Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə42/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   38   39   40   41   42   43   44   45   46
HADİSƏDƏN 10 GÜN SONRA

Bakı. Azərbaycan



Samir işə gələndə Teymur onu mərkəzin həyətində qarşılayıb dedi

  • sabahınız xeyir müəllim. Sozial müdafiə naziri gəlib, iclas zalında sizi gözlüyür

  • iclas zalında ?

  • bəli. Hamını ora yığıb. Deyir ki vacib məsələ haqqında danışacaq

  • ( Samir mərkəzə tərəf gedə-gedə soruşdu ) Teymur. sənin vəzifəni artırmaq istiyirəm. mənim yerimə keçmək istəyirsən ?

  • Xeyr müəllim

  • Ağıllı adamsan. Bu mərkəzin dərdi qurtarmır ki əlillərin dərdləri ilə də məşul olaq

Samir iclas zalına girəndə hamı təəccüb içində nazirin nə deyəcəni gözləyirdi. Samir yaxınlaşanda nazir ayağa qalxaraq onunla görüşdü və hər ikisi oturduqdan sonra nazir sözə başlsı

  • başına gələn bəlalara görə keçmiş olsun. Indi necəsən ? özünü necə hiss eliyirsən ?

  • çox sağ olun. get-gedə hər şey qaydasına düşür

  • sənə görə hamımız çox narahat idik. Ispaniyada həlak olan mərkəzin işçilərinə görə də başsağlığımı qəbul edin

  • “samir” mərkəzinə olan diqqətinizə və mənə olan hörmətinizə görə sizə dərin təşəkkürümü bildirirəm. ispaniyada hətaını itirən 3 nəfərə gəlincə isə, onların bu mərkəz barədə çoxlu arzuları və planları var idi. Mən və mərkzin digər işçiləri onların istəklərini həyata keçirmək üçün var qüvvəmizlə çalışacayıq. Ümid edirm bu sahədə siz də öz köməyinizi əsirgəməyəcəksiniz

  • Buna söz ola bilməz, ancaq mən bura başqa məsələ üçün gəlmişəm. Son günlər xeyli əzab-əziyyət çəkmisən. Bilirəm ki yorulmusan, istirahətə ehtiyacın var. Ona görə də nazirlikdə belə qərara aldıq ki bu işləri buraxıb bir müddət dincələsən. Sənin rahatca dincəlib istirahət etmən üçün nazirlik nə lazımdırsa eliyəcək

  • Istirahət üçün hansı müddəti nəzərdə tutursunuz ?

  • Bu mərkəzin inkşafı üçün 8 ayda yorulmadan gecə-gündüz işləməyini və son günlər çəkdiyin bu qədər əzab-əziyyəti nəzərə alaraq düşünürəm ki heç olmasa 1 il rahatca dincəlməyə və özünə vaxt ayırmağa tam haqqın çatır

  • Məni bu qədər düşünməyiniz qəlbimi fərəhləndirdi. Ancaq nahaq əziyyət çəkmisiniz, mən hələlik işləri təhvil vermək fikrində deyiləm

  • Səbəbini izah edə bilrsən ?

  • Mən bu mərkəzi yaradanda qocalanadək burda oturub, sonra da oğlumu bu vəzifəyə gətirmək fikrim yox idi. Heç indi də yoxdur. Ancaq mən işləri yarımçıq da atıb gedə bilmərəm. indi elə mərhələdəyik ki əgər mən buranı tərk eləsəm burdakı işlərin hamısı hədər gedəcək. Çünki mən planlarımı heç kimə demirəm və təbii olaraq bu mərkəzdə heç kim bilmir ki hal-hazırda görülən işdən sonra növbəti addım hansı olacaq və ya hansı iş nə zaman görülsə daha effektli olar. Düşünün. Mənim yerimə bir başqası gəlsə, burdakı işlərlə tanış olub vəziyyəti nəzarətə götürüncə ona ən azı 2-3 ay vaxt lazım olacaq ki bu “samir” mərkəzinin çökməsi deməkdir

  • ( bayaqdan əlində saxladığı kağızı Samirə uzatdı ) Bəlkə də sənin sözlərində həqiqət var. Ancaq nəzərə al ki sosial müdafiə fondunun rəsmi qərarına etiraz edirsən. Hansı ki bu qərarda sənin bu vəzifədən bir illik uzaqlaşdırılmağın açıq-aşkar qeyd olunub

  • Bu günə qədər heç vaxt dövlətin qanunlarının və qərarlarının əlehinə getməmişəm, ancaq düşünürəm ki mənə təqdim elədiyin qərar sosial müdafiə nazirliyinin yox, sənin şəxsi qərarındır

  • Niyə belə düşünürsən ?

  • “samir” mərkəzi sosial müdafiə nazirliyinin nəzdnində yaradılsa da birmənalı şəkildə həmin nazirliyə tabe deyil. “samir” mərkəzi özsündə bir çox nazirlikləri və dövlət qurumlarını birləşdirir ki bu mərkəzlə bağlı verilən bütün qərarlarda onların da razılığı lazımdır. Ancaq mən düşünürəm ki nə səhiyyə naziirliyinin bu qərardan xəbəri var, nə idmn və turizm nazirliyinin, nə icra başçısının, nə də ki digər orqanların

  • ( Samirin ayağa qalxdığını görən nazir də ayağa qalxdı və əsəbi-əsəbi dedi ) bu mərkəz birbaşa sosial müdafiə nazirliyinə daxildir və mənim verdiyim qərara burda sözsüz əməl olunmalıdır. Mən bu qərarı verəndə sənin cəmi 1 il müddətində və istirahətin üçün uzaqlaşdırılmağını düşnmüşdüm, ancaq indi fikrimi dəyişdim. Elə indi işdən çıxmaq haqda ərizəni yazmasan bu mərkəzdə yoxlama aparmaq adıynan düz 2 ay qapını möhürlədəcəm.

  • Cənab nazir, axı...

  • Mən sözümü dedim. Sən artıq özünü buranın ağası saymağa başlamısam

  • Yaxşı. Mən gedirəm ərizəmi yazmağa. Bu mərkəzin uğurlarını kənardan izləmək belə mənə xoşdur

  • Cənab nazir ( Mahmudov söhbətə qoşuldu ) axı Samir burdan çıxmamağının səbəbini sizə açıqladı. O burdan çıxsa aləm bir-birinə qarışacaq

  • O elə düşnür. Nazirlikdə istedadlı və bacarıqlı adamlar çoxdur. Qısa zaman ərzində bu mərkəz daha çox inkşaf edəcək

mahmudov - o zaman mənim də ərizəmi qəbul elə. Bu mərkəz Samirsiz heç nədir - deyərək keçib Samirin yanında dayandı. Mahmudovun ardınca Akif, sonra isə Əziz - Mahmudov düz deyir - deyərək Samirin yanına keçdilər. Onların ardınca mərkəzin bütün işçiləri bir-bir - mən də işdən çıxıram, mən də, mən də, mənim də ərizəmi qəbul elə - v.s deyərək Samirin olduğu yerdə dayandılar. Vəziyyətin belə olacağını gözləməyən nazir özünü itirdi. Dünyanın müxtəlif yerlərində filialları olan və ölkəyə çox böyük nüfuz qazandıran bir mərkəzin onun ucbatından bağlanması onun üçün heç də yaxşı qurtarmayacaqdı. Buna görə də geri çəkilmək məcburiyyətinə qaldı

  • yaxşı Samir. Mərkəzlə bağlı planlarını reallaşdırıb qurtarana qədər burda qalıb işləyə bilərsən. Ancaq unutma, gözüm hər zaman üstünüzdə olacaq

nazir sözünü bitirib gedəndən sonra Samir dərindən köks ötürüb astadan dedi

- bu problem də belə yoluna düşdü. ( səsini qaldıraraq ) mənə göstərdiyiniz dəstəyə görə hamınıza təşəkkür edirəm. indi isə haydı hamı iş başına, insanlar mərkəzin həyətinə yığışıb gözdüyüllər.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin