Water problems: science and technology


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR



Yüklə 7.6 Kb.
Pdf просмотр
səhifə3/14
tarix06.07.2017
ölçüsü7.6 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
İlham Əliyev “Tərtər şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması”...
RƏSMİ
4/2016
16

düşünülmüş  strategiya,  konsepsiya  ol-
malıdır. Bu, var. Strateji xəttimiz müəyyən
olunub  və  biz  hər  il  taktiki  addımları  ata-
cağıq. Birincisi, bu, tarixi məsələdir. İkincisi
isə bu, ədalətli məsələdir. Biz ədalətin tərəf-
darıyıq  və  ərazi  bütövlüyümüzü  bərpa  et-
məliyik. Heç vaxt imkan verə bilmərik ki,
torpağımızda ikinci erməni dövləti yaradıl-
sın. Əksinə çalışmalıyıq və çalışacağıq ki,
ölkəmizin gücünü artıraq, möhkəmləndirək
və istəyimizə nail olaq.
Cəmiyyətdə bu məsələ ilə və bütün başqa
məsələlərlə  bağlı  birlik,  həmrəylik  var.
Bizim  uğurlu  inkişafımız  reallıqdır.  Hətta
böhranlı illərdə də bu inkişafa nail oluruq.
Bizim  inkişafımız  bölgələrin  inkişafından
asılıdır.  Biz  bu  inkişafı  Tərtər  rayonunun
timsalında görürük. Bu gözəl nəticələr mü-
nasibətilə  sizi  təbrik  edirəm  və  sizə  yeni
uğurlar arzulayıram. Sağ olun.
Mərasimdə rayon sakinləri Gülarə Ək-
bərova və Rauf Həsənzadə çıxış ediblər. 
***
Azərbaycan  Prezidenti  Tərtər  şəhərinə
suyun  rəmzi  olaraq  verilməsini  bildirən
düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
n
İlham Əliyev “Tərtər şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması”...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
4/2016
17

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
ƏMƏKDAŞLIQ
4/2016
18
Görüşdə Azərbaycan  Respublikası  Baş
nazirinin  müavini Abid  Şərifov,  “Azərsu”
ASC-nin  sədri  Qorxmaz  Hüseynov,  KfW
bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi
Asiya  ölkələri  üzrə   direktoru  Eva  Vitt,
Almaniyanın  ölkəmizdəki  səfiri  Mixael
Kindsqrab, Şəki şəhər icra hakimiyyətinin
başçısı Elxan Usubov iştirak ediblər. Təd-
birdə Azərbaycan Respublikası hökuməti ilə
Almaniyanın KfW Bankının  birgə maliyyə -
ləşdirdiyi  “Açıq  Kommunal  İnfrastruktur
Proqramı  II”    layihəsinin  icrası  ilə  bağlı
müzakirələr aparılıb.
Baş nazirin müavini Abid Şərifov Azər-
baycanda həyata keçirilən içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurul-
ması layihələri barədə qo naqlara məlumat
verib, bu sahədə beynəlxalq maliyyə qurum-
ları, o cümlədən Almaniyanın KfW Bankı ilə
uğurlu  əməkdaşlıq  edildiyini  diqqətə  çat-
dırıb. 
Almaniyanın  KfW  Bankının  Şərqi
Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri
üzrə direktoru Eva Vitt bu əməkdaşlığı yük-
sək qiymətləndirərək təmsil etdiyi qurumun
Gəncə və Şəki şəhərlərinin su təchizatı və
kanalizasiya  sistemlərinin  yenidən  qurul-
masına bundan sonra da dəstək verəcəyini
diqqətə çatdırıb.
Görüşdə  Gəncə  və  Şəki  şəhərlərinin
içməli su təchizatı və kanalizasiya sistem-
lərinin yenidən qurulması üzrə işlərin möv -
cud vəziyyəti və növbəti  mərhələdə həyata
keçiriləcək tədbirlər  geniş müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan hökuməti ilə
Almaniyanın 
KfW 
Bankının 
birgə
maliyyələşdirdiyi “Açıq Kommunal İnfra-
struktur Proqramı II” layihəsi Gəncə və Şəki
şəhərlərinin su təchizatı və kanalizasiya sis-
temlərinin  yenidən  qurulmasını  nəzərdə
tutur.
“Şəki şəhərinin su təchizatı və kanaliza-
siya sistemlərinin yenidən qurulması layi-
həsi”  Şəki  şəhərini,  həmçinin  Oxud  və
Qaxmuq  kəndlərini  əhatə  edir.  Layihənin
birinci mərhələsi çərçivəsində 2274 m uzun-
luğunda  Kiş  Sugötürücü  qurğusu  inşa
edilmiş, su mənbəyindən  anbar komplek -
sinə qədər 2876 m uzunluğunda magistral su
xətti çəkilib, həcmi 2000 kubmetr olan su
anbarı, xlorator qurğusu inşa edilib.
Layihənin  ikinci  mərhələsində  6681  m
Şəki şəhərində Almaniyanın KfW
Bankının Azərbaycanda səfərdə olan 
nümayəndə heyəti ilə görüş keçirilib
Dekabrın 13-də Şəki şəhərində Almaniyanın KfW Bankının Azərbaycanda səfərdə
olan missiyası ilə  görüş keçirilib.

Şəki şəhərində Almaniyanın KfW Bankının 
Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş 
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
4/2016
19
uzunluğunda  Qurcana  magistral  xətti,  hər
birinin tutumu 3000 kubmetr olan 3 ədəd su
anbar inşa edilib, həcmi 1000 kubmetr olan
mövcud su anbarı bərpa olu nub.
Layihənin  üçüncü  mərhələsində  Şəki
şəhərinin mərkəzi hissəsinin paylayıcı su və
kanalizasiya  şəbəkələrinin  yenidən  qurul-
ması nəzərdə tutulur. Şəki şəhərində içməli
su və kanalizasiya şəbəkələrinin yenidən qu-
rulması işləri  çərçivəsində şəhərdə 2 ədəd
tutumu 1500m³ su anbarı, 126,7 km içməli
su şəbəkəsi, 115,3 km kanalizasiya xətti, 21
km  kanalizasiya  kollektoru  inşa  ediləcək,
8026 abonentə ev birləşməsi veriləcək, 437
yanğın hidrantı quraşdırılacaq. Bu mərhələ
çərçivəsində  işlərin  2018-ci  ilin  noyabr
ayında başa çatdırılması nəzərdə tutulub.
Layihənin növbəti mərhələsində məhsul-
darlığı sutkada 8 min kubmetr olan tullantı
sutəmizləyici  qurğu  inşa  ediləcəkdir.
Hazırda bununla bağlı layihələndirmə işləri
həyata keçirilir.
“Gəncə şəhərinin içməli su təchizatı və
kanalizasiya  sistemlərinin  yenidən  qurul-
ması layihəsi” isə 2035-ci ilədək perspektiv
inkişaf nəzərə alınmaqla 450 min nəfərin su
təchizatı və kanalizasiya xidmətlərindən is-
tifadəsinin yaxşılaş dırılmasına hesablanıb.
Layihədə  Göy göl  rayonunun  Murovdağ
qəsəbəsi, Hacıməlik və Mollacəlilli kənd lə -
rinə də içməli suyun verilməsi nəzərdə tutu-
lub.
Gəncə şəhərini içməli su ilə təmin etmək
üçün  Göygöl  və  Şəmkirçay  su  mənbələri
seçilib. Göygöl su mənbəyində yeni drenaj
sistemi  yaradılıb,  24,5  km  Göygöl-Gəncə
magistral  su  xətti  çəkilib.  Eyni  zamanda
Qızılqaya  su  mənbəyində  bərpa-yenidən-
qurma  işləri  aparılıb,  Şəmkirçay  su  mən-
bəyindən  27,5  km  Şəmkirçay-Gəncə
ma  gistral  su  kəməri  inşa  edilib.  Hazırda
Gəncədə şəhərdaxili içməli su və kanaliza-
siya şəbəkələrinin tikintisi işləri davam et-
dirilir.  Layihənin  növbəti  mərhələsində
tullantı sutəmizləyici qurğu inşa ediləcəkdir.
n

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
TƏQDİMAT
4/2016
20
Tədbird çıxış edən Baş nazirin müavini
Abid  Şərifov  Azərbaycan  Respublikası
Prezidentinin diqqət və qayğısı nəticəsində
son  illərdə  respublikamızın  əksər  böl-
gələrində içməli su və kanalizasiya sistem-
lərinin  yenidən  qurulması  layihələrinin
reallaşdırıldığını diqqətə çatdırıb.
Son illər əhalinin sayının artması və di-
namik  inkişaf  nəticəsində  Abşeron  yarı-
madasının  mövcud  su  təchizatı  və  kana -
lizasiya sisteminin hazırkı tələbatı ödəmək
gücündə  olmadığını  bildirən  Baş  nazirin
müavini  bunun  bir  sıra  problemlər  yarat-
dığını vurğulayıb. Qeyd edib ki, paytaxtın
bəzi qəsəbələrində kanalizasiya sisteminin
olmaması  içməli  su  mənbələrinin  çirklən-
məsinə  gətirib  çıxarır  ki,  bu  da  yoluxucu
xəstəliklərin  yayılması  riskini  artırır.  So-
nuncu  güclü  yağışlar  paytaxtın  Binəqədi
rayonunda, Bayıl, Kürdəxanı qəsəbələrində,
habelə  Abşeron  rayonunda  bir  sıra  ciddi
problemlər  yaradıb.  Bu  problemlərin
qarşısının alınması üçün zəruri tədbirlərin
görülməsi mühüm əhəmiyyət daşıyır.
“Azərsu”  ASC-nin  sədri  Qorxmaz
Hüseynov  bildirib  ki,  Abşeron  yarımada -
sının  su  təchizatı  və  kanalizasiya  sistem-
lərinin  müasir  standartlara  uyğun  yenidən
“Abşeron yarımadasının içməli su
kanalizasiya və yağış suları sistemlərinin 
Master Plan”ının təqdimatı keçirilib
Azərbaycan Respublikası Nazirlər Kabinetində “Abşeron yarımadasının içməli
su təchizatı,  kanalizasiya  və yağış suları sistemlərinin Master Plan” ının təqdi-
matı keçirilib.

“Abşeron yarımadasının içməli su, kanalizasiya və
yağış suları sistemlərinin  Master Plan”ının təqdimatı...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
TƏQDİMAT
4/2016
21
qurulması üçün beynəlxalq təcrübəyə malik
şirkətlərin iştirakı ilə 2035-ci ilədək perspek-
tiv inkişaf nəzərə alınmaqla “Master Plan”
hazırlanıb.  Sənədin  hazırlanması  zamanı
Dövlət 
Şəhərsalma 
və 
Arxitektura
Komitəsinin  “Böyük  Bakının  Regional
İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin
və  digər  qurumların  məlumatları  nəzərə
alınıb. Ümumilikdə 18 bölmədən ibarət olan
“Master Plan” hazırlanarkən şəhərsalmanın
inkişafı, əhalinin artımı və sıxlığı, turizmin
perspektivləri,  təmizlənmiş  çirkab  suların
təkrar  istifadəsi,  ekoloji  tarazlıq  və  digər
amillər əsas götürülüb.
Sonra  “2035-ci  ilə  qədər  perspektiv
inkişaf  nəzərə  alınmaqla,  Abşeron  yarı-
madasının  qəsəbə  və  kəndlərində  su
təchizatı, kanalizasiya sistemləri və yağış su-
larının idarə olunması üçün “Master Plan”ın
təqdimatı olub.
Qeyd  edilib  ki,  “Master  Plan”a  uyğun
olaraq, su təchizatı və kanalizasiya sistemi
müxtəlif  tullantılardan  təmizlənib.  Bu  is-
tiqamətdə  görülən  işlər  nəticəsində  in-
diyədək  əsas  daşıyıcı  kollektorların  106
kilometrlik  hissəsində  təmizləmə  işləri
aparılıb. Buradan təxminən 12 min kubmetr
həcmində bərk məişət tullantıları çıxarılıb.
Bu  da  kollektorların  su  daşıma  qabiliyyə-
tinin tam bərpa olunmasını təmin edib.
Diqqətə  çatdırılıb  ki,  Abşeron  yarı-
madasının su təchizatı və kanalizasiya sis-
temlərinin, su kəməri şəbəkəsinin 70 faizi
istismar müddətini çoxdan başa vurduğun-
dan  böyük  həcmdə  su  itkiləri  yaranır.
Nəticədə  istehlakçıların  keyfiyyətli  və
dayanıqlı su təchizatında problemlər mey-
dana çıxır, binaların zirzəmiləri su ilə dolur.
Bildirilib  ki,  “Master  Plan”da Abşeron
yarımadasının su təchizatı sisteminin yax -
şılaşdırılması  məqsədilə  8100  kilometr
uzunluğunda yeni su şəbəkəsi xətlərinin çək-
ilməsi nəzərdə tutulur. Artıq bu xətlərin 1950
kilometri çəkilib. Kanalizasiya sistemində
Abşeron yarımadası üzrə tullantı sularının
axıdılması üçün öz axarı ilə təbii toplanan
107  hövzə  müəyyən  olunub.  Tullantı  su-
larının  həmin  hövzələr  vasitəsilə  11  əsas
hövzədə toplanması layihələndirilib. Yağış
sularının    idarə    edilməsi    üçün   Abşeron
yarımadasındakı mövcud 150 göldən 49-dan
istifadə edilməsi nəzərdə tutulub. Ümumiy -
yətlə, su-kanalizasiya sistemlərinin yenidən
qurulması su itkisinin 2035-ci ilədək dəfə -
lərlə azaldılmasına imkan yaradacaq.
Təqdimatdan  sonra  fövqəladə  hallar
nazirinin birinci müavini Rəfail Mirzəyev,
“Azəravtoyol” ASC-nin sədri Saleh Məm-
mədov, Abşeron Rayon İcra Hakimiyyətinin
başçısı  İradə  Gülməmmədova,  Dövlət
Şəhərsalma  və  Arxitektura  Komitəsinin
sədri  Abbas  Ələsgərov  və  digərləri  çıxış
edərək rəy və təkliflərini bildiriblər.
n

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
ƏLAQƏLƏR
4/2016
22
Konfransda iştirak etmək üçün “Azərsu”
ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Lay-
ihə İnstitutunun direktoru, coğrafiya elmləri
doktoru, professor Fərda İmanov və institu-
tun elmi katibi, coğrafiya üzrə fəlsəfə dok-
toru 
Rəşail 
İsmayılov 
Gürcüstan
Respublikasına ezam olunmuşlar.
Müxtəlif ölkələrdən nümayəndələrin işti-
rak etdiyi tədbirdə ölkəmizi “Azərsu” ASC
ilə  yanaşı,  Azərbaycan  Milli  Elmlər
Akademiyası, Bakı Dövlət Universitetinin
alim və mütəxəssisləri təmsil etmişlər.
Konfransda  Fərda  İmanov  “Çayların
ekoloji  axımı  və  onun  müəyyənləşdiril -
məsinin hidroloji metodu”, Rəşail İsmayılov
isə “Kür çayının müasir ekoloji vəziyyətinin
qiymətləndirilməsi” mövzusunda məruzə ilə
çıxış etmişlər.
Beynəlxalq    həmçinin  transsərhəd  su
problemləri, su ehtiyatlarının inteqrasiyalı
idarə  olunması,  ətraf  mühitin  mühafizəsi
mövzuları ətrafında geniş fikir mübadiləsi
aparılmışdır.
n
“Sukanal” ETLİ-nin əməkdaşları 
beynəlxalq konfransda iştirak ediblər
22-25 sentyabr 2016-cı ildə Tbilisi şəhərində Gürcüstan Respublikası Elm və Təhsil
Nazirliyi,  Gürcüstan Texniki Universitetinin  T.Mirsxulava adına Su Təsərrüfatı
İnstitutu və  “Ətraf mühit üzrə Ekomərkəz”in birgə təşkilatçılığı ilə   “Su təsərrü-
fatının müasir problemləri, ətraf mühitin qorunması, memarlıq və inşaat” möv -
zusunda 6-cı beynəlxalq elmi-texniki konfrans keçirilib.

UOT 504.06:556.166
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
4/2016
23
Giriş
Dağ çaylarında daşqın risklərinin qiymətləndirilməsi aktual məsələlərdəndir. Bu
məqsədlə  Zəyəmçay  hövzəsi  timsalında  statistik  və  çöl-tədqiqat  məlumatları,
hidrometeoroloji monitorinq məlumatları, müxtəlif qiymətləndirmə və müqayisəli
analiz  metodları  əsasında  kompleks  tədqiqat  aparılmışdır.  Tədqiqat  işində
qabaqlayıcı tədbirlər və monitorinq, xəbərdarlıq və proqnozlaşdırma məsələləri üçün
konkret  təkliflər  verilmiş,  eyni  zamanda  daşqın  risklərinin  idarə  olunmasında
mövcud problemlərə baxılmış və həlli istiqamətində təkliflər irəli sürülmüşdür. Baş
verən  daşqınların  səbəbləri  müfəssəl  araşdırılmış  və  iqlim  dəyişmələrinin
Zəyəmçayın axımına təsiri öyrənilmişdir. Bundan başqa müxtəlif miqyasda tematik
xəritələr işlənilmiş (iqlim, geoloji, bitki örüyü, hidroqrafiya, topoqrafiya), o cüm-
(Səh. 23-35)
AZƏRBAYCAN RESPUBLİKASININ 
DAĞ ÇAYLARINDA DAŞQIN RİSKLƏRİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ 
(ZƏYƏMÇAY HÖVZƏSİ TİMSALINDA)
Mənsimov M.R., Məmmədova G.H., Alıyev E.M, Musayeva M.A.,
Mehralıyeva Z.R
İQLİM MMC (Tədqiqat və məsləhət şirkəti), Bakı şəhəri 
elvin.aliyev.m@gmail.com
Abstract. Flood risk management in mountain rivers is one of the actual issues
that complex studies have been carried out as an example of Zayamchay basin ac-
cording to the statistic and field-investigation data, results of hydrometeorological
monitoring, various assessment and comparative analysis methods. Within the re-
search, concrete proposals for preventive measures, monitoring, notification and pre-
dictability  issues  were  given,  at  the  same  time,  current  problems  on  flood  risk
management had been reviewed and proposed various possible solutions. The rea-
sons of the floods were investigated thoroughly and climate impacts on Zayamchay
flow had been studied. In addition, the thematic maps in different scales were pre-
pared, including maps of flood vulnerable zone and flood risks were compiled, the
maps have been composed according to  hazard categories of floods which occurred
in relevant time interval on the basin (extreme and high, as well as average and low). 
Açar sözlər: su ehtiyatları, Zəyəmçay, daşqın təsir zonası, daşqın riskləri, iqlim,
hidroqrafiya, bitki örtüyü, erkən xəbərdarlıq sistemi, risklərin qiymətləndirilməsi,
ətraf mühit.

lədən daşqının təsir zonası və daşqın riskləri xəritəsi tərtib olunmuş, hövzə üzrə
müəyyən zaman intervalında baş vermiş daşqınların təhlükə kateqoriyalarına əsasən
(ekstremal və yüksək, həmçinin orta və aşağı) xəritələri tərtib edilmişdir. 
Tədqiqatın aktuallığı və məqsədlər
Daşqın riskinin idarə edilməsi ətraf mühitin vacib istiqamətlərindəndir və onun
əsas məqsədi maddi zərərin və insan fəlakətinin minimum səviyyəyə endirilməsini
təmin etməkdən ibarətdir. Aparılan araşdırmalar onu göstərir ki, təhlükəli dağ çay-
larında sel sularının müvəqqəti toplanması üçün sututarlar və selötürücü qurğular
kifayət qədər inşa edilməmişdir [1].  Bu baxımdan əksər yaşayış məntəqələrinin sel
və daşqınlardan etibarlı mühafizəni təşkil etmək məsələsi hələ də aktual olaraq qalır.
Bu səbəbdən, daşqın risklərinə sistematik yanaşmaların tətbiq edilməsi və dağ çay-
ları  üzrə  daşqın  risklərinin  idarəetmə  məsələləri  xüsusi  əhəmiyyətə  malikdir.
Beynəlxalq təcrübə də onu göstərir ki, bu istiqamətdə tədbirlərin düzgün təş kili
daşqınların yaranma ehtimalını və onun təsirlərini minimuma endirir. Daşqın riskinin
idarə olunması əsasən kompleks araşdırmaları, icra və qabaqlayıcı tədbirləri, mon-
itorinq, xəbərdarlıq və proqnozlaşdırma məsələlərini özündə əks etdirir. 
Daşqın risklərinin idarə olunması çərçivəsində daşqınların zonalarının müəyyən
edilməsi də vacibdir. Belə ki, daşqın zonalarının müəyyənləşməsi çayların hidroloji,
hidrokimyəvi, hidrobioloji, sanitar və s. vəziyyətinin yaxşılaşdırılmasına zəmin
yaradır [2]. Bundan başqa, Zəyəmçay üzrə su mühafizə zonaları da müəyyən edilmə-
lidir ki, bu da qanunvericilik bazası çərçivəsində bir sıra məsələlərin tənzimlənmə -
sinə xidmət edə bilər. Belə olan halda, hövzə üzrə  torpaqayırma və bir sıra zəruri
məsələlər həll edilə bilər [3]. 
Zəyəmçay hövzəsi üzrə qarşıya qoyulmuş məqsədlər aşağıdakılardır:
1. Daşqın təhlükəsinin ilkin qiymətləndirilməsi. Bu qiymətləndirmədə daşqın-
ların ətraf mühitə və ümumi infrastruktura, insan sağlamlığına və iqtisadi
fəaliyyətə, o cümlədən mədəni irsə təsirləri öyrənilmişdir.
2. Risklərin qiymətləndirilməsi. Bu qiymətləndirmədə əldə olunan məlumatlar
əsasında gələcəkdə modelləşdirmə işlərini təmin etməklə risk sahələrinin və
daşqın  təhlükəli  ərazilərinin  müəyyən  olunması,  həmçinin  ümumi  risk
xəritələrinin tərtibi məsələləri qarşıya qoyulmuşdur. Eyni zamanda daşqınların
həcmini, onların dərinlik və dərəcələrini əks etdirən üç mövzuda xəritələrin
tərtib edilməsi nəzərdə tutulmuşdur. 
3. Daşqın riskinin idarəetmə planı. Bu mərhələdə qərar qəbul edən şəxslər üçün
daşqın riskinin xarakterinin və parametrlərinin müəyyənləşməsi, daşqından
mühafizə üçün planların təqdim olunması, hadisələrə hazırlıqlı olmaq üçün
müvafiq tədbirlərlə bağlı təkliflərin verilməsi məsələləri olmuşdur.  Daşqın
riskinin idarəetmə planında ekoloji aspektlər də nəzərə alınmışdır.
24
4/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Mənsimov M.R., Məmmədova G.H., Alıyev E.M,
Musayeva M.A., Mehralıyeva Z.R.  Arpaçay su anbarının
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR

25
4/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Mənsimov M., Məmmədova G., Alıyev E., Musayeva M.,
Mehralıyeva Z.  Аzərbaycan Respublikasının dağ...
İstənilən hövzə üzrə daşqın riskinin idarəetmə məsələləri ərazinin geniş miqyaslı
təhlilini  tələb  edir.  Bu  səbəbdən,  daşqın  risklərinin  idarə  olunması  ən  müasir
texnologiyalara əsaslanmalı və hövzə üzrə kompleks araşdırmalar aparılmalıdır.
Belə araşdırmalar daşqınların müfəssəl tədqiqini nəzərdə tutur ki, bu da coğrafi in-
formasiya sistemləri (CİS) və müxtəlif ayırdetməli məsafədən zondlama (MZ) ve -
rilənlərinin tətbiqi zərurətini qarşıya çıxarır. Məhz, bu səbəbdən tədqiqat ərazisi üzrə
CİS-in yaradılmasının xüsusi əhəmiyyəti vardır. 
Tədqiqat ərazisi haqqında 
Zəyəmçay  hövzəsi  Azərbaycan  Respublikasının  qərbində,  Kiçik  Qafqaz
dağlarının şimal-şərq yamacında və Gədəbəy, Tovuz, Şəmkir rayonları ərazisində
(Gəncə-Qazax iqtisadi rayonunda) yerləşir. Zəyəmçay Kür çayı hövzəsinə aiddir və
onun sağ qolu sayılır. Çay Şahdağ silsiləsindən başlayır və Şəmkir su anbarına
tökülür. Sutoplayıcı hövzəsinin sahəsi 942 km
2
, uzunluğu  90 km, çayın orta illik
su sərfi 5,8 m
3
/s-dir. Çayda daşqınlar martın sonu aprel ayının əvvəli başlayır. Bu
fazanın ən yüksək səviyyəsi may ayında keçir (şəkil 1). Yaz daşqınlarının maksi-
mumu olana qədər səviyyənin qalxma davamiyyəti 20-42 gün təşkil edir, bəzi illərdə
isə 2-3 ay olur. Çayın ayrı-ayrı çoxsulu illərində suyun səviyyəsinin qalxmasının
kritik həddi müşahidə edilir və nəticədə subasmalar olur. Qarların əriməsi və intensiv
yağışların hesabına Zəyəmçayda dağıdıcı daşqınlar 1954, 1957, 1959, 1963, 1964,
1968, 1981-1983, 1985, 1997, 2003, 2003-2004 və 2009-cü illərdə baş vermiş və
ətraf ərazilərə xeyli ziyan dəymişdir [4]. 
Şəkil 1. Zəyəmçayda Ağbaşlar məntəqəsində orta aylıq su səviyyəsinin 
dəyişmə qrafiki (1940-2014-cü illər üçün orta aylıq göstəricilər).

Su rejiminə əsasən Zəyəmçay yaz-yay gursululuğu olan çaylar qrupuna aid edilir.
Çayın əsas qida mənbəyini qar suları (28%), qrunt suları (43%), həmçinin yaz-yay
və payız yağışı (29%) təşkil edir. Daşqınlar zamanı çay dərəsinin ensiz dar yerlərində
suyun səviyyəsi 2,0 – 2,5 m-ə qədər artır. 1963-cü ildə baş vermiş daşqın zamanı
suyun səviyyəsi Ağbaşlar məntəqəsində 3,5 m, çay dərəsinin bəzi yerlərində isə 3-
4 m-dən yüksək olmuşdur. 
Yerinə yetirilmiş işlər
Zəyəmçay hövzəsi üzrə daşqın risklərinin qiymətləndirilməsi məqsədilə müxtəlif
metodik yanaşmalardan istifadə etməklə aşağıdakı işlər yerinə yetirilmişdir:
- Zəyəmçayın sutoplayıcı sahəsi haqqında kartoqrafik və aerokosmik məlumatlar
toplanılmış və təhlil edilmiş, çay hövzəsini əhatə edən geoloji, geomorfoloji, bitki,
meşə və torpaq strukturu haqqında informasiyalar əldə olunmuşdur.
- Hövzə ərazisinin CİS əsasında xəritələri tərtib olunmuşdur (geoloji, geomor-
foloji, torpaq, bitki, meşə və torpaq strukturu xəritələri, hidroqrafiya xəritəsi, topo-
qrafik xəritələr və s.).
- Tədqiqat ərazisinin geoməlumat bazası yaradılmışdır.
- Çayın hidroloji rejimi haqqında müşahidə məlumatları əldə edilmiş, baş vermiş
daşqınların xüsusiyyətləri haqqında arxiv və ədəbiyyat məlumatları toplanılmışdır.
- Çay hövzəsi üçün meteoroloji məlumatlar toplanılmış, çay axımında iqlim dəy-
işmələrinin rolu araşdırılmış və qiymətləndirilmişdir.  
- Çay hövzəsində əhalinin yerləşməsi, iqtisadi fəaliyyət, həssas təbiət və tarixi-
mədəni  abidələr  haqqında  məlumatlar  toplanılmış,  daşqınların  formalaşması,
əhalinin və iqtisadi fəaliyyətə mənfi təsirləri qiymətləndirilmişdir. Çay hövzəsi üçün
daşqın təsir zonası xəritələri tərtib edilmişdir.
-  Bütün  faktorlar  nəzərə  alınmaqla  toplanılmış  məlumatlar  təhlil  olunmuş,
hesablamalar aparılmış, ekstremal daşqınlar yaradan təbii və antropogen faktorlar
təsnif edilmiş, qiymətləndirmə aparılmış, gələcəkdə gözlənilən təhlükəli daşqın ehti-
malları hesablanılmış, müxtəlif ssenarilər üçün təhlükəlilik kateqoriyaları və çayın
uzununa boyu yerləşən yaşayış məntəqələri üzrə daşqın senarilərinin parametrləri
müəyyən edilmişdir. Zəyəmçay hövzəsi üzrə daşqın təhlükəsi və riski xəritələri tərtib
olunmuşdur.
- Çay hövzəsi üzrə Daşqın Riskinin İdarəetmə Planı işlənilmişdir (İnstitutsional
və Təşkilati tədbirlər; Daşqınların Monitorinqi və Erkən Xəbərdarlıq Sisteminin
yaradılması;  Daşqın  risklərinin  təsirini  azaltmaq  üçün  Zəyəmçay  və  onun
hövzəsində qabaqlayıcı tədbirlər)
- Baş vermiş daşqınların xüsusiyyətləri öyrənilmiş və müvafiq çöl-tədqiqat işləri
aparılmış, kanyonlar tədqiq olunmuş, aşağı və orta axımlarda daşqın izləri müəyyən
edilmiş, hamarlanma proseslərinin hansı sahələrdə aparılması təyin olunmuşdur. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə