Azərbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti


Ümumi daxili məhsulun komponentləri və hesablanması metodları, real və nominal ümumi daxili məhsul, ÜDM-nin deflyatoru



Yüklə 396,79 Kb.
səhifə13/48
tarix29.12.2016
ölçüsü396,79 Kb.
#3801
1   ...   9   10   11   12   13   14   15   16   ...   48
1.2 Ümumi daxili məhsulun komponentləri və hesablanması metodları, real və nominal ümumi daxili məhsul, ÜDM-nin deflyatoru
ÜDM və onun komponentlərinin müqayisəli qiymətlərlə qiymətləndirilməsi, iqtisadiyyatın inkişafının öyrənilməsi və struktur dəyişmələrinin təhlili üçün zəruridir. Bu qiymətləndirmələrin dəqiqliyi və onların əsasında çıxarıla bilən nəticələr yüksək dərəcədə statistik hesablamaların vasitələrindən və üsullarından asilıdırlar.

ÜDM-i rüblər və illik istehsal, xərclər və gəlirlər mənbələri üzrə, ÜDM-in formalaşdirılması üsulları ilə hesablamaq mümkündür. Xərclər üsulu ilə hesablanmış ümumi daxili məhsul bütün iqtisadi sektorların son istehlak xərclərinin, ümumi yığımın və xalis ixracın cəmindən ibarətdir.

Ümumi daxili məhsul göstəricisinin qurulmasının başqa prinsipi də, ayrı-ayrı dövriliklə (illik, rüblük, aylıq) qiymətlərin balanslaşdırılmış əlaqələndirilməsidir. ÜDM-in əsas göstəricisi onun illik qiymətidir.

ÜDM-in rüblük qiymətləri cari ilin gözlənilən nəticələrinin ilkin müəyyənləşdirilməsi və cari iqtisadi dinamikanın xarakterizə edilməsi üçün işlənir. Bu qiymətlər, ilk daxili göstəricilər olaraq, illik qiymətlərin qurulması zamanı dəqiqləşdirilir.[17]

Xərclər üsulu ilə hesablanmış ümumi daxili məhsulun və onun komponentlərinin daimi qiymətlərlə qiymətləndirilməsi

Xərclər üsulu ilə hesablanmış ümumi daxili məhsulun və onun komponentlərinin daimi qiymətlərlə qiymətləndirilməsi əsasən iki üsulla aparılır:

  • cari qiymətlərlə ifadə olunmuş hesabat dövrünün məlumatlarının müvafiq qiymət indeksləri vasitəsilə deflyatorlaşdırılması;

  • cari qiymətlərdə baza ilinin məlumatlarının müvafiq fiziki həcm indeksləri vasitəsilə ekstrapolyasiyalaşdırılması.

Daimi qiymətlərlə ÜDM-in qiymətləndirilməsi həm istehsal (ÜDM - sahələrin əlavə dəyərlərinin cəmi kimi), həm də xərclər (ÜDM - son istehlak komponentlərinin cəmi kimi) baxımından həyata keçirilə bilər. Qiymətlədirmə, ÜDM-in komponentlərinin daimi qiymətlərlə qiymətləndirilməsi və onların toplanması yolu ilə aparılır. Qiymətləndirmə üsulunun seçilməsi olan qiymətləndirilən göstəricinin xarakterindən və mövcud olan məlumatdan asılıdır.

ÜDM-in komponentlərinin özləri aqreqasiya olunmuş kəmiyyətlər olduğundan, onların qiymətləndirilmə üsulları da, yuxarıda göstərilən əsas üsulların kombinasiyasıdır.

ÜDM əsasən 3 metodla hesablanır: məsrəflər üzrə; gəlirlər üzrə; əlavə edilmiş dəyər üzrə. [22]

I.ÜDM-un məsrəflər üzrə hesablanması:

1) əhalinin istehlak xərcləri - (C),

2) ümumi xüsusi investisiyalar - (I),

3) əmtəə və xidmətlərin dövlət alışı - (G),

4) xalis ixracat (idxal və ixracın fərqi) - (Xn).

Deməli,

ÜDM = C + I + G + Xn

II.ÜDM-un gəlirlər üzrə hesablanması:

1) əmək haqqı - (W),

2) faiz – (r),

3) renta – (R),

4) mənfəət – (m).

Bu gəlirlərin cəminə amortizasiya ayırmaları (d), dolayı vergilər (T) və mülkiyyətdən vergi (T1) də əlavə edilir. Onda

ÜDM = W + r + R + m + d + T + T1

III.ÜDM-un əlavə dəyər üzrə hesablanması:

Bu metod istehsal metodu adlanır və ÜDM-un il ərzində istehsal olunmuş son məhsulun hər bir mərhələsində əlavə edilmiş dəyərlərin məcmusudur. Əlavə edilmiş dəyər firmaların istehsal etdiyi məhsulun dəyəri ilə başqa firmaların xammalın, materialın, yəni aralıq məhsulların alınmasına sərf etdiyi məbləğ arasındakı fərqdir. Bu halda ÜDM-un kəmiyyəti bütün istehsalçı firmaların əlavə etdikıəri dəyərlərin cəminə bərabərdir.

MHS-nə aid olan göstəricilərlə makroiqtisadi göstəricilər əksər hallarda eyni məzmun daşıyır. Lakin həmin göstəricilərinin bir qismi təhlil prosesində ümumiləşdirə bilər: ölkədə ÜDM hesablanırsa, o zaman aralıq istehlak müəyyən edilmir. Aralıq istehlak nəzərə alınanda ÜDM-un qiyməti şişirilmiş olur. ÜDM makroiqtisadiyyat etibarilə il ərzində ölkədə istehsal edilən son məhsul və xidmətlərin bazar dəyərindən ibarətdir. Burada son məhsul dedikdə, ÜDM-in cari istehsaldan kənarlaşdırılan və istehlakın ödənilməsi üçün istifadə edilən hissəsi nəzərdə tutulur. Bəzi hallarda bu göstəricilər altında xalis ixrac və fondların amortizasiyası da əks etdirilir. Ümumi mənada isə son məhsul cəmiyyətin ehtiyacları və şəxsi istehlakın ödənilməsi üçün istifadə edilən məhsul və xidmətdir. Aralıq istehlak isə ÜDM-dən çıxılır.

Qiymət indeksi qiymətin ümumi səviyyəsi üzrə əldə olunan makroiqtisadi göstəricidir. Bu indeks ölkədə yeni yaranan dəyərin real artımını müəyyən edir. Qiymət indeksinin köməyilə inflyasiyanın təsirini ÜDM-un artımında aradan qaldırmaq mümkün olur. Cari il üçün qiymət indeksi müəyyən ediləndə, cari ilin qiymət indeksi baza qiymətinə bölünür və “%” ilə ifadə olunur.

İqtisadiyyatın mövcud vəziyyətinin makroiqtisadi baxımdan  müəyyənləşdirilməsi üçün müvafiq göstəricilər qiymətləndirilir. ÜDM bu baxımdan baş verən dəyişiklikləri özündə əks etdirən göstəricilərdən biridir. ÜDM-un tərkib elementlərində baş verən dəyişikliklər isə sonda bu göstəricinin kəmiyyətcə dəyişməsinə səbəb olur. Öyrənmiş olduğumuz qaydaya əsasən ÜDM istehlak, investisiya, dövlət xərcləri, xalis ixrac kimi elementlərdən təşkil olunmuşdur. İstənilən halda bu göstəricilər arasında olan münasibətlər ÜDM-un ümumi həcminə bərabər olmalıdır. Onları aşağıdakı kimi ifadə etmək olar:



Y = C + I + G + Nx

Yuxarıdakı asılılıq bunu göstərir ki, ÜDM-un ayrı-ayrı elementləri üzrə kəmiyyət dəyişikliyi bu eyniliyi dəyişməyəcək.



Bütün üsullarla hesablanmış ÜDM-nin həcmi eyni olmalıdır. Lakin, hər hesablama üsulunda istifadə edilən məlumat mənbələri fərqlidir və bu məlumat mənbələrinin etibarlılıq dərəcəsi də fərqlənir. Buna görə də müxtəlif üsullarla hesablanmış ÜDM göstəricilərinin həcmləri arasında bəzi hallarda "statistik kənarlaşma" adlanan fərq əmələ gəlir.

İqtisadçılar indiki qiymətlərlə hesablanmış ÜDM-a, yəni həmin il ölkə daxilində istehsal olunan bütün son məhsulun dəyərinə nominal ÜDM deyilllər. ÜDM baza dövrünün qiymətləri ilə hesablanarsa, buna real ÜDM deyilir. [13] ÜDM deflyatoru isə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının qiymətindəki dəyişikliyi əks etdirir. ÜDM deflyatoru aşağıdakı kimi hesablanır:



Azərbaycanda ÜDM-un dinamikası şək.1. –də öz əksini tapmışdır.




Yüklə 396,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin