Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0.55 Mb.
səhifə1/10
tarix19.06.2017
ölçüsü0.55 Mb.
  1   2   3   4   5   6   7   8   9   10
Vətəndə əlacı olmayan ağır xəstəlik

Həyat meydanına hamı eyni vaxtda gedib çata bilmir. Ona görə ki, nə insanlar eyni cürədi, nə də bu meydana aparıb çıxaran yollar. Bu yollardan çala-çuxuru olanlar keçilməz dağa, sıldırım qayaya dirənənlər, həyat meydanına çatmamış cığıra dönüb itənlər və çox geniş, hamar, göz qamaşdıranlar da var. Həyat meydanında qara eynəysiz, sağlam bədənlə, çəliksiz gəzib-dolanıb, boş-boş geri qayıdanlar da var. Bütün ömrünü bu meydanda, mizan-tərəzi bazarında fırlanıb ölçünü tapa bilmədiyinə görə qiymətli heç nə ala bilməyib, meydandan bazara girdiyi kimi çıxanlar da var. Qarşısına çıxanın ağını da, qarasını da çiyninə yükləyib bu yükün altında boğulub ölənlər də çoxdur. İlk addım da nə üçün və nədən ötrü meydana üz tutduqlarını bilən yolçular bu həyat meydanından insana lazım olan çox az nemət alıb buradan əli boş qayıtmırlar. Mən bir az da bu meydan ətrafında fırlansam, indi dediklərimlə özümün də nə demək istədiyimi bilmədiyimi başa düşəcəyəm. Həm də sizi də çaş-baş salacağam. Odur ki, gəlin mən nə demək istədiyimi bilmək üçün sizinlə birlikdə bu hekayəni oxuyaq.

***

Anar çox imkanlı bir ailənin oğlu idi. Onun on-on iki yaşı olanda bu ailənin üzünə imkan qapıları açılmışdı. Bu qapının açılamsını səbəbi Anarın atasının ölkəni idarə edənlərlə bir kökdən, soydan olması olmuşdur. Bir tayfadan bir kökdən yaranan məhəbbət o qədər güclü olmuşdu ki, qısa müddətdə Anarın atasın itələyib aparıb nazir kürsüsünə oturtmuşdular. Ancaq bu ailənin yüksək firavanlıq mərtəbəsi Anarın on-on iki yaşına qədrə alışdığı vərdişdən ayıra bilməmişdi. Anarın alışdığı həyat dərsi məktəb kitab olmuşdur. O, nə orta məktəb, nə də universitet həyatında kitab və kitabxanadan çölə çıxmamışdı. Gəzintilərdən, toylardan, bayramladan imtina edib ən xoş anlarını kitab oxumaqla yaşamışdı. Onun arzusu ya kimyaçı, ya da həkim olmaq olmuşdu. Atası ona hüquqşünas olmağı məsəhət görmüşdü. Əvvəl bu təklif ürəyindən olmasa da oxuduğu saysız hesabsız romanlarda hüquqsuzluqdan, hüququçuların insafsızlığından, ədalətsizliyindən, məşəqqətlərə düçür olan insanların həyatı gözünün qarşısına gəlmişdi. Hüquq elminin daha romantik, daha dramatik olmasın başa düşüb, “həkim olub bir xəstənin müalicə etməkdənsə, hüquqşünas olub cəmiyəti müalicə etmək daha lazımlıdı” qərarını vermişdi. Atasına: “sənin təklifini qəbul edirəm”- deyib unversitetin hüquq fakultəsinə qəbul olmuşdur.



O, hüququ oxuduqca bu elmin üfüqünün nə qədər geniş, parlaq, dəyərli olmağın aşkar etdi. Hiss etdi ki, hüquq elmi həyatın bütün elmlərindən- onun astronomiyasından, biologiyasından, fəlsəfəsindən, tarixindən, ədəbiyatından da yüksəkdə duran elmdir. Bu elm bütün elmlərin keçdiyi yolu nizamlayır, o yola işıq salır. Bəşəriyyət bütün həyatı ilə, elmi ilə dəvələrə yüklənmiş bir karvandısa, bu kərvanın hasarın çəkən hüquq elmidir, hüquqşünaslardır. Bir elm ki, baş vermiş hadisələri mizan-tərəzidə çəkə, bu tərəzinin gözlərindəki taleyüklü misqalların ədaləti, vicdanı keşiyində dura bundan dəyərli hansı elm ola bilər?

Anar kursdan-kursa keçdikcə hüquqşünaslığın əsaslarını öyrəndi. Özünü istintaqın düzgün aparılmasına hazırladı. Fərqlənmə diplomun alanda peşəsində ədalətli olacağına and içdi.

***

Rayonun baş prokuroru kimlərdən və kimdən olduğu haqqında həm məlumat, həm də tapşırıq aldı. Anarı qabağına salıb təcrübəli müstəntiqin otağına girdi. Müstəntiqə bu cavan oğlanın kimliyi haqqında qısa məlumat verib: “İllərlə topladığın təcrübəni bu oğlandan əsirgəmə”- deyib üzün Anara tutub: “İlk iş günün mübarək olsun”- deyib, otaqdan çıxdı. Prokurorun qarşısında yarımqat dayanan müstəntiq prokuror otaqdan çıxandan sonra dərindən nəfəs alıb, qırşığın açıb yerində oturub: “Bu prokurorluğun ağır yükləri həmişə mənim boynumda olur”- dedi. Onun yadına düşdü ki, axı prokuror bu oğlanın kimin oğlu olduğun və kim tərəfindən tapşırıldığın ona dedi. O içərisində səksənən kimi olub:



-Bağışla, bunu sənə görə demirəm. Birdən ürəyinə başqa şey gələr. Ona görə dedim ki, harda ağır işlər olur, atırlar mənim üstümə. Elə səni də mənim yanıma ona görə verib ki, belə ağır işlərin içində yetişəsən. Mənim adım Atəşlidi.

O, əlin atıb mizin üstündən iki papqanı götürüb:“al, həvəsin olana qədər vərəqlə, bax. Bu cinayətkarı sabah dindirməyə çağıracam.

Anar papqaları alıb aprıb oturduğu mizin üstünə qoydu. Papqanın üstündə bir yazılmış işi vərəqləməmişdən qabaq bu təcrübəli müstəntiqi işini arşdırıb qurtarmadığı tərəfə niyə cinayətkar deməsi barədə fikirləşdi. Bu ifadənin müstəntiqin ağzından təsadüfü çıxmış səhv hesab edib, işlə tanış olmağa başladı.

Oğurluq hadisəsi altı ay bundan qabaq baş vermişdi. Şübhəli şəxs Tarverdi isə iyirmi gün bundan əvvəl həbs olunmuşdu. Şübhəli şəxs haqqında məlumatda onun bundan qabaq iki dəfə həbs olunduğu göstərilmişdi. Birinci həbsi vətəndaşın sağlamlığına küt alətlə vurulmuş bıçaq zərbəsinə görə, ikincisi də heyvan oğurlamasına dair şahidlərdən ifadə alınmışdır. İfadə verənlərdən biri Tarverdinin kəndlisi ifadəsində göstərirdi ki, heyvanlar oğurlanan axşamı mən gecə üç-dörd radələrində çöldəki əkin sahəmdən gələndə bir nəfərin qarşısında dörd heyvan apardığın gördüm. Mən gizləndim ki, o adam məni görməsin. Qorxdum ki, silahı olar, məni öldürər. Qaranlığ olduğuna görə mən nə heyvanların rəngin yaxşı görə bilmədim, nə də heyvanları aparanları. Ancaq o adam heyvanlara “aho”- deyəndə onun səsindən, bir də boy-buxunundan onun Tarverdi olduğun yəqin etdim.

Rayon mərkəzindən olan Tarverdinin heç vaxt üzün görmədiyi şahid yazırdı ki, mən o oğurluq olan vaxtdan bir neçə gün sonra Tarverdi bazada qartof, soğan alanda cibindən bir cib pul çıxartdığını, ondan da bir necə gün sonra onun dəmir yol stansiyasında bir nəfərlə oturub yeyib içdiklərini gördüm. Qabaqlarında hər şeyin- arağın da, kababın da aldığın öz gözümlə görmüşəm.

Tarverdinin həyat yoldaşı Gülnaz izahatında yazır ki, birinci mən beş ay bundan qabaq həmin gün, həmin gecə ərimin harda olması barə də heç nə deyə bilmərəm. İkincisi də Alış kişinin heyvanlarının oğurlanması haqqında o vaxtlar olan söz-söhbətlər yadımdadır. Nə o vaxtlar, nə də ondan sonra bu bədbəxt gündüzü deyə bilmərəm, gecə heç yerə getməyib. Heç yerdə də qalmayıb. Heç gedib qalmağa yeri də yoxdur. Ancaq bağışlayın üzüm ayağınızın altına, onu bilirəm ki, gecə bir dəfə həyətə su başına çıxır. Onda da gah ayıq olub xəbər tutaram, gah da heç nə vaxt çıxıb, nə vaxt qayıtdığını bilmirəm. Onu da ona görə bilmirəm ki, yenə üzüm ayağınızın altına o, başqa çarpayıda yatır, mən başqa. Bu binəva bir iki dəfə türmədə olduğu vaxtlar evdə olmayıb. Bir də iki dəfə iş gəzməyə Bakıya gedib o vaxtı vəssəlam. Bir də axırda onu da deyim ki, on dörd baş inək oğurlayıb satsaydı nə qədər insafsız olsaydı evə bir-iki kilo qənd alıb gətirərdi. Biz də bilərdik.

Tarverdi isə öz izahatında oğurluqdan xəbərinin olmaması və ümumiyyətlə heç vaxt oğurluq etməməsin, bu barədə də heç vaxt fikirləşmədiyini, keçən dəfə şərlənib nahaqdan tutulduğunu göstərmişdi. Ancaq o etiraf edirdi ki, kəndlərindən olan orta məktəb yoldaşı Rauf Rusiyadan gəldiyinə görə onu bir dəfə aparıb dəmir yol stansiyasının yeməkxanasında qonaq edib. Orada onunla yeyib içmişik. Əgər yadlarında qalıbsa, yeməkxananın xidmətçilərindən soruşmaq olar.

Anar müstəntiqin istintaq araşdımalarınını oxumağa başlayanda alnında düyünlənmiş tər bütün sifətin, bədənin bürümüşdü. O, dəsmal çıxarıb sifətinin tərin sildi. Bunu görən müstəntiq Cəmşidov:

- Hə, görürsən də, hələ yüngül vərəqləməklə səni belə tər basır. Gör o materialları iki papqa eləyənəcən mən hansı cəhənnəmi çəkmişəm. Bilirsən, sən hələ indi başlayırsan. Bu prakratura elə nüfuzu bir yerdi ki, iş başladı gərək necə olursa olsun başa vurasan. İşi gərək aça biləsən. İndi nə qayırasan ki, olur da arada açılmayan işlər. Gərək ona da bir çarə tapıb işi bağlaya biləsən. Bu oğurluq da altı ay bundan qabaq baş verib. O vaxt iş açılmalı idi. Nəsə oldusa, kim bu işin qabağına əl qoydusa iş atlıdı kənara. Bu heyvanı oğurlanan köpək oğlu da inadından əl çəkməyir, yer qalmayır yazıb.. Bizim kimilərə yazsa yenə dərd yarıdı.Yola vermək olardı. Bu köpək oğlu indi başlayıb beynəlxalq təşkilatlara, səfirliklərə yazmağa. Deyəsən, prezident aparatından başqa prokurorluğa təpiniblər. Onlar da bezib bizə vaxt qoydular ki, bu iş açılmalıdı, oğrular tapılmamıdı. Bizim prokuror yaxşı adamdı. Heyvan yeyəsin iki dəfə çağırıb ki, ə kişi “dörd inəyinin qiyməti nədir de artıqlaması ilə cibimizdən verək. Bir izahat yaz ki, heyvanların tapıldı”.

Tərs oğlu, tərs deyir ki, mənə pul lazım deyil, mənə heyvanlarımın oğrusu lazımdır. Prokuror da hirsləndi dedi ki, sənə oğru lazımdı onu da taparıq. O da bu oğru Tarverdinin arvadının dayısıdı. O kənddə də bundan başqa heyvan oğrusu yoxdu. Tay evin için qoyub gedib oğrunu kənardan axtarmayacağıq ki. Bu Tarverdi it oğlun da iki dəfə dindirmişəm nıx deyib durub ki, mən oğurlamamışam.

Müstəntiq bu yerdə nə fikirləşdisə mən demirəm ki, eləmədiyi işi mən zorla onun boynuna qoyacam, yox, yox...Oğurlayıb canı çıxsın boynuna götürsün. Hə, qardaş belə işlərdə, ümumiyyətlə istintaq işində böyük təcrübən olmasa belə ağır işlərin öhdəsindən gəlmək olmaz. Sən də baxıb üstündən keçmə.Yaxşı bax öyrən.

Anarın bütün paltarı tər-suyun içində idi. Müstəntiq istintaq araşdırmalarına, istintaqın bu anına qədər ki, rəyində heyvan oğrusunun həm kənddən olmasına sübut kimi taınmaması üçün qaranlıq gecəni seçməsi, kənd camaatının öyrənilmiş rəyləri zamanı o gecə heç kmin itinin hürməməsi, hətta heyvanı oğurlanan Alış kişinin öz ifadəsində də onun da itinin hürməməsi oğrunun bu kənddən olub, kənd itlərinin nə vaxt yatıb, nə vaxt durmalarını yaxşı bilməsi olub. Sonra oğurlanan heyvanların rəndlərinin tapılamamsı oğrunun kənddən olub, heyvanların, mal-qaranın çox gedib gəldiyi yollarla aparması sübut kimi verilir. Tarverdinin arvadının ərinin hər gecə evdən çölə çıxdığını ancaq onun bəzən nə vaxt çıxıb nə vaxt qayıtmasınıdan xəbərinin olmaması deməli onun o gecə olmaması əsas sübut kimi rəydə öz əksini tapmışdır.

Anar həyata atılıb fəaliyyətə başladığı ilk iş gününün təsüratından məst olmuşdu. O, bu məstlikdən gah qızdırır, gah da üşüdürdü. Bütün varlığı ilə bağlındığı hüquq elminə onun bətnindəki düzlüyə, ədalətə şübhə etmək Anar üçün başlanan həyatın bir anda məhv olması demək idi. O, ilk istintaq işində oxuduqlarının həqiqət olduğunu fikrinə gətirməyə qorxurdu. Özün inandırmağa çalışırdı ki, bu istintaq işi hardansa yəni nəyin ki bu ölkənin harasındansa, hətta başqa bir dünyadan gəlib şeytan uydurması ilə bura düşüb. O, fikirləşirdi ki, bəlkə prakratura da belə təcrübə tətbiq olunur ki, ilk işə çıxan hüquqşqnasların kimliyin onların istintaq işinə necə yiyələnmələrini aşkar etmək üçün ilkin olaraq onlara belə bir saxta iş təqdim olunur ki, öyrənsinlər ki, onlar buna necə münasibət bildirəcəklər. Bu belə olar. Bu gerçək aparılımış iş ola bilməz deyə o içərisinə çarpışırdı. Mən də hər şeydən xəbərsiz qoyun kimi ancq elə tərləməyə güc verdim. Ağzımı açıb demədim ki, bu nə işdi məni tanış edirsən. Eybi yoxdu, sabah mənə aydın olacaq ki, bu elə mən düşündüyüm kimi sınaq qurama bir iş imiş. Onda mən də o işin içində nələrin görüldüyünü müstəntiqə deyərəm. O da bilər ki, mən heç nəyi gözdən qaçırmamışam.

Səhəri işə təzəcə başlamışdılar ki, müstəntiq Cəmşidov telefon dəstəyinə amiranə iddia ilə dedi ki, məhbus Tarverdi Əhədovu yanıma gətirin. Gecə də gözünə yuxu getməyən, dünəndən öz-özünə yox-yox deyib bu aldadıcı bir oyun olmasına özünü inandırmaq istəyən Anar içərisində həm qorxdu, həm də yerində diksindi. Bir iki dəfə yenə fikrində “yox, ola bilməz belə şey olmaz” deyib yarı solmuş, yarı hürkək gözlərini müstəntiqə dikib dayand. Az keçmədi ki, qabaqda polis kapitanı, arxada əli qandallı dustaq iki polis çavuşunun qabağında içəri girdilər. Müstəntiq gah məhbusun qolundakı qandala, gah da ona bir neçə dəfə baxıb qandalı qoluna vurulmuş adama göstərib necə də sənin üçün deyirmiş kimi özüz aparıb açın qandalı dedi. Kapitan qandalın açılması üçün polis nəfərlərinə işarə verdi. Onlar otaqdan çıxdılar. Müstəntiq Cəmşidov istintaq materialların bir neçə dəfə süni yaratdığı əsəbi gərginliklə o tərəf, bu tərəfə çevirib:

- Burdakı toplanmış materiallar, şahidlik və sair dəlil, sübutlar işi bağlayıb məhkəməyə göndərməyə bəs edir. Ancaq mənim sənə yazığım gəlir. Sən özün etiraf edib oğurluğu etdiyin kimi boynuna alsan mən də sənə kömək edərəm. İşi əlimdən gələnə qədər yüngülləşdirərəm. Hər şey mənim qələmimdən aslıdır. Məhkəmə də açıq etirafı nəzərə alıb, maddənin aşağı bəndin tətbiq edər.

Bax burda institutu dünən bitirən gənc müstəntiq otrub. O da deyə bilər ki, etiraf cinayətkarın işin nə qədər yüngülləşdirir.

Ani istintaq materiallrı gözünün qabağından keçən Anarı müstəntiqin “cinayətkar” sözü ildırım kimi vurdu. O, bu işi necə müdafiə edə bilərdi. Axı buna nə hüquq qaydaları, nə ədəb, nə bir otaqda oturmaq ünsiyyət əlaqələri imkan vermir. Mən iyirmi ilin müstəntiqinə necə deyim ki, sənin işin araşdırdığın cavabdehə cinayətkar deməyə hüquq elmi icazə vermir.

Tarverdi başın qaldırıb müstəntiqə baxdı. Ancaq ona cavab vermədi. Müstəntiq şaxlanıb:

- Nədir? Eştmədin? Elə bilirsən çox dözəcəm sənin bu heyvanlığına?

Tarverdi yuxudan ayılmış kimi:

- Nəyi etiraf edim, yoldaş nəçannik? Eləmədiyim şeyi necə etiraf edim? Deyim mən eləmişəm?

- Ə heyvan oğlu, heyvan! Sənə keçən dəfə dedim ki, mən nəçənnik deyiləm, nə də bura polis idarəsi deyil. Bura prakraturadır, mən də buranın böyük müstəntiqi. Sənin oğurluğun da gözünə girsin, sən keçmiş oğrusan, bu dəfə də oğurluğun şahidliklə, başqa dəlillərlə sübut olunmuşdur. Elə tək öz arvadının izahat verməsi ki, “o gecə evdən nə vaxt çıxıb, nə vaxt qayıtmağından xəbərim olmayıb” O kifayatədir sübut üçün. Mənə de görüm, heyvanları harda kimə satmısan?

Tarverdi yazıq-yazıq müstəntiqə baxıb:

- Yoldaş prokuror, olmayan şeyi necə satmaq olar?

Müstəntiqə elə bil od vurdular. Bu cavan müstəntiqin yanında cinayətkarın bütün istintaq işini olmayan bir şey kimi qələmə verməsi onu daha çox pərt elədi. O, ayağa qalxıb mizin o tərəfindən bu tərəfinə Tarverdiyə dumbuz atdı. Və oğraş oğlu, köpək oğlu, məni ələ salırsan? Səndən yüzlərin anasın belə belə eləmişəm.İndi sən mənim işimi boş hesab edirsən? De görüm malı kimə satmısan?

Müstəntiq Tarverdiyə dumbuz atanda Anar da özündən aslı olmayaraq yerindən sıçrayıb qalxdı. Ancaq o yerindən tərpənənə qədər müstəntiq yerində oturdu. Onun bu hərəkətini görən müstəntiq cavan müstəntiqin ona köməyə gəlib cinayətkarı vuracağın zənn edib, ona baxıb:

- Sən narahat olma, özüm belələrinini öhdəsindən çox gəlmişəm- dedi.

Bu sözdən Tarverdi də dönüb sağ tərəfdə oturan gənc oğlana baxdı. Onların baxışları toqquşdu.Tarverdi gənc müstəntiqin gözlərinin yerində nəm, sifətində bozluq görüb: “Bu da məni döyməkdən ötrü alışıb yanır”- deyə fikirləşdi. O, qayıdıb müstəntiqə baxıb:

- Yoldaş prokuror, mən bilirəm ki, siz mənə iş verdirəcəksiniz. Siz də, polis də beş ay bundan qabaq bilirsiniz ki, heyvanları kim aparıb. Onları tuta bilmədiniz. Niyə görə siz onu məndən yaxşı bilirsiniz. Mən Qurana əl basa bilərəm ki, nə indiki oğurluqdan, nə də keçən dəfə nahaqdan beş il aldığım oğurluqdan xəbərim yoxdu. Keçən dəfə mənim tutulmağımda istintaqın elə böyük taqsiri olmadı, çünki onlar məni oğurluğa qata bilmədiklərinə görə mənə and içib özlərin söymüşdülər ki, nə vaxt tutlsaq səni də özümüzə qatıb Türkiyəyə aparacağıq. Onun üstündə onlar qazamatda öz payalrın aldılar. Onlara ömürlük “perliy”ləqəbi verdildi, damğa vuruldu.Sizdən bir xahişim var, mənim dörd uşağım var: böyügünün on altı, balacaların dörd yaşı olmaların nəzərə al, məni bu böhtandan qurtar. Mən bu dəfə də tutulsam artıq uşaqlarımın üstündə Allahı, mənəvi hüququmu itirirəm. Onlar bu yaşlarında yiyəsiz qalıb bir dəfəlik taleyin ümüdünə buraxılmış olurlar. Onlardan ikisi qız uşağıdırlar. Əgər buna gücün çatmırsa onsuzda bundan sonra heç nəyə, heç kimə lazım olmayan adamı döyməklə, öldürməklə hədələmə. Bu cavan oğlandan başqa neçə nəfər istəyirsən gətizdir, nə qədər istəyirsinizsə məni döydür. Bu mənim üçün az da olsa uşaqlarımın qarşısında təsəlli olar ki, mən belə bir nahaq əziyyətlərə dözdüm, yalan danışmadım. Bir də mənim valideynlərimi bura qatıb söyüş söymə. Bundan sonra nə söyüş söymüsünüz son nəfəsimə kimi onları özünüzə qaytaracağam.

Müstəntiq Cəmşidov istədi deyə ki,...yeyərsən atabaatanın ağzıynan. Fikirləşdi ki, bu köpək oğlu bu sözü ona qaytara bilər. Onda gərək bu gənc müstəntiqin yanında bunun qol-qabırğasın sındıra. Hələ xasiyyətin bilməyən bu nazir oğlundan hər etimala qarşı ehtiyatlanıb, həm də onun yanında sırf şillə qapaz müstəntiqi olmadığını sübut etmək üçün “hələ bunu yumşaldıb sındırmağa vaxt çoxdur”-deyə fikirləşib:

- Sən qələt eləyərsən mənim söyüşlərimi geri qaytararsan. Oxşayır hələ Bayıla gedib-qayıtmağa ələ bir az ehiyacın var. Elə elyəcəyəm ki, özün yalvaracaqsan ki, işi ləngitmə gətir yazım etiraf edim ki, heyvanları özüm oğurlamışam. Filankəslərə satmışam. Uşaqlarını da gözümüzə soxub özünü yazıqlaşmış tülkü yerinə qoyma. Keçən oğurluqda da sən eləmisən. Eləməmisən səni kim, nə təhər tutdurub mənə dəxli yoxdur! Sübut odur ki, sən oğrusan,oğurluq üstündə də tutulmusan! Vəssəlam!

Müstəniq qalxıb qapını açıb kapitana:

- Gəlin bunu burdan rədd eləyin- dedi.

Polisər Tarverdinin qoluna qandal vurub otaqdan çıxaranda, müstəntiq polis kapitanına:

- Sən dayan, qapını da örü- dedi. O, kapitana sərt şəkildə:- belə cinayətkarların saxlanma yeri tək onların yeyib yatmaları üçün deyil. Dustaqların nazı ilə oynayanda onlar da biznən burda qoz-qoz oynayırlar. Sizin bir vəzifəniz də istintaqa kömək etməkdir. Bu dəyusun günün qara elə. Onu tək kameraya keçirt. Yeməyin elə azalt ki, acından zarısın. Yanına yemək buraxma. Qoyma ona siqaret ötürələr. Qoy axşama kimi döşəmə silsin. Dirəniş göstərsə necə lazımdı əl gəzdir, qoy yumşalsın.

- Cənab Cəmşidov siz dediklərinizdən müəyən hissəni özüm eləyərəm.

Anar kapitana təşəkkrürünü bildirib, dustağın qoluna girib növbətçi polisin otağına çəkib, növbətçiyə:

- Sən çöldə gözlə -dedi.

O, elə dayandı ki, Tarverdi onun qarşı tərəfində onun arxası qapının çöl görünən pəncərəsinə olsun. Tarverdi bu cavan müstəntiqin onu ya vuracağını ya da ağır söz deyib hədələyəcəyi halda müstəntiq cinbindən iki min manat pul çıxarıb balaca kağızla birlikdə onun qandallanmış ovcuna qoyd. Sonra onun pencəy, köynəyinin düymələrin açıb pulu onun kəmərinin altına pərçim edib Tarvedinin yaxasın düymələyə-düymələyə:

-Yerinə çatan kimi kağız qələm tap rəisin adına özünə vəkil tutmağın haqqında ərizə yaz. Sonra yaxının kimin varsa yanına çağırtdır. Indi mən kapitana deyəcəm sənin tələbini yerinə yetirəcək. Orda iki min manat pul var. O kağızda kimin vəkil tutulacağı onun ünvanı göstərilib. Tarvedi qəfil bu gözləmədiyi bu vəziyyətdən tamam çaşsa da özün ələ alıb:

- Qardaş, mənim balalarımın bu saat yeməyə çörəyləri yoxdu. Sən bu qədər pula vəkil tutmaq istəyirsən. Bağışla, sözümdən bu dünyadan sənin xəbərin yoxdu. Mən səkkiz ilə türmədə min dustağın taleyin öyrənmişəm. Azərbaycanda vəkil yoxdur. Onların da sözün ortaya çəkib saya salan yoxdu. Sən nahaq yerə bu qədər pulu boş yerə verirsən.

- Tarvedi, ləngiməyək, mənim sənə sorğu-sual eləməyə ixtiyarım yoxdu. Məndən şübhələnə bilərlər. Sənə nə deyirəm onu elə. Evdən də o qədər narahat olmaq. Ən azı o vəkil sənin döyülüb təhqir olunmağına imkan verməyəcək. Əks halda səni çox incidəcəklər. Həm də müəyyən iddiaları protokola saldıra biləcək. Sağ ol.

Anar qabaqca çıxıb kapitana minnətdarlığın edib:

- İstintaqın xeyrinə cavabdeh öz yaxınlarından biri ilə görşmək istəyir. O, kimi desə yanına çağırtdırın. Xahiş edirəm.

Kapitan baş üstə deyib əli qandallı dusağı qabağa itələdi.

Anar bu vəziyyətdə müstəntiqin üznü görməmək üçün kiraya yaşadığı mənzilə gedib paltarlı üzü üstə çatpayıya yıxıldı. Necə yəni Azərbaycanda vəkil yoxdu? Olanın da kimdi sözün ortalığa qoyan! Nə bilirlər, onu da edəcəklər! Mən hardayam birdən birə mən hara düşdüm? Bəlkə burdan elə burda da bu müstəntiqin özbaşnalığından heç kimin xəbəri yoxdu. Bəs onda kapitan müstəntiqə niyə dedi ki, dediklərinin bir hissəsin özüm eləyərəm, qalanını da eləmək üçün rəis tapşırmalıdır. Deməli tapşıra bilir ki, indiyə qədər tapşırıb ki kapitan da belə deyir. Rəis tapşıracağ kapitanda onun yeməyin kəsəcək. Nə cür əziyyət vermək lazımdırsa, hamısını eləyəcək. Hələ müstəntiqdə dedi ki, bu elə rəisin zibilidi. Deməli bu oğurluğun əsil oğurlarına rəis himayədarlıq edib. Anar yerində nəyisə axtarırmış kimi o tərəf bu tərəfə çevrildi. Yox belə hadisə ancaq burdadı. Belə hadisə ancaq bu yerdə ola bilər ki, bundan da heç kimi xəbər tutmamış olsun. Hüquq vəzifələri tamam başqadır. Bu ali qanun bizim qarşımıza heç kimə tapşırılmayan müqəddəs vəzifələr qoyub. Burda insan taleyindən onun mənsub olduğu ailənin müqədaratından gedir. Bu adam azad həyatdan bütün insan azadlıqlarından məhrum olur. İşıqlı dünyadan qaranlıq zindana atılır. İlahi bu necə yüngül münasibət göstərmək olar. İnsanın haqqının bir zərrəsinə toxunma belə cinayətdir. Onda qalmış ki, insanı haqsız günahı olmadan azadlıqdan məhrum edəsən. Belə də alçaqlıq olarmı? Belə çıxır ki, bu adam ikinci dəfə heç bir günah işlətməkdən hadisə törtmədən həbs olunub. Üçüncü həbsi ikinci oğurluğu olduğu üçün ona ən azı yeddi il iş verəcəklər. Otağın qapısı döyüldü. Bu xidmətçi yaşlı qadın idi. Anar qalxıb qapını açdı.

- Oğlum bağışla, həm çörəyin vaxtı keçir, həm də narahat oldum. Dedim iraq-iraq xəstələnib eləyərsən. Çörəyin adın eşidən Anar Tarverinin indi evdə uşaqların yeməyə çörəyləri yoxdu sözü yadına düşdü.

-Gövhər xala, çox sağ ol. Mən özüm yeyərəm. Sən get.

O, qalxıb üzünə yüngül su vurub evdən çıxdı. Küçənin tinində dayanan taksiyə yaxınlaşıb:

- Məni Qaralı kəndinə apara bilərsənmi?- soruşdu.

Sürücü buyurun niyə aparmıram, ondan da oyana hara desən apararam dedi.

Kəndə çatanda Anar sürücüyə dedi ki, zəhmət olmasa bir adam görsən Tarvedi Əhədovun evnə necə getməyi soruşaq.

Sürücü:

- Tanıyıram- dedi. O, nahaq tutulan oğlanı deyirsən.



Anar sürücünün sözündən sarsıldı. Ona bir söz demədi. Bəlkədə bu oğlan bilsəydi ki, prakratura da işləyirəm bu sözü deməzdi.

Anar düşəndə:

- Gözləmək üçün darıxma- dedi.

O, həyətə girəndə maşının dayanmağın hiss edən Tarvedinin həyat yoldaşı Gülzar böyük oğlu ilə həyətə çıxdı. O, həyətin zəif işığında bir nəfər cavan oğlanın onlara tərəf gəldiyin görüb:”ya polisdən, ya prakraturadandı yenə. Ancaq qoltuğunda papqası yoxdur”.

Anar yaxınlaşıb:

- Axşamınız xeyir olsun- deyib üzünə xoşluq verib –Bacı, istəyirəm sənin bir stəkan çayını içim.

Oğlanın sifətindəki işığın o birilərindən fərqli olduğun hiss edib Gülzar:

- Nə olar, gəlin içəri dedi. Qardaşım burda idi. İndi getdi. Nə olar uşaqlarda böyük kişidilər.

-Bacı, mən də sizin qardaşınız.

Anar evə daxil olub qopuq-qopuq örtüy sərilmiş masanın yanındakı şəkildə oturmaq istəyəndə ona baxan on-on iki yaşlı oğlan uşağı:

- Dayı, ehmal otur səkil sınıqdı- dedi.

Anara çay gətirən Gülzar çayı masanın üstünə qoyub əlin atıb masanın üstündəki parçaya bükülmüş quranı çıxarıb onu öpüb:

- Qardaş, bu Qurana and olsun Tarverdini yalandan tutublar. O, oğurluq etməyib. Başa düşdüm siz ya polisdən, ya da nədi ordan -o müstəntiq işləyən yerdən gəlmisiniz.

Anar tez Quranı Gülzarın əlindən alıb öpüb onu həmin parçaya büküb yerinə qoydu. O, Gülzara baxıb:

- Düz deyirsiniz, mən orda - o müstəntiq olan yerdə işləyirəm. Ancaq ordan gəlməmişəm. Mənə de görüm uşaqların yeməyə çörəyi varmı?

Gülzar oğlana qəribə nəzərlərlə baxıb:

- Hə axrıncı xəmirimi eləmişəm.Sabahlıqda çörəyimiz var. Qardaşım dedi ki, özünü çox üzmə görüm bir şey fikirləşərəm.

Anar əlin cibinə salıb mizin üstünə iki min manat qoyub:

- Hə çox yaxşı ki, bu gün uşaqlar ac deyil. Mən əli boş gəldim. Mən gedirəm uşaqlara korluq vermə. Tarverdidən də nigaran qalma. Ona heç nə göndərmə. Hər şeyi özüm edəcəm. Mən bura gəlməmişəm. Siz də məni görməmisiniz. O, uşaqlara baxıb “əgər mənim bura gəldiyimi bir yerdə desən mən dayınız bir də sizə gələ bilməyəcəyəm”. Bacı bil əgər Tarverdi tutulmuş olsa mən bu uşaqların gözlərinin kimsəninsə əlində qalmasına imkan verməyəcəyəm.


Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə