Uot 634. 8 BƏZİ aborigen və İntroduksiya olunmuş ÜZÜm sortlarinin təLƏbatina uyğun aqrotexnikanin seçİLMƏSİ


Ъядвял 3 Сüни йолухма фонундан алынмыш кяпяняклярин микроаналиzинин нятиъяси (üч илдян орта)



Yüklə 0.9 Mb.
səhifə5/8
tarix23.12.2016
ölçüsü0.9 Mb.
1   2   3   4   5   6   7   8

Ъядвял 3

Сüни йолухма фонундан алынмыш кяпяняклярин микроаналиzинин нятиъяси (üч илдян орта)

Preparatын ады

Кяsafяti, %

Верилмя интенсивлийи, дяфя

Пебринля хястя кяпянякляр, %

2006

2008

2009

орта

Fumagillin DCH

0,25

1

37,78

14,44

37,78

30,00

2

33,33

11,11

43,33

29,26

3

37,78

18,89

42,22

32,96

Amprolium

1,5

1

43,33

30,00

60,00

44,44

2

40,00

14,44

60,00

38,15

3

44,44

30,00

63,33

45,92

Koksidiovit

1,5

1

40,00

21,11

54,44

38,52

2

41,11

12,22

44,44

32,59

3

44,44

33,33

64,44

47,40

Baykoks

1,5

1

33,33

14,44

45,55

31,11

2

31,11

11,11

36,67

26,30

3

34,44

14,44

48,89

32,59

Няzарят - саğлам

су

2

-

-

-

-

Няzарят - хястя

су

2

86,67

74,44

66,67

75,93





ЯДЯБİЙЙАТ


  1. Ящмядов Е.Я. Тябии йолухма фонунда тут ипякгурдунун пебрин хястялийиня гаршы мüалиъяви препаратларын тясиринин юйрянилмяси // Аzярбайъан Кянд Тясяррüфаты Академийасынын Елми Ясярляри, Эянъя, Ы бурахылыш, 2009, с. 91-97.

  2. Ящмядов Е.Я. Мüалиъяви препаратларла тут ипякгурдунун гренасына тясир етмякля пебрин хястялийинин инкишаф динамикасынын юйрянилмяси // Аzярбайъан Аграр Елми, 2009, № 3-4, с. 155-157.

  3. Гарайев И.И., Мусайева М.Р., Сüлейманова Р.Ш., Рzайева Т.Щ. – Тут ипякгурдунун сüни йолухдурма üсулу // Azяrbaycan Aqrar Elmi, 2006, №1-2, s. 116-118.

  4. Qarayev И. И., Яhmяdov E.Я. Tut ipяkqurdunun pebrin xяstяliyinя qarшы bяzi kimyяvi preparatlarыn müalicяvi tяsirinin araшdыrыlmasы (ilkin mяlumat) // Azяrbaycan Aqrar Elmi, 2005, 1-2, s. 139.

  5. Гарайев И.И., Мусайева М.Р., Сüлейманова Р.Ш., Рçайева Т.Щ., Ящмядов Е.Я. Тут ипякгурдунун пебрин хястялийиня гаршы ирси дюzüмлüлüйüнüн юйрянилмяси // Аzярбайъан Аграр Елми, 2008, № 4-5, с. 98-99.

  6. Ахмедов Э. А. Об исполъзовании лекарственных препаратов против пебрины (нозематоз) тутового шелкопряда в условиях Республике Азербайджан // Аграрная Россия , 2009, № 4, с. 41-44.

  7. Михайлов Е.Н. Инфекционные болезни тутового шелкопряда // Ташкент, 1984, 296 с.

  8. Субботин В.М., Суботина С.Г., Александров И.Д. Современные лекарственные средства в ветеринарии // Серия «Ветеринария и животноводство» Ростов-на-Дону, «Феникс», 2000, 592 с.


УДК 632.1.632.314

Изучения действия лечебных препаратов на фоне естественного заражения пебриной тутового шелкопряда

Диссертант, научный сотрудник Э.А.Ахмедов

РЕЗЮМЕ
Цель работы изучение препаратов против пебрины тутового шелкопряда, на фоне искусственного заражения. В работе были использованы препараты фумагиллин ДЦГ-0,25%, ампролиум, кокцидиовит и байкокс-1,5%-ой концен-трации.

Испытанные препараты в день 1, 2 и 3 раза (утром, днем и вечером) были даны гусеницам в месте с кормом.

Анализируя воздействия испытанных препаратов на развитие пебрины тутового шелкопряда было установлено, что с растворами 0,25%-ного фумагиллина, 1,5%-ного ампролиума, кокцидиовита и байкокса при кормлении 2 раза в день лечебная эффективность трехгодичной средней на фоне контроля (в стадии гусеницы 32,43 %, бабочки 75,93 %) относительно четко отличается смертность от пебрины на всех стадиях тутового шелкопряда. Смертность составляла в стадии гусеницы 7,20-15,12 %, бабочки 26,30-47,40 %.
Studing of medical preparation`s on effect on infected biologically with pebrne svekworm

Dissertator, scientific employee E.A.Akhmedov



SUMMARY
The purpose of the work is the studying preparation against pebrine infection of silkworm, on background of the artificial contamination. In the work were used preparations fumagillin DCH-0.25%, amprolium, coccidiovitum and bajacox in1.5% concentrations.

Tested preparations with forage 1, 2 and 3 times (in the morning, daytime and at night) were given per day.

Tested prepaiation üith forage üere given to caterpillar 1,2 and 3 times (in the morning, day time and night) per day.

Analyzing influences of felt preparations on development pebrine infection of silkworm and productive influence upon biological factors was installed that with solution Fumagillin DCH-0.25%, Amprolium, Coccidiovitum and Bajacox -1.5%-ouch at nursing 2 times at day medical efficiency of three-year average on background of the checking (in stage of the caterpillar 32,43 %, butterflies 75,93 %) comparatively clearly differs death rate from pebrine at all stages of the silkworm. Death rate formed in stage of the caterpillar 7,20-15,12 %, butterflies 26,30-47,40.


UOT 618.0.
HÖVRƏGƏLMƏ DÖVRÜNÜN GECİKMƏSİNDƏ İNƏK VƏ CAMIŞLARDA HORMONAL PREPARATLARIN TƏTBİQİ
Kənd təsərrüfatı elmləri namizədi Ə.Q.Əhmədov,

baytarlıq elmləri namizədi R.M.Əliyev,

baytar H.B.Məmmədov

Azərbaycan Dövlət Aqrar Universiteti


Heyvandarlığın inkişafı üzrə Dövlət proqramının yerinə yetirilməsində və ərzaq məhsullarının artırılmasında baytar həkimlərinin rolu böyükdür. Kəndli-fermer heyvandarlıq təsərrüfatlarında heyvanların baş sayının artırılması, doğar qaramalın normal törəyib-çoxalmasını ləngidən ən başlıca amillərdən biri qısırlıqdır. Respublikamızda inək və camış naxırının cins keyfiyyətinin yaxşılaşdırılmasında süni mayalanma texnologiyasının tətbiqi böyük əhəmiyyət kəsb edir.

Heyvandarlığın intensiv inkişaf etdirilməsi ana maldan bala alınmasının da intensivləşdirilməsini tələb edir. Buna görə də intensiv inkişaf etdirilən heyvandarlıqda bütün növlərdən olan ana malın bioloji imkanından, daha doğrusu onun potensial gücündən maksimum dərəcədə istifadə etmək lazım gəlir.

Hazırkı dövrdə heyvandarlığın daha sürətlə inkişaf etdirilməsində, yeni məhsuldar cinslərin yetişdirilməsində, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında və qısırlığın aradan qaldırılmasında süni mayalanmanın çox böyük əhəmiyyəti vardır.

Süni mayalanmanın heyvandarlıq təsərrüfatlarında həyata keçirilməsi bir tərəfdən iqtisadi cəhətdən sərfəli, digər tərəfdən isə heyvanlar arasında təbii cütləşmə ilə yayılan xəstəliklərin qarşısını alır. Qabaqcıl heyvandar və fermer təsərrüfatlarının iş təcrübəsi və aparılan elmi-tədqiqat işlərinin nəticəsi göstərir ki, süni mayalanma düzgün aparılarsa, inək və camışlar arasında qısırlıq faizi azalır, bala alma yüksək olur.

Hazırda respublikamıza ilk dəfə olaraq yüksək beynəlxalq standartlara uyğun damazlıq toxumu gətirilib, fermer heyvandarlıq təsərrüfatına satılaraq yüksək məhsuldar südlük və ətlik istiqamətində cins yaradılması üçün böyük perspektivlər açır. Azərbaycanın bölgələrində cinsin yaxşılaşdırılması, inəklərin baş sayının artırılması üzrə yüzlərlə süni mayalanma məntəqələri fəaliyyət göstərir. Bunun nəticəsində texniklər özəl qaramal və camışçılıq damazlıq təsərrüfatlarında uğurlar qazana bilirlər. Belə özəl damazlıq təsərrüfatlarından Salyan rayonundakı Hacı-Camalxanlı və Şəki rayonundakı Qara-ala cins qaramal təsərrüfatlarını göstərmək olar. Adları çəkilən bu təsərrüfatlarda inək və düyələrdə süni mayalanma və damazlıq – seleksiya işləri yüksək səviyyədə təşkil olunur. Burada ən vacibi odur ki, süni mayalanma texnikləri vaxtında hövrə gəlməyən heyvanların yemlənmə-saxlanma şəraitini və köklük dərəcəsinə daha çox diqqət yetirməlidirlər. Orta köklük dərəcəsindən aşağı olan heyvanlar ya mayalanmaya, ya da həvəsin gecikməsi üçün müalicəyə verilməlidir. Nəhayət, doğumdan sonra hövrə gəlməni gecikdirən inəklərin cinsiyyət fəaliyyətinin bərpası üçün hormon, vitamin və mineral maddələr verməzdən əvvəl, ilk növbədə heyvanın balalıq orqanlarının funksiyasının normal olub-olmamasını düz bağırsaqdan yoxlamaq və massaj etmək daha yaxşı olar. Bu tədbiri hər bir süni mayalanma texniki aparmalı və bu sahədə zəngin təcrübəyə malik olmalıdır. Əks təqdirdə heyvanın doğumundan sonrakı vaxtda yumurtalıqlarda follikulların yetişməsində əsas bioloji funksiyaya malik olan hormonların təsir gücünün azalması və follikulların yetişkənliyinin zəifləməsi kimi baş verən hallar mayalanma prosesində döllənmənin gecikməsinə səbəb ola bilir. Elə buna görə də mayalanma prosesində heyvanın cinsiyyət orqanı və həvəsində yaranmış nasazlığın qarşısını almaq üçün müalicəvi tədbir olaraq hormon, vitamin və mineral maddələrin tətbiqi sayəsində heyvanın cinsiyyət üzvlərinin funksiyasının normal vəziyyətdə saxlanması ilə mayalanmanın səmərəsinin artırılmasına və balaalmanın çoxalmasına nail olmaq mümkündür. Bundan başqa, heyvanın doğub-törəmə bioloji xüsusiyyətində mayalanma texnikləri ona da xüsusilə fikir verməlidirlər ki, cins xüsusiyyətləri ilə yanaşı bəzi irsi əlamətləri də üzə çıxa bilir. Texniklər heyvanın hövrə gəlməsini, onun şiddətli dövrünü bilməlidirlər, bu zaman dişi cinsiyyət üzvləri qızarır, şişkinləşir, balalıq boynunun xarici dəliyi bir qədər açılır, balalığın selikli qişasındakı vəzilərin şirə ifrazı artır. Yumurtalıqlar üzərindəki follikullar böyüyərək, Qraaf qovuqcuqları halına düşür və tam yetişir. Heyvanda çərəaxıtma və hövrəgəlmənin bütün nişanələri asanlıqla seçilir və ovulyasiya baş verir. Dişi heyvan erkəyi yaxına buraxır və cütləşməyə meyl göstərir. Dişi cinsiyyət sistemində spermotozoidin aktiv hərəkəti və yumurta hüceyrəsinin döllənməsi üçün tam şərait yaranır. Bu dövrü süni mayalanma texniki düzgün təyin etməlidir və heyvan mayalanmalıdır.

A.P.Studentsov göstərir ki, doğumdan 3-4 gün sonra, balalığın həcmi yarıyadək kiçilir, 7-10 gün müddətində balalıqdakı maye (loxiya) təmizlənir, doğumdan bir ay sonra yenidən cütləşməyə buraxılmasını və ya süni mayalandırılmasını məsləhət görürlər, belə cütləşdirmə nəticəsində çox bala alınır, süd məhsuldarlığı artır, inəyin orqanizmində isə heç bir mənfi dəyişiklik baş vermir. Biz bunları nəzərə alaraq Salyan rayonundakı Hacı-Camalxanlı fermer heyvandarlıq təsərrüfatında doğumdan 30-45 gün sonra hövrə gəlməyən 10 baş inək seçib onlara hormonal preparatlar tətbiq etdik.

1-ci gün 5 ml sulfeqan, 15 ml tetravit əzələ daxilinə vurulmuşdur, 7-ci gün isə 5 ml Estrogen vurulur, 9-cu gün isə yenidən 5 ml sulfagen əzələ daxilinə vurulur. 10-cu gün bütün heyvanlar hövrə gəlir –mayalanır. 5 baş inəyə isə 5 ml vetastrol əzələ daxilinə vurulur, axırıncı inyeksiyadan 3 gün sonra hövrə gəlir və mayalanır. Bu heyvanlar dərin (-1960) dondurulmuş payet tipli sperma ilə rekto-servikal üsulla mayalanır. Bu üsulla vagina güzgüsündən istifadə edilmir. Sperma bir dəfəlik plastmas pipetkadan istifadə olunur. Düz bağırsaqdan əl salınıraq, balalıq boyuncuğu fiksasiya (tutulur) edilir, o biri əllə sperma ilə dolu sintetik pipetka balalıq boyuncuğuna yeridilir və içərisində olan spermanı onun arxa tərəfindəki qovuqcuğu basmaqla balalıq boynuna ötürülür, sonra pipetka çıxarılır, balalıq boynu bir qədər massaj edilir, balalığın motor funksiyası artır və ona görə də spermatozoidlər yumurtalıq yoluna daha tez çatır. Spermanı balalıq boyuncuğunun daha dərinliyinə yeritmək olur və ona görə də sperma geri qayıda bilmir. Balılaq yolu zədələnmir, qıcıqlanmır və infeksiya ilə yoluxma olmur. Bu üsulla heyvanı mayalamaq çox ucuz başa gəlir, iqtisadi cəhətdən əlverişlidir. Bu üsulda balaalma faizi başqa üsullardan çox olur.

Nəzərə almaq lazımdır ki, spermanın mikrooqlimlərlə çirklənmə dərəcəsi onların keyfiyyətinin yoxlanması və sanitariya qaydalarının qorunması daim ciddi nəzarət altında olmalıdır.

Hər bir süni mayalanma üçün gətirilən sperma baytarlıq–sanitariya qaydalarının tələb və şərtlərinə cavab verməlidir. Xarici ölkələrdən respublikamıza gətirilmiş spermanın «Baytarlıq sertifikatı» olmalıdır.

Süni mayalanmanı həyata keçirərkən şəxsi gigiyena və baytarlıq–sanitariya qaydalarına ciddi riyaət olunmalıdır.

Beləliklə, belə bir nəticəyə gəlmək olur ki, inək və camışların süni mayalandırılmasında qəbul olunmuş hormonal preparatlardan istifadə etməklə, nəinki doğumdan sonra, hətta həvəsini gecikdirən heyvanların həvəsinin tənzimlənməsi (sinxronlaşdırılması) aparılır. Heyvanın döllənməsində rüşeymin normal inkişafı üçün də bir çox hormon, vitamin və mineral maddələrin tətbiq olunmasının süni mayalanmanın səmərəsinin artırılmasında vacib əhəmiyyəti vardır. Odur ki, süni mayalanma zamanı texniklər öz fəaliyyətləri dövründə hövrəgəlmənin gecikməsində hormonal preparatları istifadə etdikdə süni mayalanmanın səmərəsini xeyli artıra və bala alma faizinin çoxalmasına nail ola bilərlər.




ƏDƏBİYYAT


  1. Rzaev Ç., Səidov M. Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı: Maarif, 1975, 211 s.

  2. Студентсов А.П., Шипилов В.С. Ветеринарное акушерство и гинекологий. М.: Агропромиздат, 1986, 470 с.

  3. Salmanov Z., Mövsümov A. Maldarlıqda qısırlıq. Bakı, 1985, 113 s.

  4. Məmmədov Ə. Yusifov A. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və baytarlıq sanitariya tədbirləri. Bakı, 2004, 30 s.



УДК 618.0

Применение гормонального препарата для стимуляции охоты у коров и буйволиц

А.K.Ахмедов, Р.М.Алиев, Т.Б.Мамедов.

РЕЗЮМЕ

Вводят сперму с помощью пипетки при ректальной фиксации шейки матки. Для этого одной рукой удерживают через прямую кишку шейку матки, а другой вводят в нее пипетку. При этом способе необходимо иметь разовые полиэтиленовые перчатки, полистироловые или стеклянные пипетки.



The application of hormonal drugs for stimulating desire of buffaloes and cows

A.Q.Ahmedov, R.M.Aliyev, H.B.Mammadov

SUMMARY
With placing one hand to the flat intestines the childhood way is fixated and with the help of another hand the synthetic pipetca full of sperma are injected to the cervix of the uteris and that behind sperma are falling to the behind side of cervix of the uteris.
UOT 636.084.087
ƏT ÜÇÜN KÖKƏLDİLƏN CAVAN MALLARIN YEMLƏNDİRİLMƏSİNDƏ SEOLİT MİNERAL ƏLAVƏSİNİN TƏTBİQİNİN İQTİSADİ SƏMƏRƏSİ
Dissertant R.T.ABBASOV

Az.ETHİ


Respublikamızda ət istehsalının artırılması üçün bəzən fermer təsərrüfatlarında 6-7 aylığına qədər cavan erkək mallar, yetişdirilmə formasından asılı olmayaraq, kökəldilib 300-350kq ağırlığında kəsimə verilir. Amma belə heyvanlar bu diri çəkidə artıq 22-24 aylıq yaşında olur. Belə sistemdə yetişdirilib kökəldilən heyvanların iqtisadi səmərəsi fermerlər üçün o qədər də yüksək olmur. Çünkü cavan malın ət üçün yetişdirilib kökəldilməsinə hələ buzovluq vaxtından başlanılmalıdır. Bu heyvanlar 3 aylığında 70-80 kq, 6 aylığında 130-150kq, 9 aylığında isə 180-200kq ağırlığına çatmalıdır ki, intensiv yemləmə şəraitində belə cöngələr 17-18 aylığında artıq 420-430kq ağırlığında kəsimə verilsin [1]. Cavan heyvanların ən yüksək (900-1100q) gündəlik diri çəki artımı 12-18 aylıq yaş dövrü arasında müşahidə olunur. Bu zaman heyvanların gündəlik diri çəki artımına sərf olunan yem vahidi də 6,0-6,5 kq-dan artıq olmur. Ona görə də belə yetişdirilib kökəldilən ətlik heyvanların fermerlər üçün iqtisadi səmərəsi çox yüksək olur. Bu prosesi subut etmək üçün Göygöl rayonunun Səmədoğlu Atatürk Şirkətində süni mayalamadan alınmış Qara-ala cinsli cavan malların 6 aylığından 18 aylığına qədər yaş qurupunda analoji göstəricilər üzrə 3 qurup heyvanlar seçilərək identik yemləmə şəraitində yetişdirilib kökəldilməsi təşkil edilmişdir. Belə ki, 1-ci təcrübə qurupunun heyvanlarının gündəlik yem payında 10% seolit mineral əlavəsi, 2-ci təcrübə qurup heyvanların yem payında 5% seolit mineral əlavəsi və nəhayət 3-cü təcrübə qurup heyvanlar seolitsiz- nəzarət qurupu olmaqla bütün quruplarda heyvanlar identik yemləmə və bəsləmə şəraitində yetişdirilib kökəldilmişdir [2].

Aparılan tədqiqatlardan aydın oldu ki, süni mayalanmış Qara-ala cinsli inəklərdən alınmış təmizqanlı erkək buzovların 6 ayiığından 18 aylığadək müddətində intensiv yemləmə şəraitində, respublikamızın mineral sərvətlərin­dən olan seolit mineralı və E vitamini ilə zənginləşdirilmiş yemləndirilmənin cavan heyvanların seolitsiz yemləndirilən heyvanlarla müqayisəli ət üçün kökəldilməsinin, diri çəki artımına sərf olunan yemin ödənilməsinin iqtisadi nəticəsinə görə 10% yem payında seolit mineral əlavəsi olan 1-ci təcrübə qurup heyvanlar seolitsiz eyni rasionla yemləndirilən nəzarət qurup heyvanlara nisbətən daha çox diri çəki artımı verə bilmişdir.

Məhsul vahidinə nəzər saldıqda aydın olmuşdur ki, 1kq diri çəki artımına nəzarətə nisbətən yem qarışığının quru maddəsinin 10% və 5% miqdarında seolit əlavəsi olan cöngələr müvafiq olaraq 54 və 27kq artıq çəki verməklə 1kq çəki artımına 1-ci təcrübə qrupunda 9,16 yem vahidi, yaxud nəzarətə nisbətən 2,04(22,3%) az yem vahidi sərf olunmuşdur. Bu göstərici 5% seolit alan 2-ci təcrübə qurupunda 10,08 yem vahidi olmaqla, nəzarət qurupundan 0,94 yem vahidi qədər, yaxud 10% az olmuşdur.

Ümumiyyətlə, 365 gün müddətində kökəlmədə hər üç qrup heyvanların gündəlik yem payı orta hesabla 7,43kq yem vahidindən ibarət olub, tərkibini 709,9qram həzm olan protein təşkil etmişdir. Lakin eyni səviyyəli yem payı ilə yemləndirilməsinə baxmayaraq, 1kq diri çəki artımına 1-ci təcrübə qrup heyvanlarında 875 qram, 2-ci təcrübə qrupu heyvanlarda 963 qram, nəzarət qrupunda isə 1070 qram həzm olan protein sərf olunmuşdur. Bu da təcrübə qruplarının nəzarətə nisbətən 100%-ə qarşı müvafiq olaraq 81,8 və 90% təşkil edir.

Qeyd olunmalıdır ki, kökəlmədə olan təcrübə və nəzarət qrup heyvanlarının hamısı eyni şəraitdə eyni miqdarda intensiv yemləndirilmişdir, yalınız seolit mineral əlavəsi 1-ci və 2-ci təcrübə qrup heyvanların yem payına qatılmışdır. Ona görə də alınan iqtisadi göstəricilər ancaq çəki fərqinə görə bazar qiymətləri ilə hesablanmışdır. Lakin yetişdirilib kökəldilən müddətdə təcrübə qrupu heyvanlarına yedirilən seolitin miqdarı nəzərə alınmışdır. Seolitin 1 tonu Tovuz rayonunun Aydaq karxanasından 100 manata alınmışdır. 365 gün heyvanların yetişdirilib kökəldilmə müddətində 1 başa qarışıq yemin tərkibində, 1-ci təcrübə qurupunda 10%, 2-ci təcrübə qrupunda isə 5% sərf olunan seolitin miqdarı 93kq olmuşdur. Seolitin miqdarı təcrübə müddətində heyvanların 6 aylığından 18 aylıq dövrünə qədər aylar üzrə, heyvanların çəki artımı nəzərə alınmaqla, yem payında qarışıq yemin quru maddəsinin miqdarından asılı olaraq hesablanmışdır. Beləliklə, yetişdirilib kökəl­dilmə müddətində orta hesabla 1 başa 1-ci təcrübədəki heyvanlara 62 kq seolit, 2-ci təcrübədəki heyvanlara isə 31kq seolit sərf olunmuşdur.

Heyvanların ət çıxımının iqtisadi gös­təriciləri 1 saylı cədvəldə verilir.

1 saylı cədvəldən göründüyü kimi, eyni intensiv yemləmə və saxlanma şəraitində kökəlmədə olan eyni yaşlı cöngələrin yem payında qüvvəli yemin quru maddəsinin 10%-i miqdarında seolit alan heyvanların çəki artımına görə pul gəliri seolitsiz yemləndirilən cöngələrə nisbətən 1 başda 181,8 manat, 5% seolit əlavəsi alanlarda isə 80,9 manat təşkil etmişdir.

Ət çıxarına və pul gəlirinə görə 10% seolit əlavəsi ilə heyvanların kökəldilməsi iqtisadi cəhətdən, daha sərfəli hesab edilə bilər. Rentabellik səviyyəsi də müvafiq olaraq qruplarda 140,7, 172,8(61,2%) olmuşdur.



Beləliklə, aparılan tədqiqatların nəticələri fermerlər üçün öyrənmə mənbəyi ola biləcəkdir.


Cədvəl

Cavan qaramalda seolitli yem payının iqtisadi səmərəsi

Göstəricilər

Nəzarət qrupu

I təcrübə qrupu

II təcrübə qrupu

Kəsimqabağı diri çəki, kq

376

430

401

Ət çıxarı, kq

195

242

216

Seolitin miqdarı, kq

0

62

31

1 ton seolitin qiyməti, man.

0

100

100

1 kq ətin qiyməti, man

4,0

4,0

4,0

1 kq yem vahidinin qiyməti, man

0,2

0,2

0,2

Cəmi pul gəliri, man

780

968

864

Təmiz pul gəliri, man

275,6

407,8

341,1

Rentabellik, %

140,7

172,8

161,2



ƏDƏBİYYAT


  1. Abdullayev Q.Q., Salmanov Z.M. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi. Bakı.: Maarif, 1997.

  2. Касымов С.Н., Сеидов А.Г., Mамедов Р.С. Природные сеолиты Азербайджана-еффективная кормовая добавка. / Академия Наук Азербайджанской ССР, доклады, том XLII, №10, , Баку: Елм, 1986, с. 59-62.



УДК 636.084.087

Экономический эффект сеолитных кормовых добавок в применении доращивания и откорма бычков на мясо

Дис. Р.Т.Абасов

РЕЗЮМЕ
В процессе кормления животных минералные добавки в рационе имеют определенное значение. Поэтому сеолит, являясь ценным минеральным элементом в кормлении молодых бычков на мясо, показал большой экономический эффект.

Сеолит в рационе откормленных бычков составляет 10-5%. В результате применения минеральных добавок сеолита в кормлении подопытных животных увеличился суточный привес и мясная продуктивность.

Рентабелность сеолитных добавок в кормлении животных составляет 161,2-172,8 против контрольных групп 140,7.
Еъономиъ профит оф тще апплиъатион оф тще сеолит минерал фораэе аддитион оф анималс фаттенед фор меат

Candidate for a degree Р.Т.Аббасов

SUMMARY
Минерал аддитион has great importance in adding эреат импортанъе то ратион оф даилй фораэе оф тще анималс.

Тщере форе сеолит being валуабле минерал element shows еъономиъ профит. 10-5% of seolit is in the ration of fattened bull-calf.

In the result of the using seolit dovily weight gain of bull-calf and productivity have been increased.

The efficiency of seolit additions come up 161,2-172,8 against control group which is 140,7.


UOT 636. 293.2 : 636.03
CAMIŞ TÖRƏDİCİLƏRİNİN NƏSLİNİN KEYFİYYƏTİNƏ GÖRƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Kənd təsərrüfatı elmləri namizədi M.Ə.Mehdiyev

Azərbaycan Dövlət Aqrar Universiteti


Cinsi təkmilləşdirərkən törədicilərin seçilməsinin əhəmiyyəti olduqca böyükdür. Bu baxımdan törədiciləri seçərkən onlardan alınan balaların genetik əlamətlərinə xüsusi diqqət yetirilməlidir. Alınan nəslin keyfiyyətinin valideyinlərdən bərabər dərəcədə asılı olması şərtilə törədicilərin rolu çox böyükdür. Bu, ona görədir ki, ana camış istifadə edildiyi müddətdə 7-9 bala verdiyi halda, törədici buğaların nəsli, xüsusilə süni mayalama şəraitində, müqayisə ediləcək dərəcədə çoxdur [1].

Yuxarıda göstərilənlərə əsaslanaraq Zərdab Damazlıq Camışçılıq təsərrüfatlarında 2 baş törədicinin seçilməsi və qiymətləndiril­məsində onların genetik xüsusiyyətlərini öyrənmək məqsədilə dişi balaların məhsuldarlıq göstəricilərini müqayisə etdik. Bu məqsədlə törədicini ancaq bir əlamət (məsələn-südlük) üzrə deyil, başqa mühit əlamətlərilə birlikdə qiymətləndirməyi qarşıya məqsəd qoydu. Burada onların kompleks əlamətlərini də öyrənməyə başladıq. Sınanmada törədicilərin ancaq yaxşı balaları yox, bütün nəslini nəzərdən keçirdik. Bir də həmin törədicilərin nəslinin orta göstəriciləri ilə kifayətlənməyib, hər ana ilə cütləşmədə fərdi təhlil yolu ilə nə kimi nəticə verdiyi nəzərə alınmışdır [2].

Məlumdur ki, nəslin sınanılmasında onun verdiyi balaların sayı da mühüm rol oynayır. Balalar nə qədər çox olarsa, qiymətləndirmə bir o qədər dəqiq olur. Bəzi təcrübələrdə sınanmaq üçün 200 baş bala olmasını təklif edirlər. Əslində isə 20 baş bala olması məsləhətdir [3].

Akademik M.F.İvanova görə döllüyü 30-40 baş bala ilə də qiymətləndirmək mümkündür. Bəzi tədqiqatlarda törədiciyə 6-10 baş bala ilə də qiymət vermək olur. Burada hər ana ilə cütləşmə ayrılıqda tətbiq edilir [4].

Bu məqsədlə “Qafqaz-71” və “Kəpəz-36” ləqəbli törədicilərin hər birinin 45 baş balalarının I doğumdan başlayaraq geniş (artımlı) sağım tətbiq edərək müqayisəli məhsuldarlıq göstəricilərini öyrəndik. Məlum oldu ki, “Qafqaz-71” ləqəbli törədicinin balaları təcrübə qrupu olmaqla dişi balalarının doğularkən diri çəkisi 23-25 kq, “Kəpəz-36” ləqəbli törədicinin nəzarət qrupunda olan balalarının diri çəkisi isə 24-25 kq olmuşdur. Hər 2 törədicilərin balaları doğulduqda, 18 və 24 aylıq yaşlarında yemlənməzdən əvvəl qapanda (tərəzidə) çəkilmiş və müqayisəli olaraq sutkalıq çəki artımları və diri çəkilərinin dəyişmə xüsusiyyətləri öyrənilmişdir.

Beləliklə, “Qafqaz-71” ləqəbli törədicidən alınmış dişi balaların orta diri çəkisi 24-aylıqda 373,5 kq, yəni cins üzrə analarının I sinif üzrə göstəricisinin (450kq), 83,3 %-ni, Kəpəz-36” ləqəbli törədicisinin balalarının 24 aylıqda orta diri çəkisi 346,9 kq, yəni I sinif üzrə göstəricisinin 72,6%-ni təşkil edir.



“Qafqaz-71” ləqəbli törədicinin dişi balalarının orta göstəricisi 24 aylıqda “Kəpəz -36” ləqəbli törədicisindən alınan balalarınkından 26,6 kq yüksək olmaqla, 24 aylığında, yəni 349,1 kq diri çəkidə, yəni analarının I sinif göstəricisinin (450 kq) 72,6 %-ni təmin etdiyindən “71-Qafqaz” ləqəbli törədicinin dişi balalarını 24 aylığında cütləşməyə buraxmaq olar. Bu da camışların tezyetişkənliyini təmin edər (cədvəl).


Qafqaz – 71 və Kəpəz – 36 camış törədicilərinin qızlarının aylar üzrə canlı

kütləsinin müqayisəli öyrənilməsi

Yaşı aylarla

Qafqaz-71 n = 45

Kpəz -36 n = 45

Fərq ±

Orta canlı kütlə, kq

Sutkalıq artım, kq

Mütləq artım, q

Orta canlı kütlə, kq

Sutkalıq artım, q

Mütləq artım, q

Törədicilər arasındakı fərq

Doğulduqda

25,2 ±0,3

-

-

24,8 ± 0,36

-

-

+ 0,4

1

39,6±0,46

480

14,4

38,6±0,38

460

13,8

+ 4

3

85,5±1,13

510

45,9

84,1±1,50

505

45,5

+ 1,4

6

135±1,78

550

49,5

130,9±1,68

520

46,8

+ 4,1

9

179,1±2,1

490

44,1

173,2±1,91

470

42,3

+ 5,9

12

221,4±2,3

470

42,3

212,8±2,1

440

39,6

+ 9,4

15

261±2,41

440

39,6

249,7±2,36

410

36,9

+ 1,3

18

299,7±3,4

430

38,7

283,9±2,95

380

34,2

+ 15,8

24

373,5±3,8

410

73,8

346,9±3,7

350

63

+ 26,6

“Qafqaz-71” ləqəbli törədicinin dişi balalarının (camışların) servis dövrü 29-34 gün, “Kəpəz-36” ləqəbli törədicinin balalarında servis dövrü müvafiq olaraq 58-61; 65-80 gündür. “Qafqaz-71” ləqəbli törədicisindən alınmış 45 baş balalarının hər birindən alınan süd məhsuldarlığı “Kəpəz-36” ləqəbli törədicidən alınmış balaların süd məhsuldarlığından 305 gün ərzində 450-760 kq olmuşdur. Südün yağlılığı da müvafiq olaraq 0,20- 0,57% yüksək olmuşdur.

Tədqiqatlar göstərir ki, respublikamızda damazlıq işi və süni mayalama stansiyalarında, damazlıq təsərrüfatlarda olan bütün törədici buğaların onlardan törəyən balaların keyfiy­yətinə görə qiymətləndirilməsi məsləhət­lidir. Qiymət­ləndir­mə üçün kütləvi zootexniki məlumatlardan və bonitirənin nəticələrindən istifadə edilir. Bundan başqa, xüsusi təşkil edilmiş nəzarət ferma və stansiyalarında buğalardan törəmiş dişi balaların məhsuldarlığı və digər keyfiyyətləri haqqında məlumat toplanır. Buna əsasən də törədicinin damazlıq keyfiyyəti haqqında düzgün məlumat toplanır. Bu üsuldan hazırda xarici ölkələrdə də istifadə edilir.

Törədiciləri onlardan törəyən balalara görə qiymətləndirərkən, yelinin keyfiyyətini də nəzərə almaq lazımdır.

Törədici buğaları zootexniki məlumata əsasən qiymətləndirərkən damazlıq zavodlarda və damazlıq təsərrüfatlarda düzgün aparılmış uçotlara əsaslanırlar.

Əmtəə fermalarında bu üsuldan istifadə bununla əlaqələndirilir ki, süd məhsuldarlığı ikinci sinfin təlabatından aşağı olmasın. Belə olduqda törədici bonitirə məlumatı əsasında qiymətləndirilir.




ƏDƏBİYYAT


  1. Ağabəyli A.Ə. Camışçılıq, Bakı: Azərnəşr, 1964,196 s.

  2. Ağabəyli A.Ə. Camışçılıq (rus dilində). Moskva, 1967, 157s.

  3. Turabov T.M. Qafqaz camış cinsinin genetik parametrləri və seleksiya işində onlardan istifadə (dərs vəsaiti). Az.KTİ, Kirovabad, 1977, 78 s.

  4. Mehdiyev M.Ə. Azərbaycan camışı cinsinin məhsuldarlıq və damazlıq keyfiyyətinin yüksəldilməsi. Az. KTİ-nun elmi əsərləri, Gəncə, 2004, N 4, s.54-56.



УДК 636. 293.2 : 636.03

Оценка буйволов производителей по качеству потомства

Кандидат сельскохозяйственных наук М.А.Мехтиев

Азербайджанский государственный аграрный университет

РЕЗЮМЕ
При усовершенствовании породы отбор производителей имеет значительно большое значение.

В целях изучения генетических особенностей потомства в племенном буйволоводческом хозяйстве Зардобского района был проведен отбор 2 голов буйволов-производителей и сравнение показателей продуктивности их потомства самок.

Установлено, что средний живой вес потомства буйвола-производителя по кличке «71-Кавказ» в двухлетнем возрасте составлял 349,1 кг, т.е. 77,5 % от показателей первоклассных буйволиц по породе (450 кг ), потомства буйвола-производителя «36-Кяпаз» 321,2 кг и 71,3 % соответственно.

Следовательно, средние показатели потомства буйвола «71-Кавказ» по сравнению с таковыми потомства буйвола «36-Кяпаз» был выше на 27,9 кг и в таком возрасте их можно допускать к случке. этим также можно считать обеспеченной их скороспелости.

Таким образом, буйволицы, полученные от производителя «71-Кавказ» в течение лактации по сравнению с буйволицами, полученными от производителя «36-Кяпаз» дали 450-760 кг больше молока.

The estimation of manufacturers of buffalos on quality of posterity

Candidate of agricultural scinces Mekhtiyev M.A.

The Azerbaijan State Agrarian University

SUMMARY
Male selection has great value at improvement of breed.

Studying genetic features of progeny in buffalo breeding in Zardab region 2 stocks of breeders and comparison of productivity indices of their females, progeny have been led.

It is established, that the average live weight of progeny of breeders named "71-Caucasus" at two-year-old age made 349,1 kg, that is 77,5 % from indices of the first class buffalos (450 kg), and the live weight of "36-Kapaz" breeders progeny is made 321,2 kg and 71,3 % accordingly.

Hence, average indices of progeny of the"71-Caucasus" buffalo progeny in comparison with the "36-Kapaz" buffalo werehigher on 27,9 kg and at this age they can be supposed to coitus. Also it is possible to consider their provided precocity.

Thus, the buffalos received from the "71-Caucasus" breeders during lactation gave 450 – 760 kg more milk in comparison with buffalos, received from the "36-Kapaz" breeders


УДК 618.3
ЛАЗЕРНАЯ ТЕРАПИЯ КОРОВ ПРИ ЗАБОЛЕВАНИЯХ ЭНДОМЕТРИТА
Канд. вет. наук Насибов Ф.Н.

Азербайджанский государственный аграрный университет


Эндометрит коров - довольно широко рас­пространенное заболевание, которое отрица­тельно влияет на их воспроизводительную функ­цию. По данным литературных источников по­слеродовым эндометритом переболевает от 14 до 40 % растелившихся коров (1-5), а в отдель­ных хозяйствах это заболевание может регист­рироваться у 50...90% коров после отела [1,3].

Патология послеродового периода влечет за собой снижение оплодотворяемости коров на 17...40%, увеличение периода от отела до пло­дотворного осеменения на 40...60 дней, увели­чение коэффициента оплодотворяемости на 0,9, уменьшения выхода приплода и молочной про­дуктивности на 12... 18% [2,4].

Для лечения коров, больных эндометритом предложено большое количество средств и ме­тодов. Чаще всего при этом заболевании приме­няют этиотропные препараты, которые вводят внутриматочно в виде эмульсий, свечей, пало­чек, таблеток и порошков. Однако имеется мно­го сообщений, авторы которых утверждают, что антибактериальные препараты не всегда обла­дают достаточной терапевтической эффектив­ностью при эндометрите у коров. При­менение миотонических препаратов, при забо­левании коров эндометритом также имеет низ­кую результативность [2,3,4].

Поэтому многие исследователи считают, что наибольшая эффективность при этом заболева­нии достигается при использовании комплекс­ной терапии, которая должна быть направлена на стимуляцию сократительной функции матки и регенеративных процессов в эндометрии, по­вышение неспецифической защиты организма и подавление жизнеспособности микроорганиз­мов.

Этим комплексным действием обладает ла­зерное излучение. Применение его для лече­ния эндометритов коров позволяет ветеринар­ной практике отказываться от многих препара­тов, рекомендованных для лечения этого забо­левания. Эффективность лазерной терапии эн­дометритов была установлена многими иссле­дователями [5].

Цель исследований

Настоящая работа преследует цель ознако­мить ветеринарных специалистов с результата­ми монолазерной и комплексной терапии эндо­метритов коров в условиях молочных ферм раз­личных форм собственности.



Материалы и методы

Исследования проводились в хозяйствах Иг-ринского района Удмуртской Республики, Воло­годского района Вологодской области и Бала-шихинского района Московской области. Для лечения было подобрано 328 коров больных ос­трым, хроническим и скрытым эндометритом, которые были разделены на 7 групп. Для лече­ния использовали ветеринарный аппарат кван­товой терапии РИКТА-МВ.

Первую группу (п=56) лечили лазеропунк-турным методом, воздействуя контактно-ска­нирующим способом на биологически актив­ные точки (БАТ) в области крестца и поясницы на расстоянии 4 пальцев от дорсальной линии спины слева и справа от нее. Каждую сторону облучали ежедневно в течение 4 мин, частота 4 или 64 Гц. Курс лечения 5...8 сеансов. Часто­ту чередовали: нечетные сеансы выполняли в режиме 4 Гц, а четные - 64 Гц и так до конца курса лечения.

Коров второй группы (п=47) лечили комби­нированным методом. При первом сеансе воз­действовали на БАТ в режиме первой группы, а при втором сеансе проводили лазерную тера­пию трансректальным способом в режиме: час­тота 4 или 64 Гц, экспозиция 1-2 минуты, курс лечения 6...8 дней. Сеансы лечения чередовали до выздоровления животных.

Третью группу коров (п=76) подвергали ком­плексной терапии путем лазерного воздействия на БАТ по выше описанной методике, а также двух­кратной инъекции бициллина - 3 через три дня.

Терапию коров четвертой группы (п=58) про­водили комплексно путем облучения БАТ по мето­ду первой группы и двухкратного внутримышечно­го введения окситоцина с интервалом в 3 дня.

Пятую группу коров (п=91) ежедневно обра­батывали лазером трансректальным методом в режиме: частота импульсов 4 или 64 Гц экспо­зиция 1-2 минуты, курс лечения 5...8 сеансов.

Коров шестой группы лечили комплексным методом с применением трансректальной ла­зерной терапии аналогично пятой группе живот­ных, сочетая ее с двух кратной инъекцией би­циллина - 3 с интервалом в 3 дня.

Лечение животных седьмой группы проводи­ли путем двукратного внутримышечного введе­ния окситоцина с интервалом в 3 дня и транс-ректального облучения матки лазерным лучом в режиме указанном выше.

Эффективность лечения определяли по ис­чезновению клинических признаков болезни, по данным ректального исследования и восстанов­ления воспроизводительной функции, свидетельством которых являлось появление половых циклов у болевших животных [5,6].



Результаты и обсуждение

Материалы по применению монолазерной терапии и комплексной терапии при заболева­нии коров эндометритом, полученные в произ­водственных условиях хозяйств (см. табл.) свидетельствуют, что все варианты лечения эн­дометрита у коров с применением лазерного лу­ча являются довольно показательными, эффек­тивность которых была в пределах 85,7...93,1%. Наши результаты лечения эндометрита согласу­ются с данными других авторов, которые также получали высокую результативность при лазер­ной терапии воспалений матки.



Основываясь на данных, приведенных в таб­лице 1, можно констатировать, что при монола­зерном воздействии на БАТ, расположенных паравертбрально в области крестца и поясницы, те­рапевтическая эффективность составила 85,7%, а при комплексном лечении в сочетании с анти­биотиками и окситоцином 89,5% и 93,1% соот­ветственно. Следовательно, при комплексном лечении установлено увеличение результативно­сти лечения соответственно на 3,8% и 7,4%.


Таблица

Эффективность монолазерной терапии и комплексной терапии эндометритов коров

Группа коров

Варианты лечения

Результаты лечения





Количество больных, гол.

Излечено, гол.

Эффективность %

1

Лазеропунктура БАТ

56

48

85,7

2

Лазеропунктура + лазеротерпия

47

43

91,5

3

Лазеропунктура + антибиотики

76

68

89,5

4

Лазеропунктура + окситоцин

58

54

93,1

5

Трансректальная лазеротерапия (ТЛТ)

91

80

87,9

6

ТЛТ + антибиотики

42

38

90,5

7

ТЛТ + окситоцин

64

59

92,2

ИТОГО

434

390

89,9


При монолазерной трансректальной терапии выздоровление установлено у 87,9% коров, а при комплексном лечении в сочетании с антибиотика­ми и окситоцином оно составило 90,8 и 92%, что на 2,9 и 4,3% соответственно выше по сравнению монолазерным трансректальным методом.

Средняя общая результативность лечения с применением лазера была 90,8%. Это дает основание утверждать, что лечение эндометри­тов у коров как лазерным, так и комплексным методами имеет довольно высокую эффектив­ность, не уступающую традиционным медика­ментозным методам, а в некоторых случаях превосходящую их.

Особо хочется отметить, что если лазеротерапия или лазеропунктура сочетается с гормо­нальным препаратом синестролом, то эффек­тивность лечения оказалась самой высокой 92,2 и 93,1% соответственно.

Мы объясняем это тем, что лазерное излучение и окситоцин являются синергентами. В результате наступает быстрое сокращение маточной мускулатуры, а также стимулируется синтез простогландина Р-2 альфа (ПГФ 2) мат­кой, который затем активно лизирует желтые те­ла яичников, присутствующих у большинства ко­ров с гинекологической патологией, что и при­водит к быстрому выздоровлению животных.

В подавляющем большинстве случаев после 2-3 сеансов лазерной терапии мы наблюдали обильное или незначительное выделение эксу­дата из влагалища больных коров. Это является диагностическим признаком, указывающим на наличие скрытого воспалительного процесса в матке, который под влиянием лазерного воз­действия временно обостряется, а образовав­шийся при этом эксудат выделяется из половых органов, благодаря восстановлению сократи­тельной функции матки.




Выводы

Основываясь на материалах лечения коров, больных эндометритом, полученных в условиях хозяйств, мы убедились, что лазерное излуче­ние позволяет достичь высокой эффективности как при монолазерной так и комплексной тера­пии эндометритов у коров, что доказывает целе­сообразность его применения в ветеринарной гинекологической практике.

Результативность лазерной терапии намного повышается, если она сочетается с лазеропунк­турой или с гормоном окситоцином, который яв­ляется синергентом лазерного луча.

ЛИТЕРАТУРА
1. Полянцев Н.И. Воспроизводство в промы­шленном животноводстве. М.: Росагропромиздат, 1990. 240 с.

2. Dulores P. Williams D. Incrase incidense of retained placenta associated with heat stress in dairi caustheriogenology. 1980, V. B. - N. 2, p. 115-121.

3. Lomba F. ct. al. Aspects du syndrome part dans cing drandes expoitations baines. Frequence ct reperceesions. // Ann. Med. Veter., V. 24. N18. p.577…584.

4. Зверева Г.В., Хомин СП. Гинекологические болезни коров. - Киев: Урожай, 1976. 150 с.

5. Зюбин И.Н. Метриты коров. М.: Агропромиздат, 1988. 104 с.

6. Батраков А.Я. Ветеринарное обслуживание промышленного скотоводства. М.: Агропромиздат, 1997., 195с.


UOT 618.3

İnəklərdə endometritlərin lazeroterapiyası

Nəsibov F.N.

Azərbaycan Dövləy Aqrar Universiteti

XÜLASƏ
İnəklər arasında doğumdan sonrakı endometritlərə çox tez-tez rast gəlinir ki, bu da onların uzun müddət qısır qalmalarına, mayalanma faizinin və süd məhsuldarlığının azalmasına cəbəb olur.

Endometritlərin müalicəsi məqsədi ilə bir çox üsullar və vasitələr sınaqdan keçirilmiçdir. Müəyyən edilmlşdir ki, lazerin həm tək, həm də mövcud müalicə üsulları ilə kompleks şəkildə tətbiqi inəklərdə endometritlərin müalicəsində yaxşı terapevtik effekt verir.


Lazer therapeutics endometritis in cows

Nasibov F.N

SUMMARY
Next endometritis very often meets among cows from childbirth that caused is their barrener remain long time, decrease of the percentage of be fermented and milk productivity these.

Some methods and means to test with by purpose of endometritis cure from test. Good therapeutic effect gives definite that as lazerin and with by methods of existing cure in the complex picture in the applied cows in the endometritis cure.


İQTİSADİYYAT VƏ HUMANİTAR ELMLƏR





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə