Vii L e m I l L


§3. PARTĠZAN DÖYÜġLƏRĠNDƏ VƏ ANTĠFAġĠST MÜQAVĠMƏT



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   2   3   4   5   6   7   8   9   ...   40
§3. PARTĠZAN DÖYÜġLƏRĠNDƏ VƏ ANTĠFAġĠST MÜQAVĠMƏT 

HƏRƏKATINDA 

 

SSRİ  XKS  və  ÜİK(b)MK-nın  1941-ci  il  29  iyun  tarixli  direktivlərində  və 



ÜİK(b)MK-nın 1941-ci il 19 iyul tarixli "Alman ordularının arxasında mübarizənin 

təşkili haqqında" qərarında, bir sıra digər qərar və direktivlərində müvəqqəti işğal 

edilmiş  rayonlarda  düşmən  və  onun  əlaltıları  üçün  dözülməz  şərait  yaratmaq, 

süvari  və  piyada  partizan  dəstələri  təşkil  etmək,  işğalçılara  qarşı  bütün  mübarizə 

formalarına  rəhbərlik  etmək  üçün  gizli  partiya  təşkilatları  şəbəkəsi  yaratmaq  və 

genişləndirmək vəzifələri müəyyən olunmuşdu. 

Böyük  Vətən  müharibəsinin  ilk  aylarında  sovet  ordusunun  bir  sıra 

uğursuzluğu  nəticəsində  xeyli  sovet  döyüşçüsü  düşmən  tərəfindən  əsir  alınmışdı. 

Lakin  dözülməz  əzab  və  işgəncələr,  təbliğat  və  təxribat  onların  böyük 

əksəriyyətinin 

iradəsini 

qıra 


bilməmiş, 

faşizmə 


qarşı 

mübarizədən 

çəkindirməmişdi.  Mükəmməl  hərbi  təlim  və  təcrübəyə  malik  olan  bu  döyüşçülər 

əsir düşərgələrindən qaçaraq partizan dəstələrinə qoşulurdular. 

Böyük  Vətən  müharibəsi  illərində  partizan  hərəkatının  geniş  vüsət  aldığı 

respublikalardan biri də Belorusiya SSR idi. 



53 

 

Bu  respublikanın  ərazisindəki  partizan  hərəkatında  Sovet  İttifaqının  bütün 



xalqlarının  nümayəndələri  ilə  birlikdə  azərbaycanlı  döyüşçülər  də  yadelli 

işğalçılara  qarşı  mətanətlə  vuruşurdular.  Onlar  sadəcə  partizan  hərəkatının 

iştirakçısı  olmayıb,  eyni  zamanda  xalq  intiqamçılarının  düşmənə  qarşı 

mübarizəsinin  təşkilində  fəal  çalışırdılar.  Brest  vilayətindəki  partizan  hərəkatında 

Q.A.Abbasov,  M.Y.Abdullayev,  M.A.Əliyev,  İ.M.İsmayılov  və  başqaları  fəal 

iştirak  etmişdilər.

101

  Dmitrov  adına  partizan  dəstəsinin  tərkibində  iki  ildən  artıq 



vuruşan Qurban Abbas oğlu Abbasov Belorusiya partizanları ilə birlikdə faşistlərin 

cəbhəyə  canlı  qüvvə,  texnika  və  hərbi  sursat  aparan  beş  qatarının  qəzaya 

uğradılmasında,  iki  avtomobilinin  yandırılmasında,  40  kilometr  rabitə  xəttinin 

sıradan  çıxarılmasında,  iki  körpünün  və  bir  zavodun  partladılmasında 

fərqlənmişdi.

102


 

1942-1943-cü illərdə Brest vilayətinin Jabinsk rayonunda fəaliyyət göstərən 

M.Çernyak  adına  partizan  dəstəsinin  vzvod  və  rota  komandiri  kommunist 

M.A.Əliyev  öz  döyüşçüləri  ilə  20  dəfə  faşist  qarnizonu  ilə  döyüşə  girmiş, 

hitlerçilərin yaşadığı 7 binanı dağıtmış, 6 avtomobili yandırmış, 1000 nəfərdən çox 

əsgər və zabiti məhv etmiş və əsir tutmuş, 50 qatarı qəzaya uğratmışdı.

103

 

Baranoviçi  vilayətində  fəaliyyət  göstərən  partizan  dəstələrinin  tərkibində 



respublikamızın  bir  çox  nümayəndəsi  faşistlərlə  döyüşlərdə  fərqlənmişdir. 

"Pobeda"  partizan  dəstəsinin  bölmə  komandiri  Z.  M.Qədimovun  döyüşçüləri 

faşistlərin  5  qatarını  qəzaya  uğratmışdı.  Qəza  nəticəsində  düşmənin  4  parovozu, 

əsgər  və  hərbi  sursat  olan  60  vaqonu  məhv  edilmiş,  900  hitlerçi  ölmüş  və 

yaralanmışdı.  Baranoviçi  vilayətindəki  müxtəlif  partizan  dəstələrində  düşmənə 

qarşı  bir  sıra  çətin  və  mürəkkəb  əməliyyatların  həyata  keçirilməsində  fərqlənən 

H.Ə.Əliyev, M.A.İbrahimov, A.H.Məmmədov, Q.M.Musayev, Cabbar Pirağa oğlu 

və başqalarının rəşadəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdi.

104

 

1943-cü  ilin  iyununda  Belorusiya  K(b)P  MK-sı  işğal  olunmuş  ərazilərdə, 



eyni vaxtda düşmənin dəmir yol relslərini məhv etmək planını irəli sürdü. Mərkəzi 

Partizan  Qərargahı  tərəfindən  genişləndirilən  bu  planın  həyata  keçirilməsinə 

Leninqrad,  Kalinin,  Smolensk,  Oryol  və  qismən  Ukrayna  partizanları  da  cəlb 

olundular.  1943-cü  il  avqustun  3-də  başlanan  "rels  müharibəsi"nin  həyata 

keçirilməsində  73853  nəfər  Belorusiya  partizanı  iştirak  etmişdi.  "Rels 

müharibəsi"nin  həyata  keçirilməsində  Azərbaycandan  olan  bir  çox  döyüşçülər 

belorus  partizanları  ilə  birlikdə  fəaliyyət  göstərmişlər.  Həmin  döyüşçülərdən 

Q.A.Abbasov, 

R.P.Babayev, 

İ.N.Qocayev, 

M.M.İsayev, 

E.Q.İsmayılov, 

M.B.Hənifəyev, Q.Q.Məmmədov, S.B.Mamin, N.M.Monaxov Belorusiya Mərkəzi 

Partizan Qərargahının rəisi P.K.Ponomarenkodan şəxsən təşəkkür almış, SSRİ-nin 

müxtəlif orden və medalları ilə təltif edilmişlər.

105


 

54 

 

Minsk  vilayətində  də  sovet  xalqlarının  digər  nümayəndələri  ilə  yanaşı, 



Azərbaycan  döyüşçüləri  də  düşmənə  qarşı  amansız  mübarizə  aparırdılar.  1942-ci 

ilin  oktyabrında  Borisov  şəhər  gizli  partiya  komitəsinin  sərəncamı  ilə  mayor 

Ələkbər Əliyev "Dyadya Kolya" Partizan birləşməsindəki Suvorov adına dəstənin 

qərargah  rəisi,  sonralar  isə  komandiri  təyin  edilmişdi.  Onun  rəhbərlik  etdiyi 

partizan  dəstəsi  düşmənin  11  qatarını,  13  parovozunu,  84  vaqonunu,  9 

avtomobilini,  bir  tankını  partlatmış,  üç  təyyarəsini  vurmuş,  7,9  km  rabitə  xəttini 

sıradan çıxarmış, Almaniyaya zorla aparılan 400 sovet vətəndaşını azad etmiş, 28 

dəfə  cəbhə-Berlin  xəttini  kəsmişdir.

106

  Minsk  vilayətində  Azərbaycandan  olan 



döyüşçülər  partizan  hərəkatında  daha  fəal  iştirak  etmişdilər.  Burada  Azərbaycan 

övladları belorus partizanları ilə birlikdə faşistlərin 3000 əsgər və zabitini öldürmüş 

və yaralamış, 50 qatarını, 63 parovozunu, 230 vaqonunu, 40 avtomobilini, 15 tank 

və  zirehli  maşınını,  1500  dəmiryol  relsini,  10  körpüsünü  partlatmış,  15  rabitə 

xəttini  kəsmiş,  10  km  dəmiryol  relsini  sökmüş  və  xeyli  qənimət  ələ 

keçirmişdilər.

107

 

Faşist  işğalının  ilk  günlərində  Ukrayna  SSR  ərazisini  partizan  hərəkatı 



bürüdü.  Müharibənin  ilk  ayında  Ukrayna  K(b)P  MK-sı  və  respublika  hökuməti 

işğal  olunmuş  rayonlarda  583  partizan  dəstəsi,  1700  təxribatçı-qırıcı  qrup  təşkil 

etmişdilər.  1941-ci  ilin  axırlarında  respublikada  13  vilayət,  111-dən  artıq  mahal, 

şəhər,  rayon  komitəsi  və  başqa  gizli  partiya  orqanları  düşmən  tərəfindən  işğal 

olunmuş ərazilərdə partizan hərəkatına başçılıq edirdilər.

108


 

Xarkov  vilayəti  ərazisində  alman  faşist  işğalçılarına  qarşı  partizan 

hərəkatının  təşkilində  Azərbaycan  K(b)P  MK-nın  üzvü,  respublika  Ali  Sovetinin 

deputatı  V.H.Axundovun  böyük  xidmətləri  olmuşdur.  O,  Xarkov  yaxınlığında 

faşist  qoşunları  ilə  döyüş  zamanı  mühasirədən  çıxıb  gizli  partiya  təşkilatları  ilə 

əlaqə  yarada  bilmişdi.  V.Axundov  1942-1943-cü  illərdə  Xarkov  vilayətinin 

Bliznetsk və Lazovoy rayonları ərazisində gizli partizan qruplarının təşkilatçısı və 

rəhbəri  olmuşdur.  Onun  partizanları  əhali  arasında  antifaşist  vərəqələri  yayır, 

düşmənə  qarşı  mübarizə  aparmaq  üçün  xüsusi  zərbə  qrupları  yaradır,  rabitə 

xətlərini  sıradan  çıxarır,  tez-tez  parovoz  və  vaqonları,  dəmiryol  körpülərini 

partladırdılar. V.Axundov 1943-cü ilin yayında Ukrayna uğrunda gedən döyüşlərdə 

həlak olmuşdu.

109

 

Böyük  Vətən  müharibəsi  illərində  Ukrayna  ərazisində  fəaliyyət  göstərən 



bütün  partizan  dəstə  və  birləşmələrində  Azərbaycan  döyüşçüləri  faşistlərə  qarşı 

amansız  olmuşlar.  Ukraynada  partizan  hərəkatının  görkəmli  təşkilatçılarından 

birinin  S.A.Kovpakın  partizan  birləşməsində  20  nəfərdən  çox  Azərbaycan 

döyüşçüsü  düşmənə  qarşı  fədakarlıqla  vuruşmuşdu.  Onlardan  Aslan  Əliyev, 

Müslüm  Bağırov,  Babaş  Dadaşov,  Vladimir  Korastılyov  bir  sıra  çətin  və  məsul 

tapşırıqları  uğurla  yerinə  yetirmişlər.  Komsomolçu  A.Əliyevin  kəşfiyyatçılar 



55 

 

bölməsi  düşmənin  250  əsgər  və  zabitini  məhv  etmişdi  ki,  onların  70  nəfəri  igid 



komandirin payına düşür. Bakı neftçisi V.Korastılyov on beş ay düşmən arxasında 

vuruşmuş, 53 dəfə  faşistlərlə  döyüşə  girmişdi. Pulemyotçu Bağırov bir il düşmən 

arxasında  mübarizə aparmış, faşistlərin 40 əsgərini öldürmüş və 13 atəş nöqtəsini 

dağıtmışdı. M.Q.Bağırov II dərəcəli Vətən müharibəsi, "Qırmızı Ulduz" ordenləri 

və I dərəcəli "Vətən müharibəsi partizanı" medalı ilə təltif olunmuşdu.

110


 

Böyük  Vətən  müharibəsi  illərində  düşmən  arxasında  fəaliyyət  göstərən 

sovet partizanları faşistlərə qarşı mübarizədə müxtəlif üsullardan istifadə edirdilər. 

Bu  üsullardan  biri  də  alman  əsgəri  forması  geyib,  leqal  şəkildə  faşistlər  arasında 

kəşfiyyat-təxribat  işləri  aparmaqdan  ibarət  idi.  X.S.Babanlının  rəhbərliyi  altında 

Dnepropetrovsk  vilayətində  fəaliyyət  göstərən  azərbaycanlılardan  ibarət  partizan 

qrupu da  bu  mübarizə  üsulundan  məharətlə  istifadə  etmiş,  nəticədə  düşmən  xeyli 

itki  vermişdi.  Bu  qrup  sovet-alman  cəbhəsindəki  həqiqi  vəziyyət  haqqında  5000 

nüsxədən  çox  vərəqə  yaymış,  düşmənin  bir  neçə  qatarını  qəzaya  uğratmış,  hərbi 

sursat  saxlanılan  anbarlarını,  17  elektrik  motorunu  partlatmış,  Krivoy-Roqun 

"Oktyabr" mədənindəki kömür şaxtasını su ilə doldurmuşdular.

111


 

Müxtəlif  vaxtlarda  İ.İ.Şitovun,  A.K.Nikolayçukun  və  B.Q.Şanginin 

komandası altında fəaliyyət göstərən Ternopol partizan birləşməsində 40 nəfərdən 

çox,  M.Naumovun  partizan  birləşməsindəki  dəstəsində  80,  N.N.Popudrenkonun 

rəhbərliyi  altında  fəaliyyət  göstərən  "Çerniqov"  partizan  birləşməsində  70 

nəfərədək azərbaycanlı döyüşçü alman işğalçılarına qarşı cəsarətlə vuruşmuşdu.

112

 

Onlar düşmən əsarətinin məhrumiyyətlərinə dözərək, hitlerçilərə qarşı mübarizəni 



mətanətlə  davam  etdirir,  əsir  düşərgələrində  yaradılmış  gizli  antifaşist 

təşkilatlarında  hərbi  əsirlərin  qaçıb  partizan  dəstələrinə  qoşulmasına  yaxından 

köməklik göstərirdilər. Aslan İbadov hərbi əsir düşərgəsindən 15 nəfərin qaçmasını 

təşkil  etmiş  və  əsasən  Jitomir  vilayətində  fəaliyyət  göstərən  A.M.Qrabçakın 

partizan  birləşməsinə  qoşulmuşdu.  Onun  rəhbərlik  etdiyi  rota  düşmənin  bir 

körpüsünü, 22 qatarını partlatmış, faşistlərin 64 avtomobilini, 500-ə yaxın əsgər və 

zabitini  məhv  etmişdi.  Partizan  birləşməsində  bacarıqlı  komandir  və  mahir 

kəşfiyyatçı kimi tanınan A.İbadov şəxsən 34 hitlerçini öldürmüş, 17-sini əsir almış, 

iki düşmən avtomobilini və bir dəmir yol körpüsünü partlatmışdı.

113


 

Ukraynada  xalq  intiqamçıları  sırasında  Azərbaycan  respublikasının 

qadınları  da  kişilərlə  çiyin-çiyinə  cəsarətlə  vuruşurdular.  Hərbi  həkim  Sara 

İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nəsrullayeva, Lidiya Drozdova partizan 

dəstəsində döyüş məharəti nümayiş etdirmişdilər.

114


 

Ukrayna  ərazisində  fəaliyyət  göstərən  "Şors"  partizan  dəstəsi  Azərbaycan 

döyüşçülərindən  ibarət  ən  böyük  partizan  dəstəsi  idi.  Bu  dəstə  Ukraynanın 

Zdolbunov rayonundakı düşərgədən qaçmış hərbi əsirlərdən təşkil edilmişdi. Onlar 

1943-cü  ilin  avqustunda  faşist  gözətçilərini  məhv  edərək  Slavuta  meşələrinə 


56 

 

çəkilmiş  və  xalq  intiqamçıları  ilə  birgə  düşmənə  qarşı  mübarizə  aparmışdılar. 



Dəstə  18  ay  ərzində  düşmən  arxasında  6000  kilometr  yol  keçmiş,  27  faşist 

qarnizonu dağıtmış, 2500 hitlerçini öldürmüş, 500 nəfəri əsir almış, 11 şose, dəmir 

yol  körpüsü,  80  avtomobil,  70  neft  buruğu,  5  neftayıran  zavod,  20  neft  anbarı,  8 

hərbi yüklü qatar, 22 təyyarə, 2 hərbi anbar, 1 qənd zavodu, 120 hərbi araba məhv 

etmiş və xeyli qənimət ələ keçirmişdi.

115


 

Partizan  hərəkatının  geniş  yayıldığı  rayonlardan  biri  də  Krım  MSSR  idi. 

Krımda  partizan  müharibəsi  aparmaq  böyük  çətinlik  törədirdi.  Burada  güclü 

düşmən hissələrinin mərkəzləşməsi, geniş yol şəbəkəsi, partizan bazalarının faşist 

qarnizonları  tərəfindən  aşkar  edilməsi,  sovet  ordusu  hissələri  ilə  müntəzəm 

əlaqənin  olmaması  xalq  intiqamçılarının  fəaliyyətini  mürəkkəbləşdirirdi.  Bu 

çətinliklərə baxmayaraq, 1941-1944-cü illərdə Krım partizanları düşmənin 29 min 

əsgər  və  zabitini  qırmış,  dörd  min  nəfərini  əsir  almış,  38  parovozunu,  947 

vaqonunu, 2 zirehli qatarını, 13 tankını, 211 topunu, 1940 avtomobilini məhv etmiş 

və  xeyli  qənimət  ələ  keçirmişdilər.

116 

Bu  əməliyyatlarda  digər  sovet  xalqlarının 



nümayəndələri  ilə  birlikdə  Azərbaycan  döyüşçüləri  də  fəal  iştirak  etmişlər. 

Nurməmməd  Əzimov,  Hacı  Əliyev,  Saleh  Əsgərov,  Əli  Məmmədov,  Hacı 

Hüseynov,  Mixail  Sepatov,  Qafur  Əyyubov  və  başqaları  partizan  dəstələrində 

düşmənə qarşı fədakarlıqla vuruşurdular

117

 

1942-1943-cü  illərdə  sovet  ordusunun  güclü  zərbələri  altında  faşistlərin 



bütün  cəbhə  boyu  geri  çəkilməsi  düşmən  arxasında  partizan  hərəkatının  daha  da 

genişlənməsinə  səbəb  olmuşdu.  Bu  dövrdə  yüzlərlə  Azərbaycan  döyüşçüsü 

partizan  dəstələrində  düşmənə  qarşı  fədakarlıqla  vuruşurdu.  Z.B.Həbibov, 

Ə.A.Nağıyev,  İ.N.Nəcəfəliyev,  V.B.Xəlilov,  M.V.Zalov,  Q.Ə.Cabbarov, 

V.Q.Rəcəbov, 

M.Ə.Çerov, 

A.Ə.Səfərəliyev 

əməliyyatlarda 

xüsusilə 

fərqlənmişlər.

118 

1943-1944-cü  illərdə  Krımda  11700  nəfər  xalq  intiqamçısını  özündə 



birləşdirən  33  partizan  dəstəsi  faşist  işğalçılarına  qarşı  cəsarətlə  vuruşurdu. 

Bunlardan  biri  də  döyüşçülərinin  90  faizi  azərbaycanlılardan  ibarət  olan  8-ci 

Azərbaycan partizan dəstəsi idi. Bu dəstə  yeddi ay faşistlərə qarşı mübarizədə 32 

dəfə  faşist  qarnizonuna  və  nəqliyyat  vasitələrinə  hücum  etmiş,  düşmənin  1225 

əsgər və  zabitini  məhv etmiş, 451 nəfərini əsir almış, 23 avtomobilini partlatmış, 

9700  metr  rabitə  xəttini  kəsmiş,  qənimət  olaraq  7  topunu,  11  minomyotunu,  60 

pulemyotunu, 3500 avtomat və tüfəngini, 11000 patronunu ələ keçirmişdi.

119


 

Azərbaycan  döyüşçüləri  Leninqrad  vilayətində  də  partizan  hərəkatının  fəal  

iştirakçıları  olmuşlar.  Hələ   1941-1942-ci  illərdə 

N.C.Allahverdiyev,    H.C.Axundzadə,    H.Ə.Əliyev,    R.Z.Əliyev, 

D.V.Yeretev və başqaları partizan qrupu və dəstələrinə rəhbərlik etmişdilər. 1942-

ci ilin iyun ayında Leninqrad vilayətinin Dedeviçsk, Oredensk, Olutsk rayonlarında 



57 

 

fəaliyyət  göstərən  partizan  dəstəsinə  mayor  N.Allahverdiyev  rəhbərlik  etmişdir. 



Həmin  dəstənin  tərkibində  K.M.Eyvazov,  Ə.Ə.Məmmədov,  R.Rzayev, 

İ.S.Süleymanov,  N.Ş.Məmmədov,  Ə.N.Cəfərov  və  başqaları  vuruşmuşdular. 

K.M.Eyvazov  şəxsən  düşmənin  iki  avtomobilini  partlatmış,  dəmiryol  relsini 

dağıtmış, rabitə xəttini sıradan çıxarmış və Qrefiya kəndindəki faşist qarnizonunun 

darmadağın edilməsində fərqlənmişdir. Leninqrad vilayətində partizan hərəkatının 

fəal 


iştirakçılarından 

Q.Q.Qasımov, 

V.İ.Lukyançenko, 

Y.V.Novruzov, 

C.A.Novruzov, M.V.Süleymanov, D.M.Tanrıverdiyev igidlik göstərmişlər.

120


 

1942-ci  ilin  sentyabrında  Krasnodon  şəhərinin  gəncləri  "Gənc  qvardiya" 

adlı  gizli  komsomol  təşkilatı  yaratmışdılar.  "Gənc  qvardiya"nın  fəal  üzvlərindən 

biri  Əli  Nəsrulla  oğlu  Dadaşov  Sergey  Tüleninin  rəhbərlik  etdiyi  "beşliyə"  daxil 

idi, çoxlu əməliyyatda iştirak etmişdi. 1942-ci il noyabrın 6-da gecə Tülenin, Valya 

Borts,  Senya  Ostapenko,  Radik  Yurkin  və  Əli  Dadaşov  faşist  gözətçilərindən 

məharətlə  yayınaraq,  Krasnodon  şəhərindəki  ən  uca  binanın  üzərinə  al  bayraq 

sancmışdılar.

121

  1942-ci  il  noyabrın  axırlarında  Ə.Dadaşov  bir  dəstə  gənc 



qvardiyaçı  ilə  birlikdə  22  saylı  kömür  mədənində  faşist  gözətçisini  öldürmüş  və 

hitlerçilərin  orada  saxladıqları  hərbi  sursatı  aparıb  gizli  təşkilatın  anbarına 

yığmışdı. 1943-cü il yanvarın 5-də Ə.N.Dadaşov gənc qvardiyaçılarla birlikdə həbs 

edilmiş,  15  gün  gestaponun  işgəncələrindən  sonra  öz  rəhbərləri  ilə  birlikdə 

vəhşicəsinə 

güllələnmişdi. 

Ə.N.Dadaşov 

ölümündən 

sonra 

I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdi.



122

 

Azərbaycan  döyüşçüləri  Pskov,  Tula,  Krasnodar,  Kalinin  və  Rusiyanın 



başqa işğal olunmuş vilayətlərində gedən partizan hərəkatında da iştirak etmişlər. 

Kalinin  vilayətindəki  Liza  Çaykina  adına  partizan  briqadasının  qərargah  rəisi 

İsmayıl Əlibala oğlu Əliyevin rəhbərliyi altında 1942-ci ilin dekabrında partizanlar 

Çernoyarovo  kəndində  düşmən  qarnizonunu  darmadağın  etmiş  və  satqınlardan 

təşkil edilmiş polis dəstəsini, xeyli hərbi sursat ələ keçirmişdi. Quduzlaşmış faşist 

komandanlığı  1943-cü  ilin  mart-aprel  aylarında  Kalinin  partizanlarına  divan 

tutmaqdan ötrü güclü cəza dəstələri ayırmışdı. Aprelin 16-dan 23-ə kimi İ.Əliyevin 

rəhbərliyi  altında  xalq  intiqamçıları  qeyri-bərabər  döyüşə  girmiş,  düşmənin  xeyli 

canlı  qüvvəsini  məhv  etmişdilər.  Lakin  aprelin  23-də  İ.Ə.Əliyev  Kudeveri  kəndi 

ətrafında düşmən mühasirəsini yarıb çıxarkən qəhrəmanlıqla həlak olmuşdu.

123

 

Azərbaycan  partizanları  Baltika  respublikaları  ərazisində  də  fəaliyyətdə 



olublar.  Baş  serjant  Qəzənfər  Şabanov  Latviya  SSR-də  A.S.Poçonun  rəhbərlik 

etdiyi  partizan  dəstəsində  bir  ildən  çox  vuruşmuş  və  şəxsən  25  faşist  məhv 

etmişdi.

124


 

Litva  SSR  Trakay  rayonunda  fəaliyyət  göstərən  "Azad  Litva"  partizan 

dəstəsinin döyüşçüsü İ.H.Alxasov silah  yoldaşı Pranas Koşatla  birlikdə  faşistlərlə 


58 

 

qeyri-bərabər  döyüşə  girərək  öz  canları  bahasına  xalq  intiqamçılarının  həyatını 



xilas etmişdilər.

125


 

Estoniya  SSR  ərazisinə  reydə  çıxan  A.Kozlovun  partizan  dəstəsinin 

döyüşçüsü  İ.B.Dadaşov  1941-ci  il  noyabrın  6-da  beş  nəfər  partizanla  birlikdə 

Rakvere  şəhəri  yaxınlığındakı  təyyarə  meydanında  faşistlərin  16  təyyarəsini 

yandırmışdı.

126


 

Azərbaycandan olan  hərbi əsirlər Almaniya, İtaliya,  Fransa, Polşa və digər 

ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə 

formalarından  istifadə  etmişdilər.  Onlar  gizli  təşkilatlar  yaradır,  faşistlərə  işləyən 

müxtəlif  hərbi  obyektlərdə  təxribat  işləri  aparır  və  əsirlərin  qaçıb  antifaşist 

müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər. 

Hərbi  əsirlərin  saxlanıldığı  ən  böyük  əsir  düşərgələrindən  biri  Polşanın 

Yedlina  şəhərində  idi.  1942-ci  ilin  yazında  Hadi  Qiyasbəyov,  Mirzəxan 

Məmmədov, Xələf Hacıyev,  Əşrəf  Süleymanov  və  başqalarının rəhbərliyi altında 

Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli 

Əliyev  polyak  partizanları  ilə  əlaqə  yaradıb,  onlardan  parol  almışdı.  B.Hacıyevin 

rəhbərliyi  altında  bir  dəstə  hərbi  əsir  qaçıb  bu  parol  vasitəsilə  müqavimət 

hərəkatına  qoşulmuşdu.  Həmin  döyüşçülər  əsasən  Polşa  ərazisində  fəaliyyət 

göstərən  T.Novakın  partizan  briqadasında  bir  ildən  çox  vuruşmuş,  öz  cəsarəti  ilə 

xalq intiqamçılarının rəğbətini qazanmışdılar. 

Zeynal  Zeynalov  və  Həsən  Novruzov  P.Karloviçin  partizan  dəstəsi 

tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə 

gedən  mübarizədə  şəhid  olmuşlar.  Polşa  qoşununun  briqada  generalı  Z.Duşinski 

azərbaycanlı  partizanlar  haqqında  xatirələrində  yazır:  "Onlar  öz  vətənlərinin  və 

bizim  Polşanın  azadlığı  uğrunda  mübarizə  aparmış,  bu  azadlıq  yolunda  canlarını 

fəda etmişlər".

127


 

Polşa  ərazisində  fəaliyyət  göstərən  "Avanqard"  partizan  dəstəsinin 

tərkibində  12  azərbaycanlı  partizan  1944-cü  il  noyabrın  28-də  A.Bubnovun 

rəhbərliyi  ilə  alman  generalı  Ernest  Rostu  əsir  almışdılar.  Qəzəblənmiş  faşist 

qərargahı  xalq intiqamçılarına qarşı hücuma 3 piyada  batalyonu  göndərmişdi.  Bu 

döyüşdə son patronadək qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanlardan Kərim 

Doşqan  oğlu  və  Əli  Qarabala  həlak  oldular.  Polşa  ərazisində  fəaliyyət  göstərən 

müxtəlif partizan dəstələrində Vahab Əmirov, Surxay Hacızadə, Əli Əliyev, Həsən 

Rəsulov, Xəlil Məlikov, Ənvər Səfərəliyev, Şamil Muxtarov, Məmməd Həsənzadə 

və  onlarca  başqaları  polyak  vətənpərvərləri  ilə  birgə  faşist  işğalçılarına  qarşı 

amansız mübarizə aparmışdılar.

128


 

Çexoslovakiya  ərazisində  fəaliyyət  göstərən  müxtəlif  partizan  dəstələrinin 

tərkibində  500-ə  qədər  Azərbaycan  döyüşçüsü  vuruşurdu.  Xüsusi  desant 

dəstələrinin  tərkibində  düşmən  arxasına  göndərilən  M.Abışov,  A.İbadov, 



59 

 

H.Məmmədov, müxtəlif əsir düşərgələrindən qaçıb müqavimət hərəkatına qoşulan 



A.Kastryulin,  Ə.Baxışov  və  başqaları  döyüşlərdə  xüsusilə  fərqlənmişdilər. 

Ə.Əlimərdanov Çexoslovakiyanın beş orden və medalı ilə təltif edilmişdi.

129

 

Çexoslovakiya ərazisində fəaliyyət göstərən "Fakel", "Qrom", "Yan Qus" və 



başqa  partizan  dəstələrində  çoxlu  azərbaycanlı  döyüşçü  vardı.  M.İ.Şukayevin 

partizan  birləşməsindəki  azərbaycanlılardan  ibarət  Uritski  adına  partizan  dəstəsi 

Çexoslovakiya ərazisində fəaliyyət göstərdiyi müddətdə faşistlərlə 25 dəfə döyüşə 

girmiş,  7  dəfə  düşmən  qarnizonuna  hücum  edib,  hitlerçilərdən  246  nəfərini 

öldürmüş, 49 nəfərini əsir almış, 41 parovoz, 85 avtomobil, 21 təyyarə məhv etmiş 

və xeyli qənimət ələ keçirmişdi.

130

 

Hələ  müharibənin  əvvəllərindən  faşist  komandanlığı  hərbi  əsirlərdən  öz 



məqsədi  üçün  istifadə  etməyə  çalışırdı.  Moskva  ətrafında  məğlubiyyətdən  sonra 

alman-faşist hökuməti əsirlərdən köməkçi hərbi  hissələr təşkil etməyə başlamışdı. 

1941-ci  il  dekabrın  22-də  Hitler  əsirlərdən  xüsusi  hərbi  hissələr  yaradılması 

haqqında əmr verdi.

131

 

Başqa  milli  hissələrlə  yanaşı,  azərbaycanlılar  da  daxil  olmaqla,  Qafqaz 



müsəlmanlarından ibarət legion yaradıldı. 

Bu  məqsədlə  vətənlərindən  xaricdə,  mühacirətdə  yaşamağa  məcbur  olan 

Azərbaycanın  nüfuzlu  şəxsləri,  o  cümlədən  Məmməd  Əmin  Rəsulzadə  Berlinə 

dəvət  edilmişdi.  Azərbaycanlı  siyasi  mühacirlərin  əsas  məqsədi  Almaniya  qalib 

gələrsə,  onun  Azərbaycanı  müstəqil  dövlət  kimi  tanımasına,  habelə  hərbi  əsirlər 

arasından azərbaycanlıların tapılıb ölümdən xilas edilməsinə (faşistlər onları bəzən 

yəhudi hesab edərək öldürürdülər) nail olmaq idi. Alman rəhbərliyi ilə danışıqlarda 

siyasi mühacirlər öz əsas məqsədlərinə nail ola bilmədilər. Doğrudur, 1942-ci ilin 

axırlarında  Berlində  başqa  xalqlarla  bərabər,  azərbaycanlıların  xaricdəki 

nümayəndələrinin  də  yığıncağı  keçirildi.  1943-cü  ilin  baharında  Berlində  Milli 

Azərbaycan  Komitəsi  təşkil  edildi.  Lakin  Hitler  hökuməti  əməkdaşlıq  üçün 

gələcəkdə  Azərbaycanın  müstəqilliyinin  tanınmasını  əsas  şərt  kimi  irəli  sürən  bu 

komitəni  tanımadı.  M.Ə.Rəsulzadə  ölkəni  tərk  etməyə  məcbur  oldu.

132


  Lakin 

azərbaycanlı  əsirlərin  bir  hissəsi  ölümdən  xilas  olundu  və  əsirlərdən  ibarət  hərbi 

hissədə birləşdirildi. 

Qafqaz  müsəlmanlarının  hərbi  hissəsində  azərbaycanlılardan  ibarət  "Boz 

qurd", "Aslan", "Vətən", "Dönməz" və s. bölmələr vardı.

133


 

Onlarca  alman  hərbi  qərargahı  arasında  "Əlaqə  heyəti"nə  Fətəlibəyli-

Düdənginski (əvvəllər sovet  ordusunun  mayoru olub), Fuad  Əmircan,  Abbas bəy 

Ataməlibəyov  daxil  idilər.

134

  Başqa  milli  hissələr  kimi,  bu  hissələr  də  pis 



silahlandırılır,  onlara  kifayət  qədər  hərbi  təlim  keçirilmirdi.  Alman  hərbçiləri  bu 

hissələrin  döyüşçülərini  həqarətlə  "ikinci  növ"  əsgər  adlandırırdı.

135

  Qafqaz 



xalqlarından  təşkil  edilmiş  milli  legionlardan  Qafqaz  döyüşlərində  istifadə 

60 

 

olunmuşdu.



136 

Azərbaycanlılar  hərbi  əsir  düşərgələrində  və  bir  çox  hallarda  öz 

iradəsi əksinə  cəlb olunduqları hərbi  hissələrdə  gizli antifaşist təşkilatları  yaradır, 

mübarizəni  davam  etdirirdilər.  Hələ  Almaniyanın  "Ştrans"  düşərgəsində 

saxlanılarkən  Mehdi  Hüseynzadə,  Rza  Ağazadə,  Cavad  Həkimli,  Mirdamət 

Seyidov, Mikayıl Qulubəyov, Firudin Hüseynov, Cəmil İsmayılov və başqalarının 

rəhbərliyi altında antifaşist təşkilatı yaradılmışdı.

137


 

1943-cü  ildən  başlayaraq  faşist  komandanlığı  sovet  hərbi  əsirlərindən  və 

onlardan  təşkil  olunmuş  hərbi  hissələrdən  Avropanın  müxtəlif  ölkələrində 

partizanlara  qarşı  mübarizədə  istifadə  etməyə  çalışdı.  Bu  məqsədlə  1943-cü  ilin 

ortalarında onların bir hissəsi Şimal-Şərqi İtaliya ilə Triyestin sərhədinə gətirildi.

138


 

Hərbi  əsirlər,  hərbi  hissələrdəki  gizli  antifaşist  təşkilatların  üzvləri  qaçaraq 

Yuqoslaviya partizanlarına qoşulurdu. 

1943-cü  ilin  axırlarında  Tolmino  kəndi  yaxınlığında  30  nəfər  azərbaycanlı 

Qədir  İsgəndərov  və  Mixail  Arşanovun  rəhbərliyi  altında  faşist  gözətçilərini 

sakitcə aradan götürmüş və qaçıb partizanlara qoşulmuşdular. Bir neçə gün sonra 

Cabbar  Əliyev,  Qulamhüseyn  Əliyev  və  Novruz  Məmmədovun  rəhbərliyi  altında 

başqa bir dəstə qaçaraq partizanlarla birləşmişdi.

139

 

Azərbaycanlı partizanlar əvvəl Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci 



diviziyası  tərkibində  olan  İvan  Qradnik  adına  3-cü  zərbə  briqadasında 

döyüşürdülər. Sonralar isə xüsusi sovet partizan bölüyü yaradılmış, Cavad Həkimli 

onun komandiri, Miryaqub Ağalarov isə  komissarı təyin olunmuşdu. 1944-cü ilin 

yazında  sovet  partizanları  İtaliya  və  Slaven  partizanları  ilə  birlikdə  Otlitsa, 

Sepovan,  Çernı  Verx,  Serkino  və  Qodoviç  kəndlərinin  faşistlərdən 

təmizlənməsində  fəal  iştirak  etmişdilər.  1944-cü  ilin  əvvəlində  Yuqoslaviya  Xalq 

Azadlıq  Ordusunun  9-cu  korpusu  qərargahında  xüsusi  kəşfiyyatçılar  qrupu 

yaradıldı. Onun tərkibinə slovak partizanları ilə yanaşı, azərbaycanlı partizanlardan 

Mirdamət  Seyidov,  Tağı  Əliyev,  Ənvər  Məmmədov  da  daxil  edildilər.  Kəşfiyyat 

qrupuna  Mehdi  Hüseynzadə  başçılıq  edirdi.  Bu  kəşfiyyat  qrupu,  xüsusilə  onun 

komandiri  M.Hüseynzadə  -  "Mixaylo"  özünün  əfsanəvi  qəhrəmanlıqları  ilə 

Yuqoslaviyanın Adriatik dənizi sahillərində yaşayan bütün əhalinin dərin rəğbətini 

qazanmışdı. 

1944-cü ilin yazında partizanlar, xüsusilə də yaralılar tibbi ləvazimat, silah 

və ərzağın çatışmazlığı üzündən çətin vəziyyətə düşdükləri bir zamanda Mehdi çox 

cəsarətli bir əməliyyat keçirməyi təklif edir. Bir neçə partizan alman əsgər və zabiti 

formasını geyərək Triyest şəhərinin ticarət bankına daxil olur və Mehdi gözətçinin 

telefon  xəttini  kəsərək,  5  milyon  italyan  lirəsinin  bankdan  çıxarılıb  partizanlara 

verilməsinə imkan yaradır.

140


 

Mehdi  Hüseynzadə  tez-tez  alman  zabiti  hərbi  formasında  hərəkət  edirdi. 

Bəzən də onu kəndli, rəssam və mətbəə işçisi paltarında görürdülər. 


61 

 

Alman  faşistləri  Hitlerin  ad  gününü  qeyd  edən  zaman  "Mixaylo"  hərbi 



təyyarə meydanına daxil olaraq üç təyyarəni, benzin anbarını minaladı və baş verən 

partlayış  nəticəsində  təyyarə  meydanı  alovlandı.  İyirmiyə  yaxın  faşist  məhv 

oldu.

141


 

1944-cü  ilin  martında  M.Hüseynzadənin  döyüş  dostları  ilə  birlikdə 

Triyestdə  partlatdığı  zabit  yeməkxanasında  150  faşist  məhv  olmuş,  354  nəfər  isə 

yaralanmışdı.  Həmin  il  aprelin  2-də  onun  qrupunun  Optçina  şəhəri  kinoteatrında 

törətdiyi partlayış nəticəsində 80 alman əsgəri və zabiti ölmüşdü.

142


 

1944-cü  ilin  yayında  M.Hüseynzadə  alman  əsgəri  formasında  faşistlərin 

kazarmasına  daxil  olmuş,  yanğın  əleyhinə  avadanlığa  mina  qoyaraq  üçmərtəbəli 

binanı  yerlə  -  yeksan  etmişdi.  Onun  fəaliyyəti  nəticəsində  min  faşist 

öldürülmüşdü.

143


 

1944-cü il noyabrın 2-də Qoritsa şəhəri yaxınlığında almanların hərbi sursat 

anbarının partladılmasında iştirak edən Mehdi Hüseynzadə dəstəyə qayıdan zaman 

casuslarla  qarşılaşmış,  yayınmaq  üçün  Vitovle  kəndinə  gəlmişdi.  Lakin  o, 

faşistlərin bu kənddə keçirdiyi əməliyyat nəticəsində qəhrəmanlıqla həlak olmuşdu. 

Sovet  hökuməti  azərbaycanlı  partizanların  əsgəri  igidliklərini  yüksək 

qiymətləndirərək onlardan bir çoxunu SSRİ  orden və  medalları ilə təltif etmişdir. 

SSRİ  Ali  Soveti  Reyasət  Heyətinin  1957-ci  il  11  aprel  tarixli  Fərmanı  ilə  Böyük 

Vətən müharibəsi illərində  müqavimət hərəkatında alman faşist işğalçılarına qarşı 

mübarizədə  göstərdiyi  rəşadətə  görə  M.Hüseynzadəyə  ölümündən  sonra  Sovet 

İttifaqı Qəhrəmanı adı verilmişdi.

144


 

M.Hüseynzadə  ilə  bərabər  onun  döyüş  dostları  -  M.Seyidov,  T.  Əliyev, 

Ə.Məmmədov,  K.Məmmədov,  Ə.Babayev  və  b.  da  faşizmə  qarşı  amansız 

mübarizə  aparmış,  xalqımızın  tarixinə  şanlı  səhifələr  yazmışlar.  50  nəfərdən  çox 

azərbaycanlı  partizan  yüksək  döyüş  xidmətlərinə  görə  Yuqoslaviyanın  müxtəlif 

orden və medalları ilə təltif edilmişdi.

145

 

1944-cü ildə sovet döyüşçüləri İtaliya hərbi düşərgələrindən kütləvi surətdə 



qaçaraq  partizan  dəstələrinə  qoşulurdular.  Onlardan  Əvəz  Mirzəyev,  Şahbaba 

Məcidov, Məhərrəm Nəcəfov, İsa Məmmədov, Məmməd Xəlilov, Həmzə Əsgərov, 

Mikayıl  Abdullayev,  Süleyman  Vəliyev,  Şərif  Şərifov,  Həsən  Quliyev,  Hilal 

Cavadov, Vilayət Hüseynov, Cəlil Rəfiyev və bir çox başqaları İtaliya müqavimət 

hərəkatında  faşistlərə  qarşı  qəhrəmanlıqla  vuruşmuşlar.  Mussolinini  həbs  edən 

partizanlar  arasında  Vilayət  Hüseynov  da  vardı.  Ümumiyyətlə,  Şimali  İtaliyada 

300-dən çox azərbaycanlı döyüşçünün müqavimət hərəkatında vuruşduğu müəyyən 

edilmişdir.

146  

1943-cü  ilin  axırlarında  Fransada  faşist  işğalına  və  mürtəce  Peten  üsuli-



idarəsinə  qarşı  xalq  müharibəsi  gündən-günə  yeni  qüvvə  ilə  alovlanırdı.  Faşist 

62 

 

komandanlığı partizan hərəkatına qarşı mübarizə aparmaq və ölkə daxilində asayişi 



qorumaq üçün xeyli silahlı qüvvə saxlamağa məcbur olmuşdu. 

1944-cü  ilin  əvvəllərində  Fransa  ərazisində  25  mindən  çox  döyüşçünü 

birləşdirən  30-dan  çox  partizan  dəstəsi  fəaliyyətdə  idi.  Döyüşçüləri  əsasən  sovet 

vətəndaşlarından ibarət olan "Çapayev", "Azadlıq", "Vətən", "Donbas", "Kotovski" 

və digər partizan dəstələrinin şöhrəti hələ o dövrdə bütün Fransaya yayılmışdı. Bu 

partizan  dəstələrinin  tərkibində  Azərbaycan  xalqının  oğulları  da  qəhrəmanlıqla 

vuruşmuş və fransız xalqının rəğbətini qazanmışdılar.

147


 

1943-cü  ilin  axırlarında  Rodez  əsir  düşərgəsində  toplanmış  azərbaycanlılar 

fransız  kommunistləri  ilə  əlaqə  yaratdılar  və  1944-cü  ildə  bu  əlaqələr  daha  da 

genişləndi.  B.Məmmədov  Averyon  vilayəti  müqavimət  hərəkatının  rəhbəri, 

kommunist  polkovnik  Rişardla  görüşmüş  və  azərbaycanlı  əsirlərin  qaçıb 

partizanlara  qoşulması  üçün  "Azrodez"  -  Rodezdəki  azərbaycanlılar  parolunu 

müəyyənləşdirmişdi. Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə 

düşərgədən  qaçıb,  fransız  partizanları  ilə  birləşməsi  işinə  başladı.  Düşərgədən 

qaçan  hərbi  əsirlər  fransız  vətənpərvərlərinin  köməyi  ilə  Aveyron  dağlarında 

yerləşən "Sovet  vətənpərvərlərinin  hərbi komitəsi" adlanan təşkilatla birləşirdilər. 

Antifaşist təşkilat əsirlərin kütləvi surətdə qaçmasını təmin etmək üçün 1944-cü il 

avqustun  15-nə  keçən  gecə  saat  12-də  üsyan  qaldırmağı  qərara  aldı.  Lakin  casus 

üsyanın  başlamasına  iki  saat  qalmış  düşərgənin  komandanlığına  xəbər  çatdırmış, 

üsyanın  rəhbərləri  dərhal  həbs  edilmiş,  əsir  düşərgəsi  isə  mühasirəyə  alınmışdı. 

Yalnız  gizli  təşkilatın  bir  qrup  üzvü  meşəyə  qaçıb  fransız  partizanlarına  qoşula 

bilmişdi.

148 

Faşistlər  həbsə  alınanları  ölüm  cəzasına  məhkum  etmiş,  50  nəfərdən 



çoxunu  diri-diri  yandırmışdılar.  Lakin  bu  hadisədən  iki  gün  sonra  fransız  və 

azərbaycanlı partizanlar tərəfindən Rodez şəhəri faşistlərdən azad edilmişdi.

149

 

Fransa  zəhmətkeşləri  onların  faşizm  əsarətindən  xilas  edilməsi  uğrunda 



qəhrəmanlıqla 

vuruşan 


azərbaycanlı 

partizanları 

unutmurlar. 

Rodez 


qəbiristanlığındakı matəm mitinqində çıxış edən polkovnik Rişard fransız xalqının 

Azərbaycan xalqına qarşı məhəbbətini belə ifadə etmişdi: "Fransızlar azərbaycanlı 

hərbi  əsirlərin  igidliyini  unutmayacaqdır.  Övladlarımız,  nəvə  və  nəticələrimiz  də 

biləcəkdir ki, bu yerlərdən uzaqda olan, lakin hər bir fransızın qəlbinə yaxın olan 

azərbaycanlı  dostlarımız  da  Fransanın  faşizmdən  azad  edilməsi  yolunda  canlarını 

əsirgəməmişlər. Azərbaycanlı əsgərlərin qəbirləri bizim üçün müqəddəs ziyarətgah 

olacaqdır.  Həlak  olanların  qəhrəman  obrazı  əbədi  olaraq  qəlbimizdə 

yaşayacaqdır".

150

 

Larzak  şəhəri  yaxınlığında  faşist  əsarətindən  azad  olunmuş  azərbaycanlı 



hərbi  əsirlərdən  ibarət  Azərbaycan  partizan  alayı  təşkil  edildi.  Alayın  komandiri 

gizli antifaşist təşkilatın üzvü H.Məmmədov idi. Alay Larzak, Kursaq, Mand, Nim 

və Rodez rayonlarının faşistlərdən azad edilməsində qəhrəmancasına vuruşmuşdu. 


63 

 

Ümumiyyətlə, 1943-1945-ci illərdə Fransa antifaşist müqavimət hərəkatında 2000 



nəfərə  yaxın  azərbaycanlı  iştirak  etmişdi.  Bunlardan  Ə.Cəbrayılov,  X.Hacıyev, 

D.Abdullayev,  N.Abdullayev,  R.Rzayev,  Ə.Möhsümov,  M.Məhərrəmov  və 

başqaları cəsur partizan kimi tanınmış, bir neçə ali fransız hərbi orden və medalları 

ilə  təltif  edilmişdilər.  Əhmədiyyə  Cəbrayılov  "Armed  Mişel"  adı  ilə  bu  ölkənin 

azadlıq hərəkatında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda əsgərə generaldan 

irəlidə  getmək  kimi  şərəfli  hüquq  verən  yüksək  mükafatla  -  Hərbi  medalla  təltif 

olunmuşdu.

151


 

Azərbaycanlı  hərbi  əsirlər  Berlində  yaradılmış  gizli  antifaşist  təşkilatının 

işində də yaxından iştirak edirdilər. Cümşüd Məmmədov, Bəxtiyar Paşayev, Səttar 

Kərimov,  Seyidəli  Seyidov  və  bu  gizli  təşkilatın  digər  üzvləri  çalışdıqları  sənaye 

müəssisələrində 

düşmənə 


qarşı 

təxribatlar 

törədirdilər. 

Azərbaycan 

döyüşçülərindən  M.Seyidov,  Ə.Əlimərdanov  faşistlərin  Buhenvald,  Mauthauzen, 

Daxau, Zaksenhauzen ölüm düşərgələrində Avropa ölkələrindən olan antifaşistlərlə 

birgə  fəal  iş  aparırdılar.

152


  Ə.S.Ağayev  Buhenvald  ölüm  düşərgəsində  antifaşist 

təşkilatın fəal üzvlərindən biri olmuşdur.

153 

 

 




Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin