2.6.3. Ümumi müdafiə arqumentlərinin tətbiqi
İşəgötürmə məsələləri kontekstində AƏM işəgötürənlərin iqtisadi maraqları
ilə əlaqədar idarəetmə mülahizələrinə əsaslanan fərqli rəftarı qəbul etməyə
meylli olmasa da, maliyyə nəticələri ilə əlaqəsi olan daha geniş sosial və
işəgötürmə siyasətinin məqsədlərinə əsaslanan fərqli rəftarı qəbul etməyə
hazırdır. Sonuncu mülahizələrə aid işlərdə AƏM dövlətlərə daha geniş
"mülahizə sərbəstliyi" verir. AİHK kontekstində isə şəxsin ləyaqətinin
başlıca məsələ olduğu işlərdə (məsələn, irqi və ya etnik mənşəyə, mənzil
toxunulmazlığına, şəxsi və ya ailə həyatına əsaslanan ayrı-seçkiliklə bağlı
işlərdə) fərqli rəftarın AİHM tərəfindən qəbul edilməsi ehtimalı azdır,
xüsusən maliyyə nəticələri ilə əlaqəsi olan daha geniş sosial siyasət
mülahizələrinə əsaslanan fərqli rəftarı isə o, böyük ehtimalla qəbul edir.
AİHM "mülahizə sərbəstliyi" terminindən istifadə edir, bu termin fərqli
rəftarın əsaslı olub-olmadığını müəyyənləşdirərkən dövlətin malik olduğu
sərbəstliyin hüdudlarını nəzərdə tutur. Bu hüdudların "dar" olması
məqsədəuyğun sayıldıqda AİHM daha yüksək dərəcədə nəzarət tətbiq edir.
Dostları ilə paylaş: |