Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən



Yüklə 141.39 Kb.
Pdf просмотр
tarix21.04.2017
ölçüsü141.39 Kb.

"Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən 

tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və 

Normaları"nın təsdiq edilməsi haqqında

[1]

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

 



İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitindən səmərəli istifadə olunması ilə 

bağlı  Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyinin Maliyyə  Nazirliyi  və 

Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının 

Nazirlər Kabineti qərara alır:

 

1.

       



"Vahid  təqvim  planına  uyğun  olaraq  keçirilən ölkə və  beynəlxalq  kütləvi  bədən 

tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları" təsdiq 

edilsin (əlavə olunur).

 

2.



       

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə  tapşırılsın  ki,  kütləvi bədən 

tərbiyəsi  və  idman  tədbirlərinin  keçirilməsinə  tələb  olunan  xərclərin  hər  il  dövlət 

büdcəsində Gənclər və İdman Nazirliyinə "Bədən tərbiyəsi və idmanın təşkili" bölməsi 

üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilməsini təmin etsin.

 

3.



       

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İdman tədbirlərinin keçirilməsi 

üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normalarının təsdiqi haqqında" 1997-ci il 

1  iyul  tarixli  69  nömrəli  qərarı,  "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "idman 

tədbirlərinin keçirilməsi üçün büdcə  vəsaitinin  xərclənməsi  qaydaları  və  normalarının 

təsdiqi haqqında" 1997-ci il 1 iyul tarixli 69 nömrəli və "Gənclər tədbirlərinin keçirilməsi 

üçün büdcə vəsaitinin xərclənməsi normativinin təsdiqi haqqında" 1999-cu il 28 dekabr 

tarixli  206  nömrəli  qərarlarının  1  nömrəli  əlavələrinə  dəyişikliklər edilməsi  haqqında" 

2001-ci  il  31  may  tarixli  107  nömrəli  qərarı,  "Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  bəzi  qərarlarına  dəyişikliklər  edilməsi  barədə"  2003-cü  il  8  aprel  tarixli  47 

nömrəli  qərarının  6-cı  bəndi,  "Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  bəzi 

qərarlarına dəyişikliklər edilməsi haqqında" 2005-ci il 2 iyun tarixli 96 nömrəli qərarının 

2-ci  bəndi  və  "Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  bəzi  qərarlarına  və 

sərəncamlarına dəyişikliklər  edilməsi  barədə"  2006-cı  il  2  may  tarixli  119  nömrəli 

qərarının 6-cı bəndi qüvvədən düşmüş hesab edilsin.

 

4.



       

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

 

 



Bakı şəhəri, 18 yanvar 2007-ci il

 

                           № 8



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 


2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

 

 

Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə

 

və beynəlxalq kütləvi bədən tərbiyəsi və 

idman tədbirləri üçün vəsaitlərin xərclənməsi

[2]

 

 

 

QAYDALARI VƏ NORMALARI

 

 

 

1.

                                      



ÜMUMİ MÜDDƏALAR

 

  



1.1.

       


Bu  Qaydalar  və  Normalar  idman  tədbirlərinin  iştirakçılarının  maddi təminatı  üçün 

xərclərin norma və qaydalarını müəyyənləşdirir.

 

1.2.


       

İdman  tədbirlərinə  bədən  tərbiyəsi  və  idman  növləri  üzrə  yarışlar, tədris-məşq 

toplanışları, Azərbaycan Respublikasında keçirilən beynəlxalq yarışlar, habelə başqa ölkə idman 

tədbirləri (bundan sonra-idman tədbirləri) aiddir.



 [3]

 

1.3.



    

İdman  tədbirləri  iştirakçılarının  maddi  təminat  növlərinə  aşağıdakılar aiddir: yemək 

haqqının  ödənilməsi; farmakoloji  bərpa  vasitələri,  vitaminlər,  zülal-qlükoza  preparatlarının 

və digər vəsaitlərin verilməsi;

 

yaşayış sahəsi üçün kirayə haqqının ödənilməsi;



 

hakimlik haqqının ödənilməsi;

 

qaliblərin təltif olunması xərcləri;



 

xarici idman nümayəndəliklərinə xidmət və onların qəbulu xərcləri;

 

maddi təminatın digər növləri.



 

1.4. İdman tədbirlərinin iştirakçıları aşağıdakı şəxslərdən ibarət olur:

 

idmançılar;



 

hakimlər;

 

məşqçilər;



 

mütəxəssislər  (mexaniklər,  təmirçilər,  mehtərlər,  xoreoqraflar,  akkompaniatorlar,  habelə 

yarışlar  haqqında  qaydalarda,  əsasnamələrdə  və  başqa  normativ  hüquqi  sənədlərdə  nəzərdə 

tutulmuş digər mütəxəssislər).

 

1.5. İştirakçıların  idman  tədbirlərinə  göndərilməsi  həmin  tədbirləri keçirən  təşkilatın  rəsmi 



dəvətnaməsi əsasında həyata keçirilir.

 

1.6. Bu Normalara uyğun olaraq keçirilən idman tədbirləri üçün xərclər xidməti ezamiyyə 



xərclərinin tərkibinə daxil edilmir.

 

  



2. İDMAN TƏDBİRLƏRİ KEÇİRİLƏRKƏN VƏSAİTLƏRİN XƏRCLƏNMƏSİ QAYDALARI 

 

 



2.1. İdman tədbirləri keçirilərkən aşağıdakı sənədlər müəyyən olunmuş qaydada Azərbaycan 

Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunur:

 

yarış haqqında Əsasnamə (reqlament), xarici nümayəndələrin tədbir müddətində yaşayış 



proqramı, idman tədbirlərinin keçirilməsi qaydasını tənzimləyən digər sənədlər;

 

-



       

idman  tədbiri  iştirakçılarının  say  həddini,  tədbirin  keçirilməsi  müddətini  və  maddi 

təminat normalarını əhatə edən smeta.

 


2.2.

  

Dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə idman 



tədbirləri üçün ayrılan vəsait hesabına həyata keçirilən idman tədbirlərinə xərclər 1-6 nömrəli 

cədvəllərdə göstərilən normalara uyğun ödənilir.

 

2.3.


  

Bu Qaydalarla müəyyən olunan normalar Azərbaycan Respublikasının Gənclər və İdman 

Nazirliyi,  federasiyalar və  tədbiri  keçirən  digər  təşkilatlar  tərəfindən  büdcədənkənar  vəsaitlər, 

sponsor vəsaitləri, sifariş haqqı və digər mənbələr hesabına müstəqil olaraq artırıla bilər.

 

2.4.


  

Yaşayış sahəsinin kirayəsi üzrə məsrəflər tədbirin keçirildiyi şəhərdə 1-ci  kateqoriyalı 

birnəfərlik nömrənin dəyərindən çox olmamaqla, faktiki dəyərə görə həyata keçirilir.

 

2.5.         Mehmanxanada  yerlərin  bronlaşdırılması  idman  tədbirləri iştirakçılarının 



gəlməsinə bir gün qalmış yerlərin bir günlük qiymətinin 50 faizə qədər miqdarında həyata keçirilə 

bilər.


 

2.6.


  

İdman  qurğularının  və  avadanlıqlarının  icarəsi,  nəqliyyat,  poçt-teleqraf,  dəftərxana 

xərcləri və digər xərclər qüvvədə olan tariflərə müvafiq olaraq həyata keçirilir.

 

2.7.



  

İştirakçılar  sırasına  daxil  olmayan,  tədbirə  cəlb  edilmiş  mütəxəssislərin  və  xidmət 

heyətinin əməyinin ödənilməsi üzrə xərclər faktiki yerinə yetirilmiş iş həcmi nəzərə alınmaqla, 

oxşar  işlərə görə  müvafiq sahələrdə əməyin ödənilməsi üçün qəbul olunmuş normaya uyğun 

həyata keçirilir.

 

2.8.



    

Keçirilən  idman  tədbirlərində  iştirak  etmək  üçün  yola  bir  gündən  artıq  vaxt  sərf 

olunduqda,  yeməklə  təmin  olunmayan  iştirakçıya  yolda  olduğu  müddətə  görə  gündəlik  xərc 

ödənilir. İdman  tədbirlərinin  iştirakçılarının,  başqa  şəhərdən  dəvət  olunmuş mütəxəssislərin  və 

xidmət  heyətinin  ezamiyyə  xərcləri  qüvvədə  olan  qanunvericiliklə  xidməti  ,  ezamiyyətlər  üçün 

müəyyən olunmuş normalar üzrə ödənilir.

 

2.9.


       

Xidməti  ezamiyyətlər  zamanı  idman  tədbiri  iştirakçılarının əməkhaqlarının 

saxlanılması qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

2.10.



   

İdman  tədbirlərinin  keçirilməsi  üçün  xərclərin  ödənilməsi  yarışlar haqqında 

əsasnamələrdə,  digər  tənzimləyici  normativ  sənədlərdə,  həmçinin tədbiri  keçirən  və  iştirakçı 

təşkilatların ikitərəfli müqavilələrində göstərilir.

 

2.11.


     

Digər  kütləvi  bədən  tərbiyəsi  və  idman  tədbirlərinin  keçirilməsi  üçün  vəsaitlərin 

xərclənməsi qaydaları və normaları Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və rayon 

(şəhər) icra hakimiyyəti başçıları tərəfindən ərazidəki qiymətlər, qüvvədə olan tariflər və yerli 

şərait 

nəzərə alınmaqla, 



Azərbaycan 

Respublikasının 

Maliyyə 

Nazirliyi 

və 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir.



 

 

 



 

 

1 nömrəli cədvəl



 

 

 

İdmançıların və idman tədbirlərinin digər iştirakçılarının yemək təminatının

 

XƏRC NORMALARI

[4]


 

  

Sıra

 

№-si

 

Tədbirlər

 

Bir nəfərə gündəlik 



xərcnorması (manatla)

 

1.



 

ölkə bədən tərbiyəsi və idman tədbirləri, ölkədaxili yarışlar

 

10

 



2.

 

Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq yarışlar



 

10

 



3. 

Xarici ölkələrdə keçirilən yarışlara hazırlıq üçün təlim-məşq toplanışları

 

25

 



 

 


Qeyd. Yemək təminatının təşkilində nağdsız hesab imkanı olmadıqda, idman tədbirlərinin iştirakçılarına bu cədvəldə 

nəzərdə tutulmuş norma daxilində nağd pul ödənilməsinə icazə verilir.

 

 

 



2 nömrəli cədvəl

 

 

 

İdman tədbirlərində idman hakimlərinə verilən ödənişlərin

 

NORMALARI



[5]

 

  



Sıra

 

№-si

 

İdman növləri üzrə hakim 

vəzifələrinin adı

 

 

 

Hakim kateqoriyalarını nəzərə almaqla, ödənclərin miqdarı 

(manatla)

 

BK

 

ÖK

 

İK

 

OH

 

1.



 

Baş hakim

 

3

 

2,4

 

2

 

-

 

2.

 



Baş hakim-katib

 

3

 

2,4

 

2

 

-

 

3.



 

Baş hakimin köməkçisi

 

2,4

 

2

 

1,6 


-

 

4.



 

Hakimlər


 

2

 

2

 

1,6 


1,6

 

5.



 

Komanda oyun növləri üzrə:

 

 

 

 

 

 

 

 

 

6.

 



Oyunun baş hakimi

 

4

 

3

 

2,4

 

-

 

7.



 

Oyunun baş hakiminin köməkçisi

 

3

 

2,4

 

2

 

-

 

8.

 



Komissar

 

4

 

-

 

-

 

-

 

9.



 

Hakimlər (briqadanın tərkibində)

 

2

 

2

 

1,6

 

1,6

 

 

 

Akronimlər:

 

BK- Beynəlxalq kateqoriyalı;



 

ÖK - Ölkə kateqoriyalı;

 

İK- İdman kateqoriyalı;



 

OH- Oyun hakimi

 

Qeydlər:

 

1. Hakimlər üçün müəyyən olunmuş məbləğlər idmanın komanda oyun növləri üzrə (futbol, voleybol, həndbol 



və s.) bir oyuna görə, digər idman növləri üzrə isə bir günlük xidmətə görə ödənilir.

 

2. İdman  yarışlarına  xidmətə  görə  hakimlərə  verilən  ödənclər  bu  Qaydalarda  nəzərdə  tutulan  digər  maddi 



təminat növlərindən asılı olmayaraq həyata keçirilir.

 

3. Yarışların  hazırlıq  və  yekun  mərhələlərində  hakimlərin  maddi  təminatı  (yeməyə,  mənzilə,  hakimliyə  görə 



ödənclər) hakimlik işinin bütün dövrü üçün aşağıdakı kimi həyata keçirilir:

 

baş hakim, baş hakim-katib üçün - 5 günədək;



 

baş hakimin köməkçisi, baş hakim-katibin köməkçisi üçün - 3 günədək.

 

4.

   



İdman federasiyaları öz vəsaitləri, habelə sifariş ödəmələri hesabına idman hakimlərinə ödənclərin müəyyən 

olunmuş miqdarını artırmaq səlahiyyətinə malikdirlər.

 

5.

       



Rəsmi beynəlxalq yarışlara xidmətə görə hakimlərə müəyyən olunmuş ödənclər həmin yarışların reqlamenti 

ilə nəzərdə tutulmuş qaydada və miqdarda verilir.

 

6.

   



Hakim kollegiyasının (briqadasının) say tərkibi idman növləri üzrə yarışların keçirilməsi haqqında qaydalara 

və əsasnamələrə uyğun olaraq müəyyənləşdirilir.

 

7.

   



Beynəlxalq  yarışların,  çempionatların  və  Azərbaycan  Kuboku  oyunlarının  təşkili  və  keçirilməsinə  dəvət 

olunmuş yüksək ixtisaslı hakimlər və mütəxəssislər sırasından müfəttişlər, yaxud texniki nümayəndələr üçün nəzarət 

haqqı oyunların baş hakimi üçün nəzərdə tutulmuş miqdarda müəyyən olunur.

 

8.



   

Beynəlxalq  federasiya  tərəfindən  təyin  olunmuş  xarici  texniki  nümayəndələrə  və  hakimlərə  beynəlxalq 

kateqoriyalı hakimlər üçün nəzərdə tutulmuş miqdarda ödənclər həyata  keçirilir.

 

 

 

3 nömrəli cədvəl



 

 

 

Farmakoloji və bərpa vəsaitləri, vitamin və zülal-qlükoza preparatları, ümumi müalicə təyinatlı 



dərmanlar və sarğı vəsaitləri ilə təminatın

 


 

 

XƏRC NORMALARI



[6]

 

  



Sıra

 

№-si

 

İdman tədbirlərinin adı

 

Bir nəfərə düşən gündəlik xərc 



norması (manatla )

 

1.



 

Ölkə yarışları

 

2 manata qədər



 

2.

 



Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq 

yarışlar və bu yarışlara hazırlıqla əlaqədar təlim-məşq toplanışları

 

5 manata qədər



 

 

 

Qeyd. Normalar  hesablama  üçündür  və  ayrılmış  vəsait  həddində  komanda,  yaxud  ayrı-ayrı idmançılar  üçün 

yığma komandanın baş məşqçisinin və həkiminin təqdimatı ilə onların hazırlıq xüsusiyyətindən asılı olaraq dəyişdirilə 

bilər.


 

 

 



4 nömrəli cədvəl

 

 



 

İdman tədbirləri üçün xatirə prizlərinin

 

DƏYƏR NORMALARI



[7]

 

 



 

Sıra

 

№-si

 

İdman tədbirlərinin miqyası

 

Prizlərin dəyəri (manatla)

 

  

  



  

  

Komanda



 

Şəxsi


 

1.

 



Azərbaycan Respublikası ərazisində keçirilən beynəlxalq 

yarışlar


 

50 manata qədər

 

40 manata qədər



 

2.

 



Ölkə yarışları

 

40 manata qədər



 

30 manata qədər

 

 

 

Qeyd. Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyi  öz  büdcədənkənar  vəsaiti, federasiya  və  idman 

cəmiyyətləri isə öz gəlirləri hesabına yarışların,  oyunların, mərhələlərin və turnirlərin ən yaxşı idmançısı üçün xüsusi 

mükafatlar müəyyənləşdirmək səlahiyyətinə malikdirlər.

 

 

 



5 nömrəli cədvəl

 

 



 

İdman tədbirlərinin xarici iştirakçılarının qəbulu və onlara xidmət üçün

 

XƏRC NORMALARI

 

  

Sıra

 

№-si

 

Xərclərin adı

 

Xərc 



norması(manatla)

 

1

 

2

 



3

 

1.



 

Olimpiya  komitələrinin  prezidentlərinin,  beynəlxalq federasiyaların 

prezidentlərinin,  iri  şirkətlərin  rəhbərlərinin,  onların  müavinlərinin, 

həmçinin 

görkəmli dövlət 

və 


ictimai 

xadimlərin 

rəhbərlik 

etdiklərinümayəndəliklərin qəbulu və onlara xidmət

 

  

1.1.



 

 

 



 

 

Mehmanxana



 

 

 



 

 

1



 

2

 



3

 

 



 

 

 



nümayəndə heyətinin rəhbəri üçün

 

yarımlüks 



kateqoriyalı nömrə

 

  



  

nümayəndə heyətinin üzvləri üçün

 

bir yerlik nömrə



 

1.2.


 

Nümayəndə heyətinin bir nəfər üzvünə gündəlik  yemək norması

 

20

 



1.3.

 

Rəsmi qəbulun keçirilməsi üçün bir nəfər iştirakçıya



 

7

 



1.4.

 

Danışıqlar apararkən, teatrda və səfərdə olarkən  bufet xidmətinə görə 



nümayəndə heyətinin bir nəfər üzvünə gündəlik xərc norması

 

0,8



 

1.5.


 

Bir nəfər iştirakçıya gündəlik mədəni proqram

 

1,6


 

1.6.


 

Suvenirlərin alınması

 

 

 



 

 

 



 

nümayəndə heyətinin rəhbərinə

 

10

 



 

 

 



 

nümayəndə heyətinin üzvlərinə

 

5

 



1.7.

 

Avtomobil nəqliyyatı ilə xidmət



 

 

 



 

 

 



 

nümayəndə heyətinin rəhbəri üçün

 

1 minik 


avtomobili,gündə 15 

saata qədər

 

 

 



 

 

nümayəndə heyətinin üç nəfər üzvü üçün



 

1 minik 


avtomobili,gündə 10 

saata qədər

 

1.8.


 

Ölkədə hərəkət

 

 

 



  

  

hava nəqliyyatı ilə



 

reys təyyarəsi

 

  

  



dəmiryolla

 

yatacaqlı vaqon



 

1.9.


 

Bir nəfərə gündəlik sair xərclər (pasportların  qeydiyyatı, poçt-teleqraf 

xərcləri, yükdaşıyanların haqqının ödənilməsi və s.)

 

2



 

2.

 



İdmançılardan, mütəxəssislərdən və rəsmi şəxslər -dən ibarət xarici 

nümayəndəliklərin qəbulu və onlara xidmət

 

 

 



2.1.

 

Mehmanxana



 

 

 



 

 

 



 

nümayəndə heyətinin rəhbəri üçün

 

bir yerlik nömrə



 

 

 



 

 

nümayəndə heyətinin üzvləri üçün



 

bir yerlik, yaxud iki 

yerlik nömrə

 

2.2.



 

Nümayəndəliyin bir nəfər üzvünün gündəlik yemək xərci

 

20

 



2.3.

 

Rəsmi qəbulun keçirilməsi üçün bir nəfər iştirakçıya



 

6

 



2.4.

 

Bir nəfər iştirakçıya mədəni proqram (bir tədbir üçün)



 

2

 



2.5.

 

Avtomobil nəqliyyatı ilə xidmət



 

 

 



 

 

 



 

nümayəndə heyəti üçün

 

nümayəndə heyəti 



üzvlərinin sayından 

asılı olaraq, 12 saata 

qədər müddətə 1 

minik avtomobili, 

avtobus, idman 

inventarının 

daşınması üçün isə 

yük avtomobili 

(zəruri hallarda)

 

2.6.



 

Ölkədə hərəkət

 

 

 



 

 

hava nəqliyyatı ilə



 

Reys təyyarəsi

 

dəmiryolla



 

yatacaqlı vaqon

 

2.7.


 

Suvenirlərin alınması

 

 

 



 

 

 



 

nümayəndəliyin rəhbəri üçün

 

6 manata qədər



 

2.8.


 

Bir nəfərə gündəlik sair xərclər (pasportların qeydiyyatı, poçt -teleqraf 

xərcləri, yükdaşıyanların haqqının ödənilməsi və s. )

 

2



 

Qeydlər:

 

1.



       

Mehmanxanada nömrənin bronlaşdırılması ilə bağlı xərclər mehmanxananın gündəlik haqqının ödənilməsi 

üçün müəyyən edilmiş tarif üzrə ödənilir.

 

2.



       

Avtomobil  nəqliyyatından  istifadəyə  görə  haqq  nümayəndə  heyətinin  qəbul  olunduğu  şəhərdə  qüvvədə 

olan tarif üzrə ödənilir.

 

3.



       

Hava və dəmiryol nəqliyyatının haqqı müvafiq sahədə qüvvədə olan tarif üzrə ödənilir.

 

4.

   



Nümayəndə heyəti üçün bir qəbul keçirilə bilər. Dünya və Avropa çempionatında ayrı-ayrı hallarda iki rəsmi 

qəbul keçirilməsinə icazə verilir (tədbirin açılışı və bağlanışı).

 

5.

   



Xarici idman nümayəndə heyəti üzvlərinə cib xərcliyi üçün pul yalnız beynəlxalq idman əməkdaşlığı haqqında 

ikitərəfli protokollara əsasən verilir.

 

6.

       



Xarici  idman  nümayəndə  heyəti  üzvlərinin  yeməklə  təminat  norması  hesablanmalıdır  və bu  məqsəd  üçün 

ayrılmış vəsait həddində konkret nümayəndə heyətinin qəbulu üçün həmin qobulun xüsusiyyətləri nəzərə alınmaqla 

dəyişdirilə bilər.

 

7.



   

Xarici nümayəndə heyəti üzvlərinə onların xahişi əsasında 5 nömrəli cədvəldə müəyyən olunmuş norma üzrə 

nağd pul verilə bilər.

 

8.



       

Qəbul  edən  tərəfin  danışıqlarda  iştirak  edən  nümayəndəsinə,  tərcüməçiyə  (müşayiət  edən şəxsə)  zəruri 

hallarda  müvafiq  xarici  nümayəndə  heyəti  üçün  müəyyən  edilmiş  yemək,  yaşayış sahəsi,  nəqliyyat,  mədəni  xidmət 

təminatı, hava, yaxud dəmiryol nəqliyyatı ilə hərəkət normaları şamil edilir.

 

9.  Nümayəndə  heyətini  qəbul  edən  təşkilatın  ştatında  olmayan  tərcüməçinin  (müşayiət  edən şəxsin)  əməyinin 



ödənilməsi bir saata 1 manat hesabı ilə həyata keçirilir.

 

10. Üzvlərinin sayı 15 nəfərdən çox olmadıqda, xarici nümayəndə heyətinə 1 nəfər tərcüməçi (müşayiət edən şəxs) 



müəyyən edilir.

 

Üzvlərinin  sayı  15  nəfərdən  çox  olduqda,  xarici  nümayəndə  heyətinin  tərkibi  15  nəfərə  qədər olan  (15-dən  az 



olmamaqla) hər qrupuna 1 nəfər tərcüməçi (müşayiət edən şəxs) müəyyən edilir.

 

11.  İdman  yarışlarında  hakimlik  üçün  dəvət  olunmuş  xarici  hakimlərin  qəbulu  5  nömrəli  cədvəlin  2-ci  bölməsinə 



müvafiq olaraq həyata keçirilir.

 

  



Azərbaycan Respublikası yığma komandalarının beynəlxalq yarışlarda iştirak etməsi üçün

 

XƏRC NORMALARI

 

  

 

 



Sıra

 

№-si

 

Xərcin adı

 

Xərc norması (xarici valyuta ilə)

 

1.

 



Xarici  ölkələrə  ezamiyyə  xərcləri: gündəlik 

və kommunal xərclər

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 



müəyyən edilmiş miqdarda ödənilir

 

2.



 

Rabitə xərcləri (telefon, teleqraf, telefaks)

 

50 ABŞ dollarına qədər



 

 

 

Qeydlər:

 

İkitərəfli  beynəlxalq  razılaşmalarda  nəzərdə  tutulmuş  digər  xərclər  (yarışlara  bilet  alınması üçün  avans,  iştirak 



haqqı,  start  haqqı,  katerlərin  icarə  xərci,  katerlər  üçün  benzin,  masaj,  idman  formasının  yuduzdurulması,  idman 

qurğusunun  icarəsi;  atların  hazırlanması,  tibbi  müayinə,  ələf haqqının  ödənilməsi,  tövlənin  icarəsi;  gömrük  rüsumu, 

dəmirçi  əməyinin  ödənilməsi,  bərə haqqının  ödənilməsi  və  s.)  təsdiqedici  sənədlər  təqdim  olunduqda,  faktiki 

tələbata görə ödənilir.

 

Avtomobil  nəqliyyatı  ilə  tranzit  daşımaları  vaxtı  yanacaq-sürtkü  materiallarının  miqdarı bütün  keçid 



məntəqələri və nəqliyyat vasitəsinin növü göstərilməklə, xəritə sxemi təqdim olunduqda, hesablama yolu ilə müəyyən 

edilir.


 

Rabitə xərci norması komanda üçün nəzərdə tutulur.

 

 

 



 

 

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       


8  may  2008-ci  il  tarixli 113 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 436

2.

       


26 

sentyabr 

2014-cü 

il 


tarixli 312 nömrəli

 Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  28  sentyabr  2014-cü  il,  №  212;  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136) 

  

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 



 

 

 



[1]

 

26  sentyabr  2014-cü  il  tarixli 312 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik 



Toplusu,  2014-cü  il,  №  09,  maddə  1136) ilə adında  və  1-ci  hissədə  “respublika”  sözü  “ölkə”  sözü  ilə 

əvəzedilmişdir. 

  

[2]


 

26  sentyabr  2014-cü  il  tarixli 312 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik 



Toplusu,  2014-cü  il,  №  09,  maddə  1136) ilə “Vahid  təqvim  planına  uyğun  olaraq  keçirilən  respublika  və 

beynəlxalq  kütləvi  bədən  tərbiyəsi  və  idman  tədbirləri  üçün  vəsaitlərin  xərclənməsi  Qaydaları  və 

Normaları”nın adında “respublika” sözü “ölkə” sözü ilə əvəz edilmişdir. 

  

[3]



 

26  sentyabr  2014-cü  il  tarixli 312 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik 



Toplusu,  2014-cü  il,  №  09,  maddə  1136) ilə “Vahid  təqvim  planına  uyğun  olaraq  keçirilən  respublika  və 

beynəlxalq  kütləvi  bədən  tərbiyəsi  və  idman  tədbirləri  üçün  vəsaitlərin  xərclənməsi  Qaydaları  və 

Normaları”nın 1.2-ci bənddə “ümumrespublika” sözü “ölkə” sözü ilə əvəz edilmişdir. 

  

[4]



 8  may  2008-ci  il  tarixli 110 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  5,  maddə  436)  ilə  «Vahid  təqvim 

planına  uyğun  olaraq  keçirilən  respublika  və  beynəlxalq  kütləvi  bədən  tərbiyəsi  və  idman  tədbirləri  üçün 

vəsaitlərin  xərclənməsi  Qaydaları  və  Normaları»nın  1  nömrəli  cədvəlinin  üçüncü  sütunundakı  «3;  3;  12» 

rəqəmləri müvafiq olaraq «10; 10; 25» rəqəmləri ilə əvəz edilmişdir. 

  

26  sentyabr  2014-cü  il  tarixli 312 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik 



Toplusu,  2014-cü  il,  №  09,  maddə  1136) ilə “Vahid  təqvim  planına  uyğun  olaraq  keçirilən  respublika  və 

beynəlxalq  kütləvi  bədən  tərbiyəsi  və  idman  tədbirləri  üçün  vəsaitlərin  xərclənməsi  Qaydaları  və 

Normaları”nın 1 nömrəli cədvəlin 1-ci hissəsinin “Tədbirlər” sütununda “Respublika” sözü “ölkə” sözü ilə, 

respublikadaxili” sözü “ölkədaxili” sözü ilə əvəz edilmişdir. 

  

[5]


 

26  sentyabr  2014-cü  il  tarixli 312 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik 



Toplusu,  2014-cü  il,  №  09,  maddə  1136) ilə “Vahid  təqvim  planına  uyğun  olaraq  keçirilən  respublika  və 

beynəlxalq  kütləvi  bədən  tərbiyəsi  və  idman  tədbirləri  üçün  vəsaitlərin  xərclənməsi  Qaydaları  və 

Normaları”nın  2  nömrəli  cədvəlin  “Hakim  kateqoriyalarını  nəzərə  almaqla,  ödənclərin  miqdarı  (manatla)” 

sütununda 

RK” 

akronimi 

ÖK” 

akronimi 

ilə 

əvəz edilmişdir və 



“Akronimlər” 

hissəsində 

RK - Respublikakateqoriyalı” sözləri “ÖK - Ölkə kateqoriyalı” sözləri ilə əvəz edilmişdir. 

  

[6]



 

26  sentyabr  2014-cü  il  tarixli 312 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik 



Toplusu,  2014-cü  il,  №  09,  maddə  1136) ilə “Vahid  təqvim  planına  uyğun  olaraq  keçirilən  respublika  və 

beynəlxalq  kütləvi  bədən  tərbiyəsi  və  idman  tədbirləri  üçün  vəsaitlərin  xərclənməsi  Qaydaları  və 

Normaları”nın 3 nömrəli cədvəlin 1-ci hissəsinin “İdman tədbirlərinin adı” sütununda “Ümumrespublika” 

sözü “Ölkə” sözü ilə əvəz edilmişdir. 

  

[7]


 

26  sentyabr  2014-cü  il  tarixli 312 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik 



Toplusu,  2014-cü  il,  №  09,  maddə  1136) ilə “Vahid  təqvim  planına  uyğun  olaraq  keçirilən  respublika  və 

beynəlxalq  kütləvi  bədən  tərbiyəsi  və  idman  tədbirləri  üçün  vəsaitlərin  xərclənməsi  Qaydaları  və 

Normaları”nın  4  nömrəli  cədvəlin  2-ci  hissəsinin  “İdman  tədbirlərinin  miqyası”  sütununda 

Ümumrespublika” sözü “Ölkə” sözü ilə əvəz edilmişdir. 



  

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə