Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


edən,  qısa  vaxt  ərzində  özünü  müstəqil



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#1006
1   2   3   4   5   6   7   8   9   10   ...   26
edən,  qısa  vaxt  ərzində  özünü  müstəqil

respublikamızın siyasi həyatında həlledici

rol  oynamaq  qüdrətinə  malik  bir  qüvvə

kimi təsdiqləyən Yeni Azərbaycan Partiya-

sının yaranması ilə müstəqil Azərbaycanın

tarixində yeni bir mərhələ başlandı. 

    Yeni  Azərbaycan  Partiyasının  20  illik

fəaliyyətindən  danışarkən  partiyanın  təsis

olunduğu tarixi şəraiti, ictimai-siyasi vəziyyəti

nəzərdən keçirmək yerinə düşər. 

    1988-ci  ildən  başlayaraq  1993-cü  ilin

iyun  ayınadək  olan  müddət  Azərbaycan

xalqı, Azərbaycan  Respublikası  üçün  ağır

sınaqlar,  fəlakətlər,  çətinliklər  dövrü  idi.

Azərbaycanın  üzləşdiyi  böhran  və  fəlakət

xalqın sabaha olan ümidlərini qırmışdı. Qa-

rabağ  cəbhəsində  cərəyan  edən  məğlubiy-

yətlər  seriyası,  ittifaq  rəhbərliyinin  anti -

azərbaycan mövqeyi daha acınacaqlı nəticələr

verir,  respublika  başçılarının  öz  millətinə

qarşı xəyanətkar münasibəti davam edirdi.

Həmin illərdə Azərbaycan son dərəcə ciddi

ictimai-siyasi  problemlərlə,  iqtisadi  çətin-

liklərlə üzləşmişdi. Hakimiyyətə zor gücünə

gəlmiş bacarıqsız, savadsız rəhbərlərin mən-

tiqsiz siyasəti ölkədaxili münaqişələrə səbəb

olur,  vəzifə  davasına  başı  qarışmış  siyasi

qruplaşmaların xəyanəti nəticəsində torpaq-

larımız bir-birinin ardınca işğal olunur, gü-

nahsız  insanlar  qətlə  yetirilir,  qaçqınların

və  məcburi  köçkünlərin  sayı  get-gedə  ço-

xalırdı. Cəmiyyətdə anarxiya və özbaşınalıq

baş alıb gedirdi. Xarici qüvvələrin birbaşa

dəstəyi ilə ölkənin şimal və cənub bölgələ-

rində separatçı ünsürlər meydana çıxmışdı.

Bir tərəfdən torpaqlarımız işğal olunur, digər

tərəfdən cəmiyyətdə ayrı-ayrı silahlı dəstə-

lərin, qrupların hakimiyyət davası genişlənir,

nəticə etibarilə, vətəndaş müharibəsi təhlükəsi

yaranırdı. Qısası, Azərbaycan məhvə doğru

gedir,  ölkə  ağır  vətəndaş  qarşıdurmasına,

qardaş qırğınına sürüklənirdi. Yaranan xaos,

parçalanma, dövlətin məhvi kimi problemlər

Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac

yaratmışdı. 

    O  vaxt  respublikamızda  30-dan  artıq

siyasi partiya və təşkilat qeydiyyatdan keç-

mişdi. Lakin, əslində, kreslo davasına çıxmış

bu  partiyalar  nəinki  yenicə  müstəqilliyini

əldə etmiş Azərbaycanı idarə etmək iqtida-

rında idi, hətta tamamilə nəzarətdən çıxmış

vəziyyətdən sui-istifadə edərək ölkəni uçu-

ruma doğru sürükləyirdilər. Bu vəziyyətdən

ciddi narahat olan bir qrup ziyalı 1992-ci il

oktyabrın 16-da Naxçıvanda yaşayan və iş-

ləyən, muxtar respublikanın çətin problem-

lərinin həlli ilə məşğul olan, həmçinin ürəyi

daim  doğma Azərbaycanla  birgə  döyünən

dahi şəxsiyyət Heydər Əliyevə müraciət ün-

vanladı. Müraciətdə qeyd olunurdu ki, Azər-

baycan  mənəvi  böhran  keçirir.  Bunun  da

əsas səbəbi son illər respublikada mövcud

olan və getdikcə daha da güclənən hakimiyyət

böhranıdır. Ali hakimiyyət və idarəetmə or-

qanları, əslində, iflic vəziyyətinə düşmüşdür.

Bir çox dövlət orqanları heç bir hüquqi əsas

olmadan yaradılıb fəaliyyət göstərir, mövcud

iqtidar  ictimai-siyasi  gedişata  tam  nəzarət

edə  bilmir.  Siyasi  partiyaların  sayı  günü-

gündən çoxalsa da, siyasi boşluq mövcuddur.

Çünki onların arasında xalqın etimadını qa-

zanmış, beynəlxalq nüfuza malik güclü lider

yoxdur. Ziyalılar müraciətdə görkəmli dövlət

xadimi  Heydər  Əliyevdən  yaradılmaqda

olan Yeni Azərbaycan Partiyasına rəhbərlik

etməyə razılıq verməsini xahiş edirdilər. 

    Ümummilli  lider  tarixi  müraciətə  çox

əhatəli və dərin məzmunlu cavabında deyirdi:


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin