Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Hamiləlik allergik xəstəliyin gedişinə necə təsir edə bilər?



Yüklə 1,64 Mb.
səhifə12/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

756) Hamiləlik allergik xəstəliyin gedişinə necə təsir edə bilər?
A) Sadalananların hamısı

B) Hamiləlik dövrü xəstəliyin daha yüngül gedişi müşahidə olunur

C) Hamiləlik dövrü xəstəliyin daha ağır gedişi müşahidə olunur

D) Hamiləlik dövründə xəstəliyin remissiyası müşahidə olunur

E) Hamiləlik allergik xəstəliyin gedişinə təsir etmir
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 572
757) Doğuş zamanı hansı anesteziya bronxial astmanın kəskinləşmə riskini azaldır?
A) Qeyri - steroid iltihab əleyhinə preparatların istifadəsi

B) Epidural anesteziya

C) İntravenoz anesteziya

D) Anesteziya tövsiyə edilmir

E) İntubasion narkoz
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 571
758) Hamiləliyin hansı mərhələsində təxribat xarakterli allergik testləri aparmaq olar?
A) Hamiləliyin 2 - ci trimestrində

B) Hamiləlik dövründə təxribat testləri aparmaq olmaz

C) Hamiləlik dövrünün əhəmiyyəti yoxdur, hər zaman təxribat testləri aparmaq olar

D) Hamiləliyin 1 - ci trimestrində

E) Hamiləliyin 3 - cü trimestrində
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 573
759) Hamilə qadınlarda allergik rinitin müalicəsində istifadə edilən hansı topik qlükokortikoid döl üçün daha təhlükəsizdir?
A) Flutikazon

B) Mometazon

C) Betametazon

D) Deksametazon

E) Budesonid
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 578
760) Eozinofillərin orta yaşam müddəti nə qədərdir?
A) 10 - 14 gün

B) 1 - 2 gün

C) Bir neçə saat

D) 5 - 7 gün

E) 30 - 60 gün
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 153
761) Aktivləşmiş eozinofillər hansı təsirə malik deyillər?
A) Fibrozlaşma proseslərinin artırırlar

B) Nəfəs yollarının saya əzələlərinin spazmını yaradırlar

C) Bronxların hiperreaktivliyini artırırlar

D) Damar keçiriciliyini artırırlar

E) Bronxospazmı aradan qaldırırlar
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 154
762) Normal halda eozinofillər organizmdə hansı funksiyanı yerinə yetirirlər?
A) Histaminliberasiya funksiyasını yerinə yetirir

B) Tosqun hüceyrələrin membranasını stabilləşdirir

C) Mediatorların utilizasiyası vasitəsilə allergik prosessin yayılmasının qarşısını alır

D) Mediatorların utilizasiyası vasitəsilə allergik prosessin yayılmasına şərait yaradır

E) Allergik iltihabın mediatorlarının artmasını təmin edir
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 154
763) Qanın yaxmasında normada eozinofillər leykositlərin neçə faizini təşkil edir?
A) 0

B) 6 - 10%

C) 1 - 5%

D) 5 - 25%

E) 11 - 15%
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 154
764) Uzunmüddətli eozinofiliya nə ilə nəticələnə bilər?
A) Tosqun hüceyrələrin membranasının stabilləşməsi ilə

B) Mediatorların utilizasiyası vasitəsilə allergik prosessin yayılmasının qarşısının alınması ilə

C) Anafilaktik şokla

D) Miokard infarktı ilə

E) Müxtəlif toxumaların zədələnməsi ilə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 154
765) Leffler sindromuna aşağıdakılardan hansı xarakterdir?
A) Qanda eozinofiliya, İgE yüksəlməsi; rentgendə ağciyar infiltratları

B) Komplement sisteminin defisiti

C) Qanda yüksək EÇS, neytrofillərin artması dəri səpgiləri

D) Qanda sirkulya edən immun komplekslərin yüksəlməsi

E) Təmas dermatiti
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 155
766) Aspergillus göbələkləri respirator orqanlarda hansı patologiya yaratmır?
A) Bronxoektazlar

B) Pnevmofibroz

C) Progressivləşən tənəffüs çatışmazlığı

D) Krupoz pnevmoniya

E) Bronxial obstruksiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 169
767) Allergik bronx - ağ ciyər aspergillyozunun kəskin mərhələsinin kliniki əlaməti hansı deyil?
A) Bronxial obstruksiya

B) Təngnəfəslik

C) Qanda İgE - nin və eozinofillərin miqdarının azalması

D) Qanda İgE - nin və eozinofillərin miqdarının artması

E) Bəlğəmli öskürək
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 170
768) Allergik bronx - ağciyər aspergillyozunun kəskin mərhələsinin müalicəsində əsasən hansı dərmanların istifadəsinə üstünlük verilməlidir?
A) Antihistamin prepaparatlar

B) Antifunqal preparatlar

C) Sistem kortikosteroidlər

D) Antibiotiklər

E) İnhalyasion kortikosteroidlər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 172
769) Allergik bronx - ağ ciyər aspergillyozunun müalicəsində antifunqal preparatların xəstəliyin hansı mərhələsində təyin edilməsi tövsiyə olunur?
A) Remissiya mərhələsində

B) Xəstəliyin mərhələsinin əhəmiyyəti yoxdur

C) Fibrozlaşma mərhələsində

D) Xəstəlik ilk dəfə müşahidə olanda

E) Kəskinləşmə mərhələsində
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 173
770) Allergik bronx - ağ ciyər aspergillyozunun müalicəsində sistem kortikosteroidlər orta hesabla neçə müddət ərzində təyin olunmalıdırlar?
A) 3 - 6 ay

B) 2 - 3 həftə

C) 1 həftə

D) 1 ay


E) 2 - 3 ay
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 172
771) Aspergillyozun müalicəsində ən effekli antifungal preparat hansıdır?
A) İntrakonazol

B) Ketokanazol

C) Nistatin

D) Flukonazol

E) Levorin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 173
772) Allergik bronx - ağ ciyər aspergillyozunda yaranmış bronxoektazlar adətən ağ ciyərin hansı hissəsində müşahidə olunurlar?
A) Yuxarı paylarda

B) Orta payda

C) Yalnız sağ ağ ciyərdə

D) Yalnız sol ağ ciyərdə

E) Aşağı paylarda
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 172
773) Rentgenoloji ağciyərlərdə tramvay xəttinə bənzər parallel xətlərin müşahidə olunması hansı xəstəlik üçün xarakterdir?
A) Pnevmoniya

B) Allergik bronx - ağ ciyər aspergillyozu

C) İdiopatik fibrozlaşan alvelit

D) Ekzogen allergik alveolit

E) Löffler sindromu
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 597
774) Rentgenoloji “tutqun şüşə” ( матовое стекло) simptomu hansı allergik xəstəlik üçün xarakterdir?
A) Stivens - Cons simptomu

B) Ekzogen allergik alveolit

C) Kvinke Ödemi

D) Bronx - ağ ciyər aspergillyozu

E) Bronxial astma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 183
775) Ekzogen allergik alveolitin etiologiyasında hansı mənşəli antigenlərin rolu yoxdur?
A) Heyvan mənşəli

B) Dərman mənşəli

C) Bitki mənşəli

D) Virus mənşəli

E) Bakterial mənşəli
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 176
776) Hansı dərman digərlərindən fərqli olaraq daha tez - tez ekzogen allergik alveolit yaradır?
A) Penisillin

B) Urokinaza

C) Adiurekrin

D) İnsulin

E) Panangin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 178
777) Hansı müayinə üsulu ekzogen allergik alveolitin diaqnostikasında son illərdə çox nadir halda istifadə edilir?
A) Spirometriya

B) Kompüter tomoqrafiyası

C) Dəri sınaqları

D) Rentgen

E) Laborator müayinəlıər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 181
778) Hansı klinik simptom ekzogen allergik alveolit üçün xarakter deyil?
A) Qanhayxırma

B) Ümumi zəiflik

C) Taxikardiya

D) Təngnəfəslik

E) Öskürək
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 180
779) Allergenlə təmasdan neçə müddət sonra ekzogen allergik alveolit simptomları yaranır?
A) 5 - 15 dəqiqədən sonra

B) 2 - 3 saatdan sonra

C) 24 saatdan sonra

D) 4 - 8 saatdan sonra

E) 1 saatdan sonra
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 182
780) Hansı xəstəlik üçün bronxospastik sindrom xarakter deyil?
A) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

B) Ekzogen allergik alveolit

C) İdiopatik fibrozlaşan alveolit

D) İnsekt allergiya

E) Bronxial astma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 190
781) Ekzogen allergik alveolitin müalicəsində istifadə olunan hansı dərman vasitəsi fibrozlaşmanın qarşısını alır?
A) Pulmikort

B) Siklosporin - A

C) Azatioprin

D) Prednizolon

E) D - penisillamin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 191
782) “Bazar ertəsi” simptomu hansı xəstəlik üçün xarakterdir?
A) İdiopatik fibrozlaşan alveolit

B) Ekzogen allergik alveolit

C) Bronx - ağ ciyər aspergillyozu

D) Eozinofil pnevmoniya

E) Bronxial astma
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г, s. 331
783) Allerqoloji kabinetin minimal işçi ştatı kimlərdən ibarət olmalıdır?
A) 1 həkim - allerqoloq, 2 tibb bacısı

B) 1 həkim - allerqoloq, 1 reanimatoloq, 1 tibb bacısı, 1 xadimə

C) 1 həkim - terapevt, 1 tibb bacısı, 1 xadimə

D) 1 həkim - allerqoloq, 1 tibb bacısı, 1 xadimə

E) 1 həkim - allerqoloq, 1 həkim - terapevt, 1 tibb bacısı, 1 xadimə
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г, s. 66
784) Prometazin hansı qrup antihistamin preparatlarına aiddir?
A) Piperazinlərə

B) Fenotiazinlərə

C) Etilendiaminlərə

D) Xinuklidinlərə

E) Etanolaminlərə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 90
785) Klemastin hansı qrupp antihistamin preparatlarına aiddir?
A) Fenotiazinlərə

B) Piperazinlərə

C) Xinuklidinlərə

D) Etanolaminlərə

E) Etilendiaminlərə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 90
786) Xloropiramin hansı qrup antihistamin preparatlarına aiddir?
A) Etilendiaminlərə

B) Fenotiazinlərə

C) Etanolaminlərə

D) Xinuklidinlərə

E) Piperazinlərə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 90
787) Hansı antihistamin preparatı bronxların selikli qişasını qurutmur və bəlğəm ifrazına mane olmur?
A) Difenhidramin

B) Siproheptadin

C) Xloropiramin

D) Klemastin

E) Dezloratadin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 93
788) Ekspirator təngnəfəslik nədir?
A) Həm nəfəs almanın, həm nəfəs vermənin çətinləşməsi

B) Nəfəsin tezləşməsi

C) Nəfəs almanın çətinləşməsi

D) Nəfəs vermənin çətinləşməsi

E) Nəfəsin ləngiməsi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 228
789) İnspirator təngnəfəslik nədir?
A) Nəfəs vermənin çətinləşməsi

B) Nəfəsin tezləşməsi

C) Nəfəs almanın çətinləşməsi

D) Həm nəfəs almanın, həm nəfəs vermənin çətinləşməsi

E) Nəfəsin ləngiməsi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 228
790) Təngnəfəsliyi azaltmaq üçün alınan məcburi oturaq vəziyyət necə adlanır?

A) Ortopnoe

B) Taxipnoe

C) Trepopnoe

D) Platipnoe

E) Bradipnoe


Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 228
791) Nəfəsin tezləşməsi necə adlanır?
A) Taxipnoe

B) Trepopnoe

C) Ortopnoe

D) Platipnoe

E) Bradipnoe
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 228
792) Hansı xəstəlikdə ekspirator təngnəfəslik müşahidə olunur?
A) Fibrozlaşan alveolit

B) Kvinke ödemi

C) Bronxial astma

D) Pnevmoniya

E) Bronxoektaziya xəstəliyi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 230
793) Ağır gedişli övrə və atopik dermatitin müalicəsində standart terapiya effekt verməsə nə təyin olunur?
A) İnterferon

B) Histamin

C) Diprospan

D) Siklosporin

E) Polioksidoniy
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 470
794) Dezloratadin preparatının sutkalıq dozası hansıdır?
A) 5 mq

B) 10 mq


C) 120 - 180 mq

D) 2 - 4 mq

E) 25 - 50 mq
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 468
795) Feksofenadin preparatının sutkalıq dozası hansıdır?
A) 5 mq

B) 120 - 180 mq

C) 10 mq

D) 25 - 50 mq

E) 2 - 4 mq
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 469
796) Setirizin preparatının sutkalıq dozası hansıdır?
A) 5 mq

B) 2 - 4 mq

C) 120 - 180 mq

D) 10 mq


E) 25 - 50 mq
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 469
797) Siproheptadin preparatının sutkalıq dozası hansıdır?
A) 10 mq

B) 5 mq


C) 6 - 12 mq

D) 120 - 180 mq

E) 25 - 50 mq
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 469
798) Bullyoz çoxformalı ekssudativ eritema hansı sindomun əlamətidir?
A) Stivens - Cons sindromu

B) Löffler sindromu I

C) Di - Corci sindromu

D) Löffler sindromu II

E) Çerc - Stross sindromu
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 531
799) Restriktiv kardiomiopatiya hansı sindromun əlamətidir?
A) Löffler sindromu II

B) Stivens - Cons sindromu

C) Çerc - Stross sindromu

D) Di - Corci sindromu

E) Löffler sindromu I
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 589
800) Allergik otit adətən hansı xəstəliyin ağırlaşmasıdır?
A) Atopik dermatit

B) Bronxial astma

C) Allergik konyuktivit

D) Allergik rinit

E) Allergik övrə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002, s. 229
801) Hansı kortikosteroid allergik rinitin müalicəsində yerli istifadə edilmir?
A) Mometazon

B) Beklometazon

C) Budesonid

D) Prednizolon

E) Flutikazon
Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной «Клинические рекомендации. Аллергология» 2006, s. 49
802) Spirometrik müayinədə gücləndirilmiş nəfəs vermənin 1 saniyədə həcmi (GNH1) neçə % təşkil etdikdə allergen - spesifik immunoterapiya aparmaq mümkündür?
A) 30% yuxarı

B) 70% yuxarı

C) 50% yuxarı

D) 50% aşağı

E) 70% aşağı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 388
803) Allergen - spesifik immunoterapiya aparakən allergen məhlulunun dərialtı yeridilməsindən neçə müddət sonra xəstə həkim nəzarətində qalmalıdır?
A) Xəstə dərhal evə gedə bilər

B) 15 dəqiqə

C) 5 dəqiqə

D) 40 dəqiqə

E) 20 dəqiqə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 386
804) Ambar xəstəliyi hansı allergik xəstəkiyin növüdür?
A) Bronxial astma

B) Löffler sindromu I

C) İdiopatik fibrozlaşan alveolit

D) Stivens - Cons sindromu

E) Ekzogen allergik alveolit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 583
805) Hansı bəlğəmgətirici preparat bronxospazm verə bilər?
A) Ambroksol

B) Bromhexin

C) Mukaltin

D) Asetilsistein

E) Bronxolitin
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г, s. 316
806) Atopik dermatit xəstəliyi zamanı immunoqlobulinin hansı tipinin qanda miqdarının artması xarakterikdir?
A) İG M

B) İG D


C) İG A

D) İG G


E) İG E
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə.Bakı 2010. Səh. 101-110.
807) Böyüklərdə atopik xəstəliklərdə sensibilizasiyanın daha tez-tez rast gəlinən yolu hansıdır?
A) İnhalyasion

B) Enteral

C) Dəri vasitəsi ilə

D) Venadaxili

E) Dərialtı
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110
808) Atopik dermatit xəstəliyində morfoloji elementlərdən asılı olaraq xəstəliyin neçə forması var?
A) 6

B) 2


C) 4

D) 3


E) 5
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110
809) Atopik dermatit xəstəliyinin birinci dövrünə morfoloji elementlərdən hansı xarakterik deyil?
A) Hiperemiya

B) Mikrovezikula

C) Ekssudasiya

D) Papula

E) Lixenifikasiya
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
810) İmmun cavab yaradan yad maddələr necə adlandırılır?
A) Anticismlər

B) Viruslar

C) Allellər

D) Antigenlər

E) Bakteriyalar
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__the_immune_response.html
811) İnsan orqanizmi:
A) Milyonlarla müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir

B) Minlərcə müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir

C) Onlarca müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir

D) Yüzlərcə müxtəlif növ sitotoksik T- hüceyrələr yarada bilir

E) Yalnız bir növ sitotoksik T- hüceyrə yarada bilir
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__the_immune_response.html
812) Əvvəl daxil olan antigenə qarşı ikincili immun cavabın xarakteri:
A) gec və zəif

B) əvvəllər və birinci dəfə daxil olan antigenə qarşı yaranan immun cavabın xarakteri eynidir

C) ləng və güclü

D) tez və güclü

E) zəif və sürətli
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__the_immune_response.html
813) Allergik riniti ən çox hansı xəstəlik müşayiət edir?
A) Sinusit

B) Qlossit

C) Simpatik oftalmiya

D) Parotit

E) Otit
Ədəbiyyat: L.İ. Allahverdiyeva “Uşaqlarda allergik xəstəliklər” . Bakı, 2011, səh. 21
814) Allergik rinitin diaqnostikasında hansı sınaqların aparılması daha məqsədə uyğundur?
A) Veber sınağı

B) İntradermal testlər

C) Prick-test

D) Patch-test

E) Hamısı
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
815) Atopik dermatitin müalicəsi zamanı yerli istifadə olunan qlükokortikosteroid preparatlar hansı təsiri göstərmir?
A) İltihab əleyhinə təsir

B) Qaşınma əleyhinə təsir

C) Antiproliferativ təsir

D) Antiallergik təsir

E) İmmunostimulyator təsir
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
816) İg-E vasitəli hiperhəssaslıqda, birindən başqa hamısı lazımdır:
A) B- hüceyrə

B) Tosqun hüceyrə

C) Antigeni təqdim edən hüceyrə

D) İgE anticismi

E) Neytrofil
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__ige_mediated__type_1__hypersensitivity__quiz_1_.html
817) Yalançı qida allergiyasının formalaşmasına şərait yaradan amillər hansıdır?
A) Bağırsaq florasının artıq miqdarda tiramin sintez etməsi

B) Sadalananların hamısı

C) Prostaqlandinlər və leykotrienlər sintezinin pozulması

D) Histamin və histaminoliberator xüsusiyyətinə malik olan qidalar

E) Monoaminoksidazanın azalmasına gətirən qaraciyər xəstəliklərində histaminin zərərsizləşdirilməsinin pozulması
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 89
818) Anamnezində astma olan 35yaşlı qadın burnun qaşınması, asqırma, rinoreyadan şikayət edir. Xəstə demək olar ki, bu vəziyyətdə hər gün olur, yazda halı pisləşir. Burnun tutulmasına görə yatanda əziyyət çəkir. Dimedrol qəbul edir, kömək etmir. Siqaret çəkmir, ailə üzvləri də siqaret çəkmir, amma evdə iki pişiyi var. Müayinədə yorğun görünür, temperaturu 37,1°C; AT 128/84 mm.c.süt; nəbzi 88/dəq. tənəffüs sayı 18/dəq. Burun balıqulaqlarının selikli qişası şişkindir, yümşaqdır, avazımış, mavi-boz rəngdədir. Nazik sulu sekresiya görünür. Qulaqda patologiya görünmür. Boyun limfa düyünləri böyüməyib; ağciyərləri auskultasiyada təmizdir. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) Mukovissidoz

B) Vazomotor riit

C) Sinusut

D) İnfeksion rinit

E) Allergik rinit
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 6
819) I tip hiperhəssaslıq reaksiyalarının erkən fazası hansı müddətdə meydana çıxır?
A) 2-8 saatdan sonra

B) 48-72 saat sonra

C) 24 saat sonra

D) Saniyələr və ya ən gec 2 saat ərzində

E) İstənilən vaxt
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin