Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 64,93 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü64,93 Kb.
#40918
1   2   3   4
rufet qurbanov orta esr tarixi

IV Henrinin islahatları.

1598-ci ildə IV Henri tərəfindən verilmiş Nant edikti müharibədən sonrakı Fransada sülhün təminatçısı oldu. Ediktə görə, qallikan kilsəsi rəsmi kilsə elan edildi. Nant edikti dini müharibədən asılı olmayaraq bütün fransız təbəələrinin hüquq bəyannaməsi idi. Ediktdə əmlak, mövqe, təhsil, məhkəmə, tibbi yardım hüquqları elan edilirdi. Lakin protestantların hüquqlarının reallaşması məhdud idi. Onlar yalnız müəyyən ərazidə dini ayinlər keçirə bilər, uşaqlarını yalnız öz məktəb və universitetlərində oxuda bilərdilər. kral təbəələri olaraq protestantlar qallikan kilsəsinin xeyrinə 1/10 vergisini verməli idilər.

Öz hakimiyyətini iqtisadi cəhətdən də möhkəmlətmək üçün IV Henri bir neçə islahatın təşəbbüskarı oldu. Bu siyasətin əsas aparıcı qüvvəsi birinci nazir Maksimilian Sülli idi. Kəndli təsərrüfatının möhkəmləndirilməsini mühüm amil hesab edən Sülli onların xeyrinə bir neçə tədbir həyata keçirdi: kəndli təsərrüfatının özbaşına vergi qoyulamasını qadağan etdi, borca görə kənd təsərrüfatı inventarının satılması üzərinə də qadağa qoyuldu. Zadəganların da maraqlarını qoruyan islahatçı onların borclarının bir hissəsini bağışladı, daxili gömrüklər ləğv olundu.

Merkantilçi siyasət yeridən Fransa hökuməti İngiltərə və İspaniya ilə ticarət müqavilələri bağladı. (Y.H.Gözələva, “Orta əsrlər tarixi”, Bakı – 2004. (səh. 213))

İqtisadi tədbirlər nəticəsində manufakturaların sayı artdı. Yeni müəssisələrə ticarətdə imtiyazlar verilirdi.

IV Henrinin dövründə Fransa siyasi təkamül mərhələsinə daxil oldu. Kral şurasında və daxili siyasət idarəsində iştirakdan uzaqlaşdırılan aristokratiyaya ağır zərbə endirildi. Monarx Baş ştatların da çağrılmasından imtina etdi, bunun əvəzinə seçilmiş adamların – notablların şurası təşkil edildi. Hələ I Fransiskin dövründən dövlət vəzifələrinin satılması praktikası indi geniş şəkil aldı. Başlamış olan islahatlar artıq XVII əsrin birinci rübündə iqtisadiyyatın yüksəlişinə səbəb oldu. IV Henri isə hələ dini müharibələr dövründə planlaşdırıdığı mböyük hərbi yürüşə hazırlaşırdı. O, alman protestant knyazların uniyasını yaratmaq, İngiltərə ilə ittifaq bağlamaq və Habsburqlara qarşı müharibəyə başlamaq istəyirdi. Bu mübarizənin əsas obyektləri Reyn boyu şəhərlər və İspaniyanın əlində olan Niderland torpaqları idi. Lakin 1610-cu ildə IV Henri bir katolik rahibi tərəfindən qətlə yetirildi və planları yarımçıq qaldı.

1610-cu ildə fransız taxtına IV Henrinin azyaşlı oğlu XIII Lüdovik keçdi, kralın anası Mariya Mediçi qəyyum təyin edildi. Ölkədə yenidən mərkəzdənqaçma qüvvələr baş qaldırdı, separratçılıq gücləndi. Belə bir məqamda Fransanın siyasi səhnəsinə kardinal Rişelye gəldi. (Y.H.Gözələva, “Orta əsrlər tarixi”, Bakı – 2004. (səh. 214))

1624-cü ildə ölkədə kral hakimiyyətinin çox zəiflədiyi, məzhəblərarası ziddiyyətlərin güclü olduğu bir şəraitdə Arman Jan de Plessi hersoq Rişelye kral XIII Lüdovik tərəfindən baş nazir təyin olundu. 18 il ərzində (1642-ci ilədək) kardinal Rişelye Fransanın faktiki hakimi oldu. Rişelyenin proqramının 3 əsas istiqaməti var idi: 1) qugenotlarla, müxalif zadəganlarla mübarizə aparmaq və 2) monarxın hakimiyyətini gücləndirmək, bununla da 3) Fransanı Avropanın birinci dərəcəli dövləti həddinə çatdırmaq. 1628-1629-cu illərdə kardinal Rişelyeni qoşunları Laroşel qalasını mühasirəyə aldı: qugenotların sonuncu dayağı təslim oldu. Bağlanmış sülhə görə, qugenotlar bütün hərbi qalalardan məhrum edildilər, Nant edikti ilə nəzərdə tutulmuş digər maddələr isə saxlandı.

Kardinal Rişelye separatçılıqla mübarizə aparmaq üçün Paris Parlamentinə qarşı da bəzi planlar həyata keçirdi. Belə ki, Baş Ştatların nüfuzu enəndən sonra Fransanın ali məhkəmə palatası – Paris Parlamenti siyasi imtiyazlarını artırmışdı. Kral fərmanlarının təsdiqi onun səlahiyyətinə keçmişdi. Bu məhkəməni tabe etdirmək üçün kardinal Rişelye bu səlahiyyəti onun əlindən aldı, parlamentin üzvləri isə onun tərəfdarları içərisindən seçildi.

İqtisadi siyasətində kardinal Rişelye merkantilizm tərəfdarı kimi fəaliyyət gsötərirdi. Məsələn, o, 20-dək ticarət şirkətinin yaradılmasının təşəbbüskarı olmuşdu.

Rişelyenin dövründə uzaq dəniz ekspedisiyaları da bərpa olunur. 1629-cu ildə fransızların Martinika və Qvadelupa adalarında müstəmləkə fəaliyyəti başlayır. Fransa Cənubi Amerikada və Qvianada müstəmləkələr ələ keçirir. Eyni zamanda kardinal Rişelye Hanza və İngiltərə ilə ticarət müqavilələri imzalayır.

Ümumiyyətlə, kardinal Rişelye xarici siyasətdə də milli maraqların müdafiəsi prinsipni həyata keçirirdi. 1635-ci ildən etibarən Fransa Otuzillik müharibəyə birbaşa qatılır və Habsburqları çökdürməyi qarşısına məqsəd qoyur. 1648-ci il Vestfal sülhü ilə Fransa beynəlxalq aləmdə böyük nüfuz qazana bilir.

Kardinal Rişelyenin daxili və xarici siyasət xətti öz əksini onun «Siyasi nəsihətlər» kitabında da tapmışdır: kardinal hesab edir ki, dövlət elə bir dəyərdir ki, onun uğrunda hər vasitədən istifadə etmək olar. (Y.H.Gözələva, “Orta əsrlər tarixi”, Bakı – 2004. (səh. 216))

Bütün bunlarla yanaşı, kardinal Rişelyenin hakimiyyəti dövrü Fransa böyük problemlər də yaşamışdır. Belə ki, 1624-cü ildən 1642-ci ilədək olan müddətdə ölkədə 3 dəfə böyük kəndli hərəkatları və şəhərlilərin dəfələrlə üsyanları baş vermişdir. Bu hərəkatların əsas səbəbi – vergilərin həddən ziyadə qaldırılması, mükəlləfiyyətlərin artırılması, Otuzillik müharibəyə böyük sayda insan və maddi ehtiyatların cəlb olunması idi.

Dövlət islahatlarının və fəal xarici siyasətin təşəbbüskarı olan kardinal Rişelye 1642-ci ildə vəfat edir, ondan bir il sonra kral XVIII Lüdovik də vəfat etdiyindən, hakimiyyətə kralın azyaşlı oğlu XIV Lüdovik gəlir. Gənc kralın qəyyumu isə anası Avstriyalı Anna təyin edilir və Fransa yenidən böyük iğtişaşlar dövrünə qədəm qoyur.



Ədəbiyyat siyahısı

  1. Baumgartner, J.Frederic, “XVI əsr Fransası”, London – Macmillan nəşr.

  2. Y.H.Gözələva, “Orta əsrlər tarixi”, Bakı – 2004.

  3. https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/18308/fransa-xvi-xvii-%C9%99srin-birinci-yar%C4%B1s%C4%B1nda.html

Yüklə 64,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin