Water problems: science and technology


N.İ.Falkovskinin rekonstruksiyasından sonra



Yüklə 7.6 Kb.
Pdf просмотр
səhifə8/14
tarix06.07.2017
ölçüsü7.6 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

N.İ.Falkovskinin rekonstruksiyasından sonra.
a)
b)

Ovdanların klassik növləri iki, yeraltı və əsasən daşdan inşa edilmiş yerüstü
hissədən  ibarət  olur.  Tikintinin  fasadına  portal  şəkli  verilir,  portalın  yuxarı
hissəsində, yaxud yan tərəfində, bəzən  də daxildə tağların üstündə daşlarda ovdanın
inşası ilə bağlı məlumatlardan (ustanın adı, tikinti tarixi, ovdanın tikintisini sifariş
etmiş, yaxud tikintini maliyyələşdirmiş hansısa məşhur bir adama həsr olunması)
ibarət yazılar qazılırdı. Ovdanın yeraltı hissəsi onun içərisinə düşmək üçün pilləkən-
lərdən və pilləkənlərin sonundakı rezervuar və ya quyudan ibarət olur (şəkil 22 və
23).
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
66
Şəkil 22.  Su hovuzuna enən pilləli
dəhliz.
Şəkil 23.Ovdanın daxili divarları və
pilləkənləri.
Şəkil 24.
a)
b)

Ovdanlar iki məqsədlə inşa edilirdi: yağış və ərimiş qar sularını; qrunt sularını
toplamaq üçün. Birincilərin suyundan kənd təsərrüfatında suvarma və digər təsər-
rüfat  ehtiyaclarını  ödəmək  üçün  istifadə  edilirdi.  Belə  bir  ovdan  Xocahəsən
kəndindədir.
Şəkil 24-də Qobustanın şimalında indiyə qədər qalmış ovdanın girişinin (a) və
əks tərəfdən (b) fraqmentləri  göstərilmişdir. Yağış suyu ovdana maili qayalıqda
qazılmış novlarla axır.
İkinci ovdanlar qrupu təmiz içməli su mənbəyi hesab olunurdu. Belə ovdanlar
Maştağa, Vişnyovka, Nardaran  qəsəbələrində yaxşı vəziyyətdə sax lanılmışdır. Nar-
daranda onların sayı 4-ə çatır (şəkil 25) və bəzilərindən indi də istifadə edilir. Ən
qədim ovdan şah II Abbas tərəfindən 1665-ci ildə inşa etdirilmişdir. 
Bakıda  içəri  şəhərdə  Şirvanşahlar  kompleksindəki  ovdan  da  öz  memarlıq
görünüşünə görə digərlərindən çox fərqlənmir (şəkil 26).
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
67
Şəkil 25. Nardaran kəndinin ovdanları.
Şəkil 26.

Abşeronun Şaqan kəndindəki ovdanın qalıqları hələ də saxlanmaqdadır (şəkil
27).
Ovdanlara bənzər su qurğulıarı İtaliyanın Sardiniya adasında da aşkar edilmişdir
və turist marşurutlarına daxil edilmişlər (şəkil 28).
Kəhrizlər
Kəhrizlər yer kürəsinin 40-a qədər ölkəsində və ən çox yaxın şərqdə inşa edilmiş,
yeraltı suları toplayıb öz axarı ilə istehlakçılara çatdıran, yer altında müəyyən mail-
liyə malik üfüqi, dəhliz şəkilli  çox qədim tarixə malik suqəbuledici qurğulardır.
Tarixi faktlar bu qurğuların 2000-2200 il əvvəl yaradıldıqlarını deməyə imkan verir.
Arxeoloji qazıntılar zamanı əldə olunan materiallar sübut edir ki, Azərbaycan kəhriz -
lərin inşa edildiyi ilk ölkələrdən biridir (şəkil 29) və onlar hələ antik dövrdə bu
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
68
Şəkil 27.
Şəkil 28.
Şəkil 29. 
Kəhrizin ayrı-ayrı
elementlərinin
kəsikdə görünüşü:
1-qidalanma zonası;
2-sukeçirici lay;
3-ventilyasiya
quyusu; 
4-kəhrizin yer
səthindəki axar
hissəsi.

ərazidə mövcud olmuşlar [13]. Arxeoloji qazıntılar nəticəsində bu qurğular əsrlər
boyu Azərbaycanın müxtəlif bölgələrinin su təchizatında əhəmiyyətli rol oynamışlar.
Kəhrizlərdən Bakıda, Gəncədə, Qarabağda, Naxçıvanda geniş istifadə edilmişdir.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”ASC-nin verdiyi məlumata görə,
1938-ci ildə ölkədə ümumi sərfi 13,354 m
3
/s-ə bərabər olan 885-dən artıq kəhrizdən
istifadə edilirdi. Bu kəhrizlərin ümumi uzunluğu 1450 km təşkil edir ki, bu da Bakı
ilə Ankara arasında olan məsafəyə bərabərdir [13]. O cümlədən, Naxçıvan MR-da
ümumi sərfi 3 m
3
/s-yə bərabər olan 407 kəhriz fəaliyyət göstərirdi. 2000-ci ildə bu
kəhrizlərin sayı 2 dəfəyə qədər azaldı  və onlardan götürülən su 1938-ci il miqdarının
20-25%-ni  təşkil  etdi.  Çox  təəssüf  ki,  kəhrizlər  indi  əsasən  işğal  zonasında
qaldıqlarından daha bərbad vəziyyətə düşmüşlər. Naxşıvan MR-da 2004-cü ildə
yaradılmış Kəhriz İdarəsi tərəfindən 34-dən artıq kəhrizin işi bərpa edilmiş və bu iş
davam etdirilir. Şəkil 30-da Azərbaycanda kəhrizlərin yayılma xəritəsi verimişdir.
Arxeoloq  Y.H.Hümmel  1938-ci  ildə  Şəmkirçay  ətrafında  apardığı  arxeoloji
tədqiqatlar zamanı qəbristanda eramızdan əvvəl I əsrdə inşa edilmiş qədim kəhriz
qalıqları aşkar etmişdir. Yeraltı suları toplayıb öz axını ilə yer səthinə çıxaran bu
kəhriz bütöv bir hidrotexniki qurğudur. Orta əsr coğrafiyaşünası, IV əsrdə yaşamış
Həmdullah  Qəzvini  Təbriz  şəhəri  haqqındakı  əsərində  yazır  ki,  burada  şəhərin
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
69
Şəkil 30. Azərbaycanda kəhrizlərin yayılma xəritəsi.

bağlarını  suvarmaq  üçün  Səhənd  dağından  başlayan  Mehranrud  çayı  və  varlı
adamlar tərəfindən qazdırılan 900 kəhriz vardır. Yəzd şəhərində uzunluğu 70 km-ə
çatan kəhrizlər vardır.
S.Qasımova qaynaqlara əsaslanaraq qeyd edir ki, III-VII yüzilliklərdə Azərbay-
canda suvarma sistemində kəhriz sularından istifadə edilmişdir. Kəhrizlər Peruda
pakios və ya faques, İngiltərədə drenaj, Səudiyyə Ərəbistanında fala, Tunisdə fo-
qqara, Meksikada mambo və ya alkavar, Əfqanıstanda, Çində və Pakistanda karez,
İordaniya və suriyada  qanat romani, Mərakeşdə kettara, İspaniyada qaleriya və
pozeziya, Omanda və Birləşmiş Ərəb Əmirliyində  falaj, Belçikada kahn, Ukraynada
katakom adlanır. Əli Poladın yazdığı kimi “maraqlı budur ki,  farslar kəhrizə Azər-
baycanca qanat, azərbaycanlılar isə farsca kəhriz deyirlər [13].
Eramızdan əvvəl III əsrin başlanğıcı və II əsrin sonlarında Çində yeraltı suyu
toplayan  və  yer  səthinə  çıxan  şaquli  quyulara  malik  dəhlizli  birinci  kəhrizlər
yaradılmışdı. Bu dəhlizlərin uzunluğu 10 kilometrlərlə ölçülürdü. 
Sifonlar
Qədim romalılar su kəmərlərini dərələrdən keçirdikdə həmişə akveduklar inşa
etmirdilər. Dərə çox dərin olan hallarda onlar dərənin bir tərəfindən sərt endirilən
və digər tərəfindən yuxarı qaldırılan borular sistemi yaradırdılar. Onlara sifonun
əsas prinsipi məlum idi: su özünün əvvəlki səviyyəsinə qayıtmalıdır [4].
Məlumdur ki, sifon suyun bir səviyyədən digərinə aralıq yüksəlişdən “П” trayek-
toriyası ilə axdığı borudan ibarətdir.Qədim Romada tətbiq edilən sifonu əks sifon,
yaxud dyüker adlandırmaq daha doğru olar. Onlarda su “U”yabənzər boru ilə axır.
Sadə “U”-yabənzər sifonda bir tərəfdən daxil edilən maye digər tərəfdə həmən
səviyyəyə qədər qalxır. Roma sifonlarının uzunluğu çox olduğundan onlardakı basqı
itkiləri də çox olurdu ki, bu da sifonun çıxış səviyyəsinin girişdən bir qədər aşağıda
olmasını  tələb  edirdi.  Roma  imperiyasında  belə  sifonların  sayı  20-dən  çox  idi
(şəkil 32) [14]. 
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
70
Şəkil 31. Kəhriz dəhlizinin yer altında görünüşü.

Sifon bir qayda olaraq daşdan hörülmüş açıq kanalla dərənin kənarına qədər çatan
nöqtədən başlar və burada kərpicdən kanala perpendikulyar tikilmiş su basqı yaradan
rezervuara tökülərdi. Bu Rezervuar faktiki olaraq paylaşdırıcı rolunu oynayırdı. Belə
ki, sifon bir borudan yox, bir-birinə pa-ralel çəkilmiş bir neçə kiçik diametrli boru-
dan (doqquza qədər) ibarət olurdu (şəkil 33).Rezervuara birləşdirilmiş borular tor-
pağa  təxminən  1m  basdırılmaqla  dərənin  dibində  inşa  edilmiş  çox  da  hündür
olmayan körpüyə (venterə) çatana qədər yamacla endirilirdi. Körpünü inşa etməkdə
məqsəd hündürlük düşgüsünü azaltmaq olurdu.Venter U şəkilli sifonun yuxarısı ilə
aşağısı arasındakı məsafəni azaltmaqla statik təzyiqi də azaldırdı. Lakin bu zaman
körpünün əvvəli və sonunda borularda  iki kəskin əyilmə (genikulus) yaranırdı.Bu-
rada hidravlik zərbənin qarşısını almaq üçün romalılar boruları daş qalaqları ilə
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
71
Şəkil 33. Nim şəhərindəki (Fransa) akvedukun paylaşdırıcı hovuzu: a) müasir
görünüşü;b) sxemi.
Şəkil 32 . a) Qədim Roma sifonunun sxemi (şaquli istiqamətdə miqyas
böyüdülmüşdür);  b) Jye su kəmərinin (Fransa) Bonan sifonunun həqiqi profili 
və qradiyentləri.
Basqılı rezervuar 
Genikulus
Venter
Hidravlik qradiyent
Qəbuledici rezervuar
a)
b)

möhkəmləndirirdilər. İkinci genikulusdan sonra borular qarşı yamacla qalxaraq
yuxarıda basqı yaradan rezervuara bənzər qəbuledici rezervuarla birləşirdi. Su bu-
radan su kəmərinə axıdılırdı.
Hazırda Aspendos (Türkiyə) və Lion (Fransa) şəhərləri ətrafında sifonlar saxlanıl-
maqdadır. Lion su kəməri sistemində 9 qurğuşun borulu sifon vardır. Bu sifonların
borularının hazırlanmasına 12-15 ton qurğuşun sərf edilmişdir. 
Qədim yunanlar da su kəmərlərinin tikintisində sifonlardan istifadə etmişlər. Bun-
lardan ən böyüyü Kiçik Asiyadakı Perqamedədir. Bu sifonun tikintisi ellin monarxı
II Yevmenesin (eramızdan əvvəl 197-159-cü illər) hakimiyyəti dövrünə aid edilir.
Bu sifon bir xətdən ibarət olub, 190 m aşağı enir və uzunluğu 3 km-ə çatır. 
Nəticə
Yuxarıda göstərilən dəlillər sübut edir ki, qədim insanlar yer kürəsində həyatın
davam edərək inkişafı üçün böyük fədakarlıq göstərərək əsl mühəndis möcüzələri
yaratmış, su təchizatı elminin bugünkü səviyyəyə çatmasının əsasını qoymuşlar.
Bunun üçün biz insanlar onlara minnətdar olmalı, uca tanrıdan rəhmət diləməliyik.
Ədəbiyyat siyahısı
1. www.santehinfo.ru
2. http://vogean.com/katalog/142/index.php
3. http://santechmoda.ru/index.php?ukey=news&blog_id=97
4. http://santechinfo.com.ua/index.php?option=com_content&task=view&id= 112
<emid=47
5.  http://www.metalspace.ru/history-metallurgy/tom1/pipe/69-vodosnabzhenie-
moskvy.html
6. http://transenerqostroy.ru/bloq/pervye_truboprovody.html
7.  http://www.metalspace.ru/history-metallurgy/tom1/pipe/56-drevnejshie-trubo
provody.html
8.  http://www.metalspace.ru/history-metallurgy/tom1/pipe/62-rimskoe-trubnoe-
proizvodstvo. html
9. http://www.metalspace.ru/history-metallurgy/tom1/pipe/70-chuqunnye-truby.html
10. transenergostroy.ru/blog/pervye_truboprovody.html
11. Искендер ГАДЖИ - Бакинский рабочий.- 2011.-13 января.-c.4.
12. Kəhrizin səsi.Naxçıvan MR, Kəhriz Resurs Mərkəzi, 2007,10 s. 
13.Əli Polad - Bir damcı su, I cild. Bakı-İstanbul: A4 Ofset Matbaaçılık, 1911, s.232-
251.
14.http://www.metalspace.ru/history-metallurgy/tom1/pipe/61-sifony-i-
dyukery.html
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
72

UOT 628.31
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
73
Giriş
Ölkəmizin mühüm problemlərindən biri insanların təsərrüfat fəaliyyəti və səna -
yenin inkişafı nəticəsində getdikcə artan və əhalinin sağlamlığına təhlükə  yarada
bilən  çirkləndiricilərdən  ətraf  mühitin  mühafizəsidir. Azərbaycan  Respublikası
Prezidentinin  Sərəncamı  ilə  təsdiq  edilmiş  ölkənin  sosial-iqtisadi  islahatlara
söykənən  ümumi  inkişaf  konsepsiyasında  ətraf  mühitin  mühafizəsi,  insanların
sağlam təbii mühitdə yaşaması məsələləri mühüm yer tutur  [1].  Belə ki, ayrı-ayrı
regionlarda ətraf mühitin çirklənməsi yol verilən normativ göstəricilərdən yüksəkdir.
Şəhərlərimizin yaşayış sahələrinin genişləndirilməsi, abadlaşdırılması və sənaye
müəssisələrinin  inkişafı  nəticəsində  yaranan  tullantı  suların  həcmlərinin  artımı
müşahidə olunur. Məsələn, ancaq Bakı şəhərində formalaşan kommunal tullantı su-
larının miqdarı gündə təxminən 600 min m
3
təşkil edir. Sərəncama əsasən ətraf
mühitə  mənfi  təsir  edən  epidemioloji  amillərin  qarşısının  alınması  və  ekoloji
vəziyyətin yaxşılaşdırılması üçün bir sıra elmi-texniki və inzibati tədbirlər həyata
keçirilməlidir. Son illər ölkədə yaranan tullantı sularının təmizlənməsi üçün yeni,
müasir texnologiyalı stansiyalar tikilmiş, istismar olunan təmizləyici komplekslər
isə  genişləndirilmişdir  (Hövsan,  Sumqayıt,  Buzovna,  Şüvəlan  təmizləyici  stan-
siyaları, Oğuz, Zaqatala, Goranboy, Göygöl və digər şəhərlərin kompleks qurğuları).
Burada ildə milyonlarla məişət tullantı suları emal olunur.
Bu obyektlərdə tullantı suların müxtəlif təmizlənmə üsullarla emal edilməsi za-
manı stansiyaların ərazilərində böyük həcmdə bərk və maye halında olan zərərli
(Səh. 73-84)
TULLANTI SULARININ ÇÖKÜNTÜLƏRİNDƏN
SƏMƏRƏLİ İSTİFADƏSİ ÜZRƏ MÜASİR
YANAŞMALAR
Şəfizadə İ.H., Hüseynzadə M.T., Eldarova G.Ə.
“Azərsu” ASC, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Bakı şəh.,
mr.mammad”mail.ru 
Abstract. Waste water sediments polydisperse is a complex system. It is com-
posed of various beneficial organic substances and is rich in minerals needed for
agriculture. There are many ways to bring sediment processing  the quality required
the case(stabilisation, radiation, hot, burning and other). As a result, the valuable
materials are purchased: fertiliser, animal feed, fuel, electricity, steam heat.
Açar  sözlər: aşdırma,  qatılaşdırma,  çöküntülərin  emal  üsulları,  bitkilərin
gübrəsi, əlavə enerji.

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəfizadə İ.H., Hüseynzadə M.T.,Eldarova G.Ə. Tullantı
sularının çöküntülərindən səmərəli istifadəsi üzrə...
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
74
çöküntülər yığılıb toplanır. Onların həcmi yalnız Hövsan Aerasiya Stansiyasında
ildə 2 mln m
3
-ə çatır. Bu substansiya əsasən üzvi və mineral mənşəli mürəkkəb
çoxkomponentli maddələr qarışığından təşkil olunur. Çöküntülərin tərkibində təh-
lükəli patogen mikroorqanizmlərin və zərərli inqrediyentlərin olması onları zərər-
sizləşdirmədən ətraf mühitə atılması respublika qanunvericiliyinə görə qadağandır.
Müasir tədqiqatlar göstərir ki, çöküntülərin utilizə edilməsinin ən səmərəli yolu on-
ları müxtəlif üsullarla emal edib kənd təsərrüfatı istehsalında bioloji-aktiv gübrə
kimi istifadə edilməsi, əlavə qaz, yanacaq və digər lazimi materialların alınmasıdır.
Məlumdur ki, tullantı sularının çöküntülərində bitkilərə lazım olan xeyli miqdarda
mineral qida elementləri mövcuddur. Onların kütləsi bitkilərin normal boy artmasını
və inkişafını təmin edən biofil mikroelementlərlə zəngindir.  Eyni zamanda sənayesi
Cədvəl 1. Tullantı suların çöküntülərinin aqrokimyəvi və sanitar-mikrobioloji
xüsusiyyətləri
Göstəricilər
Ölçü 
vahidi
Çöküntülərin 
xüsusiyyətləri
Norma 
DÜST  P17.4.3.07- 2001
I. Sanitar- bakterioloji
Koli titr 
Titr
0,001-0,0001
Anaerob titr
Titr
0,001-0,0001
Helmint və həyat qabiliyyətli
yumurtacıqlar 
ədəd/kq
10- a qədər
olmamalı
Salmonellər, şeqellər və
dizenteriya qruplu bakterialar
ədəd/kq
olmamalı
olmamalı
II. Aqrokimyəvi
pH
vahid
6,0 - 6,4
5,5 – 8,5
Üzvi maddələr
%
40,0 – 60,0
≥ 20
Duzların miqdarı 
%
1,5 – 2,61
-
Ümumi azot
%
2,4 – 4,0
≥ 0,6
Ümumi fosfor
%
1,6 – 2,1
≥ 1,5
Ümumi kalium
%
0,4 – 0,7
-
P
2
O
5
(fosfor-(v)-oksid)
mq/kq
3100 – 3300
-
K
2
O (kalium-(1)-oksid)
mq/kq
320 – 450
-
NO
3
- (nitrat anionu)
mq/kq
35 - 81
-
III. Ağır metalların miqdarı
Cu (Mis) 
mq/kq
387- 548
1500
Ni ( Nikel) 
mq/kq
62 - 100
400
Zn (Sink) 
mq/kq
1040 - 2745
3500
Co (Kobalt)
mq/kq
17,7 – 21,2
-
Cd (Kadmium)
mq/kq
43,5 – 55,0
30
Pb (Qurğuşun)
mq/kq
36,5 – 68,0
500
Cr (Xrom)
mq/kq
321 - 440
1000

inkişaf etmiş rayonların tullantı sularının çöküntülərində ekosistemin potensial çirk-
ləndiricisi olan zərərli elementlərə – sianid, nikel, kobalt, qurğuşun, kadmium, civə
və digər ağır metallara, əhalinin sağlamlığına təhlükə yaradan qorxulu patogen
mikroorqanizmlərə – salmonella, helmintlər, sistitlərə rast gəlinir. Tullantı suların
çöküntüləri mürəkkəb bir polidispers sistem təşkil edir. Çöküntülərin aqrokimyəvi
və sanitar-mikrobioloji xüsusiyyətləri cədvəl 1-də verilib [2].
Buna görə Avropa Birliyinin bir çox ölkələrində tullantı çöküntülərin emalı və
istifadə sahələrinə aid normativ bazaları yaradılmışdır  (direktiv sənədlər, hüquqi
aktlar, standartlar).
Tədqiqatın şərhi
Ümumiyyətlə öz effektliyinə görə tullantı suların zərərsizləşdirilmiş çöküntüləri
ənənəvi üzvi və mineral gübrələrdən ayrılmır. Son illər xaricdə kommunal tullantı
suların susuzlaşdırılmış çöküntülərindən və onların külündən faydalı istifadə üsulları
işlənib hazırlanmışdır. Onların keyfiyyətini lazım və tələb olunan hallarına çatdır-
maq məqsədi ilə onlar bir çox üsullarla – bioloji, kimyəvi, aerob stabilləşdirilmə,
elektromaqnit şüalanma, komposlaşdırılma və posterizasiya, qızdırma, yandırma və
digər üsullarla emal olunur. Çöküntülərin kənd təsərrüfatında, meşəçilikdə, tor-
paqların rekultivasiyasında, yaşıllaşdırılmada gübrə kimi istifadə olunması onların
utilizə edilməsinin perspektiv istiqamətləridir. Xarici ölkələrin ayrı-ayrı  sahələrində
onların regional geoekoloji xüsusiyyətlərindən asılı olaraq aqrosənayedə tullantı su-
ların çöküntülərindən müvəffəqiyyətlə istifadə olunur (Avropanın qərb ölkələrində
çöküntülərin 30-40%-dan, ABŞ-da isə 60%-dan istifadə olunur). Dünyada tullantı
suların çöküntülərindən təkrar istifadə olunması dayanıqlı tendensiyaya çevrilmişdir.
Tulantı sularını təmizləyən qurğulardan çıxarılan və müxtəlif fiziki xüsusiyyətlərə
malik  olan  çöküntülərin  ümumi  sərfi  stansiyada  emal  olunan  tullantı  suların
təxminən  bir  faizini  təşkil  edir.  Respublikada  istismar  olunan  təmizləyici  stan-
siyaların ərazilərində tullantı sularından ayrılmış maye halında olan xeyli çöküntülər
əmələ gəlir və orada tədricən toplanır.
Bir vaxtlar təmizləyici qurğularda formalaşan çöküntüləri qurutmaq və həcm-
lərini azaltmaq məqsədilə onları açıq və böyük sahələrə malik olan drenajlı dəmir-
beton lil sahələrinə axıdırdılar. Burada lillər bir tərəfdən qravitasiya qüvvələrinin
təsiri  nəticəsində  tərkibindəki  suları  drenaj  sisteminə  axıdır,  digər  tərəfdən  isə
günəşin təsirindən lil suları buxarlanır və çöküntülərin həcmini azaldır. Lillərin belə
qurudulması (nəmliyinin 85%-ə çatdırmaq) üçün çox böyük tikinti sahələri və uzun
müddət vaxt tələb olunur. Qurudulmuş çöküntülərin fiziki-mexaniki halı imkan
verəndə  onları  lil  sahələrindən  maşın  mexanizmlərlə  xüsusi  seçilmiş  tullantı
sahələrinə daşınırdı. Hazırda respublikamızın təmizləyici stansiyalarında dünyada
geniş yer tutmuş yeni lil sıxlaşdırıcı qurğuları istifadəyə verilib.
75
4/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəfizadə İ.H., Hüseynzadə M.T.,Eldarova G.Ə. Tullantı
sularının çöküntülərindən səmərəli istifadəsi üzrə...

76
4/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
Şəfizadə İ.H., Hüseynzadə M.T.,Eldarova G.Ə. Tullantı
sularının çöküntülərindən səmərəli istifadəsi üzrə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Son illər susuzlaşdırılmış lillərədən təkrarən səmərəli istifadə etmək məqsədilə
onları xüsusi üsullarla müvafiq qurğularda emal olunur. Çöküntülərin bir çox is-
tehsalatlarda material kimi  istifadə edərək utilizasiya etmək mümkündür: kənd
təsərrüfatında,  tikinti  materialları,  bioyanacaq,  enerjinin  alınması,  çöküntünün
pirolizindən aktivləşmiş kömür, yarımkoks, sərbəst azot və fosfor almaq müm -
kündür [3, 4].
Tullantı sularının utilizə üsullarından biri də onları bioloji aktiv gübrə kimi kənd
təsərrüfatında istifadə edilməsidir. Bu üsul ən önəmli və dünyada geniş yayılmış bir
üsuldur. Suvarılan torpaq sahələrində aparılan tədqiqatlar göstərir ki, çoküntülərin
hətta kiçik dozası gübrələrin  effektivliyini yüksəldir,   torpaqların mikroflorasını
aktivləşdirir və onların xüsusi fiziki nəmliyini yaxşılaşdırır.
Bu çoxkomponentli maddələr qarışığı əsasən üzvi-mineral həll olunmuş və həll
olunmamış qarışıqlardan təşkil olunub. Çöküntülərin tərkibində olan üzvi mad-
dələrlə yanaşı (azot, fosfor, kalium və kalsium) kənd təsərrüfatının müxtəlif bitk-
ilərinin  məhsuldarlığını  artıran  və  bitkilərdə  gedən  biokimyəvi  reaksiyaları
sürətləndirən mikroelementlərlə (bor, manqan, mis, sink, nikel, kobalt, molibden)
zəngindir [5]. Cədvəl 2-də müxtəlif ölkələrin tullantı sularının çöküntülərinin tər -
kibində bitkilərə lazım olan üzvi maddələrin miqdarları təqdim olunub. Cədvəldən
göründüyü kimi çöküntülərin qiymətli elementlərin miqdarı dünyanın şəhərlərində
bir-birindən çox fərqlənmir (azot-1,7-2,9%, fosfor- 1,2-2,7%, kalium-0,2-0,4, kal-
sium-3,2-4,6%, natrium-0,2-0,3)


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə