Qavrayışın növləri. Qavrayışın növlərini sadə və mürəkkəb olmaqla 2 böyük qrupa bölmək olar. Qavrayışın sadə növlərini duyğularda olduğu kimi analizatorlara əsasən xarakterizə edirlər. Qavrayış prosesində bəzən görmə, bəzən eşitmə, bəzən isə iybilmə və dadbilmə analizatoru üstün rol oynayır. Bundan asılı olaraq sadə qavrayışın görmə, eşitmə, iybilmə, dadbilmə və s. növlərini fərqləndirirlər. Qavrayışın sadə növləri birləşir və beləliklə qavrayışın mürəkkəb növləri meydana gəlir. Qavrayışın mürəkkəb növləri aşağıdakılardır: