdırılması olma dan mümkün deyil.
Aydındır ki, ənənəvi proqram üzrə pedaqoji prosesin müxtəlif bilik sahələrində məzmunun həcminin genişlənməsi həddindən artıq yüklənməyə gətirib çıxarır ki, bu da, ilk növbədǝ, uşaqda əks olunur. Bu zaman bir növ "uşağa daha çox bilik vermək" arzusu və məktəbəqədər yaşlı uşa ğın psixi və fiziki imkanları arasında ziddiyyət aşkar edilir. Belə problemlərin həll olunması, yeni dövlət standartları əsasında işǝ başlanılması üçün, ilk növbədə, inteqra siyadan istifadə etmək zərurəti yaranır. Bir çox mütəxəssislər inteqrasiyanı məktəbə qədər təhsilin yeniləşdirilməsi və uşaq şəxsiyyətinin inkişafının səmərəliliyi, uşaq sağlamlığının qorunması, onun keyfiyyətli təhsilə nail olmanın yollarından biri kimi müəyyən edir.
Təhsildə inteqrasiya bu gün insan fəaliyyətinin bütün sahələrini xarakterizə edən tendensiyaları əks etdirir. Məktə bəqədər təhsilin yeni məzmununa əsasən təhsil prosesinin təşkilinin prinsip və yanaş maları müəyyənləşdirilmişdir ki, bu da inki şaf sahələri və onların xüsusiyyətinə uyğun inteqrasiyanın nəzərə alınmasi ilə qurulmalı dır.
İnteqrasiya prinsipi innovativ olmaq
la, hom də uşaq bağçasında sintez əsasında
şəkildə yenidən qurulmasını, inkişaf sahə lərinin əlaqələndirilməsi ilə bütöv keyfiy yətli təhsil alınmasını nəzərdə tutur, məktə bəqədər yaşlı uşaq şəxsiyyətinin inteqral keyfiyyətlərinin formalaşmasını və onun cə miyyətə ahəngdar daxil olmasını təmin edir. Məktəbəqədər təhsilda inteqrasiya prinsipinin həyata keçirilməsi zərurəti tə fəkkürə görə, ali sinir fəaliyyətinin, psixolo giya və fiziologiyanın obyektiv qanunlarını diktə edir. Məktəbəqədər təhsildə inteqrasi yadan istifadə, ilk növbədə, bioloji fenomen kimi orqanizmin intensiv kamilliyi və psixi kanın formalaşması ile izah olunur. Mək təbəqədər yaşlı uşaq nisbətən qısa müddətdə bəşəriyyətin bütün inkişaf mərhələsini keçir. Son zamanlara qədər, hətta bu gün də
məktəbəqədər təhsil müəssisələrinin əsaslı

■məktəbəqədər təhsil müəssisələrində bilik ■ | yönümlü və məşğələyönümlü tədris sistemi = mövcuddur. Nəticədə dağınıq, əlaqəsiz biliklər sistemi yaranır.


Müasir məktəbəqədər təhsil müəssi səsində təhsil prosesinin layihələndirilməsi Iməktəbəqədər təhsilin məzmununu, inkişaf sahələrini inteqrasiya etməyə imkan verǝn bu və ya digər mövzular çərçivəsində inteq rasiya və kompleks-tematik prinsip üzrə əsaslandırılmasını tələb edir.
Tǝdris prosesində inteqrativ yanaş əsas üstünlüyü aşağıdakılardan manın ibarətdir:
1) elmlərin əsaslarına yiyələnmək biliklər sisteminin inkişafı üçün şərtdir; 2) dünyanın elmi obrazınin formalaşması
na kömək edir; 3) uşaqların inkişafında çox səmərə əldə etməyə imkan verir;
4) məktəbəqədər yaşlı uşaqların cəmiyyətə harmonik daxil olması üçün şəxsiyyət
keyfiyyətlərinin formalaşmasını təmin edir;
5) təlim və inkişaf prosesinin bütün
subyektlǝri kimi uşaqla yaşlıların birgə
əməkdaşlığını hoyata keçirir. Müasirməktəbəqədər təhsilin məz mununun quruluşu, məktəbəqədər üzrə dövlət standartlarının inteqrativliyi uşağın hərtərəfli inkişafi və məktəb təliminə əhatəli hazırlığının zəruri komponentləri kimi müəyyən edilir. İnteqrativ fealiyyətin mənimsənilməsi nəticəsində uşaqlarda tam sosial və psixoloji təhsil, fəaliyyətin inteqra tiv üsulları, bir sahədən digərinə asan keçid, fəaliyyətin fərdi üslubu, yaradıcılıq qabiliy yətlərinin inkişafı, sosial təcrübənin mənim sənilməsi formalaşır. İnteqrasiya hər bir uşağa birgə fəaliyyət zamanı kollektiv və fərdi yaradıcılıq mahsulunun yaradılmasında özbacarıqlarını tətbiq etməyə imkan verir. Bu fəaliyyətin vacib aspekti isə tərbi yəçilərin, valideynlərin, müəllimlərin müşa hidəçi kimi deyil, fəal iştirakçı olan tədbirlərdə nəticələrinin təqdim edilməsidir. Dünya təhsil sisteminə inteqrasiya olunduğu hazırkı şəraitdə təhsil sistemində mühüm vəzifələr yerinə yetirilir. Azər baycanın müasir inkişaf mərhələsinin xüsu siyyələrindən biri də təhsilin ilkin pilləsi kimi məktəbəqədər təhsilin istiqamət və tələblərində aparılan dəyişiklikdir. Təhsilin paradiqmasında dəyişiklik onun konseptual əsaslarının yenidən müəyyənləşdirilməsi, məqsədin, vəzifələrin, inkişafın məzmunu yenidən qiymətləndirilməsi və bunun yeni anlamda dərk edilməsi, məktəbəqədər nun yaşlı uşaqların təlim-tərbiyəsinin şəxsiyyət yönümlü modelə keçməsində əks olunmasıdır.

Təhsil sahəsində də təlimin təşkilinin yeni, daha səmərəli yollarına müraciət edilir. k Inteqrasiya sosial-iqtisadi şəraiti dəyişən, təhsil sistemini inkişaf etdirən yeni konsep asiyanın əsası kimi çıxış edir, tərbiyə prosesində heç də təlim prosesindən əhəmiyyət kəsb etmir. Terbiyədə kompleks az ⇒ yanaşma ideyasi insanı mənəvi cəhətdən saf, hərtərəfli inkişaf etmiş asl vətəndaş kimi for malaşdırmaq, tərbiyə anlayışına daxil olan bütün komponentlərin vəhdətdə götürülmə sini-inteqrasiyanı tələb edir. Təlimin təşkilindǝ inteqrasiya prinsipinin tətbiqi ətraf aləmin tam anlaşılmasına kömək edir. İnteqrativ keçirilən məşğələlər müxtəlif fəaliyyətlərin daxil edilməsi hesabına uşaq larda yaranmış gərginliyi, artıq yüklənməni, yorğunluğu götürərək təlimə maraq yaradır.


n
Müasir dövrdə uşaq bağçalarında təlim zamanı qabaqcıl təcrübələrə tez-tez istinad edilir. Buna görə də biz deyirik ki, müasir mərhələdə məktəbəqədər yaşlı uşaq ların təlimi onların hərtərəfli inkişafina kömək edir.
İnteqrativ yanaşma çərçivəsində uşaqlar bu va ya digər hadisəyə müxtəlif tərəflərdən baxmaqla onu müxtəlif aspekt lərdən ayıraraq öyrənirlər:
- sosial, o cümlədən mənəvi-etik; - musiqili, bədii-estetik də daxil olmaqla
hissi-emosional; - riyazi-məntiqi;
- elmi.

İnteqrativ təşkil olunmuş məşğələ ö uşağa öz yaradıcılıq bacarıqlarını həyata d keçirmək imkanı verir, kommunikativ baca-i raqları inkişaf etdirir. Uşaq hər bir məşğələdə s sərbəst surətdə öz fikrini ifadə etməyi, təəs süratlarıni bölüşməyi bacarır. Başlıcası isə uşaqlarda idraki maraq və fəallıq inkişaf edir. İstənilən mövzu uşaqlardan real həyat dan aldıqları təcrübənin inteqrativ məşğələ şəraitində fəallaşdırılmasını tələb edir.


Fəaliyyətin müxtəlif növlərinin əla qələndirilməsi öyrədilən materialların asan mənimsənilməsinə, əyani-obrazlı təfəkkürün inkişafina, ünsiyyətin genişlənməsinə kö mək edir. Belə əlaqələndirmə nəticəsində uşaqlar belə bir həqiqəti dərk edirlər ki, təbi ətdə və cəmiyyətdə hadisələr biri-biri ilə əlaqəli şəkildə baş verir.
Təhsilin, o cümlədən təhsil prosesi nin nəzəri, ideoloji bazası nə qədər zəngin olsa da, müasir təlim metodlarından istifadə edilməsə, səmərəli nəticələrə nail olmaq olmaz. Ona görə də təlim prosesində müasir təlim və texnologiyalardan istifadə zəruri aktual məsələ kimi meydana çıxır. Tərbiyəçi inkişaf prosesində insanın tamlığını, bütöv lüyünü yüksək əqli, əxlaqi, mənəvi keyfiy yətlər daşıyıcısı olmasını heyata keçirir. İnsanın kamillik keyfiyyəti gözəl düşüncə yə, sözə, əmələ malik olması ilə dəyər ləndirilir. Deməli, müasirlərimiz olan gənc nəsildə məntiqi yaradıcı təfəkkürü, ünsiyyət mədəniyyətini formalaşdırmaq, onları prak tik fəaliyyətə real olaraq hazırlamaq üçün istifadə etdiyimiz yeni metodların məqsədini klassik pedaqoji irsimizə söykənərək cilala malı, bununla kamil insan, fəal vətəndaş yetişməsinə şərait yaratmalıyıq.
Təlim-tərbiyə sisteminə tətbiq edilən yeni təlim metod və texnologiyalarının, innovasiyaların məqsədi uşaqların intellek tual və ümumi inkişafına təkan verməkdir. Təlim prosesində diferensiasiya proqram və mövzuları bitkin hissələrə ayırıb dəqiqliklə öyrənməyə, inteqrasiya isə onları ümumləş dirilmiş şəkildə öyrənməyə xidmət edir. İnteqrasiyadan istifadə pedaqoji prosesin səmərə və keyfiyyətini yüksəldir, elmləri əsaslı, şüurlu şəkildə öyrənməyə xidmət edir və yeni elm sahələrinin yaranmasına səbəb olur. Təlim zamanın tələblərinə uyğun olma lıdır. Hazırda respublikamızın məktəbəqədər uşaq müəssisələrində ənənəvi təlim üsulları ilə yanaşı, yeni təlim metodlarından və tex nologiyalarından istifadə olunur.
Yeni təlim metodları təhsil sistemində geniş yer tutmaqdadır. Bəs müasir metodların ənənəvi metodlardan fərqi nədir? Burada fərq tərbiyəçinin uşağa olan münasibətindən ibarətdir. Yəni ənənəvi məş ğələdə tərbiyəçi fəal danışan, uşaq isə qeyri fəal dinləyən, tərbiyəçi subyekt, uşaq isə obyekt idi. Müasir təlim metodlarında isə tarbiyəçi bələdçi-yol göstərən, uşaq isə axta ran, tapan tədqiqatçıdır. Odur ki, uşağa can sız obyekt kimi yox, pedaqoji prosesin bərabərhüquqlu subyekti kimi yanaşmalı, onun səviyyəsinə enməli, necə deyərlər, uşaqla-uşaq, böyüklə-böyük olmalıdır.
Əməkdaşlıq pedaqogikası uşaqlara daha çox diqqətli və həssaslıqla yanaşmağı tələb edir. Tərbiyəçi uşağın nə ilə maraqlan dığını, nəyi öyrəndiyini soruşub, qayğıkeş olduqda uşaq da açıq ünsiyyətdən çəkinmir, sual verir, məsləhətləşir və tapşırıqları hə vəslə yerinə yetirir. Əməkdaşlığın mahiyyəti əyləncə, əmək, təsviri fəaliyyət və s. sahədə öz əksini tapır.
İnteqrativ məşğələlərin müsbət cəhətlərindən biri də onun özündə bir çox hərəki fəallığı: dinamik pauza, idman dəqiqələri, səhnələşdirilmiş və hərəkətli oyunlar
daxil edilmiş oyun formasında keçirilmə
sidir. -inteqrativ məşğələlər ətraf aləmin tam mənzərəsinin formalaşmasına kömək edir. əşya və ya hadisəyə nəzəri, təcrübi və tətbiqi tərəflərdən baxmağa imkan verir.
Uşaqlarda idraki maraq formalaşır və
məşğələdə səmərəli nəticə əldə olunur.
Bir fəaliyyət növündən digərinə keçmək hər bir uşağı fəal prosesə cǝlb etməyə imkan verir.
-İnteqrativ məşğələlər uşaqları ümumi təəssüratlarına, həyəcanlarına görə birləş dirir, kollektivdə qarşılıqlı münasibətləri for malaşdırmağa imkan verir.
-Belə məşğələlər bütün mütəxəssislərin SIX kontaktina vǝ valideynlərlə əməkdaşlı ğına imkan verir, nəticədə uşaq-böyük əməkdaşlığı yaranır.
-İnteqrasiya məşğələlərin sayının ixtisar olunmasina kömək edir, oyun fəaliyyəti və gezinti üçün vaxtın müddəti artır, bu da uşaqların sağlamlığının möhkəmlənməsinə imkan verir.
Məşğələlərin keçirilmə forması qey ri-standart və maraqlı olur. Məşğələ ərzində müxtəlif fəaliyyət növlərindən istifadə uşaq ların diqqǝtini yüksək səviyyədə cəlb edir, bu da məşğələnin kifayət qədər effektiv olması haqqında danışmağa imkan verir. İnteqrativ yanaşmadan istifadə edilmiş məşğələlər əhəmiyyətli pedaqoji imkanları açır, uşağın idraki marağını hiss olunacaq dərəcədə yüksəldir, təxəyyülün, təsəvvürün, diqqətin, nitqin və yaddaşın inkişafına xidmət edir.
Müasir cəmiyyətdə inteqrasiya təh sildə inteqrasiyanın zəruriliyini izah edir. İnteqrasiya özünürealizəyə, özünüifadəyə, pedaqoqun yaradıcılığına və onun qabiliy yətlərinin açılmasına imkan verir. İnteqrativ təlimin aktuallığı bir sıra
səbəblərlə izah olunur:
1. Uşaqları əhatə edən aləm onlar tərə findən özünəməxsus və tam öyrənilir, amma bu tamin ayrı-ayrı hissələrinin öyrənilmə sinə yönəldilmiş məktəbəqədər təhsil proq ramının bölmələri onu ayrı fraqmentlərə bölərək, tam (bütöv) hadisə haqqında təsəvvürlər vermir.
2. Məşğələlərdə inteqrativ yanaşmadan istifadə edilməsi məktəbəqədər yaşlı uşaqla rin potensial imkanlarını inkişaf etdirir, onları ətraf aləmin gerçəkliklərinin fəal qav ranılmasına, dərk etməyə və səbəb-nəticə əlaqələrinin tapılmasına, məntiqin, təfək kürün, kommunikativ bacarıqların inkişafı na cəlb edir.
3. Standart olmayan məşğələ forması daha maraqlı və cəlbedici olur. Məşğələ müddə tində müxtəlif fəaliyyət növlərindən istifadə edilməsı uşaqların diqqətini yüksək səviy yədə özündə saxlayır ki, bu da məşğələnin kifayət qədər səmərəliliyindən danışmağa imkan verir. Məşğələdə inteqrativ yanaşma dan istifadə edilməsi əhəmiyyətli pedaqoji imkanları açır, idrak marağıni hiss olunacaq dərəcədə artırır, təxəyyülün (təsəvvürün), diqqətin, təfəkkürün, nitq və yaddaşın inki şafına xidmət edir.
4. Müasir cəmiyyətdə inteqrasiya təhsildə inteqrasiyanın zəruriliyi ilə izah olunur.
5. İnkişaf sahələri arası əlaqənin güc ləndirilməsi uşaqların müstəqil fəaliy yətlərinə, fiziki tapşırıqlarla məşğələyə daha çox zamanın qalmasına imkan verir.
6. İnteqrasiya tərbiyəçinin yaradıcılığı, özünüifadə, peşəkar bacarıqlarının müəyyən edilməsinə imkan verir.
İnteqrativ məşğələlərdə məktəbəqə dər təhsil kurikulumunun diktə etdiyi, müxtəlif mövzudan çıxış edərək tərbiyə Çinin müəyyənləşdirdiyi müxtəlif inkişaf sahələri birləşir.
Belə məşğələlərin gedişində uşaqlar müxtəlif inkişaf sahələrinin məzmununu paralel olaraq mənimsəyirlər. Bu da oyun və sərbəst oyunlar üçün vaxta qənaət etməyə imkan verir. Pedaqoji prosesə inteqrativ yanaşma gələcək məktəblilərə dünyanın tam mənzərəsini təqdim edir və onlarda sistemli biliklər və malaşdırır. ümumiləşdirilmiş bacarıqlar for
İnteqrativ təlim uşaqlara biliyi kom pleks veməyə, uşaqlarla müxtəlif iş üsulla rından, fərdi-diferensial yanaşmadan istifadə etmək üçün gözəl imkan verir, onlarda dün yanın tam mənzərəsini formalaşdırır.
Biz elə bir dövrdə yaşayırıq ki, daim inkişaf etməli, öz işimizdə yenilikləri tətbiq etməliyik. Dünyanın qabaqcıl ölkələrinin təhsil sisteminə istinad edilməsi, Avropa təhsil sisteminə inteqrasiya bu gün məktəbəqədər təhsil sistemində də əsaslı dəyişikliklərin aparılmasını tələb edir. Məktəbəqədər təhsilin inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində uşaq bağçala rının maddi-texniki bazası gücləndirilsə də, məktəbəqədər təhsilin məzmununda da dəyi şikliyin aparılmasını zəruri edir. Azərbay canda cəmiyyətin sifarişinə uyğun tələb yönümlü yeni, müasir tələblərə cavab verəm məktəbəqədər təhsil sistemi qurulmalıdır. O tǝkamül yolu ilə, yeni keyfiyyət dəyişik likləri aparılmaqla tədricən dəyişdirilməli sosial, uşaqyönümlü təhsil sisteminə adapta siya olunmalıdır.
Yüklə 28,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin