Water problems: science and technology


ƏN QƏDİM SU TƏCHİZATI QURĞULARI



Yüklə 7.6 Kb.
Pdf просмотр
səhifə7/14
tarix06.07.2017
ölçüsü7.6 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   14

ƏN QƏDİM SU TƏCHİZATI QURĞULARI
Kəngərli A.C.
AzMİU, Bakı şəhəri, asif-kengerli@mail.ru
Abstract.  Information is given about devices of ancient water-piping in the ar-
ticle.
Açar  sözlər: qədim  boru  kəmərləri,  yeraltı  su,  su  təchizatı,Bazilika  sisterni,
ovdan, köhnə dünyanın akvedukları, yeraltı su anbarları.
Suya ecazkar bir hakimiyyət verilmişdir –
yer üzərində  həyat şirəsi olmaq.
Leonardo da Vinçi
Şəkil 1. Lingli sistemlə suyun qaldırılması. 

dıl mışdı.  Era mızdan  əvvəl  1250-ci  ildə
çökəklik  yerlər  və  kanallarda  olan  suları
nisbətən  hündür  yerlərə  qaldırmaq  üçün
şadufdan (bu qurğulara leylək də deyilirdi
və onun şəkli indiyə qədər Fivadakı sərd-
abədə qalmaqdadır) (şəkil 3) və suqaldırıcı
təkərlərdən  istifadə  edilirdi.  Strabon
tərəfindən  Nil  çayı  sahilində  yerləşən
qalaların birinə su qaldıran təkərin təsviri
verilmişdir.  Bu  təkər  150  qul  tərəfindən
həkətə gətirilirdi [1].
Su qədim xalqların bir çoxunda olduğu
kimi  yunanlar  və  romalılarda  da  ilahinin
bəxş  etdiyi  bir  maddə,  dünyanın  yaran-
masında rolu olan elementlərdən biri kimi
qəbul edilirdi. Bu inanc onlara şirin suyun
böyük qiymətə sahib olduğu Yaxın Şərqdən
gəl mişdi.  Hələ  qədim  Roma  dövlətinin
yaranmasından  xeyli  əvvəl Yaxın  Şərqdə
suyu toplamaq üçün torpaq bəndlər və daş-
dan  yonulmuş  su  kəmərləri  inşa  edilirdi.
Era mızdan əvvəl  VII əsrdə qədin Nineviya
yaxınlığında  uzunluğu  40  km  olan  su-
daşıyıcı  kəmər  tikilmişdi  [2].  Bu  kəməri
çaydan  keçirmək  üçün  assuriyalılar  hər
birinin  aşırımı  2,74  m  olan  beş  tağlı  daş
körpü-akveduk  inşa  etmişdilər.  Kəmərin
900 m-i süni daş yataq üzərində döşənmiş
2,3 m enində açıq kanaldan ibarət idi.
Su  təchizatı  sistemlərinin  inkişaf  tari -
xində qədim Roma su kəmərləri xüsusi yer
tuturlar.  Onların  indiki  dövrümüzə  qədər
qalmış qalıqları antik dünya üçün mühəndis
düşüncəsinin  yüksək  inkişaf  səviyyəsini
göstərir. 
Keçmişin  ən  böyük  şəhərlərindən  biri
olan, təpələr üzərində yerləşmiş Roma imperiya dövründə 600 mindən 2 milyona
qədər sakinə və 11 su kəmərinə malik olmuşdur. Onlardan birincisi tikinti layihəsinə
rəhbərlik etmiş Appiy Klavdiyin adını daşıyan uzunluğu 16 km olan Appiy kəməri
e.ə. 312- ci ildə inşa edilmişdi. Uzunluğu 70 km olan ikinci  kəmər e.ə. 274-cü ildə
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
4/2016_55_Şəkil_2._Təkərli_suqaldırıcı.'>SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
55
Şəkil 2. Təkərli suqaldırıcı.
Şəkil 3.

Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
56
4/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
istifadəyə verilmiş, sonra uzunluğu 91km olan üçüncü - Martsiya su kəməri inşa
edilmişdi. Dördüncü su kəməri eramızdan əvvəl 127-ci ildə istismara verilmişdi.
Ümumiyyətlə Roma su kəmərlərinin ümumi uzunluğu 436 km təşkil edirdi ki, bunun
da  55  km-i  körpülər  üzərində  yerləşirdi.  Bu  kəmərlər  vasitəsilə  fəvvarələri  və
hamamları ilə məşhur olan şəhərə hər gün 700 min km
3
-dən 1 milyon km
3
-ə qədər
su verilirdi. Bu qədər çox su sərfinə şəbəkədə  o zaman bağlayıcı  armaturun  olma-
ması  səbəb  idi. Su  sistemdə fasiləsiz axır və kanalizasiyanın yuyulmasını təmin
edirdi. Bu qədər böyük miqdarda suyun verilməsini o vaxtlar heç bir su qaldırıcı
qurğunun təmin edə bilməməsi su mənbələrinin yüksəklik yerlərdə axtarılması və
suyun öz axımı ilə şəhərə  nəql etdirilməsini tələb edirdi [3].
Müasir kompyüter modelləşdirilməsi ilə sübut edilmişdir ki, bundan 1,5-2 min
əvvəl yaradılmış qədim roma su kəmərləri indiki standartlara tamamilə uyğun gəlir
[4].
Fələstində hələ eramızdan əvvəl 1200-ci ilə qədər su üçün kanallar inşa edilmişdi.
Iudey çarı İrod səhrada su təchizatı sistemi yaratmışdı. Səhraya suyun gətirilməsi o
vaxtkı mühəndislərin böyük nəaliyyəti idi.Yağışlar dövründə qazılmış iki böyük
çala  su  ilə  dolur  və  inşa  edilmiş    sədlər  vasitəsilə  suyu  müəyyən  səviyyədə
saxlayırdılar. Bütün  bu  sistem yeddi sarayı su ilə təmin edirdi.  [4].
1631-ci ildə tikintisinə başlanmış kreml basqılı  su kəməri də elementlərinin kons -
truksiyalarına görə böyük maraq doğurur (şəkil 4). Bu sistemin tikintisi saat və su
ustası Xristofor Haloveyə (o, kremlin Spasski qülləsindəki saatın müəllifidir) və rus
sənətkarları Antip Konstantinova və Trefil Şarutinə tapşırılmışdı [5]. Su Moskva
çayından boru vasitəsilə  öz axarı  ilə Sviblov qülləsinin altındakı ağ daşdan inşa
edilmiş və diametri 5 m-ə, dərinliyi 9 m-ə yaxın olan quyuya daxil olurdu. Bu qül-
ləyə suqaldırıcı qüllə də deyilirdi. Qüllədə yerləşən və atların köməyilə hərəkətə
gətirilən suqaldırıcı mexanizmlə su elə bu qüllədə yerləşən və qurğuşunla üzlənmiş
basqı yaradan çənə verilirdi. Oradan qurğuşun borularla Köhnə pul həyəti yaxın-
lığındakı tənzimləyici çənə ötürülürdü. Buradan su torpağa basdırılmış qurğuşun
borularla müxtəlif istiqamətlərə paylanırdı. Sistemə çoxsaylı suqaldırıcı anbarlar
daxil idi. Sistemin sutkalıq məhsuldarlığı 4000 vedrəyə çatırdı.
Akveduklar
Qədim su kəmərlərini sudaşıyıcılar  adlandırmaq daha düzgün olar. Onların əsas
vəzifəsi hündürlüklər fərqi hesabına suyu mənbədən tələbatçılara çatdırmaq olmuş-
dur. 
Belə sudaşıyıcılar və ya akvedukların (aqua – su  və ducere – aparmaq) neolit
dövründən mövcud olduqları aşkar edilmişdir. Akveduklar müxtəlif materiallardan
və əksər hallarda daşdan inşa edilmişlər. Sonralar inşaat materialı kimi kərpic, polad
və digər materillardan istifadə olunmuşdur.

Qədim Dünyada ilk kiçik akveduklar eramızdan əvvəl 2 və 3-cü minilliklərdə
Misirdə  və  Assiriyada  (indiki  İrakın  ərazisində)  inşa  edilmiş  və  təəssüf  ki,
dövrümüzə qədər qalmamışlar. 
Bu sahədə ən böyük ustalığa Qədim Romanın mühəndisləri sahib olmuşlar. Əha -
lisinin sayı 1 milyona çatmış şəhərdə əhalini içməli su ilə təmin etməkdən əlavə
texniki tələbatı da ödəməyə böyük ehtitac vardı. Bunun üşün dağlarda olan suların
şəhərə çatdırılması tələb olunurdu. Birinci akveduk eramızdan əvvəl IV əsrdə inşa
edildi və eramızdan əvvəl III əsrdə artıq onların sayı 11-ə çatmışdı. Eramızın I əs-
rində uzunluğu təxminən 60 km, hündürlüyü 27 m olan məşhur Klavdiya akveduku
inşa edildi (şəkil 5) [2]. 
Digər roma akveduku Fransanın cənubunda Hard çayı üzərində inşa edildi (şəkil
6). Bu qurğunun müasir adı Pon-de-Har və ya Hard körpüsüdür. Akveduk Nim
şəhərini su ilə təchiz edirdi. Körpü uzunluğu 50 km olan mürəkkəb Nim sisteminin
indiyə qədər qalmış qalığıdır. Körpünün hündürlüyü 49 m, uzunluğu 275 m-dir.Kör-
püdə üç tağ səviyyəsi var. Birinci səviyyə 6 tağdan ibarətdir. Hər iki sahili birləşdirən
mərkəzi tağın aşırımı 24,5 m-dir. İkinci səviyyə 11 tağdan, axırıncı – su kəməri boru-
larının döşənməsi üçün nəzərdə tutulmuş üçüncü səviyyə isə bir qədər kiçik ölçülü
35 tağdan ibarətdir. Akvedukun üzərində onun eramızdan əvvəl 19-cu ildə, imper-
atorun dostu, kürəkəni, sərkərdə və   Aqrippenin konsulu Avqustun vaxtında  inşa
edildiyini göstərir. Lakin, arxieloqlar və tarixçilər texniki cəhətdən belə yüksək
səviyyədə inşa edilmiş qurğunun daha sonralar, yəni  eramızın II əsrində yaradıl -
dığını iddia edirlər. Hazırda akvedukdan körpü kimi istifadə edilir.
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
57
4/2016_SU_TƏCHİZATI,_TULLANTI_VƏ_YAğIŞ_SULARI_SİSTEMLƏRİNİN_İDARƏ_OLUNMASI_SU_PROBLEMLƏRİ:_ELM_VƏ_TEXNOLOGİYALAR_Şəkil_4_._Kremlin_ilk_basqılı_su_kəməri_sistemi.'>4/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəkil 4 . Kremlin ilk basqılı su kəməri sistemi.

58
4/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Daha belə bir akveduk İspaniyanın Seqoviya şəhərində yerləşir (şəkil 7). Akve-
dukun hündürlüyü 30 m, uzunluğu 17 km-dir. Mərkəzləşdirilmiş su təchizatını təmin
etmək üçün su bu akvedukdan mərkəzi sisternə axıdılır və oradan şəhərdaxili sis-
temlərlə paylanırmışdır. XI əsrdə akveduk mavrlar tərəfindən qismən dağıdılsa da
XV əsrdə bərpa edilmiş və hazırda Seqoviyanın rayonlarını içməli su ilə təchiz et-
məkdə davam edir.
Hazırda şəhərin mərkəzində qurğunun qorunub saxlanmış bir aşırımı yerləşir
(şəkil 8). 
Şəkil 5. Klavdiya Akveduku.
Şəkil 7. Seqoviyadakı Roma akveduku.
Şəkil 6. Pon-de-Har akveduku.

Roma 
akvedukları 
hətta
Afrikada da inşa edilirdi. Bu qurğu-
larla Sezariya (akvedukun uzunluğu
23  km),  və  Maktar  (9  km)  su  ilə
təchiz edilirdi. II əsrin əvvəllərində
Romanın  baş  su  təchizatçısı  olan
Yuliy Frontin qeyd edirdi ki, akve-
duklar Roma imperiyasının əzəmə-
tinin əsas şahidləri sayılırlar. Onları
hətta faydasız Misir piramidaları və
Yunanıstanın bayramsayağı saray-
ları  ilə  müqayisə  etmək  olmaz.
Doğrudan da bu su təchizatı sistemləri sivilizasiyanın inkişafına böyük təkan vermiş,
hamamlar, hovuzlar, fəvvarələrin tikintisinin əsasını qoymuşdu. 
Ən uzun akveduk romalılar tərəfindən Romada yox indiki Tunisin ərazisində,
məşhur Karfagen şəhərini su ilə təchiz etmək üçün  inşa edilmişdir. Karfagenin əsası
müasir Livanın ərazisində yerləşmiş Finikiya sakinləri tərəfindən eramızdan əvvəl
825-ci ildə qoyulmuşdur. Roma ilə müharibələrdə tam məğlub olmuş Karfagen
dağıdılmış və bir neçə onilliklərdən sonra onun yerləşdiyi ərazidən bir neçə kilometr
aralı  Roma  koloniyası  olan  yeni  Karfagen  salınmışdır.  Sürətlə  inkişaf  edən
koloniyanı su ilə təchiz etmək üçün Atlas dağlarında olan mənbələrdən Karfagenə
su gətirmək üçün Roma mühəndisləri uzunluğu 132 km, bəzi sahələrdə hündürlüyü
20 m-dən artıq olan akveduk inşa edilmişdir. Bu qurğu vasitəsilə şəhərə saniyədə
400 l-ə qədər su verilirdi. 
Dağlarda suyun toplanması və bu qurğunun bəzi fraqmentləri 2000 ilə qədər
ömür sürmüş və indiki dövrə qədər dayana bilmişdir (şəkil 9).
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
59
Şəkil 9. a) Atlas dağlarında suyu toplayan keramik boru kəməri; 
b) Karfagen akvedukunun fraqmentləri.
Şəkil 8.
a)
b)

Daha bir məşhur akveduk indiki İstanbul şəhərində, Mərmərə dənizinin sahilində
yerləşir. Vaxtilə Konstantinopol adlanan bu şəhərdə ilk ictimai su təchizatı sistemi
hələ eramızdan əvvəl  I-IV yüzilliklərdə yaradılmışdır. Konstantinopolda 40-dan
çox yeraltı su anbarı olmuşdur [6]. 
Bunlardan ən məşhuru – Bazilika su anbarı İstanbulun tarixi mərkəzi olan müqəd-
dəs Sofiya kilsəsi yaxınlığındadır (şəkil 10). Ölçüləri 145x65x8 m olan bu su anbarı
yer altında əzəmətli sütunlu salonu xatırladır. Anbarın örtüyünü 336 sütun saxlayır
(hər birində 28 sütun olan 16 sırada düzülmüş). Anbar 250 ilə yaxın bir zamanda –
eramızın IV-VI əsrlərində inşa edilmiş və 1000 ilə yaxın bir dövrdə istismarda ol-
muşdur. Hazırda İstanbulun ən baxımlı müzeylərindən biridir. Bu şəhərdə imperator
Valentin vaxtında (364-378-ci illər) inşa edilmiş, XVI əsrin əvvəlində baş vermiş
zəlzələdə dağılmış və sonralar memar Sinan tərəfindən bərpa edilmiş  Valenta akve-
dukunun fraqmentləri qalmaqdadır (şəkil 11). 
Akvedukun hündürlüyü 30 m, uzunluğu 1 km-dən artıq olmuş və XX əsrə qədər-
təxminən 1600 il fəaliyyət göstərmişdir.
Boru kəmərləri
Romada 500 il ərzində inşa edilmiş 11 su kəmərinin supaylaşdırıcı boru sistem-
inin ümumi uzunluğu təxminən 350 km olmuşdur ki, bunun da yalnız 47 km-i yer
üstündə, qalan hissəsi isə yer altında döşənmişdir.  Su birinci növbədə imperator
sarayına, sonra ictimai hamamlara və fəvvarələrə, sonda dövlətlilərin şəxsi evlərinə
verilirdi. 
Akveduklardan  fərqli  olaraq  Romanın  su  kəmərləri  sistemi  texniki  cəhətdən
mükəmməl deyildi. Hər bir paylaşdırıcı sistemdən istehlakçıya bir-birləri ilə əlaqəsi
olmayan  yeraltı su borusu çəkilirdi və sonunda heç vaxt bağlanmayan, heyvan şək-
lində ventil qoyulurdu (şəkil 12).Bu da həddindən artıq su itkisinə səbəb olurdu.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
60
Şəkil 10. Bazilika su anbarı.
Şəkil 11. Valenta akveduku.

Maraqlıdır ki, romalılar tərəfindən beton
boruların  istehsalı  yaradıl mış dı.  Müasir
mütəxəssislərin qiymət ləndirmələrinə görə
bu borular saxsı və ya qurğuşundan istehsal
edilən  borularla  müqayisədə  daha  yüksək
basqıya davamlı idilər.Bu borular xaricdən
21 sm uzunluğa malik tərəfləri olan kvadrat
şəkilli olub daxildə 6-8 sm diametrli hazır-
lanırdı. Uzunluğu təxminən 95 sm olan bo -
rular ağız-ağıza birləşdirilir, birləşmə yerləri
məhlul  və  betonla  kipləşdirilirdi.  1875-ci
ildə fransız mühəndisi Ejen Belqran roma
boruları  hazırlayaraq  hidravliki  sınaqdan
keçirmiş və onların yalnız 18 bar təzyiqdə
dağılmalarını  təyin  etmişdi.  Belə  borular
Qərbi Almaniya arxeoloqları tərəfindən Tu -
nisin Karfagen ərazisində aşkar edilmişdir
[2]. 
Konstantinopolda  daxili  diametri  400-
500  mm  olan  mərmər  boru  bölmələri  və
içərisi  elə  bu  diametrlərdə  deşilmiş  daş
bloklardan inşa edilmiş su kəməri də olmuş-
dur.  Boru  bölmələri  bilərziklər  vasitəsilə
birləşdirilmiş və  birləşmə yerləri təbii ma-
teriallarla  kipləşdirilmişdir. Hazırda  İstan-
bul arxeoloji muzeyində belə su kəmərinin
bəzi elementlərini görmək mümkündür.
Qədim  Yunanıstanda  şəhərlərin  su  ilə
təchizatı sahəsində böyük işlər görülmüşdür.
Ölkənin şimalında aparılmış qazıntılar zamanı su axarları olan hovuzlar və vanna
otaqları aşkar edilmişdir.  Bu hovuzlardan  bəziləri  indiki  zamana qədər əvvəlki
və ziyyətində saxlanmışdır. Onlara gildən hazırlanmış borularla (şəkil 13) su verilir.
Qədim  boru  kəməri  infrastrukturunu  Egey  dənizi  sahilində  yunan  müstəm-
ləkəçiləri tərəfindən eramızdan əvvəl XI əsrdə əsası qoyulmuş Efes şəhərində gör-
mək mümkündür. Roma imperiyasına birləşdirilən bu şəhər eramızdan əvvəl 27-ci
ildə Romanın Asiya əyaləti mərkəzinə çevrildikdə burada akveduklar sistemi və
şəhər daxili su kəməri inşa edildi. Su kəməri yerüstü və yeraltı çəkilmiş saxsı boru-
lardan ibarət idi. Onların birləşmə yerləri Konstantinopolda olduğu kimi təbii ma-
teriallarla kipləşdirilmişdi (şəkil 14 və 15). İnfrastrukturun belə səviyyəsinə məşhur
avropa şəhərlərində yalnız XVIII-XIX əsrlərdə çatılmışdı.
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
61
Şəkil 12.
Şəkil 13.

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
62
Hazırda  məlum  olan  metal  boru  kəmərlərindən  ən  qədimləri  Misirdə  aşkar
edilmişdir.Faraon Suxarenin Abusiredəki piramidasının saray hissəsində aparılmış
arxieoloji qazıntılar zamanı misdən hazırlanmış, diametri təxminən 45 mm, divarının
qalınlığı 1,4 mm olan boru fraqmentləri tapılmışdır. Boru kəmərinin eramızdan əvvəl
təxminən 2500-ci ildə çəkildiyi güman edilir [7].
Misirlilər çox qədim zamanlardan su təchizatı sistemlərinin çəkilişində saxsı və
qurğuşun borulardan istifadə edirdilər. Bizim eradan əvvəl 2200-ci ildə Krit adasın-
dakı Knoss sarayına su verən basqısız sudaşıyıcı sistemin inşasında belə borulardan
istifadə edilmişdi. 
Qədim  Roma  qurğuşun  borularının  hazırlanma  texnologiyası  şəkil  16-da
göstərilir. Qurğuşun lövhə əvvəlcə  müəyyən xarici diametrə malik özək ətrafında
bükülür və lövhənin hər iki sonu şəkil 16-da göstərilən variantların birindən istifadə
etməklə birləşdirilirdi. Əksər hal-
larda  armudabənzər  en  kəsik
şəkilli  boruların  tikişləri  qalay-
qurğuşun qarışığı ilə lehimlənirdi.
Hazırlanmış borular oval, yaxud
armudabənzər en  kəsiyə  malik
olurdular. Odur ki, bu üsulla çox
böyük  diametrə  malik  boru  is-
tehsal  etmək  mümkün  olmurdu.
Belə  boruların  xarici  diametri
250-270 mm, divarlarının qalın-
lığı 30-50 mm təşkil edirdi [8].
Şəkil 14. Efes şəhərinin saxsı borulardan çəkilmiş su kəməri.
Şəkil 15. Efes su kəmərinin boru bölmələri.

Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
63
Çuqun  borular  ilk  dəfə  1662-ci  ildə  memar  de Vilin      layihəsi  əsasında  usta
R.Salem tərəfindən Versal fəvvarələrinin su kəmərində tətbiq edilmişdir. Fəvvarələrə
su çatdıran lövhəli birləşməli (flanslı) çuqun boruların diametri  228-406 mm, uzun-
luqları isə 1,52 m olmuşdur. XVIII əsrin sonlarında çuqun borulardan istilik sistem-
lərinin inşasında geniş istifadə edilməyə başlanmışdır. Fransız mühəndis de Şaban
1817-ci ildə Paris konservatoriyasının binasının, 1819-cu ildə isə Londonda lord
Derbinin qış sarayında və Vaksfild istilikxanasının istilik sitemində bu borulardan
istifadə  etmişdir.  Görkəmli  rus  mühəndisi Andrey  Delviq  1853-1858-ci  illərdə
Moskvanı Mıtişşinsk mənbələrindən qidalandıran Rostokinsk su kəmərinin yenidən
qurulmasında yuxarı kərpic dəhlizi çuqun borularla əvəz  etmişdir [9].
Su  təchizatı  sistemləri  ancaq  Avrasiya  ölkələrində  yaradılmırdı.  Cənubi
Amerikanın hindu qəbilələri də su nəql etdirmək üçün müxtəlif sistemlər yara -
dırdılar. Bu sistemlər hündür dağlıq ərazilərdən əhalinin yaşadığı yerlərə suyu nəql
etdirmək üçün mürəkkəb kanallar və su anbarlarından ibarət olurdu. Cənubi Amerika
ərazisində belə tipdən olan 8 km uzunluğa malik ən qədim akveduk Kumbe-Mayo,
təxminən  eramızdan  əv -
vəl  1500-ci  ildə  3,3  km
hündürlükdə inşa edil miş -
di. Nadir qurğulardan biri
də era mızın XV əsrində,
müa sir Perunun ərazi sin -
dəki  Andlarda  yerlə şən,
ink lərin müqəddəs şəhəri
olan  Maçu-Pikçu-da  də -
niz səviyyəsindən 2500 m
hündürdə inşa edil mişdir
(şəkil 17). Təmiz su yük-
sək  dağlıq  mənbələrdən
süni kanallar sistemi va-
sitəsilə  şəhərə  axıdılırdı
[10].
Şəkil 16.   Qurğuşun boruların hazırlanma sxemləri.
Şəkil 17. İnklərin Maçu-Pikçu şəhərinin görunüşü.
lehimləmə

Tarixçilərin çoxsaylı məlumatlarına görə eramızdan əvvəl birinci minilliyin or-
talarında su kəməri Yaxın Şərq, Hindistan, Çin və Yunanıstanın demək olar ki, bütün
xalqları tərəfindən inşa edilmişdir. Eramızdan əvvəl VI əsrdə hökmdar Polikrat
tərəfindən inşa etdirilmiş samos akveduku ən məşhur qədim yunan su kəməri hesab
edilir. Dağda uzunluğu 1 km-ə yaxın lağım şəklində inşa edilərək içərisində borular
düzülmüş bu kəmər adanın cənub-şərq hissəsini içməli su ilə təchiz edirdi. Afinanın
Keramikos  rayonunda  aparılan  qazıntılar  zamanı  o  zamana  aid  edilən  digər  su
kəmərinin fraqmentləri aşkar edilmişdir.
Eramızdan əvvəl VII-VI əsrlərdə Misirdə, Assiriyada və yaxın Şərqin bir sıra
ölkələrində müxtəlif şəkilli akveduklar inşa etməyə başladılar.
Orta əsr şəhərlərinin əksəriyyətində su kəmərləri
ağac  borulardan  inşa  edilirdi.  Ağacların  göv -
dələrinin özəyi əl ilə deşilərək çıxarılırdı (şəkil 18).
Bu çox zəhmət tələb edən iş idi. Bir usta bir gündə
10 m-dən artıq boru düzəldə bilmirdi. 1430-cu ildə
Almaniyada ağac boru istehsalı üçün xüsusi deşici
maşın  yaradıldı  və  bu  maşın  Leonardo  da Vinçi
tərəfindən konstruksiyasına fırlanma sürətləndiri-
cisi daxil edilməklə təkmilləşdirildi. XVII əsrdə
maşın buxar intiqalı ilə təchiz edildi.
Ağac borulardan ilk su kəməri XII əsrin əvvəl-
lərində  Novqorod  şəhərində, Yaroslavın  malika -
nəsində  inşa edilmişdir (şəkil 19). İvan Kali tanın
vaxtında  su  Moskva  çayından  Kremldəki  gizli
quyuya palıd ağacı gövdəsində deşilərək hazırlan-
mış borularla axıdılırdı.XX əsrin əvvəllərində bu
borulardan Britaniya Kolumbiyasında geniş isti-
fadə edilirdi (şəkil 20) 
Sonralar çarın malikanələrində, monastırlarda
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
64
Şəkil  18. Ağac boruların
hazırlanması.
Şəkil 19.

və  iri  təsərrüfatlarda  metal
borulardan  su  kəmərləri
çəkilməyə  başlandı.  1641-
1662-ci  illərin  salnamə lə -
rinə görə Troitse - Ser  gi yev
lavrasının  quyusunda  suyu
qəbul edərək mis borularla
qaldıran  qurğu  yaradıldı
(şəkil 21a). 
XVII  əsrdə  Moskvada
küçə su kəmərlərinin çəkil-
işində qurğuşun borulardan
geniş istifadə edilirdi [11]. 
Ovdanlar
Ovdanlar Abşeron  yarımadasında  içməli  su  toplamaq  üçün  XV  əsrdən  geniş
yayılmış qurğulardan hesab edilir.”Ovdan” sözü “su yaranan yer” mənasını verir.
Bu qurğular Azərbaycan xalqının yaratdığı nadir memarlıq abidələri və mühəndis
məfkurəsinin  məhsulu  olub  dünyada  oxşarları  yoxdur.  Bəzi  məlumatlara  görə
Abşeronda 100 ovdanın inşa edilməsi nəzərdə tutulmuşdu və onlardan 99-u inşa
edildi. Hazırda onlardan 40-a yaxını qorunub saxlanmışdır. Keçən əsrin 70-ci il-
lərində onların sayı 70-dən çox idi [12].
Kəngərli A.C. Ən qədim su təchizatı qurğuları
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAğIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
4/2016
65
Şəkil 20. 48 dyümlük ağac boruların Fruitlands İrriqation and 
Power Co.kompaniyasının  mütəxəssisləri tərəfindən yığılması, 1910-cu il.
Şəkil 21. Troitse-Sergiyev lavrasının quyusundakı
suqaldırıcı qurğu: a - ilkin variant və  b – professor


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə