A. N. Abbasbəyli, S. Z. Yusifzadə


I Mövzu  Qədim Şərqdə dövlətlərarası münasibətlər və



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə6/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

I Mövzu 
Qədim Şərqdə dövlətlərarası münasibətlər və 
 diplomatiya işi 
 
  
Diplomatiya tarixi öz başlanğıcını dövlətlərarası münasibətlərin yarandığı dövrdən götürür. Bu mənada 
dövlətlər e.ə. IV minilliyin ortalarından etibarən tarix səhnəsinə  qədəm qoymuşdur. Dövlətlərarası 
münasibətlərin erkən dövrlərində bunlar əsasən hərbi-iqtisadi xarakterli olmuşdur. Diplomatiya bir elm sahəsi 
kimi XVI-XVII əsrlərdən etibarən formalaşmağa başlasa da, daimi peşə kimi XVII əsrin sonu XVIII əsrlərdən 
etibarən təşəkkül tapmışdır. 
 Dövlətlər meydana gəldiyi vaxtdan bir-biriləri ilə müxtəlif xarakterli münasibətlərdə olmuşlar ki, bunlar 
müəyyən ənənələrə əsaslanmışdır. Həmin adət və  ənənələrin üzərində müasir beynəlxalq hüquq elmi təşəkkül 
tapmışdır. 
 E.ə. XV yüzilliyə aid edildiyi hesab olunan və Misirdə aşkarlanan El-amarn yazıları təqribən 500 ədəd 
kitabdan ibarət olub, həm təsərrüfat xarakterli, həm də nomlararası xarakterli münasibətləri öyrənmək üçün 
əhəmiyyətlidir. Diplomatiya tarixi bir elm sahəsi kimi götürülsə  də, bu əslində tarix elminin bir hissəsi kimi 
mövcud olmuşdur. Məlum olduğu kimi, elmlər öz təsnifatına görə Aristotelə borcludular. «Tarixin atası» 
Herodot yunan-iran müharibələrinin tarixini işləyərkən dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirmişdir. 
Beynəlxalq münasibətlər tarixinin müasir dövrləşməsi tarixi dövrləşməyə uyğundur. 
İlk mərhələ kimi quldarlıq dövrü diplomatiyası götürülə bilər ki, xronoloji baxımdan bu dövr e.ə.IV 
minilliyin II yarısı - Misir nomlarının siyasi ittifaqa çevrilməsindən Roma quldarlıq imperiyasının süqutuna 
qədər (b.e. 476-cı ilinədək) davam  etmişdir. Feodalizm dövrü beynəlxalq münasibətləri V-XVIII əsrin 
ortalarına qədər davam etmiş və bir neçə mərhələdən keçmişdir. İntibah dövrü xadimlərindən Flavio Biyondo və 
Lorensa Vallua orta əsrlər dövrü kimi XII əsrin ortalarına qədər olan mərhələni götürsələr də və bu beynəlxalq 
münasibətlərin bir sıra problemlərinin qoyuluşu baxımından düzgün olsa da, dövlətlərarası münasibətlər 
epizodik xarakter daşıdığına görə, konkret mərhələ kimi qəbul edilə bilməz. 
XVIII əsrin II yarısından başlanan dövr I dünya müharibəsinin sonuna qədər davam edir və 2 mərhələyə 
bölünür. Bu elə dövrdür ki, beynəlxalq münasibətlər təşkilatlanır, daimi səfirlik institutu yaranır.  Ənənələrə 
əsasən həmin institutun imtiyazları beynəlxalq hüquq elminin tələbləri baxımından məcəlləşdirilir. 
I dünya müharibəsinin sonundan başlanan dövr müasir beynəlxalq münasibətlər dövrü kimi 
qiymətləndirilə bilər və üç mərhələyə bölünür:  
1.1918-1945-ci illər. 
2.Soyuq müharıbə epoxası 1946-1990-ci illər 
3.XX əsrin 90-cı illərdən müasir dövrdək 
Qədim Şərq diplomatiyasını öyrənmək üçün qaynaqları 2 qrupa bölürlər. Arxeoloji və yazılı qaynaqlar. 
Fransız arxeoloqu de Morqan XIX əsrin 80-ci illərində Suz kitabxanasını, ingilis arxeoloqu Corc Smit isə 
buradan 30000 gil kitabəni aşkaryır. Assur dövlətinin  şərq ölkələri ilə münasibətlərinə dair faktlar aşkara 
çıxarıldı. Yazılı qaynaqlar isə əsasən yunan və roma qaynaqlarından ibarət olub epizodik xarakter daşıyırdı. 
Qaynaqlara görə, Misirdə erkən dövlət birləşmələri e.ə.IV min I yarısında meydana gəlmiş dini, hərbi, 
siyasi birliklərdən ibarət olan nomlar olmuşdur. Tədricən normaların birləşməsi prosesi cənub və  şimal 
padşahlarının yaranması başa çatmış və e.ə. III minillikdə paytaxtı Memfis olan qədim Misir şahlığı meydana 
gəlmişdi. Qədim, orta, yeni şahlıq dövrlərinin fironları - Tutmoslar və II Ramzes Misir şahlığının hakimiyyətini 
orta Mesapatomiyaya qədər yaya bilmişdir. Xüsusilə II Ramzesin apardığı müharibələr uğurlu olmuşdu. E.ə. 
XIV əsrdə Misir giksos tayfalarının yürüşlərinə məruz qaldı. Giksos çarı Fivi mühasirəyə alaraq firondan təslim 
olmağı tələb etdi. Bu tələb tarixdə ilk ultimatum hesab olunur. Nəticədə Fiv tutulur, orta Misir çarlığı süqut edir. 
Elə bu dövrdən etibarən siyasi tarixə Assuriya kimi cəngavər dövlət daxil oldu. Aşşur dövlətinin 
yaranması e.ə. XXVIII əsrə aid edilir. Lakin XIV əsrdən etibarən Aşşur çarlığı Mespatomiyanın siyasi 
xəritəsinə ciddi dəyişikliklər gətirməyə başladı. Bu isə  həm Het, həm də Misir çarlığını narahat etməyə 
bilməzdi. Assuriyanın işğalları ilk dövrdə Misir qoşunlarının müqaviməti üzündən ciddi əhəmiyyət kəsb 
etmirdi. Misir fıronları Mesapatomiyanın  şimalına-Zaqros dağlarına hücumlarına ara vermirdi. Bu isə Het 
çarlığı ilə 17 il davam edən müharibəyə  səbəb oldu. Nəhayət Misir fironu II Ramzes və Het çarı III Xattuşil 
müharibəni dayandırdılar və müqavilə imzaladılar. Müqavilənin mətnindən aydın olur ki, həmin sənəd II 
Ramzesin çarlığının 17-ci ilində imzalanıb. Müqavilə 3 hissədən ibarətdir.  
Giriş hissədə hökmdarların titulları sadalanır, sazişin  əhəmiyyəti qeyd olunur. Müqavilənin mətni II 
hissədə verilib. Burada sazişə  gələn tərəflər arasında iqtisadi və siyasi əməkdaşlıqdan bəhs edilir. Siyasi 
əməkdaşlıq bilavasitə Assuriyaya qarşı çevrilmişdi. Müqavilənin son hissəsində götürülmüş öhdəliklərin 
pozulacağı təqdirdə allahların qəzəbindən bəhs edilir. Misir və Het çariçaları da öz aralarmda saziş bağladılar. 
Saziş bəzək əşyalarının mübadiləsi ilə əlaqədardır. 
Dövlətlərarası münasibətlərin qiymətləndirilməsi, yaranmış  ənənələrin öyrənilməsi baxımından Aşşur 
dövlətinin xarici siyasəti xüsusilə diqqətəlayiqdir. Bu dövlət təxminən e.ə.VIII-VII  əsrlərdə  qədim  Şərqin 


 
9
cəngavər dövlətləri arasında olub və Babil çarı Hammurapidən sonra Mesapatomiyanın birləşməsinə nail olan II 
böyük dövlət olmuşdur. E.ə.VIII-VII  əsrlərdə bütün Mesapatomiya Aşşur çarlarına tabe olmuş, dövlətin 
paytaxtı  əvvəlcə  Aşşur, sonra Nineviya şəhəri olmuşdur. Aşşur çarları Mesapatomiyanı birləşdirərkən iki 
üsuldan istifadə etmişlər. Aşşurnasirpal və Aşşurbanipal ayrı-ayrı ərazilərin başçılarına müraciət edərək onları 
Aşşur çarlarına tabe olmağa çağırırdılar. Aşşur  şahları bunu onunla əlaqələndirirdilər ki, birlikdə olanda 
qonşuların hücumundan qorunmaq və müvəffəqiyyətli müharibə etmək mümkündür. I Salmanasarın nəslindən 
olanlar isə əsasən işğalçılıq yürüşlərinə fikir verirdilər. Tarixdə ən qədim hərbi koalisiyalardan biri 618-616-cı 
illərə aiddir ki, Midiya və yeni Babil hökmdarları birləşərək Aşşur dövlətinin varlığına son qoymuşlar. 
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin