Water problems: science and technology



Yüklə 5.27 Mb.
Pdf просмотр
səhifə1/14
tarix06.07.2017
ölçüsü5.27 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR 
Beynəlxalq resenziyalı elmi jurnal
№ 4 | 2016
Çapa imzalanıb: 30.12.2016.
Tiraj: 250
WATER PROBLEMS: SCIENCE AND TECHNOLOGY 
 International refereed academic 
journal№ 4 | 2016
It is sent for the press: 30.12.2016 
Circulation: 250
n
 
Su ehtiyatlarının tədqiqi və inteqrasiyalı idarəetmə problemləri
n
 
Su təchizatı, tullantı və yağış suları sistemlərinin idarə olunması
n
 
Sudan istifadənin ekoloji problemləri
S
U
 P
R
O
B
L
E
M
L
Я
R
И:
 Е
Л
М
 В
Я
 Т
Е
Х
Н
О
Л
О
Э
ИЙ
А
Л
А
Р
 
|

4
-2016
№ 4 - 2016
n
 
İçməli su emalı və tullantı suların təmizlənməsində innovativ  
    texnologiyalar

“Kütləvi informasiya vasitələri haqqında” 
Azərbaycan Respublikası 
Qanununa müvafiq şəkildə 
təsis edilmişdir.  
Reyestr № 3961
Rübdə bir dəfə nəşr edilir.
2015-ci ilin mart ayından 
nəşr edilir.
Redaksiya ünvanı:
AZ 1012 Bakı, Azərbaycan, Moskva prospekti 73.
Tel: (+99412) 430-08-25/35 (daxili: 27-37)
e-mail: journal@azersu.az
Established by the Law 
“On Mass Media” 
of the Republic of Azerbaijan.
Registry № 3961
It is published quarterly.  
Published in 
March, 2015. 
Editorial office address: 
73, Moskow street, Baku, AZ 1012.  
Phone: Tel: (+99412) 430-08-25/35 (ext.: 27-37)
e-mail: journal@azersu.az
SU PROBLEMLƏRİ 
ELM VƏ TEXNOLOGİYALAR
ВОДНЫЕ ПРОБЛЕМЫ
НАУКА И ТЕХНОЛОГИИ
WATER PROBLEMS 
SCIENCE AND TECHNOLOGY
TƏSİSÇİ 
учредитель
PUBLİSHED BY 
Международный рецензируемый научный журнал
International refereed academic journal
Beynəlxalq resenziyalı elmi jurnal
“Su nəinki həyat mənbəyidir, 
hətta həyatın özüdür”.
Heydər Əliyev
“Təmiz içməli su insan sağlamlığına
verilən ən böyük töhfədir”.
İlham Əliyev
“AZƏRSU” ASC
4/2016
ISSN 2414-5742

Yaşar Kəlbiyev (baş redaktor, iqtisad elmləri doktoru, prof.),  Teyyub Cabbarov (“Azərsu” ASC-
nin sədrinin birinci müavini), Köçərli Həsənov (“Azərsu” ASC-nin sədrinin müavini), Mahir Məm-
mədov  (“Azərsu”  ASC-nin  sədrinin  müavini),  Seymur  Seyidov  (“Azərsu”  ASC-nin  sədrinin
müavini), Etibar Məmmədov (“Azərsu” ASC-nin sədrinin müavini), İlqar Tağıyev (“Azərsu” ASC-
nin sədrinin müavini), Çingiz Abdullayev (kultrologiya elmləri  doktoru, prof., Azərbaycan), Firuz
Bəşirov (texnika elmləri doktoru, prof., Azərbaycan), Elşad Cavadzadə (texnika üzrə fəlsəfə doktoru,
Azərbaycan), Pierre Çantrel (Fransanın su üzrə Beynəlxalq İdarəsinin Beynəlxalq əməkdaşlıq De-
partamenti, Fransa), Covan Despotovic (Belqrad Universiteti, Serbiya), Fazil Əbilov (texnika elm-
ləri doktoru, Azərbaycan), Fərda İmanov (coğrafiya elmləri doktoru, prof., Azərbaycan), Murad
İmanov (riyaziyyat elmləri doktoru, Azərbaycan), Yusif İsrafilov (geologiya-mineralogiya elmləri
doktoru, Azərbaycan), Rəşail İsmayılov (coğrafiya üzrə fəlsəfə doktoru, Azərbaycan),  Asif Kəngərli
(texnika üzrə fəlsəfə doktoru, Azərbaycan), Elçin Qurbanov (fizika üzrə fəlsəfə doktoru, Azərbay-
can), Nidal Salim  (Beynəlxalq Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun baş direktoru, İsveçrə),
Oleq  Podolnıy  (geologiya-minerologiya  elmləri  doktoru,  prof.,  Qazaxıstan),    Həsən  Sarıkaya
(Beynəlxalq Sarayevo Universitetinin şura sədri, prof., Bosniya və Hersoqovina),  Eniko Anna
Tamas  (Hidravlika Mühəndisliyi  və  Su İnstitutunun  professoru,  Macarıstan),  İslam Tağıyev
(geologiya-minerologiya üzrə fəlsəfə doktoru, Azərbaycan).
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
EDITORIAL
REDAKSİYA
NƏŞRİN İdEYA MÜƏLLİfİ:
Qorxmaz Hüseynov 
“Azərsu” ASC-nin sədri
R E D A K S I Y A   H E Y Ə T I :
Yashar Kalbiyev (editor-in-chief, prof., doctor of economics),  Teyyub Jabbarov (first deputy chair-
man of “Azersu” OJSC), Kocharli Hassanov (deputy chairman of “Azersu” OJSC), Mahir Mam-
madov (deputy chairman of “Azersu” OJSC), Seymur Seyidov (deputy chairman of “Azersu”
OJSC), Etibar Mammadov  (deputy chairman of “Azersu” OJSC), Ilgar Tagiyev (deputy chairman
of “Azer su” OJSC), Chingiz Abdullayev (prof., doctor kultrologiya, Azerbaijan), Firuz Bashirov
(prof., doctor of technical sciences, Azerbaijan), Elshad Cavadzadeh (PhD of technical sciences,
Azerbaijan), Pierre Chantrel  (The International Office for Water in France Department of Inter-
national  Cooperation,  France),  Jovan  Despotovic  (The  University  of  Belgrade,  Serbia),  Fazil
Abilov (doctor of technical sciences, Azerbaijan), Farda Imanov (prof.,doc., of geographical sci-
ences, Azerbaijan), Murad Imanov (doc., of mathematical sciences, Azerbaijan), Yusif Israfilov
(doctor geology and mineralogy, Azerbaijan),  Rashail Ismayılov (PhD of geographical sciences,
Azerbaijan), Asif Kangarli (PhD of technical sciences, Azerbaijan), Elçin Gurbanov (PhD of
physics sciences, Azerbaijan),  Nidal Salim (health director, of the International Water, Environment
and Institute, Switzerland),  Oleg Podolnıy (prof., doctor geology and mineralogy, Kazakhstan),
Hassan Sarıkaya (prof., International University of Sarajevo, Bosnia and Herzegovina), Eniko
Anna Tamas  (prof., Institute for Hydraulic engineering and Water,  Hungary),  Islam Tagiyev
(PhD of geology and mineralogy, Azerbaijan).
AuThOR Of ThE IdEA:
Gorkhmaz J. Huseynov
Chairman of  “Azersu” OJSC
E D I T O R I A L   B O A R D :
4/2016
2
[

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
MÜNDƏRİCAT
CONTENTS 
4/2016
3
Rəsmi xəbərlər
Prezident İlham Əliyev Qusar şəhərində
içməli su və kanalizasiya layihəsinin 
başa çatması ilə bağlı keçirilən mərasimdə 
iştirak edib ...................................................... 5
Beyləqan şəhərinin içməli su və kanalizasiya
şəbəkələrinin yenidən qurulması işləri 
başa çatdırılıb ................................................ 11
Tərtər şəhərinin içməli su təchizatı və 
kanalizasiya sistemlərinin yenidən qurulması 
başa çatıb...................................................... 13
ƏməkdaşlIq
Şəki şəhərində Almaniyanın KfW Bankının
Azərbaycanda səfərdə olan 
nümayəndə heyəti ilə görüş keçirilib ..............18
Təqdimat
“Abşeron yarımadasının içməli su, 
kanalizasiya və yağış suları sistemlərinin  
Master Plan”ının təqdimatı 
keçirilib ......................................................... 20
Əlaqələr
“Sukanal” ETLİ-nin əməkdaşları beynəlxalq 
konfransda iştirak ediblər .............................. 22
Su ehtiyatlarının tədqiqi  və inteqrasiyalı
idarəetmə problemləri
Mənsimov M.R., Məmmədova G.H., Alıyev
E.M, Musayeva M.A., Mehralıyeva Z.R.
Аzərbaycan Respublikasının dağ çaylarında
daşqın risklərinin qiymətləndirilməsi 
(Zəyəmçay hövzəsi timsalında) ................... 23
Фатдаев Г.Ф., Бабаева Г.р., Гумбатова
л.т., Мусаханова л.и., Алиева Ш.З. Об
одном способе построения регрессионных
моделей стока взвешенных наносов 
горных рек .................................................. 36
İsmayılov F.X. Kürboyu ərazilərin (Salyan 
və Neftçala rayonlarının) hidrogeoloji və 
geoekoloji şəraitinin nizamlanma yolları  ....... 41
Zabidov Z.C., Fətdayev H.F.  Borda qaydası
ilə hidrometrik müşahidə məntəqələrinin 
su sərfinə dair məlumatlarının 
informativliyinin qiymətləndirilməsi .............  47
Official news
President Ilham Aliyev launched 
newly reconstructed water supply and 
sewerage system 
in Qusar ............................................................. 5
President Ilham Aliyev launched 
Beylagan city water supply and 
sewerage system  ........................................... 11
President Ilham Aliyev launched 
Tartar city water supply and sanitation 
system ............................................................. 13 
Collaboration
A meeting was held with 
the delegation of KfW Bank 
in  Sheki  .........................................................18 
Presentation
Absheron district’s water supply system, 
sewerage and storm water Master Plan 
has been presented to Cabinet Ministers 
of Azerbaijan ............... ....................................20
Relations
“Sukanal” SRdI employees attended 
international conference .................................. 22
The research on water resources and 
problems of integrated management
Mansimov M.R., Mammədova G.H., Alıyev
E.M, Musayeva M.A., Mehralıyeva Z.R.  Prior
assessment of flood risk in mountain rivers in
Azerbaijan Republic (an example 
of a Zayamchay basin) .................................... 23
Fatdayev G.F., Babayev G.R., Humbatova
L.T., Musaxanov L.I., Aliyeva Sh.Z. A method
of constructing regression models 
of suspended sediment runoff 
of mountain rivers ........................................... 36
Ismayılov F.X. Kur height areas (Salyan and
Neftchala), hydrological and geological 
conditions and ways of resolving  .................... 41
Zabidov Z.C., Fatdayev H.F.  Borda rule 
observation stations hydrometric data 
on water consumption informative 
assessment ....................................................  47

Su təchizatı, tullantı və yağış suları
sistemlərinin idarə olunması
Kəngərli A.C.  Ən qədim su təchizatı 
qurğuları ....................................................... 54
Şəfizadə İ.H., Hüseynzadə M.T., Eldarova
G.Ə. Tullantı sularının çöküntülərindən 
səmərəli istifadəsi üzrə müasir yanaşmalar... 73
Əkbərova S.M. Binaların kondisioner  
sistemlərində artezian sularının istifadəsinin 
səmərəliliyinin qiymətləndirilməsi ..................85
Əbilov R.S. fasilə ilə yuyulan durulducusu
olan frontal suqəbuledici qurğunun 
tədqiqatları ................................................... 94
İçməli su emalı və tullantı suların 
təmizlənməsində innovativ 
texnologiyalar
Əhmədov F.Ş. Tullantı sularının göl və 
dənizlərə axıdılmasında buraxıla bilən 
axıntı həddinin (BBAh) təyini ...................... 100
Qurbanov E.C., Yusifov F.F.  Su təsərrü-
fatında ekoloji məsələlərin həlli üçün 
enerjieffektivli yüksək gərginlikli yaşıl 
texnologiyaların inkişafı ............................... 107
Sudan istifadənin ekoloji problemləri
Ağarzayeva B.A. Xəzər dənizinin 
Azərbaycan akvatoriyasında 
çirkləndiricilərin həcminin tədqiqi ................121
Алиев А.Г. Вода как живая субстанция... 128
MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR ....... 132
Su haqqında hikmətli sözlər .............. 136
Water supply, wastewater and stormwater
management systems
Kangarli A.C.  The oldest water supply 
facilities ........................................................... 54
Shəfizadeh İ.H., Huseynzadeh M.T., Eldarova
G.Ə. Modern approaches for the efficient use 
of waste water deposits................................... 73
Akbarova S.M. To evaluate the effectiveness 
of the use of air-conditioning systems 
in buildings, artesian water ...............................85
Abilov R.S. Studies of frontal intake facility 
at the break in precipitation 
washable ......................................................... 94
Innovative technologies 
in drinking and waste water 
treatment
Ahmadov F.Sh. Issuable to direct the discharge
of waste waters of the lake and the sea level 
(TLWW) determination ................................... 100
Gurbanov E.C., Yusifov F.F.  Water for 
agriculture, environmental issues, green 
technologies and the development 
of high-voltage enerjieffektivli ....................... 107
Ecological problems of  water use
Agarzayeva B.A. The study of contaminants
in the water area of the Caspian Sea 
in Azerbaijan ...................................................121
Aliyev А.Q. Water is a living substance........ 128
n
NOTES  FOR  CONTRIBUTORS  .......  132
Wise words about water ........................ 136
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
MÜNDƏRİCAT
4/2016
4
Jurnalda “Azərsu” ASC-nin rəsmi internet səhifəsindəki (www.azersu.az) xəbərlərdən istifadə edilmişdir.

Respublikanın hər yerində əhalinin sosial
məsələlərinin  həlli  istiqamətində  mühüm
layihələr icra olunur. Görülən işlər arasında
su  təchizatı  və  kanalizasiya  sistemlərinin
yenidən qurulması əsas yer tutur. Bu baxım-
dan Qusar şəhərinin içməli su təchizatı və
kanalizasiya  sistemlərinin  yenidən  qurul-
ması  layihəsi  də  mühüm  əhəmiyyətə  ma-
likdir. Qusar ra yonunda içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurul-
ması işləri ilə yanaşı, dövlət büdcəsi vəsaiti
hesabına Qusar-Quba kanalizasiya kollek-
torunun tikintisi də tamamlanıb. “Şahdağ”
Qış-Yay  Turizm  Komplek sinin  və  Qusar
şəhərinin  tullantı  sularının  Quba-Xaçmaz
kollektoruna  ötürülməsi  məqsədilə  27,2
kilometr uzunluğunda kanalizasiya kollek-
toru qısa müddətdə tikilərək istismara ve -
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
4/2016
Prezident İlham Əliyev Qusar şəhərində 
içməli su və kanalizasiya layihəsinin 
başa çatması ilə bağlı keçirilən
mərasimdə iştirak edib
n
Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsi başa çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.
5

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Prezident İlham Əliyev Qusar şəhərində  içməli su və 
kanalizasiya layihəsinin  başa çatması ilə bağlı...
rilib.  Kollektorun  7,6  kilometrlik  hissəsi
1000, 19,6 kilometrlik hissəsi isə 800 mil-
limetrlik borulardan inşa olunub. Bu layi-
hələrin icrası Qusar sakinlərinin içməli su
təchizatı və kanalizasiya xidmətlərindən is-
tifadəsini  yaxşılaşdırmaqla  yanaşı,  ətraf
mühitin  ekoloji  tarazlığının  qorunmasına
imkan verib.
“Azərsu”  ASC-nin  sədri  Qorxmaz
Hüseynov  dövlətimizin  başçısına  layihə
barədə məlumat verdi. Qeyd olundu ki, lay-
ihə çərçivəsində Qusar Sukanal İdarəsi üçün
472  kvadratmetr  sahəsi  olan  yeni  inzibati
bina  tikilib.  Binada  xidməti  otaqlar,  iclas
zalı,  zəng  mərkəzi,  anbar,  informasiya
texnologiyaları  otağı,  digər  xidməti  və
yardımçı otaqlar yaradılıb.
Bildirildi  ki,  bu  layihə  Azərbaycan
Hökuməti ilə Yaponiya Beynəlxalq Əmək-
daşlıq Agentliyinin birgə maliyyə ləşdirdiyi
“Kiçik şəhərlərdə su təc hizatı və kanaliza-
siya layihəsi” çərçi vəsində həyata keçirilib.
Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə
alınmaqla  Qusar  şəhərində  19  min  600
nəfərin içməli su təchizatı və kanalizasiya
xidmətlərindən  istifadəsinin  yaxşılaşdırıl-
masına hesablanıb. 
Eyni zamanda, layihə çərçivəsində Qusar
rayonunun 7 və Quba rayonunun 3 kəndinə
içməli  suyun  verilməsi  nəzərdə  tutulub.
Ümumilikdə, layihədən bu kəndlərin 12 min
sakini faydalanacaq.
Qusar  şəhərinin  içməli  su  təchizatı  və
kanalizasiya  sistemlərinin  yenidən  qurul-
ması  layihəsinin  icrasına  2012-ci  ildə
başlanılıb. Layihənin birinci mərhə ləsində
Qusar  şəhərini  və  10  kəndi  keyfiyyətli
içməli su ilə təmin etmək üçün Qusarçayın
məcrasında məhsuldarlığı saniyədə 102 litr
və ya sutkada 8800 kubmetr olan drenaj tipli
suqəbuledici qurğu tikilib, su mənbəyindən
şəhərə  qədər  17,4  kilometr  uzunluğunda
magistral kəmər çəkilib. Şəhərin dayanıqlı
su təchizatını təmin etmək məqsədilə ümumi
tutumu 3 min kubmetr olan 3 su anbarı tik-
ilib  və  bu  anbarlar  arasında  2,8  kilometr
uzunluğunda su xətləri çəkilib, yeni xlorator
binası  inşa  olunub.  Layihənin  ikinci
mərhələsində isə Qusar şəhərində içməli su
və kanalizasiya şəbəkələrinin yenidən qurul-
ması  işləri  həyata  keçirilib.  Bu  işlər
çərçivəsində 106 kilometr içməli su şəbəkəsi
yaradılıb, abonentlərə ev birləşmələri ver-
ilib, yanğın hidrantları quraşdırılıb. İçməli
su şəbəkəsi ilə paralel olaraq, şəhərin kana -
lizasiya  sistemləri  də  müasir  standartlar
səviyyəsində yenidən qurulub, 105 kilometr
uzunluğunda  şəhərda xili  şəbəkə  qurulub.
Şəhərdə  yaranacaq  tullantı  suları  Xaçmaz
rayonu ərazisində inşa ediləcək və məhsul-
darlığı  sutkada  70  min  kubmetr  layi-
hələndirilən tullantı sutəmizləyici qurğuda
təmizlənib zərərsizləşdiriləcək. Bu qurğuda,
həmçinin Quba və Xaçmaz şəhərlərinin də
tullantı suları emal olunacaq.
Dövlətimizin başçısına məlumat ve rildi
ki,  Azərbaycan  Hökuməti  və  Ya po niya
Beynəlxalq Əməkdaşlıq Agent  liyinin birgə
maliyyələşdirdiyi  “Kiçik  şəhərlərdə  su
təchizatı  və  kanalizasiya  layihəsi”  çərçi -
vəsində ölkəmizin 5 şə hərində – Qusar, Xaç-
maz, Xızı, Qobustan və Naftalanda içməli su
təchizatı  və  kanalizasiya  sistemlərinin
yenidən  qurulması  nəzərdə  tutulub.  Artıq
Naftalan  şəhərində  su  və  kanalizasiya
şəbəkə lərinin  tikintisi  tam  başa  çatıb,
hazırda tullantı sutəmizləyici qurğunun in-
şasına hazırlıq işləri görülür. Qobustan, Xaç-
maz  və  Xızı  şəhərlərində  isə  içməli  su  və
kanalizasiya sistemlərinin inşası təsdiqlən-
miş qrafikə uyğun davam etdirilir.
Sonra Prezident İlham Əliyev layihənin
işə salınmasını bildirən düyməni basdı.
Dövlətimizin  başçısı  rayon  ictimaiy -
yətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti görüşdə çıxış etdi.
RƏSMİ
4/2016
6

4/2016
RƏSMİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Prezident İlham Əliyev Qusar şəhərində  içməli su və 
kanalizasiya layihəsinin  başa çatması ilə bağlı...
7
- Bu gün Qusar rayonunda çox əla mətdar
bir gündür. Qusar şəhərinin su problemi artıq
öz  həllini  tapıb.  Bu  gün  biz  bu  layihənin
başa çatmasını qeyd edirik. Bu münasibətlə
sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da
çox əlamətdar hadisədir. Çünki əvvəlki il-
lərdə Qusarda su problemi çox kəskin prob-
lem  kimi  qalmışdı.  Bizim  demək  olar  ki,
bütün rayonlarımızda oxşar problemlər var
idi və onlar tədricən öz həllini tapır. 
Bu  gün  biz  artıq  bu  layihəni  başa  çat-
dırdıq.  Artıq  Qusar  şəhərinə  keyfiyyətli,
təmiz, Dünya Səhiyyə Təşkilatının standart-
larına tam uyğun su verilir. Bununla bərabər,
Qusar rayonunun yeddi və Quba rayonunun
üç kəndinə də bu mənbədən su veriləcək. Bu
problem  də  Qusarda  artıq  tarixdə  qaldı.
Digər  problemlər  və  qarşıda  duran  bütün
vəzifələr icra edilir.
Qusar rayonunun sosial-iqtisadi inkişafı
sürətlə gedir. Mən bu məsələləri daim diqqət
mərkəzində  saxlayıram.  Bugünkü  səfər
mənim  Qusara  sayca  12-ci  səfərimdir.
Demək  olar  ki,  son  13  il  ərzində  hər  il
Qusara gəlirəm, vəziyyətlə tanış oluram və
buradakı problemlərin həlli üçün göstərişlər
verilir.
Bu gün Qusar-İmamqulukənd-Qu xuroba
yolunun açılışını qeyd etdik. Bu, Qusar ra -
yonunda icra edilən sayca dördüncü böyük
kənd  yolu  layihəsidir.  Bu  layihələr  artıq
kəndlərin əksəriyyətini əhatə edir. Mənə ve -
rilən məlumata görə, Qusarda uzunluğu 98
kilometr  olan  kənd  yolu  layihələri  icra
edilib.  Bu  da,  əlbəttə,  həm  insanların  ra-
hatlığına, həm də rayonun inkişafına xidmət
göstərir. Çünki yol olmasa, inkişafdan söh-
bət gedə bilməz.
Gələcəkdə yəqin ki, kənd yolları ilə bağlı
yeni  layihələr  icra  ediləcək.  Bu nunla
bərabər, qazlaşdırma prosesi gedir. Ev təsər-
rüfatlarının 68 faizi qazlaşdırılıb. Elektrik
Prezident İlham Əliyevin çıxışı

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Prezident İlham Əliyev Qusar şəhərində  içməli su və 
kanalizasiya layihəsinin  başa çatması ilə bağlı...
RƏSMİ
4/2016
8
enerjisi  məsələləri  həll  olunur.  Burada  iki
elektrik stansiyası fəaliyyət göstərir: “Şah-
dağ” stansiyası Qusar və Quba rayonlarının
sərhədində yerləşir. “Xaçmaz” elektrik stan-
siyası  bütün  bu  zonanın  enerji  təminatını
təşkil edir.
İndi də içməli su layihəsi həllini tapıb.
Beləliklə,  əsas  infrastruktur  layihələrinə
gəldikdə onların demək olar ki, hamısı öz
həllini tapıb: elektrik enerjisi, qazlaşdırma,
içməli su, kənd yolları, sosial layihələr icra
edilib. Bu gün Hil kəndində böyük məktəbin
açılışını qeyd etmişik. Bu, yüksək standart-
lara  cavab  verən  bir  məktəbdir.  Əvvəlki
səfərlərimin  birində  biz  mərkəzi  rayon
xəstəxanasının  açılışını  qeyd  etmişdik.
Çünki  burada  ümumiyyətlə,  rayon  xəstə -
xanası  mövcud  deyildi  və  o,  tam  yeni  bir
layihə idi.
Gələcək  planlarımız  da,  əlbəttə,  ona
yönəlib  ki,  Qusar  rayonunun  və  ümu-
miyyətlə,  şimal  zonasının  inkişafı  təmin
edilsin, dayanıqlı olsun. Burada kənd təsər-
rüfatı layihələri icra edilir və gələcəkdə daha
çox  layihələr  icra  olunmalıdır.  Müvafiq
göstərişlər  verilib.  Həm  daxili  tələbatı
ödəmək, həm də xaricə məhsullarımızı sat-
maq üçün bu layihələr çox böyük əhəmiyyət
daşıyır.
Əlbəttə ki, Qusar rayonunun böyük tu -
rizm potensialı var. Bu barədə mən hələ ilk
səfərlərimdə  öz  fikirlərimi  bildirmişdim.
Qeyd  etmişdim  ki,  biz  Qusarı  beynəlxalq
turizm mərkəzinə çevirməliyik - nəinki ölkə
miqyasında, beynəlxalq miqyasda. Biz artıq
buna nail oluruq. “Şahdağ” Turizm Mərkəzi
bu gün dünya miqyasında öz gözəlliyi, ra-
hatlığı, yaradılmış şəraiti ilə fərqlənir.
Yadımdadır, ilk dəfə o yerlərdə olanda,
orada heç nə yox idi - heç bir infrastruktur,
yol, işıq, qaz, su, çılpaq dağlar idi. İndi isə
dünya səviyyəli beynəlxalq kurort yaradılıb,
5  otel  fəaliyyət  göstərir,  minlərlə  rayon
sakini işlə təmin edilib və hər il buraya 10
minlərlə  turist  gəlir,  həm  ölkə  daxilindən,
həm də xaricdən. İnsanlara şərait yaratmışıq.
Azərbaycanda, ümumiyyətlə, heç vaxt dağ
xizəyi kurortu olmamışdır. Biz bunu yarat-

mışıq və bu gün vəzifə ondan ibarətdir ki, bu
kurort zonası yay mövsümündə də tam gücü
ilə işləsin. Mənə verilən məlumata görə, bu
ilin  yayında  Qusara  gələn  turistlərin  sayı
artıb və əslində bu mərkəz il boyu fəaliyyət
göstərməlidir. Çünki Azərbaycana gələnlərin
sayı getdikcə artır. Ölkə vətəndaşları daha
çox  Azərbaycanda  dincəlməyə  üstünlük
verirlər.  Çünki  indi  bizim  gözəl  imkan-
larımız – gözəl otellər, istirahət zonaları, yol-
lar var. Biz bu gün Qusar - İmam qulukənd -
Quxuroba  yolunun  açılışını  etdik.  Bu,
sadəcə  olaraq,  kəndləri  birləşdirən  layihə
deyil. Bu, ümumiyyətlə magistral yola çıxış
deməkdir.  Bakıya  gedən  yolun  məsafəsi
qısalır, Xaçmazla çox gözəl əlaqə yaradılır.
Biz  bu  məsələlərə  belə  yanaşırıq.  İlk
növbədə, inkişaf üçün lazım olan infrastruk-
tur layihələrini icra edirik. Şimal zonasında
bu  layihələrə  milyardlarla  manat  vəsait
ayrılıb.  Bu  layihələrin  böyük  əksəriyyəti
sosial xarakter daşıyır. İçməli su layihəsi sırf
sosial məna daşıyan bir layihədir. Bizdə su
tarifləri  çox  aşağı  səviyyədədir  və  oradan
gələn  gəlirlə  qoyulmuş  vəsaiti  qaytarmaq
mümkün  deyil.  Bəlkə  də  50  il  lazım  ola-
caqdır.
Qazlaşdırma  da  həmçinin.  Bizdə  qazın
daxildəki qiyməti dünya qiyməti ilə müqa -
yisədə  təqribən  8-10  dəfə  aşağıdır.  Qonşu
ölkələrlə, Cənubi Qafqazda yerləşən digər
ölkələrlə müqayisədə 5 dəfə aşağıdır. Yəni,
qazlaşdırma  layihələri  də  sosial  xarakter
daşıyır.
Kənd yollarının tikintisinə yatırılan və-
sait də qayıdan vəsait deyil. O, müəssisəyə
yatırılan vəsait deyil. Bunu nəyə görə edirik?
İnsanlar üçün, inkişaf üçün. Əsas vəzifələr
bunlardır - regional inkişaf, insanların ya -
şayış səviyyəsinin yaxşılaşdırılması. Son il-
lərdə Qusar rayonunda görülən işlər onu bir
daha göstərir ki, biz düzgün yoldayıq. Çünki
siz Qusar rayonunun sakinləri bunu hamıdan
yaxşı bilirsiniz, əvvəlki vəziyyəti də xatır-
layırsınız, bugünkü vəziyyət də göz oxşayır.
Qusar  inkişaf  edən,  gözəl,  abad  rayona
çevrilib. Yeni iş yerləri açılır, yeni imkanlar
yaranır. Həm sosial layihələrə, həm də infra-
struktur  layihələrinə  dövlət  xətti  ilə  in-
vestisiya  qoyuluşu  davam  etdiriləcək.  Biz
indi özəl sektordan daha böyük fəallıq göz -
ləyirik.  Çünki  özəl  sektorda  çalışan  həm
yerli,  həm  də  başqa  ölkə lərdən  gələn  iş
adamları gərək daha da fəal işləsinlər. Onlar
yaradılan bu şəraitdən maksimum dərəcədə
səmərəli istifadə etməlidirlər. Çünki bizdəki
şərait deyə bilərəm ki, az ölkələrdə müşa -
hidə olunur. Bizdə olan sabitlik inkişaf üçün,
biznes üçün əsas şərtdir. İnfrastruktur layi-
hələri, biznesə dövlət dəstəyi. Bu gün mən
Yalamada  birinci  aqroparkın  açı lışını  et-
mişəm. Oranın sahəsi 500 hektardan çoxdur.
Orada  artıq  min  baş  iri buynuzlu  mal-qara
saxlanılır.  Onların  sayı  üç  minə  çatacaq.
Müasir suvarma texnologiyaları yaradılıb.
Orada  birinci  mərhələdə  150,  ikinci  mər -
hələdə 300 nəfər işləyəcək. Dövlət də, özəl
sektor da kredit ayırıb.
Qusar rayonunda da ona oxşar aqrokom-
pleks  yaradılmalıdır.  Çünki  burada  iqlim
şəraiti  eynidir.  Biz  özümüzü  ərzaq  məh-
sulları ilə təmin edəcəyik, ixrac da edəcəyik.
İndi qarşımızda bu iki əsas vəzifə dayanır.
Yerli icra orqanları da çalışmalıdırlar ki, in-
vestorları cəlb etsinlər. Çünki həm Azərbay-
canda kifayət qədər böyük firmalar var ki,
vəsait qoymağa hazırdırlar, həm də xaricdən
gətirməliyik. Biz bu istiqamətdə daha da fəal
olmalıyıq. Ona görə ki, gələcək bu inkişaf-
dan asılıdır.  Sahibkarlıq, kənd təsərrüfatı,
sənaye potensialı, turizm imkanları həm va-
lyuta gətirən, həm də məşğulluq üçün çox
önəmli sahələrdir.
Bugünkü tədbir isə xüsusi önəm daşıyır.
Prezident İlham Əliyev Qusar şəhərində  içməli su və 
kanalizasiya layihəsinin  başa çatması ilə bağlı...



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə