11
ardıcıllığını göstərmək üçün işlədilir. Məsələn, ilin fəsillərinin
dəyişməsində müəyyən
düzgünlük müşahidə olunur: yayın ardınca payız, payızın ardınca qış gəlir və i.a. Bu
düzgünlükdə, ardıcıllıqda qanunauyğunluq təzahür edir. Günəşin və ayın tutulmasının
dövrülüyü haqqına bunu söyləmək olar. “Qanunauyğunluq” termini müəyyən bir
hadisənin təsadüfi olmadığını qeyd etmək lazım gəldiyi hallarda da işlədilir.
Qanunauyğun əlaqələr hadisələrin səbəb ələqadarlığının nəticəsidir. Hadisələrin
arasında səbəbiyyət əlaqələri olmasa idi, heç bir qanunauyğunluq haqqında danışıq da
ola bilməzdi. İlin fəsillərinin dəyişməsi səbəbi, yəni Günəş ətrafında fırlanması mövcud
olmasa idi, həmin dəyişmədə möhkəm bir ardıcıllıq da ola bilməzdi. Lakin səbəbiyyət
bütün qanunauyğun əlaqələri əhatə etmir və qanun qarşılıqlı
səbəb əlaqəsini heç də
həmişə ifadə etmir. Yuxarıda qeyd etdiyimiz kimi, səbəbiyyət müxtəlif formaları elm
tərəfindən aşkara çıxarılan obyektiv qarşılıqlı əlaqənin ancaq bir hissəciyidir.
Qanunauyğunluq əlaqənin mühümlüyü və zəruriliyi qanunun başqa xüsusiyyətlərini
də müəyyən edir. Qanun hadisələrdə ən ümumi cəhətdir. Bu, o deməkdir ki,
qanunun
ifadə etdiyi müəyyən zəruri əlaqə ayrı– ayrı təkcə hadisələrə xas olmaq deyil, müəyyən
mənada bütün hadisələrə və ya proseslərə xasdır. Təbiətin və ya cəmiyyətin qanunu
məhz ona görə qanun adlanır ki, ən ümumiliyi ifadə edir:
əgər müəyyən şərait və
səbəblər varsa, onlar hər yerdə və həmişə qəti və zəruri surətdə müvafiq hadisələr,
nəticələr doğurur. Dünya cazibə qanunu təbiətdə istinasız bütün cisimlərə aid olan bir
xassəni əks etdirir. Boyl– Mariott qanunu bütün qazlara deyil, maye halından çox uzaq
şəraitdə olan seyrək qazlara xasdır. Lakin bu qanun qazların mahiyyət xassəsini ifadə
edir. Onun müəyyən etdiyi əlaqə həmin şərait üçün zəruri bir xarakter daşıyır, həmin
əlaqə bu qazlar üçün ən ümumi cəhətdir. Çünki bir dəfə qazlar belə bir şəraitdə olduqda
onların həcmi ilə təzyiqi arasında möhkəm bir münasibət mövcuddur.
Qanunların əhatə etdiyi hadisələrin dairəsinin genişliyindən asılı olaraq, onlar daha
çox və ya daha az ümumi ola bilər. Elə qanunlar vardır ki, təbiətin bütün hadisələrində
fəaliyyət göstərir (enerjinin saxlanması və çevrilməsi qanunu); elə qanunlar da vardır ki,
materiyanın hərəkətinin ayrı– ayrı formalarına, məsələn, bioloji formasına xasdır.
İctimai həyat qanunları da ümumilik baxımından müxtəlifdir: bunların
bəziləri bütün
formasiyalarda fəaliyyət göstərir, bəziləri isə bu və ya başqa formasiyaya xasdır. İctimai
həyat qanunları da ümumilik baxımından müxtəlifdir: bunların bəziləri bütün
formasiyada fəaliyyət göstərir. Həm təbiətə, həm cəmiyyətə, həm də təfəkkürə xas olan
ən ümumi qanunlar fəlsəfə tərəfindən öyrənilir.
Ən ümumi olmaq etibarilə qanun təkcə hadisələrdən kənarda, onların xaricində
deyil, ancaq təkcə hadisələrlə, proseslərlə və i. a. əlaqədə mövcuddur. Qanun hadisələrin
bütün xassələrini deyil, onlardakı ən
ümumini əks etdirdiyinə görə, təkcə hadisə
12
qanundan zəngindir. Qanun hadisələrdəki möhkəm, sabit, təkrarlanan, eyni cəhətdir.
Hadisələr eyni zamanda həm oxşar, həm də fərqli olur. Həmişə
elə bir cəhət və ya bir
neçə cəhət tapmaq olar ki, gerçəkliyin ən müxtəlif şeyləri həmin cəhətlərə görə bir–
birinə oxşasın. Dialektika hadisələrin mütləq eyniyyətini inkar edir, lakin nisbi eyniyyəti
(hadisələrin ayrı– ayrı cəhətlərə, xassələrə görə uyğunluğu) qəbul edir. Qanun o cəhəti
əks etdirir ki, bunda müxtəlif hadisələr bir– birinin eynidir.
Eyniyyət ancaq müxtəliflikdə mövcuddur, müxtəliflik
isə müəyyən cəhətlərə,
xassələrə görə hadisələrin eyniyyətini, vəhdətini istisna etmir. Elm hadisələrin
qanunauyğun əlaqələrini kəşf etməklə müxtəliflikdə eyniyyət, eyniyyətdə müxtəlifliyi
müəyyən edir. Qanunlar obyektivdir. Müxtəlif tarixi şəraitdən asılı olaraq, qanunun
təzahür forması dəyişir. Eyni qanunlar ən müxtəlif formalarda təzahür edir. Beləliklə,
qanunların fəaliyyəti şəraitdən asılıdır.
Qanunların təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Öz
Dostları ilə paylaş: