Uşaqlar heç düşündünüz mü? 2 Göylərdəki ehtişam Harun Yəhya İçindəkilər Giriş I fəsil: Kainatın yaradılışı



Yüklə 328.91 Kb.
səhifə2/6
tarix29.05.2017
ölçüsü328.91 Kb.
1   2   3   4   5   6

Giriş


İçində yaşadığımız kainatın böyüklüyü barədə heç düşündünüz mü? Yəqin ki, bu mövzu barədə çox ətraflı düşünməmisiniz. Onsuz da düşünmüş olsanız da, kainatın genişliyini tam qavramağınız çox çətindir. Bunu sizə bir misalla izah etməyə çalışaq. Ağlınıza gələn ən böyük genişliyin nə olduğunu düşünün. Məsələn, yaşadığınız şəhərin bir ucundan digər ucuna qədərki ərazinin çox geniş olduğunu düşünə bilərsiniz və ya bəziləriniz yaşadığınız ölkənin ucqar şərq nöqtəsindən ucqar qərb nöqtəsinə qədər səfər etmiş və nə qədər geniş bir ərazidə yaşadığınıza şahid olmuş ola bilərsiniz. Hətta bəziləriniz yurdunuzdan çox uzaq bir ölkəyə səyahət etmiş ola bilər. Ancaq bunu unutmayın! Bütün yer kürəsini gəzmiş olsanız da, yer kürəsindəki heç bir uzaqlıq kainatın genişliyini qavramağınız üçün kifayət deyil. Çünki yer kürəsi kainat içində bir toz zərrəciyi qədər belə yer tutmur.

Səhv eşitmədiniz! Böyük Yer planeti, kainatda bir toz zərrəciyi qədər yer tutmaz. Çox güman ki, bu nümunə sizə kainatın nə qədər böyük olduğunu bir qədər də olsa izah edə bilmişdir.

Əziz uşaqlar, indi nəhəng kainatın içində, kiçik bir yer tutan planetimiz barədə düşünün. Hər gün bu yumru topun üzərindəki evinizdə oyanırsınız. Məktəbə, bu yumru topun üzərində salınmış yollardan gedirsiniz.

İndi bir düşünün! Əlinizə bir top alsanız və üzərinə minik avtomobillər qoysanız, bu avtomobilləri də tutmasanız, onlar bu topun üzərində dayana bilərlərmi? Əlbəttə ki, dayana bilməzlər. Amma siz heç düşünmədən yumru bir top olan planetimizin üzərində bütün gün yoldaşlarınızla birlikdə gülüb əylənirsiniz.

Yaxşı bir də Günəş barədə düşünün. Alovlanıb yanan bu qırmızı alov topu olmasaydı necə isinəcəkdiniz, yer necə işıqlanacaqdı? Yayda dənizə girib, üzə bilərdiniz mi? Ailəniz və ya sinif yoldaşlarınız və müəlliminizlə birlikdə gəzintiyə çıxa bilərdiniz mi? Xeyr! Bunların heç birini edə bilməzdiniz. Çünki, Günəş olmasaydı, yer kürəsində heç bir canlı varlıq olmazdı. Yalnız bitkilər, ağaclar, quşlar, böcəklər, çox sevdiyiniz pişiklər və itlər deyil, atanız, ananız, dostlarınız, bacı-qardaşınız və siz də olmazdınız.

Yer kürəsi və Günəşlə əlaqədar bu iki nümunə, kainatdakı göy cisimlərinin və onların sahib olduqları xüsusiyyətlərin, həyatınız üçün çox əhəmiyyətli olduqlarını göstərir. Əlbəttə ki, bunların bənzər daha bir çox maraqlı nümunə verə bilərik. Məhz bu kitabda sizə bu nümunələrin bəzilərindən danışacağıq. Bu nümunələrlə kainatı tanımaq sizin üçün həm çox maraqlı, həm də əyləncəli olacaq. Atanıza, ananıza və ya dostlarınıza öyrəndiklərinizdən danışmalısınız. Buna əmin olun ki, bu maraqlı mövzuları öyrənmək onların da xoşuna gələcək.

Bu kitabdakı məlumatları oxuduqca kainatımızın və içindəki bütün varlıqların Yaradıcımız olan Allah tərəfindən ən gözəl şəkildə yaradıldıqlarını görəcəksiniz. Allahın Günəşi, Ayı, Planetimizi, bir sözlə, kainatdakı hər şeyi, bizim ən gözəl və ən rahat şəkildə yaşamağımız üçün xüsusi olaraq yaratdığını öyrənəcəksiniz.

İndi sizinlə birlikdə kainatda gözəl bir səfərə çıxacağıq...


I Fəsil: kainatın yaradılışı


İndiyədək ucsuz-bucaqsız kainatın, nəhəng planetimizin, Günəşin, Ayın və ulduzların necə meydana gəldiyi barədə düşünüb araşdırma apardınız mı? Bəs kainatın Planetimiz, Ay və Günəşdən başqa bir çox maraqlı cisimlə dolu olduğunu bilirsiniz mi? Bu cisimlərin birlikdə mövcudluqlarını davam etdirə bilmələri üçün, kainatda bir çox həssas tarazlığın eyni anda mövcud olmasının lazım olduğundan xəbəriniz varmı?

İndi bu sualların cavablarını öyrənəcəyimiz ehtişamlı bir səfərə çıxaq və Allahın kainatı ilk olaraq necə yaratdığını öyrənək.



Bir vaxtlar kainat yoxdu!

İnsanlar əvvəllər göy haqqında çox az şey bilirdilər. Çünki, səmanı araşdırmaq üçün lazım olan vasitələr indiki kimi təkmilləşməmişdi. Buna görə də, insanların kainatın yaranmasıyla əlaqədar axmaq və gülməli düşüncələri vardı. Bunların ən gülməlisi isə kainatın həmişə mövcud olduğu düşüncəsi idi. Yəni, göy kifayət qədər araşdırılmadan əvvəl, bəzi məlumatsız insanlar kainatın bir başlanğıcı olmadığını həmişə mövcud olduğunu söyləyirdilər.

Halbuki bu çox məntiqsiz bir düşüncə idi! Bir düşünün, evinizin və ya məktəbinizin ilk inşa olunma tarixi, hətta bu an oxuduğunuz bu sətirlərin belə müəyyən yazılma tarixi var. Eynilə, ananızın, atanızın və sizin də bir doğum tarixiniz var. Deməli, canlı və ya cansız olmasından asılı olmayaraq, hər şey müəyyən bir tarixdə ortaya çıxar. Məhz, bunun üçün "kainatın ortaya çıxış tarixi yoxdur, o onsuz da həmişə vardı" kimi düşünmək çox ağılsız bir düşüncə olar.

Bu mövzunu daha yaxşı anlamağınız üçün belə bir nümunə verək: Sabah məktəbə gedərkən fərqli bir yoldan gedəcəyinizi və yol üzərində bir heykəllə qarşılaşacağınızı düşünün. Nə düşünərsiniz? "Bir heykəltəraş bu heykəli düzəltmiş və buraya yerləşdirmişdir" deyərsiniz, elə deyilmi? Bəs bir dostunuz; "xeyr bu heykəl həmişə buradaydı, onu heç kim düzəltmədi, daim burada dayanırdı" desə nə deyərdiniz? Yəqin ki, dostunuzun olduqca axmaq düşüncəyə sahib olduğunu, hər sənət əsərinin mütləq bir yaradıcısı olduğunu söyləyərdiniz, elə deyilmi?

Onda kainatın həmişə mövcud olduğunu söyləyənlər, heykəlin həmişə mövcud olduğunu söyləyən yoldaşınızdan olduqca axmaq düşünürlər. Çünki heykəl, bir qaya parçasının müəyyən formaya salınmış halıdır. Kainatın içində isə, bu qaya parçası ilə əsla müqayisə edilə bilməyəcək qədər çox sayda göy cismi, daha çox sistem və fövqəladə tarazlıqlar vardır.

Onsuz da kainatın həmişə mövcud olduğu kimi bir düşüncənin axmaq olduğu göy araşdırmaları genişləndikcə daha da aydınlaşdı. Çünki, bu araşdırmalar nəticəsində hər şey kimi kainatın da bir başlanğıcı olduğu ortaya çıxdı.

Kainatın bir doğum günü olduğunu isbat edən ilk insan Edvin Habl adlı astronom olmuşdur. (Onsuz da bilirsiniz, amma yenə də xatırladaq: Astronom səmanı, kosmosu araşdıran insanlara deyilir.) Astronom Hablın nəhəng bir teleskop vardı. 1929-cu ildə, həmişəki kimi nəhəng teleskopuyla səmanı araşdırdığı bir gün, ulduzların hərəkət etdiyini gördü.

Bunlar adi hərəkətlər deyildi. Çünki ulduzlar fasiləsiz surətdə bizdən uzaqlaşırdılar. Hətta onlar bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat isə, daim genişlənən bir kainat deməkdi.

Bundan bir əsr əvvələ qədər insanlar bu həqiqəti bilmirdilər. Lakin bu gün ulduzların bir-birlərindən və yer kürəsindən uzaqlaşdıqlarını bütün elm adamları söyləyir.

Ulduzların bu hərəkəti kainatın yaradılışıyla əlaqədar çox əhəmiyyətli bir məlumatdır. Çünki, ulduzların bir-birlərindən dayanmadan uzaqlaşamları, başlanğıcda hamısının bir yerdə olduğunu göstərir. Elm adamları, bundan təxminən 15 milyard il əvvəl kainatın bütün maddəsinin sancaq başı qədər kiçik bir nöqtədə sıxılmış vəziyyətdə olduğunu müəyyənləşdirdilər. Bu nöqtənin partlaması və kosmosa yayılması nəticəsində bugünkü kainat ortaya çıxmışdı.

İndi isə, buraya qədər sadaladıqlarımızı sırayla alt-alta yazaq:

- Birincisi, ulduzlar daim hərəkət edərlər;

- İkincisi, ulduzlar bizdən uzaqlaşırlar;

- Üçüncüsü, zaman yavaş-yavaş geriyə alınsa, ulduzların bir-birlərinə yaxınlaşdığı görülər. Bu geriyə hərəkət, bütün kainat tək bir nöqtədə birləşənə qədər davam edər.

Bir qədər də geriyə getsək bu nöqtə də yox olar. Yəni kainat yoxdan yaranmışdır, Allah tərəfindən yaradılmışdır.

Yoxluğun necə bir şey olduğunu aşağıdakı üç sadə sualı cavablandıraraq asanlıqla anlaya bilərsiniz.

1) Bir il əvvəl neçə yaşındaydınız?

Mütləq hazırkı yaşınızdan bir yaş daha kiçik olduğunuzu deyəcəksiniz.

2) Hal-hazırkı yaşınızdan bir-bir geri saysanız, ən son hansı yaşınızı söyləyərsiniz?

Hamınız "bir" demiş olmalısınız. Bu sizin doğulduğunuz andan bir il sonra çatdığınız yaşdır. İlk doğulduğunuz anda isə hələ bir yaşınız yoxdur, bu an isə sıfır yaş olaraq ifadə edilə bilər.

3) Doğulduğunuz zamandan bir il əvvəli düşünün! O zaman neçə yaşındaydınız? Və haradaydınız?

Bu suala, "o vaxt mən yoxdum" şəklində cavab vermiş olmalısınız.

Həqiqətən də doğru cavab, ananız sizə hələ hamilə qalmadan əvvəlki vaxtlarda olmamağınızdır.

Yaşınızla birlikdə bədəniniz üçün də eyni geriyə sayma əməliyyatını aparsaq, nəticədə bədəninizin də yox olduğunu görərsiniz. Geri aldığımız hər bir yaşla birlikdə bədəniniz də kiçilər. Bədəniniz kiçilə-kiçilə, ananızın qarnındakı halınızı alar. Ananızın qarnındakı kiçilmə davam edər və ən sonda ananızın sizə hamilə olmadığı zaman gəlib çatar.

Məhz kainat da, eynilə sizin kimi, Allah tərəfindən yaradılmadan əvvəl yoxdu. Zamanı geri alsaq kainatın da yaşı kiçilər. Yenə sizin kimi, bir yerə qədər kiçilər və ən sonunda yox olar. Onda kainatın ortaya çıxmış olması, onun "yaradılmış" olması deməkdir.

İndi bunu xatırlatmalıyıq ki, bir şeyin olmadığı halda, sonradan mövcud olduğunu bldirmək üçün "yaradılış" sözündən istifadə olunar və hər hansı bir şeyi yoxdan meydana gətirə bilən, yəni "yaradan" yalnız Allahdır. İnsanlar da daha əvvəl mövcud olmayan şeylər düzəldə bilərlər. Məsələn, ortada bir şəkil olmadığı halda, şəkil çəkə bilərlər və ya bir gəmi olmadığı halda, gəmi düzəldə bilərlər. Amma insanlar ancaq dünyada mövcud olan imkanlarla, daha əvvəl nümunələrini gördükləri şeyləri düzəldə bilərlər. Bu isə, yaratmaq deyil. Yaratmaq bir şeyi yoxdan nümunəsiz olaraq meydana gətirməkdir. Kainatdakı hər şeyi və təbiidir ki, kainatın içindəki planetimizi də nümunəsiz olaraq Allah yaratmışdır.

İnsan isə, bir qədər əvvəl söylədiyimiz kimi bir şəkil çəkərkən belə Allahın yaratdıqlarını nümunə götürür. Məsələn, sizdən bir mənzərə rəsmi çəkməyinizi istəsək, kağıza nələr çəkərsiniz? Böyük ehtimalla, Günəş, dağ və bir neçə yaşıl ağac və bəlkə bir də göy qurşağı və ya dəniz çəkərsiniz. Yaxşı, indi bir düşünün! Heç ağac görməmiş olsaydınız, ağac rəsmi çəkə bilərdiniz mi? Xeyr, qətiyyən çəkə bilməzdiniz və ya anadangəlmə kor olan biri barədə düşünün Günəşin yumru olduğunu bilməsi üçün, biri bunu özünə söyləmiş olmalıdır. Çünki, görə bilmədiyi bir şeyi bilməsinə imkan yoxdur.

Uşaqlar! Bu nümunələrdən sonra yenidən açıq şəkildə gördüyümüz kimi, nümunəsiz yaratma gücü olan yalnız Allahdır. Allahın bütün insanlara yol göstərici olaraq endirdiyi müqəddəs kitab olan Quranda bu həqiqət belə xəbər verilir:



O, göyləri və yeri nümunəsiz olaraq yaradandır... (Ənam surəsi, 101)

Uşaqlar indi növbə, Allahın kainatı necə yaratdığını öyrənməyə gəldi. Əminik ki, hamınız, belə böyük bir hadisənin necə baş verdiyini düşünməyə başlamısınız.



Biq Bənq (böyük partlayış) və kainatın genişlənməsi

Kainatın milyardlarla il bundan əvvəl, tək bir nöqtə olduğunu artıq bilirsiniz. İndi növbə bu kiçik nöqtənin necə bir anda böyüməyə başladığını öyrənməyə gəldi.

Bildiyiniz kimi, çizgi filmlərində qəhrəmanın həmişə bir düşməni olar. Bu düşmən filmin qəhrəmanını ələ keçirmək üçün müxtəlif yollara əl atar. Bu yollardan tez-tez əl atdığı yol isə, dinamitdən istifadə etməkdir. Məsələn, sevimli dovşan Baqz Banninin yuvasına və ya sürətli dəvə quşu Road Runnerin (cizgi film) keçdiyi yollara düşmənləri həmişə dinamit qoyarlar. Sevimli qəhrəmanlar bu dinamitdən böyük məharətlə xilas olarlar.

Bəli, indi isə, bu partlayışlardan birini xəyal edin. Məsələn, Baqz Bannini tutmaq istəyən ovçunun, Banninin torpağın altındakı yuvasına dinamit qoyduğunu düşünün! Dinamit partladıqda nə baş verər? Yerdən yuxarı doğru hər tərəfə torpaq parçaları saçılar, elə deyilmi? Partlayışdan əvvəl bu torpaq parçaları bütöv halda olar. Lakin, partlayışdan sonra torpaq kiçik parçalar halında ətrafa saçılar və parçalar bir-birlərindən uzaqlaşarlar.

Budur uşaqlar, kainat da bundan milyardlarla il əvvəl, belə bir partlayışla ortaya çıxdı. Partlayışla parçalar meydana gəldi. Bu parçalar, torpaq parçalarının ətrafa saçılıb yayılması kimi bir-birlərindən uzaqlaşaraq yayıldılar. Kainatı və içindəki göy cisimlərini meydana gətirməyə başladılar.

Kainatın Allah tərəfindən yaradılmasının başlanğıcı olan bu partlayışa, Biq Bənq (böyük partlayış) adı verildi. Bu böyük partlayışla kainat həmin andan etibarən dayanmadan formalaşmağa və genişlənməyə başladı və hələ də genişləməyə davam edir.

İndi isə, digər başlığa keçmədən əvvəl buraya qədər qeyd etdiklərimizi, bəndlər şəklində yazaq.

1) Uzun illər əvvəl kainat deyə bir şey yox idi;

2) Kainat, tək bir nöqtənin partlamasıyla yarandı;

3) Partlayışla kainatımızı təşkil edən cisimlər ortaya çıxdı və bir-birlərindən uzaqlaşmağa başladılar;

4) Kainatdakı cisimlərin bir-birindən uzaqlaşmasıyla kainat genişlənir.

Bütün bunlar Allahın sonsuz gücünün və qüdrətinin dəlilləridir. Dünyadakı bütün insanlar bir yerə toplansa kainatın kiçik bir bənzərini belə meydana gətirə bilməzlər. Biq Bənqin bənzəri bir partlayış, planetimizdəki bütün vəsaitlərdən istifadə edilsə belə meydana gətirilə bilməz. Deməli, bütün güc bütün bunları meydana gətirən Allaha məxsusdur. Növbəti mövzunu oxuduqda Allahın gücünün və ağlının sonsuz olduğunu daha yaxşı anlayacaqsınız.



Partlayışla yaranan nizam

Uşaqlar sizin də təxmin edəcəyiniz kimi heç bir partlayış nizam meydana gətirməz. Tam əksinə, partlayış mövcud nizamı korlayar. Partlayışın olduğu yerdəki hər şey zərər görər. Güclü bir bomba, böyük bir binanı dağıdıb yox edə bilər. Dünyanın ən güclü bombası atom bombasıdır. Bu bomba atıldığı yerdəki bütün nizamı yox edər. Bir anda böyük bir şəhəri darmadağın edə bilər.

Biq Bənq adlandırdığımız kainatı meydana gətirən böyük partlayış isə milyardlarla atom bombasının partlayışından olduqca güclü bir partlayışdır. Lakin tam əksinə, bu partlayış nəticəsində, mükəmməl bir nizam meydana gəlmişdir. Hər tərəfi bizim üçün diqqətlə hazırlanmış planetimiz də bu partlayışdan sonra ortaya çıxmışdır.

Bəs sizcə Biq Bənqdən sonra bu mükəmməl nizam necə meydana gəlmiş ola bilər?

Bəli uşaqlar, böyük bir partlayışla kainatı yoxdan yaradan Allahdır. Əlbəttə ki, kainatdakı mükəmməl nizamı meydana gətirən də yenə Rəbbimizdir.

Onsuz da bundan başqa bütün cavablar səhvdir. Məsələn, partlayışdan sonra nizam öz-özünə meydana gəldi deyən bir insan, axmaq bir cavab vermiş olar. Sizə bunun niyə axmaq bir cavab olduğunu bir bənzətməylə açıqlayaq:

Qumluğa bir bomba atılsa qumlara nə olar? Ətrafa saçılarlar, elə deyilmi? Bəs biri qumluqda bir partlayışdan sonra çox böyük qala meydana gəldiyini söyləsə, nə düşünərsiniz? Bu insanın yəqin ki, dəli, söylədiklərinin də qətiyyən yalan olduğunu düşünərsiniz. Məhz eynilə, kainatdakı nizamın öz-özünə meydana gəldiyini söyləyən birinin də dəli olduğu düşünülər. Həmçinin nəhəng kainatda qumdan düzəldilmiş bir qalayla müqayisə edilə bilməyəcək qədər olduqca artıq təfərrüat, tarazlıq və üstünlük var.

Nəticə etibarilə, kainatdakı mükəmməl nizam, kainatın öz-özünə meydana gəlmədiyini sübut edir. Kainatdakı hər nizam və tarazlıq da Allahın sonsuz ağlının göstəricilərindəndir.



Quranda kainat haqqında verilən məlumatlar

Quran, Allahın insanlara göndərdiyi müqəddəs kitabdır. Hər mövzuda ən doğru məlumatlar Qurandan öyrənilir. Çünki Quranın hər sətiri Uca Allahın bir sözüdür. Lakin, Quranın endirildiyi dövrdə, elm və texnologiya indiki qədər inkişaf etməmişdi. Bundan ötrü də, son dövrlərə qədər Quranda yazılmış məlumatları araşdırmaq mümkün olmadı. Bu gün isə elmdə və texnologiyada çox böyük irəliləyişlər əldə olunur. Hər yeni inkişaf, Quranda bildirilən məlumatlarla tamamilə eyni çıxır. Məsələn, Quranda kainatın bir nöqtədə olarkən sonradan partlayış nəticəsində yayıldığı bildirilir. Əvvəlki səhifələrdə sizə bildirdiyimiz kimi, müasir elmin çatdığı nəticə, Qurandakı məlumatla tamamilə eynidir. Quranda bu elmi həqiqət belə bildirilir:



Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı görmürlərmi?... (Ənbiya surəsi, 30)

Bu ayəni belə izah edə bilərik:

- "Göylər" sözü, bütün kainat mənasını verir.

- Belə olduqda, "göylərlə yer bir olduğu" ifadəsi, əvvəllər kainatdakı bütün varlıqların bir-biriylə iç-içə olduğunu bildirir.

- Nəhayət, ayədə keçən "onları bir-birindən araladığımızı" ifadəsi kainatın partlayışla hissələrə ayrıldığını bildirir.

Quranda elmin yeni kəşf etdiyi, kainatla əlaqədar daha bir çox məlumat var. İndi bu məlumatlardan bir nümunə daha verək.

Sizə daha əvvəl haqqında danışdığımız Habl adlı astronomun kainatın genişləndiyini isbat etdikdə tarix 1929-cu ildi. Yəni bundan yalnız 72 il əvvəldi. Halbuki, eyni məlumat Quranda bundan tam 1400 il əvvəl bildirilmişdir. Ayələrdə bundan belə bəhs edilir:

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zəriyət surəsi, 47)

Ayədə keçən "göy" sözü, kosmos və kainat mənasında işlədilmişdir. "Biz onu genişləndiririk" ifadəsi isə, açıq şəkildə kainatın genişləndiyini bildirir.

Bu nümunələr iki şeyi sübut edir:

- Quran qəti surətdə Allah tərəfindən göndərilmiş müqəddəs bir kitabdır;

- Quranda yazılanlar ən doğru məlumatlardır. Çünki Quran, kainatı və içindəki hər şeyi yaradan Allah tərəfindən göndərilmişdir, əlbəttə ki, Öz yaratdığını ən yaxşı bilən də Allahdır.

Bu fəsildə bütün kainatın Allah tərəfindən yoxdan yaradıldığını gördük. İndi isə, Allahın sonsuz gücünün və elminin əsəri olan kainatda bir səfərə çıxaq.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə