Windows 7 əməliyyat sisteminin idarəetmə vasitələri



Yüklə 0,95 Mb.
səhifə11/28
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#42922
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
windows 7 emeliyyat sistemi aze (1)

Tapşırıq meneceri


Əslində Windows əməliyyat sistemində işləyən zaman həmişə daha çox proqram işə salınmış olur, işlək vəziyyətdə olur, nəinki göstəriciləri, nişanları məsələlər panelində göstərilmiş proqramlar. İş ondadır ki, Windows- un özünün sistem proqramlarının əksəriyyəti (həmçinin işləməyə başlama anında yüklənən bir sıra başqa proqramlar da) Məsələlər panelində «iz saxlamırlar» («qoymurlar») və aydındır ki, onun köməyilə də bağlana bilməzlər.

Lakin buna görə də işə salınmış belə proqramlar öz fəaliyyətlərini dayandırmırlar. Onlar sakitcə fon rejimində işləyərək özlərinin pis (və ya yaxşı) işlərini görürlər və tez- tez başqa proqramlara problem də yaradırlar.

Bu «gizlin fəaliyyətə» nəzarət etmək üçün Windows əməliyyat sistemində Tapşırıq meneceri vardır. Bu proqrama bəzən Məsələlər dispetçeri də deyirlər. Məsələlər (tapşırıq) menecerini çağırmaq üçün Ctrl, Alt və Del klavişlərini eyni vaxtda sıxmaq lazımdır.

Windows XP əməliyyat sistemində bu əmr yalnız Tapşırıq meneceri ni cağırmağa xidmət edir- di. Windows 7/8 əməliyyat sistemlərində isə başqa cürdür, bu əmri verən zaman yəni Ctrl, Alt və Del klavişlərini eyni vaxtda sıxdıqda, Сменить пользователя (Switch User (İstifadəçini dəyiş)), Выйти из системы (Log off (Seansı bitir)), Блокировать компьютер (Lock this computer (Bu kompüteri kilidlə)), Сменить парол (Change a password (Parolu dəyiş)) və s. adlı əmrlərdən ibarət olan kifayyət qədər geniş menyu ekrana çıxır. Məsələlər distetçerini işə salan Запустить диспетчер задач (Start Task Manager (Tapşırıq Menecerini Başlat)) adlı əmr isə bu siyahının ən sonunda yerləşir. Ona görədə Windows 7 əməliyyat sistemində məsələlər distetçerini yükləmək üçün daha bir rahat üsul da vardır. Məsələlər menecerini yükləmək üçün Məsələlər panelində istnilən

boş yerdə siçanın sağ düyməsini sıxmaq və açılan kontekst menyusundan isə Запустить диспетчер задач (Start Task Manager (Tapşırıq Menecerini Başlat)) əmrini seçmək lazımdır.

Məsələlər dispetçeri əməliyyat sistemində işə salınmış bütün proqramların tam siyahısını verir (şəkil 5.7). Onlardan hər hansı birində səhv olduqda «не отвечает» (Not respondi ng) yazısı görsənir. Lakin məsələlər dispetçer sadəcə səhvləri aşkar etmək üçün deyil, həm də inadçı (adi qaydada bağlanmayan) proqramı onun adını siçanı silkməklə seçir və Снять задачу (End Task (Tapşırığı sona çatdır)) düyməsini sıxmaqla bağlamağa imkan verir.


şəkil 5.7


Bundan başqa, Процессы (Processes (Proseslər)) bölməsində siz hər bir proqramın nə qədər prosessorun vaxtını və operativ yaddaşı “zəbt” etdiyini görə bilərsiniz. Bununla da siz kompyuterin resurslarının haraya xərcləndiyini görə bilirsiniz.

Windows əməliyyat sisteminin operativ yaddaşını indiki anda da lazımsız məsələlərdən təmizləmək lazım gəldikdə Məsələlər dispetçerinin köməyinə müraciət edirlər. Məsələn, Windows- u yenidən quraşdırdıqda və ya bəzi optimallaşma proseduralarını yerinə yetirdikdə.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin