Onkoloji yardım barədə qanunvericilik aktlarına dair
BƏLƏDÇİ QAYDALAR
23 may 2006-cı il tarixdə “Onkoloji yardım haqqında”
Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.
Bu Qanun onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial
yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edir.
Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına,
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə,
vətəndaşlığı olmayan şəxslərə, habelə təşkilati-hüquqi formasından
asılı olmayaraq onkoloji xəstəliklərin profilaktikası və müalicəsi ilə
məşğul olan fiziki və hüquqi şəxslərə şamil edilir.
Qanuna uyğun olaraq onkoloji xəstələr onlara tibbi yardım
göstərilərkən tibbi göstərişlər əsasında ambulator və stasionar
şəraitində tam həcmdə mümkün olan müalicə növlərini almaq,
sağlamlığının vəziyyəti, xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə
üsulları, aparılmış müalicənin nəticələri haqqında ətraflı və
müntəzəm məlumat almaq, onkoloji yardım göstərmək hüququ olan
hər hansı mütəxəssisi və tibb müəssisəsini seçmək, konsilium və
məsləhətləşmələr aparılmasını tələb etmək, müayinə və müalicə üçün
zəruri müddətdə stasionarda qalmaq, siyahısı müvafiq icra
hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti)
tərəfindən müəyyən edilmiş dərman vasitələri ilə təmin olunmaq,
tibbi göstərişlər əsasında həkim resepti ilə zəruri miqdarda narkotik
və qeyri-narkotik ağrıkəsici preparatları almaq, pozulmuş hüquqları
barədə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq
orqanlara və ya məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
Onkoloji müəssisələrin mülkiyyət formasından asılı olmayaraq
ümumi təyinatlı müalicə-profilaktika müəssisələrindən aşkar
olunmuş onkoloji xəstələrin sayı haqqında dəqiq məlumat almaq,
onkologiya sahəsində əldə olunmuş müasir elmi-praktik nailiyyətləri
tətbiq etmək, onkoloji xəstəliklər haqqında hesabatların düzgün
aparılmasını tələb etmək hüquqları vardır. Onkoloji müəssisələr
ümumi təyinatlı müalicə-profilaktika müəssisələrinə profilaktik
tədbirlərin planlaşdırılması və keçirilməsi üçün təşkilati-metodik
yardım göstərmək, bədxassəli şişə şübhəli bilinən şəxslərin hərtərəfli
müayinəsini aparmaq, ehtiyac olduqda konsilium keçirmək, onkoloji
49
xəstələri stasionara yerləşdirmək və uyğun müalicəni aparmaq,
onkoloji xəstələrin dispanser müşahidəsini və ambulator müalicəsini
təşkil etmək, sanitar-maarifləndirmə işini aparmaq, həkimlərin və
orta tibb işçilərinin hazırlanması, onkoloji xəstəliklərin profilaktika,
diaqnostika və müalicəsi üzrə onların ixtisaslarının artırılmasını
təmin etmək vəzifələrini yerinə yetirirlər.
Ümumi təyinatlı müalicə-profilaktika müəssisələrinin onkoloji
yardıma dair vəzifələri yaşından yuxarı qadınların sitoloji
müayinəsini təşkil etmək və aparmaq, bədxassəli şiş əlamətləri aşkar
olunmuş xəstələri əlavə müayinə üçün onkoloji müəssisəyə
göndərmək, onkoloji xəstəliklərin törənməsi ilə bağlı risk qrupuna
daxil olan şəxslərin dispanser müşahidəsini aparmaq və sağlam həyat
tərzinin vacibliyi haqqında sanitar-maarifləndirmə işlərini həyata
keçirməkdən ibarətdir.
2 avqust 2006-cı il tarixdə “Onkoloji yardım haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
“Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş onkoloji xəstəliklərin azaldılmasına
yönəldilmiş müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi
qaydasının, onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi
və keyfiyyət standartlarının, onkoloji xəstələrin dərman vasitələri ilə
təminatı qaydasının, onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan
dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik
ağrıkəsici preparatların siyahısının və miqdarının, mülkiyyət
formasından asılı olmayaraq tibb müəssisələrində onkoloji xəstələrin
qeydiyyatı və uçotu qaydasının və azadlıqdan məhrum olmuş
şəxslərə onkoloji yardımın göstərilməsi qaydasının müəyyən
edilməsi tapşırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 243 nömrəli
21 noyabr 2006-cı il tarixli Qərarı ilə “Mülkiyyət formasından asılı
olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və
uçotu Qaydası”, 244 nömrəli 21 noyabr 2006-cı il tarixli Qərarı ilə
“Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və
keyfiyyət standartları”, 245 nömrəli 21 noyabr 2006-cı il tarixli
Qərarı ilə “Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-
50
profilaktika tədbirlərinin həyata keçirilməsi Qaydası”, 256 nömrəli
4 dekabr 2006-cı il tarixli Qərarı ilə “Azadlıqdan məhrum olmuş
şəxslərə onkoloji yardımın göstərilməsi Qaydası”, 266 nömrəli
20 dekabr 2006-cı il “Onkoloji xəstələrin dərman vasitələri ilə
təminatı Qaydası” və 17 nömrəli 29 yanvar 2007-ci il tarixli Qərarı
ilə “Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman
vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici
preparatların siyahısı və miqdarı” təsdiq edilmişdir.
|