Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Çənənin kəskin irinli periostit zamanı səbəbkar diş funksional və estetik əhəmiyyət daşımırsa, mütləq hansı manipulyasiya aparılır?



Yüklə 2,19 Mb.
səhifə11/19
tarix25.11.2016
ölçüsü2,19 Mb.
#70
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

569) Çənənin kəskin irinli periostit zamanı səbəbkar diş funksional və estetik əhəmiyyət daşımırsa, mütləq hansı manipulyasiya aparılır?
A) Yalnız periostotomiya

B) Fizioterapevtik müalicənin aparılması

C) Səbəbkar dişin çıxarılması və periostotomiya

D) Yalnız səbəbkar dişin çıxarılması

E) Səbəbkar dişin tacının estetik bərpası
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 199
570) Damaq absesi olduğu halda cərrahi müdaxilə çərçivəsində hansı xüsusi cərrahi manevr aparılmalıdır?
A) Yerli keyləşdirmənin aparılması

B) İltihabi ocaq üzərindəki selikli qişanın üçbucaq şəklində eksiziyası

C) Yaranın antiseptik məhlullarla yuyulması

D) İltihabi ocağa uyğun olaraq selikli qişada və sümüküstü toxumada kəsiyin aparılması

E) Lentvari drenaj piltənin əmələ gəlmiş boşluğa yeridilməsi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 199
571) Sadə xroniki periostitin anlayışına aşağıdakılardan hansı uyğundur?
A) Patologiya sümüyün nəzərə çarpan rezorbsiya və restrukturizasiya ilə xarakterizə olunur

B) Patologiya zamanı regionar və sümüküstü daxili limfatik kələfdaxili dəyişikliklər baş verir

C) Patologiya zamanı əmələ gələn sümüyün ossifikasiyası hiperostozla nəticələnir

D) Patologiya zamanı əmələ gəlmiş yeni osteoid toxuması aparılan müalicədən sonra reqressiya olunur

E) Patologiya zamanı çənənin kortikal səthinin və sümüküstü toxumasının dağılması qeyd olunur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
572) Sümükləşən (ossifikasiya edən) xroniki periostit anlayışı hansıdır?
A) Patologiya zamanı əmələ gəlmiş yeni osteoid toxuması aparılan müalicədən sonra reqressiya olunur

B) Patologiya zamanı çənənin kortikal səthinin və sümüküstü toxumasının dağılması qeyd olunur

C) Patologiya zamanı əmələ gələn sümüyün ossifikasiyası hiperostozla nəticələnir

D) Patologiya zamanı regionar və sümüküstü daxili limfatik kələfdaxili dəyişikliklər baş verir

E) Patologiya sümüyün nəzərə çarpan rezorbsiya və restrukturizasiya ilə xarakterizə olunur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
573) Rarefikasiya edən xroniki periostit anlayışına aşağıdakılardan hansı uyğundur?
A) Patologiya sümüyün nəzərə çarpan rezorbsiya və restrukturizasiya ilə xarakterizə olunur

B) Patologiya zamanı əmələ gəlmiş yeni osteoid toxuması aparılan müalicədən sonra reqressiya olunur

C) Patologiya zamanı regionar və sümüküstü daxili limfatik kələfdaxili dəyişikliklər baş verir

D) Patologiya zamanı əmələ gələn sümüyün ossifikasiyası hiperostozla nəticələnir

E) Patologiya zamanı çənənin kortikal səthinin və sümüküstü toxumasının dağılması qeyd olunur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
574) Aşağıdakılardan hansı xroniki periostitə aiddir?
A) İdiopatik

B) Sadə


C) Perforativ

D) Mürəkkəb

E) Nekrozlaşan
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
575) Xroniki periostitə aid olan anlayışı göstərin:
A) Ossifikasiya edən

B) Nekrozlaşan

C) Skeletizasiya edən

D) İdiopatik

E) Perforativ
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
576) Xroniki periostitə aid olan anlayışı göstərin:
A) Skeletizasiya edən

B) Kontakt

C) Rarefikasiya edən

D) İdiopatik

E) Buynuzlaşan
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
577) Sadə xroniki periostitin əsas səbəbini göstərin.
A) Sialodenit

B) Stomatit

C) Qlossit

D) Kəskin periostit

E) Limfadenit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
578) Sümükləşən xroniki periostitin əsas səbəbini göstərin.
A) Sialodenit

B) Stomatit

C) Qlossit

D) Kəskin periostit

E) Limfadenit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
579) Rarefikasiya edən xroniki periostitin əsas səbəbini göstərin.
A) Sialodenit

B) Stomatit

C) Qlossit

D) Limfadenit

E) Travma
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
580) Rarefikasiya edən xroniki periostit zamanı ocaq sərhədlərində olan dişlərin perkusiyasının nəticəsini təyin edin:
A) Mənfidir

B) Zəif - müsbətdir

C) Müsbətdir

D) Kəskin ağrılıdır

E) Qonşu dişlərə yayılır
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
581) Rarefikasiya edən xroniki periostitinin patogenetik mexanizmini göstərin.
A) Travma – dişin laxlaması – patoloji periodontal cibinin əmələ gəlməsi

B) Travma – hematoma – iltihablaşma

C) Travma – alveol çıxıntısının sınığı – hərəkətlilik

D) Travma – selikli qişanın zədələnməsi – yaranın iltihablaşması

E) Travma – hematoma – orqanizasiya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
582) Xroniki periostit hansı patologiya ilə oxşardır?
A) Xroniki odontogen osteomielit

B) Xroniki periodontitin kəskinəşməsi

C) Kəskin odontogen periostit

D) Xroniki pulpit

E) Xroniki sialodoxit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
583) Xroniki periostit aşağıdakı hansı patologiya ilə oxşarlıq təşkil edir?
A) Xroniki periodontitin kəskinəşməsi

B) Xroniki sialodoxit

C) Xroniki travmatik osteomielit

D) Xroniki pulpit

E) Kəskin odontogen periostit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
584) Kəskin irinli odontogen periostitdən fərqli olaraq xroniki periostitin müalicəsində hənsı cərrahi manevr aparılır?
A) Yerli keyləşdirmə aparılır

B) Yara tam tikilir

C) Estetik və funksional əhəmiyyət daşımayan diş çıxarılır

D) Patoloji ocaq təftiş olunur

E) Selikli qişada kəsik aparılır
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 201
585) Çənənin məhdudlaşan odontogen ostomieliti zamanı iltihabi ocaq hansı nahiyəni əhatə edir?
A) Çənənin cismi və ya şaxə nahiyəsi

B) Çənənin yarısı

C) 2-3 diş nahiyəsi

D) Çənənin oynaq çıxıntısı

E) Çənənin tac çıxıntısı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 203
586) Çənənin ocaqlı odontogen ostomieliti zamanı iltihabi ocaq hansı nahiyəni əhatə edir?
A) Çənənin tac çıxıntısı

B) Çənənin cismi və ya şaxə nahiyəsi

C) 2-3 diş nahiyəsi

D) Çənənin yarısı

E) Çənənin oynaq çıxıntısı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 203
587) Çənənin diffuz odontogen ostomieliti zamanı iltihabi ocaq hansı nahiyəni əhatə edir?
A) Çənənin cismi və ya şaxə nahiyəsi

B) 2-3 diş nahiyəsi

C) Çənənin tac çıxıntısı

D) Çənənin oynaq çıxıntısı

E) Çənənin yarısı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 203
588) Periodontitlərin hansı formasında yalnız rentgenoloji müayinə əsasında düzgün diaqnoz qoyula bilməz?
A) Kəskin periodontitlərdə

B) Xroniki fibroz periodontitdə

C) Xroniki qranulamatoz periodontitdə

D) Xroniki qranulyasiya edici periodontitdə

E) Kistoqranulomalarda
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 195-199
589) Aşağıdakılardan hansı dişi saxlamaq şərti ilə aparılan cərrahi müalicə üsullarına aid edilə bilməz?
A) Diş kökü zirvəsinin rezeksiyası

B) Dişin allotransplantasiyası

C) Dişin replantasiyasi

D) Dişin hemiseksiyası

E) Diş kökünün amputasiyası
Ədəbiyyat: Хирургическая стоматология. Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 165-166
590) Aşağıdakılardan hansı dişi saxlamaq şərti ilə aparılan cərrahi müalicə üsullarına aid deyil?

A) Diş implantasiyası

B) Кoronoradikulyar separasiya

C) Diş kökünün amputasiyası

D) Dişin replantasiyası

E) Dişin hemiseksiyası


Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 166-167
591) Dişi saxlamaq şərti ilə cərrahi müalicə üsullarına aşağıdakılardan hansı aiddir?
A) Diş implantasiyası

B) Dişin allotransplantasiyası

C) Koronoradikulyar separasiya

D) Dişin endodontik müalicəsi

E) Dişin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 167-168
592) Dişi saxlamaq şərti ilə cərrahi müalicə üsullarına aşağıdakılardan hansı daxildir?
A) Dişin çıxarılması

B) Dişin endodontik müalicəsi

C) Diş allotransplantasiyası

D) Diş kökünün amputasiyasi

E) Diş implantasiyası
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168
593) Dişi saxlamaq şərti ilə aparılan cərrahi müalicə üsullarna aşağıdakılardan hansı aiddir?
A) Dişin endodontik müalicəsi

B) Dişin allotransplantasiyası

C) Diş implantasiyası

D) Dişin hemiseksiyası

E) Dişin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 167-168
594) Aşağıdakılardan hansı dişi saxlamaq şərti ilə aparılan cərrahi müalicə üsullarına aiddir?
A) Dişin allotransplantasiyası

B) Dişin endodontik müalicəsi

C) Dişin replantasiyası

D) Diş implantasiyası

E) Dişin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164-165
595) Dişi saxlamaq şərti ilə icra edilən cərrahi müalicə üsullarına aşağıdakılardan hansı aiddir?
A) Dişin endodontik müalicəsi

B) Diş implantasiyası

C) Dişin autotransplantasiyası

D) Dişin çıxarılması

E) Diş allotransplantasiyası
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 165
596) Qranulyasiya edici və qranulematoz periodontitlər necə differensasiya edilir?
A) Xəstəliyin başlanması vaxtına görə

B) Pasiyentin şikayətlərinə əsasən

C) Rentgenoloji müayinə ilə

D) Keçid büküşünün vəziyətinə görə

E) Biopsiyaya əsasən
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 161-163
597) 23-cü diş kökü zirvəsinin rezeksiyası zamanı aşağıdakı ağrılaşmalardan hansı baş verə bilməz?
A) Aşağı alveol sinirinin zədələnməsi

B) Haymor cibinin perforasiyası

C) Selikli qişanın bor vasitəsi ilə zədələnməsi

D) Qan damarının zədələnməsi

E) Burun boşluğunun perforasiyası
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 172-173
598) Dişlərin hemiseksiyasına göstəriş hansıdır?
A) Qalan diş tacı hissəsinin dayaq kimi ortopedik konstruksiya üçün yararlı olması

B) Xroniki periodontitli tək köklü dişlər

C) Qalan diş yuvasının diş implantasiyası üçün yararlı olması

D) Çox köklü dişlərin kəskin irinli pulpiti

E) Çox köklü dişlərin kəskin seroz periodontiti
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 167-168
599) Dişlərin replantasiyasına əks göstəriş hansıdır?
A) Çənələrin kəskin odontogen periostitləri, xroniki periodontitin kəskinləşməsi

B) Dişlərin çıxarılması zamanı diş tacının dağılması

C) Çox köklü dişlərin xroniki periodontitlərində konservativ müalicə zamani baş vermiş fəsadlar

D) Təsadüfən çıxarılan dişlər

E) Çox köklü dişlərin xroniki qranulyasiya edici və qranulamatoz periodontitləri
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164-165
600) Diş köklərinin amputasiyası əməliyyatına göstəriş hansıdır?
A) Xroniki odontogen ostomielitə səbəb olan tək köklü dişlər mövcud olduqda

B) Diş tacının dayaq kimi ortopedik konstruksiya üçün yararlı olmadığı dişlərdə

C) Konservativ müalicəyə tabe olmayan infeksiyanın xroniki mənbəyi bütün köklərə nüfuz etdikdə

D) Xroniki odontogen haymoritin səbəbi diş kökü zirvəsi əng sinusunda yerləşdikdə

E) Konservativ müalicəyə tabe olmayan infeksiyanın xroniki mənbəyi yalnız bir kök ətrafında yerləşdikdə
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168
601) Koronoradikulyar separasiya nədir?
A) Diş tacı bölünür və kökarası sahədə küretaj aparılır

B) Diş zirvəsi rezeksyası olunur

C) Çox köklü dişlərdə diş tacınin saxlanılması ilə köklərinin biri çıxarılır

D) Çıxarılan dişlər öz alveoluna qaytarılır

E) Çox köklü dişlərdə köklərin biri tac hissəsi ilə birlikdə götürülür
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 194
602) Koronoradikulyar separasiya göstəriş hansıdır?
A) Diş kökü zirvəsində xroniki infeksiya mənbəyinin olması

B) Dişin bifurkasiya sahəsində dişin sərt toxumalarının və ətraf sümüyün destruksiyası

C) Çox köklü dişlərdə tac hissəsinin dağılması

D) Çox köklü dişlərin xroniki qranulyasiya edici və qranulamatoz periodontitləri

E) Tək köklü dişlərin xroniki qranulyasiya edici və qranulamatoz periodontiti
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 194
603) Replantasiya zamanı dişin alveolla ən əlverişli birləşməsi hansıdır?
A) Osteoid

B) Fibroz

C) Fibroz-osteoid

D) Periodontal

E) Periodontal-fibroz
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164-165
604) Replantasiya zamanı dişin alveolla ən əlverişsiz birləşməsi hansıdır?
A) Osteoid

B) Periodontal

C) Periodontal-fibroz

D) Fibroz-osteoid

E) Fibroz
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164-165
605) Dişlərin hemiseksiyası hansı dişlərdə aparılır?
A) Aşağı molyarlarda

B) Ektopiya olumuş dişlərdə

C) Çətin çıxan dişlərdə

D) Əngin frontal dişlərində

E) Çənənin frontal dişlərində
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 167-168
606) Dişlərin replantasiyası nədir?
A) Çıxarılan dişlərin öz diş yuvasına qaytarılması

B) Diş zirvəsinin rezeksyası

C) Diş köklərinin ayrılması

D) Çox köklü dişlərdə köklərin birinin tac hissəsi ilə birlikdə götürülməsi

E) Çox köklü dişlərdə diş tacının saxlanılması ilə köklərinin birinin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164
607) Dişlərin hemiseksiyasına aşağıdakılardan hansı aiddir?
A) Diş zirvəsinin çıxarılması

B) Çıxarılmış dişin dərhal yerinə qoyulması

C) Çox köklü dişlərdə diş tacının saxlanılması ilə köklərinin birinin çıxarılması

D) Çox köklü dişlərdə köklərin birinin tac hissə ilə birlikdə götürülməsi

E) Çıxarılmış dişin bir neçə gündən sonra yerinə qoyulması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164
608) Diş kökünün amputasiyası nədir?
A) Çox köklü dişlərdə diş tacının saxlanılması ilə köklərinin birinin çıxarılması

B) Dişin kökünün ona məxsus tac hissə ilə çıxarılması

C) Tək köklü dişlərdə diş tacının və diş kökünün bir hissəsinin çıxarılması

D) Çıxarılmış dişin yenidən öz yuvasına qoyulması

E) Diş kökü zirvəsinin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168
609) Diş kökünün amputasiyası hansı formada aparılılr?
A) Diş kökü zirvəsi çıxarılır və yeri sümükəvəzedici ilə doldurulur

B) Diş tacının saxlanılması ilə köklərinin biri çıxarılır

C) Dişin kökünün ona məxsus tac hissə ilə birlikdə çıxarılır

D) Çıxarılmış diş yenidən öz yuvasına qaytarılır

E) Diş kökü çıxarılır və yerinə implantat qoyulur
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168
610) Diş kökü zirvəsinin rezeksiyası planlaşdırıldıqda diş kökü kanalının plomblanması nə vaxt aparılılır?
A) Əməliyyatdan əvvəl

B) Əməliyyatdan 10 gün sonra

C) Plomblamaya ehtiyac olmur

D) Əməliyyatdan dərhal sonra

E) Əməliyyatdan 1 həftə sonra
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168-170
611) Çənənin periostiti nədir?
A) Alveol çıxıntısının və çənə cisminin sümüküstlüyünün iltihabı

B) Diş yuvasının iltihabı

C) Çənə sümüyü iliyinin iltihabı

D) Alveol çıxıntısının iltihabı

E) Alveol çıxıntısının və çənə cisminin iltihabı
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173
612) Çənənin odontogen periostitinin əmələ gəlmə səbəbi hansıdır?
A) Üz dərisinin infeksyalaşmış yarası

B) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya

C) Periodontitin ağırlaşması

D) Üz toxumalarının güllə yaralanması

E) Xora nekrotik stomatitinin ağırlaşması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
613) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansıdır?
A) Üz toxumalarının güllə yaralanması

B) Çətinliklə çıxan dişlər

C) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya

D) Xoralı nekrotik stomatitin ağırlaşması

E) Üz dərisinin infeksyalaşmış yarası
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
614) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansıdır?
A) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya

B) Üz dərisinin infeksyalaşmış yarası

C) Üzün toxumalarının güllə yaralanması

D) Xora nekrotik stomatitinin ağırlaşması

E) İrinləmiş radikulyar kista
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
615) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansıdır?
A) Üz dərisinin infeksiyalaşmış yarası

B) Üz toxumalarının güllə yaralanması

C) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya

D) Paradontitin ağırlaşması

E) Xoralı nekrotik stomatitin ağırlaşması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
616) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansı ola bilməz?
A) Paradontitin ağırlaşması

B) Periodontitin ağırlaşması

C) Xoralı nekrotik stomatitin ağırlaşması

D) İrinləmiş radikulyar kista

E) Çətinliklə çıxan dişlər
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
617) Çənənin odontogen periostitinin əmələ gəlmə səbəbi hansı ola bilməz?
A) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya

B) Paradontitin ağırlaşması

C) Periodontitin ağırlaşması

D) İrinləmiş radikulyar kista

E) Çətinliklə çıxan dişlər
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
618) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansı ola bilməz?
A) Çətinliklə çıxan dişlər

B) Üz dərisinin infeksyalaşmış yarası

C) Paradontitin ağırlaşması

D) Periodontitin ağırlaşması

E) İrinləmiş radikulyar kista
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
619) Çənənin odontogen periostitinin əmələ gəlmə səbəbi hansı ola bilməz?
A) Çətinliklə çıxan dişlər

B) Periodontitin ağırlaşması

C) Paradontitin ağırlaşması

D) Üz toxumalarının güllə yaralanması

E) İrinləmiş radikulyar kista
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin