Uşaq əhaliSİ arasinda qulaq, burun və boğaz xəSTƏLİKLƏRİ İLƏ MÜraciƏTLƏRİn səVİYYƏSİ VƏ nozoloji strukturu



Yüklə 278,52 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix26.12.2016
ölçüsü278,52 Kb.
#3337
1   2   3   4   5   6   7   8   9   10
Açar sözlər: uşaq əhalisi, nozoloji struktur, qulaq-burun-boğaz 

Giriş.  Əhaliyə  göstərilən  tibb  xidmətlərinin  səmərəli  təşkili,  müvafiq  kadr  və 

maddi ehtiyatların optimal planlaşdırılması və tibbi profilaktikasının əsas istiqamət və 

prioritetlərini  müəyyənləşdirmək  üçün  ilk  növbədə  xəstəliklərin  əhali  arasında 

yayılması və risk amillərini öyrənmək zəruridir. 

Oulaq və  məməvari çıxıntı xəstəliklərinin yayılması barədə məlumatlar əsasən 

əhalinin  sağlamlığına  həsr  olunmuş  tədqiqatlarda  xəstələnmənin  bir  qrupu  kimi 

təqdim  olunur.  Belə  ki,  dispanser  müşahidəsinin  materialları  əsasında  müəyyən 

olunmuşdur  ki,  Maxaçqalada  hər  1000  uşağa  2475,9  xəstəlik  düşür  və  onlardan 

329,5-i qulaq və məməvari çıxıntı patologiyalarıdır (13,2%). Poliklinikalara müraciət 

materiallarında  xəstəliklər  arasında  qulaq  və  məməvari  çıxıntı  patologiyalarının 

xüsusi  çəkisi  1,1-1,4%  olmuşdur.  Bir  yaşa  qədər  uşaqların  bütün  xəstəliklərinin 

(685,9‰)  1,2%-i  qulaq  və  məməvari  çıxıntı  patologiyalarının  (8,4‰)  payına  düşür 

[1-5].  Krasnodarda  uşaq  əhalisi  arasında  il  ərzində  hər  1000  uşağa  görə  1448-1525 

ilkin xəstələnmə hadisəsi qeydə alınmışdır. Qulaq və məməvari çıxıntı xəstəliklərinin 

səviyyəsi  47-52‰  olmuş  və  onların  xüsusi  çəkisi  3,2%  təşkil  etmişdir.  Ümumi 

xəstələnmə  göstəricisi  müvafiq  olaraq  1909-1944‰  və  61,57-61,98‰  olmuşdur. 

Beləliklə  ümumi  xəstələnmə  hadisələrinin  də  3,2%-i  qulaq  və  məməvari  çıxıntı 

patologiyaları ilə bağlıdır [6]. 




Yüklə 278,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin