Water problems: science and technology


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR



Yüklə 7.6 Kb.
Pdf просмотр
səhifə4/14
tarix06.07.2017
ölçüsü7.6 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
4/2016
26

Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
4/2016
27
- Çöl-tədqiqat nəticələri ilə hidroloji tədqiqat məlumatlarının müqayisəli analizi
aparılmışdır.
İqlim dəyişmələrinin Zəyəmçayın axımına təsiri
Qar və buz örtüyü landşaft elementləri kimi iqlim dəyişmələrinə olduqca həssas-
dır və onlar istənilən regionun su ehtiyatlarının yaranmasında, səth və yeraltı suların
formalaşmasında, rejim dəyişkənliyində, hətta torpaq rütubətinin saxlanılmasında
və buxarlanmada xüsusi rol oynayır [5].
Tədqiqatlardan məlumdur ki, qlobal iqlim dəyişmələri fonunda Azərbaycanda
iqlimin istiləşməsi baş verir. Zəyəmçay hövzəsinin yerləşdiyi Kiçik Qafqaz təbii vi-
layətinin  şimal-şərq  yamacında  iqlimin  istiləşməsi  0,6-1,5
0C  olmuşdur  [6-7].
Zəyəmçayın sutoplayıcı hövzəsində çay axımının (80%) formalaşdığı ərazidə son
50 il üçün iqlim dəyişmələri baş vermişdir. Zəyəmçay hövzəsində ilin bütün fəsilləri
üzrə istiləşmə baş vermiş, maksimal istiləşmə yay-payız (0,8-1,2
0C)  aylarında, min-
imal isə qış mövsümündə  (0,27
0C) baş vermişdir. İl ərzində isə temperaturun 0,70C
artımı müşahidə edilmişdir. 
İqlim dəyişmələrinin Zəyəmçayın axımına təsirləri aşağıdakı kimidir: 
1. Qış mövsümündə yağıntıların azalmasına baxmayaraq, çay axımında 19%
artım  müşahidə  edilmişdir.  Bu  qış  fəslinin  isti  keçməsi  və  qar  örtüyünün
əriməsi, müvafiq olaraq çay axımının artmasına səbəb olmuşdur.
2. Yaz və yay fəsillərində yağıntıların az düşməsi axımın 7-19% azalmasına
səbəb olmuşdur. 
3. İqlim  dəyişmələri  nəticəsində  Zəyəmçayın  illik  axımı  (su  ehtiyatı)  8%
azalmışdır.
Mövcud problemlər və təkliflər
Aparılan tədqiqatlardan məlum olunmuşdur ki, Zəyəmçayda daşqınlardan dəymiş
ziyanların əsas səbəbi sahillərin yuyulması nəticəsində baş verir. Əsas səbəblərdən
biri daşqın axımıdır. Qeyd edilməlidir ki, çayın uzununa boyu meandrlı hissələri
mövcuddur və onlar çay dərəsi üzrə qeyri-mütənasib şəkildə yerləşmişlər. Çay axımı
ilin azsulu dövrlərində dərələrin döngə hissələrində sahil boyu axaraq yamacların
aşağı hissələrini yuyur və daşqın zamanı bu yamaclar uçquna və dağılmaya məruz
qalırlar (şəkil 2). Belə yerlərə Zəyəmçayın bütün dərəsi boyu və onun qollarında
rast gəlmək olar. Çay dərələrinə atılmış çınqıl və daş tullantıları da dəymiş ziyanların
əsas səbəblərinə daxildir. Bu tullantılar daşqınlar zamanı suyun səviyyəsinin süni
şəkildə qalxmasına, nəticədə daşqın axımı üçün əlavə materialların yaranmasına,
onun dağıdıcı gücünün artmasına imkan verir. Belə sahələr çayın aşağı axımında
çınqıl istehsal edən şirkətlərin fəaliyyətləri nəticəsində yaranmışdır (şəkil 3). Güclü

28
4/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
daşqınlarda çay dərəsində qalaq-qalaq atılmış yararsız çınqıl və daş materialları
dəmir və şosse yollarına, həmçinin beynəlxalq neft və qaz kəmərlərinə də xüsusi
təhlükə yaradır.
Aparılan araşdırmalardan məlum olmuşdur ki, Zəyəmçayda müxtəlif dövrlər
üçün su ehtiyatlarının həcmi ilin sululuğundan asılı olaraq kəskin fərqlənir. Çoxsulu
illərdə və yaz-yay daşqınları zamanı su ehtiyatının toplanması, ilin quraq dövründə
əhali,  kənd  təsərrüfatı,  ekoloji  məqsədlər  üçün  suyun  istifadəsi,  eyni  zamanda
daşqınların təsirinin azaldılması çayın hidroloji rejiminin tənzimlənməsi yolu ilə
mümkündür. Bu da çay hövzəsində su anbarlarının və ya hidroqovşaqların inşası
yolu ilə mümkün ola bilər. 
Çayın hidroloji rejiminin tənzimlənməsi bütün il ərzində çay dərəsini ekoloji
axımla  təmin  etməyə  imkan  verir.  Hazırda  isə  yay-payız  dövründə  çayın  aşağı
hissəsində su olmur. Bunun da nəticəsi olaraq çayın Tatarlı-Mənsəb hissəssində çay
ekosistemi məhv olmuşdur. 
Ümumiyyətlə, çay mənsəblərində gedən ekoloji proseslər çayların landşaft ele-
menti kimi qorunmasında çox böyük rol oynayır. Çay və onun töküldüyü su obyekti
vahid ekosistemin tərkib hissələridir və burada tam ekoloji tarazlığın qorunması bu
iki su obyekti arasında olan sərbəst su mübadiləsindən çox asılıdır. Bu mübadilə
fasiləsiz olaraq çaydan mənsəb ekosistemə daxil olan su kütləsi vasitəsilə baş verir
[8].
Şəkil 2. a) Böyük Xoşdarlı kəndində əkin sahələrinə ziyan dəymiş sahə və
məcranın düzəlməsi üçün verilmiş təklif (qırıq ağ xətt), b) Qovlar-Gədəbəy
şosse yolunun yuyulma təhlükəsi olan sahəsi

29
4/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
Zəyəmçay üzərində su anbarının inşası üçün əlverişli yer azdır. Belə ki, çay boyu
yaşayış məntəqələri sıx yerləşir. Bu baxımdan, çayda yalnız dərə tipli su anbarını
inşa etmək mümkündür. Anbar üçün əlverişli ərazi çayın qolları olan Babacançayın
və Qaramuradçayın birləşdiyi yerdir. Belə ki, bu ərazi nisbətən geniş dağarası çökək-
likdə yerləşir, əsas çay axımı da hövzənin məhz bu hissəsinə qədər olan ərazisində
formalaşır. 
Zəyəmçayda sahillərin qorunması üçün Yanıqlı kəndi boyu 2100 m məsafədə
sahil qoruma beton bəndi çəkilmişdir. Lakin, Yanıqlı kəndi boyu əlavə bəndlərin in-
şası da tələb olunur. 
Belə ki, kanal və boru kəmərlərinin mövcud su qəbulediciləri daşqınlardan sonra
dağılır və hər dəfə yeni qrunt bəndlərinin qurulması tələb olunur. Bu baxımdan,
ərazidə bütün magistral və təsərrüfat kanallarının yenilənməsini və onların üzlən-
məsini vacib hesab edilir. 
Zəyəmçayda ekstremal daşqınların maneəsiz keçməsi üçün və dərə boyu mövcud
olan obyektlərə daşqın təsirlərini minimuma endirmək məqsədilə bir sıra tədbirlərin
icrası tələb olunur. Bunlardan ən əsası çay məcralarının düz vəziyyətə gətirilməsidir.
Bu baxımdan, daşqın dövrü öncəsi məcranın düz vəziyyətdə qalması üçün nəzarət
olmalıdır. 
Eyni zamanda çayın məcrasında fəaliyyət göstərən karxanalar bağlanılmalı, yeni
karxanaların fəaliyyəti zamanı çay məcrasının morfologiyası və məcra prosesləri,
eləcə də çay axımının xarakteri, ekoloji məsələlər və onların fəaliyyətləri nəzarətdə
saxlanılmalı, çay dərəsi məişət və tullantılardan təmizlənməli, dərədə və onun ya-
maclarına  yaxın  yerləşən  əkin  sahələrinin  sərhədləri  ağac  və  kol  əkməklə
bərkidilməlidir.
Hövzədə  hidroloji  məntəqə  orta  axımda  mövcuddur  və  məntəqədə  klassik
hidroloji ölçmə və müşahidə avadanlıqları vardır. Hövzəyə yaxın meteoroloji stan-
siya isə Gədəbəy ərazisindədir və monitorinq sisteminin vəziyyəti erkən xəbərdarlıq
üçün yetərli deyildir. Tərəfimizdən erkən xəbərdarlıq sisteminin funksional sxemi
təklif edilmişdir.
Şəkil 3. Zəyəmçayın məcrasında çınqıl və daş tullantıları 
(Məşədilər kəndi yaxınlığında)

30
4/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Daşqın təhlükəsi və daşqın risklərinin qiymətləndirilməsi
1940-2013-cü illərin hidroloji məlumatları təhlil edilərək daşqın axımının çoxillik
dəyişməsi  müəyyənləşmiş,  daşqınların  baş  vermə  ehtimalları  hesablanmış  və
nəticədə  daşqın  ssenariləri  təsnif  olunmuşdur  (cədvəl  1).  Bu  ssenarilərə  uyğun
daşqınların  parametrləri  əsasında  daşqın  təhlükəsi  kateqoriyaları  müəyyən
edilmişdir.
Qeyd olunan daşqın təhlükəsi kateqoriyalarına uyğun olaraq müxtəlif ssenarilər
üzrə Zəyəmçay hövzəsinin CİS texnologiyaları əsasında 1:10 000 miqyasda “Daşqın
təhlükəsi və riski xəritələri” tərtib edilmişdir (şəkil 4). Bu xəritələr daşqın riski al-
tında olan sahələrin müəyyən edilməsinə imkan vermişdir.
Təhlükə 
kateqoriyası
Daşqın 
ssenariləri
Parametrlər (meyarlar)
Su sərfi,
m
3
/s
Dərinlik,
m
Suyun
sürəti,
m/san
(4) Ekstremal
(qırmızı rəng)
Aşağı ehtimalı daşqınlar - 200 ildə
(ehtimal 0,5%) 1 dəfə baş verməsi
ehtimal olunan daşqınlar
≥300
2-4
2-4
(3) Yüksək
(qəhvəyi rəng)
Orta ehtimalı daşqınlar-100 ildə
(ehtimal 1%) 1 dəfə baş verməsi
ehtimal olunan daşqınlar
200-300
2-3
2-3
(2) Orta
(narıncı rəng)
Yüksək ehtimallı daşqınlar - 20
ildə (ehtimal 5%) 1 dəfə
100-200
1-2
1,5-3
(1) Aşağı 
(mavi rəng)
Yüksək ehtimallı daşqınlar - 5 ildə
(ehtimal 20%) 1 dəfə
100≤
0,5-1
0,8-2
Şəkil 4. Təhlükə kateqoriyalarına əsasən tərtib olunmuş xəritələrdən 
fraqmentlər
Cədvəl 1. Təhlükə kateqoriyalarına əsasən daşqınların ssenariləri 
və parametrləri

Zəyəmçay hövzəsində daşqın riskinin idarəetmə planı
Su ehtiyatlarının inteqrasiyalı idarə olunmasının mühüm prinsipi – su ehtiyat-
larının  vahid  çay  hövzəsində  düzgün  idarə  olunmasıdır.  Zəyəmçay  hövzəsində
aparılan araşdırmalar göstərdi ki, Azərbaycanda çayların hələ də hövzə prinsipi ilə
idarə  edilməsi  mövcud  deyildir.  Qeyd  etmək  lazımdır  ki, Azərbaycan  Respub-
likasının qanunvericiliyi, ilk növbədə Su Məcəlləsi hövzə üzrə su idarəçiliyinə, o
cümlədən daşqın riskinin idarə olunmasına lazımi əsas yaratmır. Bunun da nəticəsi
olaraq, yerli planlaşdırmada və inteqrasiyalı şəkildə su ehtiyatlarının və daşqınların
idarə olunmasında qeyri-müəyyənliklər yaranır. Məhz bu səbəbdən, su ehtiyatların-
dan müvafiq qaydada istifadə edilməsi, daşqın risklərinin qarşısının alınması, çay
hövzələrində ekoloji tarazlığın saxlanılması və s. istiqamətlər üzrə səmərəli idarəet-
mənin təşkili mümkün olmur.  Su ehtiyatlarının, o cümlədən çay hövzələrinin idarə
edilməsindəki boşluqları aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Su
Məcəlləsində və digər qanunvericilik aktlarında, dövlət idarəçiliyi üzrə qaydalarda
konkret dəyişikliklər edilməli və yeni əsaslar yaradılmalıdır. Bu istiqamətdə mövcud
qurumlar və elmi müəssisələr su ehtiyatlarının inteqrasiyalı idarə olunması barədə
Azərbaycan Hökuməti və Parlamenti qarşısında qanunvericilik aktlarında dəyişik-
liklərin  edilməsilə  bağlı  təşəbbüslərini  göstərməlidirlər.  Düşünürük  ki,  mövcud
vəziyyət üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu məsələlərin həyata
keçirilməsində əsas təşkilat olmalıdır.
Erkən xəbərdarlıq sisteminin yaradılması da vacib məsələlərdəndir ki, yuxarıda
bu barədə geniş məlumat verilmişdir. Bu, daşqın risklərinin qabaqcadan qarşısının
alınmasında ən vacib elementdir. Odur ki, Zəyəmçay hövzəsində, o cümlədən digər
dağ çayları hövzələrində müasir və operativ avadanlıqlarla təmin edilmiş monitorinq
stansiyalarının  quraşdırılması,  mərkəzi  xəbərdarlıq  sisteminin  yaradılması
təxirəsalınmaz vəzifələrdir. Erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsi birbaşa
olaraq ETSN-nin Milli Hidrometeorologiya Departamentinin vəzifələrinə aiddir.
Zəyəmçay  hövzəsində  daşqınların  təsirlərinin  qiymətləndirilməsi,  daşqın
zonasında aparılan araşdırmalar, eyni zamanda yerli hökumət idarələrində keçirilən
görüşlər və toplanan məlumatlar bizə onu deməyə əsas verir ki, ehtimal olunan ek-
stremal daşqınların  mənfi təsirlərinin qarşısının alınması üçün hələ bir çox tədbirlər
görülməlidir. Analoji problemlər Azərbaycanın digər dağ çayları üçün də xarak-
terikdir. Şübhəsiz ki, bu məsələlərin həlli yalnız daşqın risklərinin idarə edilməsi,
daşqınların xəbərdarlıq sisteminin yaradılması, daşqınlardan müdafiə sisteminin ol-
ması, fövqəladə hallara hazır olunması, dəymiş ziyanın aradan qaldırılmasına oper-
ativ reaksiya (reabilitasiya tədbirləri) verilməsi və s. tədbirləri təşkil etməklə idarə
edilməlidir. 
Gələcəkdə Zəyəmçay hövzəsi üzrə sosial-iqtisadi fəaliyyətləri (evlərin, yolların,
körpülərin,  otellərin,  istirahət  mərkəzlərinin  inşası,  əkin  sahələrinin  genişlən -
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARI VƏ ONLARIN İNTEQRASİYALI 
İDARƏ EDİLMƏSİ PROBLEMLƏRİ
4/2016_32_Şəkil_5._Zəyəmçay_hövzəsi_üzrə_reallaşması_vacib_olan_tədbirlərin_xəritələrdə_təsviri'>4/2016
31

dirilməsi, boru kəmərlərinin və su kanallarının inşası, sudan istifadə, çay dərəsində
tikinti materiallarının istehsalı  və s.), həmçinin daşqın rejimini, çay dərələrinin
hidromorfologiyasını və obyektin ekoloji xüsusiyyətlərini nəzərə almaqla yerinə ye-
tirmək lazımdır. Planlaşdırma və icra məsələləri administrativ sərhədlər daxilində
deyil, hövzə prinsipinə əsaslanmalıdır. Bu, gələcəkdə daşqınların vuracağı ziyanı
azaltmağa və hövzədə ekoloji tarazlığı qorumağa imkan verəcəkdir.
Tədqiqat işləri çərçivəsində daşqın riskinin azaldılması üçün konkret tədbirlər
Zəyəmçay boyu yerləşən yaşayış məntəqələri və sosial-iqtisadi obyektlər üçün təklif
edilmişdir. Onlardan bəzisi nümunə olaraq aşağıdakı xəritələrdə təqdim edilir (şəkil
5). 
Zəyəmçay hövzəsində daşqın risklərini azaltmaq və mənfi təsirlərin qarşısını
almaq üçün yuxarıda sadalanan tədbirləri ümumiləşdirərək onların aşağıdakı təsni-
fatını vermək olar.
- Çay məcrasının çınqıl və daş tullantılarından təmizlənməsi, məcradan çınqılın
çıxarılması, bu ərazidə karxanaların fəaliyyətlərinin qadağan edilməsi;
- bərk məişət və kənd təsərrüfatı tullantılarının atılmasını qadağan edilməsi;
- fəaliyyətdə olan körpülərin bərpası və zəruri olan yerlərdə yeni körpülərin inşa
edilməsi;
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
4/2016
32
Şəkil 5. Zəyəmçay hövzəsi üzrə reallaşması vacib olan tədbirlərin xəritələrdə
təsviri

- sahilbərkitmə işlərinin aparılması və mühafizə tədbirlərinin təşkil olunması;
- meşə sahələrinin salınması və ağacların əkilməsi, meşələrin qorunması;
- su anbarlarının inşa edilməsi və otlaqlardan istifadənin tənzimlənməsi;
- su götürücü kanallar üçün mühəndis qurğularının tikintisi.
Nəticə
Zəyəmçay hövzəsi üzrə aşağıdakı məsələlər həll olunmuşdur.
1. Daşqın təhlükəsi ilkin qiymətləndirilmiş, daşqınların ətraf mühitə və insan
sağlamlığına, həmçinin ümumi infrastruktura və mədəni irsə təsirləri öyrə -
nilmişdir.
2. Risklər qiymətləndirilmişdir. Bu bölmədə daşqın risklərinin idarə olunması
məqsədilə müxtəlif tematik xəritələr tərtib edilmişdir (şəkil 6). Risk xəritələri
və eyni zamanda daşqınların həcmini, onların dərinlik və dərəcələrini əks et-
dirən üç mövzuda xəritələr tərtib olunmuş, Zəyəmçay və onun qolları boyu
yaşayış əraziləri üzrə tarixi daşqınların parametrləri  hesablanmışdır. 
3. Daşqın  riskinin  idarəetmə  planı  işlənilmiş,  təklif  olunan  tədbirlər  xəritə -
ləşdirilmişdir. Daşqın riskinin idarəetmə planında institutsional və təşkilati
tədbirlərə yer ayrılmış, daşqınların monitorinq və erkən xəbərdarlıq sisteminin
yaradılmasına önəm verilmiş, Zəyəmçay üzrə daşqın risklərinin təsirini azalt-
maq üçün qabaqlayıcı tədbirlər üçün konkret təkliflər verilmişdir.
4. Tədqiqat ərazisinin  CİS  platformasında geoməlumat bazası yaradılmışdır,
geoməlumat  bazası  əsasında  topoloji  məsələlərə  baxılmış,  topoloji  qa-
nunauyğunluqlara əməl olunmuşdur. 
5. İqlim dəyişmələrinin Zəyəmçayın axımına təsirləri öyrənilmiş və qiymətlən -
dirilmiş, nəticədə məlum olmuşdur ki, qış fəslində yağıntıların azalmasına
baxmayaraq, çay axımında 19% artım müşahidə edilmişdir. Bu qış fəslinin
isti keçməsilə və qar örtüyünün əriməsilə bağlı olmuşdur. Yaz və yay fəsil-
lərində yağıntıların az düşməsi isə axımın 7-19% azalmasına səbəb olmuşdur.
Nəticədə iqlim dəyişmələri hesabına Zəyəmçayda illik axım (su ehtiyatı) 8%
azalmışdır.
Zəyəmçay  hövzəsində  daşqın  risklərinin  idarə  edilməsi  məqsədilə  aparılmış
tədqiqat işi və tətbiq olunan yanaşmalar və metodologiyalar digər dağ çaylarına da
şamil oluna bilər. Zəyəmçay timsalında əldə olunmuş nəticələr və aşkar olunmuş
problemlər digər dağ çaylarında da mövcuddur. Qeyd etməliyik ki, su ehtiyatlarının
inteqrasiyalı idarə olunmasının əsas prinsipi məhz həmin ehtiyatların vahid hövzədə
idarə olunmasıdır. 
Zəyəmçay hövzəsində də aparılan araşdırmalar və aşkar edilmiş problemlər vahid
hövzə idarəçiliyinin ölkəmizin su ehtiyatlarının idarə edilməsində mühüm əhəmiyyət
kəsb etməsini bir daha göstərdi.  
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARI VƏ ONLARIN İNTEQRASİYALI 
İDARƏ EDİLMƏSİ PROBLEMLƏRİ
4/2016
33

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
4/2016
34
Şəkil 5. Zəyəmçay hövzəsi üzrə reallaşması vacib olan tədbirlərin xəritələrdə
təsviri

Ədəbiyyat siyahısı
1.
Alıyev E.M., Ələskərov E.R. LIDAR verilənlərinin və coğrafi informasiya
texnologiyalarının təbii mənşəli fövqəladə hallarda tətbiqi məsələləri // İnfor-
masiya Texnologiyaları Problemləri, 2014, №2, s. 75-85.
2. Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  «Daşqın  zonalarının,  onların
mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi
Qaydaları»nın təsdiq edilməsi haqqında 2004-cü il 27 iyul tarixli 99 saylı Qərarı.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu», 31 iyul 2004-cü il, №
7, maddə 590.
3. E.M.Aliyev. Problems related to lands of water fund during implementation of
cadastre and registration of real estate lands // Journal of “European Applied Sci-
ences”, ORT Publishing, Germany (Stuttgart), 2012 (№2), p. 186-190.
4. http://www.iqlim.org/az/news_en.html
5. Musayeva M.A. İqlim dəyişmələrinin böyük Qafqazın şimal-şərq yamacında qar-
buz örtüyünə təsirinin qiymətləndirilməsi: Coğrafiya üzrə fəlsəfə doktoru. dis.
avtoref. Bakı, 2014, 23 s. 
6. Будaгов Б.А., Мансимов М.Р., Мамедов Р.М. Последствия изменения гло-
бального климата в Азербайджане и их социально – экономическое послед-
ствие / Изменения состояния окружающей среды в странах содружества в
условиях изменения климата. Под. Ред. Академика В.М. Котлякова. Москва.
Медиа-Пресс. 2008, с. 193-199.
7. Mansimov M.R. Consequences of global climate changing in Azerbaijan and
mitigation measures of negative influences // Natural cataclysms and global prob-
lems of the modern civilization, Baku-Innsbruck, 2007, p.322-327.
8. İsmayılov R.A. Müşahidə məlumatları olmadıqda ekoloji axımın hesablanması
// Su Problemləri, 2016, №1, s. 91-96.
9. Алыев Е.М. Анализ топологических вопросов, влияющих на геометриче-
скую точность пространственной информации // “Научная Перспектива”,
г. Уфа, 2012,  №11(2012), с. 67-69.
10.  Alıyev  E.M., Abbasov  S.A.,  Sultanov  E.T.  Su  ehtiyatlarının  idarə  edilməsi
məqsədi ilə coğrafi məlumat bazasının yaradılması // İnformasiya Texnologiyaları
Problemləri, 2012, №1, s. 79-88.
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
4/2016
35

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
УДК  574:37
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
4/2016
36
Введение
Итерационный полиномиальный алгоритм МГУА (метода группового
учета аргументов) с ограничением сложности отбираемых моделей. Для
решения задачи построения математической модели по экспериментальным
данным разработаны различные итерационные полиномиальные алгоритмы
МГУА [1]. Их использование для решения конкретных задач моделирования
дает хорошие результаты. Однако модели, полученные при использовании
этих алгоритмов, нередко чрезмерно сложны, что затрудняет их практическое
применение. Кроме того, этим алгоритмам присуща так называемая вычисли-
тельная ошибка многорядности [1], возрастающая от итерации к итерации и
оказывающая большое влияние на точность модели, что может привести к сме-
щению структуры и параметров модели.
Методика исследований
В предлагаемом алгоритме GNM, являющемся модификацией известных
алгоритмов [2,4], отмеченные недостатки устранены. Ограничения на слож-
(Səh. 36-40)
ОБ ОДНОМ СПОСОБЕ ПОСТРОЕНИЯ 
РЕГРЕССИОННЫХ МОДЕЛЕЙ СТОКА
ВЗВЕШЕННЫХ НАНОСОВ ГОРНЫХ РЕК
Фатдаев Г.Ф.
1
, Бабаева Г.Р.
2
, Гумбатова Л.Т.
2

Мусаханова Л.И.
2
, Алиева Ш.З.
1
1
НАКА Институт Экологии, teb.dag.pro@mail.ru
2
НАКА особое Бюро Космического Приборостроения
Abstract. For assessment of the probable fluctuations of  annual flow of the sus-
pended sediments iterational algorithm of Group method of data handling are ap-
plied. It has allowed to extrapolate limits of fluctuations on the basis of rather short
numbers of supervision for more long periods. Thus, we were used such statistical
characteristics of fluctuations of annual flow as its long-term average value and also
the coefficients of variation and asymmetries.
The distinct communication between the average long-term expenses of water
and suspended sediments (correlation coefficient 0,62) revealed. The dependence of
the average annual flow of suspended sediments from the mean annual flow of  water
is established.


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə