4.3. Əməliyyat sistemləri
Fərdi kompüterlərdə aparılan bütün əməliyyatlar əməliyyat
sistemləri vasitəsilə idarə olunur. Əməliyyat sistemləri – kompüter
qoşulduqdan sonra avtomatik olaraq yüklənən, kompüterin bütün
qurğularının işini planlaşdıran və idarə edən, istifadəçi ilə dialoq
yaradan və digər (əlavə və tətbiqi) proqramları işə salmaq üçün
nəzərdə tutulan proqramlar kompleksidir.
Əməliyyat sistemləri yüklənən zaman ekranda bir-birinin
ardınca kompüterin istehsalçısı tərəfindən nəzərdə tutulmuş
məlumatlar, texniki hissələrin yoxlanması prosesi və onun
nəticələri haqqında məlumat, eləcə də əməliyyat sisteminin
xidməti məlumatları görünür. Yükləmə prosesi adlanan bu proses
başa çatdıqdan sonra istifadəçi kompüterdə işləmək imkanına
malik olur.
Kompüterin resursları və ona qoşulan qurğular əməliyyat
sistemlərinin aşağı səviyyəli əmrləri və funksiyaları vasitəsilə
idarə olunur. Kompüterdə işləyərkən hər hansı bir əməliyyatın
yerinə yetirilməsi zamanı çoxlu sayda (bəzən yüzlərlə) belə əmr
və funksiyalardan istifadə olunur. Məsələn, əməliyyat sistemində
disk qurğuları ilə işləmək üçün disk qurğusunun mühərrikinin işə
salınması, dayandırılması, yazı oxu başlığının hərəkət etdirilməsi,
yazı cığırlarından informasiyanın oxunması və s. əmr və
funksiyalar nəzərdə tutulmuşdur. Ona görə də faylın disketdən
oxunması kimi əmr daxil edildikdə yuxarıda sadalanan və
sadalanmayan yüzlərlə bu kimi əmrlər yerinə yetirilir.
Bundan əlavə, hər bir qurğunun və ya resursun
mövcudluğunun, işçi vəziyyətinin yoxlanması, interfeyslərin,
portların istifadəsi, informasiyanın ötürülməsi, alınması, faylların
yerləşmə cədvəllərinin oxunması, dəyişdirilməsi kimi əməliyyatlar
da yerinə yetirilir. Bu əməliyyatlar adi istifadəçilər üçün çətin başa
düşülən,
maraqsız,
öyrənilməsinə
ehtiyac
olmayan
əməliyyatlardır. Adətən, müasir əməliyyat sistemləri bu kimi
66
əməliyyatları özü yerinə yetirir, istifadəçi üçün sadə və rahat iş
rejiminə malik «şəffaf» interfeys yaradır.
Əməliyyat sistemləri bütün proqramların disk qurğularından
əməli yaddaşa yüklənməsi, idarə olunmanın onlara verilməsi, bu
proqramların sorğularına əsasən köməkçi əməliyyatların yerinə
yetirilməsi və proqramlar işini başa çatdırdıqdan sonra onların,
eləcə də digər qalıq informasiyanın əməli yaddaşdan silinməsi
işlərini yerinə yetirir.
Ümumi halda əməliyyat sistemləri istifadəçi ilə kompüter
arasında vasitəçi rolunu oynayır (şəkil 4.3).
Yuxarıda qeyd olunduğu kimi, bəzi hallarda istifadəçi üçün
rahat iş rejimi yaratmaq məqsədilə örtük proqramları adlanan
servis proqramlarından istifadə edilir (şəkil 4.4).
İstifadəçi
Kompüterə
qoşulan
qurğular
Əməliyyat sistemi
Əməliyyat
sisteminin
əmrləri
Əlavə
proqram
təminatı
Şəkil 4.3. Əməliyyat sisteminin qarşılıqlı əlaqə sxemi
67
Qeyd olunmalıdır ki, ilk kompüterlər əməliyyat sisteminə
malik olmamışdır. Onlar yalnız müəyyən hesablamaların yerinə
yetirilməsi üçün nəzərdə tutulmuşdur. Belə kompüterlər, ən yaxşı
halda, qoşulan zaman daimi yaddaş qurğusundan avtomatik
yüklənən sadə Basic translyatoruna malik idilər.
Dostları ilə paylaş: |