“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü IL 22 oktyabr tarixli 776-ivqd nömrəli Qanununun tətbiqi haqqında



Yüklə 207.38 Kb.
Pdf просмотр
tarix07.07.2017
ölçüsü207.38 Kb.

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər 

edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 776-IVQD nömrəli 

Qanununun tətbiqi haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  19-cu  bəndini  rəhbər  tutaraq, 

“Üzümçülük  və  şərabçılıq  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  dəyişikliklər  edilməsi 

barədə”  Azərbaycan  Respublikasının  2013-cü  il  22  oktyabr  tarixli  776-IVQD  nömrəli  Qanununun 

qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

1.1.  üç  ay  müddətində  Azərbaycan  Respublikası  qanunlarının  və  Azərbaycan  Respublikası 

Prezidentinin  aktlarının  “Üzümçülük  və  şərabçılıq  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda 

dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  Qanununa  uyğunlaşdırılması  ilə  bağlı 

təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının 

həmin  Qanuna  uyğunlaşdırılmasını  təmin  etsin  və  bu  barədə  Azərbaycan  Respublikasının  Prezidentinə 

məlumat versin; 

1.3.  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının  həmin  Qanuna 

uyğunlaşdırılmasını  nəzarətdə  saxlasın  və  bunun  icrası  barədə  beş  ay  müddətində  Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ 

hüquqi  aktlarının  və  normativ  xarakterli  aktların  “Üzümçülük  və  şərabçılıq  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununda  dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  Qanununa 

uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat 

versin. 


 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 noyabr 2013-cü il. 



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə