Water problems: science and technology


Cədvəl 2. Tullantı suların çöküntülərində qidalı elementlərin miqdarı



Yüklə 7.6 Kb.
Pdf просмотр
səhifə9/14
tarix06.07.2017
ölçüsü7.6 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Cədvəl 2. Tullantı suların çöküntülərində qidalı elementlərin miqdarı, 
(quru maddənin %-ilə)
Şəhərlər
Azot 
/N/
Fosfor
/P
2
O
3
/
Kalium
/K
2
O/
Natrium
/Na
2
O/
Kalsium
/CaO/
Moskva
2,9
3,7
0,2
-
3,2
Kiev
4,6
1,3
0,3
0,2
1,3
Drezden 
Münhen 
Hannover
1,6 
1,7 
1,1
1,6 
0,9 
0,9
0,2 
0,3 
0,3

0,2 
-
0,8 
8,4 
-
Vrotslav
2,5
1,2
0,4
0,2
4,6
Texas 
Ohayyo 
Çikaqo 
Baltimor
2,1 
1,8 
2,0 
0,5
1,1 
1,3 
1,0 
0,2
0,4 
0,4 
2,4 
0,6


0,3 
-


2,0 
0,5
Bakı 
Sumqayıt
3,8 
2,6
1,9 
2,7
0,3 
0,4
0,2 
-
4,6 
2,2

77
4/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
Hələ keçən əsrin 90-cı illərində əkin sahələrində torpağa müxtəlif dozalı çökün-
tülərin verməsi nəticəsində torpağın meliorativ hallarının və aqrokimyəvi göstəri-
cilərin  dəyişikliyini,  kənd  təsərrüfatı  bitkilərin  məhsuldarlığını  təyin  etmək
məqsədilə geniş və ətraflı tədqiqatlar aparılmışdır. 
Tullantı suların çöküntülərini şumlanmış torpaq laylarına verməklə fosfor, azot,
kalium və mikroelementlərin artması təmin edilib, yerli üzvi mineral gübrələrin
vacib mənbəyinə çevrilib. Tədqiqatlar nəticəsində bitkilərin məhsuldarlığı xeyli art-
mışdır: qarğıdalı silosunun kütləsi  24-57%, çuğundur yemi 45-92% və payızlıq
buğda 13-50%-ə kimi [6,7]. 
İnkişaf  etmiş  ölkələrdə  tullantı  sularının  çöküntülərinin  belə  üsulla  utilizə
edilməsi geniş yayılmışdır. Şəkil 1-də Avropa ölkələrində tullantı suların çökün-
tülərinin texnoloji emal modelinə görə utilizə üsulları (mənbə: www.purebalticsea.eu
Eurostat, 2009-cu il ), cədvəl 3-də isə ölkələrdə yaranan çöküntülərin ümumi həcmi
göstərilib.
Şəkil 1. Tullantı suların çöküntülərinin emal modelinə görə utilizə üsulları
(ümumi kütlənin %-lə). Mənbə: Eurostat, 2009-cü il.
Lakin çöküntülərin tərkibində bir neçə xüsusi çirkləndirici maddələrin olması
onların kənd təsərrüfatında istifadə imkanlarını bir qədər məhdudlaşdırır. Çökün-
tülərdə qidalı elementlərlə yanaşı bitkilərin həyat fəaliyyəti üçün zərərli olan xeyli
qarışıqlara da rast gəlmək olur, belə ki, xloridlər, sulfatlar, karbonatlar, natrium və
bir çox başqalarını göstərmək olar. Tullantı suların çöküntüləri epidemioloji cəhət-
dən suların özündən daha qorxuludur, çünki yaşamağa qadir helmintlərin yumur-
tacıqlarını və digər patogen mikroorqanizmləri onlar özündə yığıb toplayır [8].

Avropa  Birliyi  ölkələrində  çöküntülərin  emalı  və  utilizəetmə  üsulları  əsasən
dövlətlər tərəfindən tənzimlənir – Direktivlərlə həyata keçirilir. Direktivlər AB-nin
üzvü olan ölkələrin milli qanunvericilik sistemlərinə daxil edilmişdir. Cədvəl 4-də
bir neçə dövlətlərdə qəbul edilmiş və qüvvədə olan Avropa Birliyinin Direktivlərinə
(86/278) əsasən kənd təsərrüfatında istifadə olunan çöküntülərdə ağır metalların bu-
raxıla bilən konsentrasiya hədləri verilir. 
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəfizadə İ.H., Hüseynzadə M.T.,Eldarova G.Ə. Tullantı
sularının çöküntülərindən səmərəli istifadəsi üzrə...
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
Ölkələr'>4/2016
78
Cədvəl 3. Müxtəlif ölkələrdə yaranan çöküntülərin ümumi həcmləri
Cədvəl 4. Çöküntülərdə ağır metalların buraxıla bilən həddi
Ölkələr
2005/2006-ci illər
2010-cu il
Proqnoz 2020-ci ilə qədər
Quru maddələrin ildə miqdarı, ton
Rusiya
3070000
5100000
6000000
İngiltərə
2050000
2204000
23000000
Almaniya
2059 351
2000000
2072000
Litva
71 252
80000
80000
Polşa
523 674
520000
950000
İsveçrə
210 000
250000
280000
ABŞ
7000000
9000000
60000000
Yaponiya
2300000
3500000
5000000
Ukrayna
1802000
1880000
1900000
Fransa
1095000
1102000
1150000
İtaliya
980000
984000
1003000
Cənubi Koreya
1935000
1920000
2000000
Ölkələr
Cd
Cr
Cu
Hg
Ni
Pb
Zn
Quru maddədə, mq/kq
Finlandiya
3
300
600
2
100
150
1500
İsveçrə
2
100
600
2,5
50
100
800
Danimarka
0,8
100
1000
0,8
30
120
4000
Almaniya
10
900
800
8
200
900
2500
Estoniya
22
1000
1000
16
300
750
2500
Latviya
10
600
800
10
200
500
2500
Litva
1,5
140
75
18
50
140
300
Polşa
20
1000
500
16
300
7500
2500
ABŞ
15
800
1200
20
200
1000
2000
İngiltərə
5
200
650
10
350
820
2500
AB-nin 86/278 
Direktivləri
20-40 800-1000 1000-1750 16-25 300-400 750-1200 2500-4000

Müxtəlif ölkələrdə tullantı suların çöküntülərinin keyfiyyətinə müxtəlif nəzarət
sistemləri işlənib hazırlanmışdır. İsveçrədə əkin torpaqlarında ağır metalların artıq
toplanmasının qarşısını almaq məqsədilə tullantı suların çöküntülərin keyfiyyətinə
nəzarət sistemi təklif olunub: çöküntülərdə (quru maddəyə görə hesablanmış) met-
alların miqdarı aşağıda göstərilən kəmiyyətindən çox olmamalıdır; mq/kq: civə(Hg)-
10, molibden (Mo) - 20, kalsium (Ca) - 30, kobalt (Co) - 100, nikel (Ni) - 200,
qurğuşun (Pb) - 1000, silisum (Si) - 1000, sink (Zn) - 3000. İsveçdə də istifadə edilən
çöküntülərin tərkibində olan bir neçə metalların duzlarına xüsusi standartlar qəbul
edilib. Bu standartlara uyğun tullantı suların quru çöküntülərinin 1kq-da 10mq Zn,
3 mq Cu, 2 mq Mo, 1 mq Cl, 50 mq Ni, 50 mq Co, 25 mq Cd, 25 mq Hg olarsa,
belə çöküntülərdən gübrə kimi istifadə etmək olmaz. İngiltərə ərazisində qəbul ol-
unub ki, əkinlərə verilən çöküntülərin tərkibində metal duzların miqdarı ildə hər
hektara 19 kq-dan artıq olmamalıdır. [9] 
Bir qayda olaraq, tullantı suların çöküntüləri çətin süzülən suspenziya halında
olurlar. Ümumi halda onlar oxşar proseslər kimi aşağıdakı mərhələlərlə aparılır:
sıxlaşdırma və ya qatılaşma, stabilləşdirmə, kondisonerləşdirmə, susuzlaşdırma,
zərərsizləşdirmə, ləğv edilmə, dezinfeksiyalama, utilizə etmə. Çöküntülərin emalı
sıxlaşma mərhələsindən başlayır və mərhələnin əsas məqsədi çöküntü kütləsinin
sərbəst  su  tutumunun  azaldılmasıdır.  Bu  proses  bütün  texnoloji  emal  sxeminin
mərhələləri üçün zəruridir (şəkil 2).
Çöküntülərin  ilkin  emalı  za-
manı onlar mümkün qədər susuz -
laşdırmalı və qurudulmalıdır. 
Nəticədə  çöküntülərin  həcmi
getdikcə azalır və onların sonrakı
emal proseslərin fazalarının aparıl-
masını asandlaşdırır. Çöküntülərin
xassələrindən  və  texnoloji  emal
prosesindən  asılı  olaraq  stabil-
ləşmiş  çöküntülərin  tərkibində
quru  maddənin  miqdarı  2-4%-ə
çata bilər. Ümumiyyətlə isə çökün-
tülərin  stabilləşdirilməsi  onun
həcmini  təxminən  30%  azaldır.
Ardıcıl  qatılaşma  nəticəsində
çöküntülərin  tərkibindəki  quru
maddələrin  miqdarı  4-7%-ə  çat-
dırılır. Lazım olarsa qaynar təbəqə
adlanan prosesi nəticəsində tullantı
suların  çöküntülərində  95%-ə
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
79
Şəkil 2. Lil çöküntülərinin emal üsulundan
asılı olaraq, həcmlərinin azalması və
qatılığının artması.

qədər quru maddələrin alınması mümkündür. Belə halda alınan çöküntüləri əlavə
yanacaq kimi ya da kənd təsərrüfatıda istifadə etmək mümkündür.
Adətən  sıxlaşdırma  prosesləri  nəticəsində  orta  hesabla  sərbəst  suların  60%-i
ayrılır və çöküntülərin kütləsi 2,5 dəfə ixtisar olunur. Təcrübədə çöküntülərin susuz -
laşması bir neçə üsullarla və ya onların kombinasiyası ilə həyata keçirilir: qravi-
tasiya, flotasiya, mərkəzdənqaçma, vıbrasiya, süzülmə və digərləri. Qravitasiya
sıxlaşma üsulu öz sadəliyi və faydalılığı ilə fərqlənərək, izafi lil və çürüdülmüş
çöküntülər üçün tətbiq olunur. Bu proses çöküntülərin nəmliyini 85-95%-ə kimi
aşağı salır. Flotasiya üsulu ilə çöküntülərin qatılaşmasının əsasını aktiv lil hissə-
ciklərinin hava qabarcıqlarına yapışaraq yuxarı səthə qalxmasını təşkil edir. Təzyiqli
flotasiya  prosesində  xırda  hava  qabarcıqların  miqdarı  və  dayanıqlığı  yüksək
olduğundan çöküntülərin qatılaşması daha effektli alınır. Çöküntülərin üzvi mad-
dəsinin bioloji parçalanan hissəsini karbon dioksidə, metana və suya ayrılması üçün
stabilləşdirmə üsulundan  istifadə  olunur.  Proses  həm  aerob,  həm  də  anaerob
şəraitlərində aparıla bilər. Nəticədə üzvi maddələrin bioloji əsas hissəsi oksidləşir
və CO
2
, H
2
O, NH
3
elementar hissəciklərinə parçalanırlar. Çöküntüləri daha da asan
susuzlaşdırmaq üçün onların tərkibində olan suların struktur və forma əlaqələrini
dəyişdirmək tələb olunur. Bu proses çöküntülərin kondisonerləşməsi adlanır və on-
ları mexaniki susuzlaşdırmaya hazırlanmasını təmin edir. Kondisionerləşdirmə pro -
sesi həm reagent həm də reagentsiz aparıla bilər. Nəticədə iri lopacıqlar yaranaraq,
maye ilə çöküntülərin əlaqələri dəyişilir və onların su ayırma qabiliyyəti yaxşılaşır.
Çöküntülərin emalının texnoloji sxeminin seçilməsi mürəkkəb mühəndisi-iqtisadi
və ekoloji məsələdir.
Hesab  olunur  ki,  çöküntülərin  emalında  istifadə  olunan  ənənəvi  üsullar
(sıxlaşdırma, susuzlaşdırma, stabilləşdirmə, kondisionerləşdirmə) yüksək xərcli və
enerji tutumludurlar, mürəkkəb avadanlıq və bahalı reagent tələb edən üsullardır.
Son zaman çöküntülərin reagentsiz emalı və zərərsizləşdirilməsi ən yeni yüksək tez -
likli elektromaqnit şüalanma (YT EMŞ) üsulu ilə aparılması tövsiyə olunur [10].
Şəkil 3-də belə qurğunun prinsipal sxemi verilmişdir.
Yüksəktezlikli  elektromaqnit  şüalanma  su  sistemlərinə  geniş  spektorial  təsir
göstərir. Onun təsirindən suların səthi gərginliyi dəyişilir, maddələrin adsorbsiyası
və həll olunması artır, oksigenin miqdarı çoxalır, kristallaşma və koaqulyasiya pro -
sesləri tezləşir, suda müşahidə olunan elektrokimyəvi proseslərin sürəti dəyişilir.
Bunlarla  yanaşı  lil  çöküntülərin  yüksəktezlikli  elektromaqnit  şüalanması  maye
mühitində ayrılmış (dissosiyasiya olmuş) molekulların və azad radikalların yaran-
masına, elektrik yüklərin əmələ gəlməsinə, kolloid sistemlərin tarazlığının pozul-
masına səbəb olur. Bu proseslərin nəticəsində çöküntülərin su vermə qabiliyyəti
xeyli artır. Aktiv lillərin sıxlaşdırılması 33% -ə qədər intensivləşir, çöküntülərin
həcmi isə 38% azalır. Lil çöküntülərin reagentlərlə (Zetaq flokulyantı, söndürül -
məmiş  əhəng)  və  yüksəktezlikli  elektromaqnit  şüalanma  ilə  sıxlaşdırılmasının
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəfizadə İ.H., Hüseynzadə M.T.,Eldarova G.Ə. Tullantı
sularının çöküntülərindən səmərəli istifadəsi üzrə...
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016_82_Şəkil_5.Lilin_dekantator_(sentrifuqa)_vasitəsilə_susuzlaşdırılması._Goranboy_şəhəri._Şəkil_6._Əhənglə_emal_olunmuş_və'>4/2016
80

müqayisəli qrafiki şəkil 4-də
verilir. Yüksəktezlikli elek-
tromaqnit  şüalanma  qurğu-
ları (sobaları) axar prinsipdə
işlədiyindən onları bilavasitə
suyun  giriş  borusunda  yer-
ləşdirmək mümkündür. Bu -
nunla  yanaşı  şüalanmanın
əlavə faydalı effekti çökün-
tülərin  tərkibində  olan  sel -
lülozaların dağılmasını (de -
struksiyasını)  təmin  edir,
mikroorqanizmlərin hüceyrə
fermentlərin aktivliyini azal -
dır,  helmint  yumurtacıqları
və patogen bakteriaları məhv
edir.
Tullantı sularının çökün-
tülərinin yüksəktezlikli elek-
tromaqnit 
şüalanmasının
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
81
Şəkil 3. Yüksəktezlikli elektromaqnit 
şüalanmasının prinsipial sxemi.
Şəkil 4. Çöküntülərin sıxlaşdırılmasının müqayisəli qrafiki W= f(t)
1-təbii durulma, 2- söndürülmüş əhəng vasitəsilə,  3-«Zetaq» flokulyantla, 
4- yüksəktezlikli elektromaqnit şüalanma.

daha bir vacib səmərəsi müşahidə olunur. Çöküntülərin şüalanmasının nəticəsində
onların susuzlaşdırılması xeyli intensivləşir və lillərin tərkibində olan ağır metallar
suların tərkibinə keçir. Ağır metalların qarışıqları: arsen, nikel, civə, xrom (6) sularla
birgə çöküntüləri tərk edir. Beləliklə, elektromaqnit şüalanma çöküntülərdən ağır
metalları reagentsiz çıxarır.
Şəkil  5  və  6–da  Goranboy  şəhərinin  təmizləyici  qurğularında  əmələ  gəlmiş
çöküntülərin GEA westpalia separator 59302 markal; (Almaniya) dekantatordan
keçmiş görünüşü və əhənglə emal olunmuş və susuzlaşdırılmış çöküntülər (Lübek
şəhəri) verilir.
Çöküntülərdən  və  onların  çürüməsi  zamanı  böyük  həcmdə  əmələ  gələn  çox
ziyanlı çirkləndirici qazların ( karbon dioksid və metan) illər boyu atmosferə atılması
parnik effektini daha da kəskinləşdirir, təbiətə böyük zərər vurur. Hazırda bu qazların
açıq havaya atılmasının məhdudlaşdırması qlobal problemə çevrilib. Bununla yanaşı
onların tərkibində böyük miqdarda üzvi kimya maddələrin olması çöküntüləri key-
fiyyətli enerji xammalına çevirir. Çöküntülərin xüsusi termiki emalı onları yanacaq
və enerji məhsulunun alınmasına, yüksək iqtisadi gəlir əldə etməyə imkan verir.
Tanınmış WABAG beynəlxalq korporasiyasının NEROAERA İstehsalat Ekoloji
Birliyi tərəfindən hazırlanmış qurğular kompleksində lil çöküntülərinin ardıcıl emalı
nəticəsində üzvi mineral gübrə, enerji məhsulları və torpaqlara əlavə materialların
alınması mümkün olub və bir çox ölkələrdə uğurla tətbiq edilib (şəkil 7) [11]. 
Xarici ölkələrin iri təmizləyici stansiyalarında belə (məhsuldarlığı 400-600 min
kub gün) qurğular kompleksi tikilib və istismar olunur: Lil çöküntüləri və onun tər -
kibində olan üzvi maddələr vakuum şəraitində nəzarətli çürümə prosesinə məruz
qalır və onun nəticəsində dərindən emal olunub suya və bioqaza ayrılır. Ayrılmış
sərbəst anaerob qaz qarışıqlarının (bioqazın) 50-70% -i metan, 30-40% -i karbon
qazı (CO
2
), 1%-i mikroelement və buxar təşkil edir.  Bioqaz yanacaq  kimi enerji
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəfizadə İ.H., Hüseynzadə M.T.,Eldarova G.Ə. Tullantı
sularının çöküntülərindən səmərəli istifadəsi üzrə...
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
82
Şəkil 5.Lilin dekantator (sentrifuqa)
vasitəsilə susuzlaşdırılması.
Goranboy şəhəri.
Şəkil 6. Əhənglə emal olunmuş və
susuzlaşdırılmış çöküntülər.
Lübek şəhəri, Almaniya.

istehsalatında  istifadə  oluna  bilər.  Reakorlardan  alınmış  bioqazın  istilik  əmsalı
təxminən 8,5 kVt saat/m
3
təşkil edir (təbii qazın istilik əmsalı 10,0 kVt saat/m
3
-
dır).  Bioqazın  stansiyada  istifadə  edilməsi  təmizləyici  məntəqənin  enerji  ehti -
yaclarını (lil çöküntülərinin aerasiya qurğularında, reaktorlarda, binaların isitmə
sistemlərində və istilik su təchizatında ) bütöv obyektin müstəqil enerji təchizatını
tam təmin edir.
Nəticə
Hazırki dövrdə lil çöküntüləri ilə su hövzələrinə, torpaqlara, atmosferə və ümu-
miyyətlə, ətraf mühitə düşən zərərli maddələr bioloji çirkləndiricilərin güclü mən-
bəyinə  çevrilib.  Eyni  zamanda  onların  tərkibində  xeyli  üzvi  və  digər  qiymətli
maddələrin olması onlardan yüksək keyfiyyətli gübrə və enerji xammalı kimi isti-
fadə edilməsinə imkan verir, onların emalından isə əhəmiyyətli iqtisadi və ekoloji
effekt  alına  bilər.  Son  illər  xaricdə  kommunal  suların  susuzlaşdırılmış  çökün-
tülərindən və onların külündən faydalı istifadə üsulları işlənib hazırlanıb. Çökün-
tülərin aqrosənayedə, meşəçilikdə, torpaqların rekvetivasiyasında, yaşıllaşdırmada,
istilik  və  enerji  alınmasında  müvəffəqiyyətlə  istifadə  olinması  onların  utilizə
edilməsinin perspektiv istiqamətidir. 
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
83
Metantenk
Lil çöküntülərinin ilkin emalı
Şəkil 7. WEBAG beynəlxalq korporasiyasının NEROAERA istehsalat 
Ekoloji Birliyinin qurğular kompleksi.

Müxtəlif fiziki, kimyəvi, bioloji və digər üsullarla mərhələ-mərhələ və dərindən
emalı nəticəsində tullantı suların çöküntülərindən olduqca faydalı məhsullar alına
bilər:
 üzvi mineral gübrələr;
 heyvan, quş, balıq və digərləri üçün bioloji yem məhsulları;
 texnoloji qrunt (torpaqların rekulsivasiyası);
 yüksək qızdırılmış buxar (T=250
0
C, p=20 atm.);
 təbii qazın əvəzedicisi (8500 kkal/m
3
);
 isti və quru hava (nəmlik < 5%);
 yarımkoksun alınması;
 elektirik və istilik enerji məhsulları.
Ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasında ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair 2006-2010-
cu illər üçün Kompleks tədbirlər Planı. Respublika Prezidentin Sərəncamı. 29 sentyabr
2006-cı il.
2. Савельева Л.Н. Комплексная технология оброботки осадков городских сточных
вод. Диссертация на соискание учёной степени к.т.н., Новосибирск, 2003.
3. Никовская Т.Н, Колиниченко К.В. Биотехнология утилизации осадков муници-
пальных сточных вод. Институт биоколлоидной химии им. Ф.Д. Овчаренко. НАН
Украины, Киев, 2014.
4. Ратников А.Ф. Почвенная утилизация осадков сточных вод. «Сантехника» №2, №
3 M. 2013.
5. Краузе Р. Технология утилизации канализационных осадков в сельском хозяйстве.
Известия. Сточные воды. №8, 1986.
6. Герасимчук М.С., Левченко М.Т. Руденко В.А. Использование осадков в сельско-
хозяйственных культур. “Вестник сельскохозяйственной науки, № 5 Киeв  1994.
7. Səfərov S.S. Tullantı sularının təmizləmə sahələrində formalaşan izafi lilin utilizasiyası.
2-ci Xəzər Beynəlxalq Su Texnologiyaları Konfransın materialları, Bakı, 2014.
8. ГОСТ 17.4.3.07-2001 Охрана природы. Требования к свойствам осадков сточных
вод при использовании их в качестве удобрений. М. Госстандарт России, 2001.
9. Yoneyoma Tabe Shiatsu Yoshida Tomia Nitrogen mineralization  of swage sludges it
goil  “Soils and Plants  Nuts”, 1998., 24. №1, 139-144  
10.Çöküntülərin emal üsullarının müasir həlləri. WABAG beynəlxalq  korporasiyasının
NEROAERA İstehsalat Ekoloji Birliyinin materialları. www.neroaera.com 2009.
11.Землянова М.В. Безреагентный способ обработки и обезвреживания осадков го-
родских сточных вод с помощью сверхчастотыого електромагнитного излучения.
ж. «Водоочистка», №1, 2016.
12.Çöküntülərin emal üsulların müasir həlləri, NEROAERA İstehsalat Ekoloji Birliyinin
texnoloji materialları. WABAG beynəlxalq korporasiyası, 2009.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəfizadə İ.H., Hüseynzadə M.T.,Eldarova G.Ə. Tullantı
sularının çöküntülərindən səmərəli istifadəsi üzrə...
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
84

UOT 697.97
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
85
Giriş
Məqalə binaların normativ mikroiqlimini təmin edən mərkəzi kondisioner sis-
temlərində emal olunan havanın soyudulması və nəmləndirilməsi üçün artezian su-
larının istifadəsi şərtlərini və səmərəliliyinin qiymətləndirilməsinə həsr olunub.
Bütün dünyada, o cümlədən Azərbaycanda da  ənənəvi enerji ehtiyatları və təbii
resursların  tədricən tükənməsi onların qənaətlə və səmərəli istifadəsini gündəmə
gətirib. Təbii və enerji resurslarından səmərəli istifadə – texnika və texnologiyanın
sürətli inkişafının müasir mərhələsində ətraf mühitə antropogen və texnogen təsirin
azalması şərtilə enerji və təbii resursların qənaətlə və ekoloji təhlükəsizlik nöqteyi-
nəzərdən daha da faydalı sərf olunması deməkdir. Bazar iqtisadiyyatı şəraitində
mövcud enerji sərvətlərinin qiymətinin artması, inşaat sənayesində də özünü gös -
tərir. Ona görə də binaların layihələndirməsi, inşası və istismarı zamanı yeni inşaat-
mühəndis texnologiyalarının işlənilməsi və innovativ iş üsullarının tətbiqinə böyük
ehtiyacın olması danılmaz həqiqətdir. Bu baxımdan binaların kondisioner sistem-
lərində artezian sularının istifadəsi şərtlərinin təhlili həm elmi həm də praktiki cəhəd-
dən olduqca aktualdır. 
(Səh. 85-92)
BİNALARIN 
KONDİSİONER SİSTEMLƏRİNDƏ  
ARTEZİAN SULARININ İSTİFADƏSİNİN
SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Əkbərova S.M. 
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı şəhəri, 
sqiom@yahoo.com
Abstract. The article is devoted to the assessment of the efficiency of the using
of cold artesian water  for air conditioning systems  in buildings for providing  their
microclimate conditions: cooling and humidification of the inside air. It is an  envi-
ronmentally friendly and energy-saving technology that  does not lead to environ-
mental  pollution.  Analysis  of  operation  of  central  air-conditioning  systems  of
buildings in terms of both scientific and practical use of artesian water is very im-
portant and can be used in different type of air conditioning systems according to
their assignment.


Поделитесь с Вашими друзьями:
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə