Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin


keçib.  Universitet o vaxtdan  indiyədək



Yüklə 281,35 Kb.
səhifə13/19
tarix28.12.2021
ölçüsü281,35 Kb.
#10048
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
keçib.  Universitet o vaxtdan  indiyədək 

həkimlik peşəsini yüksək tutan, Hip-

pokrat Andına sadiq qalan və bu peşənin 

şərəfini istər ölkəmizdə, istərsə də 

ölkənin hüdudlarından kənarda qoru-

mağa müvəffəq olan həkimlər ordusunun 

yetişməsinə öz töhfələrini verə bilib. Sa-

vadlı kadrların yetişməsi və formalaşma-

sında isə kafedraların rolu danılmazdır. 

Hazırda universitetdə 70-dən çox  

kafedra  fəaliyyət  göstərir.  Biz  bu 

rubrikamızda  ayrı-ayrılıqda  ka-

fedraların  yaranması,  dünəni  və 

bu günü ilə bağlı oxuculara ətraflı 

məlumat verməyi qərarlaşdırmışıq. 

Bu dəfə növbə II Daxili xəstəliklər 

kafedrasınındır.  

Qeyd  edək  ki,  II  daxili  xəstəliklər 

kafedrası  1920-ci ildə Bakı Dövlət 

Universitetində təşkil edilən hospital 

terapiyası  kafedrasının  varisi  hesab 

olunur. O zaman təşkil olunmuş bu 

kafedraya 1920-1921-ci illərdə pro-

fessor  A.Levin rəhbərlik edib. 1922-

1926-cı  illərdə  isə  kafedra  müdiri 

professor  Polien Mezernitski olub-

dur. 1926-cı ildən 1951-ci ilə qədər 

kafedraya  profesor  Nikolay  Afons-

ki  rəhbərlik  edib.  N.Afonski  Bakı-

da  hospital  terapiyası  kafedrasına 

rəhbərlik  etdiyi  illərdə  əsasən  qan 

dövranı  orqanlarının  patologiyası-

na  dair  elmi-tədqiqat  işləri  aparıb. 

O, həmçinin  1934-cü ildə çap edil-

miş  “Daxili  xəstəliklər”  dərsliyinin 

müəlliflərindən biri olub. 

1943-cü ildə kafedranın əsasında 2 

sərbəst hospital terapiyası (birinci və 

ikinci)  kafedrası  yaradılıb.  Onlardan 

birinə  N.Afonski,  digərinə  isə  pro-

fessor Cahangir Abdullayev rəhbərlik 

edib.  1951-1953-cü  illərdə    dosent  

M.Həsənov,  1954-cü ildə isə ə.e.x., 

professor  S.Məmmədzadə  təyin 

edilib.  S.Məmmədzadə  bu  vəzifədə 

1965-ci  ilə  qədər  çalışıb.  1966-cı 

ildən  1976-cı  ilə  qədər  II  hospital 

terapiyası kafedrasına professor Sa-

leh Salihov rəhbərlik edib. Professor 

S.Salihovun vəfatından sonra kafed-

raya  1976-1977-ci  illərdə  profes-

sor  H.Abdullabəyov,  1977-1989-cu 

illərdə isə professor Zərifə Zeynalova 

rəhbərlik edibdir. 

1984-cü  ildə  N.Nərimanov  adı-

na 


ATİ-də 

aparılan 

struktur 

dəyişikliklərilə  əlaqədar,  I  hospi-

tal  terapiyası  kafedrasına  II  daxi-

li  xəstəliklər  kafedrası  adı  verilib. 

1974-cü  ildən  1989-cu  ilə  qədər  II 

daxili  xəstəliklər  kafedrasına  t.e.d., 

professor    Sədrəddin    Kərimov 

rəhbərlik edib. 1989-1999-cу illərdə 

kafedra  müdiri  professor  E.Qorin 

olub.


1999-cu  ilin  dekabr  ayından  isə 

kafedranın müdiri vəzifəsinə profes-

sor Vəsadət Əzizov seçilib. 

V.Əzizov  1985-ci  ildə  Ümumit-

tifaq  Kardioloji  Mərkəzdə  (Mosk-

va  şəhərində)  namizədlik  və  1993-

cu  ildə  doktorluq  dissertasiyası 

müdafiə  edib.  Onun  rəhbərliyi  al-

tında 3 doktorluq və 22 namizədlik 

dissertasiyası müdafiə edilib. Hazır-

da rəhbərliyi altında 10 doktorluq və 

5 namizədlik işi davam 

etdirilir.  V.Əzizov  500-

ə  qədər  çap  olunmuş 

elmi işlərin, o cümlədən 

25 dərslik, dərs vəsaiti

monoqrafiya,  6  meto-

dik tövsiyə, 38 metodik 

işləmələrin, 3 müəlliflik 

şəhadətnaməsinin,  1 

ixtiranın 

müəllifidir. 

Onun  elmi  işləri  dün-

yanın bir çox dillərində 

çap olunub. 

Vəsadət 


müəllimin 

“Təbib”ə  verdiyi  açıqlamaya  görə, 

hazırda  kafedrada    33  nəfər  çalışır. 

Onlardan  3-ü  professor,  16-sı  do-

sent,  14-ü    assistentdir.  Rəhbərlik 

etdiyi kollektivin indən sonra da tibb 

elminin  inkişafına  layiqli  töhfələrini 

vermək və tibbi kadrları yetişdirmək 

üçün fədakarlıq göstərmək əzmində 

olduğunu  bildirən  kafedra  müdiri 

son 15 ildə çap olunan kitab və dərs 

vəsaitləri barədə də məlumat verdi. 

Onun  sözlərindən  məlum  oldu  ki, 

2001-ci  ildə  V.Əzizov,  İ.Əfəndiyev, 

L.Əmra hovanın  həmmüəllifliyi  ilə 

“Кəskin zəhərlənmələr” dərs vəsaiti,  

V.Əzizov,  S.Alimetov,  Q.Kərimli, 

X.Qurbanovanın  həmmüəllifliyi  ilə 

“Sarılıq  sindiromu”,  2002-ci  ildə 

S.Alimetov, V.Əzizov, A.Əliyevin “Pa-

rakardiologiya”, V.Əzizov, O,Quliyev, 

Z.Əlixanova,  T.Mirzəyevin  “Tibbi 

terminlərin izahlı lüğəti”,  V.Əzizovun 

“Xroniki  ürək  çatışmazlığı”  monoq-

rafiyası  işıq  üzü  görüb.  Bu  ənənə 

növbəti  illərdə  də  davam  edib. 

Belə  ki,  2004-cü  ildə  V.Əzizov, 

İ.Əfəndiyev,  A.Maqsudovun  “Kli-

niki 

toksikologiya”, 



V.Əzizov, 

Ş.İbrahimova,  X.Qurbanova,  İ.Nə-

si rov, 

S.Alimetovun 

“Labora-

tor  müayinələrin  normal  və  pato-

loji  göstəriciləri”  dərs  vəsaitləri, 

V.Əzizov,  O.Quliyev,  X.Nəsibovanın 

həmmüəllifliyi  ilə  “Kardiofunksi onal 

yük  sınaqları”  kitabı  nəşr  olunub. 

Sonrakı illərdə V.Əzizov, V.Mirzəzadə, 

M.Əsgərovun  “Arterial  hipertenzi-

ya”,    V.Əzizovun  “Daxili  xəstəliklər” 

(I 


cild-Kardiologiya), 

“Daxili 


xəstəliklər  (I  cild-  Pulmonolоgiya), 

V.Əzizov,  M.Ağayev,  N.Hüseynova, 

Ş.İbrahimova,  L.Əmrahovanın  “Da-

xili xəstəliklər” (tibb tələbələri üçün 

dərslik),  V.Əzizov,  S.Şahbazbəyova, 

Z.Əlixanova,  L.Əmrahova,  M.Əsgə-

rovun “Revmatik xəstəliklər və oxşar 

sindromlar”,    V.Əzizov,  T.Sadıqova, 

L.Əfəndiyeva, N.Hüseynova, S.Məm-

mədlinin  “Kəskin  koronar  sindrom” 

kitabları çap olunanlar siyahısına da-

xil edilib. Təbii ki, nəşr olunanlar təkcə 

dərs  vəsaitləri  ilə  məhdudlaşmayıb. 

V.Əzizov,  F.Tağızadə,  İ.Əfəndiyev, 

L.Əmrahovanın  həmmüəllifliyi  ilə 

“Kimyəvi  xarakterli  kütləvi  zəhər-

lənmələr zamanı və digər fövqəladə 

hallarda toksikoloji yardım” metodik 

tövsiyə  və    V.Əzizov,  V.Qurbanov, 

S.Məmmədli  “Kardiovaskuliyar  xəs -

təliklərin  yeni  risk  faktorları”  mo-

noqrafiyası  da  çap  olunub.  Tə-

ləbələrin bilik səviyyəsinin artırılma-

sı  istiqamətində  hazırda    yeni  dərs 

vəsaitləri  üzərində  işlərin  getdiyini 

bildirən  Vəsadət  müəllim,  növbəti 

illərdə də kitabların nəşr olunacağını 

diqqətimizə çatdırdı.




Yüklə 281,35 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin