Əlcəzairdə feysbukdan asılı insanların
müalicəsi üçün klinika açılıb
Nə yaxşı ki, tərkibində likopin adlı aktiv maddənin
yüksək konsentrasiyası olan pomidor süfrələrimizin
bəzəyidir. Alimlər sübuta yetiriblər ki, likopin piq-
mentinin məhz bu effekti sayəsində sağlam adam-
larda damar patologiyalarının inkişafı riski azalır.
AZƏRTAC “mednews.info” saytına istinadla xəbər
verir ki, ürək xəstəliklərindən əziyyət çəkən insan-
lar likopin qəbulundan sonra vəziyyətlərinin xeyli
yaxşılaşdığını müşahidə ediblər.
Alimlərin apardığı ekspe-
riment zamanı məlum olub ki,
likopin xəstəliklər nəticəsində
zədələnmiş damarlara yaxşı
təsir göstərir. Eksperimentdə
hər biri 36 nəfərdən ibarət 2
qrup iştirak edib. Birinci qru-
pa bu və ya digər ürək-damar
sistemi xəstəliklərindən əziyyət
çəkən adamlar daxil olub. Onlara xolesterini azaldan pre-
paratlar verilib. İkinci qrupun nümayəndələri tamamilə
sağlam olublar.
Təcrübə nəticəsində qeydə alınıb ki, likopin qəbul
edən pasiyentlərdə damar keçiriciliyi 53 faiz yaxşılaşıb.
Beləliklə, alimlər sübuta yetiriblər ki, bu piqment damar
sisteminin zədələnmiş hissələrini bərpa edir.
Alimlər Aralıq dənizi pəhrizinin səmərəliliyini bu
mətbəxdə tərkibində likopin piqmenti olan pomidorlara
geniş yer verilməsi ilə izah edirlər. Daim pomidor yeyən
adamlar ürək-damar patologiyalarından xeyli az əziyyət
çəkirlər.
Yetişmiş pomidor damarlara
yaxşı təsir göstərir
Dostları ilə paylaş: |