2. Təlimin təşkili formaları haqqında ümumi məlumat Mühazirə, praktik məşğələlər,seminar, laborator məşğələlər


Referat işləri və yaradıcı tapşırıqlar



Yüklə 88,24 Kb.
səhifə9/11
tarix19.12.2023
ölçüsü88,24 Kb.
#187141
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ALI SEMINAR

Referat işləri və yaradıcı tapşırıqlar
Referat (latınca «refero» sözündən götürülüb, mənası «məlumat vermək» deməkdir) hər hansı bir əsərin məzmununun yazılı şəkildə qısa şərhindən ibarətdir. Ali məktəbdə referat, müxtəlif for­malarda icra edilir: tapşırılmış əsəri oxuyub qısa şərhini ver­mək, filmə baxıb məzmununu yazmaq və s. Referatda 2 hissə üzvü surətdə əlaqələnməlidir:

  1. Ədəbiyyat mənbələrinin ümumiləşdirilməsi;

  2. Praktika müddətində toplanmış pedaqoji faktların sis­temləşdirilməsi. 

Referatın mahiyyətini öyrənilən mənbənin əsas məzmu­nunun təhlili təşkil edir. Referat o zaman uğurlu hesab olunur ki, tələbə istifadə etdiyi ədəbiyyata və materiallara tənqidi surətdə yanaşır, öz fikrini bildirir. Referat mövzusu seçilərkən, tələbənin arzu və istəkləri nəzərə alınmalıdır. İlk mərhələ referat mövzusunun müəyyənləşdiril­məsi ilə bağlıdır. Sonra materialın toplanması, öyrənilməsi və sistemə salınması mərhələsi başlayır. Referat əlyazma olanda 15, çap şəklində olanda 10 səhifədən çox olmamalıdır. Referat, giriş (məqsəd və vəzifələr müəyyənləşdirilir); əsas hissə (psixoloji-pedaqoji ədəbiyyatın təhlili) və nəticədən (əsaslandırılmış nəti­cələr) ibarət olmalıdır. Titul vərəqi, plan, giriş, əsas hissə, nəti­cələr, istifadə olunmuş ədəbiyyat siyahısı referatın strukturunu təşkil edir. 
Yaradıcı tapşırıq – müəyyən bir pedaqoji problemin aparıcı ideyalarını cədvəl, sxem, məruzə və s. şəklində 2-3 səhifə həcmində hazırlanmasıdır. 
Kurs işləri – Ali təhsil sistemində ümumi və ixtisas fənlərinin öyrənilməsi kurs işlərinin yazılması ilə başa çatır. Kurs işinin əsas məqsədi – tələbələrin öz nəzəri biliklərindən tapşırıqların həllində istifadə bacarığını aşkarlamaq, gələcək mütəxəssisin peşəyə hazırlıq səviyyəsini yoxlamaqdır.  Referat, elmi rəhbər tərəfindən şifahi şəkildə qiymətləndirildiyi halda; Kurs işi, rəhbərin iştirakı ilə xüsusi komissiya tərəfindən qəbul edilir. Tələbə komissiya qarşısında kurs işinin məzmununu qısa şəkildə şərh edir, komissiya da tələbənin yazdığı kurs işini yazılı formada qiymətləndirir. 

Yüklə 88,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin