Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   16   17   18   19   20   21   22   23   ...   49
İştahanın olmaması. İştahanı tənzimləmək üçün bir qədər 
ədviyyəli şərab, əsasən də balla içmək məsləhət görulürdü. İnanılır-
dı ki, rahiyəlı şərab mədə şirəsinin əmələ gəlməsini tənzimləyir və 
bu da öz növbəsində həzm prosesini yüngulləşdirir. Reyhani şərab 
növündən də iştahanı tənzimləmək üçün istifadə edilirdi. 
Tibbi şərablar heç də mütləq alkoqolik içki deyildilər, onlar 
müasir apteklərdə satılan spirtlərdən hazırlanmış valerian və nanə 
aşqarları kimi bitki aşqarlarına bənzəyirdi. Ümumiyyətlə, bir vaxt-
lar Azərbaycanda çox geniş yayılan tibbi şərablar bu gün əsasən 
yaddan çıxıb. Lakin mən  əminəm ki, onları yenidən canlandırmaq 
və lazımi elmi tədqiqatlar və  sınaqlar apardıqdan sonra qüvvədə 
olan müasir tibbi təcrübədə istifadə etmək olar. 
   
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Gülnar Aydəmirova  
 
 
SAĞLAM QİDALANMA VƏ UZUNÖMÜRLÜK 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 8.3 (2000) © 2000. 
Azerbaijan International AZERI.org 
 
 33


zun ömür sürmək hər bir insanın arzusudur. Buradan sual 
doğa bilər: insan üçun son yaş  həddi neçədir? Yaş  həddi 
varmı? 100 il yaradıcı, fəal ömür surmək mümkündürrmü? 
Əlbəttə. Bəs 150 necə? Yenə də cavab “bəli”dir. 

Azərbaycan uzunömürlülərinin sayına görə dünyada ilk 
yerlərdən birini tutur. 1981-ci il siyahıya almaya görə Azərbay-
canda yaşı 100 və 100-ü ötmüşlərin sayı 14486 nəfər idi. Başqa 
sözlə desək hər 100000 nəfərdən 48,3-ü yaşı 100 və ya 100-ü 
ötmüşlərdir. 
Uzunömürlülük  əsasən nəsildən nəslə keçir, lakin, əlbəttə 
ki, burada düzgun qidalanmanınn da rolu boyükdür. Bəs Azər-
baycanda yaşayan uzunömürlülər nə yeyir? Onların yedikləri müa-
sir elmin sağlamlıq və uzunömürlük haqda biliklərinə uyğundurmu? 
Müasir diyetoloqlar deyərdi: "Onlar həddən artıq heyvan piyi və 
kərə yağından isrifadə edir." 
Doğrudan da Azərbaycanlıların əksəriyyətinin quzu və qo-
yun əti çox xoşuna gəlir. Lakin daha çox uzunömürlü yaşayan kənd 
yerlərində ət həftədə bir-iki dəfədən çox yeyilmir. Kənd yerlərində 
əhali ətdən çox, süd məhsulları ilə qidalanır. 
Azərbaycan kəndlisinin yediyi əsasən yumurta, pendir, yağ, 
qatıq, süd, şor, xama, çörək, müxtəlif növ meyvə, tərəvəz və göyər-
tidən ibarətdir. Göyərtidən dovğa və lobya, noxud və ya buğdadan 
şorba hazırlamaq üçün istifadə edirlər. Qədim zamanlarda uzun-
ömürlülər yeməklərində çörək və ya un məmulatlanndan çox isti-
fadə etməzdilər. 
HEYVAN PİYİNDƏN  İSTİFADƏ. Tarix boyu Azərbay-
canlılar pəhrizlərində müasir alimlərin birinci dərəcəli düşmən 
saydığı heyvan piyindən va kərə yağından çox isrifadə ediblər. Bəs 
onda niyə bu düşmən Azərbaycanın Lerik rayonunun kəndlərində 
yaşayan uzunömürlülərə  təsir etməyib? Axı burada yaşayanlann 
çoxunun yaşı 120-ni ötür. 
Ətin Azərbaycanlılara ziyanı yoxdur. Çünki, onlar orta 
əsrlər Azərbaycan loğmanlarının miras qoyduğu qidalanma 
qaydalarına riayət edirlər. Loğmanlar tamamilə sağlam və ya 
sağlam olmayan qida məhsulunun varlığını  qəbul etmirdilər. 
Onlann fıkrincə bu, qidanın miqdarından və düzgün 
uygunlaşdırılmasından asılıdır. 
Məsələn, “Tibbnamə”yə görə (1712-ci il) heyvan piyi və 
kərə yağından istifadə etmək olar, amma qədərində  və sonra da 
 34


piyin mənfi təsirinin qarşısını almaq uçün ispanaq, kərəviz, şüyud, 
soğan, göy soğan, keşniş, nanə, reyhan, yovşan, cəfəri kimi göy və 
tərəvəz növləri yemək lazımdır. Müasir alimlər təsdiq edir ki, 
tərəvəzin və göyərtilərin tərkibinə daxil olan qida lifləri mədədə 
piyin həzm olmasını asanlaşdınr. 
Müasir elmi təbabətə görə doğrudan da az miqdarda olsa 
belə heyvan piyindən istifadə etmək lazımdır, çünki, o, hormonlann 
əmələ gəlməsi və qara ciyər, ürək və beynin normal işləməsi üçün 
lazımlı faktordur. 
Əgər biz insan dişlərini müayinədən keçirsək, görərik ki, 
onların həm yırtıcılara, həm də otyeyənlərə  məxsus xüsusiyyətləri 
var. Bu sübut edir ki, bizim ulu əcdadlarımız ət yemişlər və insan 
orqanizmi tarix boyu heyvan piyi ilə qidalanmağa uyğunlaşıb. 
Lakin ətlə birgə ilk insanlar böyük miqdarda meyvə və tərəvəz də 
yeyiblər. Orta əsrlər Azərbaycan loğmanları da eyni şeyi təklif 
ediriər: Yalnız ət yeməyin. Yalnız tərəvəz də yeməyin. Onlan birgə 
yeyin və düzgün uyğunlaşdırın. Sanki müasir dövrün vegeterianizm 
kimi birtərəfli nəzəriyyələrinə qarşı çıxan bu orta əsrlər yanaşması 
insanın bioloji xüsusiyyətlərinin müşahidəsinə əsaslanır. 
Heyvan piyindən çox istifadə yalnız Azərbaycan uzunö-
mürlülərinə xas olan xüsusiyyət deyil. 15 il əvvəl "Vokruq Sveta" 
(Dünya  ətrafında) jurnalının  əməkdaşları Abxaziyada yaşlı 
adamlardan müsahibə almış  və onlardan pəhrizləri barədə 
soruşmuşlar. Məlum olmuşdu ki, uzunömürlülərin çoxunun yağlı ət, 
əsasən də qoyun əti xoşuna gəlir. Azərbaycanlılardan fərqli olaraq 
gürcülər hətta 100 yaşlarında belə şərab içir. 
Buna baxmayaraq, Qafqazda yaşayan uzunömürlülərin  ək-
səriyyəti ilk növbədə çox ət yemir və adətləri uzrə piyin mənfi təsi-
rini neytrallaşdırmaq üçün böyük miqdarda qatıq, eləcə  də meyvə 
və  tərəvəzlə qidalanırlar. Piyin mənfi təsirlərinin qarşısını almaq 
üçün sarımsaq qatıqla bərabər çox miqdarda soğan, limon şirəsi, nar 
şirəsi, sumaqdan istifadə etmək olar. Bütün bu sadalanan qida 
məhsulları həzm prosesini yüngülləşdirir və piylərin parçalanması-
na kömək edir. 
ŞƏKƏR YA BAL? Baxmayaraq ki, Azərbaycan mətbəxi 
şirniyyatla zəngindir, Azərbaycanlılar bu şirniyyatdan qədərində 
istifadə ediblər. Paxlava, şəkərbura və halva kimi milli şirniyyat 
növlərini hazırlayarkən onlar şəkərdənsə bala üstünlük veriblər. 
Məsələn, Azərbaycanlı alim Yusif Xoyi özünün "Bağdad toplusu" 
 35


(1311)  əsərində mürəbbə  və  şirniyyatı balla hazırlamağı tövsiyə 
edir. Müasir elm müəyyən etmişdir ki, balım tərkibinə vitamin və 
fermentlər daxildir və o, şəkərdən olduqca xeyirlidir. Professor 
M.Sultanovun fikrincə baldan müntəzəm istifadə  və  şəkərdən isə 
imtına edilməsi sağlamlığa və uzun ömrə səbəb olar. 
London Umversitetinin professoru Con Yudkin göslərir: 
"Ürək-damar xəstəliklərinə piy deyil, şəkər səbəb olur. Bizim qəhvə 
və ya çayla yediyimiz, tort, konfet və ya şokoladın tərkibində olan 
şəkər buna gətirib çıxarır." 
Şəkər həddən artıq istifadə olunduqda orqanizmdə piy və 
xolesterola çevrilir. Əvvəllər Azərbaycan kəndlərinin kasıb sakin-
ləri  şəkəri ləziz  şirniyyat sayır və ondan yalnız nadir hallarda 
istifadə edirdilər. 
Kəndlilərin gündəlik yeməklərinə  şirniyyat deyil, süd mə-
mulatlan və bitkilər daxil idi. Varlı adamlar isə bala üstünlük 
verirdilər. “Tibbnamə”də olan reseptlərə görə Azərbaycan 
halvasının bütün növləri baldan düzəldilməii idi. Beləliklə, müasir 
cəmiyyətdə mübarizə apardığımız "ağ ölümün” (şəkərin) mənfi 
təsirindən qaçılmış olurdu. 
Müasir insan deyə bilər: "Balı ucuz şəkərlə  əvəz etmək 
mümkün oldugu şəraitdə, niyə bahalı baldan istifadə etməliyəm?" 
Təəssüf ki, indi Azərbaycanda milli şirniyyatın çoxu şəkərdən 
düzəldilir. Lakin boyük zaman intervalında belə qənaət etmə insan 
sağlamlığına zərərdir. 
Məhəmməd Hüseyn xan (18-ci əsr) da göstərir ki, su 
qatılmış baldan müntəzəm istifadə insan ömrunü uzadır. Bununla 
belə, baxmayaraq ki, bal şəkərdən xeyirlidir, onu da həddən artıq 
işlətmək olmaz. 
QATIQ VƏ UZUNÖMÜRLÜLÜK. Qədimdən bəri hesab 
edilir ki, müntəzəm olaraq qatıq yemək uzunömürlülüyə səbəb olur. 
Belə ki, o, həzmə kömək edir və orqanizmi cavanlaşdırır. "Tibb-
namə" bişmiş xörəklərə qatıq qatmağı  məsləhət görür. Ətin yaxşı 
həzm olunması üçün onu içinə nanə çilənmiş qatıqla yemək məs-
ləhət görülür. Əgər qatığı tək yeyirsinizsə içinə sarımsaq doğrayın. 
Azərbaycanda məşhur içki sayılan ayranı duzlu qatığa su qatmaq 
vasitəsilə düzəldirlər. Bu içki qan təzyiqini aşağı salır və ishalı 
sağaldır. 
"Yoğurt" (qatıq) sözünün özü türk mənşəlidir (Azərbaycan 
və Türk) və “yoğun”, “yoğurmaq” feillərindən əmələ gəlib. Qatığın 
 36


təsirinin tibbi izahı odur ki, onun tərkibində laktobakteriya kimi 
xeyirli mikroorqanizmlər var. 
Bağırsaqda tullanu maddələrinin yığılması və bağırsaqların 
iltihabı orqanizmin bütün orqanlarına zərər olduğu üçün qidanın 
normal həzm olunması sağlam və uzun ömrə  səbəb olur. Müasir 
dövrdə  də Yapon alimləri kəşf ediblər ki, müntəzəm olaraq qatıq 
yemək orqanizmi radioaktiv şüaların zərərli təsirindən qoruyur və 
xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. 
SARIMSAQ — CAVANLIQ MƏNBƏYİDİR.  Bir çox qə-
dim Azərbaycan, Ərəb, Fars, Tibet və Çin təbibbrinin kitablarında 
sarımsağın sağaldıcı xüsusiyyəti göstərilir. 
"Tibbnamə"yə görə müntəzəm olaraq sarımsaqdan istifadə 
saçın ağarmasının qarşısını alır, yaddaşı, görməni möhkəmlədir və 
ürəyə xeyirdir. Tibetdə sarımsaq və spirtdən hazırlanmış içki 
"cavanlıq eliksiri" kimi tanınırdı. Azərbaycanda həkimlər spirtin 
içinə sarımsaq və zəfərandan hazırlanmış qatışıq tökürdülər. 
Müasir alimlər də  təsdiq edir ki, sarımsaqdan müntəzəm 
istifadə orqanizmdə xolesterolun səviyyəsini aşağı salır və qan 
dövriyyəsini yaxşılaşdırır. Nəticə eıibarilə bütün orqanla qanla yax-
şı təchiz olunur. Məsələn, baş lazım qədər qanla təchiz olduqda saç-
ların ağarmasının qarşısı alınır, üz təravətlənir, yaddaş möhkəm-
lənir. Qanın ürək damarlarında yaxşı dövrə vurması miokard 
infarktın qarşısını alır. 
Azərbaycanlılar bu iki yeməyi - qatıq və sarımsağı 
qarışdırıblar və bu, uzunömürlülərin səciyyəvi yeməyidir. Onlar 
sarımsa-ğı qatığın içinə doğrayaraq "sarımsaqlı qatıq" düzəldirlər. 
"Tibbnamə" də sarımsağı qatığa qatmağı  məsləhət görür. Bu 
birləşmə yarpaq dolması, xaş, xingal və s. kimi ət və ya xəmir xö-
rəklərinin yanında süfrəyə verilir. 
ÇÖRƏK YEMƏYİ AZALDIN.  Həddən artıq çörəkdən 
istifadə etmək müasir Azərbaycan mətbəxinə xasdır və buna səbəb 
də rus mətbəxinin təsiridir. Qədimdə Azərbaycanlılar çörək və un 
məmulatlarından çox istifadə etmirdilər. Onlar heç vaxt, necə de-
yərlər, çörəyə ibadət etmirdilər. Plov heç vaxt cörəklə yeyilməzdi, 
çünki düyü buğda  əvəzi sayılırdı. Lakin indi çox adam plovu və 
həmçinin xingal, gürzə,  əristə, düşbərə, umac və bu kimi digər 
xəmir xörəklərini çörəklə yeyirlər. 
Orta əsrlər Azərbaycan təbibləri çox çörək yeməyi məsləhət 
görmürdülər,  əsasən də isti yay günlərində. Müasir tədqiqatlar da 
 37


sübut edir ki, çörək, un məmulatları və karbohidratlardan çox istifa-
də edilməsi orqanizmdə xolesterolun əmələ gəlməsinə, ürək-damar 
xəstəliklərinə  və piylənməyə  gətirib çıxarır. Onlar bildirirlər ki, 
həddən artıq çörək yemək müntəzəm heyvan piyindən istifadə 
etməkdən daha pisdir. 
Qeyd etmək lazımdır ki, azərbaycan milli çörəyi (təndir 
çörəyi) rus çörəyinə bənzəmir: o, yumru kömbə deyil, nazik, yastı 
çörəkdir. Lavaş - kağız kimi nazik milli çörəkdir. Bu iki çörək növü 
qədərində yeyildikdə həzmə ağurlıq törətmir. 
BİTKİ MƏHSULLARINDAN İSTİFADƏ. Hələ ta qədim-
dən bəri azərbaycanlılar bilir ki, zəfəran və biyan həyatı uzadır, 
dərini və üzü təravətləndirir, qara ciyər, ürək və böyrəyi sağlam 
edir. Həm də bir adət üzrə uzunömürlülər alma da daxil olmaqla 
çoxlu meyvə  və  tərəvəz yeyir. Azərbaycan loğmanı Yusif İbn 
İsmayıl Xoyi (1311) yazır: "Əgər müntəzəm olaraq alma yesəniz, 
bu, iştahanı açar, ürək, mədə, qara ciyər, bağırsağı möhkəmlədər və 
orqanizmi cavanlaşdırar. Bu, həmçinin yaşlı  şəxslərdə  ağır nəfəs-
almamın və tez ürək döyünməsinin qarşısını alır. Alma beyni möh-
kəmlədir və onun səmərəliliyini artırır." 
Meyvələr, tərəvəzlər, müxtəlif müalicəvi yabanı bitkilər və 
onlardan hazırlanan  ərzaq məmulatları - mürəbbələr,  şirələr,  şər-
bətlər,  şərablar, qurudulmuş meyvələr və  ədviyyatlar Azərbaycan 
mətbəxində böyük rol oynayır.  Əsasən də isti yeməklərə müxtəlif 
meyvə, tərəvəz, göy və ədviyyat qatılır. Müasir tədqiqatlar göstərir 
ki, meyvə  və  tərəvəzlərin tərkibinə xolesterolu neytrallaşdıran çox 
sayda mikroelementlər, vitaminlər və liflər daxildir. Əlbəttə ki, orta 
əsrlərdə alimlərin bu maddələr haqda heç bir biliyi yox idi, lakin 
onlar müşahidələr apararaq indiki elm tərəfindən sübut olunan 
nəticələrə gəlmişlər. 
QƏHVƏ YOX, ÇAY. Müntəzəm olaraq çay içmək Azər-
baycanda uzun ömür surən şəxslərə xas xüsusiyyətdir. Məhəmməd 
Hüseyn xanm (18-ci əsr) fikrincə çay qəhvədən xeyirli içkidir. O, 
yazır: "Çay sidik qovucudur. O, spazma və soyuqdan əmələ gələn 
başağrılarını yüngülləsdirir. Həmçinin çay ürək, mədə  və beyni 
saflasdırır və üzü təravətləndirir. Qədərində içildikdə çay ürəyin tez 
döyünməsinin qarşısını alar, nəfəsalmanı nizama salar. 
Ümumiyyətlə çay ürəyə xeyirdir. Bu içki məyusluq, kədər 
və ruh düşgunlüyünü azaldır." 
 38


Müasir müşahidələr də sübut edir ki, çay ömrü uzadır. 
Onun tərkibinə  əsəb sistemini stimullaşdıran kofein və qan 
damarlarını genişləndirən, spazmaları aradan qaldıran, ürəyin 
fəaliyyətini yaxşılaşdıran teofilin daxildir. Həmçinin çayın tərkibinə 
qan damarlarını möhkəmlədən və qanaxmanın qarşısını alan tanin 
daxildir. Qəhvədən fərqli olaraq çay nəinkı miokard infarktının 
əmələ  gəlmə  təhlükəsini artırmır, o, hətta bu təhlükəni azaldır. 
Çünki teofilin ürəyin qan damarlarını genişləndirir. Lakin çayı 
acqarına və çox qaynar içmək olmaz. Süd kofeinin mənfi təsirlərini 
neytrallaşdınr. Süd qatılmış çay daha xeyirlidir. Lakin bu, 
Azərbaycanda məşhur deyil. 
Tarix boyu Azərbaycanda çay Lənkəranda yetişdirilib. 
Maraqlıdır ki, bu ərazi öz uzunömürlülüyünə görə tanınıb. 
UCUZ, SAĞLAM QİDA. Məşhur Azərbaycan neft maqnatı 
Hacı Zeynalabdin Tağıyev uzun ömür sürüb (1823-1924). Lakin 
Azərbaycanda yaşlı adamların çoxu onun kimi dövləli deyil. On-
ların pəhrizinə nəzər saldıqda görürük ki, onlar nisbətən ucuz ərzaq 
növləri ilə qidalanırlar: yumurta, qatıq, meyvə, tərəvəz və lobya. 
Həm də onların çoxu həddən artıq yemir. Onlar heç də normal 
çəkidən artıq gəlmirlər, çünki fiziki işlə məşğuldurlar. 
Qədimdə ölkəmizdə uzun ömür sürən şəxslər çox gec-gec, 
yalnız xususi hallarda milli mətbəximizin qiymətli yeməklərindən 
dada bilirdilər. 
Şirniyyat, kabab, qarası ilə plov və qurudulmuş meyvə 
yalnız Novruz bayramı, Qurban bayramı  və toy mərasimlərində 
yeyi-lərdi. 19-cu əsr ərzində hətta dövlətli şəxslər belə hər gün ət və 
şirniyyat yemirdi, çünki bu, zərərli hesab edilirdi. 
Azərbaycanda uzun ömür sürən adamların çoxu xolesterol, 
karbohidratlar və ya vegeterianizm haqda heç nə bilmir. Onlar sa-
dəcə olaraq 100 ildən artıq yaşamış ata və babalarının qidalandığı 
kimi qidalanırlar. Bu sübut edir ki, əsrlər və minilliklər boyu 
sınaqdan keçmiş Azərbaycan milli pəhrizi sağlam qidalanma haqda 
müasir nəzəriyyələrə uygun gəlir və  hətta, bəlkə  də, onlardan 
üstündür. 
   

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin