Water problems: science and technology


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR



Yüklə 7.6 Kb.
Pdf просмотр
səhifə2/14
tarix06.07.2017
ölçüsü7.6 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
4/2016
9

10
4/2016
RƏSMİ
Prezident İlham Əliyev Qusar şəhərində  içməli su və 
kanalizasiya layihəsinin  başa çatması ilə bağlı...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Çünki Qusar şəhərinə təmiz, Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli su
verilir. Mən gəlmişəm ki, bu hadisəni bir-
likdə qeyd edək. Bu gözəl hadisə münasi-
bətilə sizi bir daha təbrik edirəm.
Qusar  sakini  Zöhrab  Mirzəməmmə-
dov: Çox hörmətli Prezidentimiz, Sizi doğ -
ma Azərbaycanımızın ən gözəl guşələrindən
birində - Qusar rayonunda bütün qusarlılar
adından  səmimi  qəlbdən  salamlayır,  Sizə
“Xoş gəlmisiniz” deyi rəm.
Çox hörmətli Prezidentimiz, böyük min-
nətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki,
Siz bu gün qusarlılar üçün, şəhərimiz üçün
son  dərəcə  vacib  olan  xeyirxahlıq  mis-
siyasını həyata keçirdiniz. Siz bu gün Qusar
şəhər sakinləri üçün inşa edilmiş daimi su
qovşağının açılışını etdiniz. Həm də Siz bu
gün Qusar şəhər sakinlərinə daimi sudan is-
tifadə etmək xoşbəxtliyini bəxş etdiniz. Siz,
həmçinin  bu  gün  Qusar  şəhər  sakinlərinə
bayram şənliyi bəxş etdiniz. Odur ki, onların
hamısı Sizə hədsiz dərəcədə minnətdardırlar,
çox hörmətli Prezidentimiz.
Su hər bir insanın həyatında ən mühüm
amillərdən biridir. Su həyat, sağlamlıq, tə -
miz lik, rahatlıq deməkdir. Cənab Prezident,
Siz  bu  gün  bütün  bu  nemətləri  qusarlılara
əvəzsiz  olaraq  bəxş  etdiniz.  Bütün  bunlar
Sizin  xalqımıza  olan  böyük  sevginizin,
sayğınızın, diqqət və qayğınızın bariz ifadə-
sidir. Bütün Qusar rayon ictimaiyyəti adın-
dan mən Sizə, çox hörmətli Mehriban xanım
Əliyevaya  öz  dərin  minnətdarlığımızı  və
təşəkkürümüzü bildirirəm. Cənab Prezident,
mən  Sizə  həyatın  ən  gözəl  neməti  olan
möhkəm cansağlığı arzu edirəm. Bir daha
“Çox sağ olun” deyirəm.
Prezident İlham Əliyev: Sağ olun, mən
də sizə cansağlığı arzu edirəm. Sizi təbrik
edirəm, çox sağ olun.
Qusar  sakini  Stella  Əmirbəyova:
Cənab Prezident, mənim də Sizə sözüm var.
Siz bizim üçün nələr etməmisiniz!? İşığımız,
qazımız,  rahat  yollarımız,  müa sir  mək-
təblərimiz var. Bu gün də bizə su verdiniz,
su ilə bərabər həyat verdiniz. Bütün bunlara
görə  Sizə  camaatımızın  adından  dərin
minnətdarlı ğımızı,  təşək kürümüzü  bildiri -
rəm.  Sizə  cansağlığı,  uzun  ömür  arzu
edirəm, çox sağ olun, cənab Prezident.
Prezident  İlham  Əliyev:  Təşəkkür
edirəm, sağ olun. Doğrudan da çox gözəl,
əlamətdar  bir  gündür  və  bu  günü  bərabər
qeyd  edirik.  Bir  neçə  ildir  ki,  “Azərsu”
çalışıb, bu işləri görüb. Şadam ki, nəhayət,
artıq  evlər  şəbəkəyə  qoşulur.  Bu  proses
yəqin  ki,  bir  ay  davam  edəcək.  Bir  aydan
sonra  bütün  evlərə  su  veriləcək.  Amma
mənə deyirlər ki, artıq bəzi evlərə su verilir.
Necə sudur?
Sakin: Yaxşıdır, təmizdir, çox sağ olun,
minnətdarlığımızı bildiririk.
Sakin: Cənab Prezident, biz xoşbəxtik.
Çünki xalqımızın çox parlaq və işıqlı gələ -
cəyi var. Biz Sizinlə fəxr edirik.
Prezident  İlham  Əliyev:  Qusar  ra -
yonunun  inkişafı  göz  qabağındadır.  Biz
ardıcıl siyasət apararaq bütün məsələləri həll
etmişik. Bir daha demək istəyirəm, bundan
sonra əsas vəzifə investisiya qoyuluşu, kənd
təsərrüfatının, turizmin inkişafı, sənaye zon-
alarının yaradılmasıdır ki, insanlar işlə təmin
olunsunlar, yaxşı maaş alsınlar.
Sakin: Çox hörmətli Prezidentimiz, xal -
qımızın  ən  böyük  xoşbəxtliyi  ondadır  ki,
dahi  Heydər  Əliyevdən  sonra  respublika -
mızın idarəetmə sükanı məhz Sizin etibarlı
əllərinizdədir. Odur ki, doğma Azərbayca -
nımız gündən-günə inkişaf edəcək.
Prezident İlham Əliyev: Sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.    
n

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
4/2016
11
“Azərsu”  ASC-nin  sədri  Qorxmaz
Hüseynov dövlət başçısına məlumat verdi
ki, “Beyləqan şəhərinin içməli su və kana -
lizasiya  sistemlərinin  yenidən  qurulması”
layihəsi artıq yekunlaşıb. Azərbaycan Hö -
kuməti və Asiya İnkişaf Bankının birgə ma -
liyyələşdirdiyi “Su təchizatı və kanalizasiya
investisiya  proqramı”  çərçivəsində  həyata
keçirilən  layihə  2035-ci  ilədək  perspektiv
inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində
24,3  min  nəfərin  içməli  su  təchizatı  və
kanalizasiya  xidmətlərindən  istifadəsinin
yaxşılaşdırılmasına hesablanıb. Layihə çər -
çivəsində Beyləqan şəhəri ilə yanaşı, rayo -
nun  7  min  nəfər  əhalinin  yaşadığı Aşıqlı,
Şəfəq  və  Əlinəzərli  kəndlərinə  də  içməli
suyun  verilməsi  nəzərdə  tutulub.  Ümumi-
likdə  layihədən  31  min  300  sakin  fay-
dalanacaq.
Bildirildi ki, layihənin icrasına 2012-ci
ildə başlanılıb və mərhələlərlə həyata keçir-
ilib. İlkin mərhələdə Beyləqan şəhərini və
Beyləqan şəhərinin içməli su və 
kanalizasiya şəbəkələrinin 
yenidən qurulması işləri başa çatdırılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də “Beyləqan
şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layi-
həsi çərçivəsində görülən işlərlə tanış olub.

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Beyləqan şəhərinin içməli su və kanalizasiya
şəbəkələrinin yenidən qurulması işləri başa çatdırılıb
RƏSMİ
4/2016
12
ətraf kəndləri içməli su ilə təmin etmək üçün
rayonun  Əlinəzərli  kəndi  yaxınlığında
ümumi məhsuldarlığı saniyədə 95 litr olan 5
subartezian qu yusu qazılıb. Quyu ərazisində
iki su anbarı, xlorator binası və nasos stan-
siyası tikilib.  Su  mənbəyindən  Beyləqan
şə hərinə 8,6 kilometr uzunluğunda magistral
kəmər  çəkilib,  şəhərdə  mövcud  olmuş  və
ümumi tutumu 4000 kubmetr olan iki su an-
barı da təmir edilib.
Qeyd  edildi  ki,  layihənin  ikinci
mərhələsində Beyləqan şəhərində içməli su
və kanalizasiya şəbəkələri yenidən qurulub.
Bu  məqsədlə  91,5  kilometr  uzunluğunda
içməli su şəbəkəsi ya radılıb, 5846 ünvana
birləşmə  verilib  və  abunəçilər  sayğacla
təmin olunub. Şəhərdə 413 yanğın hidrantı
quraşdırılıb. Yeni yaradılmış su təchizatı sis-
temləri  vasitəsilə  şəhərə  24  saat  fasiləsiz
içməli suyun verilməsi təmin edilib. Layihə
çərçivəsində  Beyləqan  şəhərində  75  kilo-
metr uzunluğunda kanalizasiya şə bəkəsi, 1,7
kilometr uzunluğunda kollektor inşa edilib.
Şəhərin kanalizasiya şəbəkəsinə 5120 ünva -
nın  qoşulması  təmin  olunub.  Bununla  da
Beyləqan şəhərinin içməli su və kanalizasiya
şəbəkələrinin tikintisi başa çatdırılıb.
Bildirildi  ki,  layihəyə  uyğun  olaraq
Beyləqan Sukanal İdarəsi üçün müasir stan-
dartlara  cavab  verən  yeni  inzibati  bina  da
tikilib. 700 kvadratmetr ərazisi olan binada
Heydər Əliyev guşəsi qurulub, Ulu Öndərin
büstü qoyulub. Binada müasir standartlara
cavab verən laboratoriya, konfrans zalı, işçi
otaqları və kafe yaradılıb. Bundan başqa, bu-
rada  mühasibatlıq,  dispetçer,  müştəri  xid-
mətləri  fəaliyyət  göstərəcək.  Layihənin
növbəti mərhələsində şəhərdə yaranacaq tul-
lantı suların təmizlənib zərərsizləşdirilməsi
məqsədilə  məhsuldarlığı  sutkada  10  min
kubmetr  olan  təmizləyici  qurğunun  inşası
nəzərdə tutulur.
Qeyd olundu ki, yeni layihənin ic rasına
qədər Beyləqanda mövcud infrastruktur is-
tehlakçıların tələbatını ödə  məyə imkan ver-
mirdi.  Çünki  şəhərin  içməli  su  və  kanali -
zasiya sistemləri 1960-1970-ci illərdə yara -
dılıb. Əlli kilometr uzunluğunda içməli su
şəbəkəsi şəhərin bir hissəsini əhatə edib və
istismar müddəti başa çatıb. Yeni layihənin
icrasına qədər Beyləqan şəhərində yaşayan
15 min sakinin 8 minə qədəri və ya təqribən
53 faizi mərkəzləşdirilmiş qaydada qrafikli
rejimlə su ilə təmin olunub.
Bildirildi  ki, Azərbaycan  Hökuməti  və
Asiya  İnkişaf  Bankının  birgə  maliy yələş -
dirdiyi  “Su təchizatı və ka nalizasiya inves -
tisiya proqramı” Göyçay, Ağdaş, Beyləqan
və Ağcabədi şəhərlərində içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurul-
masını nəzərdə tutur. Bu layihə çərçivəsində
2015-ci ildə Göyçay şəhərində su və kanal-
izasiya şəbəkələrinin tikintisi başa çatdırılıb,
tullantı sutəmizləyici qurğunun inşası davam
etdirilir. Ağdaş şə hərində içməli su və kanal-
izasiya şə - bəkələrinin inşası başa çatmaq
üzrədir. Ağcabədi  şəhərinin  içməli  su  təc -
hizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması üzrə isə tender keçirilib, podrat
müqaviləsi  imzalanıb  və  tikinti  işlərinə
hazırlıq görülür.
Sonra Prezident İlham Əliyev Beyləqan
şəhərinə içməli suyun veril məsini bildirən
düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
n

İlham Əliyev “Tərtər şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması”...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
4/2016
13
“Azərsu”  ASC-nin  sədri  Qorxmaz
Hüseynov dövlətimizin başçısına və xanı -
mına layihə haqqında məlumat verdi.
Regionların 
sosial-iqtisadi 
inkişafı
Dövlət Proqramı çərçivəsində icra edilən bu
layihə Azərbaycan Hökuməti və İslam İn -
kişaf  Bankı  tərəfindən  birgə  maliyyələş -
dirilən “Azərbaycanın 6 rayonunda Milli Su
Təchizatı və Kanalizasiya Proqramı” layi-
həsi  çərçivəsində  həyata  keçirilib.  Layihə
2035-ci  ilədək  perspektiv  inkişaf  nəzərə
alınmaqla Tərtər şəhərində 26 min nəfərin
içməli  su  təchizatı  və  kanalizasiya  xid-
mətlərindən istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb.  Gələcəkdə  rayonun  21  min
sakinin yaşadığı 11 kəndinə də içməli suyun
verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu
layihədən 47 min sakin faydalanacaq.
Qeyd olundu ki, layihənin icrasına 2015-
ci  ilin  mayında  başlanılıb.  Şəhəri  və  ətraf
kəndləri  içməli  su  ilə  təmin  etmək  üçün
ümumi məhsuldarlığı saniyədə 200 litr olan
İlham Əliyev “Tərtər şəhərinin içməli su
təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması” layihəsinin 
başa çatması münasibətilə keçirilən 
tədbirdə iştirak edib
n
“Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurul-
ması” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib. Azərbaycan Respub-
likasının  Prezidenti  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  tədbirdə  iştirak
ediblər.

9 subartezian quyusu qazılıb, 3,6 kilometr
uzunluğunda quyulararası xətt inşa edilib.
Şəhərin dayanıqlı su təchizatını təmin etmək
üçün hər birinin həcmi 5 min kubmetr olan
2 su anbarı, nasos stansiyası və 2,4 kilometr
uzunluğunda magistral su kəməri inşa edilib.
Layihəyə əsasən, Tərtər şəhərində 91 kilo-
metr paylayıcı su şəbəkəsi yaradılıb, 4700
ünvana  birləşmə  verilib  və  bu  ünvanlar
sayğacla təmin edilib. Yanğın təhlükəsizliyi
məqsədilə şəhərin müxtəlif yerlərində 360
yanğın  hidrantı,  suyun  optimal  idarə  edil -
məsi  üçün  185  siyirtmə  quraşdırılıb. Yeni
yaradılmış su təchizatı sistemləri vasitəsilə
şəhərə 24 saat fasiləsiz içməli suyun veril -
məsi təmin edilib.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində
Tərtər şəhərində ilk dəfə kanalizasiya sis-
temi də yaradılıb. Bu məqsədlə 75 kilometr
uzunluğunda kanalizasiya şəbəkəsi, 3,5 kilo-
metrlik kollektor inşa edilib. Şəbəkəyə 4700
ünvanın qoşulması təmin olunub. Beləliklə,
Tərtər şəhərinin içməli su və kanalizasiya
şəbəkələrinin tikintisi başa çatdırılıb. Layi-
hənin növbəti mərhələsində şəhərdə yarana -
caq  tullantı  suların  zərərsizləş dirilməsi
məqsədilə məhsuldarlığı sutkada 7500 kub-
metr  olan  təmizləyici  qurğunun  inşası  nə -
zərdə tutulur. Eyni zamanda, Tərtər Sukanal
İdarəsi üçün müasir standartlara cavab verən
yeni  inzibati  binanın  tikintisi  də  layihə -
ləndirilib  və  bu  mərhələdə  icra  olunacaq.
Tullantı sutəmizləyici qurğu və inzibati bina
da nəzərə alınmaqla layihə üzrə tikinti işləri
2018-ci ildə tam yekunlaşacaq.
Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli
su  təchizatı  sistemləri  1960-cı  illərdə
yaradılıb. Həcmi 500 kubmetr olan iki su an-
barı və 47 kilometr uzunluğunda şəhərdaxili
şəbəkə istismara yararsız vəziyyətdə olub.
Tərtər  şəhərində  kanalizasiya  sistemi  isə
ümumiyyətlə  mövcud  olmayıb. Yeni  layi-
hənin icrasına qədər “Azərsu” ASC 20 min
şəhər sakinindən 11 mininə və ya təqribən
55  faizinə  xidmət  göstərib  və  şəhərə  su
qrafik üzrə verilib.
Azərbaycan Hökuməti və İslam İnkişaf
Bankı  tərəfindən  birgə  maliyyələşdirilən
“Azərbaycanın 6 rayonunda Milli Su Təc -
hizatı  və  Kanalizasiya  Proqramı”  layihəsi
çərçivəsində  Tərtər  şəhəri  ilə  yanaşı,  Gə -
dəbəy, Daşkəsən və Astara şəhərlərində də
su və kanalizasiya şəbəkəsinin yenidən qu-
rulmasına başlanılıb. 
2017-ci ildə Gədəbəy və Daşkəsən şəhər-
lərində su və kanalizasiya şəbəkələrinin tik-
intisi  yekunlaşacaq,  Qazax  şəhərində  isə
layihənin icrasına başlanacaq.
Sonra  dövlətimizin  başçısı  və  xanımı
Tərtər rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
İlham Əliyev “Tərtər şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması”...
RƏSMİ
4/2016
14
-  Mən  sizi  salamlayıram,  yenidən Tər -
tərdə olmağımdan çox məmnunam. Bu gün
Tərtər rayonunun həyatında çox əlamətdar
bir gündür. Tərtər şəhərinin su və kanaliza-
siya problemi artıq həll olunur. Çox gözəl,
böyük layihədir. Bilirəm ki, əvvəlki illərdə
su problemi insanları narahat edirdi. Artıq bu
məsələ  öz  həllini  tapıb.  Tərtər  şəhərinin
sakinlərinə təmiz içməli su veriləcək və eyni
zamanda,  kanalizasiya  xətləri  də  tam  is-
tismara  hazırdır.  Gələcək  mərhələdə  ətraf
kəndlərə də içməli su veriləcək.
Bu,  böyük  infrastruktur  və  sosial  layi-
hədir.  Bu  layihənin  icrası  üçün  biz  xarici
kreditlərdən  istifadə  etdik,  eyni  zamanda,
Azərbaycan dövləti də büdcə vəsaiti ayırdı.
Çünki su layihələrinin icrası böyük vəsait
tələb edir. Ancaq bu vəsaitin büdcəyə qayıt-
Prezident İlham Əliyevin çıxışı

İlham Əliyev “Tərtər şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması”...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
4/2016
15
ması məsələsi uzun illər çəkir. Yəni, bu la -
yihənin  icrası  sırf  sosial  məna  daşıyır  ki,
Tərtərə keyfiyyətli su verilsin, insanlar təmiz
içməli  su  ilə  təmin  olunsunlar.  Su  insanın
sağlamlığı üçün başlıca amildir.
Tərtər  rayonunun  uğurlu  inkişafı  məni
çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə
və rayonda infrastruktur layihələrinin icrası
göstərir  ki,  Azərbaycanın  bütün  bölgələri
uğurla inkişaf edir və bizim vaxtilə qəbul et-
diyimiz  regionların  sosial-iqtisadi  inkişafı
proqramı  həyatda  öz  əksini  tapır.  Biz  son
illər  ərzində  bunu  Tərtər  rayonunun  tim-
salında  görürük.  Tərtər  şəhəri  abadlaşıb,
gözəlləşib. Mən 10 il bundan əvvəl Prezi-
dent kimi birinci dəfə Tərtər rayonunda ol-
muşam,  bu  yerdə  vətəndaşlarla  görüşmü -
şəm. O vaxt Tərtərin siması tam başqa idi.
Bu gün Tərtər müasir, abad şəhərdir, rayon
inkişaf  edir,  vətəndaşlar  daha  da  yaxşı
yaşayırlar.  Magistral  yolların,  kənd  yol-
larının çəkilişi, qazlaşdırma ilə bağlı böyük
infrastruktur layihələri icra edilir. Tərtər ray-
onunda qazlaşdırma 90 faizdən çoxdur, 100
faizə çatmalıdır. Elektrik enerjisi ilə bağlı
heç bir problem yoxdur. Bu gün içməli su
məsələsi də öz həllini tapır. Yəni, əsas infra-
struktur  məsələləri  bunlardır.  Bu,  birinci
mərhələdə görüləsi işlər idi.
Bununla bərabər rayonun sosial-iqtisadi
inkişafına  da  böyük  diqqət  göstərilmişdir.
Burada  çoxlu  məktəblər,  uşaq  bağçaları,
sosial obyektlər tikilmişdir. Yəni, rayonun
iqtisadiyyatına  və  sosial  inkişafına  dövlət
tərəfindən çox böyük vəsait ayrılmışdır.
Növbəti mərhələdə iş yerlərinin yaradıl-
ması istiqamətində əlavə tədbirlər görüləcək.
Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı
bizim  böyük  planlarımız  var.  Bizim  kənd
təsərrüfatı ilə bağlı son təşəbbüslərimiz üzrə
Tərtərdə görülən işlər buradakı təqdimatda
əksini tapıb.
Baramaçılıq,  pambıqçılıq  inkişaf  edir.
Gələn  il  3  min  hektarda  pambıq  əkiləcək,
minlərlə insan bu işlərə cəlb olunacaq. Bara-
maçılığın da həm dövlətə, həm də insanlara
çox böyük xeyri var. Yəni, qısa müddətdə –
30-40  gün  ərzində  insanlar  yaxşı  pul  qa -
zanırlar.  Xüsusilə  nəzərə  alınmalıdır  ki,
dövlət bu sahəyə öz dəstəyini əsirgəmir. İndi
xaricdən tinglər gətirilir, təsərrüfatlara ve -
rilir.
Kənd təsərrüfatının daha sürətlə inkişaf
etdirilməsi üçün digər tədbirlər də görülür.
Siz  yaxşı  bilirsiniz  ki,  subsidiyalar,  yana -
cağa, gübrəyə dotasiyalar, güzəştli şərtlərlə
texnika  verilir.  Bütün  bunları  dövlət  öz
üzərinə götürüb ki, insanlara daha da yaxşı
şərait yaratsın. Fermerlər torpaq vergisi is-
tisna olmaqla, bütün vergilərdən azaddırlar.
Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə
də  dünya  miqyasında  nümunəvi  ölkədir.
Çünki mən öz fermerlərinə bu qədər diqqət
göstərən  ikinci  ölkə  tanımıram  və  bunun
nəticəsində, - baxmayaraq ki, indi dünyada
və bizim bölgəmizdə böhran yaşanır, - Azər-
baycanda kənd təsərrüfatı inkişaf edir. Bu il
də artım var, gələn ildə də artım olacaq. Bir
sözlə,  qarşıdakı  mərhələdə  sahibkarlığın
inkişafı,  investisiyaların  cəlb  edilməsi  ilə
bağlı növbəti addımlar atılacaq.
Tərtər rayonunda işlər düzgün qurulub.
Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə
son vaxtlar burada gedən quruculuq-abadlıq
işləri məni çox sevindirir. Əminəm ki, sizi
də  sevindirir.  Keçən  dəfə  biz  may  ayında
görüşmüşdük. O vaxt mən dağılmış evlərə
baş  çəkdim  və  bir  daha  əmin  oldum  ki,
Tərtər sakinləri qəhrəmandırlar. Onlar bu-
rada - döyüş bölgəsində, düşmənlə üz-üzə
möhkəm dayanıblar və atılan, evlərinə dəyən
mərmilər onların iradəsinə zərrə qədər təsir
etməmişdir.
Aprel döyüşləri ümumiyyətlə bizim şanlı
tariximizdir. Azərbaycan Ordusu da, Azər-
baycan  vətəndaşı  da  qəhrəmanlıq  göstər-
mişdir. Ordumuz düşmənin hücumuna cavab
olaraq hərbi qələbə qazanmışdır. Ordumuz

əlverişsiz mövqelərdən əks-hücum əməliy -
yatı  keçirərək  həm  bu  istiqamətdə,  həm
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
ərazisində - indiki Ağdərə rayonunda, eyni
zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində
böyük  ərazini  işğalçılardan  azad  etmişdir.
Ermənilərin uzun illər öz ordusu haqqında
yaydıqları mif darmadağın edildi. Azərbay-
can  əsgəri,  zabiti  göstərdi  ki,  kim  nəyə
qadirdir. Ermənilər əlverişli mövqelərini tərk
edərək, qorxudan qaçıb gizlənmişdilər. On-
ların  kəndlərində  yaşayan  insanların  sayı
getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda
bir  nəfər  belə  yerindən  tərpənmədi.  Bu,
böyük qəhrəmanlıqdır. Bu, bir daha xal qı -
mızın  ucalığını  göstərir.  Xüsusilə  Tərtər
sakinlərinin belə davranışı, hərəkəti, hər bir
vətəndaş  üçün  nümunə  olmalıdır.  İndi  siz
burada, düşmənlə üz-üzə, ön cəbhədə nəinki
yaşayırsınız,  yaradırsınız,  qurursunuz  və
əminsiniz ki, Azərbaycan dövləti və Azər-
baycan Ordusu sizin təhlükəsizliyinizi təmin
edir.
Bir  daha  demək  istəyirəm  ki,  aprel
döyüşləri  tarixi  hadisədir.  Azərbaycan  bu
döyüşlərdə  nəinki  öz  gücünü  göstərdi,
düşmənə və dünyaya bir daha sübut etdi ki,
biz  indiki  vəziyyətlə  heç  vaxt  barışmaya-
cağıq.  Dağlıq  Qarabağ  bizim  tarixi  tor-
pağımızdır. Şuşa da, Xankəndi də, hələ ki,
işğal altında qalan digər bütün torpaqlar da.
Bizim tarixi coğrafiyamız çox geniş olub.
Tarixçilər son vaxtlar bu barədə yaxşı elmi
əsərlər,  kitablar  yazırlar.  Onu  da  qeyd  et-
məliyəm ki, bu məsələlər mənim tövsiyəmlə
öz həllini tapır. Misal üçün, İrəvan xanlığı
haqqında çox böyük elmi əsər yaradılmışdır.
Bu əsər bir neçə dilə tərcümə edilmişdir ki,
həm Azərbaycan vətəndaşları bunu bir daha
bilsinlər və dünya da bilsin ki, İrəvan bizim
tarixi torpağımızdır. XIX əsrin əvvəllərində
İrəvanın əhalisinin 70 faizi azərbaycanlılar
idi.  Göyçə,  Zəngəzur  bizim  tarixi  tor-
paqlarımızdır.
Bunu  artıq  XX  əsrin  tarixi  də  göstərir.
Azərbaycan Xalq Cümhuriyyətinin demək
olar ki, birinci qərarı, - əfsuslar olsun ki, belə
bir qərar verildi, - ondan ibarət idi ki, İrəvanı
Ermənistana hədiyyə edək. Bu, çox böyük
səhv,  böyük  cinayət  idi.  Bilirsiniz,  Xalq
Cümhuriyyətinin mövcudluğu bizim qürur
mənbəyimizdir. Müsəlman aləmində ilk dəfə
demokratik respublika yaranmışdır və yaxşı
da işlər görülmüşdür. Amma biz gərək tarixi
olduğu kimi bilək və insanlar da bilsinlər.
İrəvanı Ermənistana vermək tarixi cinayət
idi. Çünki öz doğma torpağını verdilər.
Bu gün bizim indiki Ermənistan Respub-
likasının torpağında gözümüz yoxdur. Biz nə
İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla
qaytarmaq  fikrində  deyilik.  Amma  mən
əminəm ki, vaxt gələcək və biz azərbaycan-
lılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.
Biz  bunu  ardıcıl  siyasətlə,  sülh  yolu  ilə
edəcəyik.  Bütün  obyektiv  səbəblər  onu
göstərir  ki,  o  gün  gələcək.  Sadəcə  olaraq
bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq.
Necə yaxınlaşdırmalıyıq? Daha da güclü ol-
malıyıq. Bu gün dünyada artıq beynəlxalq
hüquq anlayışı demək olar ki, iflasa uğrayıb.
İndi güc əsas amildir. Bu, belədir. Biz də real
dünyada yaşayırıq. Ona görə daha da güclü
olmalıyıq, daha güclü ordu qurmalıyıq. İqti-
sadiyyat  daha  da  güclü  olmalıdır,  inkişaf
daha  da  sürətlə  getməlidir.  Baxın,  hətta
böhranlı illərdə ölkə əhalisinin sayı getdikcə
artır və artacaq. İndi bir-iki ilə Azərbaycan
əhalisi on milyona çatacaq. Bu meyil davam
edir. İndi əhali nə qədər çox artırsa, sonrakı
illərdə də artım daha yüksək olacaq.
Ermənistanda  isə  əhali  azalır.  Bu,  həm
təbii səbəblər, həm miqrasiya, həm də ümid-
sizlik, çarəsizlik, özbaşınalıq üzündən baş
verir. Ermənistanın indiki faşist rejimi fak-
tiki olaraq ölkədə dözülməz şərait yaradıb.
Ona görə də orada əhali daha da azalacaq,
çıxıb gedəcək, necə ki, indi çıxıb gedir. Biz
torpaqlarımıza qayıdacağıq. Qayıtmaq üçün


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə