MÖVZU 4. TƏHSİLİN İDARƏ OLUNMASININ PREDMETİ,
MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ.
Əhatə olunacaq məsələlər
1. Təhsilin idarə edilməsi anlayışı,məktəbşünaslığın əsas mövzusu.
2. Təhsilin idarə edilməsinin ümumi funksional məzmunun müəyyənləşdirilməsi.
3. Təhsilin idarə edilməsinin əsas obyekt və subyektləri, onlar arasında qarşılıqlı
əlaqə.
4. Təhsilin idarə edilməsinin mənbələri və başqa elmlərlə əlaqəsi.
Təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi
və onun nəticəsidir.
Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan
Respublikasının Təhsil Qanunun 4-cü maddəsi əsasən aşağıdakılardan ibarətdir:
-
Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının
milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına
hörmət edən, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
-
Milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən,
geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi
bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət
qabiliyyətli mütəxəssis – kadrlar hazırlamaq;
-
Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və
ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictiami həyata və səmərəli
əmək fəaliyyətinə hazırlamaq.
Beləliklə, yuxarıda deyilənlərdən də aydın olur ki, Azərbaycan
Respublikasında təhsil sisteminin əsas vəzifəsi Azərbaycanı dünyanın ən inkişaf
etmiş demokratik, yüksək elmi-texniki tərəqqiyə, iqtisadiyyata, mədəniyyətə və s.
Çiçəklənən bir dövlətə çevirməyə, inkişaf etdirməyə qadir olan insan, vətəndaş,
şəxsiyyət tərniyə edib formalaşdırmaqdan ibarətdir.
Azərbaycan məktəblərində ümumtəhsil və peşə ixtisas təhsili proqramları
həyata keçirilir.
Ümumilli proqramlarına məktəbəqədər, ibtidai, əsas və orta ümumtəhsil
proqramları, peşə-ixtisas təhsili proqramlarına isə peşə-texniki, orta ixtisas, təhsil
və ondan sonrakı ixtisas təhsili proqramları daxildir.
Azərbaycan Respublikasında təhsil dövlət standartlarının tələbləri əsasında
həyata keçirilir. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin
tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən
dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi
normalar məcmusudur.
Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq
meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət
təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris
bazasını, infrastrukturunu, təhsil verənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil
pilləsində təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini
müəyyənləşdirir. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət
standartlarına uyğun təşkili təmin olunur.
Təhsil müəssisələrinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyasında və attestasiyasında
müvafiq dövlət təhsil standartları əsas götürülür.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları
müəyyən edilir. Təhsil sisteminin quruluşu. Azərbaycanda təhsil sisteminin
quruluşuna aşağıdakılar daxildir:
Bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil
xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin
edən elmi-tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki,
ictimai-iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq
kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, düşərgələr və
digər infrastruktur obyektləri.
Təhsil idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə
və təçkilatlar. Təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları,
assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və s.
Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə
edən təhsil proqramları həyata keçirilir. Aşağıdakı təhsil formalarından istifadə
olunur:1. Forma (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması), 2.
Qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və
dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması), informal
(özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması).
Azərbaycan Respublikasında təhsilin əyani, qiyabi, distant (məsafədən),
sərbəst (eksternat) formaları müəyyən edilmişdir.
Azərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil
müəssisələri fəaliyyət göstərir. Dövlət, bələdiyyə, özəl.
Azərbaycan Respublikasında Təhsil qanununa görə aşağıdakı təhsil pillələri
və səviyyələri müəyyən olunmuşdur:
1. Məktəbəqədər təhsil
2. Ümumi təhsil (ibtidai təhsil, orta təhsil,tam orta təhsil)
3. Ilk peşə- ixtisas təhsili
4. Orta ixtisas təhsili
5. Ali təhsil ( bakalavriat, magistratura, doktorantura)
6. Ixtisasartırma və kadrların yenidən hazırlanması.
Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin
olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər istisna olmaqla) yekun
qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət
sənədinin verilməsi ilə başa çatır.
Məktəbəqədər tərbiyə müəssisələrinə körpələr evi, körpələr evi-bağçalar,
uşaq bağçaları, ailə-bağçalar, məktəb bağçalar, bağça-internatlar, uşaq evləri
daxildir.
Azərbaycan Respublikasında təhsil sisteminin başlıca vəzifəsi dərin və
hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət
hissinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan
şəxsiyyət formalaşdırmaq; soykökünə,Azərbaycan xalqının azadlıq və demokratiya
ənənələrinə bağlı olan və mədəni dəyərlərinə dərindən yiyələnən, onu daim inkişaf
etdirən, ailəsini, vətənini, millətini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri
dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və
yaradıcı düşünən, biliyinə yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə,
demokratikliyinə görə dünyanın, ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində
dura bilən sağlam yurddaşlar yetişdirə bilməkdir. Məktəbdə idarə edən və idarə
olunan kimi iki yarım-sistem qarşılıqlı surətdə əlaqədardır. Məktəbin rəhbərlərini
və pedaqoji kollektivi birləşdirən idarəedici yarımsistem aparıcı rol oynayır.
ġagirdlər və onların təşkilatları isə idarə olunan sistemə aiddirlər. İdarə etmək
nədir? Bu suala müxtəlif cavablar verilir və mahiyyət etibarı ilə hamısı müəyyən
fikri ifadə edir. Fikrimizcə, idarə etmək – məktəbin daxilində baş verən mürəkkəb
prosesləri və münasibətləri (pedaqoji prosesləri, təşkilat proseslərini və metodik
prosesləri) şüurlu surətdə tənzimləmək deməkdir. Məktəb təcrübəsində idarəetmə
peda-qoji fəaliyyətin dövrəsi olan dərs ili ərzində həyata keçirilir. İdarəetmə
dövrəsi aşağıdakı mərhələlərdən ibarətdir:
– birinci mərhələ – pedaqoji məntiqlə əsaslandırılmış olan məqsədin irəli
sürülməsidir;
– ikinci mərhələ – idarə edilən obyektin ilk vəziyyətini hərtərəfli öyrənib
müəyyənləşdirməkdir;
– üçüncü mərhələ – əldə olunmuş məlumat əsasında planlaşdırma işi aparmaqdır;
– dördüncü mərhələ–pedaqoji təsirin təşkilindən və müntəzəm əks-əlaqələrin
yaradılmasından, yəni idarə olunan obyektdən müəyyən parametrlər üzrə
müntəzəm şəkildə məlumat almaqdan ibarətdir;
– beşinci mərhələ – sonra göstəriləcək təsirləri operativ şəkildə təshih etmək
məqsədilə obyektdən gələn məlumatı təhlil edib qiymətləndirməkdən ibarətdir.
İdarəetmənin obyektiv imkanı subyektiv amildən asılıdır, yəni pedaqoji kollektivin
rəhbər rolundan düzgün istifadə edildikdə əməli gerçəkliyə çevrilə bilər. Deməli,
idarəetmə dövrəsinin əsası əməli rəhbərlik sayılır.«Azərbaycan Respublikasının
təhsil qanunu» pedaqoji kollektivin bütün fəaliyyətində əsas götürülməlidir.
Məqsədyönlük, prinsipiallıq və konkretlik rəhbərlikdə əsas xətt hesab edilir.
Rəhbərliyin təlim-tərbiyə işlərinin idarə olunmasında iŞtirakı müəllimlər,
valideynlər, şagirdlər tərəfindən daim hiss olunmalıdır. Rəhbərlikdə o vaxt
irəliləyiş olur ki, təcrübə ilə dərin biliyi birləşdirən peşəkarlıq səriştəsi əsas
götürülsün. Müasir şəraitdə təlim-tərbiyəni idarə etmək üçün fiziologiya,
psixologiya, pedaqogikanın elmi əsaslarını bilmək, tədris proqramlarında istifadə
edilən ideyaları başa düşmək, müəllimlərin təcrübəsində mütərəqqi təşəbbüsləri
görmək və buna tərəfdar çıxmaq ön plana çəkilməlidir. Burada real şəraitin nəzərə
alınması mürəkkəb pedaqoji məsələləri yaradıcılıqla həll edə bilər. İdarəetmədə
nəzarət ili icranı yoxlamağın rolu böyükdür. Pedaqoji fəaliyyət, xüsusən
Azərbaycanın müstəqilliyi şəraitində məktəblilərin inkişafı, bütövlükdə
götürüldükdə ağır və çox məsul işdir. Ona görə də idarəetmə prosesində özünə və
iş yoldaşlarına qarşı tələbkarlıq əsas götürülməklə demokratiklik, humanistlik
unudulmamalıdır. Fəaliyyət prosesinə təkidlə, vaxtında nəzarət etmək, sistemin
bütün cəhətlərini əhatə etmək, mövcud olan müxtəlif formalardan istifadə
edilməlidir.İdarəetmə məharəti öz ifadəsini adamlarla ünsiyyət yaratmaq
bacarığında tapır. Pedaqoji kollektiv, şagirdlər, valideynlər və digər işçilər diqqətli,
xeyirxah, ədalətli və nəzakətli rəhbərə inanır və onun ardınca həvəslə gedirlər.
Məktəb rəhbəri fəaliyyətində iki əsas vəzifəni yerinə yetirir: onun şəxsiyyəti
şagirdlərə və iş yoldaşlarına tərbiyələndirici təsir göstərir. O, işdə adamlara şəxsi
nümunədir. Rəhbərin müsbət keyfiyyətlərinin, təşkilatçılıq qabiliyyətinin etiraf
edilməsi və hörmətlə qarşılanması onun nüfuzunu artırır, şəxsiyyətinə layiq yüksək
etibar qazandırır.
Təhsilin idarə olunması Azərbaycan Respublikasının Təhsil Qanunu,
müvafiq qanunvericilik aktları, əsasnamələr və təhsil müəssisələrinin
Nizamnamələri ilə tənzim edilir.
Azərbaycan Respublikası hökuməti, Təhsil Nazirliyi, habelə yerli təhsil
orqanları təhsil sistemini idarə edən başlıca subyektlərdir.
|