İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir. Beləliklə, hər bir insanın təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilməz. Heç kəs baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılmamalı, fikir və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir.

XX əsrin ən demokratik sənədlərindən biri BMT-nin “bütün dünya üçün insan hüquqları” sənədi sayılan “Ümumdünya, İnsan Hüquqları Bəyannamə”sidir. Bəyannamənin 18, 19 və 20-ci maddələri vətəndaş azadlıqlarına həsr edilib. Burada dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə müdaxiləsinə məhdudiyyətlər qoyulur.
İnsanın azadlıq hüququ
Hər hansı bir fərd azadlığın müəyyən dərəcəsinə malikdir. Azadlıq fərdin öz davranışı ilə şüurlu-iradi seçim imkanı və qabiliyyətidir. O, insanın xarici şəraitdən müəyyən müstəqilliyini irəli sürür. Azadlığın mürəkkəb fenomen oldugu onun strukturunun təhlilində daha aydın üzə çıxır. O, məzmunca nə qədər genişdirsə, struktur etibarilə də bir o qədər çoxşaxəli və çoxpilləli xarakter daşıyır.
Azadlıq çoxsəviyyəli və çoxölçülü hadisə olduğundan, onun sosial-fəlsəfı mövqedən araşdırılmasını sistemli təhlil metodologiyası əsasında aparmaq məqsədəuyğundur. Sistemli obyekt üçün zəruri olan aşağıdakı xassələr - keyfiyyət müəyyənliyinə malik olma, digər obyektlərdən fərqlilik və nisbi müstəqillik, daxili məzmun etibarilə geterogenlik (yəni daxilən yekcins deyil, rəngarəng olma), inteqral səciyyəyə malik olmaq azadlığa da məxsusdur.