Uot 634. 8 BƏZİ aborigen və İntroduksiya olunmuş ÜZÜm sortlarinin təLƏbatina uyğun aqrotexnikanin seçİLMƏSİ


UOT 300.31 YENİ TƏFƏKKÜRÜN FORMALAŞMASINDA MİLLİ FAKTORUN VƏ SOSİAL



Yüklə 0.9 Mb.
səhifə8/8
tarix23.12.2016
ölçüsü0.9 Mb.
1   2   3   4   5   6   7   8

UOT 300.31
YENİ TƏFƏKKÜRÜN FORMALAŞMASINDA MİLLİ FAKTORUN VƏ SOSİAL

AMİLLƏRİN ROLU
Fəlsəfə elmləri namizədi A.M.Bayramov

Azərbaycan Dövlət Aqrar Universiteti


Elmi ədəbiyyatda milli inkişaf milli mənlik şüuru, millətlərarası münasibətlər problemləri və sosial amillərin rolunu araşdırarkən, bir qayda olaraq filosoflar ictimai inkişafın iqtisadi, sosial, siyasi və mədəni aspektlərinin tədqiqinə daha çox diqqət yetirmiş, milli inkişafın faktor amillərinin öyrənilməsinə mühüm əhəmiyyət vermişlər.

“Milli faktor” kateqoriyası fəlsəfi leksikonda yeni hadisədir və tədqiqatlar göstərir ki, milli mənlik şüuru, onun əxlaqi aspektləri, milli mədəniyyət problemləri və s. milli faktor anlayışını dərk etmədən öyrənmək mümkün deyildir. Milli şüur millətin özünü real mövcud olan sosial-tarixi subyekt, eləcə də müəyyən mənəvi dəyərlərin, ənənələrin, həyat tərzinin daşıyıcısı kimi təsdiq etməsidir. Bu dəyərlərin varlığı ilə millət özünü digər xalqlardan fərqləndirən öz tələbatları və mənafeləri olan millət kimi dərk edir. Milli mənlik şüuru öz məzmununda millətin ictimai hisslərini, emosional ideya həyatını əks etdirir ki, bu faktorlarda milləti milli mənafelərin, millətlərarası münasibətlərin, milli hərakatların subyektləri kimi müəyyənləşdirilir. Milli mənlik şüuru millətin ictimai varlığının məcmusudur. Milli mənlik şüuru daimi təkamüldədir. Öz milli adət və ənənələrini qoruyub saxlamaq və təbliğ etmək hər bir xalq üçün özünün milli mənliyini təsdiq etməsidir. Milli mənlik şüuru vasitəsilə hər bir insan özünü dərk edir. Milləti təşkil edən əlamətlərdən biri kimi milli özünüdərk də milli mənlik şüurunun inkişafı ilə bağlıdır.

Totalitar rejimin qalıqlarının aradan qaldırıldığı və açıq demokratik və vətəndaş cəmiyyətinin yaradıldığı indiki dövrdə bir tərəfdən keyfiyyətcə yeni sosial dəyərlər formalaşır, digər tərəfdən isə mövcud dəyərlərin yenidən mənalandırılması prosesi baş verir. Hər iki meyl şəxsiyyətin formalaşmasında dəyərlərin roluna gücləndirici təsir göstərir. Artıq Azərbaycanda milli dəyərlərin üzvi vəhdətinə əsaslanan vətəndaş cəmiyyəti yaranmaqdadır və bu yolda uğurlu addımlar atılmaqdadır.

Şəxsiyyətin formalaşmasına bilavasitə iistehsal xarakterli dəyərlərlə yanaşı istehsal­dankənar tələbatların ödənilməsinə yönəlmiş xidmət dəyərləri də güclü təsir göstərir. Onlar şəxsiyyətin fiziki inkişafının mühüm şərti kimi çıxış edir. Şəxsiyyətin formalaşmasına göstərdiyi təsir baxımından mənəvi dəyərlər xüsusilə mühüm yer tutur. Maddi dəyərlər istehlak prosesində tezliklə tükənə bilər və əsasən şəxsiyyətin fiziki dünyasının hüdudlarından kənara çıxmır. Bundan fərqli olaraq mənəvi dəyərlər praktiki olaraq tükənmir, onlardan daimi istifadə etmək mümkün olur. Mənəvi dəyərlər şəxsiyyətin formalaşmasında o dərəcədə böyük rol oynayır ki, onların hər hansı birinin məhdudlaşdırılması insanların patoloji vəziyyətə düşməsi ilə müşayyət olunur.

Sosial dəyərlər şəxsiyyətin davranışının ümumi prinsiplərini müəyyən edir. Şəxsiyyətin formalaşmasında sosial dəyərlərin rolunu araşdırarkən müasir bazar iqtisadiyyatının və ictimai həyatın bütün sahələrində qərarlaşmaqda olan bazar münasibətlərinin bu prosesə göstərdiyi təsirdən yan keçmək doğru olmazdı. Bu təsir çox güclü geniş miqyaslı xarakter daşıyır. Ölkəmizdə bazar iqtisadiyyatı cəmiyyətdə çoxlu bərabərhüquqlu mülkiyyət formalarının olmasına, onların sərbəst rəqabətinə real imkan yaradır. Bu hal şəxsiyyətin bir mülkiyyətçi kimi çoxtərəfli inkişafına geniş imkan açır. Bu cür şərait şəxsiyyətin iqtisadi müstəqilliyini və təsəərrüfat təşəbbüskarlığını yüksəldir.

Beləliklə, şəxsiyyətin formalaşmasında dəyərlərin müsbət istiqamətdə təsirini gücləndirmək işində keçmiş tarixi ənənələrə və milli dəyərlərə qayğı ilə yanaşmaq eyni zamanda müasir dünyada gedən qloballaşma proseslərinin yaratdığı ümumbəşəri dəyərlərin müsbət tərəflərini əxz etmək çox vacib şərtlərdir.





ƏDƏBİYYAT
1. Алекперов Р.Е. Социальная защищенность личности как философская проблема. Материалы опроса. Баку, 2003, 213 с.

2. Алманис М.Г. Формирование научного мировоззрения. Рига, 1984. 310 с.



3. Насирова Н.А. Человек.Конфликт.Агрессивность. Баку, 2002. 138 с.
УДК 300.31

Роль национального и социальныго факторов в формировании нового размышления

Kандидат философских наук А.М. Байрамов

РЕЗЮМЕ
В статье широко раскрыта роль национальных и социальных факторов в формировании нового мышления. Подвергнуа философическому анализу категория национального фактора, особо подчеркнута необходимость его изучения в развитии национального самосознания. В физическом развитии личности наряду с ценностями производственного характера имеет важное значение обеспечение духовных потребностей.

The role of national and social factors in forming new thinking

Candidate of Philosophical Sciences A.M.Bayramov

SUMMARY
The role of national and social factors in forming new thinking have been widely commented in the article. Category of national factor analysed from the philosophical side, the necessity its of learning development of the national identity consciousness have been noteds, production at the same time cost of character development physically of the personality, they have an edge of the paying needs to the vital importance from the production. In the person`s physical development it is necessary to provide him with spiritual need together with production.

UOT 333: 347.2
AQRAR SAHƏDƏ YENİ MÜLKİYYƏT MÜNASİBƏTLƏRİNİN YARANMASI VƏ DƏRİNLƏŞMƏSİ ZƏRURİDİR
İqtisad elmləri namizədi Z.T.Əhmədov

Azərbaycan Dövlət Aqrar Universiteti


Azərbaycanda son dövrlərdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək istiqamə­tində məqsədyönlü işlər aparılır.Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasının regionların 2009-2013 –cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında göstərildiyi kimi ötən beş ildə ümumi daxili məhsulun (ÜDM) real həcmi 2.6 dəfə artaraq 38 milyard manata çatmış ,ÜDM-un adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat olmuş və ÜDM-da qeyri- dövlət sektorunun payı 84,5 % təşkil etmişdir.



Cədvəl 1

Azərbayan Respublikasında iqtisadiyyatın sahələri üzrə ümumi daxili məhsulun

artım dinamikası (faktiki qiymətlə, mln.manat)


Sahələr

İLLƏR

2000-ci ildə 1995-ci ilə nisbətən, %-lə

İLLƏR

2005-ci ildə 2001-

2004-cü illərin orta rəqəminə nis.% -lə



İLLƏR

2008-ci ildə nisbətən, %-lə

1995

2000

2001-2004-cü ilər orta hesabla

2005

2006

2007

2008

1995

2000

2001-2004

2005

2006

2007

ÜDM cəmi

2139,8

4718,1

221,1

6763,7

12522,5

185,1

18746,2

28360,5

38005,7

17,8d

8,1 d

5,6 d

303,5

202,7

134,0

Sənayedə

582,0

1699,0

291,9

2551,3

6190,1

242,6

10781,7

16871,4

21818,9

37,5d

12,8d

8,6 d

352,5

203,3

129,3

Kənd və meşə təsərrüfatı

540,2

751,0

139,0

859,6

1072,0

125,6

1263,2

1816,2

2167,0

4,0 d

288,5

253,9

202,1

171,7

119,3

Tikintidə

79,4

308,0

387,9

675,7

1171,6

173,4

1445,5

1892,0

2881.9

36,3d

9,4 d

4,3 d

246,0

199,4

152,3

Nəqliy-yat və rabitə

370,4

567,1

159,1

665,6

932,1

140,0

1242,9

2082,5

2651,4

7,1 d

4,7 d

398,7

284,4

213,3

127,3

Digər sahələrdə

561,8

1393,0

247,9

2017,5

3156,7

156,5

4062,9

5698,4

8486,5

15,1d

6,1 d

4,2 d

268,8

208,9

148,9


Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi son beş ildə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 % 2008-ci ldə 69%-ə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 % artım olmuşdur [1]. Ölkə iqtisadiyyatının bütövlükdə və onuun ayrı-ayrı sahələrinin ümumiləşdirici göstəricilərindən biri və əsası olan ÜDM istehsalı göstəricisi bu qeyd etdiklərimizin əyani sübutdur. Ölkə üzrə ÜDM istehsalın artım dinamikasını nəzərdən keçirək(1saylı cədvəl) [2].

Cədvəl 1-in məlumatlarından göründüyü kimi, ölkə üzrə ÜDM istehsalı müqaisə edilən dövrdə dinamik olaraq artmışdır.Məsələn, ÜDM istehsalı 1995-ci ildə 2133,8 mln.manat olduğu halda, bu göstərici 2000-ci ildə 4718,1 mln.manat, 2001-2004-cü illərdə 6763,7 mln.manat, 2005–ci ildə 12522,5 mln.mnat, 2006-cı ildə 18746, 2 mln.manat, 2008-ci ildə isə 38005,7 mln. manat olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, ÜDM 2008-ci ildə 1995-ci ilə nisbətən 17,8 dəfə və 2000-ci ilə nisbətən 8,1dəfə artmışdır.



Kənd və meşə təsərrüfatının ümumidaxili məhsulun qurluşundakı xüsusi çəkisi ,%-lə




Kənd və meşə təsərrüfatında da ÜDM istehsalı müqaisə edilən dövrlərdə artmışdır. Kənd və meşə təsərrüfatı üzrə ÜDM 1995-ci ildə 540,2 mln. manat ,2000-ci ildə 751,0 mln.manat, 2005-ci ildə 1072 mln manat, 2005-ci ildə 2167,0 mln manat olmuşdur. 2008-ci ildə kənd və meşə təsərrüfatının ÜDM artımı 1995-ci ilə nisbətən 4 dəfə, 2000–ci ilə nisbətən 2,9 dəfə və 2005–ci ilə nisbətən 2 dəfə təşkil etmişdir ki, bu da ölkə üzrə ÜDM artım sürətindən 1995-ci ildəkindən 4,5 dəfə, 2000-ci ildəkindən 2,8 dəfə, 2005–ci ildəkindən və 2007–ci ildəkindən 1,1 dəfə aşağıdır.

Göründüyü kimi, bu artımın iqtisadiyyatın digər sahələrində və bütövlükdə respublika üzrə ÜDM istehsalının artım sürətindən geridir və bununda bir çox səbəbləri vardır. Fikrimizcə bunun səbəblərindən biri və əsası kənd təsərrüfatının texnika ilə təmin olunma və silahlanma göstəricilərinin aşağı olması, bu gösrəricilərin aşağı olmasına səbəb kənd təsərrüfatı məhsulları istehsalının müxtəlif təsərrüfat formaları üzrə regionlarda birgə əmək kooperasiyasının formalaşması səviyyəsinin aşağı olmasıdır. Kənd təsərrüfatı məhsulları istehsalının müxtəlif təsərrüfat formaları, əsasən kollektiv təsərrüfat formaları üzrə inkişafı kənd təsərrüfatında maddi-texniki baza element­lərindən, xüsusən əkin yerindən və əsas fondlardan daha səmərəli istifadə edilməsinə səbəb olmalıdır. Bunu nəzərə alaraq iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əsas fondlardan istifadənin mövcud vəziyyətini təhlil edək (2 saylı cədvəl ) [2].




Cədvəl 2

Azərbaycan Respublikasında iqtisadiyyatın sahələri üzrə əsas fondlardan istifadə (milyon manat)




İ l l ə r

2008-ci ildə nisbətn,%-lə

1995

2000

2005

2008

1995

2000

2005

1

2

3

4

5

6

7

8

9

Cəmi

ÜDM

2133.8

4718.1

12522.5

38005,7

17,8 d

8,1 d

303,5

ƏFD

1219.5

18139.6

33939.2

58177,5

47,7 d

320,7

171,4

Fond verimi,man

1.75

0.26

0.37

0,65

37,1

250,0

175,7

Sənayedə

ÜDM

582.0

1699.0

6190.1

21818,9

37,5 d

12,8 d

352,5

ƏFD

426.5

5742.0

19296.7

94604,3

81,1 d

6,0 d

179,9

Fond verimi, man

1.36

0.30

0.32

0,63

46,3

210,0

196,9

Kənd və meşə təs.-da

ÜDM

540.2

751.0

1072.0

2167,0

4,0 d

288,5

202,1

ƏFD

254.6

2611.4

2983.3

4264,7

16,8 d

163,3

142,9

Fond verimi, man

2.12

0.29

0.36

0,51

24,1

175,8

141,7

1

2

3

4

5

6

7

8

9

Tikintidə

ÜDM

79.4

308.0

1171.6

2881,9

36,3 d

9,4 d

246,0

ƏFD

55.5

903.2

1087.1

1515,0

27,3 d

167,7

139,4




Fond verimi, man

1.43

0.34

1.08

1,90

132,9

5,6 d

175,9

1

2

3

4

5

6

7

8

9

Nəqliyyat və rabitə


ÜDM

370.4

567.1

932.1

2651,4

7,1 d

4,7 d

284,4

ƏFD

229.8

2478.9

3656.5

7049,8

30,7 d

284,4

192,8

Fond verimi, man

1.61

0.29

0.25

0,98

23,6

165,2

152,0

Digər sahələrdə


ÜDM

561.8

1393.0

3156.7

8486,5

15,1 d

6,1 d

268,8

ƏFD

253.0

6404.1

6975.6

10748,7

42,5 d

167,8

154,0

Fond verimi, man

2.22

0.22

0.45

0,79

35,6

359,1

175,5




2 saylı cədvəlin məlumatlarından aydın olur ki, kənd və meşə təsərrüfatında müqaisə edilən bütün illərdə ÜDM-un artım sürəti ƏFD-nə nisbətən yüksək olmuşdur.1995-ci ildə fond verimi bu sahədə 2,12 manat olmuşdur. Bu göstərici ən aşağı 2000-ci ildə olmuş, 0,29 manat təşkil etmişdir. Sonrakı illərdə bu göstərici tədricən yüksəlmiş və 2008-ci ildə 0,51 manat təşkil etmişdir və bu göstərici 1995-ci ildəki göstəricinin cəmi 24,1%-ni təşkil edir.

Bu qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olar ki, kənd təsərrüfatında yeni kollektiv təsərrüfat formalarının yaranması zəruridir və bu pay torpaqlarının birləşməsi əsasında mümkündür. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalının müxtəlif təsərrüfat formaları üzrə artmasına və kollektiv təsərrüfat formasının inkişafı respublikada bu sahəsində birgə əmək kooperasiyasının genişlənməsinə və daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olacaqdır.





ƏDƏBİYYAT


  1. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial – iqtisadi inkişafı Dövlət Proqramı.” Bakı: Nurlar “, 2009, s.7…8.

  2. Azərbaycan Respublikasının statistik məlumatları. Bakı, 2008, s.48…50.



УДК 333: 347. 2

Необходимо создание и углубление в аграрной отрасли новые отношения собственности.

К.э.н. З.Т.Ахмедов

Азербайджанский Государственный Аграрный Университет

РЕЗЮМЕ
В статье указано, что в прошедшем пятилетии в Республике реальный объем внутренней валовой продукции увеличивался в 2,6 раза и составил 38 миллиард манатов. Не нефтяной сектор в этом объеме составил 84,5 процентов. ВВП сельского хозяйства в этот период увеличился на 25,2 процентов.

В статье дан анализ факторов, влияющих на рост сельскохозяйственной продукции и сделан вывод, что кооперация в сельском хозяйстве необходима и она лучше способствует применению агротехнических приемов и агротехники и в конечном итоге повышению экономической эффективности в целом.


The creating and deepen new ownership relations in agrarian sector is necessary

Z.T.Ahmadov, PhD

Azerbaijan State Agrarian University

SUMMAR
In this article have shown that during the past 5 years period real volume of gross domestic increased by 2,6 times and was 38 billion antas in 2008. Non state sector of economy has shared 84,5 percent of this volume. In this period rate of agricultural output was 25,2 percent.

In the article has given analyze of factors, which influence on the rate of agricultural production. The conclusion has been made that cooperation in agriculture is urgent and it promotes applying agrotechnology and agrotechnological methods, and as a result increasing economical efficiency.






Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə