AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏ RBAYCAN DÖVLƏ T QT SAD UN VERS TET
MAG STRATURA MƏ RKƏ Z
Ə lyazması hüququnda
Mə hə mmə dli Nicat Gülə hmə d oğ lu
(MAG STRANTIN A.S.A)
“Müə ssisə nin maliyyə nə zarə ti sistemində auditin rolunun artırılması
problemlə ri” mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın ş ifri və adı 060403 “Maliyyə ”
xtisaslaş ma Maliyyə Menecmenti
Elmi rə hbə r:
.e.d.rof. M.X.Həsənli
Magistr proqramının rə hbə ri:
.e.n.prof. A.M.Kərimov
Kafedra müdiri .e.d.prof. M.X.Həsənli
BAKI - 2015
2
MAG STR D SSERTAS YASININ Ş PLANI
Magistr dissertasiyasının adı
“
Müə ssisə nin maliyyə nə zarə ti sistemində
auditin rolunun artırılması problemlə ri
”
G R Ş.......................................................................................................................3
I FƏ S L Auditin nə zə ri və metodoloji ə sasları
1.1.
Müəssisənin fəaliyyətində auditin rolu və vəzifələri........................................8
1.2.
Müəssisənin maliyyə nəzarəti sistemində auditorun fəaliyyətinin normativ-
hüquqi bazası..................................................................................................................13
1.3.
Müəssisənin maliyyə nəzarəti sistemində auditorun fəaliyyət standartları ...22
II FƏ S L. Müə ssisə nin maliyyə fə aliyyə tinin qiymə tlə ndirilmə sində auditin
müasir və ziyyə tinin tə hlili
2.1.
Müəssisənin mühasibat uçotunun və uçot siyasətinin auditinin təşkili
problemləri......................................................................................................................31
2.2.
stehsal xərclərinin və məhsulun maya dəyərinin kalkulyasiyasının auditinin
müasir vəziyyəti..............................................................................................................40
2.3.
Maliyyə nəticələrinin və mənfəətin istifadəsinin auditinin təhlili və
qiymətləndirilməsi..........................................................................................................46
III FƏS L. Müəssisənin maliyyə fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi
məqsədilə auditin rolunun artırılması yolları
3.1.
Müəssisənin mühasibat uçotunun və uçot siyasətinin auditinin
təkmilləşdirilməsi istiqamətləri ......................................................................................54
3.2.
stehsal xərclərinin və məhslun maya dəyərinin kalkulyasiyasının
metodlarının təkmilləşdirilməsi istiqamətləri.................................................................59
3.3.
Müəssisənin maliyyə nəticələrinin auditinin təkmilləşdirilməsi....................64
NƏT CƏ VƏ TƏKL FLƏR...................................................................................74
ST FADƏ ED LM Ş ƏDƏB YYAT....................................................................78
XÜLASƏ................................................................................................................81
РЕЗЮМЕ................................................................................................................82
SUMMARY............................................................................................................83
Magistrant
Məhəmmədli Nicat Güləhməd oğlu
(A.S.A.)
Elmi rə hbə r .e.d.prof. M.X.Həsənli_____________
(A.S.A., elmi dərəcə və elmi ad)
3
G R Ş
Mövzunun aktuallığ ı. Cəmiyyətin iqtisadi transformasiyası şəraitində yeni
istehsal münasibətlərinin yaranması, material, əmək və maliyyə resurslarının
səfərbər edilməsi ilə yanaşı onlardan səmərəli istifadə olunması da vacib məsələlər
kimi ön plana keçir. Bu problemin həllində uçot, nəzarət və təsərrüfat fəaliyyətinin
təhlilinin müstəsna əhəmiyyət kəsb etməsi şübhəsizdir. Eyni zamanda
formalaşmaqda olan yeni iqtisadi münasibətləri ifadə edən kateqoriyalar yaranır.
Bu cür kateqoriyalardan biri də auditdir.
Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya
təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində
səffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və əsassız israfçılığa qarşı
mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır.
Müasir audit səmərəli maliyyə nəzarəti olmaqla yanası, həm də sahibkarlıq
subyektlərinin maliyyə sisteminin sabitliyinin möhkəmlənməsində, onların biznes
inkişaf planlarının hazırlanmasında, yerli, regional və dünya bazarlarının
tədqiqində də xüsusi əhəmiyyət kəsb edir. Sahibkarlıq subyektlərinin səmərəli
idarə olunmasının təşkilinə, onun fəalliyyətinin tənzimlənməsinə müsbət baxımdan
təsir edən audit sistemi həmçinin bu subyektlərin maliyyə fəaliyyətinin mövcud
vəziyyətini və inkişaf perspektivlərini qiymətləndirərək, bu istiqamətdə öz rəyini
bildirir.
Təsərrüfat subyektlərində gündəlik nəzarətin lazımı səviyyədə təşkil olunması
üçün yüksək peşəkarlığa malik olan, müəssisənin təşkilati-iqtisadi quruluşunu
dərindən bilən, yoxlama texnikası ilə ətraflı tanış olan mövcud qanunvericilik
barədə müfəssəl məlumatı olan xüsusi nəzarət xidmətinin - daxili auditin olması
vacibdir. Beynəlxalq təcrübədən məlumdur ki, yüksək səviyyədə inkişaf etmiş
bazar iqtisadiyyatı ölkələrində şəxsi mülkiyyətin əsas mülkiyyət forması olduğu
yerdə daxili audit sistemi geniş tətbiq olunur.
Bazar münasibətləri şəraitində müəssisələrin idarə olunmasında daxili audit
nəzarətin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat onunla əlaqədar
yaranır ki, sahibkarlar müəssisənin və aşağı idarəetmə strukturlarının fəaliyyətinə
4
gündəlik nəzarətlə məşğul ola bilmirlər. Daxili audit bu fəaliyyət barədə
informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili
audit başlıca olaraq risklərin idarə olunması və müəssisənin maliyyə vəziyyəti
barədə çevik informasiya əldə etmək baxımından əlverişlidir.
Maliyyə nəzarətinin xüsusi növü kimi audit - dövlətin maliyyə-iqtisadi
siyasətinin uğurla həyata keçirilməsi və maliyyə sabitliyinin bərqərar edilməsi
üçün zəmin yaratmaqla, qanunçuluğa riayət edilməsinin təmin olunmasına,
mülkiyyətin qorunub saxlanılmasına, maliyyə vəsaitlərindən düzgün, səmərəli və
qənaətlə istifadə olunmasına xidmət edir, büdcə və maliyyə intizamının ən müxtəlif
pozuntularını askara çıxarmağa yardım göstərir, qanunsuz xərclənmiş vəsaitləri
aşkar etməyə və onların bərpasına imkan yaradır.
Müəssisənin sahibkarı, səhmdarları bunda maraqlıdırlar ki, sərf etdikləri
kapitalın artımı müqabilində yüksək mənfəətin əldə edilməsi və nəticə etibarilə
dividendlərin daim artması təmin olunsun. Müasir şəraitdə material-pul vəsaitlərin
təyinatına uyğun sərf olunması, dövlət qarşısında vergi və digər ödənişlərin
təminatı, satıcı təşkilatlara olan borclarının ödənilməsi, mühasibat uçotunun
aparılmasının düzgün təşkili üzərində gündəlik nəzarətin olması böyük əhəmiyyət
kəsb edir.
Ümumiyyətlə, daxili audit müəssisənin maliyyə ehtiyyatlanın istifadəyə
yönəldilməsinin məqsədli təyinatını, rasionallığını, tamlığını və vaxta
müvafiqliyini müəyyənləşdirərək, maliyyə resurslarının formalaşdırılmasında və
xərclənməsində
ehtiyat
mənbələrini
üzə
çıxararaq,
maliyyə-təsərrüfat
əməliyyatlarında və onların hesabatda əks olunmasında qanunçuluqdan və
səmərəlilikdən kənarlaşmaları aşkarlayaraq, dövlət büdcəsi ilə və büdcədənkənar
fondlarla hesablaşmaların düzgünlüyünü müəyyənləşdirərək, idarəetmənin
səmərəliyinin yüksəldilməsinin təsirli vasitəsi kimi çıxış edir.
Artıq daxili auditin zəruriliyi nəzərə alınaraq, ölkəmizin müxtəlif fəaliyyət
növlü müəssisə və təskilatlarında daxili audit bölmələrinin yaradılmasına
başlanmışdır. Lakin bu yeni, perspektivli işin qurulmasında bir sıra nöqsan və
çatışmazlıqlara yol verilir, daxili auditorların lazımi biliklərə və pesə vərdişlərinə
5
yiyələnməsinə, daxili auditin aparılmasına dair standartların və etik normaların
işlənib hazırlanmasına yardım edən metodik normativ aktlar, tədris-praktik
səciyyəli kitablar və metodik vəsaitlər çatışmır.
Daxili auditor pesəsinin mahiyyəti haqqında dəqiq anlayışın olmaması, daxili
auditin səhvən istehsalat-maliyyə fəaliyyətinin təftişi kimi təsəvvür edilməsi
ölkədə daxili auditi beynəlxalq standartlar səviyyəsində qurmağa imkan vermir.
Bütün bunlarla əlaqədar müasir dövrdə təsərrüfat subyektlərində daxili auditin
nəzəri əsaslarının tədqiqi, onun təşkili və aparılması üzrə metodiki təkliflərin və
tövsiyyələrin hazırlanması çox aktualdır.
Tədqiqatın məqsədi və vəzifələri: Dissertasiyanın əsas məqsədini daxili
audit və onun inkisaf perspektivləri, müəssisələrdə daxili auditin tətbiqi və onun
təkmilləşdirilməsi və müəssisələrdə audit tədqiqatlarının təkmilləsdirilməsi
istiqamətləri təşkil edir.
Bu məqsədə uyğun olaraq tədqiqat işində aşağıdakı vəzifələrin həlli qarşıya
qoyulmuşdur:
- maliyyə nəzarəti sistemində və müəssisələrin idarəetmə sistemində daxili
audit xidmətinin yeri və rolunu açıqlamaq;
- daxili auditin mahiyyətini tədqiq etmək və onun əsas məqsədlərini,
vəzifələrini və funksiyalarını əsaslandırmaq;
- müəssisələrdə daxili auditin təşkilinin mahiyyəti, təyinatı və formalarını
tədqiq etmək;
- iqtisadi subyektin maraqlarına uyğun daxili audit xidmətinin nəzarət
obyektini müəyyənləşdirmək və vəzifələri formalaşdırmaq;
- daxili auditin təməl prinsipləri və normativ hüquqi bazasını
müəyyənləşdirmək;
-
müəssisənin
resurslarının
qiymətləndirilməsində
daxili
audit
proseduralarından istifadə və
- auditdə maliyyə təhlilinin rolu və mahiyyətini müəyyənləşdirmək;
Tə dqiqatın predmetini təsərrüfat subyektinin daxili nəzarət sistemi və daxili
auditin fəaliyyətinin əsas istiqamətləri təşkil edir.
6
Tə dqiqat obyekti kimi təsərrüfat subyektlərinin daxili nəzarət sisteminin
fəaliyyəti və idarəetmə sistemində daxili audit xidmətinin yeri və rolu əsas
götürülmüşdür.
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin hesabatları, Azərbaycan Respublikası Auditorlar Palatasının, Daxili
Auditorlar institutunun “Audit-Azərbaycan” bölməsinin materialları, bir çox
nazirlik, müəssisə və təşkilatların hesabatları, bülletenləri və s. təşkil edir.
Tə dqiqatın nə zə ri-metodoloji ə sasları. Tədqiqat işinin yerinə yetirilməsinin
nəzəri-metodoloji əsasları kimi iqtisad və audit üzrə elmi-praktik sahədə geniş
yayılmış üsul və yanaşmalar, beynəlxalq təcrübənin nəticələri, xarici və yerli alim,
mütəxəssislərin nəzəri və təcrübi araşdırmaları, həmçinin bu istiqamətdə
qanunvericilik və normativ hüquqi baza istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi müasir daxili nəzarət forması olan daxili auditin
təşkili və aparılması ilə bağlı praktiki məsələlərin qoyuluşu, nəzəri cəhətdən
əsaslandırılması və həll edilməsindən ibarətdir. Tədqiqat prosesində elmi yenilik
sayıla biləcək aşağıdakı nəticələr əldə edilmişdir:
- daxili auditin mahiyyəti, məzmunu dəqiqləşdirilmiş və onun məqsədi
müəyyən olunmuşdur;
- təsərrüfat subyektlərdə daxili audit xidmətinin yaradılması prosesi sərh
edilmişdir;
- daxili auditin aparılması metodikası təklif edilmiş və tətbiqi mexanizmi
müəyyənləşdirilmişdir;
- daxili auditin təsərrüfat subyektlərinin daxili nəzarət sistemindəki yeri
müəyyən edilərək, onun keyfiyyətinin qiymətləndirilməsi sistemi araşıdırılmışdır;
- daxili audit üzrə planların hazırlanması və bu prosesdə riskin
qiymətləndirilməsinin əsasları müəyyən edilmişdir;
- daxili auditorların funksiya və vəzifələri müəyyənləşdirilmişdir;
Tədqiqat işinin praktik əhəmiyyəti. əsas müddəalar və tövsiyələr daxili
audit xidmətinin düzgün və səmərəli təşkil edilməsinə, daxili audit kadrlarının elmi
7
və praktik biliklərini zənginləşdirməyə, daxili audit standartlarına tam riayət
etməyə istiqamətlənmişdir.
ş
in həcmi və strukturu. Ümumi həcmi 73 səhifə olan dissertasiya işi giriş,
üç fəsil, nəticə, ədəbiyyat siyahısından ibarətdir. istifadə edilmiş ədəbiyyat
göstərilmişdir.
1.1
Müəssisənin fəaliyyətində auditin rolu və vəzifələri
Müəssisə və təşkilatın uğurla fəaliyyət gösətrməsi, rentabellik səviyyəsinin
yüksəldilməsi, aktivlərin qorunub saxlanılması və artırılması üçün qurulmuş
idarəetmə mexanizmi lazımdır ki, onun da acib ünsürü qismində daxili audit çıxış
edir.
Geniş mənada daxili audit-qəbul edilmiş idarəetmə qərarlarının əsaslılığını və
səmərəliliyini qiymətləndirmək, kənarlaşmaları və əlverişli olmayan vəziyyətləri
aşkara çıxarmaq, müəssisə və təşkilatın fəaliyyətində risklərin aradan qaldırılması,
azaldılması və idarə olunması üzrə qərarların qəbul edilməsi üçün rəhbərliyi
vaxtında məlumatlandırmaq məqsədilə müəssisə və təşkilatın işinin müntəzəm
müşahidəsi və yoxlanılması sistemidir. Başqa sözlə desək, daxili audit elə bir əks-
əlaqə formasıdır mi, müəssisə və təşkilatın idarəetmə oraqanı idarə edilən obyektin
həqiqi vəziyyəti və idarəetmə qərarlarının həyata keçirilməsi barədə lazımi
8
məlumatları onun vasitəsilə əldə edir. Bu mənada daxili auditi əmlakın
mühafizəsinin, mühasibat yazılışlarının düzgünlüyünün və etibarlılığının,
əməliyyatların razılaşdırılmış qaydada və səmərəli həyata keçirilməsinin, qəbul
edilmiş qərarların rəhbərliyin siyasətinəuyğunluğunun təmin edilməsi məqsədilə
rəhbərlik tərəfindən müəyyən edilmi təhlükəsizlik tədbirlərinin kompleksi kimi
qiymətləndirmək olar.
Eyni zamanda, daxili audit tədricən yalnız nəzarət funksiyalarını yerinə
yetirməkdən əl çəkib getdikcə daha çox dərəcədə müəssisə və təşkilatın işinin
səmərəliliyini qiymətləndirmək üzrə qərarların qəbul edilməsi üçün informasiyanın
əldə edilməsinə istiqamətlənir. Başqa sözlə, daxili audit müasir anlamda nəzarət
xarakterli
vəzifələrdən
əlavə, iqtisadi təhlil, maliyyə strategiyasının
müəyyənləşdirilməsi, idarəetmə üzrə məsləhətlərin verilməsi məsələlərini də əhatə
edir. Yəni daxili audit maliyyə-mühasibat hesabatlarının təhlili və müəssisənin
idarə olunması üçün qərarlar qəbul etmək məqsədilə rəhbərliyə informasiyanın
təqdim olunması, təsərrüfat əməliyyatlarına dair uçotun düzgün aparılmasının və
hesabatların düzgün tərtib olunmasının yoxlanılması, kənar auditorlarla səmərəli
qarşılıqlı fəaliyyət, vergi və maliyyə məsələləri üzrə tövsiyyələrin verilməsi və
digər məsələləri əhatə edir. Heç də təsadüfi deyildir ki, “daxili audit haqqında”
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində daxili auditin vəzifələrinə
aşağıdakılar aid edilmişdir:
-
Təsərrüfat subyektində müntəzəm və səmərəli fəaliyyətin təmin edilməsi,
məqsədlərə nail olmaq üçün risklərin idarə edilməsi, istənilən dəyişikliyə qısa
müddət ərzində münasibət bildirilməsi məqsədilə yaradılan daxili nəzarət
sisteminin səmərəliliyini və adekvatlığını müəyyən etmək
-
Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlığını
yoxlamaq
-
Təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək
-
Təsərrüfat subyektinin, ona tabe olan müəssisə və təşkilaların struktur
bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət
planına uyğunluğunu yoxlamaq
9
-
Ehtiyatlardan istifadənin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət
planına uyğunluğunu yoxlamaq
-
Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə
nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək
Göründüyü kimi, daxili audit müəssisə və təşkilatda şəffaf informasiya mühiti
yaratmaqla, onun fəaliyyətinin daha dərindən və əsaslı təhlilinə, beləliklə də daha
səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır.
Daxili auditə belə bir tərif vermək olar: daxili audit- bu, iqtisadi subyektdə,
daxili nəzarət sisteminin ayrı-ayrı tərkib hissələrinin fəaliyyətinin etibarlılığını və
səmərliliyini müəyyən etmək məqsədilə bu subyektin işinin yoxlanılması və
qiymətləndirilməsi üzrə onun idarəetmə orqanlarının mənafeyi naminə təşkil edilən
və daxili sənədlərlə tənzimlənən fəaliyyətidir. Daxili nəzarət sisteminin tərkib
hissələri dedikdə.adətən, təsərrüfat fəaliyyətinin nizamlı və səmərəli aparılması
üçün iqtisadi subyektin rəhbərliyi tərəfindən tətbiq edilən təşkilati tədbirlər,
metodika və proseduralar başa düşülür.
Daxili auditə artmaqda olan maraq bir sıra amillərlə şərtlənir. əvvəla, bu elə
əvəzsiz resurslardandır ki, ondan düzgün istifadə olunması təsərrüfat subyektinin
fəaliyyətinn səmərəliliyini yüksəldə bilər. Ikincisi, təsərrüfat subyektində
vəsilələrindən biri daxili auditin olduğu mükəmməl korporativ idarəetmənin
mövcudluğu müəssisə və təşkilatın investisiya cəlbediciliyini artırır. Üçüncüsü,
daxili audit təsərrüfat subyektinin mülkiyyətçilərinə imkan verir ki, müəssisə və
təşkilatda işlərin vəziyyəti barədə obyektiv informasiya əldə etmək imkanına malik
olsunlar. Digər tərəfdən, müəssisə və təşkilatda daxili auditin yaradılması zərurəti
həm də ondan irəli gəlir ki, ərazicə və ya təşkilati baxımından bir-birindən ayrı
fəaliyyət göstərən icraçılara nəzarət etmək üçün, istisnasız olaraq, nəzarət
funksiyalarının həvalə edildiyi xüsusi vəsilə tələb olunur.
Daxili auditin mahiyyətini başa düşmək üçün onun məqsəd və vəzifələrinin
müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir.
Daxili auditin məqsədi öz funskiyalarını daha səmərəli yerinə yetirməkdə
müəssisə və təşkilatın üzvlərinə kömək etmək, onun işində zəif olan həlqələri üzə
10
çıxarmaqdır. Daxili auditorlar təmsil etdikləri müəssisə və təşkilatda apardıqları
yoxlamaların nəticəsi olan təhlil məlumatları, qiymətləndirmələr, tövsiyələr və
digər zəruri məlumatlarla bu məqsədə xidmət edirlər.
Iqtisadi subyektin rəhbərliyi və mülkiyyətçiləri üçün daxili audit informasiya
və tövsiyə-məsləhət əhəmiyyəti kəsb edir, çünki o, iqtisadi subyektin fəaliyyətinin
optimallaşdırılmasına, onun menecmenti və rəhbərliyinin öz vəzifələrini yerinə
yetirməsinə kömək etməlidir. Daxili audit bu fəaliyyət barədə məlumat verir və
menecerlərin hesabatının düzgünlüyünü və etibarlılığını təsdiq edir. Daxili auditin
məlumatlarından istifadə edərək, rəhbərli operativ surətdə və vaxtlı vaxtında
müəssisə və təşkilatın daxilində zəruri dəyişikliklər həyata keçirə bilər.
Aşağıdakı sadalananlar daxili audit sisteminin məqsədlərinin tam siyahısı
hesab oluna bilər: (V.T.Novruzov Daxili audit 12-ci səh)
1.
Müəssisə və təşkilatın fəaliyyətinin qəbul edilmiş fəaliyyət xəttinə və
strategiyasına uyğunluğu
2.
Maliyyə-iqtisadi, bazar və hüquq nöqteyi nəzərindən müəssisə və
təşkilatın dayanıqlılığı
3.
Cari maliyyə-təsərrüfat fəaliyyətinin nizamlılığı və səmərəliliyi
4.
Müəssisə və təşkilatın əmlakının (dövriyyədənkənar aktivlərin və
dövriyyə vəsaitlərinin), o cümlədən idarəetmədə istifadə edilməsi üçün
sistemləşdirilmiş və ümumiləşdirilmiş məlumatların qorunub saxlanması
5.
Uğurlu rəhbərlik və səmərəli idarəetmə qərarlarının qəbul edilməsi
üçün ilkin sənədlərin tamlığının və dəqiqliyinin, ilkin informasiyanın keyfiyyətinin
lazımi səviyyəsinin təmin edilməsi
6.
Mühasibat uçotu sisteminin mövcudluq, tamlıq, riyazi dəqiqlik,
hesablar üzrə yazılışlar, formal həll, məlumatların hesabatda təqdim edilməsi və
açıqlanması kimi səmərəlilik göstəricilərinə nail olunması
7.
əmək məhsuldarlığının artırılması, istehsal və dövriyyə xərclərinin
aşağı salınması, fəaliyyətin maliyyə-iqtisadi nəticələrinin yaxşılaşdırılması
8.
resursların bütün növlərindən rasionallıqla və qənaətlə istifadə
olunması
11
9.
müdriyyət tərəfindən müəyyən edilmiş tələblərə, qayda və
prosedurlara-struktur bölmələri barədə əsasnamələrə, vəzifə təlimatlarına, davranış
qaydalarına, sənədləşdirmə və sənəd dövriyyəsi planlarına, əməyin təşkili
planlarına, uçot siyasəti barədə əmrə, digər əmr və sərəncamlara müəssisə və
təşkilatın vəzifəli şəxsləri və digər işçiləri tərəfindən riayət edilməsi.
10.
Qanunların və digər hüquqi-normativ aktların tələblərinə riayət
edilməsi
Daxili audit müəssisə və təşkilatda ən rəngarəng uzlaşdırmada daxili nəzarət
sisteminin ayrı-ayrı tərkib hissələrinə tətbiq oluna bilər. Onun həll etməli olduğu
vəzifələrin dairəsi hər bir müəssisə və təşkilatın ölçüsündən və fəaliyyətinin
xüsusiyyətlərindən aslıdır. Ona görə də konkret təsərrüfat subyekti sərbəst olaraq
daxili audit xidəmətlərinin vəzifələrini formalaşdırır bu xidmətin əməkdaşlarının
səlahiyyət və məhsuliyyət sahələrini tənzimləyir.
Daxili audtin başlıca vəzifəsi idarəetmənin bütün səviyyələrində müəssisə və
təşkilatın təsərrüfat fəaliyyətinin bütün növlərinin işinin səmərəliliyini təmin etmək
habelə müəssisə və təşkilatın onun mülkiyyətçilərinin qanuni əmlak maraqlarını
müdafiə etməkdir.
Daxili audit aşağıdakı vəzifələri həll edir:
-
Aktivlərin vəziyyətinə nəzarət və zərərlərə yol verilməsi
-
Sistemdaxili nəzarət prosedurlarının yerinə yetirilməsinin təsdiqlənməsi
-
Daxili nəzarət sisteminin fəaliyyətinin səmərəliliyinin təhlili və
informasiyanın işlənməsi
-
Idarə olunan informasiya sistemindən alınmış informasiyanın keyfiyyətinin
qiymətləndirilməsi
Daxili auditin vəzifələrini həm də təsərrüfat subyektinin fəaliyyətinin
fasiləsizliyi prinsipinə riayət olunmasının qiymətləndirilməsi baxımından
təsnifləşdirmək olar. Bu vəzifənin yerinə yetirilməsi prosesində daxili auditorlar
-
Müəssisə və təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin maliyyə-iqtisadi
təhlilini aparırlar
12
-
Meydana çıxan mənfi əlamətləri təhlil edir və müəssisə və təşkilatın gələcək
fəaliyyətinə onların mümkün təsirini qiymətləndirirlər
-
Həmin əlamətləri doğuran səbəblər haqqında informasiya toplayırlar
-
Mənfi əlamətlərin və onların nəticələrinin aradan qaldırılması üzrə tövsiyələr
hazırlayırlar
-
Informasiyanın müəssisə və tşkilatın rəhbərliyinə və mülkiyyətçilərinə
çatdırırlar
-
Tövsiyələrin yerinə yetirilməsinə nəzarət edirlər
Dostları ilə paylaş: |