Uot 634. 8 BƏZİ aborigen və İntroduksiya olunmuş ÜZÜm sortlarinin təLƏbatina uyğun aqrotexnikanin seçİLMƏSİ



Yüklə 1.14 Mb.
səhifə1/8
tarix23.12.2016
ölçüsü1.14 Mb.
  1   2   3   4   5   6   7   8


UOT 634.8
BƏZİ ABORİGEN VƏ İNTRODUKSİYA OLUNMUŞ ÜZÜM SORTLARININ TƏLƏBATINA UYĞUN AQROTEXNİKANIN SEÇİLMƏSİ
Kənd təsərrüfatı elmləri namizədləri:

O.F.Mehdiyeva, T.Ç.Həmzəyev,

S.X.Həsənova, E.M.Məmmədova

Azərbaycan Dövlət Aqrar Universiteti


Üzüm və üzümdən alınan məhsulla­rın keyfiyyətinin yüksəldil­mə­­sində sortların düzgün seçilməsi­nin və sortun biologiya­sına uyğun aqrotexnikanın tətbiq edil­mə­si­nin bö­yük əhəmiyyəti vardır. Üzüm­çü­lükdə sort ixtisaslaşmanı müəyyən edir.

Bölgənin torpaq-iqlim şəraitin­dən və tətbiq olunan aqrotexnikadan asılı olaraq eyni bir üzüm sortu konkret torpaq-iqlim şəraiti üçün düz­gün seçilməzsə və sortun biologi­yasına uyğun aqrotexniki tədbirlər tətbiq edilməzsə, üzümlüyə çəkilən xərc özünü doğrultmaz və üzümlüyün sort tərkibi pisləşər. Bu məqsədlə ayrı-ayrı bölgələrdə becərilən rayon­laş­dır­ılmış, introduksiya olunmuş və yerli sortlar üzərində dövri olaraq nəzarət və uçot işləri aparılmalıdır. Özünü doğrultmayan sort və tənəklər vaxtında aşkara çıxarılıb yenisi ilə əvəz olunmalıdır [1,2].

Üzümün bəzi aborigen və intro­duksiya olunmuş sortlarından ən də­yər­lisini seç­məklə, onların morfoloji, təsərrüfat-tex­noloji xüsusiyyət və nişanələrinin öyrənil­məsi, onların bio­logiyasına uyğun aqrotexnikanın tət­biq olunması, məhsu­lun keyfiy­yətini yüksəltmək üçün tətbiq olunan üsulların öyrənilməsi və təsər­rüfat­lara tövsiyə edilməsi işimizin əsas məqsədidir [2,3].

2007-2008-ci ilin təqvim planına əsa­sən aborigen və introduksiya o­l­u­n­­­muş üzüm sortlarının tələbatına uyğun aqro­tex­ni­kanın seçilməsinə aid tədqiqatlar aparılmış və elmi hesabat verilmişdir.

Ayrı-ayrı sortların tənəklərində bar-barmaqları müxtəlif uzunluqda budan­mış­dır. Sortun bioloji xüsusiy­yətin­dən, tənəklərin vəziyyətindən asılı olaraq Ağ şasla sortunun tənəklərində bar-barmaqları 15-16, 8-10 və 5-7 gözcük uzunluğunda, Aliqote sortunun tənək­lə­rin­­də bar-barmaqları 12-15, 8-10, 4-6 gözcuk uzunluğunda, Qaraburnu sortu­nun tənək­lərində bar-barmaqları 12-15, 10-12 və 7-9 gözcük uzunluğunda budan­mışdır. Hamburq muskatı sortunda bar-barmaqları 12-15,8-10 və 4-5 gözcük uzunluğunda budanmışdır 4.

Variantlar üzrə salxımın orta kütləsi, tənəyin bar əmsalı, zoğun məhsuldarlığı, bir tənəkdən orta məh­sul­darlıq, hektardan alınan məhsulun miqdarı, məhsulun tərkibində şəkər və turşuluğun miqdarı müəyyən olun­muşdur. Alınan nəticələr 1saylı cəd­vəldə verilmişdir.

Cədvəldən göründüyü kimi, Qara­burnu sortunun tənəklərində bar-barmaqları 12-15 gözcük uzunluqda budandıqda tənəyin məhsuldarlığı 7,9 kq, hektardan məh­suldar­lıq 219,2 sentner olmuşdur, 10-12 gözcük uzunluğunda budandıqda tənək­dən məh­suldarlıq 8,8 kq, hektardan məh­suldarlıq 235 centner olmuşdur ki, bu da digər variantlardan xeyli coxdur. Şirədə şəkərin miqdarı isə digər variantlara nis­bətən 0,7% aşağı olmuş­dur. Ağ şasla sortu­nun tənəklərində bar-barmaqları 15-16 göz­cük uzunluğunda budandıqda tənəyin məh­suldarlığı 6 kq, hektardan məhsuldarlıq 160 centner olmuşdur ki, bu da digər variant­lardan xeyli yüksəkdir. Şirədə şəkərin miqdarı isə digər variantlara nisbətən 0,9% aşağı olmuşdur.
Hamburq muskatı sortunda bar-barmaqları 8-10 gözcuyə budandıqda məhsuldarlıq və məhsulun keyfiyyəti digər variantlara nisbətən daha yuxarı olmuşdur. Salxımın orta kütləsi 176 q, bir tənəkdən 7,6 kq, hektardan 220 centner məhsul, şirədə şəkər 15,9%, turşuluq 5,9q/l olmuşdur.

Aliqote sortunda bar-barmaqları 8-10 gözcüyə budandıqda məhsuldarlıq və məhsulun keyfİyyəti digər variantlara nisbətən daha yuxarı olmuşdur. Belə ki, bu variantda salxımın orta kütləsi 112 q, bir tənəkdən məhsuldarlıq 5,2 kq, hektardan məhsuldarlıq 142 centner, şirədə şəkər 18,3%, turşuluq 9,2 q/1 olmuşdur.

Buradan belə nəticəyə gəlmək olar ki, Qaraburnu, Hamburq muskatı, Aliqote sortlarının bar-barmaqları orta uzunluqda kəsildikdə məhsuldarlıq artır, lakin şəkərlik nisbətən azalır. Təkcə Ağ şasla sortu mustəsnalıq təşkil edir. Bütün bunlar isə bioloji qanunauyğunluqdur. Tənəyin yükün­dən asılı olaraq sortların məhsuldarlıq göstəricilərini də təyin etmişik. Alınmış nəticələr 2 saylı cədvəldə əks etdirilmişdir.


Cədvəl 1

Zoğların müxtəlif uzunluqda budanmasının məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri

Bar-barmaqlarının budanma uzunluğu, (gözcüklə)

Barlılıq

əmsalı


Salxımın orta kütləsi

Zoğun barlığı

Bir tənəkdən orta məhsul-darlıq, kq

Bir hektardan orta məhsuldar-lıq, sen/ha

Şəkərlilik,

%


Turşuluq, qr/1










QARABURNU










12-15

0,80

220

210

7,9

219,2

16,7

4,4

10-12

0,71

230

220

8,8

235,0

17,0

4,2

7-9

0,67

210

230

8,2

210,0

17,8

3,7










AĞ ŞASLA










15-16

0,89

150

163

6,0

160,0

14,5

7,05

8-10

0,80

156

160

4,8

135,0

15,6

7,02

5-7

0,63

148

104

4,5

110,0

15,1

7,10

HAMBURQ MUSKATI

12-15

0,80

179

189,1

7,4

189,0

15,1

5,0

8-10

0,77

176

220,0

7,6

220,0

15,9

5,9

4-6

0,60

170

190,0

6,8

198,8

15,7

6,1

ALİQOTE

12-15

0,79

90

145

5,0

1 13



6,7

9,9

Cədvəl 2

Tənəyin yükündən asılı olaraq sortların məhsuldarlıq göstəriciləri

Sortlar

Tənəyin gözcüklə yükü

Tənəyin zoğla yükü

Salxımın orta kütləsi, q.

Bir tənəyin orta məhsuldarlığı, kq

Hektardan məhsuldarlıq,

s/ha


Təbrizi(nəzarət)

40-45

33

230

6,07

161,0

Gəncə qızılüzümü

40-45

36

218

6,32

168,5

Şaxşaxı

40-45

35

150

3,45

92,0

Ağdam qızılüzümü

40-45

37

190

5,1

136,8

Xırca kişmişi

40-45

28

130

3,51

93,6

Ağ şasla

40-45

37

150

5,1

135,0

Aliqote

40-45

39,2

100

4,9

130,0

Gulumərəndi

40-45

38

145,7

5,1

136,0

Hamburq muskatı

40-45

38

190

7,0

206

Qaraburnu

40-45

31,4

250

8,3

221,4

Kabasiya

40-45

35

254

7,7

204,5

Krasno stop

40-45

32

108,2

4,1

110,2




Cədvəldən aydın olur ki, bütün sortların tənəklərinə eyni miqdarda yük verilməsinə baxmayaraq (40-45) hər sortdan və hektardan alınan məhsulun miqdarına başqa cür təsir edir.

Nəzarət üçün götürülmüş Təbrizi sortunun tənəyinin zoğla yükü 33, salxımın orta kütləsi 230 q, bir tənəyin orta məhsuldarlığı 6,07 kq, hektardan məhsuldarlıq 161,0 sentner olmuşdur. Öyrəndiyimiz sortlarda zoğla yük tənəyin vəziyyətindən asılı olaraq 28-39,2 arasında (Xırca kişmişi-Aliqote) olmuşdur. Salxımın orta kütləsi (100 q-dan 254 qr-a qədər) sortun bioloji xüsusiyyətinə uyğun olmuşdur. Bir tənəyin məhsuldarlığı (3,45-8,3 kq-a qədər) dəyişmişdir. Hektardan məhsul­darlıq 92,0 sentnerdən (Şaxşaxı) 206,0 sentnerə qədər (Hamburq muskatı) olmuşdur.

Məhsuldarlıqla yanaşı məhsulun keyfiyyəti də diqqət mərkəzində olmuş, məhsulun mexaniki və kimyəvi tərkibi də təh lil edilmişdir. Bütün bu göstə­ricilər sortların aqrobioloji xüsusiyyət­lərinə uyğun olmuşdur.


NƏTİCƏ VƏ TƏKLİF
Hər hansı bir üzüm sortunu əkib ondan istənilən miqdarda və keyfiyyətdə məhsul almaq üçün həmin sortun biologiyası, becərildiyi torpaq-iqlim şəraitində reaksiyası öyrənilməli və sortun biologiyasına uyğun aqrotexnika tətbiq edilməlidir.

Öyrəndiyimiz aborigen və introduksiya olunmuş üzüm sortlarının məhsulu Gəncə-Qazax bölgəsi şəraitində sentyabrın ikinci ongünlüyündə yetişir. Bu sortların tənəklərinə eyni miqdarda (40-45 gözcük) yük qoymaq mümkündür. Lakin bar-barmaqlarının budama uzunluğu arasında kəskin fərq vardır. Belə ki, Ağ şasla sortunun tənəklərində barmaqlar uzun (15-16) gözcüyə budandıqda, Aliqote sortunda barmaqlar orta (8-10) gözcük uzunluqda, Qaraburnu sortunda barmaqlar orta (10-12) gözcük, Hamburq muskatı sortunda orta (8-10) gözcük uzunluğunda budandıqda başqa variantlara nisbətən daha çox və keyfiyyətli məhsul alınır. Ona görə də Gəncə-Qazax bölgəsi şəraitində Ağ şasla sortunun bar-barmaqlarını 15-16 gözcüyə, Qaraburnu, Hamburq muskatı və Aliqote sortlarının isə 8-10 gözcüyə budanmasını təklif edirik.



ƏDƏBİYYAT
1. Ампелография СССР. Том I М., 1946, с. 462.

2. Ампелография СССР. Малораспространенные сорта винограда. Том 1 М., 1966, 278-608 с.

3. Ампелография Азербайджанской ССР. Баку, 1973, səh. 490.

4. Лазаревский М.А.-Сорта винограда. М., 1959, c. 426.

5. Şərifov F.H. Üzümçülük. Bakı, 1988.
УДК 634.8
Выявление соответствующих агротехнических приемов некоторых аборигенных интродуцированных сортов винограда

Кондидаты сельскохозяйственных наук: О.Ф.Мехтиева, Т.Ч.Гамзаев,

С.Х.Гасанова, Е.М.Мамедова

Азербайджанский Государственный Аграрный Университет

РЕЗЮМЕ
Разные сорта винограда требуют применения дифференцированной агротехники, неодинаковых методов формирования и обрезки, видов опор, операции с зелеными частями, способов и норм внесения удобрений, орошения.

Указанные сорта винограда получили наибольшее распространение, благодаря своим ценным биологическим и хозяйственным свойствам.

Агротехнику, разработанную для основных сортов винограда, культивируемых в условиях Гянджа-Газахской зоны Азербайджана, авторы рассматривают только как первый этап создания сортовой агротехники.

Choosing of agro technical methods of some introductive and local sorts of grapes

The Candidate of agricultural sciences descent: O.F. Mehdiyeva,

T. G Hamzayev, S. X. Hasanova, E. M. Mammadova

Azerbaijan State Agrarian University.

SUMMARY
Different sorts of differentiated agrotechnics, not the same methods of forming and cutting, kinds of supports, operations with green parts, ways and norms of adding manures, irrigation .

Giving sorts of grapes got most spread, thanks to their value biological and farming properties

Authors consider agrotechnics, elaborated for main sorts of grapes, cultivating in condition of Ganja – Kazakh region of Azerbaijan only as the first stage of creation of sort agrotechnics.
UOT 631:112
TORPAQ MÜHAFİZƏLİ NÖVBƏLİ ƏKİNLƏRİN İŞLƏNMƏSİ
Kənd təsərrüfatı elmləri namizədləri: M.M.Hüseynov, O.M.Qədimov

Azərbaycan Dövlət Aqrar Universiteti


Torpağın su və külək eroziyasından qorunması üçün xüsusi torpaq mühafizəli növbəli əkinlər tətbiq edilir.

Torpağın eroziyaya məruz qalma dərəcəsi iqlim şəraitindən, ərazinin relyefindən, yamacın malik dərəcəsindən və uzunluğundan, torpağın tipindən və struktur vəziyyətindən, səthin bitki örtüyündən, aparılan təşkilatı-təsərrüfatı tədbirlərindən və s. asılı olaraq dəyişir. Həmin amillərdən asılı olaraq bu və ya digər torpaq mühafizəli növbəli əkinlər tətbiq edilir. Yamacın mailliyi 50 -dən artıq olduqda su eroziyasına qarşı torpaqmühafizəli növbəli əkinlərdən istifadə olunur. Bu cür növbəli əkinlərdə istifadə olunan cərgə arası becərilən bitkilər yamacın eni üzrə 20-40 metrdən bir, 30-60 metr enində zolaqlarla və həm də çoxillik otlarla və yaxud başdan-başa səpilən bitkilərlə növbələşdirilmiş qaydada əkilir. Bitkilərin bu qayda ilə yerləşdirilməsi zamanı güclü yağıntıların və əkinlərin əmələ gətirdiyi su axımları nəticəsində yamacın yuxarı hissələrindən yuyulan torpaq hissəcikləri zolaqlarda becərilən çoxillik otlarla saxlanılır və eroziya prosesinin qarşısı alınır [1].

Yamacın mailliyi 10-120 və daha çox olduqda tərkibində çoxillik otların xüsusi çəkisi 50 % və daha artıq olan ottarlalı növbəli əkinlər seçilir. Çoxillik otlar torpağın su fiziki xassələrinin yaxşılaşdırmaqla eroziya prosesini xeyli zəiflədir.

Çoxillik otlar tarlanı uzun müddət bitki örtüyü altında saxladığına görə, torpaqların su ilə yuyulması və küləklə sovrulması əhəmiyyətli dərəcədə azalır. Ona görə də, zolaqlarda əkilən bitkilərin məhsulu tez yığıldıqda, aralıq bitki əkinlərindən istifadə etməklə sahəni bitki örtüyü ilə uzun müddət təmin etmək lazım gəlir. Bu zaman aralıq bitkilərinin kövşənlik, qarışıq və biçimli formalarından istifadə etmək olar ki, bu halda bütün il boyu torpağın eroziyadan mühafizəsi təmin olunur. Su eroziyası təhlükəsi olan ərazilərdə aşağıdakı torpaqmühafizəli növbəli əkinlər tətbiq olunur [2]:



  1. Çoxillik otlar; çoxillik otlar; payızlıq taxıllar; qarğıdalının soya ilə qarışıq əkini; dənli-paxlalıların kövşənlik əkini; çoxillik otların payızlıq taxıllarla örtüklə əkini.

  2. Lüpin yaşıl kütlə məqsədilə; payızlıq çovdar + lüpinin kövşənlik səpini; kartof, yemlik lüpin + payızlıq çovdar + lüpinin kövşənlik əkini; qarğıdalı.

Ərazinin relyefindən, yəni yamacın maillik dərəcəsindən asılı olaraq növbəli əkinlərdə istifadə edilən bitki növləri fərqləndirir. Cərgəarası becərilən bitkilər mailliyi 30 və az olan ərazilərdə tətbiq olunan növbəli əkinlərə daxil edilə bilər. Mailliyi 3 – 50 olan sahələrdə xüsusi torpaqmühafizəli növbəli əkinlər tətbiq edilir.

Torpaqmühafizəli növbəli əkinlər başdan – başa səpilən bitkilərlə zənginləşdirilir. Maillik 50-dən artıq olduqda isə növbəli əkinlərin torpaqmühafizəli rolunu artırmaq üçün çoxillik otların xüsusi çəkisi artırılır. Bu növbəli əkinlərdə ərazini 80 %-ə qədəri çoxillik otlar üçün ayrıla bilər. Eroziyaya az davamlı və mailliyi 7-100 olan sahələrdə aşağıdakı torpaqmühafizəli növbəli əkinlər tətbiq edilir.



  1. Çoxillik otlar, 2. Çoxillik otlar, 3. Çoxillik otlar, 4. Payızlıq taxıllar, 5. Çoxillik otların taxıllarla qarışıq əkini.

Zolaqlar üzrə becərilən bitkilərin tərkibi və növbələşdirilməsində onların səpin müddəti, torpağın bitki qalığı ilə örtülmə dinamikası, topladıqları yaşıl kütlənin miqdarı və məhsulunun yığılma vaxtı torpaqmühafizəli növbəli əkinlərin qurulmasında nəzərə alınan əsas cəhətlər kimi qiymətləndirilir. Həmin xüsusiyyətlər ərazinin iqlim şəraitinə, yəni atmosfer çöküntülərinin xarakterinə və dinamikasına uyğunlaşdırılmalıdır.

Çöl rayonlarında küləyin sürəti saniyədə 10 -15 m–ə çatdıqda yüngül qranulometrik tərkibli torpaqlarda külək eroziyası baş verdiyinə görə, həmin ərazilərdə torpaqmühafizəli növbəli əkinlər tətbiq olunmalıdır. Burada çoxillik otlar və hündür boylu bitkilər zolaqlar şəkilində, küləyin istiqamətinə köndələn qaydada yerləşdirilir. Bu zaman zolaqların eni yüngül qranulometrik tərkibə malik olan torpaqlarda 50 m, ağır torpaqlarda isə 100 – 150 m təşkil edir.

Su və külək eroziyasına qarşı tətbiq olunan torpaqmühafizəli növbəli əkinlərdə cərgəarası becərilən bitkilər və herik tarlaları dənli bitkilərlə və ya çoxillik otlarla növbələşdirilməlidir. Herik tarlalarında torpağın küləklə sovrulmasının qarşısını almaq üçün hündürboylu çəpər (kulis) bitkilər – günəbaxan, qarğıdalı, qarabaşaq və s. əkilir.

Külək eroziyasına məruz qalan torpaqlarda tətbiq olunan torpaqmühafizəli növbəli əkinlərdə bitkilər aşağıdakı qaydada növbələşdirilir [3].



  1. Çoxillik otlar, 2. Çoxillik otlar, 3. Çoxillik otlar, 4. Çoxillik otlar, 5. Yazlıq taxıllar, 6. Bitkili herik, 7. Yazlıq taxıllar.

Su və külək eroziyasına qarşı torpaqmühafizəli növbəli əkinlərdə bitkilərin növünün və nisbətinin düzgün seçilməsi, onların zolaqlarda bərabər yerləşdirilməsi, heriklərdə və cərgəarası becərilən bitki əkinlərində bufer zolaqlarının saxlanması, aralıq və qarışıq əkinlərin tətbiqi, növbəli əkinlərin quruluşunun və yerləşdirilməsinin düzgün təşkil olunması, torpaqbecərmənin yamacın mailliyinə köndələn istiqamətdə aparılması, şum qatının dərinləş­dirilməsi, torpaq səthində bitki qalıqlarının saxlanılması, dərin şum, yuva açma, şırım açma və s. tədbirləri ilə birlikdə istifadə olunmalıdır.

Torpaqdan istifadənin və növbəli əkinlərin düzgün təşkili istənilən halda torpaqmühafizəli xarakter daşımalıdır. Yəni növbəli əkinlər yüksək və sabit məhsul əldə edilməsini təmin etməli və meliorativlik xüsusiyyəti daşımaqla bərabər torpağı su və külək eroziyasından qorumalıdır. Çox vaxt növbəli əkinlərin torpaqmühafizəli əhəmiyyəti də onun tərkibində olan çoxillik otların, cərgəarası becərilən bitkilərin və başdan-başa əkilən birillik otların nisbətinə görə müəyyən edilir.

A.K. Kaştanov və M.N. Zaslavskiy [2] yamacın mailliyindən asılı olaraq torpaq­mühafizəli növbəli əkinləridə bitkilərin nisbətini aşağıdakı kimi müəyyən edir (cədvəl1).




  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə