Üzümçülük və şərabçılıq haqqında



Yüklə 10.79 Kb.
Pdf просмотр
tarix07.07.2017
ölçüsü10.79 Kb.

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının 

Qanununda dəyişikliklər edilməsi barədə 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



  

Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası 

Konstitusiyasının  94-cü  maddəsinin  I  hissəsinin  24-cü  bəndini  rəhbər 

tutaraq,  “Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsində 

dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının 

2015-ci  il  28 

aprel tarixli 1267-IVQD nömrəli

 Qanununun tətbiqi ilə əlaqədar qərara alır: 

Üzümçülük  və  şərabçılıq  haqqında



”  Azərbaycan  Respublikasının 

Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 

1,  maddə  3;  2003,  №  1,  maddə  15,  №  12  (I  kitab),  maddə  674;  2005,  №  4, 

maddə 278; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2008, № 12, maddə 

1044; 2013, № 11, maddə 1291) aşağıdakı dəyişikliklər edilsin: 

1. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin: 

“10.5.  Şərabçılıq  məhsullarının  istehsalında  genetik  modifikasiya 

olunmuş  bitkilərin,  yaxud  müasir  biotexnoloji  və  gen  mühəndisliyi 

metodları  ilə  yaradılmış  kənd  təsərrüfatı  bitki  materiallarının  istifadəsinə 

yol verilmir.”. 

2. 20.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: 

“Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji 

və  gen  mühəndisliyi  metodları  ilə  yaradılmış  kənd  təsərrüfatı  bitki 

materiallarından  istifadə  edilərək  istehsal  olunan  şərabçılıq  məhsullarının 

Azərbaycan Respublikasına idxalına yol verilmir.”. 

3.  21.4.5-ci  maddədə  “uyğun  gəlmədikdə”  sözlərindən  sonra  “  və  ya 

genetik  modifikasiya  olunmuş  bitkilərdən,  yaxud  müasir  biotexnoloji  və 

gen  mühəndisliyi  metodları  ilə  yaradılmış  kənd  təsərrüfatı  bitki 

materiallarından  istifadə  edilməklə  istehsal  olunduqda”  sözləri  əlavə 

edilsin. 

4.  22.2.8-ci  maddənin  sonunda  nöqtə  işarəsi  nöqtəli  vergül  işarəsi  ilə 

əvəz edilsin və aşağıdakı məzmunda 22.2.9-cu maddə əlavə edilsin: 

“22.2.9.  tərkibində  genetik  modifikasiya  olunmuş  bitkilərdən,  yaxud 

müasir  biotexnoloji  və  gen  mühəndisliyi  metodları  ilə  yaradılmış  kənd 

təsərrüfatı bitki materiallarından istifadə edildikdə.”. 

5.  22.3-cü  maddəyə  “digər  hallarda”  sözlərindən  əvvəl  “22.2.9-cu 

maddəsində göstərilən halda məhv edilir,” sözləri əlavə edilsin. 


  

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

№ 62-VQD



 

  

 



Каталог: docs -> pdf
pdf -> Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Damazlıq heyvandarlıq haqqında
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə